azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Şubat 2009 Çarşamba

Məhəmməd Hatəmi prezident seçkilərində iştirak edəcək

Məhəmməd Hatəmi prezident seçkilərində iştirak edəcək



1997-2005-ci illərdə İran prezidenti postunu tutan Məhəmməd Hatəmi bu ilin iyununda keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmən açıqlayıb.

Lent.az-ın “FARS” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Hatəmi İranda islahat tərəfdarları kimi çıxış edən siyasətçilərdən ibarət seçki qərargahının yaradılması barədə göstəriş verib.

Ekspertlər bildirirlər ki, Hatəminin seçkilərdə iştirakı seçki kampaniyasının gərginləşməsinə səbəb olacaq. O, hazırkı prezident Mahmud Əhmədinejadın ciddi rəqibi ola bilər. Qeyd edək ki, Əhmədinejad namizədliyini ikinci müddətə irəli sürəcəyini rəsmən açıqlamasa da, yaxın vaxtlarda belə bir bəyanatla çıxış edəcəyi gözlənilir.

Hatəmi iki dəfə – 1997 və 2001-ci il seçkilərində qələbə qazanıb. O, zamanında İran cəmiyyətində, xüsusən də tələbələr arasında kifayət qədər populyar olub. Lakin o, seçkilər ərəfəsində həyata keçirməyə söz verdiyi islahatların çoxunu həyata keçirə bilməyib.

İran tarixində onuncu prezident seçkiləri bu il iyunun 12-nə təyin olunub. Artıq keçmiş daxili işlər naziri Mustafa Pur-Məhəmmədi, İran Milli Etimad Partiyasının baş katibi, parlamentin keçmiş spikeri Mehdi Kərrubi, əmək və sosial məsələlər naziri Məhəmməd Cəhromi, Hatəminin prezidentliyi dövründə vitse-prezident postunu tutan Məhəmməd Rza-Arif seçkilərdə iştirak edəcəklərini açıqlayıblar.

LENT.AZ

Hiç yorum yok: