azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

11 Şubat 2009 Çarşamba

NAXÇIVANDA İSLAM İNQİLABI?!

NAXÇIVANDA İSLAM İNQİLABI?!
İran hakimiyyətinə müxalif sayt sensasion xəbər yayıb
Amerikada fəaliyyət göstərən qrupun saytında deyilir ki, bu iş üçün muxtar respublikaya xüsusi agent göndərilib



“İran Azərbaycanda, habelə Naxçıvan Muxtar Respublikasında dini fundamentalizm yayır və İslam inqilabı üçün zəmin hazırlayır”. Bu barədə iddia Amerikada fəaliyyət göstərən iranlı müxalif qrupun saytında yerləşdirilmiş xəbərdə yer alır. “ncr-iran.org” saytının xəbərində bildirilir ki, Mərkəzi Asiya respublikalarında İslam inqilabını yaymağı özünün dövlət siyasətinin bir hissəsi hesab edən İran bununla strateji əhəmiyyətli regionda öz mövqelərini gücləndirmək istəyir. Bildirilir ki, İran dini fundamentalizm yaymaq üçün Naxçıvanda da xüsusi fəallıq göstərir. Bölgənin əhalisi əsasən şiələrdir.
“Rejimin Naxçıvandakı Təbətəbati adlı konsulu səfir Nasir Həmidi Zare ilə işləyir və onun siyasi, diplomatik himayəsi altındadır. İran hakimiyyətinin Naxçıvandakı agentlərindən biri olan Mustafa Quluzadə bir il əvvəl dini seminarlar təşkil etmək üçün bölgəyə göndərilib. O, hazırda Naxçıvanda dini seminariyanın tələbələri qarşısında mühazirələr oxuyur. Naxçıvandakı missiyası haqda danışan Quluzadə deyib ki, kiçik şiə bölgəsində şiə mədəniyyətini və əqidəsini yaymaq üçün bütün resurslardan istifadə olunmalıdır. O, dini təbliğat üçün İrandan kitablar və digər materiallar gətirilməsini təşkil edir. O təklif edir ki, Naxçıvandan tələbələrin təhsil almaq üçün İranın Qum şəhərinə göndərilməsi də təşkil olunmalıdır”.
Qeyd edək ki, sözügedən sayt bundan əvvəl də İranın Azərbaycanda dini fundamentalizm yaymaq yönündə fəaliyyətləri haqda yazıb. İran hakimiyyətinə müxalifətdə olan və Amerikada fəaliyyət göstərən qrupun bu məlumatlarının nə dərəcədə səhih olduğu məlum deyil.
Siyasət şöbəsi
musavat

Hiç yorum yok: