azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

29 Eylül 2008 Pazartesi

"Ana dilinizi öyrənməklə gerçək kimliyinizi qoruyun"

"Ana dilinizi öyrənməklə gerçək kimliyinizi qoruyun"

"Yarpaq" qəzetinin baş redaktoru güneyli şagirdlərə və tələbələrə açıq məktub yazıb

Turqut

"Yarpaq" qəzetinin baş redaktoru Eyvaz Taha İranda yeni təhsil ilinin başlaması münasibətilə güneyli şagirdlərə və tələbələrə məqalə xarakterli açıq məktub yazıb. Məqalədə bildirilir ki, İranda 14 milyon şagird və 3 milyona yaxın tələbə təhsil ocaqlarına getdilər. Məktəb zənglərinin çalınmasıyla siniflərə yollanmış bu uşaqların 60 faizinin ana dili farsca deyil. Onların əksəriyyəti Azərbaycan türkcəsində, qalanı isə türkmən, kürd, ərəb və başqa dillərdə danışsalar da, məktəb və universitetlərdə farsca danışıb yazmaq məcburiyyətindədirlər: "Prezident Mahmud Əhmədinejad bu məcburiyyəti unudaraq məhhəbət anlamını daşıyan "Mehr" ayında məktəbə gedən uşaqlara sevgidən danışdı: "Əminəm ki, bu ildə bizim gənc nəslimiz ədalət, sevgi bəsləmək və ölkənin hər tərəfli inkişafına dair sözləri öyrənəcək". Məncə bu sözlər "Ədalət"i hayqıran populist siyasətçilərin yalnız ədalətsizlik doğuran iqtisadi görünüşünün başqa bir göstəricisidir. Yoxsa kim bilmir ki, dili danılmış hər bir varlıq "kimlik" gərginliyinə sürüklənərək inkişaf edə bilməz. Ədalətdən, sevgidən və inkişafdan bu sayaq danışmaq uşaqların gözünə baxaraq onların həm Qurani Kərimdə, həm ölkə Konstitusiyasında, həm də beynəlxalq insan haqları bəyannamələrində açıq-aşkar vurğulanmış dil və düşüncə azadlığını ayaq altına alıb tapdalamaqdan başqa bir şey deyildir. Söhbət "bəşəriyyətin ən gözəl, mükəmməl və ən yaxşı taleyi"indən gedirsə, güc quruluşları və güc kürsülərinə dirsəklənmiş adamların sevgi məktubları təkcə susqun kütləyə ərməğan edilməməlidir, haqqını istəyən vətəndaşlara da göndərilməlidir. Yoxsa ağzını açıb ən vacib, ilkin və danılmaz haqqını, yəni anası danışan dildə danışmaq diləyini dilə gətirənlərin yeri həbsxanaların qaranlıq kamerası olursa, o məhəbbət məktubları əsirlik bəlgəsinə çevriləcək. Sevimli şagirdlər və tələbələr, öz ana dilinizi mümkün yollarla öyrənməklə gerçək kimliyinizi qoruyun".

XALQ CƏBHƏSİ

Hiç yorum yok: