azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Kasım 2008 Çarşamba

SƏTTARXAN və SƏFƏRXAN ANILACAQ

SƏTTARXAN və SƏFƏRXAN ANILACAQ



Bu Azərbaycan türkləri gəncliklərini mənsub olduqları soya qurban veriblər



S.SƏDRƏDDİN



Millətimizin haqları uğrunda mübarizə aparmış elə insanlar var ki, onların ömür yolundan bəhs edəndə bir hərəkatın tarixindən söz açmamaq olmur. Bu günlərdə Qulamrza Əmaninin qardaşları ilə birlikdə faciəli surətdə qətli Güney Azərbaycan türklərinin yaxın mübarizə tarixinin, Səfərxan Qəhrəmaninin xatırlanmasına əsas verir.

Bu arada güneyli soydaşlarımızın haqqı uğrunda mübarizə apardığı üçün işgəncələrə məruz qalıb ölümü mətanətlə qarşılayanları xatırlamamaq olmur. Onlardan Bəhruz Dehqani 27, Nabdil Oxtay 28, Mərziyyə Üsküyü 27 yaşında şəhidliyin zirvəsinə yüksəlib. Səməd Behrəngini isə 29 yaşında Arazda boğdular...

Səfərxan Qəhrəmani işgəncələrə zindanda məruz qaldı, Əli Tudə demişkən, "Öz ana dilində iki söz yazan, zindanda çürüdü hey zaman-zaman".

"Səfərxan" adı ilə tanınan Səfər Qəhrəmani 1921-ci ildə Urmiya yaxınlığındakı Şişvan kəndində anadan olmuşdu. Atası Məhəmmədhüseyn Qacar şahzadələrinə rəiyyətlik etmişdi. Azərbaycan Milli Hökuməti ordusunun fədailərindən olmuş bu Azərbaycan türkü milli haqlar uğrunda mübarizə apardığı üçün 32 il həbsxanada saxlanılıb. Onun haqqında danışanda Azərbaycan Milli Hökumətinin mövcud olduğu bir il ərzində milli haqların təmini ilə bağlı gördüyü işlər də yada düşür. Belə adamlar həm də Güney Azərbaycan türkünün milli dövlətçilik tarixini xatırladır...

"Baybak"ın məlumatına görə, hər il olduğu kimi, bu il də noyabrın 8-9-da Güney Azərbaycanda Səttarxan və Səfərxan yad ediləcək. Bununla bağlı çeşidli törənlərin keçirilməsi nəzərdə tutulub. Həmin gün Səttarxanın doğum, Səfərxanın isə dünyasını dəyişən gündür. Elə bu səbəbdən də Azərbaycan türkünün bu iki mübariz oğlu bir gündə yad edilir.

Bu insanlar öz bayrağı altında yaşamağı hər nəsnədən üstün tutanlardandır. Çar Rusiyasının konsulu Səttarxana "rus bayrağı altına sığınmağı" təklif etmişdi. Onda sərdari-milli belə cavab vermişdi: "Mən istərdim ki dünyadakı 72 dövlət mənim şahımın bayrağı altında olsun". Xatırladaq ki, Səttarxan bu sözləri söyləyəndə indi İran adlanan dövlətdə Qacar türkləri hakimiyyətdə idilər. O zaman millətlərin farslaşdırılması kimi şovinist ideologiyanın qoxusu belə gəlmirdi. Təəssüflər olsun ki, bir sıra panfarsçı və panirançı qüvvələr Səttarxanın bu sözünü fars dilinə çevirərək ona panirançılıq mahiyyəti verməyə çalışırlar.

Sərdari-milli Yaxın və Orta Şərqdə demokratik inqilabın başında dayanan ilk inqilabçı idi. Onun mübarizəsi isə "Məşrutə (Qanun) hərəkatı" adlanır. Məhz bu mübarizənin sonucunda İranda Anayasalı monarxiya fəaliyyət göstərməyə başladı. İranda hakimiyyətlər bir-birini əvəzləsə də, indiki konstitusiya quruluşuna baxmayaraq, İslam Respublikası da bu hərəkatın nailiyyətindən bəhrələnməkdədir.

Səttarxan kimi Səfərxan da Yaxın və Orta Şərqdə milli haqlarla yanaşı, demokratiya uğrunda mübarizənin öndərlərindən olub, bu yolda 32 il həbsdə saxlanılıb.

Bir məsələni də yada salmaq istərdik. Bu ilin avqustunda Məşrutə hərəkatının növbəti ildönümünü Təbrizdə Milli Hərəkatın fəalları yürüşlə qeyd etmək istəmişdilər. İran polisi bu tədbirin qarşısını almışdı.

Əlavə etmək lazımdır ki, bu hərəkatı İslam Respublikası və şahçılar mənimsəməyə çalışırlar. İran hakimiyyəti dara düşəndə Səttarxanın şücaətindən, Azərbaycan türklərinin İran tarixində oynadığı önəmli roldan bəhs edirlər. 2006-cı ilin mayındakı etiraz aksiyalarından narahat olmuş rejim təmsilçiləri, o cümlədən ayətulla Xamneyi, parlamentin o vaxtkı sədri, panfarsist və paniranistlərin ideoloqlarından biri Qulaməli Həddad Adil, prezident Mahmud Əhmədinijat Səttarxan hərəkatından, onun siyasi, sosial önəmindən danışmışdılar.

Bu gün və sabah keçirilməsi planlaşdırılmış anım tədbirini İslam Respublikası rəhbərliyinin əngəlləməyə cəhd göstərəcəyi istisna deyil. Ötən ayların təcrübəsi bunu deməyə əsas verir.

Yeri gəlmişkən, Tehrandakı Əllamə Təbatəbai adına Universitetin azərbaycanlı tələbələri Ə.Sərrafi, şair Mehdi Nəimi, Həsən Raşidi və S.Muğanlının qanunsuz həbsinə, işgəncəyə məruz qalmalarına etiraz olaraq bəyanat veriblər: "Uzun illərdir həmvətənlərimizin həbs edilərək işgəncələrə məruz qalması xəbərlərinə öyrəşmişik. İndi bu faşist rejimi işi o yerə çatdırıb ki, bu dörd ziyalının həbsindən 50 gün keçsə də, hökumətin heç bir qurumu onların ağır vəziyyəti ilə bağlı məsuliyyəti öz üzərinə götürmür, onların tutulması səbəbini izah etmir".

Tələbələr onların tez bir zamanda azadlığa buraxılmasını tələb ediblər

.ayna

Hiç yorum yok: