azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Şubat 2009 Cumartesi

İran parlamentinin binası qarşısında özünüyandırma aktı törədilib

İran parlamentinin binası qarşısında özünüyandırma aktı törədilib

İran-İraq müharibəsi veteranı bu gün İran parlamentinin binası qarşısında özünü yandırıb. Hadisə şahidlərinin Trend News-a bildirdiyinə görə, keçmiş hərbiçiyə İran parlamentinin nümayəndələri ilə görüşmək imkanı verilməyib və o da etiraz əlaməti olaraq özünüyandırma aktını törədib.

Etiraz edən şəxsi güclü yanıqlarla xəstəxanaya çatdırıbılır.
-----------------------------------------------------------
Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar BMT-nin Nyu Yorkdakı mənzil qərargahı qarşısında etiraz aksiyası keçiriləcək
--------------------------------------------------------------------------------
Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar BMT-nin Nyu Yorkdakı mənzil qərargahı qarşısında etiraz aksiyası keçiriləcək


Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar bir sıra anım tədbirləri keçirəcək.

“Fevralın 27-də BMT-nin Nyu Yorkdakı mənzil qərargahı qarşısında etiraz aksiyası keçiriləcək. Etiraz aksiyasında BMT ölkələrinə və baş katibinə müraciət ünvanlanacaq”, - şənbə günü TrendNews-a Nyu-Yorkdan telefonla ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri məlumat verib.



Azəri bildirib ki, fevralın 28-də Xocalı faciəsi ilə bağlı Nyu-Yorkda “Türk evi”ndə təqdimat keçiriləcək. “Mərasimə amerikalı jurnalist Tomas Qolts, millət vəkilləri Qənirə Paşayeva, Həvva Məmmədova qatılacaq. Türk, yəhudi icmalarının da iştirak edəcəyi tədbirdə Heydər Əliyev Fondunun təqdim etdiyi Xocalı soyqırımını əks etdirən fotoşəkillər və film nümayiş etdiriləcək”, - o deyib.

TrendNews-un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalıb. Çünki 4 aydan artıq zaman ərzində mühasirədə olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Azərbaycan hökuməti Xocalı soyqırımı ilə bağlı Ermənistan dövlətinin Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa məhkəməsi) verilməsini araşdırır, Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov öncə Trend News-a bildirib.

BİR MİLYARD DOLLAR YOXA ÇIXIB

BİR MİLYARD DOLLAR YOXA ÇIXIB


Deyəsən, bu oğurluqdan da siyasət iyi gəlir


S.SOLTAN


İslam Respublikasının rəhbərliyi nə beynəlxalq təşkilatlar, nə də ölkə ictimaiyyəti qarşısında hesabatlı olduğundan ölkənin var-dövləti ilə istədiyi kimi davranır. Hələ İranın indiki prezidenti Mahmud Əhmədinijat 2005-ci ildə prezident seçkisi qabağı kampaniya zamanı ölkənin Neft Nazirliyində kök salmış "mafiya"nı dağıdacağını boyun olmuşdu. Bu vədinə əməl etdiyini göstərməkdən ötrü o, keçmiş prezident, hazırda dini ekspertlər şurasına sədrlik edən Haşimi-Rəfsəncaninin qurumda aparıcı vəzifə tutan oğlunu vəzifədən azad etdi. Bu ona bir qədər baha başa gəldi. Belə ki, Əhmədinijat bir neçə ay parlamentdə neft nazirliyinə namizədini təsdiqlədə bilmədi. Bundan başqa ötən 4 ilə yaxın müddət ərzində bu nazirliyə başçılıq edənlər də tez-tez dəyişməkdədir.
Hər kəsə məlumdur ki, İran təki ölkələrdə iqtisadiyyatın əsasını neftdən gələn gəlirlər təşkil edir. Amma bu sahəyə ictimai nəzarət yox dərəcəsindədir. Neft pullarının hakimiyyətdəkilər tərəfindən "sovrulması" ilə bağlı xəbər yeni hadisə deyil. İş o yerə çatıb ki, bunu artıq gizlətmək mümkün deyil və məsələ ölkə parlamenti səviyyəsində müzakirə olunmaqdadır.
İran məclisinin sədri Əli Laricani ötən həftə neft və neft məhsullarından gələn gəlirlərin "yoxa çıxmasına dair" araşdırmanın davam etdirildiyini söyləyib. "Röyter"in məlumatına görə, mühafizəkar xəttin təmsilçisi sayılan Laricani hakimiyyəti tez-tez tənqid edir.
İslam Respublikasının Auditor Palatasının məlumatına əsasən, 2006-2007-ci maliyyə ilində neftdən gələn gəlirdən bir milyard dollar dövlət xəzinəsindən yayınıb. Əhmədinijatın köməkçiçsi Ələkbər Cavanfikir deyib: "Səlahiyyətli orqanlar bu məlumatın dəqiqliyini yoxlamalıdır. Ola bilsin ki, anlaşılmazlıq baş verib".
Bəziləri bunu cari ilin iyununda keçiriləcək prezident seçkisi ilə də əlaqləndirirlər. Çünki Əhmədinijat bu siyasi kampaniyada iştirak etmək niyyətindədir. Onun əsas rəqibinin keçmiş prezident Məhəmməd Xatəmi olduğu ehtimal edilir. Sabiq hökumət başçısı bu həftənin ortalarında prezident seçkisinə namizəd kimi qatılacağını bəyan edib.
Xatırladaq ki, ötən 9 ay ərzində İranın neft ixracatından gələn gəliri 64 milyard dollar olub. Bu haqda məlumat verən neft naziri Qulamhüseyn Nouzari deyib ki, 1979-cu il inqilabından sonra bu sahəyə 450 milyard dollar sərmayə yatırılıb, başqa sözlə, neft sənayesinə hər il 15 milyard dollar məbləğində yatırım qoyulub. 2007-ci ilin martından 2008-ci ilin martına qədərki dövrdə isə İslam Respublikası neft ixracatından 70 milyard dollar əldə edib. Neft ehtiyatı üzrə Səudiyyə Ərəbistanı, İraq və Küveytdən geri qaldığı kimi, qazanc baxımından da İran 4-cü yerdədir.

ERMƏNİSTAN VƏ ZİMBABVE - DÜNYANIN ƏN BƏDBƏXT ÖLKƏLƏRİ

ERMƏNİSTAN VƏ ZİMBABVE - DÜNYANIN ƏN BƏDBƏXT ÖLKƏLƏRİ


Postsovet məkanında xoşbəxt əhali yalnız Azərbaycan və Qırğızıstanda müşahidə olunub


ABŞ-ın "World Value Survey" (WVS) fondunun apardığı "Dünyanın ən xoşbəxt ölkələri - 2008" sosial tədqiqatın nəticələri açıqlanıb.
"APA-Economics"in məlumatına görə, aparılan tədqiqatın nəticələrinə əsasən, dünyanın ən xoşbəxt ölkəsi Danimarkadır. Belə ki, bu ölkədə öz həyatlarından razı olan əhalinin sayı ilbəil artır. Fondun ekspertləri Danimarkada əhalinin xoşbəxt olmasını bu ölkənin sülhsevər və zəngin olması ilə əlaqələndirir. Bu ölkədə xoşbəxtlik indeksi 4,24 təşkil edib. Bundan başqa, ABŞ-ın "Forbes" jurnalı Danimarkanı biznesin aparılması üçün ən yaxşı ölkə kimi qiymətləndirib. Belə ki, burada inflyasiyanın və vergilərin aşağı səviyyədə, təhsil və texnologiyanın inkişafı isə yüksək səviyyədədir.
WVS fondunun ekspertlərinin fikrincə, ölkələrdə xoşbəxtliyin əsas faktoru orada yaşayan əhalinin həyat tərzinin seçimində azad olmasıdır. Lakin inkişafda olan ölkələr üçün əhalinin maddi durumu daha vacibdir - əhalinin rifahı nə qədər yüksək olarsa, xoşbəxtliyin səviyyəsi də o qədər yüksək olacaq.
Dünyanın ən varlı demokratik ölkəsi olan ABŞ isə reytinqdə 16-cı yeri tutub. ABŞ reytinqdə Kanada, İsveç, Salvador və Yeni Zelandiya kimi ölkələrdən sonra qərarlaşıb. Lakin Böyük Britaniya, Almaniya, Fransa və İtaliya kimi ölkələri qabaqlayıb.
MDB-yə daxil olan ölkələrin çoxu reytinqin aşağı hissəsində qərarlaşıb. Postsovet məkanında xoşbəxt əhali yalnız Azərbaycan (0,13) və Qırğızıstanda (1,59) müşahidə olunub. Rusiya isə reytinqdə xoşbəxtliyin mənfi səviyyəsi ilə 88-ci yeri tutub (-1,01). Ən son iki yeri - 96 və 97-ci yerləri Ermənistan (-1.80) və Zimbabve (-1.92) tutur.
Yaxın Şərqdə isə ən xoşbəxt ölkə Səudiyyə Ərəbistanı olub. Bu ölkə siyahıda 26-cı yeri tutub. Belə ki, bu ölkənin əhalisi İsrail və İordaniya əhalisindən daha xoşbəxtdir. Asiyaya gəldikdə isə, burada ən xoşbəxt Sinqapur və Vyetnam kimi ölkələri qabaqlayaraq Tailand olub (27-ci yer).
Qeyd edək ki, WVS 1981-ci ildən analoji sorğular keçirir və sorğuların nəticələrinə görə, dünyada xoşbəxtliyin səviyyəsi ilbəil artır. Ötən il dünyada xoşbəxtliyin səviyyəsini bilmək üçün WVS fondu 97 ölkədə 350 min nəfər arasında sorğu aparıb. Respondentlər "Özünüzü nə qədər xoşbəxt hiss edirsiniz" və "Hazırkı vaxtda yaşayışınız sizi qane edirmi" suallarını cavablandırıb.

"İSLAM RESPUBLİKASI - 30"a TƏBRİK DÜŞÜR?

"İSLAM RESPUBLİKASI - 30"a TƏBRİK DÜŞÜR?


İnsanlar 30 ildir dünya malı ilə imtahana çəkilir


S.SƏDRƏDDİN


1979-cu il fevral inqilabının 30-cu ildönümü ilə bağlı yazı hazırlamaq istəyirdim. Ötən illər ərzində inqilabın qarşısına qoyduğu vəzifələri yerinə yetirib-yetirməməsini, insanların güzəranına bunun təsirini, habelə ölkə Anayasasının müddəalarının gerçəkləşməsini dəyərləndirməyə çalışdım. Əfsuslar olsun ki, mənzərə ürəkaçan deyil. İlk baxışdan "bunun bizə nə dəxli var" sualını verənlər də tapılar. Amma məsələ heç də belə deyil. Çünki bu ölkədə 30 milyondan çox soydaşımız var. Onlar bu ölkədəki hərəkatlardan tutmuş başqa mütərəqqi olaylarda, habelə elmi nailiyyətlərin əldə edilməsində öndə olublar. Ancaq nə milli-mədəni haqları təmin olunub, nə də milli varlıqları tanınıb. Tehran hakimiyyəti Azərbaycan türkünün mədəni haqqını nəinki tanımayıb, əksinə, onları "aparıcı etnos" adlandırdıqları farsların "bir qolu" kimi tanıdaraq assimilyasiya etməyə çalışıb.
Ötən bu illər ərzində milli-mədəni haqqının təmin olunmasını istəyən neçə-neçə Azərbaycan türkü qətlə yetirilib, həbslərdə işgəncəyə məruz qalıb və qalmaqdadır, təqib edilib və s...
Odur ki, pəhləvilər dövründə olduğu kimi, ötən 30 ildə də Azərbaycan türkünün milli-mədəni haqqı təmin olunmadığından və onun milli varlığı inkar edildiyindən İran İslam Respublikasının 30 illiyini qeyd edənlərə belə sual vermək olar: "Bu bayrama təbrik düşürmü?"
Onların bayramı ərəfəsində bir məsələni xatırlatmaq istərdim: "Mülkiyyət haqqı toxunulmazdır". Bu məsələdə halalla haramın sərhədinin müəyyənləşdirilməsi əsas şərtlərdəndir. "Ədalət"i şüar edən İslam Respublikası ötən 30 il ərzində halalla haramın sərhədini tamam pozub. Bununla əslində onlar həm də dinimiz islama zərbə vurublar. Bu, günahsız insanların ölümündə əli olan "əl-Qaidə", "Həmas" və ya başqa terrorçuların vurduqları ziyandan daha artıqdır.
1979-cu ilin fevral inqilabından sonra İranda hakimiyyətə gəlmiş qüvvələr rejimlə razılaşmayıb ölkəni tərk edənlərin mülkiyyətini ağına-bozuna baxmadan müsadirə etməklə həm də mülkiyyət haqqını tanımadı. Belə mülk və əmlak halallığı alınmadan "milliləşdirmə" adı altında "dövlətin malı" elan olundu. Lap sovetlər zamanında olduğu kimi, bəlkə ondan bir az da sərt. Bununla hakimiyyət bu sahədə işlərə sanki yenidən başladı.
Qeyd edək ki, həmin dövrdən sonra Amerikanın Tehranda səfirliyi fəaliyyət göstərmir. Ancaq İran hakimiyyəti ABŞ-ın bu mülkünə nəinki toxuna bilmir, hətta onu qoruyur da. Çünki bu, Amerikanın mülkiyyətidir. Belə çıxır ki, güclünün mal toxunulmazlığı var, amma zəifin buna haqqı çatmır. Axı İslam Respublikasının rəhbərliyi erməniləri və fələstinliləri dəstəkləyəndə "İslam Respublikası zəiflərin himayədarıdır" deyir. Görünür, burada başqa amil də rol oynayır...
Amma xaricdə yaşayan, rejimə müxalif olan şəxslər İranda qalmış mülkiyyətlərini sata belə bilmirlər. Bir neçə ay öncə Almaniyada yaşayan yazıçı, tərcüməçi "Azərbaycan" bülleteni və "Azer-online" İnternet saytının redaktoru Sirus Mədədi Təbrizdəki öz adına olan ata mülkünü satmaq üçün qardaşına vəkalət göndərib. Ancaq hakimiyyət Mədədinin ölkədən qanunsuz çıxdığını əsas göstərərək alğı-satqı üçün uyğun sənədləşmənin aparılmasına və mülkün satılmasına icazə vermir. Hakimiyyət təmsilçiləri bildiriblər ki, o, İrandan qanunsuz çıxıb və rejimə qarşı təbliğat aparır.
Xatırladaq ki, xarici ölkələrdən göndərilən bu sayaq vəkalət sənədləri hər şeydən öncə İranın Təhlükəsizlik Nazirliyində araşdırılır. Bu sayaq hallarda isə ayətulla Xomeyninin o vaxt verdiyi fərmana uyğun olaraq, həmin mülkə hakimiyyət yiyələnir. Mütəxəssislər isə bunun beynəlxalq hüquq normaları və İranın mövcud Anayasasına zidd olduğunu deyirlər. ETTELAAT və ya bununla məşğul olan qurum belələrini "ziddi inqilab" (sovetlərin dövründə "xalq düşməni" deyərdilər) adlandıraraq ayətulla Xomeyninin fərmanına uyğun şəkildə həmin adamın mülkünə ya sahib çıxır, ya da satır.
"Azadtribun"un bildirdiyinə görə, bu məsələdə Sirus Mədədiyə Nağı Mahudi vəkillik edəcək. Vəkil İslam İnqilab Məhkəməsinin Təbrizdəki şöbəsinin hökmünü gözləyir.
Bildirək ki, S.Mədədi siyasi səbəblər ucbatından ölkəni tərk edib. O, bir neçə il öncə İranın Almaniyadakı səfirliyinə baş vuraraq, İslam Respublikasına getmək və bu ölkənin pasportunu almaq niyyətini oradakılara bildirir, buna nail olur. Bu isə o deməkdir ki, siyasi mühacir əməllərindən peşmandır, İran hakimiyyəti ilə əməkdaşlıq etməyə hazırdır. Başqa sözlə, siyasi fəaliyyəti və başqa siyasi fəallarla bağlı bildiyi məlumatları yazılı şəkildə Tehran səfirliyinə çatdırmalıdır. Bu zaman belələrinin verdiyi məlumatı səfirlik yetərli saymazsa, o halda o, bir neçə dəfə də diplomatik quruma çağırılır, müəyyən sorğu-suala cavab verir. Hətta onlar İrana gedəcəkləri halda belə ETTELAAT-a çağırıla, sorğulana bilər.
Yuxarıda qeyd etdiyimiz kimi, atası vəfat edəndən sonra S.Mədədi İranın Almaniyadakı səfirliyinə müraciət edir, Təbrizdəki qardaşına mülkiyyətin bölünməsi ilə bağlı vəkalətnamə göndərir. Çünki xaricdə yaşayan vətəndaşlar ölkəyə vəkalətnamə göndəmək istəsələr, o zaman həmin sənəd İran səfirliyi tərəfindən təsdiqlənməldir. Bu halda vəkalətnamənin təsqilənməsindən ötrü vətəndaş ilk növbədə pasport və şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Bütün bunları xatırlatmaqda məqsədimiz S.Mədədinin bu sənədlərinin olmasını bildirməkdir. Ancaq o, keçmişdə sol təmayüllü ideologiyanın daşıyıcısı olduğundan İran hakimiyyətini tənqid edən yazılarla çıxış edir. Bu isə Tehran rejiminin xoşuna gəlməyib. ETTELAAT bildirib ki, əgər ata malından pay almaq istəyirsə, o zaman Mədədi "pantürkçülərə düşmən olduğunu sübut etməlidir".
Sonrakı hadisəni "Azadtribun" belə nəql edir: "Sirus Mədədi Almaniyanın Köln şəhərində Azərbaycan Milli Hökumətinin 63-cü ildönümü ilə bağlı keçirilən tədbirdə Məhəmmədəmin Rəsulzadəyə, Əbülfəz Elçibəyə, Cəmil Həsənliyə, Türkiyə Cümhuriyyətinə, bozqurdçulara, habelə Azərbaycan Milli Hərəkatının bir sıra təəssübkeşlərinə qarşı çıxış edib. Onun bu çıxışını isə Bəhruz Mütəllibzadə adlı bir nəfər fars dilinə tərcümə edərək yayıb. Güney Azərbaycandan olan mənbələr onların əsl üzünü göstərməyi Azərbaycan KİV-dən istəyib".
Bu olayı nümunə gətirməyə də bilərdik. Yaxud burada kimdən söhbət getməsinin o qədər də önəmi yoxdur. Çünki Azərbaycan Milli Hərəkatı bir fərdin iradəsinə tabe deyil. Mədədilər onu min dədə malı ilə yolundan sapındıra bilməzlər. Burada məqsədimiz halalla haramın sərhədini itirmiş Tehran hakimiyyətinin insanları dünya malı ilə imtahana çəkməsini göstərməkdir.

Iranla Pakistan sərhədi yaxınlığında bomba partlayışı zamanı 4 polis həlak olub. Bu barədə İran radiosu məlumat yayıb. Iran təhlükəsizlik qüvvələrinin

Iranla Pakistan sərhədi yaxınlığında bomba partlayışı zamanı 4 polis həlak olub. Bu barədə İran radiosu məlumat yayıb. Iran təhlükəsizlik qüvvələrinin cənub-şərq sərhəd bölgəsində daim silahlı qaçaqmalçılarla toqquşmaları olur, həmçinin bu rayonda da silahlıların bazaları yerləşir. Reuters
---------------------------------------------------------

ABŞ-ın Pakistana raket zərbəsi nəticəsində 25 mücahid həlak olub

Amerika pilotsuzunun Pakistanın cənub vilayəti Vəziristana raket zərbəsi nəticəsində “Əl Qaidə”nin 25 döyüşçüsü həlak olub. Taliban nümayəndəsinin sözlərinə görə həlak olanlar özbək mücahidləri olub. “Bizim adamların verdiyi məlumata görə, ən azı 25 nəfər həlak oluib. Ola bilər daha çox. Həlak olanların əksəriyyəti özbək mücahidləridir”- mənbə deyib. Reuters

İlham Əliyev: “İlk növbədə 7 rayon azad edilməli, sonrakı mərhələdə isə Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir”

İlham Əliyev: “İlk növbədə 7 rayon azad edilməli, sonrakı mərhələdə isə Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir”


“Azərbaycan büdcəsində ən çox vəsait müdafiə sahəsinə ayrılır və Dağlıq Qarabağ münaqişəsi həll olunana qədər bu siyasət davam edəcək”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın İTAR-TASS agentliyinə müsahibəsində deyib. O, Azərbaycanda heç vaxt hərbi-sənaye kompleksi olmadığını və son illərdə yaradıldığını bildirib: ”Bu gün Azərbaycan ordusu istənilən vəzifəni - ilk növbədə işğal olunmuş ərazilərin azad edilməsi vəzifəsini yerinə yetirməyə qadir olan qüdrətli bir strukturdur. Azərbaycan bu potensiala Sovet İttifaqı dağıldıqdan sonra sahib olsaydı, torpaqlarımız heç vaxt işğal edilməzdi”. Bununla yanaşı, İ. Əliyev danışıqlar prosesinin resurslarının hələ tükənmədiyini və münaqişənin sülh yolu ilə həllinə ümid qaldığını söyləyib: “Münaqişə mərhələli həll olunmalıdır. Birinci mərhələdə Dağlıq Qarabağın ətrafında işğal olunmuş 7 rayon azad edilməlidir. Sonrakı mərhələdə isə Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir. Bu status Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və heç vaxt indiki kimi monoetnik olmamış Dağlıq Qarabağın əhalisi üçün yüksək dərəcəli muxtariyyət nəzərə alınmaqla müəyyən edilməlidir. Bizə elə gəlir ki, danışıqların hazırkı formatı bu yanaşmaları əks etdirir. Hazırda Ermənistanda yeni rəhbər fəaliyyət göstərir və İrəvanın bu məsələyə daha konstruktiv yanaşacağına ümid var”.

İranın büdcə kəsiri 44 milyard dollara çatacaq

İranın büdcə kəsiri 44 milyard dollara çatacaq

Hökumət ölkənin xərclərinin 103 milyard, gəlirlərinin isə cəmi 59 milyard dollar olacağını proqnozlaşdırıb
Beynəlxalq agentliklər İran parlamentinin analitik mərkəzinin hazırladığı hesabata əsaslanaraq mart ayındapn başlayacaq təqvim ilində bu ölkənin büdcə kəsirlərinin 44 milyard dollara çatacağını açıqlayıblar. Mərkəzin hesabatına görə, hökumət ölkənin xərclərini 103 milyard dollar həcmində proqnozlaşdırıb. Belədə isə gəlirlər cəmi 59 milyard dollar olacaq. Buna görə də ehtimal olunur ki, büdcə defisiti dövlət kampaniyalarının gəlirlərindən əlavə vergilər hesabına doldurulacaq.

Bundan başqa 11 milyard dollar yerli stabilləşdirmə fondundan götürüləcək. Analitiklər hesab edirlər ki, bu qədər kəsiri olan büdcə parlamentdə ciddi müqavimətlə üzləşəcək. İran iqtisadçıları Mahmud Əhmədinejadın iqtisadi siyasətini tənqid edirlər, çünki bu siyasət inflyasiya proseslərinin sürətlənməsinə, stabilləşmə fondunun pullarının xərclənməsinə gətirib çıxarır. Ötən ilin sentyabrında qiymətlərin artması 29 faizə çatıb, hazırda isə inflyasiya 24 faizdir.
İranda büdcənin profisiti hesabına əldə olunan vəsaitlər stabilləşmə fonduna yönəldilir. Bu fond dünya bazarlarında neftin qiymətinin qalxıb-düşməsini tənzimləmək üçün fəaliyyət göstərir. İran hökuməti 2009-cu ilin büdcə layihəsində neftin bir barelinin qiymətini 37,5 dollardan götürüb. Dünənki məlumatlara görə isə London birjasında neftin qiyməti 35 dollara düşüb. Qlobal böhran nəticəsində təkcə İran deyil, Səudiyyə Ərəbistanı (17 milyard dollar), Oman (2 milfard dollar), BƏƏ (1,1 milyard dollar) büdcə kəsiri ilə üzləşib.
Göründüyü kimi, ən kəskin büdcə kəsiri İrandadır. Ötən il neftin bir barelinin qiyməti 147 dollara çatdığı zaman rəsmi Tehran daha ürəkli danışırdı. Xatırladaq ki, 2006-cı ilin payızında İsrailin Livanda "Hizbullah"la döyüşləri zamanı İran terror təşkilatına faktiki dəstək verə bilirdi. Amma ötən ilin sonundan başlayaraq İsrailin Qəzza bölgəsində "Həmas"a qarşı əməliyyatlara İran müdaxilə edə bilmədi. İsrailin "Həmas"ın axırına çıxmaq cəhdlərinə rəsmi Tehran ölkədaxili şoularla cavab verdi. Əslində Qəzzaya hücum İranda hakimiyyət uğrunda mübarizə aparan dairələr üçün mitinqlər, aksiyalar keçirməsinə bəhanə yaratdı. Həmin aksiyalarda ABŞ-ı, İsraili söydülər, qarğış tökdülər, amma uzun illər dəstək verdikləri terror qruplaşmasına heç bir yardım göstərmədilər. Bu bir tərəfdən, hakimiyyətdaxili mübarizə ilə bağlı idisə, digər tərəfdən İranın üzləşdiyi iqtisadi böhranla əlaqədardır. Bəlkə də məhz İrandan ciddi dəstək ala bilmədiyinə görə, "Həmas" İsraillə 1,5 illiyə atəşkəs haqqında saziş imzalamağa razılıq verib.
İranda isə get-gedə miqyası artan iqtisadi böhran fonunda siyasi ziddiyyətlər kəskinləşir. Siyasi dairələr ABŞ-da demokrat prezidentin seçilməsinin İranda da öz əksini tapacağını proqnozlaşdırırlar. Xatırladaq ki, demokrat Bill Klintonun dövründə Xübreqan, ali dini rəhbər "islahatçı" Məhəmməd Xatəmini ortaya çıxarmışdı.
Elə indi də Məhəmməd Xatəmi prezidentliyə namizəd olacağını bəyanlayıb. Bir-iki gün əvvəl inqilabın 30 illiyi ilə əlaqədar keçirilən mərasimdə Xatəmiyə hücum cəhdini isə İranda kəskinləşən siyasi ziddiyyətlərin göstəricisi saymaq mümkündür. "Xatəmiyə ölüm" şüarı səsləndirən dəyənəklərlə silahlanmış qrupu ortaya salan dairələr sanki əsəblərini saxlaya bilmirlər, hakimiyyətin əldən çıxacağından bərk təlaşa düşüblər. Bu ərəfədə ali dini rəhbər Ruhullah Xomeyninin canişini olmuş ayətullah Hüseynəli Müntəziri Qətərin "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib: "İnqilabın 30 yaşında ölkədə mənzərə belədir: hakimiyyət dairələrində nüfuz sahibi olan azlıqdan, bir qrup insandan başqa İran vətəndaşları bahalıq və infilyasiya problemilə üz-üzə qalıb, əzab-əziyyətlə dolanır. Ümid edirəm ki, ölkə rəsmiləri vaxt itirmədən vətəndaşlarla hakimiyyət arasında uçuruma, yoxsul əhalinin necə məhrumiyyət və əzabda yaşamasına fikir verəcək. Onlar bir çarə qılmalı, bataqlığa yuvarlanmaqda olan ölkəni süqutdan qurtarmalıdır". Ayətullah prezident Mahmud Əhmədinejad hökumətinin xarici siyasətinin uğursuz olduğunu, ölkənin imicinə xələl gətirdiyini vurğulayıb: "Biz demək olar bütün ölkələri özümüzə düşmən etmişik. Yanlış xarici siyasət nəticəsində bu gün bizə təhlükəli düşmən gözü ilə baxır, İranla iqtisadi əməkdaşlıqdan imtina edirlər". Bu sözlərə geniş şərh vermək lazım deyil. Yəqin ki, ayətullah Müntəziri bir çox faktlarla yanaşı, İran büdcəsində 44 milyard dollarlıq kəsir yarandığını da bilir...
Təbriz Quzeyli

TEHRAN VƏ YEREVAN "GÖY MƏSCİD"i FARSLAŞDIRIR

TEHRAN VƏ YEREVAN "GÖY MƏSCİD"i FARSLAŞDIRIR


"Suren" maşını İran - Ermənistan işbirliyinin növbəti rəmzi sayılır


SƏDİ


Ermənistanda 1979-cu il fevral inqilabının 30-cu ildönümü ilə bağlı İran mədəniyyəti ongünlüyü keçirilir. Tədbirin açılışı Yerevandakı "Göy məscid"də gerçəkləşib. Ən təəccüblü hal odur ki, İran və Ermənistan informasiya vasitələri Azərbaycanın bu mədəni-tarixi abidəsini "fars məscidi" kimi təqdim ediblər.
İnqilabın 30-cu ildönümü çərçivəsində İran qadınlarının rəsm əsərlərinin, habelə bu ölkədə çıxan kitabların sərgisi təşkil olunub. Erməni məktəblilər arasında keçirilən "İran mənim gözümlə" müsabiqəsinə yekun vurulub. Bundan başqa "İran musiqçiləri" adı altında konsert də verilib.
İnqilabın 30 illiyi ilə bağlı İranın avtomobil sənayesi qrupunun, "İran Xodro"nun direktoru Mənuçehr Məntiqi bildirib ki, yeni avtomobilin təqdimatı keçiriləcək. Onun sözlərinə görə, yeni maşın "Suren ELX" adlanır. Direktor "Suren"in istehsalını iki ölkə arasında əməkdaşlığın dərinləşməsi kimi dəyərləndirib.
Ötən həftə "Hayastan" ümumerməni fondunun işçi qrupu İslam Respublikasına iki günlük səfər edib. Fondun icraçı direktoru Ara Vardanyan ölkəsinin İrandakı səfiri Karen Nazaryan, Tehrandakı erməni arxiyepiskopu Sepux Sarkisyan, habelə ermənilərin oradakı "Ararat" adlı idman kompleksinin rəhbərliyi ilə görüş keçirib. Bundan başqa İran - Ermənistan mədəniyyət mərkəzinin nümayəndələri, eləcə də erməni icmasının nümayəndələri ilə də görüşlər baş tutub.
Qeyd edək ki, İslam Respublikasında 100 min erməni yaşayır. Bu ilin əvvəlində isə İrandakı ermənilər Şvanidzor, Alvank və Mehriyə səfər ediblər. Ara Vardanyan vurğulayıb ki, fond gələcəkdə də İrandakı erməni icması ilə sıx əməkdaşlıq edəcək.

«İŞĞAL ALTINDA OLAN TORPAQLARIMIZA GETMƏK ARZUM YOXDUR, MƏN ORALARI GÖRÜB DÖZƏ BİLMƏRƏM»






«İŞĞAL ALTINDA OLAN TORPAQLARIMIZA GETMƏK ARZUM YOXDUR, MƏN ORALARI GÖRÜB DÖZƏ BİLMƏRƏM»
2009-02-13 - 20:21:00


çap versiyası
Bu müsahibəni «Media forum» saytına Bəxtiyar Vahabzadə 2007-ci ilin oktyabrında, Mərkəzi Klinik Xəstəxanada öd kisəsindən əməliyyat olunub çıxandan sonra vermişdi. Şairin evində keçirilən o görüş indi yaddaşlarda, yazıda və şəkillərdə qalır. Ancaq Bəxtiyar Vahabzadənin yeri təkcə yaddaş, yazı və şəkillərdə deyil, həm də minlərlə insanın qəlbindədir. Bu müsahibəni qəlblərimizi ağrıdan xəbərə - Bəxtiyar Vahabzadənin ölümünə inanmamaq üçün veririk.








- Bəxtiyar müəllim indiki zəmanəni necə dəyərləndirir?

- Bu, çox böyük sualdır. Əlbəttə, hər kəsin özünün şəxsi münasibəti var. Amma elə şeylər var ki, bizim iradəmizdən kənardadır. Bizdən asılı olanları imkan daxilində həll edirik. Hər zamanın öz gözəllikləri və qüsurları, üstün cəhətləri var.

- İndi nəsə yazırsınız?

- Xırda şeirlər yazıram.

- Mövzu dəyişməyib ki?

- Məndə üç mövzudur: insan və zaman, «əlvan çiçəklər» silsiləsindən olan müxtəlif mövzulu şerlər, məhəbbət şeirləri, həsrət nəğmələri yazıram. Yaradıcılığımda dramaturgiya da əsas yer tuturdu. Son vaxtlar belə əsərlər yazmıram. Çünki dram əsəri yazmaq çox çətindir. İndi səhhətim də böyük əsərlər yazmağa imkan vermir.

- Yarımçıq qalan əsəriniz var?

- Yox, böyük həcmli əsərlərimin hamısını tamamlamışam.


- Cəmiyyətlə təmasda olan yaradıcı insanın mövzu seçmək imkanı da artır. Son vaxtlar səhhətinizdə yaranan problemlərlə bağlı evdən az-az çıxırsınız. Bu, sizə mövzu qıtlığı yaradırmı?

- Əlbəttə. Yazdıqca adam açılır, bir mövzu başqasının yaranmasına səbəb olur. Həyatla təmasda olmaqdan da çox şey asılıdır.

- Bəs cəmiyyətin sizə münasibəti necədir? Umduğunuz adamların sizə diqqətindən razısınızmı?

- Razıyam, bu cəhətdən şikayətim yoxdur. Hamı zəng edir, hal-əhval tutur, bəziləri isə evdə baş çəkirlər.

- «Gülüstan» poemanız sizi yaradıcılığınızın şah əsəri hesab olunur. İndi buna bənzər əsər yazmaq mümkündürmü?

- Belə əsər yazmaq hər zaman olar. Amma bu, müəllifin cəmiyyətə, cəmiyyətin də müəllifə münasibətindən asılıdır.

- Azərbaycanın müstəqilliyi yenidən elan olunandan ötən dövrdə ürəyinizdən keçən, lakin yazmaqdan vaz keçdiyiniz mövzu olubmu?

- Elə bir şey yoxdur ki, mən onu yaza bilməyim. Ona görə ki, indi senzura qorxusu yoxdur. Əlbəttə, mən sizin nə dediyinizi də başa düşürəm. Mənim öz yolum var, üstün cəhətim də budur. İndi müstəqil dövlət olduğumuzdan yazarlarımızın sərbəstliyi də artıb. Ancaq mənim ən böyük arzum odur ki, Azərbaycan bütöv olsun. Bu arzum «Gülüstan» poeması yazılandan bəri ürəyimdədir. Mənim əsas mözularımdan biri də Cənubi Azərbaycandır.


- Yeri gəlmişkən, bütöv olmayan Azərbaycanın bir hissəsi Qarabağa bir müddət əvvəl ziyalılarımız getmişdilər. Bu səfərlərin davam etdirlməsi gözlənilir. Səhhətiniz imkan verərsə, Qarabağa, Şuşaya gedərdinizmi?

- İşğal altında olan torpaqlarımıza getmək arzum yoxdur. Mən oraları görüb dözə bilmərəm. Vətənimi yağı tapdağında görmək istəmirəm. İrana gedəndə bir neçə gün Təbrizdə qaldım. Ürəyim çox ağrıdı. Dükanlara baxırdım, eynən Şəkidəki kimi idi. Amma mənim soydaşlarım orada boynubükük, əl-qolu bağlıdır. Bu mənim üçün çox ağır dərddir. Allah bizə Təbrizli, Qarabağlı Azərbaycanı bir yerdə, bütöv görməyi qismət etsin! O gün olsun siz mənimlə Şuşada üz-üzə oturub söhbət edəsiniz.


- İndi texniki imkanlar elədir ki, əksəriyyət kompüterdə yazır. Oxucular üçün maraqlıdır: Bəxtiyar müəllim şeirlərini, digər əsərlərini necə yazır?

- İstər kiçik, istərsə də böyük əsərlərimin hamısını özüm qələmlə yazıram. Şeiri gərək əllə yazasan, kompüter yaramır. Yataq otağında çarpayımın yanında həmişə kağız və qələm olmalıdır. Bəzən gecə saat 3-4-də ayılıram, beynimə bir fikir gəlirsə, mütləq onu kağıza qeyd edirəm. İndi də mən bu adətimi tərgitməmişəm. Gecə etdiyim qeydləri səhər yuxudan durandan sonra tamamlayıram. Rayondan olanlar bilirlər: qatıq çalmaq üçün südün içərisinə bir qaşıq maya atırlar. Mənim şeirlərimin mayası da gecələr etdiyim qeydlərdir. Çünki kiçik bir qeyddən bəzən böyük bir əsər də yaranır.

- Xəstə olduğunuz günlərdə, hərəkət etmək imkanlarınız olmayanda da bu cür qeydlər edirsiniz?

- Bəli. Bilirsiniz, yaddaşım o qədər də güclü deyil. Ona görə qeydlərim sonradan şerə çevrilir. Yuxumun ən şirin vaxtında belə beynimə bir fikir gəlirsə, mütləq durur, qeydlərimi edirəm.

- Bəxtiyar müəllim, 7 jurnalist həbsdədir. Onların arasında sizin tanıdığınız Rafiq Tağı, Mirzə Sakit və Eynulla Fətullayev də var. Bu gün məhkəmədə dövlət ittihamçısı Eynulla Fətullayevə 10 il hökm çıxarılmasını istəyib. Siz jurnalistlərin həbsdə saxlanılmasını necə qarşılayırsınız?

- Rafiq Tağını çox yaxşı tanıyıram, çox orijinal yazardır. Fikir azad olmalıdır. Hansısa jurnalistin səhv etməsi də mümkündür. Lakin onların həbs olunmasını düzgün addım hesab eləmirəm.

- Maraqlıdır, evdən çıxmağa o qədər də imkanı olmayan Bəxtiyar müəllim gününü necə keçirir?

- Kitab oxumaqla.

- Hansı mövzuda əsər oxuyursunuz?

- Mən indi yalnız dini kitablar oxuyuram. Qurani-Kərimin şərhi, islam dininin mahiyyəti məni çox maraqlandırır. Mənim üçün islam dininin nəyə görə bu qədər populyar olması maraqlıdır. Hiss edirəm ki, artıq Avropa da islam dininin populyarlaşmasından çəkinir. Son zamanlar xristian ziyalıların nə qədəri islam dinini qəbul edib? Oxuduqlarımdan nəsə öyrənmək istəyirəm.

- Nəticədə islam dini ilə bağlı əsər yazmağınız mümkündürmü?

- Əlbəttə, əgər əcəldən macal olsa, belə bir əsər yazmaq istərdim. Artıq hiss edirəm ki, bu əsər beynimə damla-damla yığılır.

- İslam dini ilə bağlı bu qədər əsər oxuyursunuzsa, deməli, Azərbaycandakı indiki dini durumdan da xəbərdarsınız. Bu sahədəki vəziyyəti necə dəyərləndirirsiniz?

- Qənaətbəxş hesab etmirəm. Bizim dindarlarımız - axundlar, əfəndilər, mollalar Quranın mahiyyətini kifayət qədər bilmir. Onların müasir elmlərdən xəbəri yoxdur. Elə bil ki, 18-ci əsrdən gəliblər. Xristian teoloqlarına qulaq asanda məəttəl qalıram, onlar nə qədər ağıllı danışırlar! Biz atom əsrində yaşayırıq, elmi tərəqqi hansı səviyyədədir? Ona görə istərdim ki, bizim ilahiyyat fakültələrimizdə mükəmməl adamlar yetişsin. Onlar həm islamın, həm də xristianlığın fəlsəfəsini öyrənsinlər. Mənim tanıdığım cavanlar arasında din fəlsəfəsini bilənlər var. Gerçək din adamı belə olmalıdır.


- Telekanallarımızı izləyirsinizmi?

- Çox nadir hallarda.

- Sizi qane etməyən nədir?

- Rusiya televiziyalarının verilişləri mənə daha çox qida verir. Bizimkilərin səviyyəsi isə çox aşağıdır. Məsələn, din xadimi danışır, amma hiss edirsən ki, dinin mahiyyətini bilmir. Mən ziyalılarımızın da dini mükəmməl bilməsini arzulayıram. İnsan bəzən «biz niyə müvəqqətiyik, niyə dünya qurtarır?» deyib bədbinləşir. Amma dinin mahiyyətini anlayanda bütün suallarımıza cavab tapılır. Məni indi din sakitləşdirir. Moskvadan dinlə bağlı verilən verilişlərə baxandan sonra belə qənaətə gəlirəm ki, «mən əbədiyəm, ölməyəcəyəm». Deməli, o biri dünya da var.

- Yaşınız 80-i keçib. Yaşadığınız ömrünüzdə nəyinsə peşimanlığını etdiyiniz anlar olurmu? Ötən ömrünüzdə vaxtında etmədiyiniz nəsə varmı?

- Mən çox təəssüf edirəm ki, mütaliəyə gec başlamışam. İndi həmin boşluğu doldurmağa çalışıram. Bu yaşımda elə bir gün yoxdur ki, kitab oxumayım. Kitablardan, bir də musiqidən aldığım ləzzətin yerini heç nə vermir.

- Hansı musiqini dinləyirsiniz?

- Mən simfonik musiqinin dəlisiyəm. Bethovenin 5-ci, 9-cu simfoniyasına bəzən saatlarla qulaq asıram.

- Bəs müasir Azərbaycan musiqisindən nələri dinləyirsiniz?

- Qulaq asmalı bir şey var ki? Melodiya yoxdur. Hanı Üzeyir bəyin, Qara Qarayevin yaratdığı əsərlər? Qara Qarayevin «Leyli və Məcnun» suitası çox gözəl əsərdir. Xalq mahnılarımızı da dinləməyi unutmuram. Çünki onların da kökü muğama bağlıdır. Bildiyiniz kimi, mən muğamın fəlsəfəsini açmağa çalışmışam.

Artıq ailəm də mənimlə bərabər bu cür musiqilərə qulaq asır. Ailədə bu mühiti formalaşdırmaq lazımdır.

- Əvvəllər yanınıza çoxlu şikayətçi gələr, məktub yazardılar. İndi necə, sizdən kömək uman çoxdurmu?

- Məktubların arası kəsilməyib. Camaatın bir qismi iş axtarır, bir qismi rəhbərindən narazıdır. Bir sözlə, məişət problemlərindən gileylənirlər. Arzu edərdim ki, bir oxucu mənə yaxınlaşıb, məsələn, Şekspirin hansısa əsərindəki bir mətləbi başa düşmədiyini, bunu izah etməyimi istəsin.

- Siz həmişə sözü eşidilən, sayılan adam olmusunuz. İndi də kiminsə problemini həll etmək üçün müraciət etdiyiniz adamlar sizi eşidir?

- Bəli, Allaha çox şükür...




«Media forum»

13 Şubat 2009 Cuma

“Erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qərar layihəsi konqresmenlərin imzasına təqdim edilib

“Erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qərar layihəsi konqresmenlərin imzasına təqdim edilib

1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrin “erməni soyqırımı“Ⅶkimi tanınmasını nəzərdə tutan qərar layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatası üzvlərinin imzasına təqdim edilib.

APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, layihə demokrat konqresmenlər Frank Pallone, Adam Şiff, respublikaçı konqresmenlər Corc Radanoviç və Mark Kirk tərəfindən hazırlanıb. Amerika Erməni Milli Komitəsinin rəhbərlərindən olan Aram Hamparyan saxta soyqırımın tanınması üçün son mərhələyə gəldiklərini açıqlayıb: “Amerikadakı, Ermənistandakı və dünyadakı milyonlarla erməni olaraq erməni soyqırımının Amerika Konqresi tərəfindən tanınmasına yönəlmiş yeni təşəbbüsü məmnuniyyətlə qarşılayırıq”.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama, vitse-prezident Co Bayden və dövlət katibi Hillari Klinton “erməni soyqırımı”nı tanıyacaqlarını vəd etmişdilər.

İranda qadınları daş - qalaqla bağlı yaranan film, İran rejimini qəzəbləndirir

İranda qadınları daş - qalaqla bağlı yaranan film, İran rejimini qəzəbləndirir

Son zamanlarda alman Harald Holzenleiterin ssenarisi əsasında və direktorluğu ilə İran həyatından bəhs edən "Şallaq və daş - qalaq" adlı film çəkilmiş və o, qərb mediyasında ciddi mübahisələr mövzusu olmuşdur. Həmişəki kimi İran rejiminin agentləri bu filmi " Allahın hakimiyyətinə qarşı şeytanın sui - qəsd planı" adlandırmışdırlar. Bu film Katirina adlı bir amerikalı qadın barəsindədir. O, bir nəfər iranlı kişiyə aşiq olur və İranda onunla evlənir. O qadın müsalman olmadığı üçün, fars kişinin ailəsi onunla bütün əlaqələri kəsirlər. Bu amerikalı qadın, əri ilə Tehranda birgə ailə həyatlarını davam etdirir. Bir gün bu qadın cinsi təcavüzə məruz qalır. Katirina gənc vəkillə əlaqə saxlayıb və istəyir ki, onun vasitəsi ilə polisə şikayət edə. Amma vəkil ona məsləhət verir ki, bu işi görməsin, çünki bu işin özü ona problem çıxara bilər. Bir neçə gündən sonra Katirin hamilə olduğun bilir və çalışır uşağı qeyri - qanuni abort etdirsin. Amma əməliyyat zamanı ciddi problem çıxır, bu zaman məcbur olurlar onu xəstəxanaya aparsınlar. Xəstəxanın məsulları polisə xəbər verirlər. Sonra filmdə göstərilir ki, qadın inqilab məhkəməsində abortla ittihamlanıb, 25 şallaq zərbəsinə və 1 il həbsə məhkum olunur.

Bu hadisədən Katirinin ərinin ailəsi xəbər tutur və inqilab məhkəməsinə müraciət edib, iddia edirlər ki, onların oğlu, yəni Katirinin əri sonsuzdur, uşağı olmur. Bu əsasda inqilab məhkəməsi qadını zina ilə ittihamlayıb, ona ölüm hökmü çıxarır. Katirin bəzi insan haqları təşkilatlarına və həm də tanış olduğu bir yazıçıya hadisəni danışır. Və bildirir ki, o, cinsi təcavüz nəticəsində hamilə olub. Onlar məlumatı onun ərinə çatdırırlar. Əri çalışır daş - qalaq hökmün ləğv etdirmək üçün, öz atasıda onların sırasına daxil olmaq şərti ilə dörd amerikalı və iranlı taciri girov götürüb, hədələyir. Şərt qoyur, əgər onun həyat yoldaşı azadlığa buraxılmasa, tutduğu girovları kimyavi sarin qazı ilə öldürəcək.

Artıq məlumatı aşağıda göstərilən alman və ingilis dilində olan linkdən oxuya bilərsiniz.

http://www.stoning-themovie.com/en/index2.htm

İRANIN KEÇMİŞ PREZİDENTİNƏ HÜCUM OLUB

İRANIN KEÇMİŞ PREZİDENTİNƏ HÜCUM OLUB

İranda islam inqilabının 30 illiyi ilə bağlı keçirilən tədbirdə bir qrup şəxs sabiq prezident və hazırda prezidentliyə namizəd olan Məhəmməd Hatəmiyə hücum edib.
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, M.Hatəmi Tehranın Azadi meydanında təşkil olunan tədbirdə iştirak edərkən əlində zopalar olan bur qrup adam “Hatəmiyə ölüm”, “Amerikan hökuməti istəmirik” deyə qışqıraraq ona yaxınlaşmağa cəhd göstərib. Ancaq “Hatəmi, Hatəmi, arxandayıq” deyən başqa bir qrup onların qarşısını kəsib. M.Hatəmi isə mühafizəçiləri tərəfindən meydandan uzaqlaşdırılıb.
Xatırladaq ki, M.Hatəmi bir neçə gün əvvəl iyun ayında keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

"Hürriyyət" "Qarabağ planı"nın doğruluğuna əmindir

"Hürriyyət" "Qarabağ planı"nın doğruluğuna əmindir

"Əlimizdə olan məlumatları dərc etmişik, doğruluğuna da əminik". Türkiyənin "Hürriyyət" qəzetinin Ankara xəbər müdiri Saffet Qorxmaz fevralın 10-da bu nəşrdə çıxan "Qarabağ planı" başlıqlı xəbərlə bağlı reaksiyaları "Media forum"a dəyərləndirərkən belə deyib. O qeyd edib ki, xəbərin dərcindən iki gün keçib və hələ kimsə qəzetə təkzib verməyib: "Kimsənin bizdən təkzib tələbi də olmayıb".

"Hürriyyət"in Ankara bürosundan Uğur Erganın hazırladığı həmin yazıda Türkiyənin də səyləriylə Qarabağ münaqişəsi ilə bağlı bəzi məsələlərdə həllə yaxınlaşıldığı bildirilib. Yazıda qeyd olunub ki, xarici işlər naziri Əli Babacan ötən həftə Münhendə Serj Sərkisyan və Edvard Nalbandyanla görüşdükdən sonra azərbaycanlı həmkarı Elmar Məmmədyarovu da yanına alaraq Bakıya yola düşüb və prezident İlham Əliyevə Münhendə apardığı danışıqlarla bağlı məlumat verib.
"Hürriyyət"in xəbərinə görə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 6 rayonu mərhələ-mərhələ Azərbaycana qaytarmağa razıdır və ilkin mərhələdə konkret 4 məsələ ilə bağlı prinsipial anlaşma var:
- Ermənistanın işğal altında saxladığı 5 rayon - Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan Azərbaycana qaytarılacaq;
- evlərini tərk etmək zorunda qalmış məcburi köçkünlər yurdlarına geri dönəcək;
- Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün region bir müddət müvəqqəti hökumətə veriləcək. Status müəyyənləşdikdən sonra Kəlbəcər də Azərbaycana qaytarılacaq. Bunun əvəzində Azərbaycan Ermənistanın şosse və dəmiryolunu açacaq;
- Ermənistan və Dağlıq Qarabağ arasındakı sərhəd bölgəsinə beynəlxalq sülhməramlılar yerləşdiriləcək. Bu qüvvələrin tərkibində Türkiyə və Rusiya kimi tərəf və prosesə müdaxilə edən ölkələr yer almayacaq.
Bu xəbər yalnız "Hürriyyət"də yer almayıb, Babacanı Münhen-Bakı-Ankara marşrutunda müşayiət edən köşə yazarı Ərdal Şafak da "Sabah"a təxminən eyni məzmunlu yazı verib.
Azərbaycan, Ermənistan və Türkiyənin Xarici İşlər nazirlikləri təmsilçiləri isə bu xəbərləri təkzib edən açıqlamalar yayıblar.

"Amnesty İnternational" Güney Azərbaycandakı vəziyyətdən narahatdır

"Amnesty İnternational" Güney Azərbaycandakı vəziyyətdən narahatdır

"Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) Güney Azərbaycandakı son vəziyyətlə bağlı bəyanat verib. Sənəddə bildirilir ki, ötən il noyabrın 13-də Tehranın Şəhid Rəcai Universitetinin müəllimi Abdullah Abbasi Cavan və onun bacısı oğlu Hüseyn Hüseyni Güney Azərbaycan Məşrutə Hərəkatının lideri Səttarxanın ildönümü ərəfəsində onun məzarı başında həbs olunublar. Ailələrinin onlar barəsində heç bir məlumatı yoxdur. Valideynləri yalnız milli fəallar noyabrın 23-də Tehrandakı Evin həbsxanasının 209-cu korpusuna köçürüldükdən sonra xəbər tutublar. Hüseyn Hüseyni isə bu il yanvarın 21-də girov müqabilində sərbəst buraxılıb. Ancaq Abdullah Abbasi Cavanın ailə üzvlərilə görüşə və vəki tutmağa icazə verilmir.

Turqut

Milli fəal 2007-ci ildə də həbs olunub və 130 gün təcridxanada saxlanılıb. O, "dövlətçilik əleyhinə təbliğat aparmaq"da və pantürkizmdə günahlandırılıb. Bəyanatda qeyd olunur ki, bu il yanvarın 14-də Güney Azərbaycanın Urmiya şəhərindəki Qızıl Xənəyə (Xaneqahe-Sorx) kəndində baş verən toqquşmada həbs edilən 30-dan çox insanın 18-nin adı məlumdur. Bunlar Barzad Nizami Əfşar, Miğdad Nizami Əfşar, Səid Cəfərpur, Məhəmməd Səmədzadə, Bəhram Quluzadə, Nadəli Quluzadə, Nadəli Əlipur, Merac Əlipur, Heydər Əlipur, Süleyman İbrahimzadə, Nasir Quluzadə, Əkbər Rüstəmi, İsgəndər Aslani, Allahverdi Aslani, Fəraməz Cəfəri, Məhəmməd Cəfəri, Nağı-A və Davud-Ş-dir: "Sakinlər yeraltı su qaynaqlarının sənaye istifadəsi üçün yönəldilməsinə etiraz əlaməti olaraq Urmiya-Salmas magistralını bağlayıblar. Ancaq onlarla polis gözyaşardıcı qaz və silahla dinc nümayişçilərə hücum çəkərək onlara atəş açıb. Polis kəndlilərə aid olan avtomobilləri zədələyib, qeydiyyat nömrələrini müsadirə edib. 30-dan artıq kənd sakini tutulub. Gözaltına alınanlar arasında yaralılar da var, ancaq ilk saatlarda onlar üçün müalicə imkanları yaradılmayıb. Yaralılar 5-6 saat sonra ağır qanaxmalarına görə, Urmiyanın İmam Xomeyni xəstəxanasına aparılıblar. Tutulanlar işgəncə olunmaqla sorgu-suala çəkilib və on günün içərisində girov müqabilində sərbəst buraxılıblar. Ancaq onlar hökumətə qarşı üsyan və məhkəmə hökmünə hörmətsizlik etməkdə günahlandırılıb və Nuşinşəhər (Urmiyanın yaxınlığında) məhkəməsində mühakimə olunublar. Məhkəmənin qərarıyla 11 nəfərə 3 il, 1 nəfərə 2 il, 3 nəfərə 6 ay 2 gün həbs cəzası verilib. Qalan 6 şəxs isə 2 milyon rial cərimə edilib. Günahlandırılan 10-dan çox şəxs həbsdən başqa, 74 şallaq cəzasına da layiq görülüb".

Yolundayıq Elçibəy

Yolundayıq Elçibəy
Ramiz RÖVŞƏN

E L Ç İ B Ə Y


Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər ?!

Silərsən gözündən axan yaşları,
Öpüb-əzizlərsən sən o daşları.
Deyərsən: “Sağ olun, Qan qardaşlarım,
Məni təzə daşa kim qonaq eylər ?!”

Hər daş özü boyda köz olub yanar,
Cana damğa kimi basılıb yanar,
Qanlı yaraların qızarıb yanar,
Səni başdan-başa çılçıraq eylər.

Bircə tilsimin var , sevgi tilsimi,
Kim qırar Tanrıya bağlı bir simi ?!
Tanrı Tanrıdırsa öz Elçisini ,
Min bir daş altında yenə sağ eylər.

Sən dözərsən ağrısına,
Daş dözməz,daş haray eylər.
O daşlardan Tanrı sənə
Bir ev tikər, saray eylər.

(Musiqisi: Cavanşir Quliyev)

1993, Oktyabr

TÜRKİYƏDƏN ERMƏNİSTANA QARABAĞ GÜZƏŞTİ?

TÜRKİYƏDƏN ERMƏNİSTANA QARABAĞ GÜZƏŞTİ?
Abdullah Gülün Moskvada səfərdə olduğu bir vaxtda erməni mənbələrindən belə xəbər yayıldı



"Azadlıq" radiosunun Ermənistan xidməti Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün Qarabağla bağlı şərtindən vaz keçdiyi barədə məlumat yayıb. Radio Ermənistan-Türkiyə danışıqlarında iştirak edən şəxslərdən birinin sözlərinə əsaslanaraq bildirib ki, Ankara İrəvanla rəsmi münasibətlər qurmaq və sərhədləri açmaq üçün əvvəl irəli sürdüyü şərtlərdən biri olan işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi tələbindən imtina edib.
Radio iddia edir ki, hazırda Türkiyə hökumətinin yeganə şərti 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasıdır. Ermənistan prezidenti Serj Sərkisyanın bu şərtə müsbət yanaşdığı, ancaq daşnakların və diaspora nümayəndələrinin bundan narahat olduqları və dövlət başçısına xəbərdarlıq etdikləri bildirilir. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç APA-nın sualını cavablandırarkən hazırda Gəncədə olduğunu və Bakıya qayıtdıqdan sonra məsələ ilə maraqlanacağını deyib. O, Türkiyənin belə bir addım atacağını düşünmədiyini də əlavə edib.
Xatırladaq ki, analoji məlumatlar istər Türkiyə, istərsə də Qərb mənbələri tərəfindən əvvəllər də yayılıb. Ancaq hər dəfə rəsmi Ankara bunları təkzib edərək bildirib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Ermənistanla münasibətlər qurulması üçün şərtlərdən biridir.
Bu xəbər Türkiyənin Ermənistanla Azərbaycanla danışıqlarının intensiv xarakter aldığı bir vaxta təsadüf edir. Hərçənd rəsmi Ankara Türkiyənin Qarabağ münaqişəsinə dair danışıqlarda İrəvanla Bakı arasında vasitəçilik etməsi haqda son günlər yaılan xəbərləri təkzib edib. Türkiyə mənbələri bu vasitəçilik sayəsində Ermənistanın Qarabağda ətraf rayonların azad edilməsinə və referenduma əsaslanan nizamlama variantına müsbət baxdığı haqda xəbərlər də yaymışdılar. Türkiyə prezidenti Abdullah Gülün Moskvaya dünənki səfəri zamanı da Qarabağ məsələsinin müzakirə edildiyi bildirilir. Gül Moskvada bəyan edib ki, Rusiya Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında aparıcı rola malikdir. Onun sözlərinə görə, bütün digər amillərlə yanaşı, o, həm də ATƏT-in Minsk Qrupunun həmsədridir.
O, Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilmiş və Qarabağ münaqişəsinin dinc yolla həllinə dair bəyannamənin qəbul olunması ilə yekunlaşmış üçtərəfli görüşə böyük önəm verdiklərini bildirib: “Qafqazda münaqişələrin nizamlanmasında baş verən istənilən pozitiv inkişaf dərhal bütün bölgə ölkələrinə müsbət təsir edir. İstənilən neqativ dönüş isə regionun bütün oyunçularına mənfi təsir göstərir”.
Ermənistanla əlaqələrə toxunan A.Gül bəyan edib ki, Türkiyə çoxdandır bu ölkə ilə münasibətlərin normallaşdırılması yollarını axtarır və bunun üçün istənilən dialoq imkanlarından istifadə edir. Prezident futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə ilə Ermənistan milli komandaları arasında keçirilən matçı xatırladıb: “Mən Ermənistana getdim və həmkarımla bu oyunu tribunadan seyr etdim. Matçdan sonra prezident Sərkisyanla çox faydalı görüş keçirdim. Çox şadam ki, İrəvanda başlanan dialoq bu gün də davam edir”.
A.Gül hesab edir ki, onun İrəvana səfəri təkcə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə start verməyib, bu addım həm də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edəcək: “Mən bu çətin düyünlərin açılmasında yorulmadan səy göstərən Rusiyaya öz dərin minnətdarlığımı bildirmək istəyirəm” .
Ermənistan prezidenti isə ölkəsinin Qarabağ məsələsində güzəştə hazır olduğu haqda xəbərləri təkzib edir. Dünən İrəvanda iqtidara yaxın olan Çiçəklənən Ermənistan Partiyasının qurultayında çıxışı zamanı Serj Sərkisyan deyib ki, əgər kimsə danışıqlarda Dağlıq Qarabağ ətrafında alver getdiyini düşünürsə, dərin səhvə yol verir: “Qarabağ bizim torpağımızdır, o əvəzsizdir və alver predmeti ola bilməz”. Sərkisyana görə, münaqişə ancaq Qarabağın öz müqəddəratını təyin etməsi hüququnun tanınması şərti ilə nizamlana bilər.
F.MƏMMƏDOV
musavat

Rusiya Ermənistana qoşun yığır

Rusiya Ermənistana qoşun yığır

"MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri arasında Ermənistan yeganə dövlətdir ki, rəhbərliyi daxili siyasi problemlərini həll etmək və hakimiyyətdə qalmaq üçün qurumun silahlı qüvvələrinə müraciət edə bilər".
Ermənistan Milli və Strateji Tədqiqatlar Mərkəzinin eksperti Manvel Sərkisyanın dediyinə görə, rəsmi İrəvanın son vaxtlar KTMT ölkələrinin birgə silahlı birləşmələri olaraq "MDB-nin NATO-su" adlandırılan Çevik Qüvvələr Korpusunun (ÇQK) bir hissəsinin Ermənistanda yerləşdiriləcəyi barədə yaydığı məlumat və açıqlamalar ölkənin demokratik qüvvələrində çox ciddi narahatlıq doğurur.
"Prezident Serj Sərkisyan çox böyük məmnuniyyətlə İrəvanda ruslar və özbəklərdən ibarət 1000 nəfərlik hərbi birləşməyə ver verər. Unutmayaq ki, MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Çevik Qüvvələr Korpusunun yaradılması barədə birgə bəyannamədə deyilir: "Bu qüvvələr terrorizm və narkobizneslə mübarizə məqsədilə yaradılır". Yalandır. 15 minlik kontingent postsovet məkanı və ya Orta Asiya bir yana dursun - heç Cənubi Qafqazda da normal əməliyyat keçirə bilməz. Rusiyanın Çeçenistanda 60 minlik hərbi qüvvəsi var, amma çeçen mücahidlər hələ də fəaldır və ruslar onların öhdəsindən gələ bilmirlər", - M.Sərkisyan bildirib.
Onun dediyinə görə, Çevik Qüvvələr Korpusu (ÇQK) müqaviləni imzalamış ölkələrdə polis funksiyalarını yerinə yetirmək, etiraz aksiyalarını dağıtmaq, müxalifəti qorxutmaq və sosial narazılıqları əzmək məqsədilə yaradılır".
Rusiyanın bilavasitə rəhbərliyi və təzyiqləri ilə KTMT-yə üzv dövlətlərinq ÇQK-nin yaradılması barədə sənəd imzalanmasına vadar edilməsi əslində MDB çərçivəsində yeni hərbi-siyasi blokun yaradılması ilə yanaşı, Kremlin özünə müttəfiq etməyə çalışdığı ölkələrin hakimiyyət dairələrinə "təhlükəsizlik indulgensiyası" verməsi də sayıla bilər.
Müşahidəçilərin fikrincə, Rusiya bu minvalla Türkmənistan, Qazaxıstan, Özbəkistan, Belarus, Ermənistandakı yarıdiktatura tipli rejimləri sakitləşdirərək, onları Qərbə doğru meyllənmədən uzaqlaşdırmaq, hakimiyyətlərinin dayanıqlılığına təminat verdiyini göstərmək niyyətindədir.
NATO-nun Şərqə doğru genişlənməsinə, xüsusilə də Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın Şimali Atlantika Alyansı ilə əlaqələrinin sürətlə güclənməsinə cavab olaraq Rusiya ötən ilin sonlarında Ermənistana $800 milyonluq silah, sursat və hərbi texnika verərək regionda qüvvələr balansını ermənilərin, həm də öz xeyrinə dəyişməsinə can atmaqla yanaşı, Orta Asiya ölkələrindən də ABŞ və NATO güclərini bütünlüklə çıxarmaq, Şimali Atlantika Alyansının Əfqanıstana tranzit yükdaşıma ilə əlaqədar region dövlətlərindəki bazalarını bilmərrə bağlatdırmaq istəyir.
Bütün bunlarla bahəm, ÇQK-in Ermənistanda yerləşdirilməsi ilə bağlı iddialar və İrəvandakı hakim rejimin də buna ikiəlli razı olması ermənilərin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesində "çevik qüvvələr" kartından yararlanmaq istəyini ortaya qoyur.
Ermənistan mediası ÇKQ nəzdindəki birliklərdən bəzilərinin Ermənistan-Azərbaycan sərhədində də yerləşdirilə biləcəyini istisna etmirlər. Ermənistan Müdafiə Nazirliyi bu xəbərləri nə təsdiq, nə də təkzib etmir.
Azərbaycanın Müdafiə Nazirliyindən "Ekspress"ə verilən açıqlamada isə bildirildi ki, qurum Ermənistandakı prosesləri və ÇQK ilə bağlı situasiyanı diqqətlə izləyir: "Narahatlıq üçün ciddi əsas görmürük. Ermənistanın tutduğu mövqe və davranışı onsuz da məlumdur. Rusiyanın isə Ermənistan-Azərbaycan sərhədlərinə hərbi birləşmələr yığacağını düşünmürük".
Bizim MN-dən fərqli olaraq, Gürcüstan hərbçiləri narahatdır. Gürcüstan Müdafiə Nazirliyinin ictmai əlaqələr departamentindən əməkdaşıma verilən açıqlamaya görə, rəsmi Tiflis Ermənistanla Rusiya arasındakı hərbi əməkdaşlığın intensivləşməsini regionda qüvvələr nisbətini dəyişməyə yönəlmiş səylər hesab edir: "Rusiya bölgədə möhkəmlənmək, öz maraqlarını təmin edərək mənafelərini region ölkələrinə istənilən yolla qəbul etdirmək üçün var qüvvəsini ortaya qoyub. Belə şəraitdə laqeydlik nümayiş etdirə bilmərik və yaranmış situasiyada NATO ilə əməkdaşlığını daha da gücləndirməyi məqbul bilirik".
Bu arada Rusiyanın Şimali Qafqaz Hərbi Dairəsində KTMT-nin Çevik Qüvvələr Korpusuna qatılmaq üçün əlahiddə alayın formalaşmasına başlanıb. Alayda xidmət edəcək sıravilərin tam əksəriyyəti müqavilə əsasında qulluqda olan hərbçilərdir. Onlar martın ortalarında yeni dislokasiya yerinə göndərilmək üçün hazır olacaqlar.

Humay

İran Xarici işlər naziri İraq Kürdüstanında təhlükəsizlik məsələlərini müzakirə edib

İran Xarici işlər naziri İraq Kürdüstanında təhlükəsizlik məsələlərini müzakirə edib


İranın Xarici işlər naziri Mənuçehr Möttəki İraq yarı-muxtar Kürdüstan regionunda vəziyyəti müzakirə etmək üçün oraya səfər edib. Rəsmilərin verdiyi məlumata görə, Möttəki və Kürdüstanın prezidenti Məsud Barzani İranın İraqın sərhəd bölgələrini mərmilərdən atəşə tutması, habelə fəaliyyəti qadağan olmuş kürd qrupunun İraqın şimalında İranda hədəflərə hucum etməski kimi məsələləri müzakirə ediblər. Kürdüstanın Azad həyat partiyası Türkiyənin cənub-şərqində muxtariyyət uğrunda mübarizə aparan PKK-nın bir qoludur. Kürdüstan regionun rəsmiləri bu qruplara hər hansı bir şəkildə dəstək verildiyindən imtina edirlər. Səfər zamanı Möttəki İrbil və Süleymaniyyədə konsulluqlar açıb. O, regiona səfər etmiş ən yüksək səviyyəli İran rəsmisidir.

MTN İrandan gətirilən 50 kq narkotiki tutub

MTN İrandan gətirilən 50 kq narkotiki tutub


Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasının qarşısı alınıb.

MTN ictimai əlaqələr mərkəzindən Lent.az-a verilən məlumata görə, 50 kiloqramdan artıq narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb. Belə ki, 2009-cu il fevralın 9-da Astara rayon sakinləri – Xosrov Nüsrətov, Elməddin Həmdəmov və Heydər Mədətov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq, satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər.

Məlum olub ki, yuxarıda adları çəkilən şəxslər arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, həmin İran vətəndaşının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdiyi narkotiki Elməddin Həmdəmov ondan alaraq, Astara rayonunun Kijəbə kəndində Xosrov Nüsrətova təhvil verib. Xosrov Nüsrətov həmin narkotikləri Kijəbə kənd sakini Heydər Mədətovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşında Masallı rayonuna apararkən onlar Lənkəran şəhərində MTN əməkdaşları tərəfindən saxlanılıblar. Avtomaşından 50 kiloqram 171.9 qram narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb.

Faktla bağlı başlanılmış cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

LENT.AZ

12 Şubat 2009 Perşembe

KİNO HƏVƏSKARLARI POLİSİN və ETTELAAT QÜVVƏLƏRİNİN HÜCUMUNA MƏRUZ QALIB

KİNO HƏVƏSKARLARI POLİSİN və ETTELAAT QÜVVƏLƏRİNİN HÜCUMUNA MƏRUZ QALIB

İran polisi və ETTELAAT əməkdaşları fevralın 10-da Tehranın «İstiqlal» kinoteatrı qarşısında növbə tutan şəxslərə hücum çəkib. 1500-dək kino həvəskarı «Fəcr» kinofestivalı çərçivəsində nümayiş etdirilən, gənc aktrisa Gülşiftə Fərahaninin oynadığı «Eli haqqında» filminə bilet almaq istəyirmiş. 1500-dək kino həvəskarına qəfil hücumda yaralananlar var. Bəzi şəxslər tutularaq naməlum istiqamətə aparılıb.

Hökumət qüvvələrinin tamaşaçıları kobud şəkildə döyməsi və onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməsi filmdə oynayan G.Fərahani ilə əlaqələndirilir. İran prezidenti Mahmud Əhmədinejad ölkədə qadağan olunmuş «Eli haqqında» filminin festivalda nümayiş etdirilməsinə xarici basqılardan sonra icazə vermişdi.

Bir neçə ay əvvəl Nyu-Yorkda Ridli Skottun «Yalanlar məcmuəsi» adlı filminin premyerasına hicabsız qatılan G.Fərahani jurnalistlərə açıqlamasında İranı həmişəlik tərk etdiyini və bir daha ölkəsinə qayıtmayacağını bildirmişdi: «Mən bu filmə çəkildiyimə görə çox problemlərlə üz-üzə qaldım. İran rəsmiləri pasportumu alaraq xarici səfərimə mane olmağa çalışırdılar. ETTELAAT əməkdaşları isə dəfələrlə sorğu-suala çəkərək mənə əziyyət verirdilər».




qaynaq:«Media forum»

GÜNEYLİ FƏAL 53 MİN DOLLARLIQ GİROV MÜQABİLİNDƏ AZADLIĞA BURAXILIB

GÜNEYLİ FƏAL 53 MİN DOLLARLIQ GİROV MÜQABİLİNDƏ AZADLIĞA BURAXILIB

Azərbacan milli kimliyi uğrunda dinc mübarizə apardığı üçün həbs olunmuş Vahid Şıxbəyli 53 min dollar mülk girovu müqabilində sərbəst buraxılıb.


Vahid Şıxbəyli



V.Şıxbəylini 2008-ci il dekabrın 24-də yaşadığı evin qarşısında mülki geyimli ETTELAAT əməkdaşları saxlamışdı.

Təbriz Azad Universitetinin məzunu olan V.Şıxbəyli azadlığa buraxılandan sonra bəzi güney mənbələri onun həbs müddətində müxtəlif psixi və fiziki təzyiqlərə məruz qaldığı xəbərini yayıb.

V.Şıxbəyli 4 ay əvvəl də 9 gün həbsdə saxlanmışdı. Həmin vaxt o, azadlığa çıxmış bir neçə azərbaycanlı fəalın qarşılanma mərasimində iştirak etdiyi üçün tutulmuş və 20 min dollarlıq mülk girovu müqabilində azadlığa buraxılmışdı.
qaynaq:«Media forum»

Urmiyə inqilab məhkəməsi Qızıl Xəniyə kənd sakinlərinin 25 nəfərinə gəlmə Kürdlərə qarşı çıxdıqlarına görə həbs,sürgün və şallaq cəzalarına məhkum edi

Urmiyə inqilab məhkəməsi Qızıl Xəniyə kənd sakinlərinin 25 nəfərinə gəlmə Kürdlərə qarşı çıxdıqlarına görə həbs,sürgün və şallaq cəzalarına məhkum edib



GÜNAZ.TV məbuat mərkəzinin əldə etdiyi bilgilərinə əsasən Urmiyə inqilab məhkəməsi 09.02.2009-cu il tarixində son günlərdə Güney Azərbaycanın Qərbi Urmiyə şəhərinin yaxınlığında yerləşən Qızıl Xəniyə kəndinin ərazilərinə köçürülən qaçaqmalçılıqla məşğul olan kürdlərə qarşı muqavimət göstərən 25 nəfər yerli Azərbaycanlılara polisə muqavimət və bölgədə ixtişaş təşkil etmək itihamları vermiş və həbs olunan soydaşlarımız Süleyman İbrahimi, Məhəmməd Səmədzadə, Mürtəza Cəfəri, Allahverdi Əslani, Məhəmməd Mənafzadə, Əyyub Əzizpur, Əkbər Rüstəmi, Merac Əlipur, Səid Cəfərpur, Məcid Qulizadə və Ziyad Cəfərpura 2 il həbs, 1 il sürgün, 74 zərbə şallaq cəzasına məhkum edib. Bunlarla yanaşı Behruz Məcidi 1 il həbs, 1 il sürgün 74 zərbə şallaq, Barzad və Mqdad Nizami Əfşar, Məhəmməd Əşrəfi 182 gün həbsə məhkum edib. Başqa soydaşlarımız Heydər Əlipur, Hüseyn Vəhabzadə, Süleyman Əhmədi, Həbibullah Əhmədi və Məhəmməd Cəfəri nəğd pul cəriməsinə məhkum ediliblər.

Xatırladaq ki, keçən ay Qızıl Xənyə kəndi Urmiyə-Salmas şəhərlərinin yaxınlıqında yerləşir və təxminən 2000 nəfər əhalisi var. Bu kəndin əhalisi Azərbaycan Türklərindən ibarətdir ki, bölgə əhalisi onlari Sünnü türklər adlandırırlar. İran molla rejimi son illərdə Güney Azərbaycanın qərb vilayətlərinə İraqdan və Türkiyədən köç edən və qaçaqmalçılıqla məşğul olan Kürd tayfalarını məqsədli şəkildə yerləşdirir. Gəlmə Kürdlər yerli Türk əhalini öz ata-baba torpaqlarından çıxartmaq məqsədilə Azərbaycanlılara qarşı silahlı basqınlar edərək əkin və təsərüfat sahələrini ələ keçirməkdə dəvam edirlər. İran molla rejimi bütün bu cinayətlərə göz yumur və Kürdləri himayət edir.

Yerli əhali bildirir ki, İran rejimi qəsdnən Kürd silahlılarını bizim ərazilərimizə yerləşdirir ki Türk- Kürd davası salsın Kürdlər yerli əhalinin torpaqlarını,su xətlərini zəbt edərək əhali iqtisadi çətinliklərə yönəldir. Bu səbəblərə görə Qızıl Xəniyə kənd əhalisi Kürdlərin bu əmələrinə qarşı dinc aksiya keçirərək hökümətdən tələb etdilər ki bunların qarşısını alsınlar lakin rejim bizim üstümüzə yüzlərlə əlisilahı və dəyənəkli polisləri göndərdi dinc əhali odlu silahdan atəşə tutuldu 10 nəfərdən artıq ağır yaralandı 30 nəfər həbs edilərək ağır işgəncələrə məruz qoyularaq məhkəmə lərdə muhakimə olunmaqdadırlar bizim həm torpaqlarımız Kürdlərə verilir. Həm də ailələrimiz plislərin gülləsinə tuşgəlir burda hansı ədalətdən və islamdan danışmaq olar. Biz açıq şəkildə görürük ki, İran rejimi Gəlmə Kürdləri mudafiə edir və onların bütün cinayətlərinə göz yumur belə çıxır ki İran höküməti Kürd qaçaqmalçıları ilə razılaşmaları var.

Urmiyə inqilab məhkəməsi Qızıl Xəniyə kənd sakinlərinin 25 nəfərinə gəlmə Kürdlərə qarşı çıxdıqlarına görə həbs,sürgün və şallaq cəzalarına məhkum edi

Urmiyə inqilab məhkəməsi Qızıl Xəniyə kənd sakinlərinin 25 nəfərinə gəlmə Kürdlərə qarşı çıxdıqlarına görə həbs,sürgün və şallaq cəzalarına məhkum edib



GÜNAZ.TV məbuat mərkəzinin əldə etdiyi bilgilərinə əsasən Urmiyə inqilab məhkəməsi 09.02.2009-cu il tarixində son günlərdə Güney Azərbaycanın Qərbi Urmiyə şəhərinin yaxınlığında yerləşən Qızıl Xəniyə kəndinin ərazilərinə köçürülən qaçaqmalçılıqla məşğul olan kürdlərə qarşı muqavimət göstərən 25 nəfər yerli Azərbaycanlılara polisə muqavimət və bölgədə ixtişaş təşkil etmək itihamları vermiş və həbs olunan soydaşlarımız Süleyman İbrahimi, Məhəmməd Səmədzadə, Mürtəza Cəfəri, Allahverdi Əslani, Məhəmməd Mənafzadə, Əyyub Əzizpur, Əkbər Rüstəmi, Merac Əlipur, Səid Cəfərpur, Məcid Qulizadə və Ziyad Cəfərpura 2 il həbs, 1 il sürgün, 74 zərbə şallaq cəzasına məhkum edib. Bunlarla yanaşı Behruz Məcidi 1 il həbs, 1 il sürgün 74 zərbə şallaq, Barzad və Mqdad Nizami Əfşar, Məhəmməd Əşrəfi 182 gün həbsə məhkum edib. Başqa soydaşlarımız Heydər Əlipur, Hüseyn Vəhabzadə, Süleyman Əhmədi, Həbibullah Əhmədi və Məhəmməd Cəfəri nəğd pul cəriməsinə məhkum ediliblər.

Xatırladaq ki, keçən ay Qızıl Xənyə kəndi Urmiyə-Salmas şəhərlərinin yaxınlıqında yerləşir və təxminən 2000 nəfər əhalisi var. Bu kəndin əhalisi Azərbaycan Türklərindən ibarətdir ki, bölgə əhalisi onlari Sünnü türklər adlandırırlar. İran molla rejimi son illərdə Güney Azərbaycanın qərb vilayətlərinə İraqdan və Türkiyədən köç edən və qaçaqmalçılıqla məşğul olan Kürd tayfalarını məqsədli şəkildə yerləşdirir. Gəlmə Kürdlər yerli Türk əhalini öz ata-baba torpaqlarından çıxartmaq məqsədilə Azərbaycanlılara qarşı silahlı basqınlar edərək əkin və təsərüfat sahələrini ələ keçirməkdə dəvam edirlər. İran molla rejimi bütün bu cinayətlərə göz yumur və Kürdləri himayət edir.

Yerli əhali bildirir ki, İran rejimi qəsdnən Kürd silahlılarını bizim ərazilərimizə yerləşdirir ki Türk- Kürd davası salsın Kürdlər yerli əhalinin torpaqlarını,su xətlərini zəbt edərək əhali iqtisadi çətinliklərə yönəldir. Bu səbəblərə görə Qızıl Xəniyə kənd əhalisi Kürdlərin bu əmələrinə qarşı dinc aksiya keçirərək hökümətdən tələb etdilər ki bunların qarşısını alsınlar lakin rejim bizim üstümüzə yüzlərlə əlisilahı və dəyənəkli polisləri göndərdi dinc əhali odlu silahdan atəşə tutuldu 10 nəfərdən artıq ağır yaralandı 30 nəfər həbs edilərək ağır işgəncələrə məruz qoyularaq məhkəmə lərdə muhakimə olunmaqdadırlar bizim həm torpaqlarımız Kürdlərə verilir. Həm də ailələrimiz plislərin gülləsinə tuşgəlir burda hansı ədalətdən və islamdan danışmaq olar. Biz açıq şəkildə görürük ki, İran rejimi Gəlmə Kürdləri mudafiə edir və onların bütün cinayətlərinə göz yumur belə çıxır ki İran höküməti Kürd qaçaqmalçıları ilə razılaşmaları var.

İSTEFADA OLAN MTN ZABİTİ İLHAM İSMAYIL GENERALIN QƏTLİNDƏ ƏSAS BİR VERSİYANIN ÜZƏRİNDƏ DAYANIR

İSTEFADA OLAN MTN ZABİTİ İLHAM İSMAYIL GENERALIN QƏTLİNDƏ ƏSAS BİR VERSİYANIN ÜZƏRİNDƏ DAYANIR

General-leytenant Rail Rzayevin qətli kimə, kimlərə gərək ola bilərdi? Mülahizələrini «Media forum»la bölüşən Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, istefada olan Milli Təhlükəsizilk Nazirliyi zabiti İlham İsmayıl deyir ki, motiv olmadan cinayət törədilmir: «Təsadüfən kimsə öldürülmür, o ki qala general». Mərkəz rəhbəri daha çox general-leytenant Rail Rzayevin ordu iyerarxiyasında perspektivli olduğu üçün aradan götürülməsi versiyası üzərində dayanmağı üstün bilir. İ.İsmayıl mərhum generalın tezliklə yüksək posta, hətta müdafiə naziri vəzifəsinə irəli çəkilməsi ehtimalına qurban getdiyi versiyasını istisna etməyib: «Qətlin baş verməsinə səbəb olan versiyalardan daha tutarlısı bunu hesab edirəm. Görünür, bu ərəfədə onun aradan götürülməsi kimlərəsə lazım idi». Ancaq İ.İsmayıl generalın qətlini siyasi qətl hesab etmir: «Rail Rzayev siyasətlə məşğul olmayıb. Siyasi proseslər də elə bir gərgin nöqtədə deyil ki, belə mülahizə irəli sürəsən. Siyasətlə bağlı olsaydı, artıq indidən bu hadisəni siyasi şouya çevirmişdilər. Mənə elə gəlir ki, qətldə siyasi motiv yoxdur». İ.İsmayıl ikinci versiya kimi generalın xidməti tabeçiliyində olan şəxslərlə rəftarında gərginlik yaranması versiyasını irəli sürür: «Ola bilər ki, kimsə işdən çıxarılıb, kiminsə rütbəsi geçikdirilib. Qətli gerenalın tabeçiliyində olmuş, yaxud nazirlikdəki şəxslərdən biri törədə bilər. Ciddi təhqiqat aparılmalı, bütün versiyalar yoxlanılmalı, hətta şəxsi, məişət zəmnində nə baş veribsə, araşdırılmalıdır». Hadisənin dövlət başçısı İlham Əliyevin ölkədə olmadığı vaxtda baş verdiyinə toxunan İ.İsmayıl belə bir sual ortaya qoyub: «Məgər prezident ölkədə olsaydı, bu qətlin qarşısını almaq mümkün olacaqdı? Bizə məlum olmayan başqa nüanslar da var. Bəlkə dövlət başçısı ölkəyə qayıdan kimi generalla bağlı fərman imzalayacaqdı?!. Belə ehtimalların hamısına diqqət yetirmək lazımdır. Siyasi fiqur olmayan, siyasi hakimiyyət institutlarında yer almayan bir şəxsin qətlinin dövlət başçısının ölkədə olub-olmamasıyla əlaqəsi yoxdur. Məncə, generalın perspektivi məsələsi versiyası daha inandırıcı görünür». İ.İsmayılın fikrincə, Azərbaycanda dövlətçilik hissləri ilə pul, mənsəbpərəstlik hissləri təzad təşkil edir: «Qatillər, sifarişçilər qətli törədəndə dövlətçilik prinsiplərini, dövlət başçısını, onun hakimiyyətini deyil, şəxsi mənafelərini düşünürlər». Mərkəz rəhbəri hesab edir ki, cinayəti törədən şəxs bu qətlə hazır olub: «Belə təcrübəli, ali rütbəli zabit, general özünə qarşı bir təhlükə hiss etsəydi, əlavə mühafizə dəstəsiylə hərəkət edərdi. Amma Rail Rzayevin mühafizəsi olmayıb. Yanında yalnız sürücüsü olub». İstefada olan MTN zabiti qətldə xarici faktorların iştirakına inanmır: «Ayrı-ayrı zabitlər xarici faktorları əngəlləmək, perspektivdə planlaşdırılan hansısa hadisələri önləmək gücündə deyillər. İnandırıcı görsənmir ki, Rail Rzayev hansısa xarici faktorları əngəlləyə bilərdi». İ.İsmayıl inanmaq istəyir ki, bu qətlin üstü tezliklə açılacaq: «Amma çox təəssüf ki, Azərbaycanda baş vermiş oxşar qətllərin üstü hələ də açılmayıb. Çox nadir hallarda belə cinayətlər açılır». Ekspert təəssüf hissiylə onu da qeyd edib ki, axırıncı dəfə döyüş zamanı həlak olan generalımız Həzi Aslanov olub: «1978-ci ildə daxili işlər naziri Arif Heydərov və onun müavini Səlahəddin Kazımov terror nəticəsində öldürüldü. İsmət Qayıbov, Məhəmməd Əsədov erməni terroru nəticəsində həlak oldular. Kontr-admiral Eduard Hüseynov 1993-cü ildə güllələndi, Vahid Musayev daxili qiyamların qurbanı oldu. İndi də 17 il Azərbaycanın Hərbi Hava Qüvvələrinə, Hava Hücumundan Müdafiə Qoşunlarına komandanlıq etmiş şəxsi öldürdülər. Çox təəssüf ki, peşəkar bir generalımızı itirdik». «Media forum»

Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi Rusiyanın seçdiyi xarici siyasətin istiqamətindən asılı olacaq

Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi Rusiyanın seçdiyi xarici siyasətin istiqamətindən asılı olacaq

Moskva, indiyə qədər izlədiyi qonşuluq siyasətinə dəyişiklik etməkdə qərarlı olarsa, Ankara-Yerevan danışıqlarının normallaşmasına müsbət təsir göstərə bilər.

“Rusiya regional güclərlə rəqabət aparan və Qafqaz bölgəsinə hərbi bazalar vasitəsi ilə nəzarət etməyi düşünən xarici siyasət xətti seçərsə, Türkiyə-Ermənistan yaxınlaşmasını istəməsi inandırıcı deyil, lakin, Rusiya regionda əməkdaşlığa əsaslanan xarici siyasət seçərsə o zaman Ankara-Yerevan əlaqələrinin yaxşılaşmasını istəməsi normaldır”, - türkiyəli ekspert Kamer Kasım bildirib.

Türkiyə prezidenti Abdullah Gül Fevralın 12-15-də Risiyaya rəsmi səfər edəck. Bu barədə Türkiyənin «Cihan» informasiya agentliyi məlumat verib. Səfər zamanı tərəflərin Qafqaz regionu ilə bağlı müzakirələr aparacaqları da gözlənilir.

2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş verən münaqişə zamanı Türkiyə Qafqaz regionunda sabitliyin və əməkdaşlığın təmin olunması məqsədilə Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılmasını təklif edib. Platformada Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyənin təmsil olunmasını təklif edən Ankara bu ölkələr arasındakı problemlərin həlli məqsədilə tərəflər arasında dialoqun intensivləşdirilməsinə çalışır. Eyni zamanda, Ankara özü də Yerevan ilə münasibətləri normallaşdırmağa səy göstərir. Ermənistanla Türkiyə arasındakı əlaqələr 1993-cü ildən etibarən kəsilib. Buna səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 % ərazisini işğal etməsi olub. Bu ilin sentyabr ayının 6-da Avropa fudbol çempionatı qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən Yerevana dəvət edilən Türkiyə prezidenti Abdulla Gül dəvəti qəbul edərək Yerevana gedib. Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Türkiyəli ekspert Kamer Kasım hesab edir ki, Rusiyanın təzyiqi olmadan Yerevanın Türkiyənin irəli sürdüyü dünyada soyqırım propaqandasını dayandırmaq, Türkiyənin ərazi bütövlüyünü tanımaq və Dağlıq Qarabağ probleminin həlli istiqamətində addımlar atmaq şərtlərlərini qəbul etməsi mümkün deyil. Ekspertin fikrincə, Rusiyanın Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına olan münasibətini Moskvanın seçdiyi xarici siyasət istiqaməti müəyyənləşdirəcək.

“Gürcüstanla münaqişədən sonra regionda Türkiyə ilə əməkdaşlığa əsaslanan xarici siyasət xətti Rusiyanın mənafeyinə uyğundur və bu mənada Qafqaz Platforması ideyası da Moskvanın maraqlarına cavab verir”, - Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı professor Kamer Kasım çərşənbə günü Ankaradan telefonla Trend News-a bildirib

Ekspertin fikrincə, enerji məsələsində Ankara ilə əməkdaşlıq Moskva üçün böyük əhəmiyyət kəsb edir. O bildirib ki, Rusiya Avropa qaz bazarında monopoliyanı əlində saxlamaq üçün NABUKKO-nun reallaşmasını istəmir və buna görə də Ankara ilə razılaşaraq Ukraynadan yan keçən ikinci qaz xəttinin çəkilməsi üçün Türkiyəni razı salmağa çalışır.

“Mavi Axın” proyektinin həyata keçirilməsində Ankaranı razı salmaq üçün Rusiyanın Qafqaz ilə bağlı məsələlərdə Türkiyəni dəstəkləməsi mümkündür”, - Kasım əlavə edib.

O, hesab edir ki, əgər “soyqırım” və Dağlıq Qarabağ məsələsində Ermənistan konkret addımlar atmağa başlayarsa, bu, Moskvanın Yerevana Türkiyə ilə əlaqələri normallaşdırması üçün təzyiq gostərdiyi mənasına gələcək. “Moskvanın bu məsələdəki mövqeyi Abdullah Gülün Rusiya səfərindən sonra aydınlaşacaq”, - deyə Kasım bildirib.

Rusiyalı ekspert Kiril Tanayev də Gülün Mosva səfərində əsas müzkirə mövzularından birinin enerji məsələsi olacağını bildirib. Ekspert Moskvanın Ankara ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və bu çərçivədə Qafqaz Platformasını dəstəklədiyini də vurğulayıb. Tanayev Ankara-Yerevan münasibətlərinin yaxşılaşmasının da Moskvanın maraqlarına uyğun olduğunu bildirib. “Moskva, Ankara-Yerevan əlaqələrinin normallaşması üçün əlindən gələni edir”, - deyə Səmərəli Siyasət Fondunun baş direktoru Tanayev çərşənbə günü elektron poçtla Moskvadan Trend News-a bildirib.

Avropalı ekspert Maykl Emersonun (Michael Emerson) fikrincə, Moskvanın Türkiyə ilə Ermənistanın yaxınlaşmasına münasibətini bu ölkənin maraqlarının necə təyin edilməsi müəyyənləşdirir.

“Məhdud düşüncəli milliyətçilik və vaxtı keçmiş xarici siyasət xətti izlənərsə Moskvanın Türkiyə-Ermənistan yaxınlaşmasına münasibəti müsbət ola bilməz. Lakin, yaxşı qonşuluq münasibətlərini əsas götürən siyasi xətt Ankara-Yerevan danışıqlarına şübhəsiz ki dəstək verəcək”, - Avropa Siyasət Araşdırmaları Mərkəzinin (Centre for European Policy Studies) aparıcı eksperti Emerson çərşənbə günü telefonla Brüsseldən Trend News-a bildirib.

Onun fikrincə, Moskvada müəyyən qüvvələr var ki, onlar Rusiyanın Ermənistana havadarlığını davam etdirməklə regiondakı təsir vasitələrini əllərində tutmağa çalışırlar. “Bu qüvvələr Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasını istəmirlər”, - deyə Tanayev əlavə edib.

Ankara və Yerevan arasında bir neçə dəfə xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib. Sonuncu dəfə, Türkiyə xarici işlər naziri Əli Babacan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və prezident Serj Sarkisyanla Almaniyanın Münhen şəhərində görüşüb. Görüşdən sonra Babacan və Sarkisyan danışıqların gedişatı ilə bağlı nikbin bəyanatlar veriblər.trend

"Hürriyyət"in məlumatı təkzib olundu

"Hürriyyət"in məlumatı təkzib olundu

Xəzər İbrahim: "Azərbaycanın Dağlıq Qarabağ probleminin nizamlanması üzrə hər hansı bir gizli plan hazırlamayıb""
Akif Nağı: "İnanmıram ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağda müvəqqəti hökumətin yaranmasına razılıq versin"
Fevralın 10-da "Sabah" qəzetinin köşə yazarı Ərdal Şafak diqqət çəkən yazı qələmə alıb. Ankaranın son dövrlər dliplomatik fəallığına toxunan Ərdal Şafak bildirib ki, Azərbaycanla Ermənistan arasındakı son danışıqlarda prinsipial razılaşmalar əldə olunub. Ermənistanın işğalı altındakı 7 rayon müəyyən bir təqvim içərisində Azərbaycana geri veriləcək, qaçqınlar evlərinə dönəcəklər: "Dağlıq Qarabağda statusunun gələcəkdə müəyyənləşməsi şərtiylə müvəqqəti hökumət qurulacaq.

Ramiz Mikayıloğlu

Dağlıq Qarabağla Ermənistan arasında nəqliyyat, rabitə və digər əlaqələr üçün keçidlər açılacaq". Köşə yazarı razılaşmanın müəyyən suallar yaratdığını da bildirib: "Qarabağda müvəqqəti hökumət necə qurulacaq? Keçidlər haralardan açılacaq, onların təhlükəsizliyini kim təmin edəcək? Ermənilər təhlükəsizliyin təmin olunmasının rus əsgərlərinə həvalə olunmasını istəyirlər. Azərbaycan isə "nə qədər rus əsgəri gətirsəniz, biz də o qədər türk əsgəri istəyirik" cavabını verir. Yəqin ki, sonda problemə müdaxiləsi olmayan ölkələrin əsgərlərindən ibarət sülhməramlı qüvvələr məsələsində razılığa gəlinəcək".
Məsələylə bağlı Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının münasibətini öyrəndik. Akif Nağı dedi ki, Ərdal Şafak bir köşə yazarıdır və hansı mənbəyə əsaslanırsa, o mənbəyi göstərməlidir. Ancaq yazıda mənbə göstərilmir: "Ona görə də hesab edirəm ki, həmin yazıya o qədər də ciddi əhəmiyyət verməyə dəyməz. Buna münasibət bildirməyin də mənası yoxdur. Dağlıq Qarabağda hansısa müvəqqəti hökumətin yaransın, Azərbaycan ona razılıq versin, mən bunu qeyri-mümkün sayıoam. İnanmıram ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağda müvəqqəti hökumətin yaranmasına razılıq versin. Lakin hər halda yəqin ki, bu informasiyanı Azərbaycanın Xarici İşlər Nazirliyi, xüsusi xidmət orqanları dəqiqləşdirməlidirlər".
Dünən məlum oldu ki, Türkiyənin tanınmış "Hürriyyət" qəzeti də anoloji məzmunlu məlumat dərc edib. Məqalə Türkiyənin xarici işlər naziri Əli Babacanın Bakıya qisamüddətli səfərinə həsr olunub. Əli Babacanın ermənistanlı həmkarı Edvard Nalbəndyanla Münhendə keçən görüşündən sonra Bakıda Elmar Məmmədyarovla və İlham Əliyevlə də görüşməsindən bəhs edən məqalədə yazılır ki, Əli Babacan tərəflərə yeni Qarabağ planı təqdim edib. Prinsip anlaşmasına görə, Ermənistan mərhələ-mərhələ Azərbaycanın işğal altındakı 6 rayonunu azad edəcək, Azərbaycan da Ermənistanın şosse və dəmiryolunu açacaq. Qəzet tərəflərin yeni tənzimləmə planına Türkiyənin köməyi ilə yaxınlaşdıqlarını bildirir. Əli Babacanın Münhen-Bakı xətti ilə baş tutan diplomatik səfərindən sonra Ermənistan Dağlıq Qarabağda azərbaycanlılarin yaşadıqları 6 rayonu mərhələ-mərhələ Azərbaycana qaytarmağa razıdır. "Hürriyyət" yazır ki, öncə Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı və Zəngilan Azərbaycana qaytarılacaq. İkinci mərhələdə evlərini tərk etmək zorunda qalmış məcburi köçkünlər yurdlarına geri dönə biləcəklər. Üçüncü mərhələdə Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün region bir müddətliyə müvəqqəti hökumətə veriləcək. Status müəyyən edildikdən sonra Kəlbəcər rayonu da Azərbaycana qaytarılacaq. Buna qarşılıq olaraq Azərbaycan Ermənistanın şosse və dəmiryolunu açacaq. Nəhayət, Ermənistan və Dağlıq Qarabağ arasındakı sərhəd bölgəsinə beynəlxalq sülhməramlılar yerləşdiriləcək. Bu qüvvələrin tərkibində tərəf və müdaxiləçi ölkələr (Türkiyə və Rusiya) yer almayacaq.
Amma Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim bildirib Türkiyənin "Hürriyyət" qəzetinin Türkiyənin vasitəçiliyilə Dağlıq Qarabağ probeminin nizamlanması barədə razılaşma əldə olunduğu haqda məlumatını təkzib edib. Xəzər İbrahim mətbuata verdiyi açıqlamasında Azərbaycanın Dağlıq Qarabağ probleminin nizamlanması üzrə hər hansı bir gizli plan hazırlamadığını deyib. Mətbuat katibi bildirib ki, Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin nizamlanması üzrə sülh danışıqlarını davam etdirir və problemin beynəlxalq hüquq normaları və dövlətin ərazi bütövlüyü əsasında həlli mövqeyinə sadiqdir.

Farsçı rejimin basqıları

Farsçı rejimin basqıları

1. İnsan Haqları

İnsan haqları baxımından 2008-də Güney Azərbaycan milli fəallarına qarşı qanunsuz basqılar daha da artdı. Qanunsuz tutuqlamalar, İttilaat idarələrinə (Təhlükəsizlik qurumlara) çağırıb təhdid edildilər.

a) Evdən, iş yerindən alınaraq bəlli olmayan məkanlarda işkəncə olan fəalların qarşısında casusluq ittihamlarının normal halə gəlməsi 2008-də daha da sürdü.

b) Zindanda olan milli fəalların siyasi bəndlərdə deyil, cinayətkar və narkotikdən yana zindanıların yanına salması və etiraf etmək şərtilə siyasi bəndə sövq edilmə siyasəti yenə də sürdü.

c) Məhkəmə hükmü ilə zindanını çəkən milli fəalların zindan içində yenidən məhküm olmaqları keçən il daha da şiddətlə davam etdi.

d) Zindanda dirənərək insani və milli haqlarindan müdafiəyə qalxan milli fəalların Azərbaycan zindanlarından Farsistan zindanlarına sürgün düşməyi keçmiş ildə sürdü. Örnək olaraq Abbas bəy Lisani Zindan sürəcini bitirərkən azad olmaq əvəzinə Yəzd zindanına sürgün salındı.

e) Təxminlərə görə, 2008-ci ilədək girovda olan yer səndlərinin sayı 10,000-i keçdi. Bu səndlər vəsiqeylə geçəri sərbəstliyə buraxılan milli fəalların özünə, atasına, anasına, bacı-qardaşına və yaxınlarına aid olan yer və ev səndləridir. Beləliklə cinayətkar rejimin siyasəti yalnız milli fəal deyil, onun bütün ailəsini girovda saxlamaqdır.

f) Keçmiş ildə. Yenə də rejimin Azərbaycan milli fəalları ev dustağı etməsi çox sərt şəkildə sürdü. Rejim tanınmış milli liderlərə xəbərdarlıq etməklə, dışarıda canlarının təhlükədə olmasını önə sürərkən dolayı yollarla onları terrorla hədələdi.

g) 2006-ci May qalxışından başlayan kütləvi həbislərin sayı 2008-ə dək 15,000 nəfəri keçdi.

h) İran ırqçı rejiminin Azərbaycan Milli Hərəkatına qarşı terror aktları da durmaq bilmədi. 2008-da 10-lar Azərbaycan fəalı çeşidli yollarla terrorist farsçı rejimin terroruna tuş gəldi. Rejim bu terrorları 2008-in son aylarında şəhid Q. R. Əmani və iki qardaşının canını almaqla yeni ilə daşıdı.

2. Dil Yasağı

2008-də qaranlıq çağda belə, uyqulanmayan Dil yasağı davam etdi. Türk dilinə qarşı basqı bütün boyudlarda sürəkli olaraq sürdürüldü. Rəsmi yasaqlıq qoyulmayan, ancaq farsçı dövlətin ana stratejisi kimi uyqulanmaqda olan türk dilinə qarşı düşmənçiliyi bütün yaşam alanlarında özünü göstərdi.
a) Yeni doğulmuş türk uşaqları üçün ana dillərində ad qoyma yasaqlığı nəyinki azalmadı, hətta sıxı bir ad dəyişmə tədbirlərilə həyata keçirildi.

b) İş yerlərinə qoyulmuş türkcə adların keçmişdən daha da sərt yasaq damqasına yuğratılması sürdü. Adı türkcə olan iş yerlərinə qarşı mali və hüquqi basqılar artdı. Onların yiyələri sürəkli gözaltına alındı.

c) Oxullarda öz ana dilində dərs verməyə qalxışan öyrətmənlərin hər addımı izlənildi. Milli öyrətmənlər sürəkli olaraq oxullarda yerləşən İttilaat mərkəzlərinə çağırılıb məmurlar tərəfindən hədələndilər. 2008-də tutulan öyrətmənlərin sayı daha da artdı.

d) Barmaq sayı çıxan türkcə öyrənci dərgilərin qalanı da 2008-də qapadıldı. Türkcə çapa hazırlanan kitablara basın izni daha da sərtləşdi. Türkcə sitələrin məsul yönətimləri gözaltına alınaraq o sitələrin fəaliyyəti donduruldu. Rejimin dışarıdan yayılan Azərbaycan sitələrinə də uydu əngəl yaratması daha genış alanda davam etdi.

3. Ekonimi sıxıntı

a) Azərbaycanın ekonomi durumu yenə də gerilədi. Rejimin sıxışdırıcı siyasəti nəticəsində azərbaycanlı kəndlilər bu ildə də öz yuvalarında köçərək böyük şəhərlərə axın etdilər. Günlük çörək əsiri olan kəndli soydaşlarımızın ürətdiyi taxıl və başqa yeyim ürənləri alıcı bulmayınca kəndlərdə fəlakətin tavanı daha da üksəldi.

b) Dünya ekonimik kirizindən şiddətlə etgilənən Azərbaycan insanının durumu farsçı rejim tərəfindən də sıxışınca %70-lıq qırmızı yoxsunluq cizgisi altına düşdü.

c) 2008-də yoxsulların əsas qidası olan çörəgin qiyməti yenə də yüksəldi. Belə ki, 2007-də 280-gramlıq Daşçörəyini 1000-qırana yoxsul kəsim haman çörəyi 2008-də 2000-qırana aldılar. Başqa anlamla desək, bir il içində millətimizin ortalama alıcılıq gücü yar-yarıya aşağıya düşdü. Halbu ki. ən kötü durumda Farsistanda bu düşügün %38 olması görünür. Yəni bir il içində Farsistanda %38 alanında bir dəhşətli bahalıq olarkən, Azərbaycanda bu alan az qala iki qata fırladı.

d) 2008-də bankların Azərbaycana qarşı olan sərt siyasətinin sonucunda kiçik və orta milli sənaye çöküşə uğrarkən işsizlik alanı da böyüməyə başladı. İşsiz qalan işçilərin məaş sıxıntılarına biganə qalan farsçı rejim, azərbaycanlıların yeni köçüş dalğasına nədən oldu.

e) Rejimin Azərbaycana qarşı ayrı-seçgilik siyasəti bütün alanlarda olarkən mətbuat meydanında da özünü göstərdi. Tehranda çıxan qazetələrə ton-ton subsitli kağaz və material verildiyi anda, Azərbaycandan rejim təsdiği altında olan üç-dörd qazetənin də subsitli kağaz və material səhmi böyük ölçüdə kəsildi.

f) Dövlətin rəsmi verilərinə görə, 2008-də, Azərbaycan sənayeinin ixracatı üçün fəlakətli il olmuşdur. Yaxın keçmişdə İran adlanan dövlətin ixracat mərkəzi olan Azərbaycanın 2008-dəki durumu 17-ci yeri alınca faciəvi il yaşadı.

4-Toplumda Qorxu!

a) 2008-də Azərbaycana ayrılan büdcənin böyük kəsimi toplumu kontroluna aid oldu. İnsanların ən adı yaşantısı rejim məmurları tərəfindən kontrol olundu. Sivil plisin gecə-gündüz kütlə içində əngələ dönüşməsilə millətin ən kiçik xoşluğuna belə rol vermədi. Iran adlanan yerin bütün başa-başında gəncliyə qarşı alınan önləmlərin ən sərti Azərbaycan payına düşdü.

b) Azərbaycan bilimyurd və oxullarında öyrəncilərin ən ufaq sərbəstlik göstəriləri İttilaatçılar tərəfindən basqıya alındı.

c) Azərbaycan alanında hələlik qapadılmayan milli yönlü sivil müsiqi oxullarının qarşısında rapor gərəkliyi qoyuldu. Belə ki, öyrəncilərin kimlik listəsinin İttilaata verilməsi gərək oldu. Bakıdan gələn konsert quruplarına Güney Azərbaycana gəlmək izni verilmədi. Yerli icraçıların konsert diləkcələri “boş salon yoxdur” bahanasilə rəd cəvab verildi.

d) Spor sahəsində 40-illik idman kompektinə malik olan Maşınsazi kimi böyük spor mərkəzlər bağlanmaq astanasına ayaq qoydu. Azərbaycanın bütün yarış stadları polis kontroluna verildi. 2008-də Azərbaycanın ən sevimli fotbal takımı olan Traxturu şəhərin mərkəzində yerləşən Bağşümal stadına yol vermədilər. Bu takımın etirazlarına sərt cəvab verən fotbal federasiyonu “Siz, yalnız öz stadınızda yarış keçirə bilərsiniz. Çünki sizin Bağsümalda olan yarışlarda məmləkətin milli əmniyyəti təhlükəyə düşür.”dedi. Bu üzdən, bu taxımı 10,000-lər tərəftarından uzaqladarkən şəhərin dışında yerləşən 3-4 minlik antroman sahədə yarışma izni verdilər.

Dirəniş və dayanışma

a) Müdafiə qurumları

Güney Azərbaycan İnsan hüquqlarını müdafiə qurumları və bu sahədə fəaliyyət göstərən aktivistlərin 2008-də də, böyük fədakarlıqları sürdü. Bu qurumların zəhmətlər sayəsində önəmli bacarılar qazanıldı. Güney Azərbaycanın haqlı səsi olmağa çalışan və bu vəzifəni uğurla yerinə yetirən bu gurumlar və şəxsləri alqışlamaq hər bir Azərbaycan türkünün borcudur. Bu arada, ADAPP, ASMAK kimi qurumların və bu qurumlarda böyük zəhmətlər çəkən Faxtə Zamani, Aliriza Cavanbəxt, Vahid Qarabağlı kimi hüquq müdafiəçilərinin yorulmadan göstərdikləri çabalar unutulmamalıdır.

Güney Azərbaycanda insan hüquqlarının pozulmasına qarşı Fars medyası bəzı istisnalar dışında, yenə də sansur gələnəyini davam etdirdi. Güney Azərbaycanların hüquqlarının pozulması qarşısında hər hansı reaksiyayi göstərməyən Frasçi (üzdən ıraq) insan hüquqları müdafiə qurumları bu il də öz doğma kimliyini göstərdi.

b) Mediya

Güney Azərbaycanlı fəallar fars şovenizmi medyasının sansuruna qarşı alternatif medya qurumlarını gəlışdirməklə, xalqımızı bilgiləndirmə yolunda geçmiş illərə qiyasla daha böyük uğurlar qazandılar. Bu sahədə GünazTV-nin qurucusu sayın Əhməd Obalı bəyi və çalışanlarının verdiyi əməyi xözəlliklə vurğulamaq gərəkir. GünazTV 2008-də proqramlarını çeşidləndirib və daha da yüksək qata qaldırdı. İnternet alanında Baybak sitəsinin sürətli bir şəkildə xəbər və fikirləri Azərbaycan türkcəsinin latin və ərəb grafikaları ilə yanaşı İngilizcə də yayım çabalarından dolayı bu sitənin qurucusu sayın Məsut bəyi, ayrıca ciddi təhlükələri gözə alaraq fədakarlıqla Güney Azərbaycan xəbərlərini yayınlayan öğrənci saytlarına özəlliklə [1] oyrenci.com, habelə [2] azadtabriz.org, [3] tabrizsesi.blo…, [4] urmusesei.com, kimi yoğun çalışmada olan bu sitə vəya blogların məs`ullarını təbrik etmək gərəkir.

Güney Azərbaycan milli hərəkatında bilimsəl litiratorun sistemləşməsində önəmli rolu olan Günazkam-ın qurucusu Davud bəyi də təbirk etmək gərəkir. Bu arada Azadtribun kimi bəzi sitələrin sansurcu və qaynağa sadıq qalmamaq kimi davranışları da üzülərək göründü. Buna örnək olaraq Güney Azərbaycan Qurtuluş Partiyası-nın yaydığı Dr. Zehtabinin işkəncə ilə öldürülmüş sənədli fotoqrafları idi. Azadtribun bu önəmli xəbərin yayılmasında iki gönüllü yanaşaraq, neçə gün sonra, inanılmaz nəzakət dışı bir sansurlu əməllə öz adına yayımladı. Demokratik və özgürlükçü bir ulus-dövlətləşmə uğruna mücadilə verən milli hərəkatımızda belə davranişlarin təsvib edilməz olduğunu qeyd etmeye ehtiyac yoxdur. Ancaq bu tənqidimizə baxmayaraq Azadtribunun da milli hərəkatımızda verdiyi əməkləri unutmamaq gərəkir.

2008-də yeni TV kanalı və radio stansiyası təsisi cəhdləri də davam etdi. Bununla da şübhəsiz ki, sağlam bir rəqabət çərçüvəsində Güney Azərbaycan öz bağımsızlığı yolunda daha sürətli və daha sağlam adımlarla irəliyəcəkdir. Bu arada dünyanın çeşidli ölkələrində yaşayan Güney Azərbaycanlıların qurduqları yerəl radioların da önəmi hər kəs tərəfindən bilinməkdədir.

Bütün bu gəlişmələrə baxmayaraq, Güney Azərbaycan medyasında, istər məzmun, istərsə də uyğulanan demokratik pirinsiplər baxımından, gözlənilən yerdə olduğumuzu söyləyə bilməmiz hələlik mümkün deyildir. Fikrimizcə demokratik bir mücadilənin dəyərlərindən sayılan obyektivlik, şəffaflıq və əmanətdarlıq ilkələri, Güney Azərbaycan medya organlarının vazgeçilməzləri içərisində yer almalıdır.

c) Təşkilatlanma

Güney Azərbaycanda yaşayan millətin tam mütəşəkil bir toplum olduğunu söyləmək doğru olmayacaqdır. Bunun da çeşidli sosioloji səbəbləri vardır. Sözsüz ki, Farsçı siyasi kültürün Güney Azərbaycanda olan etgisi bu səbəblərin başında gəlir. Qıssacası, G.Azərbaycan milli hərəkatıyla bağlı professional bir təşkilatçılıq yoxdur. Bunun səbəbləri isə, araşdırılması gərəkən bir problem olaraq qarşımızda durmaqdadır. Üzülərək demək gərəkir ki, 2008-də də bu yöndə qapsamlı addımların atılmasına tanıq olduq.

d) Diplomatik və uluslararası güc mərkəzləri ilə əlaqələr

Güney Azərbaycan Milli Hərəkatının tək bir təmsilcisi olmadığı və ya bu hərəkata bağlı olan siyasi guruplar, teşkilatlar və partiyaların bir çatı altına gəlməyib milli cəbhə təşkil etmədikləri üçün, ortaq güclərini ortaya qoymaqdan acizdirlər.

Güney Azərbaycan milli hərəkatında böyük iddialar, hədəflər və umudlarla yola çıxan Dünya Azərbaycanlıları Konqresində keçdiyimiz il yenə də enerji əriməsi, bir-birini yıpratmalar və ixtilaflar dəvam etdi. Digər tərəfdən 2008-də bəzi ölkələrin parlamentlərində İran ırqçı rejimin G.Azərbaycanlılara qarşı həyata keçirdiyi basqılar anlatıldı. Ancaq bu girişimlərin, məsələnin həlinə yönəlik uluslararası basqı və bazarlıq mexanizmlərini hərəkətə keçirmədə yetərli olmayacağı açıqdır. Güney Azərbaycanın qurtuluşu yolunda mücadilə verən təşkilat və partiyalar ancaq öz aralarındakı ixtilafları bir kənara qoyaraq ortaq nöqtələr ətrafında bir araya gəlməklə ciddi addımlar ata biləcəklər.

Güney Azərbaycan türklərinin, nufus olaraq İran adlanan siyasi varlığın çoxunluğunu oluşdurmasına baxmayaraq Uluslararası güclərin stratejilərində Güney Azərbaycan Milli Hərəkatı faktoruna gərəkli yerin verilməməsi ciddi mənada düşündürücüdür. Şübhəsiz ki, bunun ən önəmli səbəblərindən birisi Güney Azərbaycanlıların çox parçalı bir siyasi fəaliyət yürütmələri və professional hərəkət etməkdə zəif qalmalarıdır.

Güney Azərbaycan Qurtuluş Partiyasi
Yönətim Qurulu
Yanvar 2009

Türkiyəli general: ”Azərbaycan öz torpağının bir parçasında və yalnız ermənilərin yaşadıqları yerdə referendum keçirilməsinə icazə verə bilməz”

Türkiyəli general: ”Azərbaycan öz torpağının bir parçasında və yalnız ermənilərin yaşadıqları yerdə referendum keçirilməsinə icazə verə bilməz”

“Ermənilər Dağlıq Qarabağdan kənarda yerləşən torpaqlarımızı da işğal ediblər, indi isə o topraqlardan müəyyən güzəştlər qarşılığında çıxa biləcəklərini deyirlər. Belə bir şey ola bilməz. Sanki işğalçı ermənilər bizə lütf edirlər. Onlar Azərbaycanın iqtisadi yüksəlişini və buna paralel olaraq hərbi potensialının gücləndiyini görüb işğal etdikləri torpaqlardan çıxa bilərlər, ancaq onlara heç bir güzəştdən söhbət getməməlidir. Əgər ermənilər desələr ki, biz bu torpaqları qan tökərək almışıq, onda bizim də torpaqlarımızı savaş yoluyla geri almaqdan başqa çarəmiz qalmayacaq”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Azərbaycan ordusunun qurulmasında iştirak etmiş Türkiyə Hərbi Hava Qüvvələri kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-leytenant Yaşar Dəmirbulaq deyib. O, danışıqlar prosesində Şuşa, Laçın və Kəlbəcərin adının çəkilməməsini də təəccüblə qarşıladığını bildirib: “Əgər ermənilər işğal etdikləri torpaqlardan Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçirilməsinə dair razılığın əvəzində çıxacaqlarsa, bu, çox acınacaqlı olar. Nəyin referendumu? Hansı torpaqlarda referendum? Azərbaycan öz torpağının bir parçasında və sadəcə ermənilərin yaşadıqları yerdə referendum keçirilməsinə icazə verə bilməz. Artıq Sovet İttifaqı tarixə qarışdığına görə hər respublikanın içində kiçik muxtariyyətlər yaratmaq təcrübəsi də geridə qalıb. Ermənilər Türkiyəni qondarma “soyqırım”la suçlayarkən biz niyə ermənilərin Qarabağda törətdiyi qətliamları dünyaya yaymırıq?!”

Şəhriyarlar görüş xatirələri

Güntay Gəncalp

Şəhriyarlar görüş xatirələri

Şəhriyarın oğlu Hadi zəng etdi və saat dörddə ustadın yanında olacağımızı söylədi. Qızlar da hazırlaşdılar. Hadi öz arabası ilə gəlmişdi.

Küçənin başında Hadi arabanı saxladı. Evin açarı Hadidə var idi. Qapını açıb içəri keçdik. Evin hər tərəfindən şeiriyət yağırdı sanki. Bir otağın qapısını Hadi yavaşça döyüb: “baba, qonaqlarımız gəldi”- dedi

İçəridən Şəhriyarın səsini duyduq: “Buyursunlar, gəlsinlər!”- söylədi.

İçəri keçdik. Şəhriyar bir döşəkçənin üstündə bağdaşını qurub oturmuşdu. Otağın hər tərəfində də kitablar və dəftərlər düzənsiz şəkildə dağılmışdı. Bir-bir ustadla görüşdük. Ən son mən görüşdüm. Əyilib əlini mənə uzatmış Ustad Şəhriyarın əlindən öpdüm. “Heydər babaya salam” əsərini bu barmaqlar yazmışdır. Şəhriyar əziyət dolu səsi ilə “Çox sağ ol bala, bir yer tap otur.”- dedi.

Şəhriyarın ətrafını sarmışdıq. Mənim muğanlı olduğumu bildiyində “Orada Heydər babaya salam” əsərini tanıyan varmı”- sordu.

Mən: “Bəli Ustad, Muğanda bu əsər çox tanınır.”

Şəhriyar: “Həə, Muğan da elə Xoşgünab kimidir. Eyni adət-ənənədir.”

Mən: “Haqlısınız Ustad, ancaq “Heydər babaya salam” əsərinin təsirini mən öz həyatımda incələmək istədim bir zaman. Xatırlaya bilmədim ki, ilk dəfə nə zaman bu əsərlə tanış olmuşam. Mənə elə gəlir ki, bu əsərlə tanışlığım anadan doğulduğum günə təsadüf edir.”

Şəhriyar: “Bilirsənmi niyə? Çünkü sən bu əsərdə haqqında söhbət edilən kültürün içində doğulmusan ona görə. Kənd həyatı, əmək həyatının içində dünyaya gələn insanların hamısına bu əsər bu şəkildə təsir buraxar. Mən özüm də heç bilmirəm bu əsəri nə zaman yazmışam. “Heydər baba”nın yazıldığı tarix var, ancaq o tarix, bu məzmunun şeirə dönüşdüyü tarixdir. Mənim ruhumda o kültür hər zaman olmuş, yaşamış, sonra da şeirə dönüşmək üçün öz biçimini tapmışdır. Bəzən əski xatirələrim, çocuqluq xatirələrim yadıma düşən də “Heydər baba”nı oxuma ehtiyacı duyuram. Bir oxucu kimi öz yazdığımı oxumaq istəyirəm. Hər dəfə də mənə təsəlli verir.”

Son sözləri deyərkən gözləri doldu, yanındakı bir dəsmalla gözlərinin yaşını sildi. Ustad yanındakı dəsmalı əlinə aldığında Hadi qalxıb başqa yeni bir dəsmal gətirib ustadın masasının üstünə qoydu. Bəlli idi ki, Şəhriyar tez-tez ağlayır. Ona görə də dəsmalını Hadi tez-tez dəyişdirmək zorunda qalırmış.

Şəhriyar göz yaşlarını silərkən mənim də gözlərim dolmuşdu. Nədənsə bu an “Heydər baba”dan bir neçə bənd əzbər söyləyəsim gəldi. Bu üzdən də kədərli bir səs tonu ilə söyləməyə başladım:

“Heydər baba, kəkliklərin uçanda

Kol dibindən dovşan qalxıb qaçanda

Bağçaların çiçəklənib açanda

Bizdən də bir mümkün olsa, yaad elə

Açılmayan ürəkləri şaad elə



Bayram yeli çardaqları yıxanda

Novruz gülü, qar çiçəyi açanda

Ağ buludlar köynəklərin sıxanda

Bizdən də bir yaad eləyən sağ olsun

Dərdlərimiz qoy diklənib, dağ olsun.



Heydər baba, yolum səndən kəc oldu

Ömür keçdi, gələmmədim gec oldu

Heç bilmədim gözəllərin nec oldu

Bilməz idim döngələr var, dönüm var

İtkinlik var, ayrılıq var, ölüm var.



Heydər baba, mirəjdər səslənəndə

Kənd içinə səsdən, küydən düşündə

Aşıq Rüstəm sazın dilləndirəndə

Yadındadır nə həvəslək qaçardım?

Quşlar təkin qanad açıb uçardım.



Daşlı bulaq daş qum ilə dolmasın

Bağçaları saralmasın, solmasın

Ordan keçən atlı susuz olmasın

Deynə: bulaq, xeyrin olsun axarsan

Üfüqlərə xumar-xumar baxarsan.



Heydər baba, sulu yerin düzündə

Bulaq qaynar çay çəmənin gözündə

Bulaqotu üzər suyun üzndə

Gözəl quşlar ordan gəlib keçərlər

Xəlvətləyib, bulaqdan su içərlər.”

Şəhriyar və ordakı bütün dostlar məni dinləyirdilər. Şəhriyar dirsəyini bağdaş qurmuş dizinə söykəmiş, alnını əlinin içinə almış xəyala dalmışdı. Ancaq göz yaşları durmadan axırdı. Şəhriyarın bu durumuna hamının gözlərindən yaş axırdı. Şəhriyarla bir yerdə onun xəyal dünyasına dalmışdıq sanki. Şəhriyarın çocuqluq dünyası olan Xoşgünaba getmişdik. Mən susmuşdum. Ancaq Şəhriyar daldığı ruh halından hələ geri dönməmişdi. Başdan ayağa sevgi və eşq olan Şəhriyarı izləyirdik. Şəhriyar, min illərin yoğurduğu eşq heykəli. Onu görmək, yanında olmaq, nəfəs çəkməsinə tanıq olmaq, ona toxunmaq səadətini əldə etmişdik. Bəyaz saqqalı-saçları, qırışmış əlləri gözlərimizin önündə idi. Səsində o qədər kədər və kövrəklik var idi ki, dinləyənin qəlbini sevgi ilə doldururdu. Gəncliyində bir qızı dəlicəsinə sevib, ona qovuşa bilmədiyinin macərasını ayrıntıları ilə bilirdik. Sonra da sənət yolunda çəkdiyi əziyətlər və “Heydər babaya salam” əsərini yazdıqdan sonra Pəhləvi rejimi tərəfindən “pantürkist” olaraq tanınması, islam rejimi tərəfindən türkcə yazdığı üçün sayılmamasını bilirdik. Ancaq Şəhriyar bizim idi, bizim. Azərbaycanın və türk dünyasının. Azərbaycan həm quzeydə, həm güneydə onu sevmiş, hər bir kəs Şəhriyarı özəl həyatının bir parçası etmişdi. Səssizcə oturmuşduq, Şəhriyarın dalğınlığına baxırdıq. Nə qədər də ağır bir dalığınlıq. Şəhriyar öz rühünün dərinliklərinə elə dalmışdı ki, sanki orada çocuqluq xatirələrini yenidən yaşayırdı. Mən “Heydər babadan” bəzi bəndləri oxuduğumda Şəhriyarın sifətində çocuq gülücükləri peyda olurdu. Şəhriyarın doğulduğu Xoşgünabda unudulub qalmış çocuqluğundakı gülücüklər idi bu. Yenidən gəlib Şəhriyarın sifətinə qonurdu. Ustad kimsənin duya bilmədiyi bir şeylər pıçıldayırdı. Bəlkə anası ilə, çocuqluq dostlarının birisi ilə danışırdı öz içində. Nazlı ilə Yağmur Şəhriyara yaxınlaşıb hərəsi bir əlindən tutub öpüb bağırlarına basdılar. Şəhriyarın göz yaşlarını sildilər.

Nazlı: “Ustad siz bizim millətimizin bütün zərrələrində varsınız. Sizin sevginiz, eşqiniz daima Azərbaycan üçün qaynaq olacaq. Yolumuza işıq saçacaqdır, sizin müqəddəs ruhunuzun məhsulu olan əsərləriniz.”

Yağmur: “milyonlarca insan bütün türk dünyasında öz milli kimliyini düşünərkən, sizinlə qürur duyurlar. Türkiyədə hər bir türkün bağrında sizin hörmətiniz yer etmişdir. Hər yerdə sizin sevginiz yolumuza işıq tutur.”

Şəhriyar qızların alnından öpdü. Hadi əlindəki podnisin içində çaylarla içəri girdi. Hər kəsin önünə çayları qoyub oturdu. Şəhriyar bir az özünə gəlmişdi. Üzünü Yüksələ və mənə tutub dedi: “Siz əsgərsiniz eşitdim.”

Yüksəl: “Bəli Ustad, əsgərlikdəyik.”

Şəhriyar: “Bu savaşı nə haq çıxardılar. Cavanlarımız boşuna ölüb gedirlər.”

Yüksəl: “Haqlısınız Ustad. Heç bir nəticəsi olmayan savaşdır.”

Şəhriyar: “Bunlar deyirlər ki, Kərbəlanı alıb ordan da İsrailə hücum edəcəklər. Belə bir iş edə bilərlərmi?”

Yüksəl: “Xeyir Ustad, belə bir iş mümkün deyil. Kərbəlanı ala biləcək gücləri yoxdur. Alsalar da bir gündən artıq saxlaya bilməzlər. Ayrıca, dünya şərtləri də buna izn verməz. Bu şüarlarla sadəcə millətin dini duyğularını sömürürlər.”

Şəhriyar: “Haqlısan. Millətdə İmam Hüseynə böyük ehtiram olduğu üçün, bu ehtiramdan suiistifadə edə bilərlər.”

Yüksəl: “Tamamıyla doğrudur Ustad, Sizin söylədiyiniz kimidir.”

Şəhriyar: “Belə olsa bu savaş gec bitər.”

Yüksəl: “Bilirsiniz Ustad İraq tərəfi Birləşmiş Millətlərə barışdan yana olduğunu duyurmuşdur. Ancaq İran tərəfi barış istəmir. İran tərəfinin bir iç hesablaşması var. Bu hesablaşma bitdikdən sonra böyük ehtimalla barışı qəbul edəcək, ancaq o zamana qədər çox haqsız qanlar axıdacaq bu rejim.”

Şəhriyar: “Deyirlər bu rejimin arxada İsraillə ilişkiləri varmış, bu mümkünmü?”

Yüksəl: “Mümkündür Ustad. Biz qumbaraatan sahədə xidmətdəyik. Bizim qumbaraatanlarımız daha öncə Quzey Korə məhsulu idi. Bunlar yalnız 180 dərəcə ön tərəfi vura bilirdi. Ancaq daha sonra ordunu İsrail məhsulu olan qumbaraatanlarla təchiz etdilər. İsrail məhsulu olan təzə silahlar Korə məhsulundan daha əlverişli və yüngüldür. Ayrıca 360 dərəcəni vura bilir. Bunların hamısı İsraildən gəlir.”

Şəhriyar: “Deməli bunlar üzdə İsrail düşmənliyi edir, arxada da alverlə məşğuldurlar.”

Yüksəl: “Bəli Ustad, elədir. İranın israil düşmənliyi həm bu rejimə sərf edir, həm də yəhudi silah tacirlərinə. Yəhudi silah tücarları ilə islam rejiminin əlbir olduqları bəllidir. Bütün silahlar israildən idxal edilir. Bunların hamısını Xumeyni özü də bilir.”

Şəhriyar: “Xumeyni özü də bilirsə, niyə bunun qarşısını almır?”

Yüksəl: “Ustad, bu savaş Xumeyniyə lazım idi. Xumeyni bəzi hədəflərinə çatmaq üçün bir xarici ölkə ilə savaşmaq istəyirdi. İlk öncə Türkiyəyə saldırmaq istədilər. Oraya inqilabı idxal etmək istəyirdilər. Ancaq Türk ordusunun gücünü bildikləri üçün, ayrıca, Türkiyə NATOnun üzvü olduğu üçün, Türkiyədən vaz keçib başqa bir ölkə seçdilər. İraqda da Səddam kimi bir ağılsızın olması Xumeyninin savaş çıxarmasına bəhanə oldu.”

Şəhriyar: “Yaxşı təhlil edirsən. Yaxşı bu savaşın sonu necə olacaq?”

Yüksəl: “Bu savaşda İran və İraq xalqları zərər çəkəcəklər. İki dəlinin cəzasını millətlər çəkəcək. Məncə savaşın axırı belə olacaq ki, bunlar yəhudi silah tacirlərindən o qədər silah alacaqlar ki, hər iki ölkənin iqtisadiyatı tam çöküş halına gələcək. Artıq silah alacaq maddi imkan qalmadığında Xumeyni məcburən barışı qəbul edəcək. Çünkü o zaman barışı qəbul etməzsə iqtisadi böhran daxildə islam rejiminə qarşı yeni bir inqilab gerçəkləşdirmiş olar. Hər halda duruma baxılırsa savaş iki ildən artıq davam edə bilməz.”

Şəhriyar: “Dünyadakı barış yanlısı təşkilatlar bunlara basqı göstərmirlərmi?”

Yüksəl: “barış yanlısı dövlətlər və təşkilatlar əllərindən gələni edirlər. Ancaq dünyanın iki böyük dövləti Amerika və Sovetlər Birliyi hələlik barışdan yana deyillər. Sovetlər Birliyi də bu fürsətdən istifadə edib köhnə silahlarını İrağa satır. İrana da satır, İrağa da.”

Şəhriyar: “Bu savaş milləti çox pərişan etmiş.”

Yüksəl: “Haqlısınız Ustad. Yuz minlərcə cavan bu günə qədər boşuna öldürüldülər bu savaşda.”

Şəhriyar: “Bunlar islama böyük zərbə vuracaqlar. Belə getsə, bu rejim islam dinini riya, böhtan, yalan, kin və nifrətlə dolduracaq. Dini siyasətə qatmamalıydılar.”

Yüksəl: “Doğrudur Ustad, nə zaman ki, din siyasətə müdaxilə etmiş, insanlar daha çətin və qaranlıq istibdadla qarşı-qarşıya gəlmişlər. Dini istibdad dinin qutsal dəyələrinə də böyük zərbələr vurmuşdur. Din bir vicdan məsələsi olmalıdır. Hətta dini pluralizm olmayan yerdə dinin özü də öz içində burxulub qalır. Hər kəs öz səviyəsinə və ehtiyacına görə bir din anlayışı ortaya qoyar.”

Şəhriyar: “Haqlisan Yüksəl, Təsəvvüfdə də bu var.”

Yüksəl: “Ustad diqqət etsəniz Türkiyədə din siyasətdən ayrı olduğu üçün islam dünyasında ən yaşanılır ölkə türkiyədir. Islamın da ən doğru şəkildə tətbiq edildiyi ölkə yenə də türkiyədir. Dövlət fərdlərin din duyğusuna, inancına müdaxilə etmir.”

Şəhriyar: “O zaman Atatürk sadəcə düşmənlərə qarşı savaşmadı. Dini siyasətdən ayırmasıyla çox böyük bir inqilab elədi. İranda Atatürkü kafir kimi, dindən dönmüş kimi göstərirlər. Əslində Atatürk islamı siyasətin əlindən qurtamış, islamı dörd- beş sözdə dindarın inhisarından qurtarıb, onu fərdlərin vicdanına buraxmışdır. Bu üzdən də islamiyət Atatürkə çox şeylər borcludur. İslamı peyqəmbərin dediyi kimi yaşamaq üçün Atatürkün qurduğu düzən bütün islam dünyasında hakim olmalıdır. Yoxsa islama böyük zərər verəcəklər.”

Yüksəl: “Haqlısınız Ustad. Zatən bu yanlış siyasət üzndən İranda insanların islamdan uzaqlaşmasına şahid oluruq. Əgər belə getsə iranda geniş xristianlaşma meydana çıxa bilər. Gələcək tarixdə bu rejim də tarixə gömüldüyündə missionerlər bu boşluqdan yararlanıb xristianlıq təbliğatını güclləndirə bilərlər. Mollalar islama böyük zərbə vurdular.”

Şəhriyar: “Əslində islamda mollalıq deyə bir qurum yoxdur. Bunu sonradan çıxardılar. Islam hər kəsə təməl haq və özgürlük tanıyır. Nə Quranda mollalıq deyə bir qurum var, nə hədislərdə. Hətta peyqəmbərdən sonra da belə bir şey yox idi. Bu mollalıq qurumunu Səfəvilər başımıza dərd elədilər. Çünkü tanrı hər kəsə onu arayacaq bir imkan vermişdir. Ikinci bir qurum və ya molla fərdlə Tanrı arasında vasitəçi ola bilməz. İslamda təqlid də yoxdur. Bu təqlid də yenə Səfəvilərdən sonra yayqınlaşmışdır. İslami dövlət artıq heç bir zaman ola bilməz, olmamalıdır. Çünkü islamı tam olaraq tətbiq etmək üçün gərək peyqəmbər olasan, yəni Hz. Məhəmmədin özü yalnız bu təlimləri olduğu kimi tətbiq edə bilərdi. O da ən son peyqəbər olduğu üçün islam siyasətdən ayrılmalıdır. O zaman Ərəbistanda dövlət olmadığı üçün peyqəmbər onlara dövlət qurmaq zərurətini də hiss etdi. Ona görə də islamın o zamankı siyasi tərəfi Ərəbistandakı dövlətsizlik üzndən idi. 1400 ildən sonra mərkəz tabeli din anlayışı ilə heç bir yerə varmaq olmaz. Toplumda dini pluralizmə imkan yaratmaq lazımdır. Dini doğruca yaşamanın yolu dini pluralizmdən keçər. Yoxsa bütün toplumu bir mollanın din anlayışına tabe etmək doğru deyil. Doğru olmadığını görürük. Təsəvvüf də bu üzdən yarandı. İslamı siyasətə alət etdilər, buna təpki olaraq bəzi təmiz müsəlmanlar təsəvvüfü şəkilləndirdilər. Siyasətin dışında bir din anlayışını meydana çıxardılar. Dinin metafizik tərəfləri də var, ancaq toplumun ehtiyacları metafizik deyil. İslami iqtisadla toplumu idarə etmək olmaz. Çünkü Quran bir iqtisadiyat kitabı deyil, bir inanc kitabıdır. İqtisadiyat daima gəlişməkdə olan insan ağlının məhsuludur. Tanrı iqtisadiyatın gəlişmə hökmlərini Quranda yazmamış, insan ağlında yazmış. Ağıla meydan verilməlidir. Ağıl sadəcə hakim çevrələrin din anlayışını təfsir etməməlidir. Bu gün problem toplum ağlının saxta din anlayışı içində həbs edilməsidir. İslamı cihad dini olaraq, savaş dini olaraq təfsir edirlər, bir tərəfdən də savaş silahlarını İsraildən alırlar. Belə din anlayışımı olur? Müsəlmanlar çox pis gündədirlər. Islamı savaş dini olaraq təfsir edənlər silah tacirlərinə xidmət edirlər. Çünkü islamın bu şəkildə təfsiri nəticəsində böyük silah şirkətlərinin silahları satılır və o silahlarla müsəlmanlar bir-birini öldürürlər. Bəlkə də islamı bir cihad və savaş dini olaraq təfsir edən bu ruhanilərə silah şirkətləri özləri para ödəyirlər. İslamın siyasətə müdaxiləsini imperialistlər də istəyə bilər. Müsəlmanlar bir-biri ilə savaşmasalar onların silahlarını kim alar? Çünkü müsəlmanların diqqət etsəniz cihad fəlsəfəsi müsəlman olmayanlara qarşı deyil ki, bir-birlərinə qarşıdır. İraq İranı, İran İrağı kafir sayır. Ortalıqda silah şirkətləri sahiblərinin cebləri dolur. Yurdumuz dini istismar edənlərin əlində viran olur. Mən özüm də mətəl qalmışam, bilmirəm nə edim. Millət gəlib məndən nələr olacağını soruşur, hər kəs pərişan durumdadır. Mən siyasəti bilmərəm. Ancaq millətin bu əhvalına ürəyim yanır. Millətin cavanları ölür. Hamı narahatdır. Allah bu savaşa tezliklə son versin.”

Hadi bəy çaya işarə edərək: “Çaylarınız soymasın.”- dedi. Onun bu işarəsi ilə söhbətə bir az ara verildi və Şəhriyarda “çayınızı için!”- dedi. Sonra da üzünü qızlara tutub “Siz nə iş görürsünüz?”- söylədi.

Nazlı: “Ustad biz də İstanbulda təhsil alırıq. Mən diş həkimliyi oxyuram, Yağmur da sosioloji oxuyur.”

Şəhriyar: “Çox yaxşı, Türkiyədə oxumağınız yaxşıdır. Ana dilmizdə yazıb oxumağı da öyrənərsiniz. Bizim cavanlar nə qədər türkiyədə çox oxusalar xeyirimizədir. Mənim “Türkiyəyə xəyali səfər” adında şeirim var, oxumusunuzmu onu?”

Yağmur: “Bəli Ustad, oxumuşuq.”

Şəhriyar: “Türkiyə gözəl ölkədir. Mən Türkiyədə olmadım, ancaq gedib gələnlər tərif edirlər. Əlifbamız fərqli olduğu üçün artıq türkiyə ilə mənəvi irtibatımız kəsilmişdir.”

Yağmur: “Haqlısınız Ustad, Türkiyədə böyük ədəbi gəlişmələr var, özəlliklə modern ədəbiyat orada çox gəlişmişdir. Batı ədəbiyatı yaxşı tərcümə edilmişdir. Hətta Sizin də əsərləriniz Türkiyədə bir neçə kərə basılıb yayılmışdır. Ancaq Sizin də söylədiyiniz kimi, nə yazıq ki, Türkiyə ilə mədəni və fikri irtibata keçə bilmirik. Yalnız mənə elə gəlir ki, gələcəkdə bu ilişkilər öz-özünə gəlişəcəkdir.”

Şəhriyar: “İnşalla ki, sən deyən olar. Onlar da türkdür. Onlar birdən-birə Anadoluya girmədilər. Yüz illər boyunca Azərbaycanda yaşadılar, sonra Anadoluya getdilər. Onların əsil kökləri bu torpaqlardadır. Ona görə də onların ləhcəsi ilə bizim ləhcəmiz bir-birnə çox yaxındır.”

Yağmur: “Ustad çox maraqlı sözlər söyləyirsiniz. Sizi həm keçmiş rejim həm də indiki rejim bir şəkildə türk və türkiyə düşməni kimi tanıtmış.”

Şəhriyar: “Əllərində imkan var tanıdırlar. Hər zaman belə olub, məşhur adamlardan dövlətlər öz hədəfləri üçün faydalanmışlar. Onlar deyirlər, mən də susuram. Mənim adımdan çox şeylər deyirlər. Ancaq mən də sizlərə danışıram, sizlər gəncsiniz. Mən artıq çox yaşlanmışam, sayılı günlərim qalır həyatda. Sizlər yazın. Qələminizi işə salın. Mən öləndən sonra mənimlə olan xatirələrinizi yazın. Bu xatirələri yazsanız, millət və tarix gerçkləri bilmiş olur.”

Bu zaman ustaddan bir soru sormaq ağlıma gəldi: “ustad, irfan haqqında bizə bir az bilgi verə bilərsinizmi?

Şəhriyar: “ İrfan qəlbin iç şüur axışıdır. İç müşahidənin doğurduğu təcrübələrdir. İrfanda “vardır” demək doğru olmaz, “olmaqdadır” demək doğrudur. “vardır” demək hardasa varlığı sınırlandırmaqdır. Bir yerə qoymaqdır. “olmaq” isə kəsintisiz bir sürədir. Sürə də bəlli bir yerdə deyildir, bitməyən “oluş”dur. İrfanın ən önəmli başarısı bu sürəni qavramasıdır. Sürəkli “oluş”u anlama gücünü iç dünyada oyatmaq irfan təlimlərinin əsas məqsəddir. Bunun da ortaya çıxması asan deyildir. Bu, insanın öz iç dünyasına dönməyi, təməl “mən”inin varlıq sahəsinə girməyi gərəkdirir. Bu təlaş da təbii təmayüllərin axışına qarşı olan bir təşəbbüsdür. Bu təşəbbüs isə çox güclü içə dönüş fəaliyətidir. Bu sürəc içində “iç təşxis” (iç sezgi) olayı ortaya çıxır. Iç sezgidə varlığı bir yerə qoyub tanımaq, tanımlamaq olmaz. Varlıq, bir axışdır. Axış, sonu və başlanğıcı olmayan bir uzamadır. Digər tərəfdən sürə, bölünməyən, ölçülə bilməyən bir oluşdur. Sürəklilik yaradıcı fəaliyətlərin həyata keçməsi üçün başlıca şərtdir. Yaradıcı fəaliyət, dəyişmənin faydalı bir vəziyət qazanmasına , bəlli bir yetişkinliyə varmasına bağlıdır. Dəyişmənin başqa bir xüsusiyəti də bir “fəaliyət”in olmasıdır.İrfanda dəyişmə bir durumdan başqa duruma keçmək deyil, yeni bir növ, bir tür ortaya qoymaqdır. Yeni bir tür ortaya qoymaq üçün yaradıcı bir irəliləmədə bulunmaqdır. Bu irəliləyiş daxili bir hərəkətlilikdir. İrfanın Tanrı anlayışı da burdan ortaya çıxır. Bu günkü islamçıların anlatdığı kimi Tanrı evrənin dışında durub savaşlara əmr verən, cihad hökmü çıxaran bir varlıq deyildir. Cihad hökmü islamda bitmişdir. Peyqəmbərlə gəlmiş və getmişdir. Yalnız Tanrısal iradə ilə bir şəkildə irtibatda olan peyqəmbərin “cihad” hökmü vermə haqqı var. Peyqəmbərlik də bitdiyi üçün, cihadın dönəmi sona çatmışdır. Fəqihlərin (din xadimlərinin) söylədiyi kimi Tanrı bir dini hüquq anlayışının yaradıcısı deyildir. Quran da bir hüquq kitabı deyildir. Dini hüquq deyə irfanda bir anlayış yoxdur. Ağıl var və ağlın düzənləmə yetkisi var. Yəni Tanrı konkret olaraq bir hüquq sistemini peyqəmbərlərə verməmişdir. Tanrı insana ağıl vermişdir. Verdiyi bu ağla da tükənməz səlahiyət vermişdir. Ayrıca, Tanrı evrənin dışında deyil, evrənə eşitdir. Evrən də sürəkli bir oluş içində olduğu üçün Tanrı da bir oluşumdur. Tanrı kəndisini evrəndə, insanın ağlında və duyğularında sürəkli oluşdurmaqdadır. Bu üzdən də irfanda Tanrını anlama, Tanrını bilmə, öyrənmə evrəni bilməyə, öyrənməyə özənməklə eşitdir. Çünkü Tanrı evrənin bütün zərrələrində vardır. Tanrı sadəcə bizə şah damarımızdan yaxın deyildir. Həm içimizdən, yəni iç evrəndən, həm dış evrəndən bizi çevrələmişdir. Evrəni öyrənən hər bir insan Tanrıya yaxınlaşmaqdadır, tanrılaşmaqdadır. Dini kitablarda keçən mələklər, cin bunlar irfanda yoxdur. Dinin özündə də bunlar yoxdur. Cəbrail peyqəmbəranə zəkanın adıdır, onun varlığı yoxdur. İlahi şüur axışı bir fərdin, yəni peyqəmbərin varlığında elə mərkəzləşmiş ki, onun adına cəbrail deyilir. Dini kitablarda anladılan mələklər, cin, iblis bunların hamısı rəmzdir. Olayı adi insanların anlaya bilmələri üçün istifadə edilən mifik üslubdur. Çünkü insanların olayları mif şəklində anlaya bilmələri üçün uzun tarixi təcrübələri var. İrfanda isə bunlar yoxdur. Şəmsi Təbriz deyəndəki “Hətta Hz. Məhəmməd də mənə ehtiyatla yanaşmalıdır” bəlkə adi insanlar üçün, fəqihlər üçün anlaşılmır. Həllacı da bu üzdən öldürdülər. Çünkü Tanrısal iç şüur axışı Həllacda da mərkəzləşmişdi. Şəmsi Təbrizdə də. Bu mərkəzləşmənin iki nədəni var. Birincisi axışın özünün bəlli bir iç məkan seçməsidir, yəni tanrısal axış bir fərdin içini genişlədib orada özünə yer edir. İkincisi də o fərdin bu axışa uyğunlaşma çabasıdır. Bunlar ikisi bir yerdə olanda Şəmsi Təbriz kimi ərdəmlilər meydana çıxır. İrfandakı zaman fəlsəfəsi də fərqlidir. İrfan eyitimində zaman insan şüurunun oluşması və yaradıcı səviyəyə çatmasıdır. İndiki toplumsal statusumuzu siyasi islam elə bərbad etmiş ki, irfanın barış və mutluluq çağrıları eşidilmir. Bütün təbliğatlar, kitablar, televizion və radio irfana qarşı təbliğat aparır. Xəyal dünyası çox geniş olan zavallı gəncləri cənnət umidi ilə aldadıb savaş meydanlarında ölümə göndərirlər. İrfanda isə cənnət-cəhənnəm deyə bir şey yoxdur. Cənnət insanların içindəki ümidin və cəhənnəm isə insanların içindəki qorxu instinktinin yaratdığı psixoloji bir olqudur. Bu günkü rejimin quruluş fəlsəfəsi də bu yalanlar üzərində qurulubdur. İnsanlar nə yazıq ki, öz ağıllarını tam olaraq qullana bilmirlər. İnsanları kütlə şəklində aldatmaq çox rahatdır. Ona görə də bunlar fərdiliyə və fərdiyətçiliyə qarşıdırlar. Ancaq irfan hər bir fərdə təməl haq və özgürlükləri tanımaqdadır. Nədən? Çünkü müstəqil bir insanı kütlələşdirmək, sürüləşdirmək olmaz. Ancaq öz əqli istiqlalını əldə etməmiş fərdlər kütlələşmək zorunda qalırlar. Kütləni də yalançı din anlayışı ilə, cihad hökmləri ilə aldatmaq çox asandır. Bir sözlə irfan hər bir fərdə tanınan düşünmə azadlığıdır. Azadlıq isə çox böyük bir məsuliyət duyğusudur. İrfanda qətiyən təqlid yoxdur. Çünkü tanrı hər bir fərddə var. Hər bir fərdin içind olan tanrı zərrələri ona düşünmə səlahiyəti də tanımaqdadır. Şiə külütüründə mövcud olan təqlid müstəqil fərdləri kütlələşdirmək, onların fərdi heysiyətini və ləyaqətini məhv etməkdən başqa bir şey deyildir. Bunun islamla da heç bir əlaqəsi yoxdur. Quranda ərəb kültürünə xas olan bir sürü olaylar var. İrfan bunların hamısını ərəzi (kölgə kimi varlığı özündən asılı olmayan) olaraq qəbul edər. Yəni onlar irfan əhli olan insanı bağlamaz. Onların vaxtı keçmişdir. İrfanın Quranda önəm verdiyi qonu onun ərəblərə xitab etmədiyi, bütün insana xitab etdiyi bölümlərdir. Çünkü irfan bir millətə, bir kültürə xitab etməz. İrfanda kafir anlayışı yoxdur. İnsan var. Dinindən, inancından asılı olmayan insan var. Insan onuru, insan ləyaqəti irfanın başlıca qayəsidir. İrfan təlimində Xumeyni və Səddam eyni adamdırlar. Ikisi də savaş yanlısı olan qatillərdir. Xumeyninin irfan haqqında bilgisi var. Ancaq o bilgilər onun həyatında, davranışlarında yer etməmişdir. Bilgi az şeydir, onu tətbiq etmək önəmlidir. İnsan nəfsində iqtidar hərisliyi var. İqtidar insan nəfsini canavarlaşıdra bilir. Bu üzdən də həm Xumeyni, həm Səddam eyni tip adamlardılar.”

Ustad başqa bir sualım da var: “çağdaş Azərbaycan ədəbiyatında sizin bu görüşlərinizin yansımaları varmı?”

Şəhriyar: “Bir tək adam olmuş. O da Hüseyn caviddir. Hüseyn Cavidin həm irfan eyitimi olmuş, həm də bu mövzular üzərinə geniş təcrübələri olmuş. Yəni yazdıqlarından belə anlaşılır. Örnəyin “İblis” dram əsərində isbat edir ki, iblisin varlığı yoxdur. İblis insan nəfsindəki birləşmiş mənfi ehtiyacların, mərkəzləşmiş kötü duyğuların adıdır. İrfan da bunu deyir. Ya da “Şeyx Sən´an” əsərində Sən´an quranı boynundan açıb atır atəşin içinə. Nədən? Çünkü müqəddəs olan insan həyatıdır. Yazılı kitablar deyil. Kitablar da insana heysiyət qazandırmaq üçündür. İnsanı heysiyətsizləşdirmək üçün deyildir. Ona görə də Hüseyn Cavidi yaxşı oxuyun. Çünkü o gerçək bir sənət adamıdır həm də. İrfan öz məzmununu sənət dili ilə yaxşı anlada bilir. Hüseyn cavid bunu çox yaxşı başarmışdır. Ayrıca, Hüseyn Cavidin yaradıcılığında milli kimlik irfanla vəhdət halında meydana çıxdığı üçün çox cazibəlidir. Barış çağrışdırır.”

Nazlı: “Ustad nədən Sizin ana dilimizdə yazdığınız əsərlərin geniş miqyaslı təbliği üçün imkan yaratmırlar?”

Şəhriyar: “Qızım, siz bu farsları yaxşı tanımırsınız. Mən bunların bütün sinifləri ilə olmuşam, bütün aydınlarını tanıyıram. Onlar türk sözünü eşidəndə sinirlənirlər. Deyirlər İranda türk yoxdur. Bütün gücləri ilə türkləri bu ölkədən silib, söküb atmaq istəyirlər. Hələ aydınları belə düşünürsə, indi gör siyasiləri necə düşünər. Bu gün iqtisadi, siyasi, hərbi güc də onların əlindədir. Əllərinə fürsət düşüb və bizi əzirlər. Yəqin ki, bu zülmə qarşı gec-tez Azərbaycanda dirəniş hərəkəti başlayacaq. Azərbaycan əhalisi çox qeyrətlidir. Bu ədalətsizliyə dözməz. Sizin dördünüzdə danışdığınızda mənim diqqətimi bir şey çəkdi. Türkçəmizi çox gözəl danışırsınız. Danışdığınız kimi yazsanız da bizim nəsr ədəbiyatımızda gəlişər.”

Yağmur: “Bəli Ustad, bəzi mövzularda yazırıq.”

Şəhriyar: “Mən nəsr yaza bilmirəm. Yazmaq istəyirdim, qoymadılar.”

Şəhriyar bu sözləri deyərkən yenə də kövrəldi və:

“Anamdan, nənəmdən, ağsaqqallardan eşitdiyim nağıllar əsasında roman yazmaq istəyirdim. Dilimizdə nəsr yazmaq fürsətini bizə tanımadılar. O qədər ədəbi yaradıcılıq içimdə dəfn oldu ki. Siz çox gəncsiniz və bir də tanınmırsınız. Tanınmış olsanız sizləri də əziyət edərlər. Qoymazlar ana dilinizdə yazasınız. “Heydər babaya salam” əsərinə görə məni çox incitdilər. Kimsə bilmir bunları. Həm incitdilər, həm də sosial imkanlardan məhrum etdilər. Ancaq mənim milli vicdanım o əsərləri yazmağa əmr çıxarməşdı öz içimdə. Mən əlimdən gələn xidməti dilimizə etdim. Bu qədərini başardım. Bəlkə ana dilmizdə az yazdım, bunun uzun səbəbləri var. Ancaq elə bir mərhələ gəlmiş ki, dilmiz nəsrdə də təcrübə qazanmalıdır. Bu nəsr və şeir haqqında sizə bəzi şeylər söyləyəcəm. Bəzi millətlər nəsrə çox gec keçirlər. Hətta bu gün də elə millətlər var ki, onların dili mənsur ədəbiyatda hələ təcrübə qazanmamışdır. Ancaq şeirdə demək olar ki, bütün dünya dillərinin təcrübəsi var. Bizim də dilimizin ən azından İran mühitində nəsr sahəsində təcrübəsi yoxdur. Çünkü şeirsiz yaşamaq olmaz. Nədən bilirsinizmi? Çünkü musiqisiz və rəqssiz yaşamaq olmaz. Bunu ən gözəl Şəmsi Təbriz anlatmışdır. Şəmsi Təbrizin eşq təsəvvüfü digərlərindən fərqlənir. Şəms elə böyük bir şəxsiyətdir ki, məsciddə yalnız moizə ilə məşğul olan Cəlaləddini Mövlana etdi. Şəms deyir ki, eşq təsəvvüfünün üç əsası var: Şeir, musiqi, rəqs. Bunlar üçü bir yerdə bir bütün təşkil edər. Şeirin içindəki vəzn və ritm rəqsdən gəlir. Sözcüklər şeirdə rəqs edirlər. Sözcüklər kimi insan da rəqs etməyi başarmalıdır. Rəqs ruhi təmizlənmənin ən kəsə və düzgün yoludur. Ancaq hansı rəqs? Orda-burda oynayıb başqalarını əyləndirmək üçün olan rəqsləri demirəm. O da yaxşıdır. Ancaq yenə də Şəms deyir ki, insan öz yalnızlığında rəqs edərkən tanrıya qovuşmağa can atır sanki. Bu rəqsin bir görücüsü var yalnız, o da tanrıdır. Çünkü insan yalnız qaldığında kötü duyğular onun içini sarar. Bu duyğular insanın içinə dolduğu zaman adam ora-burasını əlləşdirməyə başlar, ya da ora-burasını qaşımağa başlar. Ona görə uzun zaman tək yaşamış adamlar bəzən özlərini qaşıma xəstəliyinə tutulurlar. Alışarlar bu xəstəliyə özləri bilmədən. Şəms deyir ki, tənhalığı rəqs hərəkətləri ilə ortadan qaldırmaq olar. O üzdən şərqi və şeir söyləyib rəqs etmək kamilləşmə, insanın öz içində bütünləşmə yollarından biridir. Şəms bu üzdən bu gün daha çox Konyada görüntülənən “Səma´ zənlik”i sistematizə etdi. Mən uzun zaman irfanla məşğul oldum. Bu səbəbdən də öz yalnızlığımda çox rəqs etmişəm. Əgər o rəqslər olmasaydı mənim ruhum təmizlənib “Heydər baba” kimi əsərlər yaza bilməzdi. Ancaq artıq çox yaşlanmışam. Çox rəqs edə bilmirəm öz tənhalığımda. Tar çalıb muğam oxuyuram. Mərhum Əbulhəsənxan İqbal Azər yaxşı oxuyardı. Mən də ondan muğam öyrənmişdim. Ancaq İqbal Azər kimi oxuyan olmaz. Eşitmişəm Yüksəl, sən də yaxşı muğam oxuyursan.”

Ustad oğlu Hadiyə “Hadi, o setarı gətir mənə”- dedi. Setarı alıb köklədi və “Yüksəl, mən bir bayatı şiraz çalacam. Bir yerdə oxuyaq”- söylədi. Ustad setarda bayatı şiraz çalıb və öz qəzəlini oxumağa başladı:

“Çoxlar incikdi ki, sən onlara naaz eyləmisən

Mən də incik ki, mənim nazımı aaz eyləmisən.

Etmisən naazı bu viraanə könüldə sultan

Evin abaad ola, dərvişə niyaaz eyləmisən.

Hər baxışda çalıban kipriyi mizraab kimi

Bir qulaq ver, bu sınıq qəlbi nə saaz eyləmisən.

Başdan aç yaylığı, əfşan elə susən, sünbül

Sən bizim bayramımızsan, qışı yaaz eyləmisən.

Sən gün ol, qoy qəmimiz dağda qar olsun ərisin,

Mənim ancaq işimi suzogüdaaz eyləmisən.

Mən bu mə´nada qəzəl yazmağa halım yox idi.

Sən çocuq tək qocanı fırfıra baaz eyləmisən.

Kəkili başda durub bağlamısan taac kimi,

O qızıl saçdan ona güllü qotaaz eyləmisən.

Sinə bir dəşti muğandı, quzu yan-yana yatıb,

Mənim ağlar gözümü orda araaz eyləmisən.

Bu gözəllik ki, cahanda sənə vermiş Tanrı,

Hər qədər naaz eləsən eylə ki, aaz eyləmisən.

Məni bir suzilə atdın, aralandın bilirəm,

Aranı bir para namərdilə saaz eyləmisən.

Dəstəmaz eylədiyin çeşmə məsiha qanıdır,

Bilmirəm hansı klisadə namaaz eyləmisən.

Mən “əşiran” oxusam, pəncə “iraq” üstə gəzər,

Gözəlim türk olalı, tərki hicaaz eyləmisən.

Təzə şair, bu dəniz hər nə baxırsan dibi yox,

Çox uzatsan boğazı, ördəyi qaaz eyləmisən.

Bəs ki, zülfu xətu xalın qopalığın götürüb,

Zülfəlinin başını az qala daaz eyləmisən.

Gəl, mənim istədiyim kə´bə yıxılmaz, ucalar,

Başda da kəc gedəsən, dibdə taraaz eyləmisən.

Xətu xalından alıb məşqimi Quran yazaram,

Bu həqiqətlə məni əhli məcaaz eyləmisən.

Məni dan ulduzu, sən yaxşı tanırsan ki, səhər,

Üfüqü xəlvət edib razu niyaaz eyləmisən.

Şəhriyarın dağılıb, dağda daşda daldalanıb,

Özün insaaf elə Məhmudu Əyaaz eyləmisən.”

Ustad bu qəzəli “mayə-i bayatı şiraz”da oxuyub və Yüksələ “sən cavansan “bayatı isfahan” və “hüzzal” şöbələrini də sən oxu!”- dedi. Yüksəl də Ustadın setarla müşayiəti ilə yenə də Ustadın bir başqa qəzəlini bu şöbələrdə oxumağa başladı:

“Ulduz sayaraq gözləmişəm hər gecə yaarı,

Gec gəlmədədir yar, yenə olmuş gecə yaarı

Gözlər asılı yox nə qaraltı, nə də bir səs,

Batmış qulağım gör nə düşürməkdədi daarı.

Yatmış hamı, bir Allah oyaqdır, daha bir mən,

Məndən aşağı kimsə yox, ondansa yuxaarı.

Qorxum budu yar gəlməyə birdən açıla sübh

Bağrım yarılar, sübhüm açılma səni taarı.

Don ulduzu istər çıxa, göz yalvarı çıxma!

O çıxmasa da ulduzumun yoxdu çıxaarı.

Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,

Qaş böylə ağardıqca, daha qaş da ağaarı.

Eşqin ki, qərarında vəfa olmayacaqmış,

Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?

Sanki xoruzun son banı xəncərdi soxuldu,

Sinəmdə ürək varsa, kəsib qırdı damaarı.

Rişxəndilə qırcandı səhər, söylədi: durma!

Can qorxusu var eşqin, uduzdun bu qumarı.

Oldum qara gün ayrılalı, ol sarı teldən,

Bunca qara günlərdir edən rəngimi saarı.

Göz yaşları hər yerdən axarsa, məni tuşlar,

Dəryaya tərəf bəllidi çayların axaarı.

Əz bəs məni yarpaq kimi, hicrində saraldıb,

Baxsan üzünə, sanki qızıl güldü qızaarı.

Mehrabi şəfəqdə özümü səcdədə gördüm,

Qan içrə qəmim yox, üzüm olsun sənə saarı.

Eşqi var idi Şəhriyarın güllü çiçəkli,

Əfsuus qəza vurdu, xəzan oldu bahaarı.”

Ustadın və Yüksəlin səsini dərin bir ruh halı ilə dinlədik. Ustad özünü setara elə daldırmışdı ki, ruhundakı dəyişimlər sifət mimikalarında görünürdü. Yüksəl Muğamı bitirdikdən sonra Şəhriyar: “Yüksəl, sən Üzeyir Hacıbəyli məktəbini çox yaxşı mənimsəmisən. Üzeyir Hacıbəyli çox böyük iş görmüşdür musiqimizdə. Muğamata həyat duyğuları yükləmişdir. Qərb tekniklərini də çox ustaca musiqimizə gətirmişdir. Üzeyir bəy musiqi ilə bizim ruhumuza və mənəviyatımıza bir yol açmışdır. Mən Azərbaycan muğamlarını dinlərəm, ən çox da tarı, kamanı dinlərəm. Nədənsə Bakılı muğam oxuyanlar qəzəli düz oxuya bilmirlər. Qəzəli yanlış oxuduqlarında çox əsəbləşirəm. Sənin sənətin budursa, sənətini niyə yaxşı öyrənmirsən? Qəzəlin vəznini pozurlar. Füzulidən qəzəl oxuyurlar, ancaq vəzni yerində deyil. Vəzn pozuqluğunu saxta boğaz hərəkətləri ilə doldururlar. Görünür ki, orada musiqi ilə şeir arasındakı duyğu və düşüncə bağları son zamanlar qopmuşdur. Şeiri doğru oxumaq üçün mütləqa əruzu bilmək lazım deyil. Şeirin musiqisini kəşf etmək lazımdır. Yüksəl, sən də əruzu bilmirsən, ancaq şeiri doğru oxuyursan.”

Ustad çox yorğun görünürdü. Üzünü qızlara tutub “qocalmışam artıq. Bir az çox danışanda yoruluram”- dedi.

Gerçəkdən də Ustad bir az çox danışanda nəfəsi çətin gedib gəlirdi. Dördümüz də bir-birimizə baxdıq. Artıq Ustadı çox yormayalım deyə, gözlərimizlə anlaşdıq.

Nazlı: “Ustad Sizin vaxtınızı daha çox almayaq, siz də istirahət edin. Bizə izn versəniz, gedərdik.”

Şəhriyar: “Yox, xoşdur. Sizin kimi cavanlarla söhbət edəndə əhvalım yaxşılaşır. Mən ömrüm boyu belə söhbətlərə həsr etmişəm həyatımı. Sizlər yaxşı gənclərsiniz. Tanrı sizin kimi cavanları bu millətə çox görməsin. Çalışın yaxşı yerlərə yüksəlin, dilimizi, kimliyimizi unutmayın. İnsan öz millətinə xeyir verdiyi dərəcədə vicdanı rahatlayır, təmiz bir həyat sürür. Kiçik işlərlə məşğul olub tərəqqi yolunuzu tixamayın. Böyük hədəflər arxasınca gedin.”

Dördümüzdə ayağa dorduq. Şəhriyar bizi yola salmaq üçün ayağa qalxmaq istədi. Əlimizi çiyninə qoyub: “Ustad lütfən, siz qalxmayın biz gedərik. Hadi bəy bizi yola salacaq.”- dedik.

Şəhriyarla, o mənəviyat heykəli ilə görüşüb ayrıldıq. Bilməzdik Ustadla bu bizim son görüşümüz olacaqmış.