azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

11 Şubat 2009 Çarşamba

"İranın ən çox qorxduğu Qorbaçov fiqurudur"

"İranın ən çox qorxduğu Qorbaçov fiqurudur"

Nyu-York Tayms: ""Qərbin maraqlarına uyğun olan odur ki, Əhmədinejad ikinci dəfə prezident seçilə bilməsin"
"Nyu-York Tayms" qəzetindəki məqaləsində Rocer Koen yazıb ki, İranın ən çox qorxduğu Qorbaçov fiqurudur. Onun fikrincə, İran rejimin daxilindən bir nəfərin çıxmasından və Qərblə qarşıdurmaya son qoymaq adıyla inqilabın yaratdıqlarını məhv etməsindən qorxur. Ancaq İran göründüyü qədər sadə bir ölkə deyil, Tehran maskasını çıxarmaq yoluyla gedib öz mürəkkəbliyini göstərir: "1997-ci ildə prezident seçilən islahatçı Məhəmməd Xatəmini bir vaxtlar İranın "Qorbaçovu" kimi görənlər vardı.

Turqut
Amma onun 8 illik hakimiyyəti bir çox iranlıların ümidlərini doğrultmadı. Sonda Xatəmi geri çəkildi, 1999 və 2003-cü illərin tələbə etirazları genişlənmədi. İqtisadiyyatda liberal islahatlar aparmaq və dialoq Xatəminin ideyalarını səciyyələndirən iki əsas amildir. İndi neft qiymətlərinin düşməsi fonunda İran iqtisadiyyatı ciddi problemlər yaşayır. Hazırkı prezident Mahmud Əhmədinejadın idarəçiliyi kəskin tənqid olunur. Belə bir vəziyyətdə Xatəmi elan edib ki, "azadlıq, müstəqillik və ədalət üçün tarixi ehtiyac" onu prezidentliyə namizədliyini irəli sürməyə vadar edib. Xatəminin əsas rəqibi elə Əhmədinejad olacaq. Son illər İranın nüvə proqramının sürətlə inkişaf etdiyi və Əhmədinejadın populist çıxışları böyük rezonans doğurduğu üçün onun namizədliyi ali dini lider Xameneyinin ürəyincədir. Bir fərziyyə odur ki, Əhmədinejad özü Amerikanın yeni prezidenti Obamanın uzatdığı "dialoq əli"ni sıxacaq, amma məsələ burasındadır ki, islam inqilabının yetirməsi olan Əhmədinejad inanır ki, İran yox, ABŞ-ın özü çökəcək. O inanır ki, kommunizmin ardınca kapitalizm də tarixin zibilliyinə atılmağa məhkumdur". Daha sonra Rocer Koen bildirir ki, Əhmədinejadın sərt xətdən imtina edəcəyinə inanmır: "Qərbin maraqlarına uyğun olan odur ki, Əhmədinejad ikinci dəfə prezident seçilə bilməsin. Bunu bilən Əhmədinejad daha çox konfrantasiyaya gedir və xal yığır".

Hiç yorum yok: