azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

11 Şubat 2009 Çarşamba

İSRAİLDƏ SEÇKİLƏRİ KİM UDDU?

İSRAİLDƏ SEÇKİLƏRİ KİM UDDU?
Parlamentdə müharibə partiyalarindan ibarət koalisiyanin yaranacaği gözlənilir



Dünən İsraildə parlament seçkiləri keçirilib. Qəzzada aparılan qanlı hərbi əməliyyatlardan sonra İsraildə seçkilərin nəticələrinə beynəlxalq diqqət daha da artıb. Çünki bir çox ekspertlər hesab edirdilər ki, bu əməliyyatlar seçkilərdə hakim partiyanın qələbəsini təmin etməyə hesablanıb. Seçkilərə az qalmış keçirilən ictimai rəy sorğuları göstərirdi ki, hakim "Kadima" partiyası seçkiqabağı reytinqinə görə inamla sağçı müxalif "Likud" partiyasına yaxınlaşmaq üzrədir. Sol mərkəzçi "Əmək" partiyası ilə "Yurdumuz İsrail" adlı ifrat sağçı qüvvə isə üçüncü yer uğrunda mübarizə aparırdılar.

Yeni baş nazir vəzifəsi uğrunda yarışda favorit Benyamin Netanyahu hesab olunurdu, lakin son ictimai rəy sorğuları onunla "Kadima" partiyasının lideri xanım Tsipi Livni arasında kəskin rəqabət olacağını düşünməyə əsas yaradıb. Bununla belə, Livni Netanyahunu qabaqlasa da, sorğulara görə, Knessetdə, yəni, parlamentdə, çox ehtimal ki, sağçı partiyalar üstünlük təşkil edəcək. Belə halda isə Tsipi Livni üçün koalisiya hökuməti yaratmaq çətin olacaq. Qəzza zolağındakı son münaqişədən sonra bir çox israillilər onlar üçün başlıca məsələnin təhlükəsizlik olduğunu deyirlər. Onlar sülh prosesinə və fələstinlilərə inanmadıqlarını söyləyirlər. Belə bir şəraitdən isə millətçi "Yurdumuz İsrail" partiyasının lideri, tez-tez anti-ərəb ritorikası ilə çıxış edən, hətta Qəzzaya nüvə bombası atmağı təklif edən Libermanın faydalana biləcəyi zənn olunurdu.

Əgər Libermanın partiyası üçüncü yeri tutsa, o zaman hakim koalisiya “Yurdumuz İsrail” partiyasının iştirakı olmadan qurmaq çətin olacaq. Liberman isə koalisiyaya ancaq bir şərtlə daxil ola bilər - müdafiə naziri postu ona verilsə. Bu baxımdan ekspertlər İsraildəki seçkilərin Yaxın Şərqdə onsuz da düyünə düşmüş sülh prosesi üçün yaxşı heç nə vəd etmədiyini deyirdilər. Problem həm də ondadır ki, Libermanla nə iqtidar, nə də müxalifət partiyalarının münasibətləri yaxşı deyil. Hökumət ona qarşı korrupsiya ittihamı ilə bir neçə cinayət işi qaldırıb. Mətbuat onu daim tənqid edir. Ancaq buna baxmayaraq, Libermanın reytinqi heç vaxt olmadığı qədər artıb. Gözlənilir ki, seçkilərin nəticələrinin açıqlanması və koalisiyanın formalaşdırlması bir neçə həftə vaxt aparcaq.

Hiç yorum yok: