MƏŞHUR DİNŞÜNAS ALİM MAHMUD ƏHMƏDİNEJADIN FİKİRLƏRİNİ LAĞA QOYUB
İranın məşhur dinşünas alimi ayətullah Məhəmmədtağı Fazil Meybodi «Azadlıq» radiosunun fars redaksiyasına açıqlamasında dinin siyasətdən ayrılmasına tərəfdar olduğunu bildirib.
«Media forum» saytının məlumatına görə, alim prezident Mahmud Əhmədinejadın adını çəkmədən onun öz hökumətini 12-ci imamdan (İmam Mehdi) ilham alması haqda fikrini, bu hökuməti qeyb aləmi ilə əlaqələndirməsini tənqid edib: «Bu kimi hərəkətlər adi dindar kütlədə rəğbətlə qarşılansa və ona təsir göstərsə də, cəmiyyətdəki mütəfəkkirlər və yüksək intellekti olanlar arasında mənfi qarşılanır. Tarixdə də belədir. İmam Mehdi adına dükan açıb öz siyasətlərini xalqa qəbul etdirməyə çalışanların hamısı məğlubiyyətə uğrayıblar. Ruhanilər belə siyasət yeridilməsini təhlükəli sayır və dinin təhrif olunmasından narahatlıq ifadə edir. Kütlə arasında təbliğ edilən bu kimi iddiaların dini və elmi əsası yoxdur».
Ayətullah dinin siyasət və hökumətə qarışmasının onun nüfuzuna xələl gətirəcəyini vurğulayıb: «Biz dəfələrlə demişik ki, din siyasətdən və hökumətdən tam ayrı olmalı və bunların hər biri öz işi ilə məşğul olmalıdır. Çünki bunlar bir-birinə qarışanda cəmiyyətdə çoxlu problemlər yaranır və cəmiyyətdəki mövcud bütün haqsızlıqlar, O cümlədən yoxsulluq, narkomanlıq, iqtisadi və siyasi problemlər və digər məsələlər dinin hesabına yazılır. Nəticədə isə dinin imicinə və nüfuzuna xələl gətirir».
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder