azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

22 Kasım 2008 Cumartesi

AZƏRBAYCAN, TÜRKİYƏ VƏ ERMƏNİSTAN ARASINDAKI PROBLEMLƏRİN HƏLLİ ÜÇÜN YAXŞI ŞƏRAİT YARANMIŞDIR

AZƏRBAYCAN, TÜRKİYƏ VƏ ERMƏNİSTAN ARASINDAKI PROBLEMLƏRİN HƏLLİ ÜÇÜN YAXŞI ŞƏRAİT YARANMIŞDIR
AzərTAc-ın verdiyi xəbər görə, Türkiyənin xarici işlər naziri Əli Babacan Rumıniyalı həmkarı Lazar Komenesku ilə Ankarada keçirdiyi mətbuat konfransında bildirmişdir ki, Azərbaycan, Türkiyə və Ermənistan arasındakı problemlərin həlli üçün yaxşı şərait yaranmışdır. O, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı üçün İstanbula gələcək Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla noyabrın 24-də axşam görüşəcəyini, dialoqun normallaşdırılmasının və bu məqsədə çatmaq üçün qarşılıqlı addımların atılmasının vacibliyini vurğulamışdır.
Ermənistan və Azərbaycan prezidentlərinin son dəfə Moskvada görüşünü xatırladan Türkiyənin xarici işlər naziri, bunun nəticəsinin müsbət olduğunu bildirmişdir.
Mövcud müsbət ab-havanın vaxt itirmədən həllə yönəlmiş addımlarla dəyərləndirilməsinin gərəkliyini söyləyən Ə.Babacan demişdir: “Bölgədə problemlərin həlli üçün yeni bir iqlim var. Bu, önəmli bir fürsət pəncərəsidir. Ancaq mən bu fürsət pəncərəsinin müsbət dəyərləndirilməsinin vacibliyini düşünürəm. Çünki dediyim kimi, pəncərələr açılır, amma, zamanı gəldikdə, bağlana da bilər. Bu səbəbdən pəncərə açıqkən, həm Ermənistan-Azərbaycan, həm də Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin sürətlə normallaşması üçün bütün tərəflərin tələsməsi vacibdir”.

Hiç yorum yok: