İsrailli diplomat: “Qəzzadakı əməliyyat İrana qarşı mümkün hərbi əməliyyatın məşqi idi”
İsrailin Avstraliyadakı səfiri Yuval Rotem bu ölkədəki yəhudi icmasının nümayəndələri ilə görüşündə sensasiyalı açıqlama ilə çıxış edib. APA-nın “Mignews”a istinadən verdiyi məlumata görə, görüşə gələn səfir əvvəlcə zalda jurnalistlərin olub-olmadığını dəqiqləşdirmək istəyib. Diplomat deyib: “Ən yaxşı variant jurnalist və reportyorların olmadığı şəraitdə söhbət etməkdir”. Lakin Avstraliyanın “7-ci kanal”ının əməkdaşı Sara Kumminq Y. Rotemin açıqlamalarından xəbər tutub. Y. Rotem bildirib ki, İsrailin Qəzzada keçirdiyi əməliyyat bir il sonra nüvə silahına malik olacaq İrana qarşı mümkün hərbi əməliyyatın məşqi idi: “İsrailin Qəzzadakı fəaliyyəti hamıya onu nümayiş etdirməlidir ki, biz öz məqsədimizə çatmadan dayanmayacağıq”. Səfir İranın nüvə proqramının dayandırılmasına yönəlmiş diplomatik və iqtisadi səylərdə iştiraka hazır olduqlarını da söyləyib: “İranda uranın zənginləşdirilməsinə son qoyulmalıdır!”
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder