azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

11 Şubat 2009 Çarşamba

Avropa Şurası üzv dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir

"Avropa Şurası üzv dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir"

Terri Devis: "Bunun Moldova, Kipr, yaxud Azərbaycan olduğunu nəzərə almadan..." Avropa Şurasının Baş katibi Terri Devisin "Day.Az"a müsahibəsini Azərin tərcüməsində oxucularımıza təqdim edirik - Cənab Devis, Siz Azərbaycandakı siyasi durumu, o cümlədən ölkədə söz və fikir azadlığı ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? - Düşünürəm ki, seçki prosesinin təkmilləşdirilməsi və demokratiya sahəsində müəyyən irəliləyişlər nəzərə çarpır. Mən söz azadlığı və mətbuatla bağlı vəziyyətdən narahatam. Demokratiya söz və mətbuat azadlığından asılıdır. Mən həmçinin Azərbaycanda bəzi jurnalistlərə edilən təzyiqlərdən narahatlıq keçirirəm. - Azərbaycan prezidenti bəyan edib ki, bir şəxsin iki dəfədən artıq dövlət başçısı seçilməsinə məhdudiyyət qoyan müddəanın Konstitusiyadan çıxarılması demokratiyanın sərhədlərinin genişləndirilməsinə xidmət edir. O, eyni zamanda Qərbi Azərbaycanda keçiriləcək referenduma münasibətdə ikili strandartlardanq çıxış etməkdə günahlandırıb. Sizin bu məsələyə münasibətiniz necədir? - Hesab edirəm ki, Konstitusiyaya düzəlişlər edilməsi və ümumxalq səsverməsinin keçirilməsi doğru addımdır. Ancaq düşünmürəm ki, referendumun keçirilməsi üçün tələsmək lazım idi... Azərbaycanın Avropa Şurasının ekspertlərinin tövsiyyələrinə diqqət yetirməməsindən təəssüflənirəm. - Azərbaycan Konstitusiyasına digər düzəlişlərin edilməsini, həmçinin şəxsin iradəsinin əleyhinə olaraq səsyazmanın, eləcə də foto və videoçəkilişlərin qadağan olunmasıyla bağlı əlavəni necə şərh edərdiniz. Avropa Şurası bu müddəanın referendumun gündəliyindən çıxarılması üçün Azərbaycana təsir göstərə bilərmi? Bir tərəfdən şəxsi həyat hüququnun toxunulmazlığıyla, jurnalistin öz şəxsi həyatıyla diqqət çəkən bu və ya digər siyasətçinin, yaxud ictimai xadimin hərəkətlərini şərh etmək hüququ arasında balansı qorumaq lazımdır. Təklif olunan məhdudiyyət Azərbaycanın Avropa Şurasına üzvlükdən sonra qoşulduğu İnsan haqlarıyla bağlı Avropa Konvensiyasına uyğun gəlməyə bilər. Konstitusiyaya əlavə və dəyişikliklər zamanı balansın təmin edilməsi çox vacibdir və mən bununla bağlı narahatlıq keçirirəm. Əgər Azərbaycan hakimiyyəti referendumun gündəliyini təsdiq etməmişdən öncə tövsiyyə üçün bizə müraciət etsəydi, o zaman diqqəti Kütləvi İnformasiya Vasitələrinin azadlığı haqqında deklorasiyaya yönəldərdik, xüsusilə də siyasətçilərin və ictimai xadimlərin şəxsi həyatlarının toxunulmazlığı məsələsində... Bu sənəd Azərbaycan da daxil olmaqla bütün üzv dövlətlərin nazirləri tərəfindən qəbul olunub. Təəssüf ki, Azərbaycan hökuməti referendumla bağlı qərar verməkdə tələsdi və bizə mövcud uyğunsuzluğa diqqət çəkməyə imkan yaratmadı. - Avropa Şurasının Ermənistan-Azərbaycan münaqişəsilə bağlı mövqeyi necədir? Necə hesab edirsiniz, bu münaqişə hansı prinsip əsasında həll olunmalıdır - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, yaxud xalqların öz müqəddaratını təyinetmə prinsipi müstəvisində? Qeyd edə ki, Siz müsahibələrinizin birində Dağlı Qarabağın işğal edilmiş Azərbaycan torpağı olduğunu bildirmisiniz... - Təkcə bu münaqişə ilə deyil, digər problemlərlə də bağlı Avropa Şurasının mövqeyi hər kəsə aydın olmalıdır. Biz hesab edirik ki, beynəlxalq və daxili münaqişələr sülh yoluyla həll edilməlidir. Həm Azərbaycan, Həm də Ermənistan Avropa Şurasına üzv qəbul olunan zaman bu yanaşmanı təsdiqləyiblər. Dağlıq Qarabağla əlaqədar Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını tamamilə başqa bir təşkilatın strukturu olan ATƏT-in Minsk qrupu həyata keçirir. Biz də öz növbəmizdə Minsk qrupunun işinə mane olmamağa çalışırıq. Hesab edirik ki, müəyyən irəliləyişlərə nail olunub. Göründüyü kimi Azərbaycan və Ermənistan prezidentləri görüşürlər və dialoqu dəstəkləyirlər. Ümid edirəm ki, bu görüşlər yaxın gələcəkdə münaqişənin həlli ilə nəticələnəcək. - Siz Avropa Şurasının ikili standartlardan çıxış etməsi barədə fikirlərlə razısınızmı? Gürcüstanın ərazi bütövlüyü məsələsində Qərb birmənalı mövqedən çıxış edir, öz müqəddaratını təyinetmə prinsipini ümumiyyətlə yaxına buraxmır. Azərbaycana gəldikdə isə həm ölkənin ərazi bütövlüyünü dəstəkləyir, həm də paralel olaraq xalqların öz müqəddaratını təyinetmə prinsipinə istinad edir. Bu ikili yanaşmanı nə ilə izah edərdiniz? - Heç bir ikili standart siyasəti yoxdur. Mən Avropa Şurasının ayrı-ayrı ölkələrə münasibətdə ikili standartlardan çıxış etdiyini deyə bilmərəm. Avropa Şurası hər zaman öz üzvlərinin ərazi bütövlüyünü dəstəkləyib. Bunun Moldova, Kipr, yaxud Azərbaycan olduğunu nəzərə almadan... Mən Azərbaycanın Ermənistandakı çətinliklərə diqqət yönəltməkdə davam etməsinə, Ermənistanın da eyni mövqeli yanaşmasına təəssüflənirəm. Reallıq bundadır ki, Azərbaycan da, Ermənistan da kamilləşməlidirlər. Belə bir məsəl var: "Özgənin gözündə çöpü seçir, öz gözündə tiri görmür". Çox istərdim ki, Ermənistan və Azərbaycan öz problemlərinin həlli, demokratik standartların inkişafı və insan hüquqlarının təminatı ilə məşğul olsunlar. Mən eyni zamanda bölgədə səslənən millitarist bəyanatlardan əndişələnirəm.

Hiç yorum yok: