azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Eylül 2008 Pazar

İsraildən $120 milyonluq silah alınacaq

İsraildən $120 milyonluq silah alınacaq

İsrail Azərbaycana $120 milyon məbləğində silah, hərbi texnika, avadanlıq və sursat satacaq. Bu barədə müvafiq anlaşma iki ölkənin Müdafiə nazirlikləri arasında imzalanıb.
Təl-Əvivdə çıxan "Haarets" qəzeti bildirir ki, həmin saziş çərçivəsində İsrail Azərbaycana ən son model TAR-21 "Tavor" avtomatik hücum tüfəngləri və bu silah üçün sursat; "Soltam" korporasiyasının istehsalı olan qaubisalar və mərmilər; TAAC konsernin buraxdığı raket-artilleriya sistemləri, mərmi və raketlər; habelə "Tadiran"ın istehsalı olan rabitə sistemləri verəcək.
Bundan başqa, İsrailin "Soltam" korporasiyasının Qazaxıstanın sifarişi ilə hazırladığı 122 mm çaplı özüyeriyən "Semser" qaubisası və 120 mm çaplı özüyeriyən "Aybat" minaatanlarının da Bakının maraqlandırdığı bildirilir.
"Soltam" da həmin marağı nəzərə alaraq "KAMAZ" yük maşınlarına quraşdırılan "Semser"dən Bakıya satmaq fikrinə gəlib.
İsrailin TAAC konserninin istehsal etdiyi "Lynx" ("Vaşaq") çoxməqsədli muxtar raket sistemini "Nayza" adı ilə satacağı da vurğulanır. Məşhur "Elbit" hərbi-sənaye kompleksi Azərbaycana adıçəkilən hər üç artilleriya-raket sistemlərini birləşdirən avtomatik idarəetmə və nəzarət sistemini, "Aeronautics Defense Systems" korporasiyası isə pilotsuz kəşfiyyat təyyarələrini satacaqlar.
Azərbaycan Müdafiə Nazirliyi isə İsraillə hərbi texnika və avadanlığın alınması ilə bağlı yaxınlarda heç bir müqavilə imzalanmadığını bildirir. Nazirlik əməkdaşlarının dediklərinə görə, "belə iddialar əsassızdır".
Azərbaycanın ənənəvi tərəfdaşı və müttəfiqi olaq İsraildən hərbi texnika alınması barədə müqavilə barədə Maliyyə, İqtisadi İnkişaf və Müdafiə Sənayesi nazirliklərinin yetkililəri də "məlumatımız yoxdur, heç bir şərh verə bilmərik" dedilər.
Lakin onların heç biri "belə müqavilə yoxdur" söyləmədi.

Hüseyn BAKUVİ

express

Hiç yorum yok: