Rusiya atom sualtı qayığında qəza: 20 ölü
Baş komandanlıq radiasiya təhlükəsi olmadığını bildirib
Noyabrın 8-də Rusiyanın Sakit okean Donanmasına məxsus atom sualtı qayığında qəza baş verib. Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, qəza sınaq zamanı qayıqdakı yanğınsöndürmə sisteminin qəflətən işə düşməsi nəticəsində əmələ gəlib. Qəza nəticəsində 20 nəfər həlak olub.
Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının köməkçisi İqor Dıqalo bildirib ki, sualtı qayığın özünə zərər dəyməyib, reaktor bölməsi adi rejimdə işləyir, radiasiya təhlükəsi yoxdur. Hazırda sınaq dayandırılıb, qayığın bazaya qaytarılması barədə qərar qəbul edilib.
Sualtı qayığın adı və növü barədə məlumat verilmir. Lakin oktyabr ayının sonunda məlumat verilmişdi ki, Primoryedə “Nerpa” (layihə 971 “Şuka-B” NATO təsnifatına görə “Akula”) sualtı qayığının sınağına başlanıb. Hadisənin məhz həmin qayıqda olub-olmadığı hələ dəqiqləşməyib.
LENT.AZ
19 Kasım 2008 Çarşamba
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder