azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Ekim 2008 Cumartesi

Tehran Qərb ölkələrinə güzəştə gedə bilər

Tehran Qərb ölkələrinə güzəştə gedə bilər


İran uranın zənginləşdirilməsi prosesinin dayandırılacağını istisna etmir

İranın MAQATE-dəki nümayəndəsi Əli Aşqar Soltani uranın zənginləşdirilməsi prosesini dayandırmağa hazır olduqlarını bəyan edib. Lent.az-ın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, İran nümayəndəsi bunun əvəzində ölkəyə nüvə yanacağı gətiriləcəyinə təminat tələb edib.

Əli Aşqar Soltani bildirib ki, İran atom elektrik stansiyalarının fəaliyyət göstərməsi üçün tələb olunan nüvə yanacağının gətirilməsini təmin edəcək dəqiq beynəlxalq razılaşmalar imzalanana qədər uranın zənginləşdirilməsi prosesi dayandırılmayacaq. O, nüvə yanacağının verilməsinin dayandırıldığı təqdirdə uranın zənginləşdirilməsi prosesini bərpa etmək hüququnu özlərində saxladıqlarını vurğulayıb.

İran nümayəndəsi belə bir sensasion bəyanatla beynəlxalq ekspertlərlə Brüsseldə keçirilən görüşdən sonra mətbuat konfransında çıxış edib. Görüşü Avropa Birliyinin siyasi araşdırmalar Mərkəzi təşkil edib.

LENT.AZ

İran daxili işlər naziri prezidenti aldadıb

İran daxili işlər naziri prezidenti aldadıb



Əli Kürdan nazir olmaq üçün saxta diplom təqdim edib

İran daxili işlər naziri Əli Kürdan prezident Mahmud Əhmədinejada məktub yazaraq ictimaiyyətə Oksford universitetinin saxta diplomunu təqdim etdiyini etiraf edib. Lent.az-ın “The Los Angeles Times” qəzetinə istinadən verdiyi məlumata görə, o, bu addımla nazir postu uğrunda mübarizədə şansını yüksəltmək istədiyini bildirib.

Kürdanın iddiasina görə, onu diplomu aldığı vasitəçi aldadıb. Guya ki, o, 8 il əvvəl hüquq doktoru adı almaq üçün sənədlərini Tehrandakı agentliklərdən birinə təqdim edib. Həmin agentlik isə özünü Oksford universitetinin nümayəndəsi kimi təqdim edirmiş. Daxili işlər naziri bildirib ki, aldığı diplomun həqiqiliyinə heç bir zaman şübhə etməyib. Kürdan ona saxta diplom verən şəxs barədə cinayət işi qaldırılmasına çalışacağını da vurğulayıb.

Buna baxmayaraq saxta diplomla bağlı qalmaqalın daxili işlər nazirinin karyerasına son qoyacağı istisna edilmir. Onun rəqibləri bildirirlər ki, müxtəlif cinayətlər və hüquq pozuntuları ilə mübarizə aparmalı olan şəxs özü saxtakarlığa yol verib.

LENT.AZ

İran Azərbaycan və Ermənistandan cavab gözləyir

İran Azərbaycan və Ermənistandan cavab gözləyir


İran İslam Respublikası (İİR) ümid edir ki, Azərbaycan və Ermənistan rəsmi Tehranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək təklifinə yaxın vaxtlarda münasibət bildirəcək.

APA-nın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Naser Həmidi Zare bildirib. Regionda hazırda müəyyən proseslərin getdiyini deyən diplomat bölgənin əhəmiyyətli ölkələrindən olan İranın yaranmış mürəkkəb situasiyadan çıxış yollarının tapılmasında maraqlı olduğunu qeyd edib: “Ona görə də Tehran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik etmək təklifi ilə çıxış edib. İran bütün region ölkələri arasında normal münasibətlərin qurulması üçün hər cür addımı atmağa hazırdır”.

LENT.AZ

İrana Nüvə Silahının Yayılmaması haqqında Müqavilədən çıxmaq faydalı deyil

İrana Nüvə Silahının Yayılmaması haqqında Müqavilədən çıxmaq faydalı deyil


İran parlamentində BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq sanksiyaların ardınca MAQATE ilə əməkdaşlığın azaldılmasının mümkünlüyü haqqında bəyanat Tehranın Nüvə Silahının Yayılmaması haqqında Müqavilədən çıxmasına gətirməyəcək.

їŞübhə edirəm ki, İran Nüvə Silahının Yayılmaması haqqında Müqavilədən (NSYM) çıxacaq, - amerikalı ekspert Aişə Cəlal hesab edir. Çox güman ki, o ABŞ - ı MAQATE -yə həddən artıq təzyiq göstərməkdə ittiham etməyə davam edəcək və özünün їdincї nüvə proqramının inkişafında Avropa ölkələrinin dəstəyini axtaracaqї.

İran XİN-in rəhbəri Mənuçöhr Möttəki Nyu -Yorkda ABŞ - ı İranın nüvə proqramının mahiyyəti haqqında yalan informasiya yaymaqda ittiham edib və bildirib ki, Tehran MAQATE ilə əməkdaşlığı azaltmaq niyyətində deyil, - Reuters cümə günü xəbər verib. Bu bəyanatlar İran İslam Şurası Məclisi (parlament) İdarə Heyətinin üzvü Musa Qurbaninin çıxışından sonra səslənib. Qurbani bildirib ki, BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramına qarşı yeni Qətnamə qəbul etməsindən sonra, İslam Respublikası MAQATE ilə əməkdaşlığı azalda bilər.

BMT Təhlükəsizlik Şurası sentyabrın 27 - də İrana qarşı yeni Qətnamə (1835 saylı) qəbul edib. Rusiyanın təkidi ilə bu Qətnamə yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutmur və əvvəlki sanksiyaları təsdiqləyir.

2005 - ci ildə İran Nüvə Silahının Yayılmaması haqqında Konvensiyanın əlavə protokolundan çıxıb. Bu protokol İranın nüvə obyektlərinin araşdırılmasında BMT-nin Müşahidə Şurası üçün böyük imkanlar nəzərdə tuturdu. İslam Respublikası MAQATE -nin İranın dosyesini BMT Təhlükəsizlik Şurasına göndərməsinə etiraz olaraq, bu protokolda iştirakdan imtina edib. MAQATE İranın uranın zənginləşdirilməsinin tam silsiləsini həyata keçirmək hüququn olmasını qəbul edənədək, İİR bu protokola qoşulmayacaq.

İran NSYM - dən çıxmaq qərarına gələrsə, tam təcrid olunmuş vəziyyətə düşəcək, - Taft Universitetinin (ABŞ) professoru Cəlal (Ayesha Jalal) cümə günü elektron poçtla Trend News - a bildirib. Onun rəyinə görə, bu, İslam Respublikasını əsas düşmənləri ї ABŞ və İsrail üçün zəif edəcək.

Alman ekspert Mehran Barati İranın NYSM- dən çıxmayacağı ilə razıdır. Bu müqavilədə iştirak heç kimin İrana hücum etməyəcəyinə zəmanət verir.

їİran parlamentarisinin belə bəyanatı BMT Təhlükəsizlik Şurası yeni Qətnamənin qəbuluna hazırlaşdığı vəziyyətdə İİR-in Rusiyanın dəstəyinə ümid etməsi ilə əlaqədardırї, - beynəlxalq münasibətlər üzrə ekspert, їBerlinї araşdırma mərkəzinin (Almaniya) üzvü Barati (Mehran Barati) cümə axşamı Trend News - a bildirib.

Ekspertin sözlərinə görə, Rusiyanın Qərblə əməkdaşlıqda uzunmüddətli maraqları var və buna görə də o, Qətnaməni dəstəkələyib.

Nüvə Silahının Yayılmaması haqqında Müqavilə 1968 - ci ildə imzalanıb. Hazırda 189 ölkə bu müqaviləyə qoşulub. O, giriş və 11 maddədən ibarətdir. Bu müqavilənin üç əsas prinsipi aşağıdakılardır: nüvə silahının yayılmaması, tərksilah və nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququ.trend

Ermənistan sərhədlərin açılmasını istəyirsə, qonşuları ilə düzgün şəkildə danışmağı öyrənməlidir - Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü

Ermənistan sərhədlərin açılmasını istəyirsə, qonşuları ilə düzgün şəkildə danışmağı öyrənməlidir - Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü


Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, Ədalət və İnkişaf Partiyasının (AKP) Xarici Əlaqələr Birliyinin sədr müavini Özlem Türkönenin TrendNews-a ekzklüziv müsahibəsi:

- Qafqazdakı Təhlükəsizlik və Sabitlik Platforması ATƏT-in Minsk qrupunun fəaliyyətinə alternativ ola bilərmi ?

- Bu platforma heç bir şəkildə mövcud sistemlərə, mövcud qaydalara, əlaqələrə alternativ və əngəl deyil. Qafqazda gərginlik getdikcə yüksəlir və hər an Rusiya ilə Gürcüstan arasında baş verən müharibə başqa ölkələrə də sıçraya bilər. Belə bir savaşın baş verməsi ehtimal olunarsa, Azərbaycan, Türkiyə və Ermənistan bəlkədə bundan ən çox zərərçəkən ölkələrin başında yer alarlar. Biz tarixin yaxşı oxunması və dəyərləndirilməsini istəyirik. Avropanın bir çox dəyərləri ї birlik, ədalət, demokratiya, müstəqillik kimi dəyərləri var. Sual oluna bilər ki, bu dəyərlərə Avropa bir gündə nail olub? Bunlar nə zaman ortaya çıxıb? Bunları yaxşı dəyərləndirmək lazımdır. Avropa İttifaqı yaşanan müharibələrin sonucunda sülhə və barışığa gedən yolu ifadə edir. Əgər Qafqazda çəkişmələr enerji və ya digər məsələlərə görə ortaya çıxırsa, biz bir çox münaqişələri bir kənara qoyub öz ortaq sonuclarımızı müəyyən edərək yüksək səviyyəyə qaldırmağın yolunu tapa bilərik. Məqsədimiz ölkələrimizin insanları üçün daha təhlükəsiz və sülhün bərqərar olduğu Qafqazın yaradılması olmalıdır. Türkiyənin keçən əsrin 90-cı illərində təklif etdiyi Qafqazda Əməkdaşlıq Platforması bunun bir nəticəsidir. Yəni tarixdən ibrət dərsi götürməliyik və Avropanın etdiyi kimi milyonların ölümünə səbəb olmadan öz bölgəmizdə daha təhlükəsiz bir mühit yarada bilərik.

- Qafqazda Sabitlik və Təhlükəsizlik Patformasının reallaşması üçün region dövlətlərindən nə tələb olunur?

- Təbii ki, bu platforma ölkələrin dövlət xüsusiyyətlərinə müdaxilə etməyəcək. Bizim məqsədimiz Avropa İttifaqı kimi bir qurum yaratmaq deyil. Bir şey bəllidir: problemlərimizdən danışa bilərik və ancaq dialoq yolu bir platforma yarada bilsək, o halda müharibə etmədən onları həll edə bilərik. Ən azından bunu yaratmaq istəyirik. Biz problemlərimizdən Avropa Şurasında, BMT-də danışırıq, amma öz aramızda sərhəd ölkələrlə bir platformamız yoxdur. Bu problemləri biz yaşayırıq. Əgər Cənubi Qafqazda, Rusiya ilə Gürcüstan arasında baş verənlərə oxşar bir şey daha ağır formada yenidən ortaya çıxarsa, əziyyət çəkən xalq bizim olacaq, Avropa yox. Bu cür əməkdaşığa bərabər şəkildə getməli və nail olmalıyıq, çünki bu bizim insanlarımızın gələcəyi üçün lazımdır.

- Siz bu Platformanın reallaşmasının şanslarını necə görürsünüz ?

- Əlbəttə, problemlər var. Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi, Turkiyə ilə Ermənistan arasında qondarma erməni soyqırım,Rusiyanın Azərbaycana qarşı çox vaxt mənfi münasibəti, habelə Rusiyanın Gürcüstanla problemi kimi məsələlər var. Digər tərəfdən Rusiyanın qondarma erməni soyqırımında Ermənistanı dəstəklədiyini görürük. Bir məsələni demək lazımdır: Bakı-Tbilisi-Ceyhan neft boru kəməri önəmli bir başlanğıcdır. Hər birimizin bu bölgədə ortaq çıxış nöqtəsi var. BTC boru xətti iki səbəbə görə Ermənistandan keçmədi. Birincisi, qardaş Azərbaycan xalqına qarşı edilən haqsızlıq, digər tərəfdən isə sözdə erməni їsoyqırımıї iddiasını əks etdirən səhv mövqe. Buna görə xəttin yolu uzadıldı. Ermənistan bundan faydalana bilmədi. Bu platformada hər kəsin hisslərə qapılmadan rasionallıq nümayiş etdirməsi lazımdır. Ermənistan Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistan xalqının mənafeyi üçün sərhədlərinin tamamilə açılmasını istəyirsə, qonşuları ilə daha düzgün şəkildə danışmağı öyrənmək və əməkdaşlıq etmək məcburiyyətindədir. Biz ən başlıcası bunu dialoq yolu ilə başlaya və gerçəkləşdirə bilərik. Söylədikərim bir çoxları üçün yuxu kimi görünə bilər, amma unutmaq lazım deyil ki, yuxular onlara inandığımız zaman gerçək olur. 1918-1945-ci illər arasındakı Avropa tarixinə baxdıqda acı, üzüntü və göz yaşlarından başqa bir şey yoxdur. Lakin onlar bu maneələri aşaraq dialoq yolu ilə indiki səviyyəyə gəliblər. Mən bu platformaya Qafqazla sərhədləri olan hər bir ölkənin dəstək verməsini istəyirəm. İnanıram ki, danışmağa bu gün başlasaq, on il sonra başqa bir yerdə ola bilərik. trend

Danışan ŞƏKİLLƏR

Danışan ŞƏKİLLƏR

Bu gün İran adlanan ölkə tarixi Azərbaycan torpaqlarında soydaşlarımıza - 35 milyonluq Azər türkünə qarşı faşizmin ən son formasını tətbiq etməkdədir. Dilləri – azadlıqları - mədəniyyətləri-kimlikləri əllərindən alınan azərbaycanlılar XXI əsrdə ən dəhşətli işgəncələrə məruz qalırlar. Dünya susur – insanıq susur—Ancaq nə zamana qədər!!!!! Biz dünya tarixi yazmış türk millətinin fars deyilən bir azlığın vəhşətinə nə qədər dözəcik!!! Susma ey MİLLƏT-susma ey XALQ susma ey AZƏRBAYCAN....Ayağa qalx-Azad OL!!!! Bax bu vəhşətə-dəhşətə!!! BöYüK AZƏRBAYCAN QUR!!!!


Şəkilləri əldə etməyimdə köməyə görə DAK mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyliyə təşəkkür edirəm.

Daha etrafli asaqidaki linkde



http://zaur.azeriblog.com/2008/10/03/shekil

Hərəkatçılara qarşı qanunsuzluq

Hərəkatçılara qarşı qanunsuzluq




Üç siyasi fəal hələ də ETTELAAT-da saxlanılır
2 ay yarım bundan əvvəl həbs edilmiş Güney Azərbaycan Milli Hərəkatının fəallarından 3-ü hələ də ETTELAAT-ın təcridxanasında saxlanılır. GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlının "OLAYLAR"a verdiyi məlumata görə, bunlar Əmir Mərdani, Mənsur Əmirniyan və Səccad Radmehrdir. Təbrizli hərəkatçılar 75 gün bundan əvvəl keçirilən aksiyada tutulmuşdular. Onlarla bərabər tutulan hərəkatçılar həbsxanaya köçürülsələr də, bu üç şəxs hələ də təcridxanada saxlanılır. Onların işgəncə altında olduğu ehtimal edilir.olaylar

İranın Evin həbsxanasında hazırda 9 azərbaycanlı ziyalı saxlanır

İranın Evin həbsxanasında hazırda 9 azərbaycanlı ziyalı saxlanır


Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli "Amerikanın səsi"nə bildirir ki, İranda həbs edilən 20 azərbaycanlı ziyalıdan 11-i həbsdən azad edilib. 9 nəfər isə Tehranın məşhur Evin həbsxanasında təzyiqlər altında saxlanır.
O beynəlxalq təşkilatların Azərbaycan ziyalılarının həbsi ilə bağlı bəyanatlar verdiyini deyib. “Bu bəyanatlar İran hökumətinə təsir üçün bəs etmir”.
Cənab Amanbəyli dünyadakı Azərbaycan diaspor təşkilatlarının İranın hərəkətlərinə etiraz tədbirləri keçirdiyini bildirib.

İranda da bahalıqdır

İranda da bahalıqdır

Rəsmi məlumatlara görə, son aylar inflyasiya 25 faizdən çox olub
Natiq Zeynalov


İranın Mərkəzi Bankının məlumatlarına görə, ötən ilə baxanda bu il ölkədə ərzaq 30 faizdən çox bahalaşıb. Ətin, südün, tərəvəzin qiymətlərindən savayı, iranlılar tibbi xidmətin, evlərin, elektrikin də qiymətlərinin kəskin qalxmasından əziyyət çəkirlər.

İranın şimal şəhərlərindən birində sürücülük edən Mehdi ayda təxminən 200 dollar qazana bilir. Bunun da yarısını ev kirayəsinə verməli olur. Dediyinə görə, pulu yalnız yeməyə, o da güclə çatır:

«Ətin kilosu təxminən səkkiz dollar, toyuq əti dörd dollardır. Ərzaq dəhşət bahadır. İranda almanın kilosu iki dollardır. Bizim qazancımız yalnız sağ qalmaq üçün ərzaq almağa güclə çatır».

İranda xüsusilə də şəhər əhalisi arasında eyni zamanda iki, bəzən də üç yerdə işləmək adi haldır. Heç olmasa, bu yolla daim qalxmaqda olan qiymətlərə tab gətirə bilsinlər deyə.

Bu yay İranın Mərkəzi Bankı məlumat vermişdi ki, 65 milyonluq əhalinin hər dörd nəfərindən biri kasıblıq həddindən aşağı yaşayır. Baxmayaraq ki, onların vətənləri təbii neft və qaz ehtiyyatlarına görə, dünya ikincisidir. Elə bu aylarda neft qiymətlərinin qalxmasına görə, İran ayda yeddi milyard yarım dollar qazanır.

«Azadlıq» radiosuna müsahibəsində Təbriz sakini Mustafa Əvəzpur bildirir ki, İranda iqtisadi vəziyyətin ağırlığını azərbaycanlılar daha çox çəkirlər. Onun dediyinə görə, iqtisadi imkanlar sarıdan da azərbaycanlılar ayrı-seçkiliyə məruz qalırlar.

Ölkə vətəndaşlarının çoxu kasıblıq və inflyasiyanın səbəbini prezident Əhmədinejadın uğursuz maliyyə və iqtisadi siyasətində görürlər.

Rəsmi məlumatlara görə, son aylar inflyasiya 25 faizdən çox olub. Halbuki, Əhmədinejad prezident kürsüsünə gələrkən inflyasiya 12 faiz həddində idi.

Əhmədinejad hakimiyyətə neft gəlirlərinin ədalətli bölüşdürüləcəyi və kasıbların həyat səviyyəsinin yüksəlməsi vədləri ilə gəlmişdi. Amma bu illər ərzində getdikcə artan inflyasiya və işsizlik kasıbları daha da kasıblaşdırıb. azadliqradiosu

"İran Qafqaza хoş niyyətlə yaхınlaşmaz"

"İran Qafqaza хoş niyyətlə yaхınlaşmaz"


"Təhmasib Novruzov: "Hansısa məkrli niyyət onu regiondakı problemlərə sürükləyə bilər"




"Azərbaycan hakimiyyəti müdrik və təmkinli davranıb balanslaşdırılmış siyasət yeritdi" Son vaх tlar Qafqazda baş verən olaylar, bu olaylar nəticəsində regionda siyasi ab-havanın formaca yeniləşməsi açıq-aşkar sezilməkdədir. Bu olaylar, yeni siyasi mühit Azərbaycana nə verəcək? Bu və digər suallarla Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzova müraciət etdik.





Təhmasib bəy, Qafqazda baş verən və hələ davam edən son olaylara münasibətinizi bilmək istərdik.
- Qafqazda son olayların baş verəcəyi gözlənilən idi. Dünyanın super güclərinin maraqları dairəsində olan ayrı-ayrı bölgələr uğrunda savaş, daha doğrusu, soyuq müharibə on illərdir ki, davam edir. Son on il ərzində Qafqazda, хüsusilə Azərbaycanda və Gürcüstanda həyata keçirilən irimiqyaslı layihələr bütün dünyanın diqqətini bü bölgəyə yönəldib. Хəzərin karbohidrogen ehtiyatlarının məhz bu region vasitəsilə Qərbə daşınması, heç şübhəsiz, Rusiyanın regiondakı maraqları ilə daban-dabana ziddir. Elə ona görə də Rusiya nəyin bahasına olursa-olsun regionda sabitliyin pozulmasında maraqlıdır. Bunun üçün Rusiyanın əlində Abхaziya, Ъənubi Osetiya və Dağlıq Qarabağ kimi təsir rıçaqları var. GUAM-ın yaranması isə Rusiyanı narahat edən başlıca amillərdəndir. Əlbəttə, düşünürəm ki, Gürcüstan Rusiya ilə qarşı-qarşıya gəlmək iqtidarında olmadığını ölçüb-biçməli, ən azı GUAM qarşısında perspektivdə duran bir sıra mühüm məsələlərin həllini gözləməli idi. Hesab edirəm ki, Gürcüstan Rusiya ilə belə bir konfiliktə vaхtından əvvəl girişdi. Nəticədə Rusiya Qərbin və ümumiyyətlə, dünyanın gözündə nüfuzdan düşsə də, Abхaziya və Ъənubi Osetiya problemləri ilə bağlı daha möhkəm bir düyün yarandı. Bu düyünü açmaq isə indi daha çətin ola bilər.


Sizcə, bütün bunları Gürcüstanın indiki rəhbərliyi bilmirdimi? Bilirdisə, onu belə addım atmağa nə vadar edirdi?
- Hesab edirəm ki, Miхail Saakaşvilidə siyasi müdriklik yetərincə deyil. Qərb ölkələrinin, o cümlədən ABŞ-ın vədlərinə arхayın olub belə bir addım atmazdan əvvəl Gürcüstan prezidenti daha ciddi ölçüb-biçməli, hansı problemlərlə üz-üzə qalacağını hesablamalı idi. Heç olmazsa, Gürcüstan rəhbərliyi bu gün Qərbin yaхasından daha möhkəm yapışıb silkələməli, onlardan verdikləri vədlərə əməl etmələrini istəməlidir. Əgər Gürcüstanı Qərb indiki səviyyədə müdafiə ilə kifayətlənəcəksə, onda birmənalı deməliyik ki, Gürcüstanın bu konfiliktdə itkisi qazancından çoх olacaq. Bu isə təkcə Gürcüstan üçün deyil, regionun digər dövlətləri üçün də yeni problemlər yarada bilər. Хüsusi ilə də Türkiyə və Azərbaycan üçün.
Yeri gəlmişkən, bu olaylar ərəfəsində Türkiyənin mövqeyini necə dəyərləndirirsiniz?
Təbii ki, məlum səbəblərlə bağlı Gürcüstanda baş verənlərə Türkiyə seyrçi münasibət bəsləyə bilməzdi və bəsləmədi də. ABŞ-ın, NATO-nun mülki və hərbi gəmilərinin Qara Dəniz vasitəsilə Gürcüstan sərhədlərinə gəlməsində Türkiyənin ortaya qoyduğu mövqe birmənalı oldu. Yəni, Gürcüstan yüksək səviyyədə müdafiə olunmalıdır! Eyni zamanda Qafqazda yeni bir siyasi birliyin formalaşdırılması ilə bağlı Türkiyənin qaldırdığı təşəbbüs də beynəlхalq aləm tərəfindən ciddi qarşılandı. Qafqazda baş verən olaylar ərəfəsində Türkiyə prezidenti Abdullah Gülün İrəvana səfəri də bu siyasi birliyin formalaşdırılması istiqamətində atılmış riskli addımlardandır. Əlbəttə, bunlar bizim açıq-aşkar gördüklərimizdi. Siyasi pərdəarхası oyunlar da mövcuddur. Düşünürəm ki, bu gün istənilən pərdəarхası siyasət Azərbaycanın zərərinə olmayacaq. Çünki Qərblə Rusiya arasında yaranan gərginlik Azərbaycanı Qərb üçün хüsusi əhəmiyyətli bölgəyə çevirir. Nəzərə alsaq ki, Qərblə İran arasında da kəskin münasibətlər mövcuddur, onda Azərbaycanın Qərb üçün nə qədər əhəmiyyətli olduğunu anlamamaq mümkün deyil.
İran Türkiyənin Yeni Qafqaz siyasəti təşəbbüsünə qoşulmaq, eləcə də Dağlıq Qarabağ probleminin həllində vasitəçi olmaq istəyini ortaya qoyub. Sizcə, İranın bu maraqları nədən qaynaqlanır?
Regionda baş verən bu cür ciddi hadisələrə İranın da seyrçi qalacağını gözləmək sadəlöhvlük olardı. Ona görə də İran həm regionda öz nüfuzunu qoruyub saхlamaq, həm də beynəlхalq aləmdə özünü sülhsevər bir dövlət kimi göstərmək üçün baş verən olaylara mütləq müdaхilə etməli idi. Nəzərə alsaq ki, İranın Azərbaycanla bağlı bir sıra ciddi narahatçılıqları var, onda İranın Qafqazda istənilən hadisəyə reaksiya verəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkündür. Buna baхmayaraq, İranın istər Yeni Qafqaz siyasətində, istərsə də Dağlıq Qarabağ probleminin həlli məsələsində iştirakçı və yaхud vasitəçi kimi çıхış etməsi real görünmür. Bunun səbəbi haqqında danışmaq üçün isə daha geniş imkan lazımdır. Qısası, İran Qafqaza yaхşı məqsədlə yaхınlaşmaz. Hansısa məkrli niyyət onu regiondakı problemlərə sürükləyə bilər. Düşünürəm ki, bundan həm Ъənubi, həm də Şimali Azərbaycan yalnız və yalnız zərər görə bilər.
Azərbaycanın bu məsələlərdə mövqeyi sizcə, necə olmalıdır?
Məhz indiki kimi. Bu olaylarla bağlı Azərbaycan hakimiyyətinin tutduğu təmkinli və müdrik yol məni çoх sevindirir. Bilirsiniz, nə Qərbin vədlərinə arхayın olub yaхın qonşularımızla açıq konfiliktə getmək Azərbaycana хeyir gətirər, nə də qonşuların təkidinə baş əyib Qərblə münasibətə хələl gətirmək. Yəni həm qonşular, həm Qərb ölkələri ilə tarazlaşdırılmış siyasət ən doğru yoldur ki, indiki hakimiyyətin siyasi kursunda bunu görürük. Söz yoх, bu cür siyasətin də özünün spesifik çətinlikləri var. Bəzən Rusiya və İran tərəfindən Qərblə münasibətləri zəiflətmək üçün Azərbaycana təzyiqlər də göstərilir. Ancaq bu təzyiqlər qarşısında müdriklik göstərmək, millətin və dövlətin taleyi naminə hər cür təklif və təşəbbüsləri balanslaşdırılmış siyasi çərçivəyə salmaq nə qədər çətin olsa da, bunu bacarmaq lazımdır. Birmənalı demək istəyirəm ki, indiki Azərbaycan iqtidarı bunun öhdəsindən çoх yüksək səviyyədə gəlir. Əminəm ki, məhz bu cür balanslı siyasət Azərbaycanın həm beynəlхalq nüfuzunun artmasına, həm də ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan probleminin həllində beynəlхalq ictimaiyyətin daha fəal müdaхiləsinə səbəb olacaq.
Bütün bunlardan sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Ermənistanın siyasətində hansısa dəyişiklik gözlənilirmi?
Artı q bu də yiş ikliyin rüş eymlə ri gö rü nmə kdə dir. Hiss olunur ki, həm Ermənistanın indiki hakimiyyəti, həm də erməni diasporu anlamağa çalışır ki, bölgədə indiki işğalçılığa, şər-böhtana söykənən siyasət bu ölkəni məhvə aparır. Baхın, Rusiyanın forpostu olan Ermənistan Moskvanın təkidlərinə baхmayaraq, Abхaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etdi. Üstəlik Ermənistan dövləti tariхində ilk dəfə olaraq Türkiyə prezidenti bu ölkəyə səfərə dəvət edildi və səfər reallaşdı. Məhz bu səfərin reallaşması ilk növbədə Ermənistanın dövlət gerbindən Ağrıdağın dağlarının təsvirinin götürülməsinə səbəb oldu. Həmçinin, Abdullah Gülün səfərindən sonra Ermənistan siyasilərinin bəyanatlarında da artıq müəyyən reallığa dönmək istəyi sezilməkdədir. Əslində Ermənistan anlamalıdır ki, Rusiyanın vassalı kimi çıхış etməyi davam etdirərsə bu, Ermənistanı regionda tamamilə təcrid olunmuş vəziyyətə sala bilər. Nəticədə Ermənistanda zorla saхladıqları indiki az miqdarda əhali də bu torpaqları tərk edə bilər. Bu isə Ermənistanın bir dövlət kimi süqutu deməkdir. Bədхah qonşularımız Dağlıq Qarabağ probleminin həllini nə qədər çoх uzatsalar, ondan da qat-qat çoх məhz Ermənistanın zərər çəkəcəyi şəksizdir. Bu günlərdə Sery Sərkisyanın Dağlıq Qarabağda referendumla bağlı açıqlaması da yeni siyasi düşüncənin işartısı kimi qəbul edilə bilər. Sərkisyan açıq şəkildə Azərbaycanın Dağlıq Qarabağa investisiya qoymasını, nəticədə burda yaşayan erməni əhalisinin Azərbaycana bağlılığının artırılması fikrini irəli sürür.
Bəs Rusiyanın razılığını almadan Ermənistan Dağlıq Qarabağ problemini həll edə bilərmi?
- İ ndiki mü nasibə tlə r çə rç ivə sində ə lbə ttə, yoх. Ancaq Azərbaycanla Rusiyanın qonşuluq siyasətində yeni münasibətlərin formalaşması, bir sıra taleyüklü məsələlərdə Azərbaycanın Rusiyaya dəstək verməsi Rusiyanın mövqeyində problemin həlli ilə bağlı yeni baхış formalaşdıra bilər. Nəzərə alsaq ki, Rusiyanın Gürcüstanla münasibətləri tamamilə arzuolunmaz bir səviyyədədir, onda Dağlıq Qarabağ probleminin həlli ilə Rusiya regionda Azərbaycanla tərəfdaşlıq münasibətlərini daha da artıra və cənub maraqlarının təmin olunmasında Azərbaycandan istifadə edə bilər. İndiki durumda isə bu, Rusiyaya hava və su qədər lazımdır. Məhz bunu Ermənistan tərəfi dərk edə və Rusiya ilə Dağlıq Qarabağ probleminin həllində qəti mövqeyə gələ bilər. Əks təqdirdə Qərb tərəfindən təcridə məruz qalmış Rusiyanın cənub maraqları da əldən çıхa bilər.
Nəhayət, Azərbaycanda keçirilən prezident seçkiləri regionda baş verənlərə təsir edəcək amildirmi? Bu seçkilərin sonunda regionda gedən siyasətlə bağlı hansısa yenilik gözləmək mümkündürmü?
- Düşü nü rə m ki, indiki tarazlaş dı rı lmış siyasə t davam və inkiş af etdirilmə lidir. Əvvəlcədən proqnoz vermək istəməzdim. Ancaq cəmiyyətin içərisində olan bir vətəndaş kimi məhz indiki prezident İlham Əliyevin 15 oktyabr seçkilərində də qalib gələcəyi daha real görürəm. Belə olduğu təqdirdə şübhəsiz ki, bu siyasi kurs daha da müdrikcəsinə inkişaf etdiriləcək. Qaldı seçkilərdən əvvəl və sonra bəzi müхalif qüvvələrin boykot, seçkilərin nəticələrini tanımamaq çağırışı, bunların heç birinin Azərbaycanın regiondakı və beynəlхalq aləmdəki nüfuzuna zərrə qədər təsiri olmayacağını düşünürəm. Çünki artıq bizim yaхşı tanıdığımız siyasi müхaliflərimizin siması beynəlхalq aləmə də yaхşı məlumdur. Ona görə də onların seçkidən sonrakı haray-həşirləri ümumi mənafelər fonunda milçək vızıltısına bənzəyəcək.

Elman Cəfərli

olaylar

3 Ekim 2008 Cuma

"Amalım Bütöv Azərbaycan qurmaqdır"

"Amalım Bütöv Azərbaycan qurmaqdır"

Qüdrət Həsənquliyev: "Konstitusiyaya əlavə və dəyişikliklər etməklə cəmiyyətimizdə mövcud olan bir çox problemlərin fundamental şəkildə həllinə nail olmaq mümkündür"
Dünən payız sessiyasının açılışında gündəliyin müzakirəsi zamanı BAXCP sədri, millət vəkili, prezidentliyə namizəd Qüdrət Həsənquliyev çıxış etdi. Ramazan bayramı münasibətilə xalqımıza ünvanlanan təbrikini dilə gətirən prezidentliyə namizəd spiker Oqtay Əsədovun 31 millət vəkilinin prezident İlham Əliyevi müdafiə etmələri, spikerin də hazırkı dövlət başçısının qələbəsinə əminliyi barədə fikrinə münasibətini açıqladı: "Əgər bu, həqiqətən belədirsə, niyə iqtidar partiyası bütün namizədlər üçün bərabər təbliğat imkanları yaratmır? Maksimum dərəcədə çalışılır ki, daha az insan İlham Əliyevin rəqiblərinin seçki platformalarıyla tanış ola bilsin".

"Sanki Azərbaycanda seçki keçirilmir"

BAXCP sədri nəzərə çatdırdı ki, Seçki Məcəlləsinin 80.5-ci maddəsində qeyd olunur ki, efir vaxtı tamaşaçıların daha çox televiziyaya baxdığı vaxtda ayrılmalıdır. Amma namizədlərin çıxışı saat 18:00-a salınıb. Bu vaxt da insanların çoxu işdən çıxıb evə gedir, yollarda olurlar və televiziyanı izləmək imkanına malik deyillər. Namizədlərin radioda çıxışı isə 21:00-a salınıb: "Biz efirdən də deyirik ki, siz Seçki Məcəlləsinə əməl etməlisiniz, buna əhəmiyyət verən yoxdur. Dövlət televiziyası yalnız bir nəfərin təbliğatıyla məşğuldur. Hətta biabırçılıq o həddə gəlib çatıb ki, biz prezidentliyə namizəd kimi qeydə alınanda AzTV-nin "Xəbərlər" proqramında adımızı belə elan etmədilər. Dedilər ki, bu gün də prezidentliyə bir nəfərin namizədliyi qeydə alınıb. Sonrakı gün dedilər ki, Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib, daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alınıb".
Onun sözlərinə görə, hər gün AzTV-nin "Xəbərlər" proqramında məlumat verirlər ki, ABŞ-da seçki kampaniyası zamanı Makkeyn və Obama nələr söyləyib. Azərbaycanda isə sanki seçki keçirilmir, televiziyada bu barədə kiçik bir informasiya da verilmir: "Mən çox istəyərdim ki, Milli Məclisin rəhbərliyi və üzvləri çalışsınlar ki, Azərbaycanda doğurdan da bərabər və ədalətli seçki kampaniyası keçirilsin. Bu seçkilərin ədalətli keçirilməsi, xalqın iradəsinə uyğun yeni prezidentin seçilməsi ölkəmizin nüfuzu üçün son dərəcədə önəmlidir". BAXCP sədri xatırlatdı ki, vaxtilə Seçki Məcəlləsi qəbul olunarkən MSK-nın formalaşdırılması prinsipi müəyyənləşib. Həmin prisipə əsasən, MSK üzvlərinin 6-ı hakim partiyadan, 6-ı bitərəflərdən, 6-ı da parlamentdə azlıqda qalanlardan ibarət formalaşdırılmalıdır. Bitərəflərin namizədlərinin biri hakim partiyayla, biri də müxalifətlə razılaşdırılmalı idi. Ancaq müxalifət üçün nəzərdə tutulmuş yerlərdən ikisi hələ də boşdur".

"MSK tam tərkibdə formalaşdırılsın"

Qüdrət Həsənquliyevin çıxışına YAP icraçı katiblərinin müavinləri - Mübariz Qurbanlı və Siyavuş Novruzov reaksiya verdilər. BAXCP sədri isə növbəti çıxışında dedi ki, çox istəyərdi ki, MSK-nın formalaşdırılması parlamentin iş planına daxil edilsin. ATƏT-in Azərbaycanda prezident seçkiləriylə bağlı daimi Müşahidə Missiyasının hesabatında da yazılıb ki, ümumən ölkədə seçkilər normal keçirilsə də, nöqsanlardan biri MSK-nın hələ də tam formalaşdırılmamasıdır. Seçki Məcəlləsində qeyd olunmur ki, əgər MSK-nın formalaşdırılmasında hansısa partiya iştirak etmirsə, o siyasi təşkilat üçün yer saxlanılmalıdır. Bu, anoloqu olmayan bir şeydir. 6 yer azlıqda qalan partiyalara verilir. Çox təəssüf ki, qanun düzgün şərh olunmayıb. Azlıq deyəndə iqtidarı müdafiə edən partiyalar da nəzərdə tutulub. Halbuki qanunun fəlsəfəsi o olub ki, seçki komissiyaları nə iqtidarın, nə müxalifətin, nə də bitərəflərin nəzarətində olsun: "Ona görə də həmin 6 yer müxalifətdən olan namizədlərə verilməliydi. Amma indi bizdə faktiki üç partiya - BAXCP, Fazil Qəzənfəroğlu və İqbal Ağazadə hökumətin əleyhinə səs verib. Hökumətin əleyhinə səs verən bu üç partiyadan da İqbal Ağazadəyə bir yer verilib. Mən hörmətli həmkarımıza MSK-da yer verildiyinə etiraz etmirəm. Amma o zaman da etirazımı bildirdim ki, hansı prinsip əsasında Milli Məclisin rəhbərliyi, yaxud çoxluq müəyyənləşdirdi ki, parlamentdə bir deputatla təmsil olunan üç partiya (BAXCP, BQP və DİP) bir namizəd irəli sürməli, amma İqbal Ağazadə təklikdə bir namizədlə çıxış etməlidir? Olan olub. Qoy Milli Məclis seçkilərin keçirilməsinə öz töhvəsini versin və ATƏT-in hesabatından da həmin müddəa çıxarılsın. MSK-da iki yer boşdur. Bir nəfər bizimlə razılaşdırılmalıdır. Bir yerə də azlıqda qalan partiyalar nümayəndə verməlidirlər. Biz MSK-nı tam formalaşdırmalıyıq. Əgər iqtidar buna getmirsə, deməli neqativ məqamlar haqda düşünməyə əsas verir. İqtidar çalışır ki, azlıqda qalan partiyaların MSK-da nümayəndələri az olsun və bu formada seçkilərə getsin. Ona görə də mən təklif edirəm ki, MSK ilə bağlı məsələ mütləq gündəliyə salınsın".

"AzTV seçkilərə müdaxilə edir"

Qüdrət Həsənquliyev çıxışının "top-tüfənglə qarşılanması"na da etirazını bildirdi: "Məni burada bir həmkarım ittiham edirdi. O, AzTV-yə baxsa görər ki, dediklərim doğrudur. "Xəbərlər"i izləsəydi, görərdi ki, AzTV seçkilərə müdaxilə edir. Mən də istəyirəm ki, müdaxilə etməsin. Bu ölkənin vətəndaşı, prezidentliyə namizəd kimi istəyirəm ki, Azərbaycanda azad və ədalətli seçkilər keçirilsin. Hər halda seçkilərin birinci mərhələsi çox normal keçib. Ümid edirəm ki, bu ölkədə normal və ədalətli seçkilər keçirmək mümkündür. Hər kəs, o cümlədən Milli Məclis də bu istiqamətdə öz töhvəsini verməlidir".
O, Müsavat deputat qrupunun üzvü Pənah Hüseynin öz çıxışında "seçkidən daha əhəmiyyətli məsələ barədə danışacağam" ifadəsini dilə gətirməsindən narazı qaldığını da söylədi: "Pənah bəyi başa düşürəm, onun müdafiə etdiyi qüvvələr seçkiyə qatılmayıb. Niyə qatılmayıb, özləri bilər, bu barədə danışmaq istəmirəm. Pənah bəyin xüsusən də baş nazir işləmiş, müxalifətdən olub demokratiyanı istəyən bir şəxs kimi belə bəyanatları məni çox narahat edir. O, belə bəyanatlarıyla həmişə seçilib. Vaxtilə yüksək dövlət postu tutanda da deyirdi ki, əhalinin 95 faizi istəməsə də, biz hakimiyyətdə qalacağıq. Amma Sürət Hüseynovun 75 nəfərlik dəstəsi Bakıya üz tutanda birinci Pənah bəy istefa verdi və cinayətkarların qabağından qaçdı. İndi də fəxrlə deyir ki, 1993-cü ildən bu yana Azərbaycanda demokratik və azad seçkilər keçirilməyib".

"Seçkilərdə kifayət qədər səs alacam"

BAXCP sədri Siyavuş Novruzovun müxalif namizədləri 3 faizdən çox səs almağa çağırmasına da münasibətini açıqladı: "Bu cür bəsit düşünən insanlar, onların müdafiə etdikləri bəzi büdcə oğurluğu ilə məşğul olan rüşvətxor məmurlar seçkiyə müdaxilə etməsələr, kifayət qədər səs ala bilərəm və alacağam: "Mənim Azərbaycan siyasətində əsas məqsədim səs almaq deyil. Amalım ölkəmizdə azad cəmiyyətin qurulmasına xidmət, rüşvətin və korrupsiyanın kökünün kəsilməsinə öz töhvəmi verməkdir. Mənim missiyam Bütöv Azərbaycan qurmaqdır. Ola bilsin ki, kimlərinsə bunu başa düşməsi üçün onlara bir ömür bəs etməsin".
O, iclası aparan Ziyafət Əsgərova xatırlatdı ki, hələ keçən ilin sentyabrında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Milli Məclisə təkliflər verib. Bu günə qədər həmin təkliflər nə komissiyalarda, nə də Milli Məclisdə müzakirəyə çıxarılıb. Prezidentliyə namizəd bu məsələnin müzakirəyə çıxarılmasını istəyir. Konstitusiyaya əlavə və dəyişikliklər etməklə cəmiyyətimizdə mövcud olan bir çox problemlərin fundamental şəkildə həllinə nail olmaq mümkündür. Qüdrət Həsənquliyev bildirdi ki, əlavə və dəyişikliklər nəticəsində Andlı İclaslar institutunu təsdiqləməklə Azərbaycanda məhkəmələrin tam müstəqilliyinə nail ola bilərik. Qanunverici orqanın səlahiyyətləri artar ki, beləliklə də hökumətin fəaliyyətinə real nəzarəti həyata keçirər.

İnsanların pulunu qaytarmayan, ipoteka kreditləri verməyən hökumət

O, bir məsələyə də toxundu: "Dünyanın heç bir ölkəsində görünməyib ki, parlament qanun qəbul edə, prezident onu imzalaya, ancaq o, həyata keçməyə. Söhbət 2007-ci ilin büdcəsindən gedir. Biz 40 milyon manat vəsait ayrıdıq ki, heç olmasa yaşa dolmuş insanların, Qarabağ əlillərinin banklarda yatmış əmanətləri geri qaytarılsın. Amma həmin əmanətlər geri qaytarılmadı. Hökumətin də çox maraqlı mövqeyi var. Deyirlər ki, biz bunun mexanizmini tapa bilmirik. İnsanların pulunu özünə qaytarmağın mexanizmini tapa bilməyən hökumət dünyada baş verən çətin iqtisadi proseslərdən necə baş çıxara bilər!? Onların nə haqqı var ki, bu gün Azərbaycanda bir hökumət kimi fəaliyyət göstərsinlər? Belə olduğu halda Milli Məclis həmin hökumətə etimadsızlıq göstərməlidir".
Qüdrət Həsənquliyev ipoteka kreditləşməsi ilə bağlı 2008-ci ilin dövlət büdcəsində 34 milyon manat ayrıldığını da yada saldı. Bu günə qədər bir nəfərə də ipoteka krediti verilməyib. Cəmiyyətdəki bir çox neqativ hallar da ondan qaynaqlanır ki, həkim də, müəllim də, dövlət məmuru da aldığı maaşla özünə ev ala bilmir. Ona görə də çalışırlar ki, əyri yollarla vəsait toplasınlar və mənzil şəraitlərini yaxşılaşdırsınlar: "Ona görə də mən təklif edirəm ki, biz ipoteka kreditləşməsinin nə üçün həyata keçirilmədiyini aydınlaşdırmaq üçün mütləq gündəliyə xüsusi məsələ salaq. Hökumətin üzvlərini parlamentə dəvət etməliyik. Artıq il qurtarır, onlar yenə də qanunu kobud surətdə pozaraq ayrılmış vəsaiti insanlara verməyiblər".
BAXCP sədri "Siyasi partiyalar haqqında" qanunun qəbulu, partiyaların dövlət tərəfindən maliyələşdirilməsiylə bağlı addımın atılmasını da zəruriliyini vurğuladı: "Uzun müddət məsələ qaldırırdıq ki, QHT-lərə imkan verilsin ki, büdcədən ayrılan vəsaitlə müəyyən vəzifələri yerinə yetirsinlər. Büdcədən 1,5 milyon manat vəsait ayrıldı. Bunun nə qədər müsbət təsirinin olduğunu bütün cəmiyyət hiss etdi. Büdcə müzakirələrində bu vəsaitin artırılmasının zəruriliyini söyləyəcəm. Amma partiyaların da büdcədən maliyələşməsi öz həllini tapsa, Azərbaycanda bir çox neqativ proseslərin qarşısı alınacaq".

"Partiyalar büdcədən maliyələşsin"

BAXCP sədri xaricdən QHT-lər vasitəsiylə maliyələşən partiyaların bir çox hallarda öz mövqelərini yox, onlara sifariş verilən mövqeni ortaya qoymalarına diqqət çəkdi: "Bu gün həmkarlarım inciməsinlər. Mən tam məsuliyyətlə deyirəm ki, İsa Qəmbər seçkiyə getmək istəyirdi. Düzdür, onu "Azadlıq" bloku şantaj etdi. Lakin tam məsuliyyətlə deyirəm ki, ona seçkiyə qatılmağa xaricdən icazə vermədilər. Bu, mənim daxili qənaətimdir, istənilən şəxslə bu məsələni müzakirə edə bilərəm. İsa Qəmbər son günə qədər seçkilərə qatılmaq istəyirdi. Sadəcə, onlara deyildi ki, qıraqda durun və bu seçkinin üzərinə kölgə salın. Məndən sonra Arzu Səmədbəyli çıxış edəcək, soruşuram, cavab versin. 2001-ci ildə Ki-Uestdə danışıqlar gedirdi. Bütün müxalifət düşərgəsi qərar qəbul etmişdi ki, etiraz mitinqi keçirilməlidir ki, dövlət başçısına təzyiqlər olmasın. ABŞ səfiri çağırdı, göstəriş verdi ki, mitinqi təxirə salın. Təxirə də saldılar. Millətin namus məsələsi olan Qarabağ məsələsində mitinqi təxirə salan qüvvəyə seçkiyə qatılma deyilsəydi, sözsüz ki, qatılmayacaqdılar".
Vitse-spiker Ziyafət Əcgərov Qüdrət Həsənquliyevin qaldırdığı məsələlərlə bağlı dedi ki, Heydər Əliyev hələ keçən əsrin 60-cı illərindən korrupsiyaya qarşı mübarizəyə başlayıb, sabah da davam edəcək: "Konstitusiyaya əlavə və düzəlişlərlə bağlı qanun layihəsinin isə parlamentin müzakirəsinə çıxması üçün müəyyən prosedurdan keçməsi lazımdır. Yəni kifayət qədər imza toplanmalıdır. Milli Məclisin qərarından sonra bu məsələni referenduma çıxarıb həll etmək olar. İmza toplayın, sonra məsələni müzakirə etmək olar".
Ramiz Mikayıloğlu
xalqcebhesi

«Berlin divarı»-nın dağıdılması günüdür

«Berlin divarı»-nın dağıdılması günüdür


1990-cı ilin oktyabırın 3 Almaniyanı iki ictimai formasiyaya bölən «Berlin divarı»-nın dağıdılması kimi tarixə düşüb. 1961-ci il avqustun 13-də bir gecə içində hörülən 161 kilometrlik divarın dağıdılması ikinci dünya savaşından sonra mövcud olan «soyuq müharibəyə» simvolik olaraq «yox» demək idi. Sonralar Berlin divarının müxtəlif hissələri auksionlara çıxarılaraq satılıb. Özündə tarix yaşadan Berlin divarlarının müxtəif hissələri bu gün Ronald Reyqanın muzeyində, «Microsoft» korporasiyasında saxlanılır. lidertv
----------------------------------------------------------------------
Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanda müzakirə edilib

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Ermənistanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Edvard Nalbandyanın görüşündə prioritet olub. «Biz bir daha münaqişənin ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifləri əsasında yalnız sülh yolu ilə həllinə sadiq qaldığımızı bildirdik»-deyə Nalbandyan görüşdən sonra jurnalistlərə bildirib.

Fars rejimi repressiyaları şiddətləndirib

Fars rejimi repressiyaları şiddətləndirib
Son günlərdə mühəndis Rəhim Hacızadə, tələbə Ehsan Nəcəfinəsəb həbs olunub

Güney Azərbaycan Milli Hərəkatının fəalı, mühəndis Rəhim Hacızadə həbs olunub. Bir ay əvvəl "Ettelaat"ın Ərdəbil şöbəsinin əməkdaşlarının yaxaladığı soydaşımızın hazırda Ərdəbil mərkəzi həbsxanasının 7-ci korpusunda milli fəal Əli Abbasi ilə birgə saxlanıldığı məlum olub. İran təhlükəsizlik qüvvələri milli fəalı yaşadığı evə basqın edib. Mənzildə axtarış həyata keçirərək Rəhim Hacızadəyə məxsus kompüteri, CD-ləri aparıblar. Məlumatlarda soydaşımızın "Savalan" adlı kitabının ikinci cildini nəşr etdirməsinə görə həbs olunduğu bildirilir. Çünki həmin kitabda islam müqəddəslərini təhqir olunduğu iddia olunur. Ümumiyyətlə, Rəhim Hacızadənin fars şovinist rejiminə qarşı təbliğat aparmaq və millətçiliyi yaymaqda günahlandırıldığı vurğulanır.

Turqut

Milli fəalın hazırkı vəziyyəti barədə hələlik hər hansı bir məlumat yoxdur.
Bundan əlavə, 17 gün əvvəl Güney Azərbaycanın şərqində keçirilmiş iqtisadi sərgidə "Ettelaat"ın Miyana şöbəsinin əməkdaşlarının naməlum istiqamətə apardığı milli fəal Mehdi Vahidi on gün təcridxanada saxlanıldıqdan sonra 5 milyon tümənlik mülk girovu müqabilində azadlığa buraxılıb. Ona qarşı hansı ittihamların irəli sürüldüyü barədə heç bir məlumat yoxdur.
Bu arada sentyabr 30-da, saat 17:00-da daha bir milli fəal - Təbriz Universitetinin Elektronika fakültəsinin sonuncu kurs tələbəsi Ehsan Nəcəfinəsəb həbs olunub. "Səhənd" dərnəyinin mərkəzi şurasının üzvü olan milli fəalı "Ettelaat" əməkdaşları yaxalayaraq naməlum istiqamətə aparıb. Soydaşımızın İranıda yeni dərs ilinin başlanmasıyla bağlı etiraz aksiyaları təşkil etməkdə şübhəli bilinərək tutulduğu bildirilir. Bundan əlavə, oktyabın 1-də uzun müddət "Ettelaat"ın Təbrizdəki təcridxanasında ağır işgəncələrə məruz qoyulan Təbriz Univerisetinin 7 tələbə fəalı mərkəzi həbsxanaya köçürülüb. Bu günədək ailələrilə görüşünə icazə verilməyən soydaşlarımız nəhayət buna nail olublar. Onlar görüş zamanı bildiriblər ki, 75 gün təkadamlıq kameralarda saxlanıldıqları müddətdə qondarma ittihamları qəbul etmədikləri üçün hər gün ağır fiziki və ruhi işgəncələrə məruz qalıblar. Hazırda Təbriz həbsxanasının təkadamlıq kameralarına aparılan Məcid Makuyizad, Aydın Xacei, Fəraz Zehtab, Əmir Mərdani, Daryuş Hatəmi, Maqsud Əhdi və Mənsur Əminianın fiziki işkəncələrə məruz qaldığı aşkar şəkildə görünüb. Xatırladaq ki, Səccad Radmehr hələ də "Ettelaat"ın təcridxanasında saxlanır və ağır işgəncələr nəticəsində çox ağır durumdadır. Ürək xəstəliyi və mədə qanaxmasından ciddi əziyyət çəkən soydaşımızın həyatı olduqca təhlükədədir. Qeyd edək ki, tələbələr üçün imza toplama kampaniyası başlatılıb. xalqcebhesi

ABD Kuruluşu İranda Büro Açacak

ABD Kuruluşu İranda Büro Açacak


Amerikalı bir kuruluşun İran’da büro açmasına Amerika Dışişleri Bakanlığı izin verdi.

Bakanlık sözcüsü Sean McCormack, iki ülke arasındaki ilişkileri düzeltmek amacıyla faaliyet gösteren Amerikan-İran Konseyi adlı araştırma kuruluşuna, Tahran’da büro açması için izin verdiklerini açıkladı.

Konsey’in başkanı, kuruluşun, barış ve anlaşmazlıkları çözme amacıyla İran’da çalışacak hükümet dışı tek örgüt olacağını belirtti. Brent Lollis, açacakları büronun iki ülke arasındaki ilişkileri normalleştirme yolunda ilk adım olmasını diledi.

Amerika ile İran arasındaki ilişkiler şeriatçıların 1979 yılında Tahran’daki Amerikan büyükelçiliğini işgal edip içerdekileri rehin almasıyla kesilmişti.voa

2 Ekim 2008 Perşembe

TƏBRIZ ETTELAAT-DA SAXLANILAN TƏLƏBƏLƏRIN 7 NƏFƏRI HƏBSXANAYA APARILIB

TƏBRIZ ETTELAAT-DA SAXLANILAN TƏLƏBƏLƏRIN 7 NƏFƏRI HƏBSXANAYA APARILIB



DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən 1 oktyabr 2008-ci il tarixində uzun müddət Təbriz ETTELAAT-da ağır işgəncələrə məruz qoyulan Təbriz Univeriset tələbələri və milli fəalların 7 nəfəri həbsxananı təknəfərlik kameralarına yerləşdirilib.

Məlumatda bildirilir ki, soydaşlarımız həbs olunandan bugünə qədər ailələrilə görüşə bilməmişdilər, lakin bu gün soydaşlarımız ailələrilə yaxından görüşə biliblər.

Görüş zamanı bildirmişlər ki, ETTELAAT təcridxanasında olduqları müddətdə hər gün ağır fiziki və ruhi işgəncələrə məruz qalıblar. 75 gün təknəfərlik kameralarda saxlanılan tələbələr və milli fəallar qondarma ittihamları qəbul etmədikləri üçün hər gün işgəncə olunublar.

Təbriz həbsxanasının təknəfərlik kameralarına aparılan Məcid Makuyi, Aydın Xaceyi, Fəraz Zehtab, Əmir Mərdani, Daryuş Hatəmi, Məqsud Əhdi və Mənsur Əminiyanın fiziki işkəncələrə məruz qaldığı aşkar şəkildə görünüb.

Xatırladaq ki, Səccad Radmehr hələdə ETTELAAT təcridxanasında saxlanır və ağır ışgəncələr nəticəsində çox ağır durumdadır. Ürək xəstəliyi və mədə qanaxmasından ciddi əziyyət çəkən soydaşımızın həyatı olduqca təhlükədədir.

Beynəlxalq Əfv Təşkilatı 23 sentyabrda bəyanat verərək Təbrizdə həbs olunan milli fəallar və tələbələrin ışgəncə olduqlarından narahatlığını bildirmiş, onların dərhal azadlığını tələb etmişdir. dak

Bakıda Rusiya-Gürcüstan müharibəsinin təsirləri ilə bağlı beynəlxalq konfrans keçirilib

Bakıda Rusiya-Gürcüstan müharibəsinin təsirləri ilə bağlı beynəlxalq konfrans keçirilib


Bakıda Almaniyanın Fridrix Ebert Fondu, ABŞ-ın Açıq Cəmiyyət institutunun dəstəyi ilə Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsi “Rusiya-Gürcüstan müharibəsi və onun regional əməkdaşlıq, təhlükəsizlik, humanitar sahələrə təsiri” mövzusunda beynəlxalq konfrans keçirib. Konfransda Azərbaycandan, Gürcüstandan, Rusiyadan və ABŞ-dan olan politoloqlar iştirak edir. Konfrans çərçivəsində müharibədən sonra ilk dəfə olaraq Gürcüstan və Rusiya politoloqları arasında dialoq keçirilib.
Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina bildirib ki, Rusiya-Gürcüstan müharibəsi böyük münaqişədir. “Bu, əslində Cənubi Qafqaz regionuna qarşı hərbi fəaliyyətdir. Bəziləri Cənubi Qafqazdakı münaqişələri dondurulmuş münaqişə adlandırır. Ancaq burada dondurulmuş münaqişə yoxdur. Çünki hər gün atəş var, adamlar öldürülür. Bəlkə də Ermənistan-Azərbaycan münaqişəsi də Rusiya-Azərbaycan münaqişəsidir. Cənubi Qafqazdakı münaqişələrin göstərici effekti var. Biz avqustda nə görürdük, indi nə görürük. Hesab edirəm ki, dövlətlər səylərini münaqişələrin həlli üçün birləşdirməli, regional əməkdaşlıq inkişaf etdirilməlidir. Bu səbəbdən də, regional əməkdaşlıq konsepsiyası işlənib hazırlanmalıdır”.
Cənab Stançinanın fikrincə, münaqişələrin hərbi həll yolu yoxdur. O, auditoriyaya maraqlı suallarla müraciət edib. “Cənubi Qafqazda təhlükəsizliyə Rusiya, yoxsa qərb cavabdehdir? Rusiya sərhədləri dəyişmək yolu ilə münaqişəni həll etdi, yoxsa qızışdırdı? Bundan sonra Qafqaz Rusiyanın nəzarətində qaldı? Əksinə, böhran daha da dərinləşdi. Rusiya özünü qeyri-səmimi aparırsa, qərb də öz təhlükəsizliyini təmin edəcək. Son raket sazişləri buna bir misaldır”.
Səfir hesab edir ki, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla da beynəlxalq hüququ pozub. “Doğrudur beynəlxalq hüquqda xalqların müqəddəratını təmin etmə hüququ var. Ancaq Abxaziya və Cənubi Osetiyada müstəqillik üçüncü dövlətin hərbi müdaxiləsi ilə həyata keçirilib. Bu isə beynəlxalq hüquqda qəbuledilməzdir”.
O eyni zamanda Gürcüstandakı humanitar problemləri, yüz minlərlə insanın evsiz qaldığını önə çəkib. “Qarşıdan qış gəlir. Bu insanlar üçün ev tikilməlidir”.
Politoloq Leyla Əliyeva hesab edir ki, Rusiya-Gürcüstan müharibəsi Rusiyanın beynəlxalq partnyorlarla əlaqələrinin qeyri-səmimiliyinin sübutudur. “Müharibə həm də regionun qərbə inteqrasiyasına, investisiyaların cəlbinə və region dövlətlərinin Rusiya ilə əməkdaşlığının perspektivlərinə ciddi zərbədir. Rusiyanın daxilində də iqtisadi və siyasi problemlər yaradacaq”.

Regional Təhlükəsizlik üzrə Cənubi Qafqaz İnstitutunun təmsilçisi, politoloq Aleksandr Rusetski hesab edir ki, beynəlxalq aləm Qafqazdakı münaqişələrə milli-etnik münaqişə kimi baxırdı və bu səbəbdən də münaqişələrin həllinə real təşəbbüslər göstərmirdi. “Bu münaqişələr dondurulmuş münaqişələr də deyil. Münaqişələrdə təkcə iki tərəf də iştirak etmir. Rusiya-Gürcüstan müharibəsi sübut etdi ki, bu münaqişələrdə dövlətlər, xalqlarla yanaşı, qeyri-rəsmi hərbi birləşmələr, terror təşkilatları da iştirakçıdır. Çünki Rusiya-Gürcüstan müharibəsindən öncə PKK terror təşkilatı Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan boru kəmərində partlayış törətdi”.
Rusiyalı politoloq Maksim Şevçenko bildirib ki, müharibəyə qərbin yanaşması düzgün deyil. Çünki Gürcüstan ilk olaraq Rusiya sülməramlılarına silahlı hücum edib. Onları qətlə yetirib və Rusiya adekvat cavab verib. Politoloq hesab edir ki, Qafqazdakı problemlərə qarışmaqla böyük güclər öz oyununu oynamağa başlayıb. “Bu oyunların qurbanları isə xalqlardır, o cümlədən, ruslar. Çünki şimali Qafqaz Rusiyanın yurisdiksiyasındadır, Cənubi Qafqaz isə daim Rusiya ilə əlaqədə olan bölgədir. Qafqazda aparılan siyasət isə qeyri-stabillik, müharibə, insanların, o cümlədən, rusların qətli siyasətidir”.
Cənab Şevçenko həmçinin qərb və ABŞ-ın son illər apardığı siyasəti tənqid edib. Onun sözlərinə görə, bu siyasət nəticəsində Balkanlarda, Əfqanıstanda və İraqda yüz minlərlə insan qətlə yetirilib. “Rusiyanın isə heç bir dövlətə qarşı ərazi iddiası yoxdur, o cümlədən də, Cənubi Qafqazda və Orta Asiyada. Ancaq Rusiya sərhədlərində, onu hədələyən bazaların yaradılması ilə razılaşmayacaq. Bizim sərhədlər heç zaman başqasının hərbi bazasına çevrilə bilməz. Rusiya regionda Türkiyənin rolunu daha yüksək qiymətləndirir, nəinki klassik qərbin. Çünki Türkiyə regionun ən yaxşı oyunçusudur”.
Onun fikrincə, Azərbaycan Rusiya-Gürcüstan münaqişənin həllində vasitəçi ola bilər.“Çünki MDB məkanında Azərbaycan ən sülhsevər ölkədier. Burada heç zaman başqa xalqların, o cümlədən rusların köçürülməsinə səbəb olan hərəkətlərə baş vurulmayıb”.
Politoloq Rasim Musabəyov Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasının problemin həlli olmadığını düşünür. O, Türkiyənin 30 il öncə Şimali Kiprin müstəqilliyini tanıdığını, ancaq problemin hələ də həllini tapmadığını, Rusiyanın 30 il Almaniya Demokratik Respublikasını tanımasına baxmayaraq Almaniyanın birləşməsini nümunə göstərib. Polotoloq Azərbaycanın Gürcüstanı dəstəklədiyini bildirib. “Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, müharibə qurbanlarına humanitar yardım göstərir. Azərbaycanın mövqeyi başa düşülən olmalıdır. Azərbaycan 18 ildir Ermənistanla müharibə vəziyyətindədir, ancaq Gürcüstan bir dəfə belə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və işğalı tanıması ilə bağlı yüksək səviyyədə bəyanat verməyib. Eyni zamanda, Gürcüstan ərazisi vasitəsilə Ermənistana hərbi yüklərin daşınmasına icazə verib”.
Politoloq Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupunun iflic vəziyyətə düşdüyünü də qeyd edib. “Artıq həmsədrlər regiona tək-tək gəlir. Rusiyalı həmsədrdən isə hələ xəbər yoxdur”.
Politoloq Zərdüşt Əlizadə Rusiyanın Sovet dönəminə qayıtdığını və münaqişələrin baş vermə səbəblərini qeyri-demokratik hakimiyyətlərdə axtarmağın vacibliyini önə cəkib. “Artıq Rusiya silahlanma dövrünə qayıdır. Amma Rusiyanın kimə qarşı silahlandığı bəlli deyil. Prezident Medvedyev silahların müasirləşdirilməsi barədə göstəriş verib. Bu isə Rusiyanın sosial-iqtisadi inkişafına qarşıdır”.
Beynəlxalq Böhran Qrupunun təmsilçisi Lourens Şits regionda sülhyaratma qüvvələri olmasına baxmayaraq, əhalinin köçdüyünü, sülh danışıqları üçün səylər göstərilməsinə baxmayaraq, nəticələrin olmadığını bildirib. “Sülhməramlı qüvvələrinin postlarının olduğu kəndlərin əhalisinin 80-90 faizi evlərindən köçkün düşüb. Əgər sülrməramlıların işinə indiyədək 30 milyon avro ayrılıbsa və sonda regionda vəziyyət belədirsə, hansı işlər göürlüb?”, - deyə o sual edib.
Gürcüstanlı politoloq Mataz Qulaşvili bildirib ki, prezident Saakaşvilinin ilk anda münaqişənin hərbi yolla çözülməsi arzusunun qarşısnı keçmiş müdafiə naziri alırdı. “Bu münaqişə o istefa verdikdən sonra reallaşdı. Rusiya Gürcüstanı müharibəyə çəkməklə, Saakaşvilini tələyə salmaq istəyirdi, Amerika isə Rusiyanı. Nəticələr də görünür”.
Politoloq Cənubi Qafqazdakı münaqişələrin dünyada sülh üçün ciddi təhlükə olduğunu deyib. Onun fikrincə, bölgədə hələ silahlı qarşıdurma mərhələsinə keçməmiş digər münaqişələr də var. “Hamı Rusiya-Gürcüstan müharibəsindən danışır. Ancaq Ermənistan-Gürcüstan münaqişəsinin gözlənildiyindən danışanlar azdır. Belə ki, Gürcüstanda daha bir separatçılğa meylli bölgə - Cavaxetiya var. Ermənistan burada müharibəyə başlasa, çox çətin vəziyyətə düşəcək”.
O, eyni zamanda, Gürcüstanın əvvəl-axır ərazi bütövlüyünü bərpa edəcəyini bəyan edib. “Gürcüstanda hamı Saakaşvili və onun ətrafı kimi düşünmür. Gürcüstanın millətçi qüvvələri var ki, hansı yolla olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcəklərini bəyan edir”, - deyə o qeyd edib.

VOA

TƏBRIZDƏ DAHA BIR MILLI FƏAL HƏBS EDILIB

TƏBRIZDƏ DAHA BIR MILLI FƏAL HƏBS EDILIB



DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən 30 sentyabr 2008-ci il tarixində saat 17:00 radələrində Təbriz Universitetinin elektronik fakultəsinin sonuncu kurs tələbəsi Ehsan Nəcəfi Nəsəb ETTELAAT məmurları tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb.

Ehsan Nəcəfi “Səhənd” dərnəyinin mərkəzi şurasının üzvü və milli fəallardandır.

Məlumata görə soydaşımız yeni dərs ilinin başlanması ilə bağlı etiraz aksiyası təşkil etməkdə şübhəli bilinərək həbs olduğu bildirilir. dak

THE SEIZURE OF THE TURKMENSAHRA TERRITORIES HAS REACHED TO MORE DANGEROUS DIMENSIONS


THE SEIZURE OF THE TURKMENSAHRA TERRITORIES HAS REACHED TO MORE DANGEROUS DIMENSIONS

The territory issue is the biggest still continuing problem of the Turkmensahra. The policy of pulling the Turkmens away from their territories and making them homeless dates back to the old times in the history of Turkmensahra. Settling the Kurds into the eastern Turkmensahra during the times of Qajar and Pahlavi led the Turkmens in Bojnord, Daraghaz and its neighboring area to break away from Afghanistan and Turkmenistan.

Almost 80 years ago, even though the population of the Turkmensahra was completely composed of the Turkmen nation during the Pahlavi regime, this ratio today is rapidly changing.

The Islamic Republic Regime is considering more evil plans in order to reach its 30-year long objective. This plan of the Islamic Republic is penetrating into the hearts of the Turkmensahra and seizing the territories of the Turkmens’ no matter how.

The nationalization of a 50-thousand hectare land from Qalajiq to Anbar Olom, in Bandar-e Turkmen, Gomish Tappah and Aqqala, settling the migrants such as Sistanis into Turkmen territories, making the Turkmens accustomed to drugs following which purchasing the fertile agricultural areas with the money coming from the drugs and changing the borders of the counties are the one leg of the multi dimensional policy of the Islamic Republic in order to seize the territories of the Turkmen nation.

The Islamic Republic Regime is in an attempt to separate the Turkmens from one another on both sides of the border completely by declaring the territories in north of the Turkmensahra as military zones and nationalizing them. This time the Islamic Republic regime is in an attempt to seize most of the region’s territories, by offering the Iran-Turkmenistan-Kazakhstan railway project as an excuse. In this frame work the regime seeks to break the Incha Borun villages away from Gonbad and annex them to Aqqala. Furthermore, according to another plan, the northern and southern regions of Dashli Borun are to be annexed to Maravah Tappah.

Gonbad-e Kavoos may be considered as the capital city of the Turkmensahra. For this reason, the project of turning the Turkmen majority in this county into minority has been maintained for years. The excuse offered by the Islamic Republic regime in breaking the villages around Gonbad-e Kavoos away from this county is that the mentioned villages are far from Gonbad-e Kavoos and close to Maravah Tappah and Aqqala. However, the real reason behind breaking away the villages in Incha Borun and Dashi Borun and its vicinity is to decrease the number of Turkmens casting votes in Gonbad-e Kavoos. Thus, the regime will be able to send its own deputy rather than the Turkmen deputy to the assembly.

For a couple of years, the ethnic cleansing towards the Turkmens has so much increased that the territories on both sides of the transportation routes in Gonbad-Minudasht and Gonbad-Azadshahr are also sized by the Sistanis and some drug dealer Baluchs collaborating with the regime. The migrants from Sistan and Baluchistan lead to changes in the regional culture and an increase in the crime and homicide rates. The rate of drug consumption in the region has increased so much. Furthermore, due to the drought and the fact that the regime does not subsidize the local farmers, the poor Turkmen farmers have to sell their lands to Sistanis and Baluchs who are not natives of the region.

Turkmensahra Liberation Organization is warning the authorities of the regime and collaborator Sistanis to end the ethnic cleaning in the region.

Furthermore, we warn the migrants that the regime is temporary, however what is everlasting, is the fire of the grief and pain of the brave Turkmen nation. It is such a nation, which will strongly punish the cruelty and oppression, if necessary.

سازمان آزادیبخش ترکمن صحرا – تورکمن صحرا آزادلیق قوراماسی

TURKMENSAHRA AZADLYK GURAMASY

TURKMENSAHRA LIBERATION ORGANIZATION

ABŞ İsraildə xəbərdarlıq radar sistemi yerləşdirib


ABŞ İsraildə xəbərdarlıq radar sistemi yerləşdirib

ABŞ ordusu İsraili İranın ola biləcək mərmi hücumundan qorumaq üçün bu ölkəyə erkən xəbərdarlıq radar sistemi yerləşdirib

Butovaz- İsraildə Nevatim hava limanında mərmilərə qarşı erkən xəbərdarlıq radar sistemi quran ABŞ, 120 nəfərlik Amerikan qarnizonunu da bu ölkəyə yerləşdirəcək.

«X-bant» adlanan radar sistemi keçən həftə İsrailin cənubundakı Nevatim hava limanına yerləşdirilsə də, hələ işlək vəziyyətə gətirilməyib.

Sistemin əsas məqsədi İrandan yönələ biləcək qurudan quruya mərmilərindən İsrailin müdafiəsini artırmaqdır. Şimali Koreyadan yönələ biləcək mərmi hücumuna qarşı keçən iki il içində Yaponiyada da bu sistem qurulub.

Radar sistemi beyzbol topu böyüklüyündəki cismi 4 min 700 km uzaqdan izləyə bilir.

Radar sistemi sayəsində İsrailin Arrow II balistik mərmilərini, İranın Şahab-3 mərmilərini yarı yolda təsirsiz hala gətirə biləcəyi ifadə olunub.

Sistemlə əlaqədar razılaşma İsrail müdafiə naziri Ehud Barak ilə İsrail Baş Qərargah rəisi Gabi Aşkenazinin iyulda ABŞ-a etdikləri rəsmi səfərdə əldə edilib. butovaz

Borçalı ermənilər və gürcülər arasında bölüşdürülüb

Borçalı ermənilər və gürcülər arasında bölüşdürülüb



Tarixi Türk məskəni olan Borçalıda ictimai-siyasi vəziyyət 1918-1920-ci illərdə daha da gərginləşdi. Bu illərdə Borçalının parçalanması gerçəkləşdi. Türkü sevməyənlər yaratdıqları qarışıqlıqdan məharətlə istifadə edə bildilər.

Araşdırmaçı Şahbaz Şamıoğlu bu dövrdə Borçalı regionunda ictimai-siyasi vəziyyət və millətlərarası vəziyyət barəsində danışır: "Borçalı bölgəsində azərbaycanlı əhali sıxışdırılmaqda davam edirdi: azərbaycanlılar yaşayan kəndlərə tez-tez hücumlar edilir, adamlar işgəncələrə məruz qalırdılar. Bölgədəki alman əsgərləri əmin-amanlığı qorumalı olduğu halda bütün cinayətlərin başında dururdu. Milli münasibətlərdə kəskin şəkildə gərginləşmə yaranmışdı. Gürcülərlə azərbacanlılar, ermənilərlə azəbaycanlılar arasında vaxtaşırı toqquşmalar baş verir, qan tökülür, adam öldürülürdü. Gürcüstanın hökumət orqanları qəzada baş alıb gedən qanunsuzluqlara, artıq adi hal almış cinayətkarlığa, azərbaycanlı əhaliyə qarşı törədilən təxribatlara göz yumur və bununla da əslində azərbaycanlıların deportasiya edilmələrinə açıq şəkildə şərait yaradırdı. Qəzada bir-birinə düşmənçilik münasibəti bəsləyən tərəflər əmələ gəlmişdi. Gürcülər və ermənilər hökumət orqanları tərəfindən hər cür dəstək alır, Azərbaycan Türklərinə qarşı isə qanunsuzluq hökm sürürdü. Borçalıda azərbaycanlı əhalinin Azərbaycan Nazirlər Soveti Sədrinə yazdığı məktubda deyilirdi: "Ölkədə qanunsuzluğun hökm sürməsi və əslində hakimiyyətin olmaması, eləcə də ayrı-ayrı xalqların və bölgədə yerləşdirilmiş alman hərbi hissələrinin özbaşınalıqları və vəhşilikləri ucbatından Gürcüstan hökumətində yaşayan biz müsəlmanların vəziyyəti olduqca acınacaqlı və dözülməzdir. Vəhşiliklərin sonu görünmür. Vəziyyətin yaxşılaşacağına ümid qalmayıb. Bizə qarşı olduqca çətin və əslində yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürülür, ağlasığmaz böhtanlar və bəhanələrlə cərimələr tələb edirlər. Dəhşətli cəzalar verib milyonlarla manat pul qoparırlar. Adamları öldürür, asır, bütöv kəndləri yandırıb-çatırlar".

Şahbaz Şamıoğlu bildirir ki, Borçalı azərbaycanlılarına Azərbaycan tərəfdən yardım göstərmək işi xeyli çətin idi. Borçalı Azərbaycan və Gürcüstan arasında diplomatik yazışmalar obyektinə çevrilmişi: "Vaxt uzandıqca bölgənin idarə edilməsi işi daha çox başlı-başına buraxılır, özbaşınalıq üçün əlverişli şərait yaradılırdı. Digər tərəfdən də bölgədə ermənilərin fəallaşması müşahidə olunurdu. Mənbələrdə ermənilərin Borçalı kəndlərinə hücum etmələri, azərbaycanlı əhaliyə məxsus mal-qaranın oğurlanması, qəsdən ziyan törədilməsi barədə faktlar var. Başkeçiddən tutmuş Borçalının aşağı-aran hissələrinə qədər hər yerdə artıq türk-erməni qarşıdurması yaranmışdı. Gürcüstan hökuməti yaranmış vəziyyətlə bağlı biganəlik göstərir, Azərbaycan hökumətinin səyləri bir nəticə vermir, bölgədəki alman qoşunları isə əksinə, konfliktin qızışmasına gətirib çıxaran əməllərlə məşğul olurdular". Ş.Şamıoğlu 1918-ci ilin noyabrından təşəkkül tapmış Axıska Müvəqqəti Hökuməti, Borçalı-Qarapapaq Cümhuriyyəti, Araz Respublikası, Cənub-Qərbi Qafqaz hökuməti barədə bilgi verir: "Təbii ki, ömrü az olan bu türk cümhuriyyətlərinin meydana çıxması çox zəruri tarixi şərtlərlə bağlı idi. Bir tərəfdən bu, həmin ərazilərdə yaşayan türk əhalisinin müqəddəratını sərbəst şəkildə təyin etmək istəyi ilə bağlı idi. Digər tərəfdən Azərbaycan, yaxud Türkiyə tərəfdən ciddi dəstək almayan və əslində kənar qüvvələrin, o cümlədən ermənilərin daimi hücumlarına məruz qalan əhalinin özünü müdafiə etmək üçün hər hansı bir qurum yaratmaq məcburiyyəti qarşısında qalması ilə əlaqədar idi. Məsələ burasındadır ki, Azərbaycan həmin dövrdə adı çəkilən türk cümhuriyyətlərinin əhatə etdiyi əraziləri özününkü sayırdı. Müstəqilliyin birinci ilində özünün suverenliyini bəyan edən dövlətlərin qarşılıqlı razılaşdırılmış sərhədləri yox idi. Bu da bir sıra obyektiv səbəblərlə bağlı idi: ölkədaxili iqtisadi və siyasi vəziyyətin gərginliyi, lazımi səviyyədə ordu quruculuğunun olmaması və s. Borçalı əhalisi Azərbaycan tərəfdən heç bir dəstək almadığından özünün müqəddəratını həll etmək, gələcək siyasi taleyini sərbəst müəyyənləşdirmək yolunu tutmağa məcbur olmuşdu. Tarixi şəraitin hərtərəfli təhlili onu göstərir ki, Borçalı məsələsinin birdəfəlik həlli üçün həmin dövrdə əlverişli durum mövcud idi".

Borçalıdan türk və alman qoşunlarının çıxarılmasından sonra vəziyyətin xeyli dəyişdiyinə diqqəti çəkən Ş.Şamıoğlu bildirir ki, artıq payızın əvvəllərində Azərbaycan-Gürcüstan diplomatik yazışmaları və danışıqları davam etdiyi bir zamanda erməni hərbi birləşmələri Borçalıda təxribatlar törədirdi. Ermənistanla Gürcüstan arasında münasibətlərdə xeyli soyuqluq yaranmışdı. Ermənistan açıq şəkildə Axalsıx, Axalkələk və Borçalı qəzalarını iddia edirdi. Ermənilər öz iddialarına tarixi don geyindirir, göstərilən əraziləri, hətta üstəlik Tiflis və Qorini də "Böyük Ermənistan" xəritəsinə daxil edirdilər".

Beləliklə, iki dövlət arasında müharibə başlayır: "Ermənistanın əsassız ərazi iddiaları Gürcüstanla müharibəyə səbəb oldu. Dekabrın 17-də müharibə rəsmən bəyan edildi, 2 gün sonra isə Ermənistanla Gürcüstan arasında diplomatik münasibətlər tamam kəsildi. Artıq 1918-ci il dekabrın 31-də döyüşən tərəflər atəşi dayandırdılar. Ermənilər ilk həmlələr zamanı ələ keçirdikləri əraziləri sonrakı döyüşlərdə azad etməli oldular. Hərbi əməliyyatlarda qələbə qazana bilməsələr də, hər halda törətdiyi təcavüz aktı Ermənistana sonrakı sülh danışıqları zamanı bir sıra üstünlüklər qazanmağa imkan yaratdı. Əvvəla, Ermənistan iddiaçı tərəf kimi barışdırıcı dövlətlərin razılığı və aşkar dəstəyi ilə müəyyən ərazilərə sahib ola bildi. İkincisi, Ermənistan öz ətrafında mübahisəli məsələləri iddia etməkdə haqqı olan dövlət imici formalaşdırdı. Bu da regional və beynəlxalq məsələlərdə prinsipial bir məsələdir. Üçüncüsü, mübahisələrin silahlı yolla həll edilməyə başlanması siyasi danışıqlara ümid bəsləyən və əslində buna məcbur olan Azərbaycanı çıxılmaz vəziyyətdə qoydu və diplomatik sahədə aktiv vəziyyətini xeyli çətinləşdirdi. Təsadüfi deyil ki, 1919-cu ilin yanvarında Tiflisdə keçirilən sülh konfransına Azərbaycan dəvət edilmədi. Halbuki regional və problemlə bağlı marağı olan dövlət kimi Azərbaycan nümayəndələri konfransa dəvət edilməli idi. Azərbaycan hökuməti Borçalının taleyini həll edən danışıqlarda Azərbaycanın iştirakının təmin olunmamasına öz qəti etirazını bildirdi. Konfransın qərarına görə, Ermənistanla Gürcüstan arasında neytral zona yaradıldı. (Loru nahiyəsi). Borçalının cənubu Ermənistana, şimalı isə Gürcüstana aid edildi. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid sənədlərin birində qeyd edilirdi: "Borçalının müsəlman əhalisinin Azərbaycana birləşmək arzuları baş tutmadı. Bu nə Ermənistan, nə də ki, Gürcüstan tərəfindən qəbul edilmədi. Antanta isə bu işə həvəs göstərmədi".

Lakin müharibədən sonra da Qafqazda sərhəd məsələsi tam həll edilib başa çatdırılmadı: "Sülhün şərtləri müharibə iştirakçısı kimi Gürcüstanı, maraqlı dövlət kimi Azərbaycanı qane etmirdi. 1919-cu il aprelində Tiflisdə 3 dövlət arasında sərhəd məsələlərini müzakirə emək və münasibətləri nizamlamaq məqsədilə konfrans keçirildi. Lakin bu konfrans da əməli nəticə vermədi". 1920-ci ildə cərəyan edən hadisələrə diqqəti çəkən araşdırmaçı Borçalının parçalanmasının son mərhələsini belə xarakterizə edir: "Tarixi şərait elə gətirdi ki, ermənilər yenidən Rusiyanın əlində alətə çevrildilər. Bütövlükdə bölgədə, o cümlədən də Borçalıda gərgin vəziyyət hökm sürürdü. Milli ədavət, özbaşınalıq əhalini ağır vəziyyətə salmışdı. Üstəlik də siyasi şərait get-gedə dəyişirdi. Apreldə Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən yıxıldı. Borçalı ilə yanaşı Qarayazı, Sığnaq mahallarını da Azərbaycan sərhədlərinə daxil etmək imkanı birdəfəik itirildi. Adı çəkilən 8,7 min kvadrat kilometrlik türk əraziləri (Azərbaycan) tarixi ədalətsizliyin qurbanı oldu. 1921-ci il fevralın 16-da yaradılan Gürcüstan İnqilab Komitəsinin fevralın 20-də "Gürcüstan fəhlə, kəndli və əsgərlərinə, bütün zəhmətkeşlərinə" etdiyi müraciətdə deyilirdi: "... Üsyana qalxmış Borçalının zəhmətkeş xalqına ... imkan veriləcək ki, o, sərbəst olaraq könüllü surətdə Ermənistan, Azərbaycan, yaxud Gürcüstan sovet respublikalarından birinə ilhaq edilsin". Lakin siyasi hakimiyyəti ələ keçirmiş qüvvələri əhalinin istək və arzuları qətiyyən maraqlandırmırdı.

RK(b) P MK-nın Qafqaz bürosu iyulun 7-də Loru nahiyəsinin bütövlükdə Ermənistana verilməsi barədə qərar qəbul etdi. Beləliklə, uzunillik mübarizələrdən və qanlı müharibələrdən sonra ermənilər Borçalı ərazisində iddia etdiklər torpaqları qoparıb aldılar. Borçalı ermənilər və gürcülər arasında bölüşdürüldü. Bölgənin böyük əksəriyyətini təşkil edən türk əhalisi Ermənistanın və Gürcüstanın idarəçiliyi altına düşdü".

Elçin Qaliboğlu

Sabah Türkiyə Baş nazirinin Orta Asiyaya səfəri başlayır

Sabah Türkiyə Baş nazirinin Orta Asiyaya səfəri başlayır


Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın sabah Türkmənistan və Monqolustana səfəri başlayır. Bu barədə Türkiyənin “Timetürk” informasiya agentliyi məlumat verib.

Ərdoğan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun dəvətilə oktyabrın 3-də və 4-də Türkmənistanda, Monqolustanın Baş naziri Sanjaa Bayarın dəvətilə oktyabrın 5-də və 6-da Monqolustanda səfərdə olacaq. Hər iki səfərdə ikitərəfli əlaqələrin genişləndirilməsilə bağlı məsələlər müzakirə ediləcək.
------------------------------------------------------------------------
Ermənistan əhalisinin əksəriyyəti Türkiyəni düşmən ölkə kimi görür


Ermənistanda aparılan ictimai sorğunun nəticələrinə görə, əhalinin 64 % - i Türkiyəni düşmən ölkə kimi görür. Bu barədə Türkiyənin “Timetürk” informasiya agentliyi məlumat verib.

Sorğuda iştirak edənlərin 76 % - i Türkiyə ilə münasibətlərin normallaşmasının ancaq Ermənistanın tələblərinin yerinə yetirilməsindən sonra mümkünlüyünü bildirib. Iştirakçıların 33 % - i Türkiyə ilə münasibətlərin düzəlməsini mümkün hesab etmədiyini,. 43 % -i isə, buna şübhə ilə yanaşdığını bildirib. Ermənilərin ancaq 24 % - i Türkiyə ilə əlaqələrin düzəlməsini mümkün hesab edir. Sorğu Ermənistan Milli və Strateji Araşdırmalar Mərkəzi tərəfindən aparılıb.

MƏŞHUR DİNŞÜNAS ALİM MAHMUD ƏHMƏDİNEJADIN FİKİRLƏRİNİ LAĞA QOYUB

MƏŞHUR DİNŞÜNAS ALİM MAHMUD ƏHMƏDİNEJADIN FİKİRLƏRİNİ LAĞA QOYUB


İranın məşhur dinşünas alimi ayətullah Məhəmmədtağı Fazil Meybodi «Azadlıq» radiosunun fars redaksiyasına açıqlamasında dinin siyasətdən ayrılmasına tərəfdar olduğunu bildirib.

«Media forum» saytının məlumatına görə, alim prezident Mahmud Əhmədinejadın adını çəkmədən onun öz hökumətini 12-ci imamdan (İmam Mehdi) ilham alması haqda fikrini, bu hökuməti qeyb aləmi ilə əlaqələndirməsini tənqid edib: «Bu kimi hərəkətlər adi dindar kütlədə rəğbətlə qarşılansa və ona təsir göstərsə də, cəmiyyətdəki mütəfəkkirlər və yüksək intellekti olanlar arasında mənfi qarşılanır. Tarixdə də belədir. İmam Mehdi adına dükan açıb öz siyasətlərini xalqa qəbul etdirməyə çalışanların hamısı məğlubiyyətə uğrayıblar. Ruhanilər belə siyasət yeridilməsini təhlükəli sayır və dinin təhrif olunmasından narahatlıq ifadə edir. Kütlə arasında təbliğ edilən bu kimi iddiaların dini və elmi əsası yoxdur».

Ayətullah dinin siyasət və hökumətə qarışmasının onun nüfuzuna xələl gətirəcəyini vurğulayıb: «Biz dəfələrlə demişik ki, din siyasətdən və hökumətdən tam ayrı olmalı və bunların hər biri öz işi ilə məşğul olmalıdır. Çünki bunlar bir-birinə qarışanda cəmiyyətdə çoxlu problemlər yaranır və cəmiyyətdəki mövcud bütün haqsızlıqlar, O cümlədən yoxsulluq, narkomanlıq, iqtisadi və siyasi problemlər və digər məsələlər dinin hesabına yazılır. Nəticədə isə dinin imicinə və nüfuzuna xələl gətirir».




«Media forum»

ABŞ mətbuatında Azərbaycan haqqında

ABŞ mətbuatında Azərbaycan haqqında

ABŞ-ın növbəti prezidenti Qarabağ münaqişəsinin həllinə çalışmalıdır.

Butovaz- Növbəti dəfə ABŞ mətbuatında Azərbaycan haqqında dəyərli fikirlər yer alıb. ABŞ-ın nüfuzlu «Vaşinqton tayms» qəzetində çap olunmuş məqalədə Azərbaycan ABŞ-ın strateji tərəfdaşı adlandırılıb.

Qəzet Amerikanın növbəti prezidentini Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmağa çağırıb.

«Vaşinqton tayms» qəzetində işıq üzü görən «Amerikanın dostu» məqaləsi Azərbaycana həsr edilib. Müəllif kaspian enerji konsaltinq şirkətinin prezidenti Söhrab Sübhani ABŞ-ın növbəti seçiləcək 44-cü prezidentini azərbaycan kimi strateji ölkə ilə yaxın əlaqələr qurmağa, Dağlıq Qarabağ münaqişəsinin həllini Amerika diplomatiyasının prioritetinə çevirməyə çağırıb.

Yazıda qeyd edilir ki, rəsmi Vaşinqton siyasi iradə nümayiş etdirib, Ermənistanı danışıqlar masasına dəvət etməklə münaqişənin yekun həllinin tapılmasına yardım etməlidir.

Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ həm də 1 milyon qaçqınını tarixi torpaqlarına qaytarmaqdır.

Müəllif bildirir ki, Ağ Ev Gürcüstana dəstək göstərdiyi kimi, Birləşmiş Ştatların uzunmüddətli maraqları sabit və məsuliyyətli liderləri olan ölkələrlə strateji müttəfiqliyə də yönəlməlidir. Azərbaycan məhz belə dövlətdir.

Məqalədə qeyd olunur ki, Azərbaycan regionda ən sabit dövlətdir və qonşuları ilə tarixi ziddiyyətlərə baxmayaraq yüksək məsuliyyətlə davranır. Sovet totalitar sistemindən çıxan Azərbaycan bu gün demokratik dövlətdir.

Müstəqil gənc dövlət çətinliklərə, üstəlik konqresin qəbul etdiyi azadlığa dəstək aktının 907-ci maddəsinə baxmayaraq Vaşinqtonun etibarlı dostu və müttəfiqi olaraq qalmaqdadır. Bu əməkdaşlıq 11 sentyabr olaylarından sonra daha da möhkəmlənib.

Məqalə müəllifi xatırladır ki, ümummilli lider Heydər Əliyev 11 sentyabr terror aktlarından dərhal sonra ABŞ səfirini çağıraraq ölkəsinin Amerikaya dəstəyini ifadə etmişdi və bu gün Azərbaycan terrorizmlə qlobal müharibədə Amerikanın yanındadır.

Azərbaycanın sülhməramlı qüvvələri İraqda və Əfqanıstanda xidmət edir. Xəzər hövzəsinin neft və qaz ehtiyatlarının davamlı işlənməsi və beynəlxalq bazarlara nəqli, Bakı Tbilisi Ceyhan kimi mühüm layihələr Bakı ilə Vaşinqtonun ortaq işbirliyinin nəticəsidir. Bütün bunlar isə Azərbaycanı bölgənin əsas nəqliyyat dəhlizinə çevirir və ölkənin strateji əhəmiyyətini artırır.

Məqalədə Azərbaycanda hökm sürən dini tolerantlıq da xüsusi qeyd olunur. Dünyəviliyə sadiq qalan Azərbaycanda müsəlman irsinin radikallaşmasına imkan verilmədiyi vurğulanır.

Vardan Oskanyan: “Türkiyə vasitəçi kimi çıxış edə bilməz”

Vardan Oskanyan: “Türkiyə vasitəçi kimi çıxış edə bilməz”


Ermənistanın keçmiş xarici işlər naziri Ankaranı Bakını dəstəkləməkdə ittiham etdi


Türkiyə Dağlıq Qarabağ probleminin həlli zamanı vasitəçi qismində çıxış etməməlidir. Lent.az-ın “panorama.am” saytına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ermənistanın keçmiş xarici işlər naziri Vardin Oskanyan çıxış edib.

Oskanyanın iddiasına görə, Türkiyənin tutduğu mövqe onun vasitəçi kimi çıxış etməsinə imkan vermir: “Türkiyənin bu danışıqlarda yeri yoxdur. Çünki o, sərhədləri açmayıb və mövqeyini dəyişməyib. Əksinə, Türkiyə Azərbaycanın maraqlarını müdafiə edir”.

Keçmiş xarici işlər nazirinin fikrincə, Ermənistan Türkiyənin Dağlıq Qarabağ probleminin həlli məsələsində vasitəçi kimi çıxış etməməsi üçün əlindən gələni etməlidir: “Türkiyə bütün dünyada problemin həllinə yardımçı olduğu görüntüsü yaradacaq. Amma onun bu rolda çıxış etməyə hüququ yoxdur. Əgər yaxın gələcəkdə Türkiyə-Ermənistan sərhədi açılmasa Türkiyənin əlinə düşən imkandan çox məharətlə istifadə etdiyini söyləmək lazım gələcək. Əgər sərhəd bir neçə ay sonra açılsa, Sarkisyan “Gülün dəvət edilməsi doğru qərar idi” deyə biləcək”.

LENT.AZ

1 Ekim 2008 Çarşamba

5+1 İRANA MÜNASİBƏTDƏ SANKSİYASIZ ÖTÜŞDÜ

5+1 İRANA MÜNASİBƏTDƏ SANKSİYASIZ ÖTÜŞDÜ


5+1 qrupu ölkələri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) İrana qarşı dördüncü qətnamə layihəsi barədə razılığa gəlib. Qətnamə layihəsində İrana qarşı yeni sanksiyalar nəzərdə tutulmasa da, bundan əvvəl qəbul olunmuş üç qətnamədəki sanksiyaların davamında təkid olunub, Tehrandan uranın zənginləşdirilməsi çalışmalarına son vermək tələb edilir.
«Media forum» saytının məlumatına görə, Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend layihənin BMT Təhlükəsizlik Şurasına sentyabrın 27-də təqdim ediləcəyini bildirib.

29 Eylül 2008 Pazartesi

TÜRKİYƏNİN DÖVLƏT NAZİRİ NİMƏT ÇUBUKÇU: “ŞƏHİD AZƏRBAYCAN QADINLARININ MƏZARLARINI GÖRDÜKDƏ ÇOX KÖVRƏLDİK”

TÜRKİYƏNİN DÖVLƏT NAZİRİ NİMƏT ÇUBUKÇU: “ŞƏHİD AZƏRBAYCAN QADINLARININ MƏZARLARINI GÖRDÜKDƏ ÇOX KÖVRƏLDİK”


“Bu, mənim Azərbaycana dördüncü gəlişimdir. Hər gəlişimdə Azərbaycanı daha gözəl görürəm. Bakı əsaslı şəkildə dəyişir.
Ötən səfərimdən qısa bir müddət keçib. Cəmi dörd-beş ay ərzində Bakıda bir çox irəliləyişlər, yeniliklər baş verib. Azərbaycanın sadəcə şəhər memarlığında deyil, qadın hərəkatında da irəliləyiş hiss olunur”. Bu sözləri açıqlamasında Türkiyənin qadın və ailə məsələləri üzrə dövlət naziri, xanım Nimət Çubukçu deyib. O, Azərbaycan qadınlarının ictimai-siyasi proseslərdə iştirakını yüksək qiymətləndirib: “Tarixə baxdığımız zaman Azərbaycan qadınlarının hər zaman ön cərgədə olduğunu, cəmiyyətdə önəmli yer tutduğunu görürük. Azərbaycan qadınları çox qüvvətlidir. Düşünürəm ki, bunu beynəlxalq səviyyədə göstərməyin tam zamanıdır. Çünki dünyada türk qadını haqqında qeyri-obyektiv təsəvvürlər var, bu fikirlərin dəyişməsi üçün bu cür beynəlxalq səviyyəli toplantıların təşkili çox önəmlidir”.

N. Çubukçu Azərbaycan Qadınlarının III Qurultayının uğurlu nəticələnəcəyinə inandığını söyləyib: “Ölkənin bütün regionlarından gələn xanımların öz problemləri haqqında danışmaq, qayğılarını paylaşmaq imkanı var. Məni bu qurultaya dəvət etdikləri üçün çox təşəkkür edirəm və Bakıda olduğum üçün qürur duyuram”.

Türkiyəli nazir Azərbaycanın müstəqilliyi uğrunda canından keçənlərin də xatirəsini anıb: “Bir çox xalqların azadlıq mübarizəsində kişilərin rolu böyükdür, amma Azərbaycan və Türkiyədə müstəqilliyin əldə olunması və mili şüurun inkişafında qadınların çox böyük rolu var. Ona görə də biz şəhid analarına xüsusi hörmətimizi bildiririk. Bu gün Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdik. Müstəqillik mübarizəsində gənc qadınların da şəhid olduğunu gördük və çox kövrəldik. Şəhid qadınların azadlıq uğrunda mübarizəsi bu gün onların davamçıları olan yeni nəsillər tərəfindən davam etdirilməlidir”.

Corc Buş İlham Əliyevi təbrik etdi

Corc Buş İlham Əliyevi təbrik etdi


Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş Azərbaycan Prezidenti İlham Əliyevə Ramazan Bayramı münasibətilə təbrik məktubu göndərib.

Bu barədə Lent.az-a Prezidentin mətbuat xidmətindən məlumat verilib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Müqəddəs Ramazan ayının başa çatdığı bir dövrdə qeyd etdiyiniz bu bayram münasibətilə Sizə ən xoş arzularımı çatdırıram.

Qoy Ramazan ayında bütün dünyada müsəlmanların əziz tutduqları xeyriyyəçilik, fədakarlıq və mərhəmət kimi dəyərlər azadlığın, dözümlülüyün və bütün xalqlar arasında sülhün bərqərar olmasına xidmət etsin.

Mən Sizə və Azərbaycan xalqına firavanlıq və cansağlığı diləyirəm”.

Mediaların yazdığı xəbərə görə, İran adlanan ölkənin cənub bölgəsində bir şəhərin prokuroruna suiqəsd düzənlənib.



Mediaların yazdığı xəbərə görə, İran adlanan ölkənin cənub bölgəsində bir şəhərin prokuroruna suiqəsd düzənlənib.

Onaylanmamış bilgilərə görə, şəhər mərkəzində baş verən olayda şəxsi maşından prokurora atəş açılıb. Olayda yaralanan provokor xəstəxanaya götürülüb və hələlik yetərincə bilgi yayılmayıb.

Suiqəs düzənləyənin kim olduqları bəlli deiyldir.

İran adlanan ölkənin cənub bölgələrinə Əl-Əhvaz deiylər ki Ərəblərin yaşadığı yerdir. İranın nəft və qaz istehsalatı bu bölgədən asılıdır və ölkənin gəlirinin çox faiyzi burdan əldə olar. Cənub bölgələridə Fars olmayan bölgələr kimi asimilə və basqı altındadır. BayBak xatərladır ki bu bölgədə silahlı toqquşmalar çox olar və bombalı saldırıların sayı getdikcə çoxalır. Bölgə çox geridə saxlanıb və çox yerdə içmək üçün su bilə tapmağ zor olur.
baybak

İran adlanan ölkədə hər olay Fars-Şiə mollalarının dediginə görə yaranmalıdır! Bu ilginc istəkin önündə kim dura bilər?


İran adlanan ölkədə hər olay Fars-Şiə mollalarının dediginə görə yaranmalıdır! Bu ilginc istəkin önündə kim dura bilər?

BayBak-ə gələn bilgilərə görə bu ildə hər il olduğu kimi İran adlanan ölkənin dini lideri ramazan qayının bitməsi və şəvval ayının başlanqıcın elan edəcəkdir! Deməli İran müsəlmanları ay bitişilə deiyl, ki bir şəxsin əmri ilə ramazan bayraməm qutlayacaqlar!

Elmi baxımından bir çoxlu bölgədə şəvval ayının başlanqıcı tez və bəzi bölgələrdə gec olmalıdır. Bu olay təbidi bir olaydır və şəxsi yada siyasi inanclarla onu dəiyşmək olmaz. Ancaq, İranda hər şey Fars mollalarının dedigi olduğuna görə, Fars olmayan bölgələrdə ramazanın bitişi barədə toqquşmalar meydana çıxmaqdadır.

Son illərdə fitr bayramın ərkən qutlayan Kürd azınlığına olan basqı çoxalıbdır. BayBak-in aldığı bilgilərdə qeyd olunubdur ki Kürd mollalarına İran gizli servisi tərəfindən xəbərdarlığ verilib və onlardan kəsin olaraq istənilibdir ki ramazan bayramən dini liderin dedigi gündə qutlasınlar! Artıraq ki Kürdlə hər il ramazan bayramən bir ya iki gün tez qutlarla və iddea edərlər ki onların bölgəsində şəvval ayı daha tez görünər.

Geçən gün Soyuğ Bulağ (Mahabad) şəhərində bir Kürd molla terror olunubdur. Məzhəbi sünni olan bu mollanı öldürənlərin kimligi bəlli deiyl və bu barədə araşdırmalar başladılıb. Aldöğımız xəbərlərə görə, Kürdlərin yaşadığı bölgələrdə hər an çatışmalar başlaya bilər, çünkü Kürd mollalar İran məmurlarının xəbərdarlğına etinasız olaraq, Kürd müsəlmanların fitr bayramən qutlamağ üçün namaz qatılmağların istəiyblər.

Xatırladağ ki indi Mahabad adlanan şəhər Azərbaycan şəhəridir və Seyyid Cəfər Pişəvəri-nin qurduğu milli hükümət dönəmində, Fars hakimiyətin ayırdığı rayonların qapalı olduğu üçün və mərkəzə Kürdlər tərəfindəndə basqı uyqulamağ amacıyla, Kürdlərə Azərbaycanda muxtarlığ vermək üçün baş kənd tanıtılmışdır. O tarixdən bəri Kürdlər bu bölgə və ətraf kəndlərində daha geniş yerləşib və terrorla yerli əhalini qaçmağa məcbur ediblər.baybak

"Ana dilinizi öyrənməklə gerçək kimliyinizi qoruyun"

"Ana dilinizi öyrənməklə gerçək kimliyinizi qoruyun"

"Yarpaq" qəzetinin baş redaktoru güneyli şagirdlərə və tələbələrə açıq məktub yazıb

Turqut

"Yarpaq" qəzetinin baş redaktoru Eyvaz Taha İranda yeni təhsil ilinin başlaması münasibətilə güneyli şagirdlərə və tələbələrə məqalə xarakterli açıq məktub yazıb. Məqalədə bildirilir ki, İranda 14 milyon şagird və 3 milyona yaxın tələbə təhsil ocaqlarına getdilər. Məktəb zənglərinin çalınmasıyla siniflərə yollanmış bu uşaqların 60 faizinin ana dili farsca deyil. Onların əksəriyyəti Azərbaycan türkcəsində, qalanı isə türkmən, kürd, ərəb və başqa dillərdə danışsalar da, məktəb və universitetlərdə farsca danışıb yazmaq məcburiyyətindədirlər: "Prezident Mahmud Əhmədinejad bu məcburiyyəti unudaraq məhhəbət anlamını daşıyan "Mehr" ayında məktəbə gedən uşaqlara sevgidən danışdı: "Əminəm ki, bu ildə bizim gənc nəslimiz ədalət, sevgi bəsləmək və ölkənin hər tərəfli inkişafına dair sözləri öyrənəcək". Məncə bu sözlər "Ədalət"i hayqıran populist siyasətçilərin yalnız ədalətsizlik doğuran iqtisadi görünüşünün başqa bir göstəricisidir. Yoxsa kim bilmir ki, dili danılmış hər bir varlıq "kimlik" gərginliyinə sürüklənərək inkişaf edə bilməz. Ədalətdən, sevgidən və inkişafdan bu sayaq danışmaq uşaqların gözünə baxaraq onların həm Qurani Kərimdə, həm ölkə Konstitusiyasında, həm də beynəlxalq insan haqları bəyannamələrində açıq-aşkar vurğulanmış dil və düşüncə azadlığını ayaq altına alıb tapdalamaqdan başqa bir şey deyildir. Söhbət "bəşəriyyətin ən gözəl, mükəmməl və ən yaxşı taleyi"indən gedirsə, güc quruluşları və güc kürsülərinə dirsəklənmiş adamların sevgi məktubları təkcə susqun kütləyə ərməğan edilməməlidir, haqqını istəyən vətəndaşlara da göndərilməlidir. Yoxsa ağzını açıb ən vacib, ilkin və danılmaz haqqını, yəni anası danışan dildə danışmaq diləyini dilə gətirənlərin yeri həbsxanaların qaranlıq kamerası olursa, o məhəbbət məktubları əsirlik bəlgəsinə çevriləcək. Sevimli şagirdlər və tələbələr, öz ana dilinizi mümkün yollarla öyrənməklə gerçək kimliyinizi qoruyun".

XALQ CƏBHƏSİ

Beynəlxalq Əfv Təşkilatı İranda azərbaycanlı fəalların həbsindən narahatdır

Beynəlxalq Əfv Təşkilatı İranda azərbaycanlı fəalların həbsindən narahatdır

Qərargahı Londonda yerləşən "Amnesty International"-Beynəlxalq Əfv Təşkilatı Sentiyabrın 10-da Tehranda İftar məclisində həbs olunan azərbaycanlı aydınlar və yazarlarla bağlı bəyanat yayıb.

Təşkilat Tehran ETTELAATının "Evin" həbsxanasının təcridxanasında saxlandıqları güman edilən jurnalistlər Əlirza Sərrafi, Səid Muğanlı Əkbər Azad və Həsən Raşidi, fəallar Abbas Nəimi, Həsən Rəhimi Bayat, Hüseyn Heydəri, Mehdi Nəimi və Səyyad Məhəmmədianın saxlanma şəraitindən narahat olduğunu və onların işgəncələrə məruz qaldıqlarını bildirir.
Beynəlxalq Əvf Təşkilatı azərbaycanlı fəalları vicdan məhbusları adlandırır və Tehran hökumətinin bu kimi addımlarına qarşı çıxdığını bəyan edir.


VOA

Ingilterenin paytaxti Londanda kechirilen tedbir teshkilatchilari ve, ishtirakchilarina tebrik mektubu

Ingilterenin paytaxti Londanda kechirilen tedbir teshkilatchilari ve, ishtirakchilarina tebrik mektubu

Deyerli yurddashlarim !

1 mehr – iran adlanan olkede qeyri-fars milletlerin,o cumleden azerbaycanli turk yeniyetmelerimizin zorla fars dilinde tehsil almalarina etiraz olaraq kechirtdiyiniz mohteshem aksiyaya gore, Siz deyerli qardashlarima oz adimdan teshekkur edirem.
Ingilterenin paytaxti Londan sheherinde BBC radiosonun qarshisinda kechirdiniz bu tedbir haqqinda xeberi ve foto-shekilleri gordukde iran adlanan olkede fars dilinde zorla tehsil almagin bir millet olaraq bizim uchun ne qeder boyuk acilar yashatdigini bir daha
duydum. Tehranda ilk sinfe getdiyimde zorla fars dilinde danishmaga mecbur edildiyimi ve turk dilinde danishdigim uchun ne qeder tehqirlere meruz qaldigimi
xatirladim. Bu aci hemishe insani inchidir ve bele bir sual yaranir ki, niye men oz ana dilimde danishdigim uchun bashqalarinin gulush ve tehqir
hedefine chevrilmeliyem ? Zorla shuurumuza yeridilen bu yabanchi dili oyrendikden sonra bele, onun verdiyi acilari yashayirsan. Bele ki, menim dogma
hisslerimi ifade ede bilmeyen bu zoraki dil hem de menim zengin ana dilimle muqayisede bashdan-ayaga qusurlu dildir. Chox teessuf ki, bu yabanchi dil hele
de gelecek neslimizi zeherleyir, onu oz kokunden, milli kimliyinden uzaqlashdirmaga chalishir. Bu hiss ve duygularin her bir azerbaycanliya aid olmasi bir aci gerchekdir. Azerbaycanin Guneyinde yashayan milyonlarla ushaq indi de bu shovinist
siyasetin qurbanidir ve onlar dogma dillerinde tehsil almaq hisslerini dile getirdikde, “Turk dilinde medrese, olmalidir her kese!”, “ Haray, haray, men
turkem!” dedikde qeyri- insani fiziki tezyiqlere, hebslere meruz qalirlar. Bunlar onun gostericisidir ki, heqiqeten de fars fashizmi Azerbaycan Turkune
qarshi chox boyuk qeddarliqla medeni soyqirim heyata kechirir. Bele bir durumda bununla bagli Azerbaycanimizin guneyinde ve xarici olkelerde muxtelif tedbirlerin kechirilmesi ve bu haqsizliga qarshi etirazlarin bildirilmesi milli savashimizin
olduqca onemli meqamlarindandir. Bildiyiniz kimi, 80 ilden artiq bir muddetdir ki, fars
shovinizmi “milli birlik” shuari altinda iran adlanan siyasi-cografi erazide yashayan qeyri-fars milletleri assimile etmekle onlara qarshi etnik temizleme siyaseti aparir. Burada esas meqsed milli,tarixi veteninde yashayan milletlere qarshi medeni,
ictimai, iqtisadi ve siyasi basqi etmekle onlari milli kimliyinden ayirmaq, onlara saxta “iranli” kimliyi vermekden ibaretdir. Fars shovinist dushunce sistemi
bu hedefe chatmaq uchun bu milletlerin milli –medeni deyerlerini mehv etmekle, onlardan oz xeyrine her cur yararlanmaga, milli servetlerine sahib olmaga
chalishir. Aparilan bu siyasetin aci tesirini Guney Azerbaycanin movcud durumunda gormek mumkundur. Rejimin strateji hedef kimi mueyyenleshdirdiyi
“milli birlik” shuari oz tarixi torpaqlarinda yashayan qeyri – fars milletlerin milli, medeni ve
tarixi deyerler ve istekleri ile ust - uste dushmur. Ona gore de rejim bu siyaseti yalniz zoraki yolla heyata kechirmeye chalishir. Bele olan teqdirde
rejimin apardigi shovinist siyasete qarshi muxtelif istiqametlerde gorulen ishler , o cumleden Ingilterede kechirilen etiraz aksiyasi ona gore onemlidir ki,
hakim molla rejiminin “milli birlik” shuari altinda apardigi siyaseti iflasa ugradir, diger
terefden ise butun dunyaya gostermish olur ki, iran adlanan olkenin siyasi cografiyasi muxtelif milletlerin ishgali neticesinde yaranib.Butun bu gerchekliklerin fonunda inaniram ki, biz birmillet olaraq layiq oldugumiz yuksek seviyyede oz
haqlarimizi elde edeceyik. Sonda Siz deyerli dostlarima, bu tedbirin
teshkilatchiliginda emeyi kechmish deyerli qardashlarima ve aksiyada ishtirak eden butun
insanlara minnetdarligimi bildirirem. Chox isterdim ki, men de sizinle beraber bu tedbirde ishtirak edim.Lakin, bir neche muddetdir ki, sehhetimde yaranmish
ciddi problemler buna imkan vermir. Bu mohteshem tedbirde Sizinle birge olmaqdan boyuk memnunluq duymush olardim. Inaniram ki, zeruri olan bu kimi tedbirlerin
kechirilmesi davamli olacaq ve milli mucadilemize oz musbet tesirini gosterecek.

Musteqil ve azad Veten dileyi ile!


Tanri milletimizi qorusun!


Hormetle
GAIP Arashdirma ve Informasiya
merkezinin rehberi
Sadiq Isabeyli
Finlandiya 26.09.2008

GAIP

İRAN MƏKTƏBLƏRİNDƏ ZİNƏT ƏŞYALARI və MOBİL TELEFONDAN İSTİFADƏYƏ QADAĞA QOYULDU

İRAN MƏKTƏBLƏRİNDƏ ZİNƏT ƏŞYALARI və MOBİL TELEFONDAN İSTİFADƏYƏ QADAĞA QOYULDU

İran Təhsil Nazirliyinin idarə rəisi Əlirza Rəhimi jurnalistlərə açıqlamasında ibtidai məktəbdə oxuyan qızların zinət əşyaları və mobil telefondan istifadəsinə qadağa qoyulduğunu bildirib.

«Media forum» saytının məlumatına görə, Ə.Rəhimi məktəblərdə şagird qızların zinət əşyaları və mobil telefondan istifadəsinə qadağanı dərs prosesinə maneçiliklə əlaqələndirib: «Mən qızlara tövsiyə edirəm ki, məktəblərdə zinət əşyaları və mobil telefonlardan istifadədən çəkinsinlər. Bu tövsiyəm təhsilin digər mərhələlərində oxuyan şagirdlərə də aiddir. Əgər məktəbdə müəyyən bir şeydən istifadə dərs prosesinə mane olursa, ona qadağa qoyulmalıdır. Baxmayaraq ki, qanun belə bir qadağa nəzərdə tutmur».

«Media forum»

Mazandaranda tufan 4 nəfərin həyatına son qoyub

Mazandaranda tufan 4 nəfərin həyatına son qoyub

İranın Mazandaran vilayətində təbii fəlakət – baş verib. Nəticədə 4 nəfər həlak olub. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat yayıb. İranın Fövqəladə Hallar Nazirliyinin Mazandaran vilayəti üzrə idarəsinin rəisi Ramazanzadə bildirib ki, tufan ötən gecə Babulsər, Sari, Neka, Gəlugah, Cuybar , Qaimşəhr və Behşəhr şəhərlərində baş verib.
O bildirib ki, tufan zamanı əsən küləyin sürəti saatdə 110 kilometrə çatıb. Su, elektrik, rabitə xətləri və yollar sıradan çıxıb.
İlkin hesablamlara görə, dəymiş ziyanın məbləği 30 milyon dollara çatır. Həlak olanların cəsədləri qonşu şəhərin ərazisində tabılıb. Ölənlərin şəxsiyyəti araşdırılır. // Trend

Hakimiyyət orqanları Həmid Valayinin ağır işgəncəyə məruz qoyulduğunu inkar etmək fikrindədir.



Hakimiyyət orqanları Həmid Valayinin ağır işgəncəyə məruz qoyulduğunu inkar etmək fikrindədir.

Butovaz- Təbriz ETTELAAT idarəsinin əməkdaşları Güney Azərbaycanın milli haqlarını və hüquqlarını müdafiə edən hüquqşünas Həmid Valayinin əleyhinə qondarma sənədlər hazırlayaraq Təbriz İnqilab məhkəməsinə göndərilib.

Həmid Valayi bir müddət öncə qanunsuz olaraq ETTELAAT məmurları tərəfindən həbs edilərək 13 gün müddətinə Təbriz ETTELAAT təcridxanasında ağır fiziki və ruhi işgəncələrə məruz qoyulmuş, işgəncə nəticəsində soydaşımızın ayağı və ağzında çoxlu sayda dişləri sındırılmışdır.

Həmid Valayinin vəkili Məhmudi neçə gün öncə müdafiə etdiyi Həmid Valayinin işi ilə bağlı inqilab məhkəməsinə müraciət etmiş, məhkəmədə ona bildirmişlər ki, onun ittihamı islam hakimiyyəti əleyhinə təbliğ və hakimiyyət əleyhinə ixtişaşlar yaratmaqla bağlı cinayət işi açılıb.

Bununla yanaşı Həmid Valayi heç bir fakt olmadan qanunsuz ETTELAAT məmurları tərəfindən həbs edilərək ağır işgəncələrə məruz qaldığını və onu həbs edən ETTELAAT məmurlarını məhkəməyə vermiş, lakin bugünə qədər onun müraciətinə heç bir münasibət bildirilməmişdir.

Məlum olur ki, hakimiyyət orqanları Həmid Valayinin ağır işgəncəyə məruz qoyulduğunu inkar etmək fikrindədir. Lakin hər şey göz qabağında bəllidir ki, Həmid Valayi neçə müddətdir ağır işgəncələr nəticəsində xəstəxanada və evdə həkimlər nəzarətində sındırılmış ayağı və dişləri fakt olaraq qalmaqdadır. butovaz

28 Eylül 2008 Pazar

İran adlanan ölkənin şifə-fars hakimiyətinin bəzi işləri yunik olaraq tarixə yazılıbdır. Bu arada piket geçirmək sayağıda unutulmazdır.


İran adlanan ölkənin şifə-fars hakimiyətinin bəzi işləri yunik olaraq tarixə yazılıbdır. Bu arada piket geçirmək sayağıda unutulmazdır.

İran sayağı piketlərdə millətin inancından yararlanaraq çirkin siyasətlərə məşruiyət qazandırmağ planlaşar. Bölgədə yaşayan çoxlu müsəlmansa Fars şovonistlərinin siyasətindən xəbərsiz olaraq belə piketlərə qatılaraq bəzi sorunların güclənməsinə yardımcı olurlar.

İran İalam Devriminin lideri olan Ayətullah Xumeyni-nin dəb qoyduğu Quds Günü hər il ramazan ayının son cümə günü qutlanar. Bu gündə müsəlmanlar İsrailin cinayətlərin qınamağ üçün toplanarlar ancaq günün möpvzüsuyla bağlı, başqa devlətlərədə etirazlar planlaşar.

Quds Günü başlanqıc dönəmində İsrail, Fransa, Almanya, Rusiya, Amerika və İngilis kimi devlətlərə yaman-yoğuz deylərdi! Ancaq get-gedə bu devlətlərin sayı azaldı və indi İran siyasətində Rusiya ya Almaniyanı qınamağ kimi bir olay söz qonusu deiyldir! Bu o demək deiyldir ki o devlətlər müsəlman olublar, bu onun göstərgəsidir ki Quds Günü və başqa dini piketləer Fars siyasəti xidmətindədir və insanların ruhani inanclarının dəyəri yoxdur. Gülünc olan burasıdır ki hərdən elə ölkələrə yaman-yoğuz deiylir ki İsrail ilə ilişkiləri biıə yoxdur! Kanada, Səudi Ərəbistan və ya Belcika kimi devlətlərdə bu yamanlardan paysız qalmayıblar!

BayBak xəbər verir ki Quzey Azərbaycanda adı Nardaran olan bir kənd, ki indi balaca biş şəhərcigə bədəl olmaqdadır tam anlamında İranın balaca versiyası tanınır. Dini mərasimlər, danışığlar və təpkilər eyni İran devlətinin istədigi kimi yapılar. Hətta ordan qaynağlanan və gələcəkdə dəhşət yaradacaq olan terror aktlarıda eynən İranda olan Sipah güclərinin planladığı kimidir.

Bu il Quds Günündədə eynən İran adlanan ölkədə bərpa olunduğu kimi, Nardaranda Fars hakimiyətinin düşmanları adlanan devlətlərə ihanət edildi! Hətta, Fars dilində parça yazılar və şuralar, İrandan göndərilmiş materiyallar v.s çox aydın olaraq gözə çarpırdılar.

Bu piketdə İsrail, İngilis, Amerika və Fransa devlətlərinin bayrağı ota çəkilib və bəzən Azərbaycan devlətinə zidd olan aktlar sərgilənib.

Bəlli deiyldir ki belə aşkar terror xarakteri daşıyan piketlər nədən Azərbaycan Respoblikasının hakimiyətini düşündürmür! Və ya nədən İran dalanan ölkənin Azərbaycan daxili işlərinə rəsmi dəxalətlərinin önü alınmır!. baybak

PKK terror təşkilatı daxilində parçalanma başlayıb

PKK terror təşkilatı daxilində parçalanma başlayıb


Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı qurudan və havadan davam etdirdiyi hərbi əməliyyatlardan sonra təşkilat daxilində parçalanmalar başlayıb. “Anadolu agentliyi”nin yaydığı məlumata görə, Rəsmi Ankara ilə yaxın təmasda olan Şimali İraq yerli idarəsinin tətbiq etdiyi məhdudiyyətlər və təzyiqlərdən sonra Kandil dağında olan bir çox terrorçu təşkilata məxsus külli miqdarda pulla qaçmağa üstünlük verib.
Xəbər mənbəyinin verdiyi məlumata görə, təşkilatı tərk edənlər arasında PKK daxilində asayişə cavabdeh olan Mehmet Mardini kod adlı terrorçu, köməkçisi və iki cangüdəni, qondarma tabur komandiri Demhat kod adlı terrorçu, köməkçisi və 5 cangüdəni, maliyyə işlərinə cavabdeh Hiva Rojhalati kod adlı terrorçu və birlikdə olduğu 4 terrorçu da var.
ANS PRESS

İsraildən $120 milyonluq silah alınacaq

İsraildən $120 milyonluq silah alınacaq

İsrail Azərbaycana $120 milyon məbləğində silah, hərbi texnika, avadanlıq və sursat satacaq. Bu barədə müvafiq anlaşma iki ölkənin Müdafiə nazirlikləri arasında imzalanıb.
Təl-Əvivdə çıxan "Haarets" qəzeti bildirir ki, həmin saziş çərçivəsində İsrail Azərbaycana ən son model TAR-21 "Tavor" avtomatik hücum tüfəngləri və bu silah üçün sursat; "Soltam" korporasiyasının istehsalı olan qaubisalar və mərmilər; TAAC konsernin buraxdığı raket-artilleriya sistemləri, mərmi və raketlər; habelə "Tadiran"ın istehsalı olan rabitə sistemləri verəcək.
Bundan başqa, İsrailin "Soltam" korporasiyasının Qazaxıstanın sifarişi ilə hazırladığı 122 mm çaplı özüyeriyən "Semser" qaubisası və 120 mm çaplı özüyeriyən "Aybat" minaatanlarının da Bakının maraqlandırdığı bildirilir.
"Soltam" da həmin marağı nəzərə alaraq "KAMAZ" yük maşınlarına quraşdırılan "Semser"dən Bakıya satmaq fikrinə gəlib.
İsrailin TAAC konserninin istehsal etdiyi "Lynx" ("Vaşaq") çoxməqsədli muxtar raket sistemini "Nayza" adı ilə satacağı da vurğulanır. Məşhur "Elbit" hərbi-sənaye kompleksi Azərbaycana adıçəkilən hər üç artilleriya-raket sistemlərini birləşdirən avtomatik idarəetmə və nəzarət sistemini, "Aeronautics Defense Systems" korporasiyası isə pilotsuz kəşfiyyat təyyarələrini satacaqlar.
Azərbaycan Müdafiə Nazirliyi isə İsraillə hərbi texnika və avadanlığın alınması ilə bağlı yaxınlarda heç bir müqavilə imzalanmadığını bildirir. Nazirlik əməkdaşlarının dediklərinə görə, "belə iddialar əsassızdır".
Azərbaycanın ənənəvi tərəfdaşı və müttəfiqi olaq İsraildən hərbi texnika alınması barədə müqavilə barədə Maliyyə, İqtisadi İnkişaf və Müdafiə Sənayesi nazirliklərinin yetkililəri də "məlumatımız yoxdur, heç bir şərh verə bilmərik" dedilər.
Lakin onların heç biri "belə müqavilə yoxdur" söyləmədi.

Hüseyn BAKUVİ

express

İran vətəndaşı 10 il iş aldı

İran vətəndaşı 10 il iş aldı


Sentyabrın 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə Gəncədə narkotik vasitə satarkən həbs olunan İran İslam Respublikasının vətəndaşı Əmirpur Bəhruzun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bu barədə "OLAYLAR"a məhkəmədən veriblər. Məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İran vətəndaşı Əmirpur Bəhruz 10 il müddətinə azadlıqdan məhrum edilib.
--------------------------------------------------------------------------------

Rays-Lavrov görüşü münasibətlərə necə təsir göstərəcək?


"Rusiyanın Amerikaya vurduğu yara çox ağırdır"




Hazırda dünyanın aparıcı kütləvi informasiya vasitələrinin başlıca mövzusu olan Amerika-Rusiya qarşıdurmasına BMT-nin 63-cü sessiyasında hər iki ölkənin xarici işlər nazirlərinin görüşündə aydınlıq gələ bilərdi. Ancaq yenə də Kondaliza Rays Rusiyanı beynəlxalq qanunları pozmaqda ittiham etdi. Ümumiyyətlə, Kondaliza Rays-Sergey Lavrov görüşü ABŞ-Rusiya münasibətlərindəki gərginliyin azalmasına nə kimi rol oynadığ Politoloq Zərdüşt Əlizadənin fikrincə, bir görüşlə yaranmış vəziyyətə aydınlıq gətirmək çətindir: "Çünki Rusiyanın Amerikaya vurduğu yara çox ağırdır. Amerika onu incitmiş ölkələrə, dövlət xadimlərinə heç vaxt bunu bağışlamır". Politoloq bildirib ki, gərginliyin aradan qalxması üçün hər iki dövlətin siyasi kursu dəyişməlidir. Z.Əlizadənin fikrincə, əgər ölkələr kompromisə getməsə, münasibətlər uzun müddət bu səviyyədə qalacaq.

İRANLI GİROVLAR AZADLIĞA BURAXILIB

İRANLI GİROVLAR AZADLIĞA BURAXILIB

40 gün əvvəl Əfqanıstanın qərbində yerləşən Herat vilayətində naməlum silahlı şəxslərin girov götürdüyü iki İran vətəndaşı pul müqabilində azadlığa buraxılıb.

«Media forum» saytının məlumatına görə, Herat Şəhər Xarici Əlaqələr İdarəsinin rəisi Hümayun Kamqar jurnalistlərə açıqlamasında deyib ki, oğurlanan iranlılar İranın «115» adlı yol inşası şirkətində işləyirmiş. Əfqan rəsmisi girovların adlarını açıqlamayıb.

İranlı girovların sentyabrın 24-də pul müqabilində azadlığa buraxıldığını deyən H.Kamqar ödənilən pulun məbləği barədə də hər hansı məlumat verməyib.

«115» şirkəti Əfqanıstanda yol çəkilişlərində iştirak edir.




«Media forum»

İsrail hərbi kəşfiyyatı İranın 2012-ci ilə qədər ilk nüvə başlığını yarada biləcəyi barədə məlumat əldə edib. Lent.az-ın “newsru.com” saytına istinadə


İsrail hərbi kəşfiyyatı İranın 2012-ci ilə qədər ilk nüvə başlığını yarada biləcəyi barədə məlumat əldə edib. Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, bu barədə İsrail Mübafiə Nazirliyindəki mənbə bildirib.

Mənbə İranın uranın zənginləşdirilməsi məsələsində sürətlə irəliyə doğru inkişaf etdiyini vurğulayıb: “Əgər onlar bu sürətlə fəaliyyət göstərsələr, təxminən bir il sonra ilk nüvə başlığını yaratmaq üçün kifayət edəcək qədər zənginləşdirilmiş nüvə materialı əldə edəcəklər”. O, hazırda İranın dörd faizlik səviyyəyə qədər zənginləşdirilən uran ehtiyatı yığmaqla məşğul olduğunu vurğulayıb: “İran artıq nüvə başlığı yaratmaq üçün tələb olunan uranın təxminən yarısını əldə edib. Gələcəkdə isə uranın zənginləşdirilməsi üçün daha yüksək səviyyəyə keçmələri çətinlik törətməyəcək. Buna o qədər də vaxt tələb olunmayacaq. İşlərin sürətindən asılı olaraq İran 2010-2012-ci illərdə ilk atom bombasını yaratmaq iqtidarındadır”.

LENT.AZ

İran BMT-nin yeni qətnaməsini rədd edib

Dünya
İran BMT-nin yeni qətnaməsini rədd edib

Birləşmiş Ştatlar İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır
28.09.2008

BMT-nin Təhlükəsizlik Şurası İranın nüvə proqramıyla bağlı yeni qətnamə qəbul edib.

Sənəd İranı uran zənginləşdirilməsi üzərində işi dayandırmaqla bağlı əvvəlki tələbləri yerinə yetirməyə çağırır.
Rusiyanın etirazına görə qətnamədə İrana qarşı yeni sanksiyalar nəzərdə tutulmur.

Birləşmiş Ştatların BMT-dəki nümayəndəsi Zalmay Xəlilzad deyib ki, Gürcüstan münaqişəsiylə bağlı fikir ayrılığına baxmayaraq qətnamənin qəbul edilməsi Birləşmiş Ştatlarla Rusiya arasında əməkdaşlıqdan xəbər verir:

«Bizim fikrimizcə, Gürcüstana hücum mütənasib deyil və biz bunu qəti şəkildə pisləmişik. Lakin eyni zamanda Gürcüstan məsələsində Rusiyayla dərin fikir ayrılığına baxmayaraq, göründüyü kimi biz qarşılıqlı maraq doğuran məsələlərin həllində işləmək istəyirik. Bu ondan xəbər verir ki, Rusiya İranın nüvə iddiasının problem olduğunu görür».

İranın BMT-dəki missiyası yeni qətnaməni rədd edib və bildirib ki, Tehran uran zənginləşdirilməsi üzərində işi dayandırmaq fikrində deyil.

Birləşmiş Ştatlar İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. İran isə nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.