azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

11 Şubat 2009 Çarşamba

ƏHMƏDİNEJAD «AMERİKAYA ÖLÜM» ŞÜARYILA KEÇİRİLƏN AKSİYADA AMERİKA İLƏ DANIŞIQLARA HAZIR OLDUĞUNU DEYİB

ƏHMƏDİNEJAD «AMERİKAYA ÖLÜM» ŞÜARYILA KEÇİRİLƏN AKSİYADA AMERİKA İLƏ DANIŞIQLARA HAZIR OLDUĞUNU DEYİB

Fevralın 10-da İran prezidenti Mahmud Əhmədinejad islam inqilabının 30-cu ildönümü münasibəti ilə Tehranın Azadlıq meydanında keçirilən mərasimdə çıxış edərək ABŞ prezidenti Barak Obama ilə danışıqlara hazır olduğunu deyib.

Bəzi aksiyaçılar meydana «Amerikaya ölüm», «İsrailə ölüm» şüarları yazılmış plakatlarla gəlib. Aksiyaya İran İnqilab Keşikçiləri Korpusunun («Sepah»), «Bəsic» (hökumət tərəfdarı olan könüllülər dəstəsi) təşkilatının üzvləri, İran-İraq müharibəsində həlak olmuş əsgərlərin ailələri, hökumət rəsmiləri, ruhanilər və məktəblilər qatılıb.

«Media forum» saytının məlumatına görə, çıxışında ABŞ-ın keçmiş prezidenti Corc Buşun cəzalandırılmasını tələb edən Əhmədinejad yeni prezident Barak Obama ilə ədalətli danışıqlar aparmağa hazır olduğunu bildirib: «ABŞ-ın yeni prezidentinin dəyişikliklərlə bağlı verdiyi vədlər, taktiki yox, əsaslı və həqiqi dəyişikliklər olmalıdır».

İranın artıq bir fövqəldövlətə çevrildiyini vurğulayan Əhmədinejad ölkənin hər hansı bir xarici təhdiddən vahimələnmədiyini bildirib: «İran həqiqi bir fövqəldövlətə çevrilib və başı üzərində gəzən hər hansı bir təhdidin kölgəsi həmişəlik aradan qaldırılıb. Ölkəmizin ədalətli bir fövqəldövlətə çevrilməsinə baxmayaraq İran özünü bütün xalqların dostu sayır və heç bir xalqın torpağında və mənafeyində gözü yoxdur».

Əhmədinejad dünyanın artıq məntiq və dialoq mərhələsinə yaxınlaşdığını vurğulayıb: «Dünya məntiq, dialoq və təfəkkür mərhələsinə daxil olmaq ərəfəsindədir. Mən uca səslə bildirərəm ki, quldurluq və hegemonluq dövrü artıq başa çatıb».

İran İslam İnqilabının tarixi 1978-ci il yanvarın 8-dən, şah rejimi əleyhinə Qum şəhərində düzənlənən etiraz aksiyasından hesablanır. Həmin etiraz aksiyasının başlanmasına hökumət qəzetlərinin birində dərc edilən məqalədə ayətullah Xomeyninin təhqir edilməsi səbəb olub.

Qanla yatırılan, bir neçə nəfərin həlak olması ilə bitən bu aksiyanın 40-cı günündə Təbrizdə böyük üsyan qaldırılır. Bir neçə gün davam edən üsyanda Təbrizdə bütün hökumət bankları və idarələri yandırılır. Ardınca hökumətə qarşı etirazlar ölkənin hər yerini bürüyür və günü-gündən genişlənir. 1979-cu ilin əvvəllərində Məhəmmədrza Şah Pəhləvi sivil müxalif Şapur Bəxtiyarı baş nazir təyin edərək hakimiyyəti ona verir və ölkədən qaçır.

Fevralın 1-də 15 il əvvəl Bağdada sürgün edilmiş ayətullah Ruhullah Xomeyni Parisdən Tehrana gəlir. İnqilabın qələbə günü sayılan 22 bəhmən (10 fevral) günündən bir neçə gün əvvəl şah rejiminin qatı müxalifləri olan İran Xalq Fədai Partizanları Təşkilatı və İran Xalq Mücahidləri Təşkilatının silahlı üzvləri keçmiş rejimin bütün idarə və qurumlarına silahlı basqınlar edərək onları ələ keçirir. Fevralın 9-da ordu inqilabçılara təslim olur və bununla da inqilab qalib gəlir.
mediaforum

Hiç yorum yok: