azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

2 Ekim 2008 Perşembe

ABŞ mətbuatında Azərbaycan haqqında

ABŞ mətbuatında Azərbaycan haqqında

ABŞ-ın növbəti prezidenti Qarabağ münaqişəsinin həllinə çalışmalıdır.

Butovaz- Növbəti dəfə ABŞ mətbuatında Azərbaycan haqqında dəyərli fikirlər yer alıb. ABŞ-ın nüfuzlu «Vaşinqton tayms» qəzetində çap olunmuş məqalədə Azərbaycan ABŞ-ın strateji tərəfdaşı adlandırılıb.

Qəzet Amerikanın növbəti prezidentini Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmağa çağırıb.

«Vaşinqton tayms» qəzetində işıq üzü görən «Amerikanın dostu» məqaləsi Azərbaycana həsr edilib. Müəllif kaspian enerji konsaltinq şirkətinin prezidenti Söhrab Sübhani ABŞ-ın növbəti seçiləcək 44-cü prezidentini azərbaycan kimi strateji ölkə ilə yaxın əlaqələr qurmağa, Dağlıq Qarabağ münaqişəsinin həllini Amerika diplomatiyasının prioritetinə çevirməyə çağırıb.

Yazıda qeyd edilir ki, rəsmi Vaşinqton siyasi iradə nümayiş etdirib, Ermənistanı danışıqlar masasına dəvət etməklə münaqişənin yekun həllinin tapılmasına yardım etməlidir.

Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ həm də 1 milyon qaçqınını tarixi torpaqlarına qaytarmaqdır.

Müəllif bildirir ki, Ağ Ev Gürcüstana dəstək göstərdiyi kimi, Birləşmiş Ştatların uzunmüddətli maraqları sabit və məsuliyyətli liderləri olan ölkələrlə strateji müttəfiqliyə də yönəlməlidir. Azərbaycan məhz belə dövlətdir.

Məqalədə qeyd olunur ki, Azərbaycan regionda ən sabit dövlətdir və qonşuları ilə tarixi ziddiyyətlərə baxmayaraq yüksək məsuliyyətlə davranır. Sovet totalitar sistemindən çıxan Azərbaycan bu gün demokratik dövlətdir.

Müstəqil gənc dövlət çətinliklərə, üstəlik konqresin qəbul etdiyi azadlığa dəstək aktının 907-ci maddəsinə baxmayaraq Vaşinqtonun etibarlı dostu və müttəfiqi olaraq qalmaqdadır. Bu əməkdaşlıq 11 sentyabr olaylarından sonra daha da möhkəmlənib.

Məqalə müəllifi xatırladır ki, ümummilli lider Heydər Əliyev 11 sentyabr terror aktlarından dərhal sonra ABŞ səfirini çağıraraq ölkəsinin Amerikaya dəstəyini ifadə etmişdi və bu gün Azərbaycan terrorizmlə qlobal müharibədə Amerikanın yanındadır.

Azərbaycanın sülhməramlı qüvvələri İraqda və Əfqanıstanda xidmət edir. Xəzər hövzəsinin neft və qaz ehtiyatlarının davamlı işlənməsi və beynəlxalq bazarlara nəqli, Bakı Tbilisi Ceyhan kimi mühüm layihələr Bakı ilə Vaşinqtonun ortaq işbirliyinin nəticəsidir. Bütün bunlar isə Azərbaycanı bölgənin əsas nəqliyyat dəhlizinə çevirir və ölkənin strateji əhəmiyyətini artırır.

Məqalədə Azərbaycanda hökm sürən dini tolerantlıq da xüsusi qeyd olunur. Dünyəviliyə sadiq qalan Azərbaycanda müsəlman irsinin radikallaşmasına imkan verilmədiyi vurğulanır.

Hiç yorum yok: