azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

7 Şubat 2009 Cumartesi

TÜRKİYƏDƏ İSRAİL RƏHBƏRLƏRİNƏ CİNAYƏT İŞİ AÇILDI

TÜRKİYƏDƏ İSRAİL RƏHBƏRLƏRİNƏ CİNAYƏT İŞİ AÇILDI

Hüquq müdafiəçiləri Qəzza əməliyyatına rəhbərlik etmiş şəxslərin cəzalandırılmasını tələb edir

Baş nazir Rəcəb Tayyib Ərdoğanın Davosda İsrail prezidenti ilə sərt mübahisəsindən sonra Türkiyə yəhudilərin qəzəbini artıracaq daha bir addım atıb. Ankara Cümhuriyyət Prokurorluğu qeyri-hökumət təşkilatlarından birinin müraciəti əsasında İsrail rəhbərliyindəki şəxslərin əleyhinə Qəzzada insanlıq cinayətləri törətmək iddiası ilə cinayət işi qaldırıb.
Yerli mətbuatın xəbərlərinə görə, cinayət işi qısa adı “Mezlum-Der” olan İnsan Haqları və Məzlumlar üçün Dayanışma Dərnəyi adlı təşkilatın şikayəti əsasında başlanıb. Cinayət işində İsrail prezidenti Şimon Peres, baş nazir Ehud Olmert, xarici işlər naziri Tsziöi Livni, İsrail ordusunun baş qərargah rəisi, Qəzzadakı əməliyyatlara rəhbərlik edən generalların və hərbi kəşfiyyat xidmətinin rəhbərinin adı keçir. Şikayət ərizəsində tələb olunur ki, sözügedən şəxslər yaxalanaraq onların Türkiyədə mühakimə olunması təmin edilsin.
Bildirilir ki, prokurorluq dosyeni əvvəlcə Ankara Ağır Cinayətlər üzrə Məhkəməsinə göndərib. Lakin İsrailin Qəzzada apardığı əməliyyatlar zamanı fələstinli nazirin də öldürülmüş olması üzündən dosye terror cinayətlərini araşdıran prokurorluğa göndərilib. İstintaqın Türkiyə Cinayət Məcəlləsinin 13-cü maddəsi əsasında aparıldığı məlum olub. Həmin maddəyə görə, insanlıq əleyhinə cinayətlər ölkə xaricində işlənmiş olsa belə bu cinayəti törədənlər Türkiyədə mühakimə oluna bilər.
Doğrudur, adı bu cinayət işində keçən İsrail rəsmilərinin Türkiyə Prokurorluğuna ifadə verməsi mümkün hesab olunmur, bu baxımdan dosye sona çatdırılmadan bağlanacaq. Ancaq istənilən halda Türkiyə İsrail rəhbərliyinə qarşı insanlıq cinayətləri törətmək ittihamı ilə cinayət işi qaldıran ilk ölkədir.
Xatırladaq ki, bundan əvvəl bir sıra beynəlxalq insan haqları təşkilatları İsrailin Qəzzada qadağan olunmuş silahlar tətbiq etməsi ilə bağlı Beynəlxalq Haaqa Tribunalına müraciət edəcəklərini bildiriblər. Ancaq İsrail hökuməti Qəzza əməliyyatlarında iştirak edən hərbçilərinə istənilən məhkəmə təqibindən qorunmağa təminat verib. Digər tərəfdən, yəhudi lobbisinin gücünü və ABŞ-ın İsraili qorumasını nəzərə alaraq Qəzza əməliyyatları ilə bağlı konkret nəticələr verə biləcək hər hansı beynəlxalq məhkəmə təhqiqatı mümkün hesab olunmur. Bununla belə Türkiyə Prokurorluğunun İsrail rəhbərliyi əleyhinə başlatdığı təhqiqat iki ölkə arasındakı münasibətləri daha da korlaya bilər.

Hiç yorum yok: