azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

22 Kasım 2008 Cumartesi

Rusiya: prezidentlik müddəti 4 ildən 6 ilə qədər uzadıldı

Rusiya: prezidentlik müddəti 4 ildən 6 ilə qədər uzadıldı
Rusiya parlamentinin aşağı palatası səs çoxluğu ilə prezidentlik müddətinin 4 ildən 6 ilə qədər uzadılmasına dair qanun layihəsini təsdiq edib.
Qanun layihəsi 3-cü və yekun oxunuşda deputatların 80 faizindən çoxu tərəfindən təsdiq olundu.
Yeni qanun eləcə də aşağı palata üzvlərinin deputatlıq mandatının 4 ildən 5 ilə qədər uzadılmasını nəzərdə tutur.
Yeni müddət artıq növbəti prezidentə şamil ediləcək.
Bu ayın əvvəli prezident Dmitri Medvedev bu məsələyə dair Konstitusiya dəyişiklikləri etmək istədiyini bəyan etmişdir.
Müxbirlərin dediyinə görə, yeni qanun daha çox ondan xəbər verir ki, baş nazir Vladimir Putin yenidən prezidentliyə qayıtmağı planlaşdırır.

Neftin qiyməti $40-a yuvarlanır?

Neftin qiyməti $40-a yuvarlanır?
Noyabrın 20-də Nyu-Yorkun NYMEX birjasındakı hərracın gedişində WTİ neftinin dekabr füçerslərinin dəyəri 4 dollar azalaraq 1 barelə görə 49,62 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, İCE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 3,64 dollar azalaraq 48,08 dollaradək enib.
"Deutsche Bank"ın hesablamalarına görə, 2009-cu ilin aprel ayınadək neft 40 dollara kimi ucuzlaşacaq. Bəzi ekspetlərsə neftin qiymətinin bu həddə daha tez çatacağını bildirirlər. Belə ki, dünya iqtisadiyyatında istehsal və nəticə etibarı ilə neftə olan tələbat azalır.
Beynəlxalq Enerji Agentliyinin baş iqtisadçısı Feyt Bayrol tələbatın və neft layihələrinə sərmayələrin azalmasını səbəb kimi gətirərək qeyd edir ki, neft bazarında enmə tendensiyaları gələn il də davam edəcək. "Deutsche Bank"ın hesabatına görəsə, neftin qiymətini bir qədər tarazlaşdırmaq üçün OPEC gündəlik neft hasilatını 2,5 mln. barel endirməlidir, lakin təşkilat üzvlərinin bu addımı atacağına "Deutsche Bank" şübhə ilə yanaşır, çünki bu, onların gəlirlərini daha da azaldacaq.

AZƏRBAYCAN, TÜRKİYƏ VƏ ERMƏNİSTAN ARASINDAKI PROBLEMLƏRİN HƏLLİ ÜÇÜN YAXŞI ŞƏRAİT YARANMIŞDIR

AZƏRBAYCAN, TÜRKİYƏ VƏ ERMƏNİSTAN ARASINDAKI PROBLEMLƏRİN HƏLLİ ÜÇÜN YAXŞI ŞƏRAİT YARANMIŞDIR
AzərTAc-ın verdiyi xəbər görə, Türkiyənin xarici işlər naziri Əli Babacan Rumıniyalı həmkarı Lazar Komenesku ilə Ankarada keçirdiyi mətbuat konfransında bildirmişdir ki, Azərbaycan, Türkiyə və Ermənistan arasındakı problemlərin həlli üçün yaxşı şərait yaranmışdır. O, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı üçün İstanbula gələcək Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla noyabrın 24-də axşam görüşəcəyini, dialoqun normallaşdırılmasının və bu məqsədə çatmaq üçün qarşılıqlı addımların atılmasının vacibliyini vurğulamışdır.
Ermənistan və Azərbaycan prezidentlərinin son dəfə Moskvada görüşünü xatırladan Türkiyənin xarici işlər naziri, bunun nəticəsinin müsbət olduğunu bildirmişdir.
Mövcud müsbət ab-havanın vaxt itirmədən həllə yönəlmiş addımlarla dəyərləndirilməsinin gərəkliyini söyləyən Ə.Babacan demişdir: “Bölgədə problemlərin həlli üçün yeni bir iqlim var. Bu, önəmli bir fürsət pəncərəsidir. Ancaq mən bu fürsət pəncərəsinin müsbət dəyərləndirilməsinin vacibliyini düşünürəm. Çünki dediyim kimi, pəncərələr açılır, amma, zamanı gəldikdə, bağlana da bilər. Bu səbəbdən pəncərə açıqkən, həm Ermənistan-Azərbaycan, həm də Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin sürətlə normallaşması üçün bütün tərəflərin tələsməsi vacibdir”.

AZƏRBAYCANDA DEMOKRATİYANIN İNKİŞAFI ÜÇÜN BÖYÜK İMKANLAR VARDIR

AZƏRBAYCANDA DEMOKRATİYANIN İNKİŞAFI ÜÇÜN BÖYÜK İMKANLAR VARDIR
“Mən Azərbaycanda demokratiyanın inkişafı üçün böyük imkanlar görürəm”.
AzərTAc xəbər verir ki, bu sözləri noyabrın 22-də jurnalistlərə ABŞ-ın İslam Konfransı Təşkilatındakı xüsusi nümayəndəsi Sada Kamber bildirmişdir. Din azadlığı və Amerika-Azərbaycan münasibətlərinə dair məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün Azərbaycanda səfərdə olan Sada Kamber demişdir ki, ABŞ demokratiyasının 200 illik tarixi var və Azərbaycan xalqı hələ çox şeyə nail ola bilər.
Amerika diplomatı vurğulamışdır ki, dünyada islam ekstremizminin və təməlçiliyinin yayılmasına yol verməmək üçün ilk növbədə əhalinin iqtisadi təhlükəsizliyini təmin etmək, “bilik cəmiyyətləri” yaratmaq, insanları dini cəhətdən maarifləndirmək lazımdır. Onun fikrincə, göstərilən mənfi halların yayılmasının başlıca səbəbi bəzi ölkələrdə iqtisadi vəziyyətin pis olmasıdır.
Sada Kamber demişdir ki, islam aləmi ABŞ-ın yeni hakimiyyətindən çox şey gözləyir və ABŞ ilə münasibətlərin yaxşılaşacağına ümid bəsləyir.

Abdulla Öcalanın qonşuları olacaq

Ankara – APA. PKK terror təşkilatının lideri Abdulla Öcalanın saxlanıldığı İmralı adasına başqa məhkumlar da göndəriləcək. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin adada 5-6 məhkumun qalacağı yeni korpus inşa edəcəklərini açıqlayıb.

Xatırladaq ki, hazırda İmralıda saxlanılan yeganə məhkum A. Öcalandır.

İranda İsrailə casusluq etməkdə təqsirləndirilən şəxs edam olunub

İranda İsrailə casusluq etməkdə təqsirləndirilən şəxs edam olunub



[ 22 Noyabr 2008 14:08 ]


Bakı. Laçın Sultanova-APA. İranda İsrailin xeyrinə casusluqda günahlandırılan Əli Əştari edam olunub. APA-nın «Assoşieyted Press» agentliyinə istinadən məlumatına görə, İsrailin kəşfiyyat idarəsi «Mossad»a İranın müdafiə obyektləri barədə məlumat ötürülməkdə günahlandırılan 45 yaşlı Ə. Əştariyə hökm bu il iyunun 30-da oxunub, hökmün icrası isə noyabrın 17-də həyata keçirilib. Ə. Əştari 17 il ərzində telekommunikasiya və elektron avadanlıqlar satışı ilə məşğul olan şirkətə rəhbərlik edib. Qeyd olunub ki, bu texnika ilə o İranın müdafiə obyektlərini də təchiz edirmiş. Məlumata görə, xaricə səfərlərinin birində onu «Mossad»ın nümayəndələri ələ alıblar və onlara ötürdüyü məlumatlarla bağlı pul veriblər. İsrail kəşfiyyatı ilə 3 il davam edən əməkdaşlıqdan sonra 2007-ci ildə o həbs olunaraq məhkəməyə verilib.

Türkiyə Ordusu Diyarbəkirdə terror aktının qarşısını alıb

Türkiyə Ordusu Diyarbəkirdə terror aktının qarşısını alıb

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı 7-21 noyabr tarixlərində keçirilmiş əməliyyatlar barədə açıqlama verib
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi general-mayor Metin Gürak Türkiyə Silahlı Qüvvələrinin 7-21 noyabr tarixlərədə həyata keçirdiyi əməliyyatlar barədə mətbuata açıqlama verib. General çıxışına, terrorçulara qarşı keçirilən əməliyyatlarda şəhid olan əsgərlərə rəhmət və onların qohumlarına başsağlığı verərək başlayıb. Cənab Gürak bildirib ki, noyabrın 7-dən indiyədək 59 asayiş pozulması halı qeydə alınıb və 24 partlayış hadisəsindən 16-sı zərəsizləşdirilib. 14 nəfər təslim olmaqla 11 terrrorçu ələ keçirilib, 7 PKK-çı isə məhv edilib.
General daha sonra bildirib ki, Diyarbəkir vilayəti Kayacık rayonu polis şöbəsinə kamikadze hücumuna hazırlaşan iki terrorçu zərərsizləşdirilib. Əməliyyat zamanı iki yüksək rütbəli zabit şəhid olub, bununla da daha böyük qırğının qarşısı alınıb. /ANSPRESS/

«Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması böyük hadisədir»

«Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması böyük hadisədir»

Rüstəm Məmmədov: «Türk dünyasına qarşı qısqanclıq şəraitində türkdilli ölkələrin birliyinin yaradılması asan olmaycaq»
«Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması böyük hadisədir». Bunu ANS PRESS-ə açıqlamasında politoloq Rüstəm Məmmədov deyib. Onun sözlərinə görə, Assambleyanın yaradılması türk dünyasında birlik ideyasının formalaşmasına xidmət edcəcək: «Çünki Parlamentlərarası Assambleyanın yaranması Türk dünyasının dərdlərinin birgə müzakirəsi və ali dövlət strukturu səviyyəsində həll olunması deməkdir. Türkdilli dövlətlər bu addımı dünyanın qloballaşdığı, eyni zaman dövlətlərin bir-birinə qarşı dayanmaq siyasəti yürütdüyü, eqoistlik nümayiş etdirdiyi məqamda Türk dünyasının özünün çıxış yolu, müstəqillik, başqalarına özünü tanıtdırmaq yoludur».

Rüstəm Məmmədov hesab edir ki, dünyada türklərə qarşı düşmən mövqedə dayanan ölkələr və qüvvələr hər zaman Türk dünyasının birliyinə maneəçilik törədiblər, onu «pantürkizm» adlandırıblar: «Türkiyənin mərhum prezidenti Turqut Özalın Türk dünyasının birliyi ideyasına necə mənfi reaksiyaların olduğunu görmüşük. Ona görə də mən hesab etmirəm ki, türkdilli ölkələrin birliyi asanlıqla başa gələcək. Sadəcə olaraq, bu addım nə vaxtsa atılmalıdır. Bu addımın atılması ilə Türk dünyasına qarşı yönəlmiş zərbələrin qarşısını birgə almaq imkanı olacaq». /ANS PRESS/

19 Kasım 2008 Çarşamba

Türkiyə "üçtərəfli görüş" xəbərini təkzib etdi

Türkiyə "üçtərəfli görüş" xəbərini təkzib etdi



"Ankara Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyi planlaşdırmır"

Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycan və Ermənistan prezidentlərini görüşdürəcəyi barədə xəbərlər təkzib olundu.

"Prezident Abdullah Gülün guya Azərbaycan və Ermənistanın da dövlət başçılarının iştirakı ilə üçtərəfli görüş təşkil edəcəyi barədə xəbərlər tamamilə əsassızdır". Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Burak Özügərgin bildirib.

Burak Özügərgin mətbuatda bu barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib ki, Ankara hazırda belə bir görüşün keçirilməsini planlaşdırmır.
ŞƏRQ

SƏTTARXAN və SƏFƏRXAN ANILACAQ

SƏTTARXAN və SƏFƏRXAN ANILACAQ



Bu Azərbaycan türkləri gəncliklərini mənsub olduqları soya qurban veriblər



S.SƏDRƏDDİN



Millətimizin haqları uğrunda mübarizə aparmış elə insanlar var ki, onların ömür yolundan bəhs edəndə bir hərəkatın tarixindən söz açmamaq olmur. Bu günlərdə Qulamrza Əmaninin qardaşları ilə birlikdə faciəli surətdə qətli Güney Azərbaycan türklərinin yaxın mübarizə tarixinin, Səfərxan Qəhrəmaninin xatırlanmasına əsas verir.

Bu arada güneyli soydaşlarımızın haqqı uğrunda mübarizə apardığı üçün işgəncələrə məruz qalıb ölümü mətanətlə qarşılayanları xatırlamamaq olmur. Onlardan Bəhruz Dehqani 27, Nabdil Oxtay 28, Mərziyyə Üsküyü 27 yaşında şəhidliyin zirvəsinə yüksəlib. Səməd Behrəngini isə 29 yaşında Arazda boğdular...

Səfərxan Qəhrəmani işgəncələrə zindanda məruz qaldı, Əli Tudə demişkən, "Öz ana dilində iki söz yazan, zindanda çürüdü hey zaman-zaman".

"Səfərxan" adı ilə tanınan Səfər Qəhrəmani 1921-ci ildə Urmiya yaxınlığındakı Şişvan kəndində anadan olmuşdu. Atası Məhəmmədhüseyn Qacar şahzadələrinə rəiyyətlik etmişdi. Azərbaycan Milli Hökuməti ordusunun fədailərindən olmuş bu Azərbaycan türkü milli haqlar uğrunda mübarizə apardığı üçün 32 il həbsxanada saxlanılıb. Onun haqqında danışanda Azərbaycan Milli Hökumətinin mövcud olduğu bir il ərzində milli haqların təmini ilə bağlı gördüyü işlər də yada düşür. Belə adamlar həm də Güney Azərbaycan türkünün milli dövlətçilik tarixini xatırladır...

"Baybak"ın məlumatına görə, hər il olduğu kimi, bu il də noyabrın 8-9-da Güney Azərbaycanda Səttarxan və Səfərxan yad ediləcək. Bununla bağlı çeşidli törənlərin keçirilməsi nəzərdə tutulub. Həmin gün Səttarxanın doğum, Səfərxanın isə dünyasını dəyişən gündür. Elə bu səbəbdən də Azərbaycan türkünün bu iki mübariz oğlu bir gündə yad edilir.

Bu insanlar öz bayrağı altında yaşamağı hər nəsnədən üstün tutanlardandır. Çar Rusiyasının konsulu Səttarxana "rus bayrağı altına sığınmağı" təklif etmişdi. Onda sərdari-milli belə cavab vermişdi: "Mən istərdim ki dünyadakı 72 dövlət mənim şahımın bayrağı altında olsun". Xatırladaq ki, Səttarxan bu sözləri söyləyəndə indi İran adlanan dövlətdə Qacar türkləri hakimiyyətdə idilər. O zaman millətlərin farslaşdırılması kimi şovinist ideologiyanın qoxusu belə gəlmirdi. Təəssüflər olsun ki, bir sıra panfarsçı və panirançı qüvvələr Səttarxanın bu sözünü fars dilinə çevirərək ona panirançılıq mahiyyəti verməyə çalışırlar.

Sərdari-milli Yaxın və Orta Şərqdə demokratik inqilabın başında dayanan ilk inqilabçı idi. Onun mübarizəsi isə "Məşrutə (Qanun) hərəkatı" adlanır. Məhz bu mübarizənin sonucunda İranda Anayasalı monarxiya fəaliyyət göstərməyə başladı. İranda hakimiyyətlər bir-birini əvəzləsə də, indiki konstitusiya quruluşuna baxmayaraq, İslam Respublikası da bu hərəkatın nailiyyətindən bəhrələnməkdədir.

Səttarxan kimi Səfərxan da Yaxın və Orta Şərqdə milli haqlarla yanaşı, demokratiya uğrunda mübarizənin öndərlərindən olub, bu yolda 32 il həbsdə saxlanılıb.

Bir məsələni də yada salmaq istərdik. Bu ilin avqustunda Məşrutə hərəkatının növbəti ildönümünü Təbrizdə Milli Hərəkatın fəalları yürüşlə qeyd etmək istəmişdilər. İran polisi bu tədbirin qarşısını almışdı.

Əlavə etmək lazımdır ki, bu hərəkatı İslam Respublikası və şahçılar mənimsəməyə çalışırlar. İran hakimiyyəti dara düşəndə Səttarxanın şücaətindən, Azərbaycan türklərinin İran tarixində oynadığı önəmli roldan bəhs edirlər. 2006-cı ilin mayındakı etiraz aksiyalarından narahat olmuş rejim təmsilçiləri, o cümlədən ayətulla Xamneyi, parlamentin o vaxtkı sədri, panfarsist və paniranistlərin ideoloqlarından biri Qulaməli Həddad Adil, prezident Mahmud Əhmədinijat Səttarxan hərəkatından, onun siyasi, sosial önəmindən danışmışdılar.

Bu gün və sabah keçirilməsi planlaşdırılmış anım tədbirini İslam Respublikası rəhbərliyinin əngəlləməyə cəhd göstərəcəyi istisna deyil. Ötən ayların təcrübəsi bunu deməyə əsas verir.

Yeri gəlmişkən, Tehrandakı Əllamə Təbatəbai adına Universitetin azərbaycanlı tələbələri Ə.Sərrafi, şair Mehdi Nəimi, Həsən Raşidi və S.Muğanlının qanunsuz həbsinə, işgəncəyə məruz qalmalarına etiraz olaraq bəyanat veriblər: "Uzun illərdir həmvətənlərimizin həbs edilərək işgəncələrə məruz qalması xəbərlərinə öyrəşmişik. İndi bu faşist rejimi işi o yerə çatdırıb ki, bu dörd ziyalının həbsindən 50 gün keçsə də, hökumətin heç bir qurumu onların ağır vəziyyəti ilə bağlı məsuliyyəti öz üzərinə götürmür, onların tutulması səbəbini izah etmir".

Tələbələr onların tez bir zamanda azadlığa buraxılmasını tələb ediblər

.ayna

Rusiya atom sualtı qayığında qəza: 20 ölü

Rusiya atom sualtı qayığında qəza: 20 ölü







Baş komandanlıq radiasiya təhlükəsi olmadığını bildirib

Noyabrın 8-də Rusiyanın Sakit okean Donanmasına məxsus atom sualtı qayığında qəza baş verib. Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, qəza sınaq zamanı qayıqdakı yanğınsöndürmə sisteminin qəflətən işə düşməsi nəticəsində əmələ gəlib. Qəza nəticəsində 20 nəfər həlak olub.
Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının köməkçisi İqor Dıqalo bildirib ki, sualtı qayığın özünə zərər dəyməyib, reaktor bölməsi adi rejimdə işləyir, radiasiya təhlükəsi yoxdur. Hazırda sınaq dayandırılıb, qayığın bazaya qaytarılması barədə qərar qəbul edilib.
Sualtı qayığın adı və növü barədə məlumat verilmir. Lakin oktyabr ayının sonunda məlumat verilmişdi ki, Primoryedə “Nerpa” (layihə 971 “Şuka-B” NATO təsnifatına görə “Akula”) sualtı qayığının sınağına başlanıb. Hadisənin məhz həmin qayıqda olub-olmadığı hələ dəqiqləşməyib.

LENT.AZ

Barak Obama: “İran terror təşkilatlarına dəstəyi dayandırmalıdır”

Barak Obama: “İran terror təşkilatlarına dəstəyi dayandırmalıdır”





Vaşinqton-APA. “Hesab edirəm ki, İran terror təşkilatlarına dəstəyi dayandırmalıdır”.



APA-nın məlumatına görə, bu fikirləri prezident seçildikdən sonra keçirdiyi ilk mətbuat konfransında amerikalı senator Barak Obama söyləyib. O, İran prezidenti Mahmud Əhmədinejadın göndərdiyi təbrik məktubunu diqqətlə təhlil etdiyini bildirib: “İran prezidentinin təbrik məktubunu təhlil edirəm. Bu məktuba müvafiq surətdə cavab veriləcək”. İranla bağlı hansı siyasət yürüdəcəyi ilə bağlı sualı birbaşa cavablandırmayan Barak Obama yalnız rəsmi Tehranın terror təşkilatlarını dəstəkləməsinin yolverilməz olduğunu və bu ölkənin nüvə silahlına sahiblənməsini məqbul saymadığını bildirib.



APA

Kürdlərin birləşməsini təbliğ edən dərgi Azərbaycanda yayılır

Kürdlərin birləşməsini təbliğ edən dərgi Azərbaycanda yayılır

S.SOLTAN

Tehran hakimiyyəti dəfələrlə söz, mətbuat və fikir azadlığının "düşməni" elan olunub. O bu "adı" hələ də daşımaqdadır. Bu azmış kimi, milli mətbuatın fəaliyyətinə ayrı-seçkilik münasibəti ilə yanaşan rejim etnik qruplar arasında nifaq salmaqla fars olmayan millətləri bir-birinə düşmən edir.


Sentyabrın 10-da ETTELAAT Səyyad Məhəmmədianın evində iftar süfrəsi arxasında 20-yə yaxın Güney Azərbaycan ziyalısını həbs etmişdi. Onların bəziləri mülk girov qoymaq qarşılığında zaminə buraxılsa da, mətbuat təmsilçiləri - "Dilmanc" dərgisinin baş redaktoru Əlirza Sərrafi, "Varlıq" dərgisinin yazarı Həsən Raşidi, jurnalist Səid Məhəmmədi (Muğanlı) hələ də zindandadır. Ötən gün yayılmış xəbərə görə, bu məhbuslar həbsxanada məruz qaldıqları fiziki və mənəvi işgəncəyə etiraz olaraq aclıq aksiyası keçiriblər. Məlumatda bildirilib ki, onların səhhəti ağırdır.


Güney Azərbaycanın Zəncan şəhərində keçirilən kitab sərgisində Azərbaycan türkcəsində nəşrlərin sərgilənməsinə qadağa qoyulub. Həmin tədbirdə yalnız fars dili, ədəbiyyatını təbliğ edən və bir sıra dini məzmunlu kitablar nümayiş etdirilib. "Mediaforum"un məlumatına əsasən, İranın islam irşadı və mədəniyyət naziri Azərbaycan dilində çıxmış kitab, qəzet və jurnalların sərgilənəcəyi barədə xəbərdar edilibmiş. Lakin Tehran əks addım ataraq bildirib ki, türkdilli nəşrlər sərgilənsə, onun naşirləri cərimələnəcək və sərgidəki pavilyonları qapadılacaq.


Bundan başqa, məlumatda vurğulanıb ki, Zəncanda Azərbaycan türkcəsində çıxan və geniş oxucu kütləsinin rəğbətini qazanmış "Bayram" jurnalı, eləcə də bütünlükdə İrandakı Azərbaycan türklərinin milli və mədəni kimliyi, tarixi barədə yazılar dərc edən "Varlıq" dərgisi, habelə tanınmış yazıçı, şairlərin əsərlərinin sərgilənməməsi haqda da xüsusi tapşırıq verilib. Xəbərlərə əsasən, kitab sərgisində Azərbaycan türkcəsində yazılmış kitab və başqa nəşrlərin satışı da yasaqlanıb.


Hakimiyyətin qoyduğu qadağalara əməl olunmayacağı təqdirdə hakimiyyət sərginin qapadılacağını, onun təşkilatçılarının məsuliyyətə cəlb olunacağını da bildirib. Son günlər İslam Respublikası rəhbərliyi Azərbaycan türkcəsində olan "Kimlik" və "Yoldaş" dərgilərinin bağlanması əmrini verib. Bununla, demək olar, türkdilli jurnalların hamısı qapadılıb. Onların bəziləri ehtiyatlandıqlarından hələlik nəşrini dayandırıb. Hər kəsə bəllidir ki, Güney Azərbaycanda və İranın başqa şəhərlərində nəşr olunan dərgi və qəzetlər iki dildə - fars və türk dillərində çıxır. Bu zaman naşirlər ağırlığı, heç şübhəsiz, fars dilinə verirlər. Belə bir vəziyyətdən Tehran hakimiyyəti həmişə yararlanaraq ölkədə Azərbaycan türkcəsində mətbuatın olduğunu bildirir.


Yuxarıda da qeyd etdiyimiz kimi, bunu belə Tehran azərbaycanlılara çox görür, həmin mətbuatın məsulları və təmsilçilərini tutur, işgəncə verir.


Bir vaxtlar İslam Respublikası fars bölgələrinə, bu etnik qrupun dilinə, ədəbiyyatına və mədəniyyətinə diqqəti artırmaqla başqa millətlərə münasibətdə ayrı-seçkiliyə yol verərək İran Anayasasının milli bərabərliyə aid 19-cu maddəsini pozurdu. Əsas Qanunun pozulması indi də davam etməkdədir. Bu dəfə Tehran bu yöndəki fəaliyyəti ilə İranda yaşayan kürdlərlə müqayisədə Azərbaycan türklərinin haqqını tapdayır.


"Baybak"ın məlumatına görə, son günlər kürd dilində çıxan "Rojelat" dərgisi nəşrini bərpa edib. 3 il öncə İslam Respublikasına qarşı "fəaliyyət göstərdiyi" üçün qapadılmışdı. Jurnal, demək olar, bütünlükdə kürd dilində çıxır. Dərgi əsasən kürd millətçiliyi və bu etnik qrupun birləşməsini təbliğ edir.


Mənbənin bilgilərinə əsasən, Güney Azərbaycan əyalətlərində "kürd problemi"nin olduğunu qabartmaq məqsədi güdən hakimiyyət bu etnik qrupa Azərbaycanda daha böyük önəm verməkdədir. İslam Respublikası kürd qaçaqmalçılarına, kürd terrorçularının fəaliyyətinə və onların xaricdən ölkə ərazisinə keçməsinə şərait yaradır, güzəştlər edir. Bu azmış kimi, həmin etnosun milli mədəniyyətinin başqalarından üstünlüyü də təbliğ olunur.


Maraqlıdır ki, Azərbaycan türkcəsində çıxan dərgilərin qapadıldığı bir zamanda "Rojelat" mərkəzi Urmiya olan Qərbi Azərbaycan şəhərlərində, Kürdüstan əyalətinə daxil edilmiş türk rayon və şəhərlərində daha geniş şəkildə və çoxlu sayda yayılır. Məlumatda bildirilib ki, dərginin yayılmasına hakimiyyət yardım göstərir.

AYNA

Barak Obama raket sipəri planını dəstəkləyəcək

ANS TV


--------------------------------------------------------------------------------

Barak Obama raket sipəri planını dəstəkləyəcək



Polşa rəsmiləri deyirlər ki, Amerika prezidenti seçilmiş Barak Obama Polşada raket sipəri yaratmaq planına dəstək verəcəyini vəd edib.
Polşa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, cənab Obama bunu prezident Lex Katsinski ilə telefon söhbəti zamanı deyib.

"Barak Obama Polşa və ABŞ arasında strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O iki ölkə arasında siyasi və hərbi əməkdaşlığın davam etdiriləcəyinə ümid ifadə edib.

O həmçinin deyib ki, raketdənmüdafiə sipəri layihəsi davam etdiriləcək."

Varşava və Vaşinqton arasında bu sipərin yaradılmasına dair saziş avqustun 14-də imzalanıb.

ABŞ Polşada 10 rakettutan mərmi yerləşdirmək, üstəlik Çexiyada 2011-2013-cü illərə kimi radar quraşdırmaq niyyətindədir.

Buş administrasiyasının mövqeyi bu idi ki, Avropada raketdən müdafiə sisteminin yaradılması, xətakar adlandırdığı dövlətlərdən mümkün raket hücumlarından qorunmaq üçün zəruridir.

ABŞ xəbərdarlıq edir ki, İran 2015-2017-ci illərə kimi nüvə başlığı daşıya bilən uzaqmənzilli raketlər əldə edə bilər.

Lakin Rusiya həmin raket sisteminin ona qarşı yönəldiyindən narahatdır.

Bu həftə Rusiya prezidenti Dmitriy Medvedev elan etmişdi ki, Moskva Amerikanın bu planlarına cavab olaraq, Kalininqrad anklavında özünün qısamənzilli raketlərini yerləşdirmək qərarına gəlib.



BBC

Türkiyədə PKK terror təşkilatının 5 üzvü ələ keçirilib

Türkiyədə PKK terror təşkilatının 5 üzvü ələ keçirilib




Bundan başqa, partladılmağa hazır 10 kq partlayıcı maddə zərərsizləşdirilib
Türkiyədə PKK terror təşkilatının 5 üzvü polis tərəfindən yaxalanıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı internet saytının yaydığı məlumata görə, terrorçulardan 4-ü İzmirin Qaziəmir rayonunda, 1 nəfəri isə Ağrı vilayətinin Mərkəz rayonunda ələ keçirilib. Xəbərə görə, bundan başqa, Mardinin Ömərli rayonunda terrorçular tərəfindən quraşdırılmış 10 kq partlayıcı maddə hərbçilər tərəfindən tapılaraq zərərsizləşdirilib.
Şirəli Məmmədov

Səttarxan mərasiminə hücum

Noyabrın 4-də Səttarxanın Tehranın Şah Əbduləzim Ziyarətgahındakı məzarı üstünə toplaşan azərbaycanlı fəallar, İran təhlükəsizlik orqanlarının əməkdaşlarının hücumuna məruz qalıblar. “İnsan Haqları Komitəsi”, “ Bizim Sulduz”, “Azad Təbriz” kimi mənbələrin yaydığı xəbərlərə görə, təhlükəsizlik orqanlarının əməkdaşları bir neçə azərbaycanlını o, cümlədən Tehranın Rəcai Universitetinin müəllimi, Abdulla Abbasi Cavan, hərəkatçılar - Hüseyn Məhəmmədi, Firuz Hüseynpur və başqa bir neçə tədbir iştirakçısını həbs ediblər.
Xatıqladaq ki, cənab Abbası keçən il həbs olunaraq, 130 gün müddətinə Tehranın “Evin” həbsxanasında Ettelatın nəzarətində olan 209 saylı təcridxanada saxlanmışdır. Daha sonra, o, Tehranın İslam İnqilabı Məhkəməsi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Hər il noyabrın 13-14-də Milli Sərdar Səttarxanın vəfatının ildönünmü münasibəti ilə onun məzarı üstündə mərasim keçirilir. İran təhlükəsizlik orqanları isə “qanunsuz toplaşma” və “milli təhlükəsizliyin pozulması” iddiaları ilə bu kimi tədbirlərin keçirilməsinə mane olurlar.
Səttarxan, Qacar sülaləsinin hakimiyyəti dövründə, Məşrutəçilik-konstitutsiyalı dövlət üsuli idarəsinin yaranması uğrunda 1900-cü illərdə gedən mübarizənin rəhbərlərindən olub. Təbriz başda olmaqla Azərbaycanın Rus və İran orduları qarşısında silahlı müqavimət hərəkatına və nəhayət hərəkatın qələbəsinə başçılıq edib. Daha sonra silahdaşı Bağırxanla birliklə Tehrana dəvət edilən Səttarxan və onun silahdaşları daha sonra puskuya salınıb.

Hökümət qüvvələrinin hücumu nəticəsində Səttarxanın 300 silahdaşı öldürülüb. Səttarxanın özü isə yaralı olaraq ələ keçirilib. Tehrandan çıxmasına icazə verilməyən Səttarxan 3 il yataq rejimində olub. O, 1914-cü il noyabrın 13-də baxımsızlıqdan həyatını itirib.

İranda mühafizəkarlar vitse-prezidentin istefasına çağırır

İranın mühafizəkar qanunvericiləri vitse-prezidentin istefasına çağırıblar. Buna səbəb olaraq onlar vitse-prezidentin Turizm nazirliyində Quranı təhqir edən tədbirin keçirilməsini göstərirlər.

İran mətbuatının verdiyi məlumata görə, qanunvericilər prezident Mahmud Əhmədinejadı vitse-prezident Esfəndiyar Rahim Məşhaiyeni vəzifəsindən kənarlaşdırmağa çağırıblar. Məşhaiyenin turizm nazirliyində bu ayın əvvəli keçirilən tədbirdə ənənəvi geyimdə olan qadın musiqi sədaları altında əlində Quran aparırdı. İran mətbuatı bunu “rəqs” mərasimi kimi təsvir edib.

İranın mühafizəkar siyasi partiyası olan İslam koalisiya cəbhəsi açıq məktubda turizm nazirliyinin tədbirini Quranı təhqir edən tədbir kimi qiymətləndirib.

İranda 2 azərbaycanlı fəal yoxa çıxıb

İranın Qum şəhərinin Müfid Universitetinin tələbəsi, əslən İran Azərbaycanın Miyana şəhərindən olan Hüseyn Səttarının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən həbs olunması barədə məlumat yayılıb. Müxtəlif mənbələrin bildirdiyinə görə, azərbaycanlı fəal H. Səttari həftənin birinci günündən bəri yoxa çıxıb, daha sonra isə onun təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduğu ortaya çıxıb. Bu gün yayılan məlumata gorə, Hüseyn Səttarı artıq azadlığa buraxılıb.
Hüseyn Səttarinin daha öncə bir neçə dəfə tutulduğu və milli hüquqlar uğrunda fəaliyyətlərinə görə, 1 il müddətinə təhsildən məhrum olunduğu bildirilir.
İran Azərbaycanının Kərəc şəhərində Yaşar Güneyli kimi tanınan, Haşım Bərzgər adlı daha bir azərbaycanlı fəal yoxa çıxıb. Onun noyabrın 10-dan bəri görülmədiyi və böyük ehtimalla İran Ettelaatının əməkdaşları tərəfindən həbs olunduğu söylənilir. Haşım Bərzgərin yoxa çıxmasından 2 gün öncə Tehranda təhlükəsizlik əməkdaşları olduğu güman edilən naməlum şəxslər tərəfindən vəhşicəsinə döyüldüyü bəyan edilir.
Bundan başqa qeyri-rəsmi mənbələr İbrahim Nuri adlı azərbaycanlı yeniyetmənin Əhər Şəhəri İslam İnqilabı Məhkəməsinə çağrıldığını bildirirlər. Bir il öncə, o, öz ana dilində təhsil almaq istəyini açıq şəkildə bəyan etdiyinə görə təhsil aldığı orta məktəbdən qovulmuşdu. Daha sonra isə təhlükəsizlik orqanları tərəfindən həbs olunan yeniyetməyə həbsxanada ağır təzyiqlər göstərilmişdir.
Yerli mənbələrin və İnsan haqlarını müdafiə təşkilatlarının bildirdiyinə görə, Fars dilinin yeganə dövlət dili olaraq tanındığı İranda, öz ana dilində təhsil haqqının təmin olunmasını istəyən azərbaycanlılar bu və ya digər şəkildə təzyiqlərə məruz qalırlar.

İranda zaminə buraxılmış azərbaycanlı tələbələr yenidən məhkəməyə çağırıldı

İran mənbələrinin yaydığı məlumata görə, Təbrizdə yenicə azadlığa buraxılmış azərbaycanlı tələbələr yenidən İslam İnqilabı Məhkəməsinə çağırırlıblar. “Əmir Kəbir” xəbər saytının yazdığına görə, məhkəməyə çağırılanlar bir müddət öncə girov müqabilində müvəqqəti azadlığa çıxmış Səccad Radmehr, Aydın Xacei, Fəraz Zehtab, Ehsan Nəcəfi, Əmir Mərdani, Məqsud Əhdi, Mənsur Əminian və Dariyuş Hatəmidir. Məhkəmə onlara əvvəllər barələrində irəli sürülmüş ittihamlara baxmaq adı ilə çağırış göndərib. Bir neçə ay öncə Təbrizdə təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən “milli təhlükəsizliyi pozamağa cəhd”də ittiham edilərək həbs olunan azərbaycanlı tələbələr 3 ay müddətinə qapalı rejimli Ettelaat təcridxanalarında saxlandıqdan sonra 25-50 milyon tümən (25-50 min ABŞ dolları) dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdırlar.

Əl-Qaidə lideri B.Obamanı təhqir edib

Əl-Qaidə lideri B.Obamanı təhqir edib

19/11/2008



Əl-Qaidə liderlərindən biri xəbərdarlıq edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamanın Əfqanıstanda hərbi mövcudluğu genişləndirməsi planları uğursuzluğa düçar olacaq. Bu gün yaraqlıların veb səhifəsində yerləşdirilən audio mesajda terror şəbəkəsinin 2-ci komandiri Ayman Zavahiri həmçinin cənab Obamanın şərəfsiz olduğunu deyib. Bu, Əl-Qaidənin ali liderlərinin Barak Obamanın prezident seçilməsinə ilk reaksiyasıdır. Cənab Obama bildirmişdi ki, o, ABŞ-ın hərbi diqqətini Əfqanıstana və Əl-Qaidə ilə mübarizəyə yönəldəcək. Pentaqon artıq qoşunların İraqdan çıxardılıb Əfqanıstana göndərilməsi üzərində işləyir.

QARABAĞ DANIŞIQLARINDAN İKİ BƏD XƏBƏR

QARABAĞ DANIŞIQLARINDAN İKİ BƏD XƏBƏR
Ermənilər razılaşmanın dekabrda imzalanacağını, Kremlə yaxın deputat isə “DQR”-in müstəqil olacağını iddia edir
Dağlıq Qarabağ problemi gələn ay həll oluna bilər. Bu iddia ilə Ermənistan Milli Konqresinin koordinatoru Levon Zurabyan çıxış edib. “Novosti-Armeniya” agentliyinin xəbərinə görə, Zurabyan deyib ki, razılaşmanın yaxında olduğunu Moskva bəyannaməsi, həmsədrlərin regiona səfəri, intensiv diplomatik təmaslar və bir-birinin ardınca verilən bəyanatlar təsdiq edir. Onun sözlərinə görə, münaqişənin nizamlanmasında əsas məsələ prinsiplərin razılaşdırılmasıdır, qalan məsələlər isə texniki xarakter daşıyacaq. Zurabyan deyib ki, Ermənistan müxalifətini hazırkı danışıqların bəzi məqamları narahat edir. Lakin o, hansı məqamlardan söhbət getdiyini deməyib.

ƏSGƏRİMİZİN CƏSƏDİ ERMƏNİLƏRİN ƏLİNƏ KEÇDİ

ƏSGƏRİMİZİN CƏSƏDİ ERMƏNİLƏRİN ƏLİNƏ KEÇDİ
Müdafiə Nazirliyi isə tərpənmədi
Orxan Şəmilovun əmisi hadisə yerindən şok məlumatlar verdi; şəhidin fərari olması barədə raport yazan tağım komandiri barədə təhqiqat başladı
“Azərbaycan ordusunun noyabrın 16-da ermənilərlə atışmada həlak olan əsgəri Orxan Şəmilovun cəsədi ermənilər tərəfindən döyüş meydanından götürülüb”. Bu barədə qəzetimizə açıqlama verən şəhid əsgərin əmisi Vaqif Şəmilov artıq qardaşı oğlunun xidmət etdiyi hərbi hissədə vəziyyətlə yerindəcə tanış olduğunu söylədi. “Mən Orxanın xidmət etdiyi hərbi hissədə oldum. Qeyri-rəsmi razılıq əsasında Orxanın keşik çəkdiyi posta da getdim.

«SEPAH»la «PEJAK» ARASINDA DÖYÜŞ OLUB

«SEPAH»la «PEJAK» ARASINDA DÖYÜŞ OLUB
2008-11-19 - 13:59:00


İranın Kürdüstan vilayətinin Sənəndəc şəhəri yaxınlığında terrorçu PKK təşkilatının İran qanadı sayılan «Pejak» silahlı qruplaşmasının döyüşçüləri ilə İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») qüvvələri arasında baş vermiş qanlı toqquşmada «Pejak»ın bir neçə üzvü öldürülüb.


Höccətullah
Dəmyad



«Media forum» saytı bildirir ki, hadisə noyabrın 16-da gecə yarısı baş versə də, xəbər İran mediasına noyabrın 19-da çıxıb.

Kirmanşah vilayəti rəhbərinin siyasi və təhlükəsizlik işləri üzrə müavini Höccətullah Dəmyad jurnalistlərə açıqlamasında qətlə yetirilən «Pejak» üzvlərinin yerli kürdlər yox, Türkiyə vətəndaşları olduğunu bildirib.

H.Dəmyad toqquşma zamanı dörd «Pejak»çının ələ keçdiyini, onlardan birinin 16 yaşlı yeniyetmə qız olduğunu da deyib.

Vilayət rəhbərinin müavini tutulanlara ABŞ və İsrailin dəstək verdiyini bildirib: «Bu şəxsləri ABŞ və İsrailin casusluq xidmətləri əməkdaşlığa cəlb edərək təşkilatlandırıb».



«Media forum»

Təbriz bazarı və Şeyx Səfiəddinin məqbərəsi YUNESKO-nun siyahısına düşə bilər

Təbriz bazarı və Şeyx Səfiəddinin məqbərəsi YUNESKO-nun siyahısına düşə bilər

16:17 19-11-2008





Quruma müraciət üçün sənədlər hazırlanıb

Güney Azərbaycanın Təbriz şəhərindəki tarixi bazar və Ərdəbil şəhərindəki milyonlarla kvadratkilometr əraziyə sahib Azərbaycan Səfəvi dövlətinin qurucusu, görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin əcdadı Şeyx Səfiəddinin uyuduğu məqbərə YUNESKO-nun “Mədəni İrs” siyahısına salına bilər.

Lent.az-ın Güney Azərbaycan Milli Hərəkatına bağlı oyrenci.com saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Güney Azərbaycanın şərq vilayətinin Mədəni İrslərin Qorunması və Turizm Təşkilatı beynəlxalq təşkilata müraciət ünvanlamağa hazırlaşır. Artıq lazımı sənədlər hazırlanıb və gələn ilin fevralında YUNESKO-ya təqdim olunacaq.

İşə YUNESKO-nun Tehrandakı təmsilçisi Bandarin Vetaniqoçi nəzarət edir.

Pərvin ABBASOV

LENT.AZ

İran təhlükəsizlik xidmətinin əməkdaşı Bağdadda tutulub

İran təhlükəsizlik xidmətinin əməkdaşı Bağdadda tutulub

13:10 19-11-2008





SEPAH üzvü qonşu ölkəyə qanunsuz silah göndərməkdə ittiham olunur

İran təhlükəsizlik xidmətinin yüksək vəzifəli əməkdaşı Bağdadda həbs olunub. Lent.az-ın “Breitbart”a istinadən verdiyi məlumata görə, tutulan şəxs İraqa qeyri-qanuni silah göndərməkdə şübhəli bilinir.

Amerika hərbçilərinin yaydığı məlumatda qeyd edilir ki, eyni zamanda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü olan iranlı biznesmen ölkəni tərk etmək istəyərkən Bağdad hava limanında həbs olunub. Onu tikinti materialları adı altında İrana terrorçular üçün nəzərdə tutulan böyük miqdarda silah keçirməkdə ittiham edirlər. Günahı sübuta yetirildiyi təqdirdə iranlı biznesmen İraq hərbi tribunalı qarşısında dayanacaq.

Rəsmi Tehran informasiyanı qəti şəkildə rədd edərək onu Amerikanın növbəti iftirası adlandırıb.

LENT.AZ

Terrorçu PKK-ya məxsus milyonlarla dolları oğurlayıb

Təşkilatın Avropadakı şöbəsində qarşıdurma yaranıb

İsveçrədə baş verən terror aktlarının arxasında PKK terror təşkilatının olduğu ilə bağlı yerli təhlükəsizlik qüvvələrinin açıqlamasından sonra təşkilatda qarşıdurma yaranıb. Lent.az-ın məlumatına görə, PKK-nın “İsveçrə təmsilçisi” təşkilata aid milyonlarla dolları götürərək qaçıb. Bundan sonra isə iki qrup arasında münaqişə yaranıb.
Təhlükəsizlik qüvvələri bildiriblər ki, PKK-nın "Hüseyin Gazi" kod adlı “İsveçrə təmsilçisi” təşkilata məxsus milyonlarla dolları götürüb aradan çıxıb. Bundan sonra PKK-nın “Avropa təmsilçisi” Sabri Ok terrorçu-oğrunun yaxalanaraq öldürülməsi barədə göstəriş verib. PKK-nın “İsveçrə təmsilçisi“ “vəzifəsi”nə isə Ali M. adlı şəxs təyin olunub.

Əhmədinecatın güneyli dostu

Əhmədinecatın güneyli dostu
İranın daxili işlər naziri oldu

Əslən azərbaycanlı olan Sadıq Məhsuli İranın daxili işlər naziri təyin edilib. Noyabrın 18-də İran parlamenti prezident Mahmud Əhmədinecatın S.Məhsulinin daxili işlər naziri vəzifəsinə təyin olunması haqda göndərdiyi təqdimata baxıb. Səsvermə zamanı 138 deputat S.Məhsulinin lehinə, 112 deputat əleyhinə səs verib, 20 deputat bitərəf qalıb. Beləliklə, S.Məhsuli səs çoxluğunu qazanaraq ölkənin daxili işlər naziri olub. Əvvəlki daxili işlər naziri Əli Kərdanini parlament noyabrın 4-də istefaya göndərmişdi. Buna onun Oksford Universitetinin hüquq elmləri doktoru olması barədəki diplomunun saxta çıxması səbəb olmuşdu.
49 yaşlı S.Məhsuli İran prezidentinin yaxın tərəfdaşı və sədaqətli kadrı sayılır. 2005-ci ildə M.Əhmədinecat onu ölkənin neft naziri təyin etmək istəsə də, namizədliyin parlamentdə səsverməyə çıxarılmasından əvvəl fikrindən dönmüşdü. Dövlət başçısı hesab etmişdi ki, S.Məhsulinin neft sahəsində təcrübəsi olmadığından parlament onun namizədliyini təsdiqləməyə bilərdi.
Əhmədinecat kimi Məhsuli də İran ordusunun elitası olan "İslam İnqilabı Keşikçiləri Korpusu"nda ("Pasdarene İslami"/ SEPAH) qulluq edib. Yeni DİN başçısı əvvəllər regional hökumətdə müxtəlif vəzifələri tutub, habelə müdafiə nazirinin planlaşdırma məsələləri üzrə müavini olub.
"Media forum"un məlumatına görə, yeni nazir Sadıq Məhsuli Urmiya şəhərində doğulub. Ticarət idarəçiliyi ixtisasına yiyələnib. Ölkənin varlı adamlarından biridir, "milyarder keçmiş sepahçı" kimi tanınır. Məhsulinin sərvəti bir ara hakimiyyətdaxili qruplar arasında mübahisəli məsələlərdən birinə çevrilmişdi. Yç il əvvəl o, jurnalistlərə açıqlamasında azı 50 milyon dollarlıq var-dövləti olduğunu demişdi.
Hakimiyyət daxilindəki rəqibləri Məhsulini "Sepah"da olarkən vəzifəsindən sui-istifadə etməkdə, qanunsuz yolla pul qazanmaqda, dövlət əmlakını mənimsəməkdə günahlandırırlar. Onların iddiasına gюrə, hazırda hər saat S.Məhsulinin qazancının üstünə 1800 dollar əlavə pul gəlir.
S.Məhsuli ittihamları rədd edir və qazandığı sərvəti qanuni yolla əldə etdiyini bildirir.
H.Bakuvi

Tehran gecələri "Bəsic"ə əmanət edildi

Tehran gecələri
"Bəsic"ə əmanət edildi

İranda silahlı könüllülər dəstələrini birləşdirən "Bəsic" Müqavimət Qüvvələri Korpusu bundan sonra ölkənin iri yaşayış məntəqələrində gecə saatlarında asayişi təmin edəcək.
"İslam İnqilabı Keşikçiləri Korpusu"nun ("Sepahe Pasdarane İslame") "Məhəmməd Rəsulillah" diviziyasının komandanı, general Abdulla Əraqinin dediyinə görə, "Bəsic"in asayişin təminatına qoşulması "iranlıların gecələr daha rahat olmasına yardım edəcək".
"Bəsic"in komandanı Hüseyn Təib isə bəyan edib ki, könüllülər gecə növbələrinə noyabrın 28-də başlayacaqlar.
Bu zaman "Bəsic"də post-patrul funksiyalarını yerinə yetirməklə yanaşı, ciddi nəzarət və axtarış səlahiyyətləri hüququ da veriləcək.
Müşahidəçilər isə bunu Tehrandaka klerikal rejimin ölkə vətəndaşları üzərində nəzarəti maksimum dərəcədə gücləndirmək istəyi sayırlar.

ELDAR SABİROĞLU: «ERMƏNİLƏRİN ATƏŞKƏS REJİMİNİ TEZ-TEZ POZMASI TƏXRİBAT MƏQSƏDİ DAŞIYIR»

ELDAR SABİROĞLU: «ERMƏNİLƏRİN ATƏŞKƏS REJİMİNİ TEZ-TEZ POZMASI TƏXRİBAT MƏQSƏDİ DAŞIYIR»


Son vaxtlar bütün cəbhə xətti boyunca atəşkəsin intensiv pozulması müşahidə olunur. «Media forum»a açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bunu düşmən təxribatlarıyla bağlayıb: «Atəşkəsin intensiv pozulması nəticəsində tərəflər itki verir. Ermənilərin atəşkəs rejimini tez-tez pozması təxribat məqsədi daşıyır, Azərbaycanı başqa tədbirlərə əl atmağa səsləyir. Azərbaycan tərəfi də düşmənə lazımi cavab verir».


Eldar
Sabiroğlu



Cəbhə bölgəsində müntəzəm monitorinqlər keçirildiyini xatırladan E.Sabiroğlu bildirib ki, Azərbaycan beynəlxalq təşkilatları, eləcə də ATƏT-in yerli nümayəndəliyini Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması haqqında məlumatlandırır: «Onlar bu məsələdən xəbərdardır».

E.Sabiroğlunun verdiyi məlumata görə, bu gün Tovuz rayonunun Muncuqlu kəndi yaxınlığında, qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq keçirilən monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Antal Herdiç, qarşı tərəfdə isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Vladimir Çountulov və İrji Aberle müşahidə ediblər.




«Media forum»

Tehranda iki azərbaycanlı tələbə həbs olunub

Tehranda iki azərbaycanlı tələbə həbs olunub
Tue, Nov 18th 2008

Tehranda iki azərbaycanlı tələbə həbs olunub



Tehran Pəyam Nur Universitetinin azərbaycanlı tələbələri Firuz Yusifi və Həşim Bərzgərzadə ölkədə milli ayrı-seçkilik salmaqda ittiham olunaraq, həbs olunublar.


Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, Tehran İnqilab Məhkəməsinin qərarı ilə noyabrın 9-da H. Bərzgərzadə, noyabrın 14-də isə F. Yusifi barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda hər iki azərbaycanlı tələbə İran xüsusi xidmət orqanlarına məxsus Tehranın “Evin” həbsxanasında saxlanılırlar. Ailələrindən bildirilib ki, azərbaycanlı tələbələr həbsxanada təzyiq və işgəncələrə məruz qalırlar.bizimyol