azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

9 Şubat 2009 Pazartesi

İslam inqilabının 30 ili: Güney Azərbaycan nə qazandı?

İslam inqilabının 30 ili: Güney Azərbaycan nə qazandı?

Bu il İran islam inqilabının 30 ili tamam olur. İnqilab baxımından olmasa da, İranda yaşayan 35 milyon Güney Azərbaycan türkünün taleyi baxımından bu tarix maraqlıdır.
İstər inqilab zamanı, istərsə də İran-İraq müharibəsi ərzində Güney Azərbaycan türkləri aparıcı rol oynasalar da, nəticə etibarı ilə onlar milli və insani haqları baxımından heç nəyə nail ola bilmədilər.
Yeni dini hakimiyyət hakimiyyətdən saldığı şahlıq rejiminin milli zülm siyasətini davam etdirərək nə türk dilində məktəb, nə qəzet, nə də jurnal açılışına icazə verdi. Əksinə İran inqilabının sütunu olan Şəriətmədari kimi milli düşüncəyə malik nəhəng miqayslı türk din insanlarını sıradan çıxardı. Rəsmi Tehran bütün gücü ilə Güney Azərbaycan tüklərini millət olaraq kütləvi savadsızlığa məhkum etdi və Güney Azərbaycan türkləri yer üzündə bəlkə də yeganə toplumdur ki, ana dilində savad almaqdan məhrumdur.
Ystəlik, Azərbaycan dövlət olaraq formalaşdıqdan sonra İran Güney Azərbaycan türklərilə yanaşı Azərbaycan dövlətinə də təzyiqlərə başladı. Azərbaycan jurnalistlərinin "niyə türk dilində məktəblər açılmasına icazə vermirsiniz" sualına İran rəsmiləri həmişə "onlar özləri bunu istəmir" kimi millətə həqarət olan bir cavab verdilər.
Az qala 15 ildən artıqdır ki, Güney Azərbaycan türkləri və o cümlədən, ziyalıları ana dilində tədris məsələsilə bağlı İran Konstitusiyanın tələbi olan 15-ci maddənin tətbiqinə dair rəsmi Tehrana müraciətlər edir, amma min kilometrlərlə uzaqdakı Fələstin ərəblərinin hüquqlarını müdafiə edən rəsmi Tehran öz ölkəsinin içində vətəndaşlarının haqları barədə eşitmək istəmir.
Milli haqları uğrunda mübarizə aparan Güney Azərbaycan türkləri kütləvi şəkildə həbslərə məruz qalırlar, bu insanlara İranda "növbətçi ittiham" kimi tanınan "dövlət əleyhinə təbliğat, milli təhlükəsizliyi pozmaq" kimi ittihamlar irəli sürürlər. Minlərlə Güney Azərbaycan türkünün həbsi, Güney Azərbaycan Milli Hərəkatının ünlü simalarından Qulamza Əmani, qardaşları Kərim və Cəfərin şəxsində siyasi qətllər, milli məfkurəli qəzet və jurnalların bağlanması, Güney Azərbaycan milli tarixi abidələrinin dağıdılması, millətin təhqirə məruz qalması kimi mənfi proseslər adi hal alıb.
Hələlik Güney Azərbaycan türklərinin İranda durumu belədir, gələcək nə göstərəcəksə, onu da görəcəyik."Turan"

Hiç yorum yok: