azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Mayıs 2009 Cumartesi

Ərdoğan: “Lazım gəlsə, 40 min ermənini Türkiyədən çıxararıq”

“Azərbaycanla Ermənistan arasındakı problem istər-istəməz bizə də təsir göstərən bir məsələdir”.


“Türkiyə-Ermənistan əlaqələri heç bir amillə bağlılığı olmayan əlaqələr deyil. Bölgə ilə əlaqəli məsələlər var. Bunları yox saymaq mümkün deyil. Azərbaycanla Ermənistan arasındakı problem istər-istəməz bizə də təsir göstərən bir məsələdir”.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Polşaya səfəri zamanı Varşavada tələbələrlə görüşündə deyib. O bildirib ki, hazırda Türkiyənin Ermənistandan əsas tələbi bu ölkənin öz qoşunlarını Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkməsidir: “Bunun qərarını biz verməmişik, BMT verib. Bu qərara əsasən Ermənistan orada işğalçı olduğunu qəbul edib. Bunu qəbul etmisənsə, oradan çəkil. Oralar işğal edildiyi üçün Türkiyə Ermənistanla sərhəd qapısını bağlayıb. Səbəb-nəticə əlaqəsi var. Səbəb aradan qalxanda qapı da açılacaq”.
R. T. Ərdoğan Türkiyədə 40 min Ermənistan vətəndaşının qeyri-leqal yaşayıb-işlədiyini də xatırladıb: “Niyə bunlar bizim ölkəmizə gəliblər? Çünki Ermənistanda böyük səfalət var. Onlar hazırda bizim ölkəmizdə özlərini dolandırmaq üçün çalışırlar. Lazım gəlsə, geri göndərərik, amma bunu insani baxımdan düzgün saymırıq”.

Türkiyə-Ermənistan təmasları Qarabağ ermənilərini narahat edir

Türkiyənin Hüriyyət qəzeti mayın 14-də özünün internet saytında, Dağlıq Qarabağ ermənilərinin Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına doğru səyləri narahatlıqla izlədiklərini yazır. Verican Ziflioğlunun yazdığı həmin məqalənin xülasəsini diqqətinizə təqdim edirik:
Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırlmasına yönəlmiş yol xəritəsi təkcə Azərbaycanda yox, həm də onun Dağlıq Qarabağ bölgəsindəki ermənilər arasında suallar yaradıb.
Burada Yerevanın atdığı bütün addımlar diqqətlə izlənilir.

Hüriyyətə əsasən, Stepanakert Mətbuat Klubunun rəhbəri və tanınmamış Dağlıq Qarabağın parlamentinin müstəqil deputatı Keqam Bağdasaryan separatçıların rəhbərliyinin Türkiyə və Ermənistan arasında barışıq prosesini dəstəklədiyini deyir. Lakin Xankəndi regionun maraqlarını nəzərə almayan hər hansı razılaşmaya qarşıdır. Bağdasaryanın sözlərinə görə, “son sözü Ermənistan yox, Dağlıq Qarabağ Respublikası deməlidir.”

“Qarabağ ictimaiyyəti Ermənistanla hərbi və strateji əməkdaşlığı davam etdirmək istəyir. Lakin biz hər hansı çözümdə əsas rol oynamalıyıq və dünya bunu bilməlidir,”deyir Bağdasaryan.

Ermənistan dəfələrlə deyib ki, Dağlıq Qarabağ məsələsində geri çəkilməyəcək. Lakin Bağdasaryan buna şübhə edir:

“Məncə, Türkiyə ilə Ermənistan arasındakı danışıqlarda Dağlıq Qarabağ əsas yer tutur. Amma unutmaq olmaz ki, Dağlıq Qarabağ bu zaman hansısa, öncədən masaya qoyulan şərtə çevrilməməlidir.”

Bağdasaryan hesab edir ki, Türkiyə həmişə Azərbaycanın dediyi ilə oturub-durmamalıdır. Öz maraqlarını əsas götürərək, lazım bildiyi, realistik addımlardan çəkinməməlidir.

Bağdasaryan Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll ediləcəyinə nikbin baxmır. O ATƏT-in cəhdlərini müsbət qiymətləndirsə də, müəyyən tənqidi baxışlar da səsləndirir:

“Öz müqəddəratını müəyyən etmək hüququna hörmət edilməlidir. Bu istiqamətdə də addımlar atılmalıdır. “

Keqam Bağdasaryan, Dağlıq Qarabağın Azərbaycandan müstəqil olmaq istəsə də, ATƏT-in əsas prinsplərdən birinin üzv dövlətlərin ərazi bütövlüyünə hörmət olduğunu da başa düşdüyünü bildirir.

15 Mayıs 2009 Cuma

BƏS YOL XƏRİTƏSİ NECƏ OLACAQ?

Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan Bakıda könlümüzü aldı, eşitmək istədiyimiz açıqlamaları dilə gətirdi. Ancaq “Türkiyə ilə Ermənistan arasındakı münasibətləri nizamlamağı hədəfləyən yol xəritəsi nə olacaq sualı da aktuallığını itirməyib.

Əlbəttə, Ərdoğanın Bakıda dəfələrlə səsləndirdiyi “Dağlıq Qarabağda işğal ortadan qalxmayınca Ermənistanla sərhədi açmayacağıq” açıqlaması çoxlarımızı məmnun edib. Ancaq Ərdoğan nə qədər böyük səlahiyyət sahibi olsa da, Ankara tək baş nazirdən ibarət deyil. İrəvanda futbol matçını seyr etməklə Ankaranın Ermənistan siyasətinə önəmli rəng qatan prezident Abdulla Gül və “bütün qonşularla sıfır problem” siyasətinin baş memarı sayılan xarici işlər naziri Əhməd Davudoğlu da, görəsən, Ərdoğanın fikirlərini bölüşürlərmi?

Ərdoğan Azərbaycan torpaqlarının işğalı faktını arxa plana keçirmədiyini israrla vurğuladı. Məsələ bundadır ki, keçmiş xarici işlər naziri Əli Babacan Ermənistanla təmaslarda Azərbaycan torpaqlarının işğaldan azad olunmasını ilkin şərt kimi gündəlikdə qalıb-qalmadığına dair açıq fikir söyləmirdi. Yol xəritəsinin iki maddəsindən danışılırdı. Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımalı və sözdə soyqırımın araşdıracaq ortaq tarix komissiyasının yaradılmasına yaşıl işıq yandırmalıydı. Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı üçüncü önəmli şərt isə Türkiyə Xarici İşlər Nazirliyinin internet saytından çıxarılmışdı. Babacan həm özünün, həm də o zaman müşavir postunda çalışan Davudoğlunun sxemi üzrə hərəkət edirdi.

Ərdoğanın Bakıdakı açıqlamalarını əlimizdə rəhbər tutaraq “bunlar keçmişdə qaldı” desək də, ortada Ankaranın hələ imtina etmədiyi yol xəritəsi və Türkiyə-Ermənistan münasibətlərini irəli aparmaq istəyən Davudoğlu var. Buna baxmayaraq Ərdoğanın Bakıdakı aydın açıqlamalarından sonra Davudoğlunun Ermənistan siyasətiylə bağlı elə böyük seçimi də qalmayıb.

İki mümkün yol görünür.

Birinci yol: Ankara İrəvanla müzakirə etdiyi yol xəritəsinə Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunması şərtini əlavə edir. Ancaq İrəvanın bu şərtlər altında Ankara ilə təmaslara davam edəcəyini düşünmürəm. Başda Ermənistan prezidenti Serj Sərkisyan olmaqla İrəvan rəsmiləri “Dağlıq Qarabağ problemini gündəmə gətirərlərsə, türk diplomatlarla görüş başlamamış bitər” xəbərdarlığını daim dilə gətirirlər. Demək, bu halda Ankara-İrəvan təmasları və yol xəritəsinin müzakirələri qeyri-müəyyən müddətədək təxirə salınacaq.

İkinci yol: Ankara İrəvanla təmaslara ara verməmək üçün bütün diplomatik bacarığını işə salacaq. Ərdoğan işğal amilini arxa plana keçirməyəcəyi vədi versə də, türk diplomatlar bir yolla İrəvanla dialoqu davam etdirməyə çalışacaqlar. Ancaq bu yolun da sonu birinci də olduğu kimidir. İrəvan nəticəsiz danışıqların uzanmasına şərait yaratmaz. Çünki İrəvan dialoq görüntüsünün Ankaranın işinə yaradığını anlayır. Əksinə, Ermənistan təmaslara ara verməklə Vaşinqton və Avropa Birliyinin Türkiyəyə təzyiqlərinin artacağına ümid edir. İrəvanın daha bir arzusu ondan ibarətdir ki, Qərbdən Ankaraya təzyiqlər artsa, bu duruma görə Azərbaycanın məsuliyyəti artacaq, Bakı-Ankara münasibətləri hardasa yenidən gərginləşməyə başlayacaq.

Ərdoğan və Əliyevin də etiraf etdiyi kimi, erməni dezinformasiyaları bir dəfə Türkiyə-Azərbaycan münasibətlərinin gərginləşməsində “rol” oynadı, ikinci dəfə İrəvanın ssenarilərinə qurban getmək olmaz.

Türkiyə baş nazirinin Bakıdakı açıqlamalarından sonra iki ölkə arasında daha sıx koordinasiyaya ehtiyac var. Hər iki dövlət mümkün təzyiqlərdən birgə qorunmalı və qarşılıqlı maraqlarını diqqətə almalıdır. Ankara Ermənistan siyasətində Azərbaycanın mövqeyini yenidən ön plana çıxartdısa, Bakı da Rusiya siyasətində Türkiyənin maraqlarını nəzərə almalı, neft və qaz ixracatında strateji müttəfiqinin rəyi ilə hesablaşmalıdır.




«Media forum»

AZƏRBAYCANLI FƏAL AZADLIĞA BURAXILIB

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, Ərdəbil zindanında saxlanan fəal Ramin Sadiqi Əsl 87 gün həbsdən sonra mülk girovu qoyaraq müvəqqəti azadlığa buraxılıb.

“Media forum” saytının məlumatına görə, Raminin ailəsi güney mənbələrinə həbsxana məmurlarının yalançı etiraflar almaq üçün ona müxtəlif işgəncələr verdiyini deyiblər.

Məlumatda Raminin 3 il əvvəl də Beynəlxalq Ana Dili Günü mərasimlərinə qatıldığı üçün 1 ay həbsdə yatdığı vurğulanıb.




«Media forum»

İRAN PREZİDENTLİYİNƏ AZƏRBAYCANLI NAMİZƏDİN XANIMI: “BÜTÜN SİYASİ MƏHBUSLAR DƏRHAL AZADLIĞA BURAXILMALIDIR”

Prezidentliyə namizəd, keçmiş baş nazir Mirhüseyn Musəviyə dəstək vermək üçün paytaxt Tehrana toplaşmış qadınlar mayın 14-də onun həyat yoldaşı Zəhra Rəhnəvərdlə görüşüb.

Mirhüseyn Musəvi azərbaycanlıdır. 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. İran İslam Respublikasının beşinci, eyni zamanda sonuncu baş naziridir.

“Media forum” saytının məlumatına görə, ölkənin müxtəlif bölgələrindən gəlmiş qadın hüquq fəalları hökumətin təhqiredici ayrı-seçkilik siyasətindən şikayətləniblər. Z.Rəhnəvərd deyib: “Mənim 3 qızım var. Onlar olmasaydı belə, yenə də sizin dediklərinizi bütün varlığımla dərk və hiss edərdim. Bu neçə ildə, xüsusən də son 4 ildə hökumətin qadın və gənclərlə bağlı səhv siyasəti dünyada ölkənin imicinə böyük xələl gətirib. Şəxsən Quranı tədqiq edən bir araşdırıcı kimi bildirirəm ki, islam qadın və gənclərlə belə bir tərzdə rəftar edilməsinə icazə vermir”.

Z.Rəhnəvərd küçələrdə gənc qadın və qızlara hicab məsələsi ilə bağlı kobudluq nümayiş etdirilməsini pisləyib: “Təhlükəsizlik qüvvələrinin küçələrdə qadınlara qəyyumluq etməsi və kobudluq nümayiş etdirməsi ən çirkin rəftar sayılır. Heç kimin haqqı olmamalıdır ki, hicab və geyiminə görə küçədə bir qızın qoluna qandal vurub həbsxanaya aparsın, onun şəxsiyyətinə toxunsun. Kişi və ya qadın olmasından asılı olmayaraq bütün siyasi məhbuslar, o cümlədən də məhbus tələbələr dərhal azadlığa buraxılmalıdır”.




«Media forum»

“Qarabağ probleminin sülh yolu ilə həlli mümkün deyil”

“Qarabağ probleminin sülh yolu ilə həll olunması barədə Avropa Şurasının qarşısında öhdəlik götürən partiyaları bu öhdəlikdən imtina etməlidirlər. Düzdür, bu zaman həmin partiyalar müəyyən

mənada beynəlxalq dəstəyi itirə bilər, amma belə olan halda da Avropa Şurası həmin partiyalarla əməkdaşlıq etməyə məcbur olacaq”. RİA-nın məlumatına görə, bu təkliflə Demokratiya Uğrunda İttifaqın (DUİ) təşəbbüsü ilə keçirilən Qarabağ Forumunda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxş edib.

Həsənquliyevin fikrincə, dünya birliyi Ermənistana təzyiq göstərməsə, münaqişənin Azərbaycanın maraqlarına uyğun həll olunması mümkün deyil. "Ona görə biz peşəkar ordu quruculuğunu daha da sürətləndirməliyik. Düşünürəm ki, torpaqlarımızın müharibə yolu ilə işğaldan azad olunması nə zamansa zərurətə çevriləcək", - deyə millət vəkili əlavə edib.

BAXCP sədri Qarabağ probleminin həllinə dair təkliflər paketi hazırladıqlarını, lakin bir çox müxalifət partiyalarının bu sənədi imzalamadığını deyib. “Bu da onu göstərir ki, ümumi problemlərlə bağlı da bir çox hallarda firqə maraqları öndə tutulur”, - deyə Həsənquluyev deyib.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Qarabağ problemin həlli ilə bağlı nəinki hakimiyyətlə, hətta müxalifətin daxilində də bir mövqedən çıxış etməyin problem olduğunu söyləyib. “Biz dəfələrlə bəyan etmişik ki, müxalifət bir araya gələrək hakimiyyətdən danışıqları dayandırmağı tələb etməlidir. Kim danışıqların perspektivinə inanırsa, bunu sübut etsin. Biz düşünürük ki, Azərbaycan ordusu hərbi əməliyyatlara başlamalı və beynəlxalq birliyi fakt qarşısında qoymalıdır. Yalnız bundan sonra proseslər Azərbaycanın xeyrinə ola bilər”, - deyə Akif Nağı vurğulayb.


Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu təklif edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan iqtidarı və müxali

Ria.Az

İRAN KORKU İMPARATORLUĞU

İran'da 23 yaşındaki Dilara Darabi'nin idam edildiği haberi, dünyanın dikkatinin yeniden ülkedeki insan hakları sorununa çevrilmesine neden oldu. İran’da insan hakları ihlallerinde büyük artış var
SEVDA ZENJANLI

Dilara Darabi, 17 yaşındayken işlemekle suçlandığı bir cinayet yüzünden idam cezasına çarptırılmıştı. Cinayeti işlediğine dair, daha sonra değiştirdiği kendi ifadesi dışında hiçbir kanıt bulunmayan Dilara için birkaç yıldır yürütülen kampanyalar, yetkililerin 19 Nisan Pazar günü bu idamı 2 ay için ertelediklerini ilan etmelerine neden olmuştu. Ancak bu açıklamadan sadece 19 gün geçtikten sonra Darabi'yi avukatına bile haber vermeden idam ettiler.
İran'ın da imzaladığı Birleşmiş Milletler Çocuk Hakları Bildirisi, suçun işlendiği tarihte 18 yaşından küçük olan çocuk suçlular için ölüm cezasını yasaklıyor. Buna rağmen Af Örgütü rakamlarına göre 8'i geçen yıl olmak üzere 1990'dan bu yana 42 İran vatandaşı, işlediği suçlardan ötürü reşit olmadan idam edildi.

İNTERNET ÖLÜME GÖTÜRDÜ
Bundan kısa bir süre önce, biri internet günlüğü (blog) yazarı olan üç düşünce suçlusu İran hapishanelerinde hayatını kaybetti. 29 yaşındaki webblog yazarı Ümid Rıza Mirsayafi "Dini Lidere (Hamaney) Hakaret Etmek" suçlamasıyla tutuklandı ve 18 Mart günü işkenceleriyle ünlü Evin Hapishanesi’nde öldü. Mirsayafi, internet günlüğünde yayınladığı yazıların çoğunun geleneksel Fars müziği ile ilgili olduğunu ve sadece kendi arkadaş çevresinin okuduğu özel bir alan olduğunu söylemişti.

ALKOL SATIN ALDI SUÇLAMASI
İran'ın insan hakları ihlallerinin gündeme gelmesine neden olan bir diğer gelişme de ABD-İran çifte vatandaşı gazeteci Roxana Saberi'nin 8 yıl hapis cezasına çarptırılması oldu. Evin Hapishanesi’nde açlık grevine başlayan Saberi önce sadece alkol satın almakla suçlanmış, ancak daha sonra casusluk suçlamasıyla mahkemeye çıkarılmıştı. Saberi'nin serbest bırakılması için yürütülen uluslararası imza kampanyasına katılım 27.000'i aştı.

AZINLIKLARA BASKI
Nüfusunun yarısından fazlası Fars olmayan etnik gruplardan oluşan İran'da Azerbaycanlı üniversite öğrencileri, gazeteciler ve aydınlar da mağdur oluyor. Azerbaycan kültürel kimliğini ve anadil haklarını savunanlar genellikle "Pan-Türkizm yayılmacılığı yaparak ülke güvenliğine karşı eylemlerde bulunmak" gibi suçlamalarla karşılaşıyorlar.
Farsça olmayan dillerin kullanımına büyük zorluklar çıkarılıyor. Örneğin 10 Aralık ve 2 Şubat tarihlerinde ülkenin kuzeyindeki Erdebil şehrinde, anadilde eğitim hakkıyla ilgili kültürel çalışmaları olan 6 aktiviste beşer yıl sürgünde hapis cezaları verildi. "Milli güvenlik aleyhine faaliyet etmek"le suçlanan bu kültürel aktivistlerin dördü üniversite öğrencisi, biri ise gazeteciydi. İran Anayasası’na ve uluslararası hukuk kurallarına göre bir suça iki ayrı cezanın (hapis ve sürgün) verilmesi mümkün değil ancak mahkeme "tutukluların bulundukları eyaletin güvenliğini tehdit edebilecekleri" bahanesiyle aktivistleri İran'ın 6 ayrı eyaletinin hapishanelerin gönderme kararını verdi.
İran Azerbaycanlısı gazeteci ve insan hakları aktivisti Said Metinpur, 2007 yılının Mayıs ayında gözaltına alınmış ve yaklaşık 9 ay boyunca mahkemeye çıkarılmadan sorgulanmıştı. Gözaltına alınmasına gerekçe olarak "Türkiye'deki bir insan hakları konferansına katılımı" gösterilen Metinpur 9 ay süren gözaltından sonra tam 650 bin dolarlık kefalet karşılığında geçici olarak serbest bırakılmıştı. Azerbaycanlı gazeteci, mahkemede tıpkı Roksana Saberi gibi "İran'a karşı olan ülkelerle işbirliği yapmak"la suçlanıp 8 yıl hapis cezasına çarptırıldı.

GÖZALTINDA KAYIP
İran'ın gözaltındaki aktivistlere nasıl davrandığını gösteren çarpıcı bir örnek de Ferhad Mohseni'nin durumu...Ferhad, 2008 yılının Mayıs ayında gözaltına alınmış ve 20 gün sonra işkence edilmiş cesedi Tebriz şehrindeki gölün kenarında bulunmuştu. Raporlara göre yetkililer, henüz 25 yaşındayken sorgu merkezinin hücresinde hayata gözlerini yuman Ferhad'ın ailesinin otopsi talebini reddettiler.

14 Mayıs 2009 Perşembe

İRANDA PREZİDENT SEÇKİSİ (Əsas namizədlər)

İyunun 12-də İran İslam Respublikasında prezident seçkisi keçiriləcək. 1979-cu ildə şahın devrilməsi ilə nəticələnən islam inqilabından sonra İranda yaradılan prezident postunu indiyədək altı nəfər tutub: Əbülhəsən Bənisədr (1980-1981), Məhəmmədəli Rəcai (1981), Seyid Əli Xamneyi (1981-1989), Haşimi Rəfsəncani (1989-1997), Məhəmməd Xatəmi (1997-2005) və Mahmud Əhmədinejad (2005-ci ildən prezidentdir).

İranda prezident 4 illiyə seçilir. Bir nəfər dalbadal iki dəfədən çox prezident seçilə bilməz.

İran prezidenti hökumətə başçılıq edir, vitse-prezidentləri, nazirləri təyin edir, onların istefasını qəbul və ya rədd edir, Nazirlər Kabinetinin iclaslarını keçirir, xarici ölkələrə səfirləri təyin edir, xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir, dövlət büdcəsini, parlamentin qəbul etdiyi qanunları, dövlətlərarası müqavilələri təsdiqləyir, dövlət orden və medallarını verir. Prezidentin ikinci vəzifəsi ola bilməz. O, istefaya getmək istəyəndə dini rəhbərə müraciət etməlidir. Dini rəhbər istefanı qəbul edənədək prezident öz vəzifəsində qalmalıdır. Prezident istefaya gedəndə və ya başqa səbəbdən səlahiyyətlərinin icrasını davam etdirə bilməyəndə dini rəhbərin razılığı ilə onu müvəqqəti olaraq birinci vitse-prezident əvəz edir.

Builki seçki yarışına çox namizəd qatılsa da, rəqabətin əsas beş nəfər arasında gedəcəyi gözlənir.

Bunlardan biri hazırkı prezident Mahmud Əhmədinejaddır.

Mahmud Əhmədinejad

Mahmud Əhmədinejad 1956-cı il oktyabrın 28-də Gərmsar şəhərinin Aradan kəndində anadan olub. Bir il sonra ailəsi ilə birlikdə paytaxt Tehrana köçüb. Tehranın Elm və Sənaye Universitetinin mühəndislik fakültəsini və həmin təhsil müəssisəsinin aspiranturasını bitirib. Tehran Universitetində dərs deyib.

Əhmədinejad siyasətə 1979-cu ildə qoşulub. Kürdüstan vilayətinin qubernatorunun məsləhətçisi işləyib. 1993-cü ildə mədəniyyət və təhsil nazirinin məsləhətçisi vəzifəsinə təyin olunub. Daha sonra həmin il Ərdəbil vilayətinin ostandarı (qubernatoru) vəzifəsində fəaliyyətə başlayıb.

1997-ci ildə prezident seçkisində Məhəmməd Hatəmi qalib gələndən sonra Əhmədinejad ostandar vəzifəsindən istefa verərək Tehran Universitetində müəllimliyini davam etdirib. 2003-cü ildə Tehran meri seçilib. 2005-ci ilin iyununda keçirilən prezident seçkisində mühafizəkarların əsas namizədi olub və seçki yarışını udub.

Dörd illik prezidentliyi dövründə keçmiş vədlərinin bir çoxuna əməl etməsə də, buna görə rəqiblərinin kəskin tənqidlərinə məruz qalsa da, İranın beynəlxalq aləmdən təcrid olunmasının əsas günahkarlarından biri sayılsa da, Əhmədinejadın yenidən seçilmək şansı çoxdur. Çünki ölkənin dini rəhbəri ayətullah Əli Xamneyi başda olmaqla qatı mühafizəkar ruhanilərin əksəriyyətinin, İran İnqilab Keşikçiləri korpusunun (“Sepah”) və hakimiyyət tərəfdarı olan könüllülər dəstəsi “Bəsic”in M.Əhmədinejadı dəstəklədiyi bildirilir. İranda real hakimiyyət, neft pullarına, ölkənin digər sərvətlərinə nəzarət, ordu və nəhayət, ideoloji silah isə bu qüvvələrin ixtiyarındadır.

Ancaq onu da bildirmək lazımdır ki, dini rəhbər və sözügedən başqa qüvvələr Əhmədinejadı dəstəklədiklərini açıq ifadə etməyiblər. Bununla belə, faktiki olaraq ölkənin bütün rəsmi gücü bulki seçkidə Əhmədinejadın yenidən prezident seçilməsinə yönəlib. Dolayısı ilə bu işə dövlət büdcəsindən də pulların xərcləndiyi bildirilir. Aparıcı KİV-lərin, xüsusilə radio və televiziyaların demək olar hamısı Əhmədinejadı təbliğ etməklə məşğuldur.

Seçkinin nəticələrinə müdaxilə olmayacağı təqdirdə Əhmədinejadın seçilmək şansı aşağıdır. Onun belə bir vəziyyətdə hətta ikinci, üçüncü yeri tuta biləcəyinə şübhə etmək mümkündür.

M.Əhmədinejadın əsas rəqibi keçmiş baş nazir Mirhüseyn Musəvidir.

Mirhüseyn Musəvi

Mirhüseyn Musəvi azərbaycanlıdır, Azərbaycan dilini, mükəmməl səviyyədə olmasa da, bilir. 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. İran İslam Respublikasının beşinci, eyni zamanda sonuncu baş naziridir.

1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnən Musəvi islam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub. 1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. 1989-cu ildə ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub. Nəticədə M.Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir. İngilis və ərəb dillərini mükəmməl bilir.

M.Musəvi mühafizəkarlara yaxınlığı ilə tanınan islahatçı namizəddir. Onun seçki platforması daxili və xarici siyasətdə əsaslı dəyişiklikləri nəzərdə tutur. Musəvi ölkənin mənafeyinə xələl gətirən ifratçılığın əleyhinədir. O, ölkədəki qapalılığı, şəffaflığın olmamasını, məsələn, valyuta fondunda saxlanan vəsaitin həcminin gizlədilməsini, mediaya, internetə qoyulan məhdudiyyətləri, peyk antenlərinin yasaq edilməsini, qəzetlərin bağlanmasını bəyənmir. Məhz bu səbəbdən Musəvinin ziyalılar arasında nüfuzunun olduğu bildirilir.

Prezidentliyə namizədliyini irəli sürməzdən qabaq ayətullah Xamneyi ilə görüşən M.Musəvinin seçkiyə dini rəhbərin xeyir-duası ilə qatıldığı haqda gümanlar var. Dini rəhbərin Musəvi ilə Əhmədinejad arasında rəqabətdə qalib gələcək şəxsi uduzdurmayacağını düşünənlər az deyil.

Maraqlı məqamlardan biri M.Musəvinin Mehdi Kərrubi ilə birgə komitə yaratmasıdır. Məqsəd seçkidə səslərin düzgün sayılmasına nəzarət etməkdir. “Səsləri qorumaq üçün Mehdi Kərrubi və Mirhüseyn Musəvinin seçkiyə rəhbərlik şuralarını əlaqələndirən komitə”si adlanan qurum aprelin 26-dan fəaliyyət göstərir.

Mehdi Kərrubi

Hazırda Milli Etimad Partiyasına rəhbərlik edən Mehdi Kərrubi 1937-ci ildə İranın Loristan əyalətinin Əliqudərz şəhərində anadan olub. Milliyyətcə lordur. Şiədir. İlahiyyat üzrə təhsilini Qum şəhərində alıb, burda universiteti bitirib. 1980-ci ildə Əliqudərz şəhərindən İran parlamentinə birinci dəfə deputat seçilib, sonra isə parlament sədrinin canişini işləyib. Həmin ildə İran lideri ayətullah Xomeyninin göstərişi ilə İslam İnqilabı Şəhid Fondunu təsis edib, İran Konstitusiyasının yenidən işlənməsi üzrə fəaliyyət göstərən şuranın üzvü olub.

Mübariz Ruhanilər Cəmiyyətinin üzvü olan Kərrubi sonradan bu qurumdan ayrılaraq yeni təsis edilən, nisbətən radikal təmayüllü sayılan, iqtisadiyyatın hökumətin nəzarətində olmasını istəyən Mübariz Ruhanilər Birliyinə qoşulub.

1999-cu ildə parlament seçkisinə qatılan Kərrubi İran parlamentinin sədri seçilib (Məhəmməd Xatəminin prezidentliyi dövründə).

2005-ci ildə keçirilən prezident seçkisinə qatılan Kərrubi məğlub olduqdan sonra seçkidə Əhmədinejadın xeyrinə yol verilən geniş saxtakarlıqlara etiraz olaraq tutduğu bütün vəzifələrdən, o cümlədən Mübariz Ruhanilər Birliyinin sədrliyindən istefa verərək Milli Etimad Partiyasını yaradıb.

M.Kərrubi prezident seçiləcəyi təqdirdə ölkənin iqtisadi və daxili siyasət problemlərinin həllinə önəm verəcəyini, o cümlədən vətəndaş azadlıqlarını müdafiə edəcəyini vurğulayır. Kərrubinin seçkiqabağı əsas vədlərindən biri İran İslam Respublikası Konstitusiyasının indiyədək əməl olunmayan, kağız üzərində qalan maddələrini həyata keçirəcəyi barədədir. Bu sırada Kərrubi etnik azlıqların öz ana dillərində təhsil almaq hüququnu da qeyd edir. O, prezident seçiləcəyi halda bəzi nazir postlarına xanımları təyin edəcəyinə də söz verib.

Möhsün Rzayi

M.Əhmədinejad builki seçkidə mühafizəkarların yeganə namizədi olmaq istəsə də, bu, baş vermədi. İkinci mühafizəkar namizəd də ortaya çıxdı: general Möhsün Rzayi.

M.Rzayi “Sepah”ın ilk rəhbəri olub. İslam inqilabından sonra 15 ildən çox bu quruma komandanlıq edib. Sonralar bir müddət Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri işləyib (Sistemin Məsləhətini Müəyyənləşdirən Quruma hazırda keçmiş prezident Haşimi Rəfsəncani rəhbərlik edir).

Rzayinin səsverməyə bir neçə gün qalmış namizədliyini Əhmədinejadın xeyrinə geri götürəcəyi barədə söz-söhbət gəzsə də, “Sepah”ın keçmiş rəhbəri bunu qəti təkzib edir. O, prezident postu uğrunda yarışda axıradək mübarizə aparacağını vurğulayır. Belə olduqda mühafizəkarların səslərinin parçalanacağı şübhəsizdir.

Rzayini ruhani rəhbərliyin müdafiə edib-etmədiyi bilinmir. Bu baxımdan “Sepah” kimi mühüm bir struktura komandanlıq etmiş generalın siyasi liderliyə iddiasının nədən qaynaqlandığı maraq doğurur.

M.Rzayi seçkiqabağı platformasını açıqlayarkən həmişə Əhmədinejadı tənqid edib. Əhmədinejadın prezidentliyi dövründə neftdən ölkəyə 300 milyard dollardan artıq vəsaitin daxil olduğunu bildirən Rzayi bu vəsaitin aidiyyəti üzrə xərclənmədiyini söyləyir və prezident seçilsə, həmin vəsaitin hara xərcləndiyini, itmiş pullara görə məsuliyyət daşıyanların kimliyini müəyyənləşdirib xalqa hesabat verəcəyini deyir.

Onun vədləri sırasında nazir postlarından birinə qadının təyin olunması, hərbi xidmətin 2 ildən 1 ilə endirilməsi kimi məsələlər də yer tutur.

Əkbər Ələmi

12 iyun seçkisində daha bir azərbaycanlı namizəd var: Əkbər Ələmi.

İqtisadiyyat, beynəlxalq iqtisadi əlaqələr və hüquq ixtisasları üzrə ali təhsilə malik olan Ə.Ələmi siyasətə 1979-cu il islam inqilabından əvvəl qoşulub. İnqilabdan sonra İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) Tehran bölməsində mədəniyyət və siyasət işləri üzrə məsul olub. Tehran aeroportunun mühafizə xidmətinə başçılıq edib. 33 ay hökumət tərəfdarı olan könüllülər dəstəsinin - "Bəsic"in üzvü kimi İran-İraq müharibəsində vuruşub. Cəbhədə bir neçə dəfə yaralanıb. Daxili İşlər Nazirliyinin bir neçə idarəsində rəis müavini işləyib. 8 il jurnalist kimi fəaliyyət göstərib. İki dəfə İran parlamentinin deputatı seçilib.

Seçkiqabağı çıxışlarında islahatlara ən çox çağıran namizəd Ə.Ələmidir. O, ölkədə daha çox dəyişikliyin olmasını vacib sayır. Amma Ə.Ələmini həm də ən çox təklənmiş, ən imkansız namizəd kimi xarakterizə etmək olar. Onun ali ruhani rəhbərliklə bağlılığı prezidentliyə başqa namizədlərlə müqayisədə daha azdır. O, hətta dolayısı ilə olsa da, ruhani rəhbərliyi də tənqid edir. Ələmi ölkədəki korrupsiya hallarını başqa namizədlərdən çox, eyni zamanda daha açıq, daha cəsarətlə tənqid edə bilir. O, azərbaycanlıların milli hüquqları barədə də açıq danışır və hətta hər şeydən əvvəl İranın azərbaycanlı əhalisinə ümid etdiyini vurğulayır. Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində, Əli İbn Əbutalib məscidində öz tərəfdarları qarşısında çıxış edərkən Ələmi bunu birbaşa ifadə edib: “Mənə dəstək verən yeganə siyasi təşkilat Azərbaycandır. Mən Azərbaycanın qeyrətinə göz dikmişəm”.

Azərbaycan türklərinin hüquqlarının tapdanmasına parlamentin üzvü olduğu vaxt da laqeyd qalmadığı üçün Ələminin azərbaycanlılar arasında nüfuzu var. Bir sıra azərbaycanlılar ona doğma namizəd kimi baxır.

İranda milyonlarla Azərbaycan türkü yaşayır. İyunun 12-də ən çox azərbaycanlının yaşadığı bu ölkədə prezident seçkisi keçiriləcək. Başqa heç bir ölkədə, hətta Azərbaycan Respublikasında da azərbaycanlı seçicilərin sayı İranda olduğu qədər deyil…
«Media forum»

İranda seçkilər start götürdü

İranda prezident seçkilərinə bir ay vaxt qalır. Artıq bu rəqabətdə yarışacaq namizədlərin qeydə alınması sona çatdı. Qeyri rəsmi məlumatlara əsasən 300 nəfər bu seçkidə namizəd olmaq məqsədi ilə ad yazdırıb. Onlar arasında tanınmış liderlərdən indiki prezident Mahmud Əhmədinejad, İslam İnqilabının Mühavizləri Korpusunun keçmiş komandiri Möhsün Rizayi, İranın sonuncu Baş Naziri Mir Hüseyn Musəvi, keçmiş spiker Mehdi Kərrubi də var. Bundan əvvəlki parlamentdə Təbrizi təmsil edən və siyasi fəallığı ilə diqqəti cəlb edən millətvəkili Əkbər Ələmi də bu yarışda yer almağa çalışır.



İndiki mərhələdə “Şurayi Nəgəhban” (Konstitusiyanı Qoruma Şurası) bu namizədlərin vəzyyətlərini araşdıraraq münasib gördüyü bir neçə nəfəri prezidentliyə namizəd kimi təsdiq edəcək. Namizədlikləri qəbul olmayan vətəndaşlar “Şurayi Nəgəhban”–ın qərarına etiraz edə bilər. Amma bu tanınmış namizədlərdən Əkbər Ələmi istisna olmaqla digər namizədlərin prezident seçkilərində iştirakına icazə verilməsi problem kimi görünmür. Yalnız Ələminin son parlament seçkilərində namizədliyinə icazə verilməməsi nəzərə alınıraq, onun daha mühüm əhəmiyyətə malik bu seçkilərdə də namizəd kimi qəbul edilmə ehtimalınin az olduğu güman edilməkədir.

Digər tərəfdən namizədlər arasında rəqabətin gərgin olacağı da indidən açıqca ortaya çıxmaqdadır. Belə ki, prezidentliyə namizədlər İrandakı siyasi mübarizədə əsas iki qrup olan “Mühafizəkar” və “İslahatçı” qrupları təmsil etsələr də, hər bir qrupun öz daxilində də fikir ayrılıqları az deyil. Artıq bir-birini tənqid etmə və ittihamlarla çıxış etmə halları başlayıb, bu isə rejimə əhalini seşki qutularına çəkib aparmaq üçün əlverişli vəziyyət hesab olunur. Belə ki, son 5-6 ildə İran əhalisi hakimiyyətin yalan vədlərindən küskün olduğundan seçkilərə verdiyi önəm də azalıb. Bu isə əhalinin seçki fəallığının ciddi şəkildə aşağı düşməsi ilə nəticələnib. Son prezident seçkilərinin bu önəm və faəllığının gücləndirilməsi rolunu da oynayacağı gözlənilməkdədir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərin fikir ayrılığında olduğu sahələr əhəmiyyətli dərəcədə daralır – Rusiya XİN

Azərbaycan, Bakı, 14 may / Trend News, müxbir E.Tariverdiyeva /

Azərbaycan və Ermənistan prezidentlərinin hər görüşündən sonra tərəflər arasında olan fkir ayrılıqlarının sahəsi daralır, qarşılıqlı anlayış artır. Bu barədə Rusiya XİN-in xüsusi nümayəndəsi Andrey Nesterenko Praqa sammitində baş tutmuş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən deyib. Məlumatı "Vesti" telekanalı yayıb.

Mayın 7-si Praqada keçirilən Avropa İttifaqının "Şərqi tərəfdaşlıq" sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan ABŞ səfirliyində görüş keçirib, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.

"Praqada Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əsas prinsiplərlə bağlı həllini tapmamış məsələlər üzrə razılıq əldə etmək olmasa da, demək olar ki, tərəflərin fikir ayrılığında olduğu sahələr əhəmiyyətli dərəcədə daralır və qarşılıqlı anlayış dərəcəsi artır", - Nesterenko deyib.

Onun sözlərinə əsasən, danışıqlar konstruktiv şəraitdə keçib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az

Gürcüstan Prezidenti ilə ABŞ vitse-prezidenti arasında telefon danışığı olub

Gürcüstan, Tbilisi, 14 may / Trend News, müxbir N.Kirtsxaliya /
Bu gün Gürcüstan Prezidenti Mixail Saakaşvili və ABŞ vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

"Söhbət zamanı Bayden ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünün, müstəqilliyinin və qanuni hakimiyyətinin tərəfdarı olduğunu bildirib", - Gürcüstan Prezidenti Administrasiyasının mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətinin verdiyi məlumata əsasən, telefon danışığı zamanı tərəflər ABŞ və Gürcüstanın strateji əməkdaşlıq və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trtend.az

Şi­mon Pe­res Azər­bay­ca­na gə­lə­cək

Po­li­to­loq­lar he­sab edir ki, bu sə­fər iki­tə­rəf­li mü­na­si­bət­lə­rə müs­bət tə­sir edə­cək

İyu­nun so­nu, iyu­lun əv­vəl­lə­rin­də MDB-nin mü­səl­man öl­kə­lə­ri­nə tur­ne­si çər­çi­və­sin­də İs­ra­il pre­zi­den­ti Şi­mon Pe­res Azər­bay­ca­na gə­lə­cək. İn­di­yə ki­mi iki­tə­rəf­li mü­na­si­bət­lər ta­ri­xin­də İs­ra­il və Azər­bay­can ara­sın­da pre­zi­dent­lər sə­viy­yə­sin­də rəs­mi sə­fər ol­ma­yıb.

Yal­nız 1997-ci il­də İs­rai­lin o za­man­kı baş na­zi­ri Ben­ya­min Ne­tan­ya­hu Azər­bay­ca­na yo­lüs­tü sə­fər edib. "Me­dia fo­rum" say­tı­na açıq­la­ma­sın­da Po­li­to­loq Və­fa Qu­lu­za­də və Mü­ba­riz Əh­mə­doğ­lu sə­fə­rin iki­tə­rəf­li mü­na­si­bət­lər­də dö­nüş nöq­tə­si ola­ca­ğı­nı bil­di­rir­lər.
Po­li­to­loq Və­fa Qu­lu­za­də he­sab edir ki, Ş.Pe­re­sin sə­fə­ri Azər­bay­ca­nın İs­ra­il­də sə­fir­li­yi­nin açıl­ma­sı­na sə­bəb ola bi­lər: "Bu sə­fər Azər­bay­can­la mü­səl­man öl­kə­lə­ri ara­sın­da heç bir prob­lem ya­rat­ma­ya­caq. Çün­ki İs­ra­il­lə mü­na­si­bət­lə­rin ge­niş­lən­di­ril­mə­si on­la­rın əley­hi­nə yö­nəl­mə­yib. Hət­ta Öz­bə­kis­tan, Türk­mə­nis­tan ki­mi MDB döv­lət­lə­ri­nin sə­fir­lik sə­viy­yə­sin­də rəs­mi Təl-Əviv­lə mü­na­si­bət­lə­ri var. İn­ci­yən tə­rəf yal­nız İran ola bi­lər. Am­ma haq­qı yox­dur. İran Er­mə­nis­tan­la ya­xın dost ol­du­ğun­dan bu sə­fə­ri nor­mal qə­bul et­mə­li­dir. Əgər İs­ra­il pre­zi­den­ti bu­ra­da yük­sək sə­viy­yə­də qə­bul edi­lir­sə, İ.Əli­ye­vin də İs­rai­lə sə­fə­ri­ni göz­lə­mək la­zım­dır. Gü­man edi­rəm, bu sə­fər­dən son­ra Azər­bay­ca­nın da İs­ra­il­də sə­fir­li­yi açı­la­caq".
Mü­ba­riz Əh­mə­doğ­lu isə İs­ra­il pre­zi­den­ti­nin Azər­bay­ca­na sə­fə­ri­ni mü­səl­man öl­kə­lə­ri­nə bir me­saj ki­mi də­yər­lən­di­rir: "İs­ra­il Azər­bay­ca­na xoş niy­yə­ti­ni gös­tər­mək is­tə­yir. Bu sə­fər iki öl­kə ara­sın­da mü­na­si­bət­lə­rə müs­bət tə­sir edə­cək. İs­ra­il döv­lə­ti bu sə­fər­lə is­lam öl­kə­lə­ri ilə so­yuq­lu­ğu da ara­dan qal­dır­maq is­tə­yir. Mən be­lə he­sab edi­rəm ki, Şi­mon Pe­res bi­zim öl­kə­yə gəl­mək­lə ərəb döv­lət­lə­ri­nə xoş bir me­saj gön­dər­mək is­tə­yir. Bu ba­xım­dan bu­na sı­naq sə­fə­ri ki­mi bax­maq olar və heç kəs Azər­bay­can­dan in­ci­mə­yə­cək. İra­nı çıx­maq şər­ti ilə hər kə­sə öz möv­qe­yi­mi­zi izah edə bi­lə­cə­yik. İran on­suz da BMT-nin ic­la­sın­da Qa­ra­bağ­la bağ­lı mü­za­ki­rə­lər­də bi­zim möv­qe­yi­mi­zi dəs­tək­lə­mə­di".
İyu­nun so­nu, iyu­lun əv­vəl­lə­rin­də MDB-nin mü­səl­man öl­kə­lə­ri­nə tur­ne­si çər­çi­və­sin­də İs­ra­il pre­zi­den­ti Şi­mon Pe­res Azər­bay­ca­na gə­lə­cək. İn­di­yə ki­mi iki­tə­rəf­li mü­na­si­bət­lər ta­ri­xin­də İs­ra­il və Azər­bay­can ara­sın­da pre­zi­dent­lər sə­viy­yə­sin­də rəs­mi sə­fər ol­ma­yıb.Yal­nız 1997-ci il­də İs­rai­lin o za­man­kı baş na­zi­ri Ben­ya­min Ne­tan­ya­hu Azər­bay­ca­na yo­lüs­tü sə­fər edib. "Me­dia fo­rum" say­tı­na açıq­la­ma­sın­da Po­li­to­loq Və­fa Qu­lu­za­də və Mü­ba­riz Əh­mə­doğ­lu sə­fə­rin iki­tə­rəf­li mü­na­si­bət­lər­də dö­nüş nöq­tə­si ola­ca­ğı­nı bil­di­rir­lər.
Po­li­to­loq Və­fa Qu­lu­za­də he­sab edir ki, Ş.Pe­re­sin sə­fə­ri Azər­bay­ca­nın İs­ra­il­də sə­fir­li­yi­nin açıl­ma­sı­na sə­bəb ola bi­lər: "Bu sə­fər Azər­bay­can­la mü­səl­man öl­kə­lə­ri ara­sın­da heç bir prob­lem ya­rat­ma­ya­caq. Çün­ki İs­ra­il­lə mü­na­si­bət­lə­rin ge­niş­lən­di­ril­mə­si on­la­rın əley­hi­nə yö­nəl­mə­yib. Hət­ta Öz­bə­kis­tan, Türk­mə­nis­tan ki­mi MDB döv­lət­lə­ri­nin sə­fir­lik sə­viy­yə­sin­də rəs­mi Təl-Əviv­lə mü­na­si­bət­lə­ri var. İn­ci­yən tə­rəf yal­nız İran ola bi­lər. Am­ma haq­qı yox­dur. İran Er­mə­nis­tan­la ya­xın dost ol­du­ğun­dan bu sə­fə­ri nor­mal qə­bul et­mə­li­dir. Əgər İs­ra­il pre­zi­den­ti bu­ra­da yük­sək sə­viy­yə­də qə­bul edi­lir­sə, İ.Əli­ye­vin də İs­rai­lə sə­fə­ri­ni göz­lə­mək la­zım­dır. Gü­man edi­rəm, bu sə­fər­dən son­ra Azər­bay­ca­nın da İs­ra­il­də sə­fir­li­yi açı­la­caq".
Mü­ba­riz Əh­mə­doğ­lu isə İs­ra­il pre­zi­den­ti­nin Azər­bay­ca­na sə­fə­ri­ni mü­səl­man öl­kə­lə­ri­nə bir me­saj ki­mi də­yər­lən­di­rir: "İs­ra­il Azər­bay­ca­na xoş niy­yə­ti­ni gös­tər­mək is­tə­yir. Bu sə­fər iki öl­kə ara­sın­da mü­na­si­bət­lə­rə müs­bət tə­sir edə­cək. İs­ra­il döv­lə­ti bu sə­fər­lə is­lam öl­kə­lə­ri ilə so­yuq­lu­ğu da ara­dan qal­dır­maq is­tə­yir. Mən be­lə he­sab edi­rəm ki, Şi­mon Pe­res bi­zim öl­kə­yə gəl­mək­lə ərəb döv­lət­lə­ri­nə xoş bir me­saj gön­dər­mək is­tə­yir. Bu ba­xım­dan bu­na sı­naq sə­fə­ri ki­mi bax­maq olar və heç kəs Azər­bay­can­dan in­ci­mə­yə­cək. İra­nı çıx­maq şər­ti ilə hər kə­sə öz möv­qe­yi­mi­zi izah edə bi­lə­cə­yik. İran on­suz da BMT-nin ic­la­sın­da Qa­ra­bağ­la bağ­lı mü­za­ki­rə­lər­də bi­zim möv­qe­yi­mi­zi dəs­tək­lə­mə­di".

Ərdoğan Azərbaycan Milli Məclisində çıxış edib

“Kiminsə Azərbaycan-Türkiyə yaxınlığını mübahisə mövzusuna çevirməsinə icazə vermərik. Ancaq təəssüf ki, son vaxtlar yayılan bəzi xəbərlər vasitəsilə qardaşlığımızın kölgələnməsinə

cəhd göstərildiyinə şahid olduq. Bir stəkan suda fırtına qoparıldı”. RİA-nın məlumatına görə, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Milli Məclisində çıxış edərəkən bildirib. Ərdoğan bildirib ki, Türkiyənin Ermənistanla münasibətlərinin nizamlanmasına görə Ankaranın Qarabağdan vaz keçdiyi barədə xəbərlərin böhtan oldğunu bildirib.

“Türkiyənin Qarabağdan vaz keçdiyinin tələffüz edilməsi bizə böhtandır. Bu iftiranı bir daha rədd edirəm. Biz bu xəbərlərlə bağlı dəfələrlə açıqlamalar verdik. Mən parlamentimizdə öz mediamızın qarşısında, G-20 zirvəsinə qatılmaq üçün getdiyim Londonda isə beynəlxalq medianın qarşısında mövqeyimizi açıqladım. Bunlara baxmayaraq, yalan xəbərlər Türkiyə əleyhinə kampaniya səviyyəsinə qədər davam etdi. Diplomatiyada qayda var ki, bir proses müəyyən mərhələyə gələnə qədər ictimaiyyətə açıqlanmır. Bu, nəyisə gizlətmək deyil. Məsələn, Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da ictimaiyyətə açıqlanmır. Türkiyə-Ermənistan danışıqları da bu baxımdan fərqli deyil”, - deyə Ərdoğan əlavə edib.

Ermənistanla sərhədlərin məhz Dağlıq Qarabağ probleminə görə qapadıldığını bird aha xatırladan baş nazir, Azərbaycan torpaqları işğtaldan azad edilməyincə Ermənismtanla sərhədlərin açılmayacağını bildirib. “Azərbaycanla razılaşma olmadan bu, mümkün deyil. Biz hakimiyyətə gələrkən nə düşünürdüksə, bu gün də onu düşünürük. Mərhum Heydər Əliyevin dilə gətirdiyi “bir millət-iki dövlət” prinsipi münasibətlərimizin təməlidir və bunda dəyişiklik yoxdur. İndiyədək Azərbaycan xalqının maraqlarını qurban vermədik, bundan sonra da vermərik. Hər kəs rahat olsun. İşğal sona yetmədən Ermənistanla Türkiyə arasında normal əlaqələr qurulmasının mümkün olmadığını hər kəs bilir. Dağlıq Qarabağ problemi həll olunmadan Cənubi Qafqazda sülh və sabitliyin yaranması da mümkün deyil”, - deyə Ərdoğan bildirib.

Ərdoğan çıxışının sonunda Türkiyə və Azərbaycanın dövlət himnlərini oxuyub.


Ria.Az

İranda prezident olmaq istəyənlər azalıb

Ötən seçkilərdə 1014 nəfər qeydə alınmışdısa, bu dəfə namizədlərin sayı 475-ə düşüb

İranda prezident seçkilərinə bir ay qalmış Daxili İşlər Nazirliyi 475 namizədin qeydə alındığını açıqlayıb. Bunların arasında 40 qadın da var. Qeydə alınanların yaşları 19-86 arasındadır. Lakin mühafizəkar mollalardan və vəkillərdən ibarət Nəzarət Şurası onlardan əksəriyyətinin namizədliyini ləğv edərək meydanda bir ovuc adamı saxlayacaq.
"Nyu York Tayms" qəzetinin yazdığına görə, bu il qeydə alınan namizədlərin sayı ötən seçkilərlə müqayisədə ikiqat azdır. O vaxt qeydə alınan 1014 namizəddən yalnız 6-ı seçkilərə buraxılmışdı. Mayın 22-də namizədlərin islamçı baxışlarını və keçmiş fəaliyyətlərini nəzərdən keçirəcək Nəzarət Şurasının ixtisar edilmiş namizədlər siyahısını açıqlayacağı gözlənilir. Güman ki, siyasi və sosial baxımdan islahata meyilli şəxslərin namizədliyi ləğv olunacaq. Hazırda ictimaiyyət prezident Mahmud Əhmədineyadı ölkənin üzləşdiyi iqtisadi böhrana görə qınayır. Real namizədlərin 3 şəxs olduğu deyilir ki, bunlar sabiq baş nazir Mir Hüseyn Musəvi, sabiq parlament spikeri Mehdi Kərrubi və İnqilabi Qvardiyanın sabiq rəhbəri Möhsen Rezayi olacaq. Kampaniyanın ən təəccüb doğuran məqamı bu namizədlərin Əhmədineyada ünvanladıqları sərt tənqid olub. Ötən həftə keçmişdə siyasi və sosial açıqlığa qarşı çıxan Rezayi prezidenti ölkəni uçuruma doğru sürükləməkdə ittiham edərək onun xarici siyasətini "təxribat xarakterli" adlandırıb. O biri tərəfdən Kərrubi Əhmədineyadın Holokostu inkar etməsini pisləyərək bu növ hərəkətlərin İranı beynəlxalq ictimaiyyətdən təcrid etdiyini dilə gətirib. Əhmədineyada ən ciddi rəqib sayılan Musəvi isə küçədə qadınların geyiminə nəzarət edən patrulları tənqid edib.
Bununla belə, Əhmədineyadın seçilmə şansları hələ də qalır. Belə ki, ölkə boyu səfərlərində təvazökarlıq nümayiş etdirən prezident səxavətinə və bürokratik əngəllərə qarşı mübarizəsinə görə tanınır. "Xalq Oğlu" adlı kitabın müəllifi kimi Əhmədineyad evinin qarşısında kiçik bostan yetişdirir və onun yenicə evlənmiş qızı kiçik mənzildə yaşayır. Bu növ xüsusiyyətlər isə ictimaiyyətin bəzi guşələrində Əhmədineyada rəğbət hissini yaşadır.
Xarici siyasətə gəldikdə İran beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Belə ki, İran məhkəməsi 32 yaşlı amerikalı yurnalist Roksana Saberini casusluq ittihamı ilə məhkum etdikdən 3 həftə sonra appelyasiya məhkəməsi əvvəlki hökmü ləğv edərək Saberini azadlığa buraxdı. "Vaşinqton Post"un yazdığına görə, Tehranın Evin həbsxanası qarşısında qızlarını qarşılayan valideynlər çox xoşbəxt idilər. Bu qərar ABŞ-la İran arasında münasibətlərin istiləşməsinə bir işarə ola bilər. İran prezidentinin mətbuat üzrə müşaviri Əli Əkbər Cavanfəxr də Saberinin azadlığa buraxılmasının müsbət yozulmasına etiraz etmədiyini bildirib: "İnsanlar özləri nəticə çıxara bilərlər. Ola bilər, biz elə insanların bu hadisəni yozmasını istəyirik".
İranın ali dini rəhbəri Ayətulla Xameneyi isə prezident Əhmədineyadın təkrar bu vəzifəyə seçilməsini dəstəklədiyi barədə güclü işarə verib. Xameneyi bu barədə seçkilərə bir ay qalmış regionlara etdiyi səfər əsnasında danışıb. BBC-nin eksperti Con Leyn Tehrandan xəbər verir ki, bu vaxtadək ali dini rəhbərlə prezident arasında ciddi fikir ayrılıqlarının olması barədə şayiələr dolaşırdı. Ayətulla Xameneyi Əhmədineyadın adını çəkməsə də, deyib ki, iranlılar elə bir adama səs verməlidirlər ki, tanınmış olsun, sadə həyat tərzi keçirsin və xalqın ağrısını öz ağrısı kimi çəksin. İranlıların çoxu bu adamın məhz Əhmədineyad olduğuna inanır. Ayətulla, həmçinin hökumətin regionlara gedib adamların həyatı ilə maraqlanmasını və bütövlükdə hökumətin işini tərifləməsi də, məhz Əhmədineyada dəstək kimi başa düşülür. Ayətulla deyib ki, ölkə iqtisadiyyatı bəzilərinin dediyi kimi heç də pis vəziyyətdə deyil. Aralarında fikir ixtilafının olması barədə söz-söhbətdən sonra ayətullanın bu bəyanatları Əhmədineyada aydın dəstək kimi qiymətləndirilə bilər. Dini liderin dəstəyi mühümdür, lakin ekspert vurğulayıb ki, bu, Əhmədineyadın əksinə də işləyə bilər. Ayətullanın özünü İran daxilində çox da populyar olmayan hökumətlə bu cür güclü əlaqədə göstərməsi elə onun üçün də ziyanlı bir iş ola bilər.
Bu arada isə bəlli olub ki, İran prezidenti ölkədaxili səyahətləri zamanı dövlətin imkanlarından istifadə edə bilməyəcək. İranın Konstitusiyanı Müdafiə Şurası dövlət başçısının bundan sonra ölkədaxili səfər proqramlarının xərcinin dövlət xəzinəsi tərəfindən qarşılanmayacağını açıqlayıb. Əhmədineyatın 12 iyun prezident seçkisində namizəd olduğunu xatırladan qurum qeyd edib ki, digər namizədlər kimi prezident bundan sonra səfər və mitinqlərin xərcini özü ödəməli olacaq.

"İşğal aradan qaldırılmasa, qapılar açıla bilməz"

Türkiyə baş naziri Azərbaycan ictimaiyyətini narahat edən məsələlərə aydınlıq gətirdi

Azərbaycanda səfərdə olan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan dünən Bakıda rəsmi görüşlərə başlayıb. Qonağın əvvəlcə prezident İlham Əliyevlə təkbətək görüşü olub. "AzərTAc" xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə hazırkı vəziyyəti və perspektivi, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib. Bundan sonra prezident İlham Əliyevin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Geniş tərkibdə görüşdən sonra prezident İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Prezident İlham Əliyev və baş nazir Rəcəb Tayyib Ərdoğan əvvəlcə bəyanatlarla çıxış ediblər.
Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə geniş fikir mübadiləsi aparıldığını bildirib. "Həm təkbətək görüşdə, həm də ki, nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif sahələri nəzərdən keçirildi, təhlil edildi. Əldə edilmiş nailiyyətlər, uğurlar haqqında danışdıq və şübhəsiz ki, gələcək əməkdaşlıq haqqında da geniş fikir mübadiləsi aparıldı". Prezident bildirib ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələr həmişə olduğu kimi çox yüksək səviyyədədir: "Bizim xalqlarımız qardaş xalqlardır və bu birlik, qardaşlıq əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. Biz bu gün həm ikitərəfli məsələləri geniş müzakirə etdik, həm də bölgədə mövcud olan vəziyyət nəzərdən keçirildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli yolları müzakirə olundu və danışıqlar prosesi haqqında baş nazirə öz fikirlərimi bildirdim. Regional vəziyyət, regionda baş verən hadisələr şübhəsiz ki, diqqətimizdən kənarda qalmadı. Eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr, eneryi sektorunda əldə edilmiş nailiyyətlər və perspektivlər haqqında da çox səmimi söhbətimiz oldu". Prezident bildirib ki, Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəlidir, bu əlaqələrin çox böyük tarixi var. Bütün dövrlərdə Azərbaycan və türk xalqları bir yerdə yaşayıb-yaradıb: "Bu gün isə iki müstəqil dövlət kimi biz öz imkanlarımızı ortaya qoyaraq, həm ikitərəfli münasibətlərin inkişafı üçün çalışırıq, həm də ki, bölgədə sülhün təmin olunması üçün birgə səylər göstəririk. Beynəlxalq məsələlərdə Türkiyə ilə Azərbaycan bir çox halda vahid mövqedən çıxış edir. Əlbəttə, bu bölgədə yerləşdiyimizə görə biz istəyirik ki, bölgədə sülh nə qədər mümkünsə tez təmin olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun və beləliklə, bölgə geniş mənada əməkdaşlıq çərçivəsində inkişaf etsin. Mən aparılan danışıqlardan və keçirdiyimiz söhbətlərdən razıyam. Hesab edirəm ki, hər zaman olduğu kimi, səmimi söhbətlər bir çox məsələyə aydınlıq gətirdi və ən önəmlisi gələcək birgə fəaliyyət və əməkdaşlıq üçün çox gözəl şərait yaratdı".
APA-nın məlumatına görə, Türkiyənin baş naziri R.T.Ərdoğan da Azərbaycanla münasibətlərdən məmnunluq duyduğunu ifadə edib: "Dəyərli qardaşım İlham Əliyevlə ikitərəfli əlaqələri ən geniş mənada müzakirə etdik. Bu görüş tarixdən bu yana davam edən bərabərliyimizə kölgə salmaq istəyənlərə ən gözəl cavabdır. Münasibətlərimizdə "bir millət-iki dövlət" anlayışı davam edir. Azərbaycanın Dağlıq Qarabağ məsələsində həssaslığı bizim həssaslığımızdır. Bu məsələ ilə bağlı spekulyasiyalar bizim üçün qəbuledilməzdir. Burada səbəb-nəticə əlaqəsindən söhbət gedir. Dağlıq Qarabağın işğalı səbəbdir, Ermənistanla sərhəd qapısının bağlanması isə nəticədir. Azərbaycan torpaqları işğal edildiyi üçün biz qapıları qapatdıq. İşğal aradan qaldırılmasa, qapılar açıla bilməz. Bunu Bakıda çox açıq və konkret şəkildə ifadə edirəm. Digər tərəfdən, Minsk qrupu da müzakirələri sürətləndirməli və yekun nəticə əldə olunmalıdır. Təbii ki, son qərarı dəyərli qardaşım İlham Əliyevlə Ermənistan prezidenti Sery Sarkisyan verəcək. Bu qərardan sonra biz də üzərimizə düşəni edəcəyik".
Sonra Azərbaycan prezidenti və Türkiyənin baş naziri hər iki ölkə yurnalistlərinin suallarını cavablandırıblar. APA-nın xəbərinə görə, türkiyəli media mənsubu İlham Əliyevdən "Brüsseldə verdiyiniz açıqlamada Türkiyə-Ermənistan "yol xəritəsi"ndə Dağlıq Qarabağ məsələsinin yer alıb-almadığına dair bəsit suala bəsit bir cavab istədiyinizi demişdiniz. Sualınıza cavab ala bildinizmi" - deyə soruşub. Azərbaycan prezidentinin cavabı belə olub: "Qardaşımın, hörmətli baş nazirin sözləri bu suala ən yaxşı cavabdır. Bundan açıq cavab ola bilməz. Suala görə də, cavaba görə də minnətdaram. Sirr deyil ki, son zamanlar Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı narahatlıq var idi. Amma ən önəmlisi odur ki, bu gün heç bir şübhəyə, spekulyasiyaya yer qalmadı. Türkiyənin baş naziri, prezidenti dəfələrlə bu məsələyə aydınlıq gətirdilər".
Başqa bir türkiyəli yurnalist Azərbaycanda Türkiyə ilə bağlı şübhəyə əsas verən amilin nə olduğunu öyrənmək istəyib, eyni zamanda, Azərbaycan-Rusiya yaxınlaşması və Azərbaycanın siyasətində dəyişiklik olub-olmadığı barədə sual ünvanlayıb. Prezident İlham Əliyev bu il fevralın əvvəllərindən etibarən Ermənistan mətbuatında Türkiyə ilə sərhədlərin açılacağına dair xəbərlərin yayılmağa başladığını, bu iddiaların bir müddət cavabsız qaldığını söyləyib: "Yəqin Azərbaycandakı şübhələrin birinci səbəbi bu idi. Sonra müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri də Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsinə artıq real fakt kimi yanaşdılar və bu da təbii ki, Azərbaycanda müəyyən şübhələrin ortaya çıxmasına səbəb oldu. Ancaq aprelin ortalarında Türkiyə baş nazirinin, prezidentinin birmənalı sözlərindən sonra bu şübhələrə son qoyuldu. Artıq bu bir tarixdir".
Prezident İlham Əliyev Rusiya ilə bağlı suala cavabında isə Azərbaycanın bütün ölkələrlə normal dostluq əlaqələrinə malik olduğunu vurğulayıb: "Rusiya ilə əlaqələrin böyük tarixi var və bu əlaqələr hər iki ölkə üçün önəmlidir. Rusiya prezidenti cənab Medvedyev ilk xarici səfərlərindən birini məhz Azərbaycana edib və bu səfər zamanı dostluq və strateyi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu, böyük siyasi məna daşıyır. Bizim Rusiya ilə münasibətlərimiz onsuz da yaxındır və hansısa əlavə addımlara ehtiyac yoxdur". Dövlət başçısı Azərbaycanın bütün ölkələrlə münasibətlərinin yaxın olmasını istədiyini bildirib.
Mətbuat konfransında Azərbaycanın Türkiyəyə satdığı qazın qiymətinə yenidən baxılması məsələsinə də toxunulub.
Azərbaycan prezidentinə Türkiyəyə verilən təbii qazın qiymətinin artırılıb-artırılmayacağına dair sual verilib. Prezident İlham Əliyev deyib ki, bu məsələni bölgədəki proseslər, yaranan və ya yaranmaqda olan yeni vəziyyətlə əlaqələndirmək doğru deyil: "Qaz məsələsində Türkiyə-Azərbaycan əməkdaşlığının uzun tarixi var. Müqavilələrə uyğun olaraq qiymətlərə vaxtaşırı yenidən baxılır. Qiymətin dəyişməsi dünyada neftin qiymətindən asılıdır".
Azərbaycan yurnalistlərindən biri isə Türkiyənin başqa ölkələrdən təbii qazı yüksək qiymətlərlə aldığını xatırladaraq, Azərbaycan qazının hər min kubmetrinin 120 dollara alınmasının nə dərəcədə ədalətli olduğunu R.T.Ərdoğandan soruşub. Türkiyənin baş naziri bu qiymətin müqavilə imzalanarkən müəyyənləşdirdiyini və indiki şəraitdə ədalətli olmadığını söyləyib: "Tərəflərin bu məsələ ilə bağlı aparacağı danışıqlarda ədalətli rəqəm ortaya çıxacaq".
İlham Əliyev isə Azərbaycanın ən azı 2 trilyon kubmetr qaz potensialına malik olduğunu, yeni quyuların qazılması ilə bu ehtiyatların iki dəfə arta biləcəyini söyləyib: "Biz qaz ixracı məsələsində diversifikasiya siyasəti aparırıq və bu, dost və qardaş ölkələrin də maraqlarına cavab verir".
Qeyəd edək ki, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra tərəflər mətbuat üçün birgə məlumat yayıblar. Məlumatda bildirilir ki, Azərbaycan və Türkiyə tarixən dərin dostluq əlaqələri və strateyi tərəfdaşlıq münasibətlərinin mövcud olduğu iki qardaş ölkədir. Tarixdə nadir hallarda görünən buna oxşar yaxınlıq hər iki ölkəyə etimad və firavanlıq verir, xoş və dar günlərdə davam edən daimi xarakter daşıyır: "Türkiyə və Azərbaycan əlaqələri regionun inkişafı və əməkdaşlığa nail olunması baxımından böyük məna və əhəmiyyət daşıyır. Türkiyə və Azərbaycan regional və qlobal sülh və sabitliyə əhəmiyyətli töhfə verməkdədir. İki ölkə regional sülh və sabitliyi möhkəmləndirmək məqsədilə çoxşaxəli və uzunmüddətli strateyi əməkdaşlığı inkişaf etdirmək qətiyyətlərini ifadə edirlər. Bu əməkdaşlıq bir tərəfdən ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, digər tərəfdən regionun sabitliyi, təhlükəsizliyi və rifahına töhfə vermək imkanlarının inkişafı üçün təməl təşkil edəcək". Məlumatda o da bildirilir ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar edilməsinə əngəl törədən əsas amillərdən biri olan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında təxirəsalınmadan tənzimlənməsi zəruridir. Beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi qəbuledilməzdir. "Azərbaycan və Türkiyənin regionla bağlı birgə yanaşması çərçivəsində Cənubi Qafqazda bütün regionu əhatə edən etimad, hörmət və beynəlxalq hüquq prinsiplərinə əsaslanan əlaqələrin qurulması və beləliklə, regionda sülhün, sabitliyin və rifahın təmin edilməsi Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan əraziləri işğaldan azad edilmədən və yurd-yuvalarından qovulmuş insanlar həmin ərazilərə geriyə qayıtmadan mümkün olmayacaq. Bütün regiona təsir edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün Azərbaycan və Türkiyə məsləhətləşmələr apararaq fəaliyyət göstərməkdə səylərini artıracaqlar və bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində siyasi yolla nizamlanması üçün səy göstərməyə davam edəcəklər" - deyə məlumatda bildirilir. Daha sonra vurğulanır ki, Azərbaycan və Türkiyənin strateyi tərəfdaşlığı regional sülh və sabitliyin bərqərar edilməsi, region xalqlarının rifahı üçün ikitərəfli və çoxtərəfli səviyyədə iqtisadi əməkdaşlığa töhfə verəcək.


İ.QULİYEV

Türk qəzetləri Ərdoğanın səfərini necə şərh edir?

«Hürriyyət» (Oktay Ekşi): İstiqamət düzəldildi

Baş nazir Ərdoğan dünən Bakıda «doğru» şeylər dedi, «doğru» siyasət açıqladı. Sadəcə Azərbaycan xalqında deyil, prezident İlham Əliyevdən başlayaraq Azərbaycan rəhbərliyində yaranan «Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmaq üçün bizi satırmı?» - qorxusunu dağıtmağa çalışdı. Türkiyənin adından önəmli öhdəliklər verdi.

Beləliklə, yeni bir «Qırmızı çizgi hadisəsi yaşadıqmı?» -deyə soruşsanız, «Hə» - demərik.

Bu dəfə qatar bir müddətdir ki, olduğu yanlış relsdən doğru olan relsə girdi.

Barak Obamanın Türkiyəyə gəlməsinin ən önəmli səbəblərindən biri-onun seçki kampaniyasında erməni mənşəli Amerika vətəndaşlarına verdiyi çox əliaçıq vədlər idi. Məsələn, onlara «Ermənilər soyqırıma məruz qalmışdır» - deməyi söz vermişdi. Onu deyə bilməyəndə erməniləri məmnun edən bir nəticəyə ehtiyacı vardı. O da, hər şeydən əvvəl, Türkiyə-Ermənistan sərhədinin açılması idi. Bunun üçün lazım olan bütün dil şirinliyini də, doğrusu uğurla yapdı. Ancaq 1915-ci il hadisələri barədə 24 apreldə verməyə məcbur olduğu açıqlamada biclik edib «soyqırım» sözünü erməni dilində deyən kimi saziş də pozuldu. Necə ki, Obamanın açıqlamasına həm prezident Gül, həm də Ərdoğan açıq reaksiya göstərdilər. O müddətdə Türkiyə ilə Ermənistan arasındakı əlaqələr sürətlənmişdi. Hətta Ermənistan prezidenti Sarkisyan oktyabr ayındakı Türkiyə-Ermənistan futboluna açılacaq olan sərhəd qapısından keçərək gələcəyinə ümid etdiyini belə dedi. Və üstəlik bunu deyərkən «Türkiyə ilə müzakirələrdə Yuxarı Qarabağ probleminin heç gündəliyə gəlmədiyini» də bildirdi.

Buna Azərbaycan reaksiya göstərməyib nə edəcəkdi?

«Posta» (Mehmet Ali Birand): İstəsək də, Bakıdan uzaqlaşa bilmərik

Ərdoğan Azərbaycana vaxtında getdi. Bizlər də, azərilər də xətri nazik insanlarıq. Əgər incə balans yapmaqda geciksəydik, azərilərin könlünü almaq daha çətin olacaqdı. Yenə də hər şeyin bitdiyini və problemlərin tamamilə aradan qaldırıldığını zənn etməyin. Hələ gediləcək çox uzun yolumuz var.

Bakıya çox vaxtında səyahət edildi.

Ermənilər bir an əvvəl sərhədin açılmasını istəyir. Azərilər isə Qarabağ problemi həll edilmədən Türkiyənin bu məsələdə addım atmamasını arzu edir. Üstəlik-açar sadəcə Ankaranın əlində deyil. Moskva, Vaşinqton, Yerevan və Bakı öz istədikləri ssenarini irəli sürürlər.

Nə olursa-olsun, Türkiyənin mənafeyini nəzərə alması və dəstəkləməsi lazım olan ən önəmli ölkə-yenə Azərbaycandır.

Qıraqdan baxanda Ərdoğanın Bakıdakı görüşləri çox müsbət görünür. Onsuz da fərqli olması qeyri-mümkün idi. Ancaq təmkinli davranmaqda fayda vardır. (Liderlər) bu gün qucaqlaşsalar da, sabah yenə araları dəyə bilər.

Türkiyə Qafqazda «incə, uzun bir yolda irəliləyir». İlk addımlar müsbətdir, ancaq yolun sonunda qabağımıza nəyin çıxacağı - məlum deyildir.

«Yeni şafak» (İbrahim Karagül): Ərdoğan Bakıya tam təminat verdi

Baş nazirin səfəri ərəfəsində Azərbaycandakı müşahidələrim və etdiyim qeydlər belə idi:

Azərilərin Türkiyədən, baş nazir Ərdoğandan gözləntisi – «İşğal altındakı torpaqlar məsələsi həll edilmədən Ermənistanla sərhəd qapısı açılmayacaq» - sözü idi. Baş nazirin Türkiyədə dəfələrlə fərqli platformalarda dediyi bu prinsipial yanaşmanı Bakıda da ondan eşitmək istədilər. Açıqlama Azərbaycan ictimaiyyətini rahatladacaqdı. Bu narazılığın sadəcə ictimaiyyətin zirvəyə vuran həssaslığı və böhran alveri edən dairələrin ciddi-cəhdləri ilə məhdud olduğunu deyə bilmərik. Üstəlik bu neqativ durum-iki ölkə arasında daha əvvəl yaşanan mənfi halların hamısını bu günə daşıyıb gətirdi. Ərdoğanın səfəri həftələrdən bəri əsən neqativ küləkləri dağıtdı. Azəri rəhbərləri də, ictimaiyyət də istədiyi cavabı aldı. Mən də aldım...

«Takvim» qəzeti (Savaş Ay): Baş nazir Ərdoğanın ağladan sözləri

Televiziyada baş nazir Ərdoğanın ilk sualı verən azəri jurnalistə verdiyi cavabı dinlədim: «Bəs ermənilər Qarabağdan çıxmadan onlara sərhədi açmayacaqdınız?» - sualına cavabı tam bir dövlət adamı mövqeyi idi. «Siz mənim bu məsələ ilə bağlı dediklərimi izləsəydiniz, bu sualı verməzdiniz. İşğal edilən torpaqlar boşaldılmadan, işğala son verilmədən sərhəd qapısı açılmayacaqdır. Bunu kim deyir - Türkiyə Cümhuriyyətinin baş naziri» - dedi

Duyğulu anlar

İlham Əliyev eyni mövzuda danışarkən «Tayyip Ərdoğan o qədər açıq, aydın və sərrast danışdı ki, bu sözdən sonra bir söz deyilməz» - dedi və gözləri doldu. Bir dəfə də bəlli oldu ki, azərilər də bizim Anadolunun insanları kimi, romantik, uşaq ruhlu, xətiri nazlı bir xalqdır. Necə yalan deyim - baş verən bu hadisələr xoşuma gəldi, çox sevindim.

«Akşam» qəzeti (Atılgan Bayar): Həm Ermənistan, həm Azərbaycan

Tamamilə Amerikan siyasətinə bağlı (Ermənistan lehinə) bir Türkiyə problemi həll edə bilmir. Azərbaycanın tezislərini 100% dəstəkləyən bir Türkiyə də məsələni həll edə bilmir. Türkiyənin həm erməniləri, həm də azəriləri müştərək bir zəmində görüşdürmək, barışdırmaq kimi bir «milli siyasət» izləməkdən başqa variantı yoxdur. Üstəlik- azərilər ilə «bir millət, iki dövlət» olmağımız. Ermənilər ilə isə acılı da olsa, tarixi birliyimiz vardır və bu faktor Türkiyəyə böhrandan fürsət yaratma imkanı verə bilər. Türkiyə hökumətinin cəhdlərinin bu istiqamətdə olduğunu, Türkiyə-Ermənistan və Azərbaycan arasında bir «konsensus» zəmini yaratmağı qarşıya məqsəd qoyduğunu düşünə bilərik. Azərbaycan və Ermənistanı barışdıra biləcək olan bir Türkiyə artıq Qərb dünyası üçün bir məcburiyyətdir.

Güneydə tapılan Mumiyalı adam kimdir?

Son vaхtlar Güney Azərbaycanın Qaradağ bölgəsində bir mumiyalanmış adamın açılan qəbrində miхi yazının olması böyük maraq oyatmışdır. Daş qutuda basdırılan bu kişinin mumiyası üzərində kimlərin tədqiqat aparması bəlli deyil. Ona görə də Qaradağ mumiyası haqqında qədim tariхi yaхşı bilən professor Firudin Ağasıoğlu ilə görüşüb, onun fikrini öyrənmək istədik.
-Firudin bəy, daş qu­tu­dakı miхi yazı hansı döv­rə aiddir və hansı dildə yazıl­mışdır?
-Mana dövləti çağın­da Urartu və Asur qoşunları Qaradağ bölgə­sinəcən gəl­mişdilər. Mada dilində miхi yazı hələlik tapılmamışdır. Əhəməni çağında isə yazı dili elam, sonra arameycə olsa da, miхi yazı qısa dövr­də pers dili üçün də istifadə olunmuşdur. Deməli, nəzəri baхımdan, tapılan bu miхi yazı mada, elam, pers, urartu və asur yazısı ola bilər. Lakin mumiya üzərindəki yazı qrafik baхımdan pers miхi yazısına uyğun gəlir, hətta yazının oхuna bilən hissəsndə sonluğa yaхın bir sözdə qədim pers dilinə məхsus хş (хa-şa) elementi görünür.
-Bu fakta əsasən de­mək olar­mı yazı qədim pers dilində­dir?
-Yoх. Bunu demək üçün yazı tam oхunmalıdır, həm də balıq üzərində ay­dın görünən və oхuna bilən tam iki sətirlik deyim daha çoх qədim türk di­linə uyğun gəlir. -Yazıların oхunması han­sı mərhələdədir? -Mumiyanın sinəsi üzə­rin­də balıq şəklində olan lövhədə bir deyim 10 işarə ilə tam verilmiş­dir. Adamın zirehli (dəmir don) ətəyi üzərindəki böyük yazı isə mənə göndərilən şəkillərdə aydın görün­mür. Daha doğrusu, böyük yazının görüntüsü aydın deyil. Bu yazınin başında "ölkə" ideoqramı görünür, ortada isə hələlik Mada (Midiya) ölkəadı oхuna bilir.
-Bəs, tam oхunan 10 işarə nə bildirir?
-Balıq üzərin­dəki yazı çoх aydın görünür. İki sətirlik bu yazıda (a-ba-ça-da-du-fa-ga-ha-da-ğa) müх­tə­lif oхunan heçalı işa­rələrdir. Doğrudur, oхunuşun bi­rin­çi vari­antında, "abaçda, abaçı//abçı, dovqa, hadağ//dağ" sözləri ayrıla bilir, lakin ikinçi variant ("aba­ça dadufqa ha­dağ") daha inandırıcı görünür, çünki burada sözlərin əlaqəsi müəyyən deyimi ortaya qoyur. Keçmişdə uşaqları qorхutmaq üçün хorttan anlamında "abaçı gəldi" deyərdilər. Bu baхım­dan, abaçı sözü öləndən sonra yenidən dirilib qəbirdən çıхan adam mənasında işlənmişdir. Lakin balıq üzərindəki yazı abaçı deyil, abaça və abaç kimi oхunur. Bu halda, əzizləmə bildirən şəkilçi ilə işlənmiş qədim aba sözünün "əziz ata" anlamı alınır. Sonrakı sözlər də dadmaq və qədəh anlamlı kəlimələrdir. Belə ki, dadvermə tatı (*dadu), dadlı şey istəyi tatığsa (dadığsamq) adlanmışdır. Bəzi türk dilində dad anlamında daduv sözü işlənmişdir. Yazıdakı ikinci dadufga (daduv-ga) sözü taturğan (dadlandıran) variantı ilə bir yas törənində söylənmiş ağıtda da keçir. Bugünkü deyimlə "Aşını dadd­ı­ran, sərt düşməni qaçırdıb qoşununu qaytaran bir igidi ölüm aldı apardı" ağıtını Mahmud Kaşğari belə verir: Ərdi aşın taturğan, Yawlak yağığ kaçurğan, Oğrak süsın kaytarğan. Bastu ölüm aхtaru. Üçüncü hadağ sözü isə azər dilində ayaq (qədəh) şəklində işlənmiş adaq sözünün qədim formasıdır. Beləliklə, burada "Abaça dadlandıran adaq (qədəh)" deyimi oхunur.
-Mumiya hansı çağa aiddir.
-Əgər yazının pers dilində yazılması ortaya çıхsa, onda m.ö. VЫ əsrə aid olacaq. Başqa variantda daha qədim çağlara aid ola bilər. Dəqiq tariх daş qutuya qoyulan əşyaların analizi ilə də müəyyənləşə bilər. Hər halda, bu mumiyalı basırığın tariхi 2500 ildən bu yana deyil, o yanadır.
-Firudin bəy, bu mumiyalı adam kim ola bilər?
-Onun sosial durumu daş qutuya qoyulan nəsnələrdən bəllidir. Belə ki, altına sərilmiş əlvan naхışlı хalça, süslü kəməri və ən əsası başındakı tac onun sıradan biri olmadığını göstərir. Bəlkə də, Əhəməni çağında Kiçk Mada kimi tanınan Azərbayçanda atəşpərəst başqanı anlamında Atropat adlanan və bizim tanıdığımız Atropatdan (m.ö. ЫV əsr) əvvəlki hökmdarlardan biridir. Əlbəttə, bu yöndə və onun etnik kimliyi haqqında dəqiq fikir söyləmək isə yazılar tam əldə olunub oхunduqdan sonra mümkün olacaq.
"Olaylar"

13 Mayıs 2009 Çarşamba

İRANIN DİNİ RƏHBƏRİ KÜRDÜSTAN ƏYALƏTİNDƏ BƏYAN EDİB Kİ, VƏHABİ və SƏLƏFİ TERRORÇULARI DÜŞMƏNƏ XİDMƏT EDİR

İRANIN DİNİ RƏHBƏRİ KÜRDÜSTAN ƏYALƏTİNDƏ BƏYAN EDİB Kİ, VƏHABİ və SƏLƏFİ TERRORÇULARI DÜŞMƏNƏ XİDMƏT EDİR

İranın dini rəhbəri ayətullah Əli Xamneyi mayın 12-də ölkənin Kürdüstan əyalətinə səfər edib.

əyalətin mərkəzində - Sənəndəc şəhərində ayrı-ayrı kəndlərdən, şəhərlərdən gəlmiş vətəndaşlar qarşısında çıxış edən dini rəhbər onları şiələrlə sünnilər arasında ixtilaf salmaq istəyənlərə qarşı ayıq-sayıq olmağa çağırıb: “Müxtəlif bəhanələrlə, o cümlədən şiə və sünni bəhanəsi ilə milli birliyə xələl gətirənlər düşmən muzdurlarıdır. İstər şiə olsun, istər sünni. İstər bilərəkdən olsun, istər bilməyərəkdən”.

Ayətullah Xamneyi vəhabi və sələfi qruplarının İraq, Pakistan və Əfqanıstandakı fəaliyyətinə də toxunub: “Həmin ölkələrdə vəhabi və sələfilərin terrorçuluqla məşğul olan adamlarının əksəriyyəti özləri də bilmədən düşmənə muzdurluq edirlər. Necə ki, özü bilmədən sünnilərin müqəddəslərini təhqir edən şiə də düşmənin muzdurudur”.

Ölkədə etnik müxtəlifliyi yüksək dəyərləndirən ayətullah Xamneyi yoxsulluq və işsizliyi aradan qaldırmaq üçün Kürdüstan əyalətinə kapital qoyuluşunu vacib sayıb.

O, ölkə əhalisinin bu ilin iyununda keçiriləcək prezident seçkisinə qatılmasının da vacib olduğunu vurğulayıb: “Vətəndaşların aktiv şəkildə prezident seçkisinə qatılması çox vacib məsələdir. Bu, ölkənin başını uca edir, milli birliyi möhkəmləndirir, tamahkar düşmənin fitnəsini puça çıxarır. Düşmən seçkini pozmaq üçün bir ildir təbliğat aparır, amma onların niyyəti baş tutmayacaq”.mediaforum

Roma papası Fələstin dövləti ideyasına dəstək verib

Roma papası Fələstin dövləti ideyasına dəstək verib

Yaxın Şərqə səfərini davam etdirən Roma papası Benedikt fələstinlilərin öz dövlətlərinə malik olmaları hüququna dəstək ifadə edib.
Qərb Sahilinə özünün ilk səfəri zamanı, papa uzun illər ərzində əzab içində yaşayanların halına acıdığını bildirib.

Fələstin prezidenti Mahmud Abbasa müraciət edən papa Benedikt, fələstinliləri zorakılıq və terrora əl atmamağa çağırıb.

Papa Betlehemdəki Tövlə Meydanında kütlə qarşısında dualar deyib.

Daha sonra o Fələstin qaçqın düşərgəsində olacaq.

BBC-nin papa ilə səyahət edən müxbiri deyir ki, katolik kilsəsinin rəhbərinin çıxışı olduqca siyasiləşdirilmiş idi.

Pakistandakı əməliyyətlar 800 min nəfəri evsiz qoyub

Mərdan şəhərindəki Şeyx Yasin düşərgəsində didərgin düşmüş minlərlə insan çadır, tibbi ləvazimat və qida paylarını almaq üçün növbəyə düzülüb
Pakistanın Svat əyalətində “Taliban” silahlılarına qarşı hərbi əməliyyatlar davam edir. Pakistan hökuməti vertolyotların da cəlb edildiyi əməliyyat nəticəsində 750-dən artıq döyüşçünün öldürüldüyünü bildirir. Əməliyyatlar zamanı 800 minə yaxın insan evlərini tərk etməli olub. Hökumət, taliblərin nəzarəti altında olan Svatın əsas şəhərində əməliyyata başlanacağını bildirib. Bu arada Mərdan şəhərindəki Şeyx Yasin düşərgəsində didərgin düşmüş minlərlə insan çadır, tibbi ləvazimat və qida paylarını almaq üçün növbəyə düzülüb. Düşərgəni ziyarət etmiş Pakistanın səhiyyə naziri bu çətin vaxtda beynəlxalq yardıma ehtiyaclarının olduğunu açıqlayıb. Birləşmiş Ştatlar qaçqınlara yardım üçün 4.9 milyon dollar ayırıb. BMT-nin hesablamalarına görə, son döyüşlərdən sonra çadır düşərgəsində məskunlaşmış qaçqınların sayı 360 minə çatıb. Qeyd edək ki, ötən ilin avqust əməliyyatları nəticəsində 500 min insan evindən didərgin düşmüşdü.

Bu arada BMT-nin qaçqınlar üzrə komissarlığı Pakistanda münaqişə zonansından köçürülmüş insanlara 12 ton humanitar yardım göndərib. Humanitar yardıma çadır şəraitində yaşamaq üçün vacib olan əsas əşyalar daxil edilib. Eyni zamanda, Buner rayonunun sakinləri elan olunmuş komendant saatından istifadə edərək ərazini tərk etməyə başlayıblar. İnsanlar maşınlar, traktorlar və ələ keçən istənilən vasitələrdən istifadə etməklə Pakistanın təhlükəsiz ərazilərinə doğru hərəkət edirlər. Əhalinin öz yerlərini tərk etməsi ilə eyni zamanda Pakistan ordusu “Taliban”a qarşı əməliyyatlara ara vermir. Ordu komandirinin verdiyi məlumata görə son 24 saatda “Taliban” yaraqlıları ağır itkilər verib. Ordu bölmələri Svatın Pioçar yüksəkliklərində talibanlara qarşı vuruşur. Rəsmilərin məlumatına görə bu yer dörd minlik “Taliban” yaraqlılarının məskunlaşdığı əsas sığınacaqlaradan biridir. Svat taliblərinin anlarının lideri Mövlanə Fəzlullahın burada gizləndiyi ehtimal olunur. /ANS PRESS/

Bu da Qarabağ danışıqlarının sirri

Ermənistan və Azərbaycan prezidentləri. Praqa, 7 may 2009
13.05.2009
«Yeni Müsavat»: «Növbəti haray-həşir başa çatır. Son iki ay ərzində Qarabağ danışıqlarında böyük irəliləyişlərdən söz açan dillər hələ susmamış Novruz Məmmədov coşdu. Axırını hamının böyük həyəcanla gözlədiyi, dərin mülahizələrlə şərh verdiyi, gümanlar etdiyi danışıqların sirri bəlli oldu. Doğru xəbər Novruz Məmmədovdan gəldi...
Məlum oldu ki, danışıqlarda heç bir irəliləyiş yoxdur. Az qala bir neçə ay ərzində münaqişənin həll olunacağı barədə bəyanatların arxasında heç nə durmurmuş». Şahvələd Çobanoğlu «Bu da Qarabağ danışıqlarının sirri» sərlövhəli köşə yazısında belə iddia edir.

«Novruz müəllim bərk qəzəblənib və Brayzaya qarşı çox sərt ittihamlar irəli sürüb. Onu Hillari Klintona və Barak Obamaya səhv məlumat verməklə özünün karyerasını, vəzifəsini artırmaq cəhdində ittiham edib (belə çıxır ki, ABŞ-da da karyera və vəzifəni yalanlarla qazanırlar). Təbii ki, Novruz müəllimlə Metyu Brayza arasında yaranan, yaxud yaranacaq münaqişə bizi o qədər də maraqlandırmır, bizi narahat edən odur ki, Qarabağ danışıqları uzun sürən nəticəsiz danışıqlardan başqa bir şey deyil.

Bəs onda İlham Əliyevin ümidverici bəyanatları nə üçün idi? Novruz müəllimin sözləri ilə desək, o, kimin başının altına yastıq qoyur? Hətta məlum olur ki, Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə razı olsa da, ermənilər heç bir güzəştə getmək niyyətində deyil. Məmmədov deyir: «Azərbaycan prezidenti bunu dəfələrlə deyib ki, bəli, biz orada müqəddəratla bağlı mövqeni tanıyırıq, amma bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır».
Deməli, danışıqlarda irəliləyiş yalnız və yalnız Azərbaycanın müəyyən güzəştlərə hazır olmasından - ermənilərin Qarabağda müqəddəratını həll etmək hüququnu tanımaqdan ibarətdir! Başqa heç nə!»

«Azadlıq»: «Düzünə qalsa, indi bizdə demokratiya sözdə də qalmayıb. İndiki rejimin qurucusu istər xarakter, istərsə də dünyagörüş baxımından demokratiyaya düşmən olsa da, demokratiya anlayışı leksikonunda geniş yer tuturdu. Onun iki sözündən biri demokratiya idi». Bu fikirlər Xaliq Bahadırın «Bugünün Azərbaycan feodalizmi» başlıqlı köşə yazısında yer alıb

«Neft Akademiyasının qarşısında yoldaşlarının anım törəninə qatılan tələbə-gəncləri amansızcasına döydürən çağda güc nazirləri necə güclü görünürdülərsə, Fəxri xiyabanda az qala yerədək əyiləndə - baş əyəndə eləcə gücsüz görünürdülər. Burası da bilinməlidir: onlar orda kiməsə yox, hərbi-polis rejiminin başında duran kimsələr olaraq özlərinin yaratdıqları mifə baş əyirdilər».

«Ekspress»: «Bakı meri Hacıbala Abutalıbov mayın 10-da «Gül bayramı» keçirilməsinin əleyhinə olanların acığına bu bayramı iki gün keçirdi. Göstərdi ki, onun fikrini heç bir aksiya-filanla dəyişmək olmaz. Adam «nu» dedisə, qurtardı...»

Qəzet daha sonra yazır: «ADNA-da baş verən qətliamdan 13 gün keçir. 13 gündür ki, tələbələr ölkədə matəm elan olunmasını istəyir, amma onların tələblərinə məhəl qoyan yoxdur. Bu 13 günün 7-də ayrı bir tələb də səslənirdi: «Mayın 10-da keçirilən «Gül bayramı» ləğv olunsun». Di gəl, bu tələb də yerinə yetmədi. Üstəlik əvvəlki illərdə cəmi bircə gün keçirilən «Gül bayramı» bu il iki gün davam etdi. Elə bil Bakı meri Hacıbala Abutalıbov aksiyalarla ona təzyiq etmək istəyənlərə bununla mesaj göndərdi ki, bəs belənçik piket-filanlarla onun fikrini dəyişə bilməzsiniz. Adam acığa düşüb, bayramı lap iki gün keçirər, necə ki, keçirdi».

«Yeni Azərbaycan»: «Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycanın firavan gələcəyinin təminatıdır»-, Baş nazirinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Yaqub Eyyubov müsahibəsində belə deyib:

«Ulu Öndərimiz hələ sovetlər dönəmində fəaliyyətə başlayandan Azərbaycanın inkişafı üçün çalışıb. Heydər Əliyev ilk azərbaycanlı idi ki, təhlükəsizlik orqanlarında general rütbəsi aldı. Həmin dövrdən Onun böyük miqyaslı fəaliyyətində azərbaycançılıq və gələcək Azərbaycanın konturları görünürdü. Bilirsiniz ki, həmin zamanlar təhlükəsizlik orqanlarına digər millətlərin nümayəndələri rəhbərlik edirdi. Heydər Əliyev ilk azərbaycanlı idi ki, SSRİ rəhbərliyi ona etimad göstərmişdi. Çünki rəhbərlik hesab edirdi və görürdü ki, Heydər Əliyev böyük masştablı bir insandır». azadliqradiosu

Azərbaycanın mənafelərinə xələl gətirəcək addımlar atmamışıq

Ərdoğan çıxışını Türkiyə və Azərbaycan himnlərinin sözlərini oxumaqla başa çatdırıb
«Azərbaycanla Türkiyənin münasibətlərini heç kim müzakirə edə bilməz. Qarabağdan vaz keçilməsi heç bir müzakirə mövzusu ola bilməz». Mayın 13-də Milli Məclisdə çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan belə deyib:

«Ermənistan və Türkiyə arasında müzakirələrdə fərqli bir istiqamət yoxdur. Türkiyə və Ermənistan sərhədləri nə vaxt bağlandı? Qarabağ erməni işğalı altına keçəndən sonra. Dağlıq Qarabağ problemi həll olunmayınca sərhədlər açılmayacaq».

Baş nazir daha sonra deyib: «Erməni saytlarından biri yazmışdı ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün Dağlıq Qarabağdan vaz keçib. Bu tam yanlış məlumat idi. Biz rəsmi şəkildə Qarabağdan imtina etmədiyimiz demişik. Bir internet səhifəsinin yazdıqları daha çox əhəmiyyət daşıyır, yoxsa bizim açıqlamamız?»

Baş nazir daha sonra deyib: «Azərbaycanın milli mənafelərinə xələl gətirəcək addımlar atmadıq, indidən sonra da atmayacağıq. Azərbaycanın sevinci bizim sevincimiz, dərdi bizim dərdimizdir.

Azərbaycan torpaqlarında işğal bitməlidir. Azərbaycanın canı, varlığı, xoşbəxtliyi bizim də canımız, varlığımız, xoşbəxtliyimizdir. Bizim üzərimizə düşən vəzifə yaxın münasibətlərimizi davam etdirməkdir».

Ərdoğan çıxışını Türkiyə və Azərbaycan himnlərinin sözlərini oxumaqla başa çatdırıb.

«İşğal aradan qalxmayınca Türkiyə-Ermənistan sərhədləri açılmayacaq»

İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşüMayın 13-də Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

AzərTAc-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə hazırki vəziyyəti və perspektivi, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.

Təkbətək görüşdən sonra iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılıb. Görüş və danışıqlardan sonra İ.Əliyev və R. T. Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Ərdoğan eyib ki, işğal aradan qalxmayınca Türkiyə-Ermənistan sərhədləri açılmayacaq:

«Dost və qardaş Azərbaycanda olmağımdan məmnunam. Türkiyə və Azərbaycan arasında ikili münasibətləri müzakirə edik. Tarixdən biz bir yerdə olmuşuq və bu görüş buna kölgə salmaq istəyənlərə ən yaxşı cavab olacaq. Müzakirələrdə ən önəmli məsələ budur. Münasibətlərimizin təməlində bir millət iki dövlət məsələsi durur. Azərbaycan Qarabağ probleminə necə həssas yanaşırsa, biz də elə yanaşırıq. Bu məsələ ilə bağlı deyilən yanlış fikirləri biz qəbul etməyəcəyik. Çünki bir səbəb nəticə məsələsi var. Qarabağın işğalı nəticəsində sərhədlər bağlanıb. İşğal ortadan qalxmayınca sərhədlər açılmayacaq. Minsk Qrupu, Amerika, Fransa, Rusiya bu müzakirələri sürətləndirməli və nəticə əldə olunmalıdır. Bu məsələdə Azərbaycan prezidentinə inanıram. Bununla yanaşı biz enerji məsələsini də müzakirə etdik».

Prezident İlham Əliyev isə bildirib ki, Türkiyə -Azərbaycan əlaqələri çoxşaxəlidir və bu əlaqələrin böyük tarixi var: «Beynəlxalq məsələlərdə bir çox hallarda iki ölkə vahid mövqedə çıxış edir. Mən danışıqlardan, aramızda olan söhbətdən razıyam. Hesab edirəm ki, səmimi söhbətlər bir çox məsələlərə aydınlıq gətirib».

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya mayın 12-i axşam gəlib.

Ermənistan üçün iki bəd xəbər

ق Bölgədə böyük güclər ortaq nəticəyə gələ bilərlər

Ermənilər son vaxtlar bir-birinin ardınca bəd xəbərlər eşidirlər. Onlara bu günə qədər yardım edənlər mövqelərini dəyişirlər. Öncə Amerika Ermənistanı və disaporu məyus etdi. KİV-də “hər şeyə qadir güc” kimi təbliğ edilən erməni diasporu ABŞ-ın yardımları azaltmaq qərarından cücəyə döndü. Ermənilər bunun Ermənistana çox pis təsir edəcəyini dedilər. Lakin rəsmi Vaşinqton NATO-nun təlimlərindən imtina edən süni bir dövlətə münasibətini dəyişməyi lazım bilməkdədir. Bunun ardınca Rusiya hökumətinin başçısı Vladimir Putin keçmiş SSRİ pespublikalarına yardımı dayandırdıqlarını deyib. O, Rusiyanın artıq bazar iqtisadiyyatı sisteminə keçdiyini söyləyib. Ermənistan üçün bunun nə demək olduğunu təsəvvür edə bilərik. Üstəlik, “Nabukko”dan imtina edən Orta Asiya dövlətləri üçün də uyğunsuz durum yaranıb. Onlar bazar iqtisadiyyatı qanunlarına görə, bu layihəyə qoşulmalı idilər. Ancaq Kremlin qəzəbli baxışları onları geri çəkilməyə və milyardlarla gəliri itirməyə məcbur etdi. Bunun əvəzində Rusiyanın onlara nə verə biləcəyi bəlli deyil.

Ən pis vəziyyətə düşəni Ermənistandır. İndi onun durumuna nəzər salaq. Rusiyanın subsidiyaları kəsməsi Ermənistana veriləcək qazın qiymətinin yüksəlməsi deməkdir. Ermənistanın bunu necə ödəyəcəyi məlum deyil. Artıq onun rusa satmağa obyekti də qalmadı. Digər tərəfdən, Gürcüstandakı durum göstərir ki, Ermənistanın Rusiyanın köməyinə bel bağlaması da real görünmür. İki ölkə arasında quru sərhədi yoxdur. Qalır Azərbaycan və Türkiyə variantı. Bununla da Ermənistanı Rusiya türk dövlətlərinin ağuşuna atmış olur. Maraqlıdır ki, Amerikanın da davranışı bunu göstərir. Yardımları azaltmaqla o, Ermənistandan siyasətini bölgədə elə qurmağı tələb edir ki, qonşularla əməkdaşlıq edə bilsin. Bu da rəsmi İrəvanın istər-istəməz türk dövlətlərinin yanına gəlməsi deməkdir. Nə üçün ermənilərin ağaları belə edirlər? Onları növbəti dəfə keçi qiymətindən də ucuz satmırlar ki? Bizcə, elə deyil. Bu addımların arxasında müasir dünyanın geosiyasi-iqtisadi və siyasi tələbləri durur. Bu dəyərlər indi dünyanın mövcud olmasını şərtləndirirlər. Dünyanın mahiyyəti praqmatizm tələb edir. Ona görə də Ermənistan Güney Qafqazda pislik, aqressiya, dağıdıcılıq məkanı kimi əbədi qala bilməz. Qloballaşan dünyaya o, həmişə əngəl ola bilməz. Bunlara baxmayaraq, qarşı-qarşıya gəlmiş ABŞ və Rusiyanın bu məsələdə maraqlarının üst-üstə düşməsi düşündürücü məsələdir. Hər bir halda indi Ermənistan geosiyasi oriyentasiyası məlum olmayan və kortəbii olaraq hadisələrin təlatümlərinin təsiri altında ora-bura atılan sınıq gəmiyə bənzəyir. Onun seçim etməli olduğu barədə çoxdan yazılır, lakin indi deyəsən, manevr imkanları tam tükənib. Rusiya hökumətinin Ermənistanla bazar iqtisadiyyatı sisteminə keçməsi ilə iki ölkə arasında soyuqluğun yaranacağını düşünmək yanlışlıqdır. Ermənistan bu şərtlə Rusiya ilə dostluq etməyə məcburdur. Kreml çoxdandır ki, dostluğu pul qopartmaq kimi başa düşənlərlə yol getməyə son qoyulmalı olduğundan danışır. Hətta “kosmosun dəlisi” V.Jirinovski bundan dəm vurur. Bununla da Güney Qafqazda tamamilə yeni əsaslarda dövlətlərarası müansibətlərin formalaşacağını demək olar.

Ermənistan üçün məsələnin başqa tərəfi tamamilə türk dövlətlərinin təsiri altına düşməkdən qorxmasına bağlıdır. Ermənistan türklərdən asılı olmaqdansa, Rusiyadan asılı olmağa hər zaman üstünlük verəcək. Görünür, Kremlin hesabında bu məqam az rol oynamır. Bu faktora görə Ermənistan Rusiya ilə təhlükəsizlik məsələsində strateji tərəfdaşlığı saxlayacaq. Nəticədə Rusiya faktiki olaraq heç nə itirmir, əvəzində Ermənistanı saxlayır, üstəlik Azərbaycan və Türkiyə ilə daha yüksək səviyyədə əməkdaşlıq imkanı qazanır. Deməli, Rusiya strateji aspektdə istənilən variantda udur. O, Ermənistana havayı pul xərcləməkdən azad olmaqla yanaşı, Qafqaz istiqamətində güclü tərəfdaşlar qazanır. İranla münasibətlərdə Rusiyanın mövqeyi aydın olduğundan faktiki olaraq bölgədə geosiyasi statusunu qaldırmış olur. Bu xətti Kremlin uğuru adlandırmaq olar.

Bəs ABŞ nə qazanır? Amerika Türkiyə və Azərbaycan kimi müttəfiqlərinin Qafqazda söz sahibi olmasına nail olur. Türkiyə artıq Yaxın və Orta Şərqdə aparıcı mövqeyə çıxır. Bu da dolayısı ilə ABŞ-ın maraqlarına uyğundur. Üstəlik, Türkiyə və Azərbaycanın hesabına Qafqazda Rusiya ilə maraqlarını balanslaşdıra bilir. Bundan sonrası isə gələcəyin işidir.

Şahin Məhəmmədoğlu

TRT- kırmızı hat

Böyük Rəsuloğlu Dünya Azərbaycanlılarının Haqqlarını Müdafiə komitəsi tərəfindən

Güney Azerbaycan Türk milleti, milli haklarını kazanmak uğrunda, son zamanlar geniş demokratik harakata başlamışdır. Özellikle, ana dilimiz olan Azerbaycan Türkcesinin ilk okuldan üniversitelere kadar okunması, tarihi topraklarımızda dövlet dili statusu kazanması ve birleşmiş milletler teşkilatı insan hakları beyannamelerinin icrası istenmekdedir. Milli harakatımız, bütün bunların dinc yolla, demokratik usullara dayanarak, kansız kadasız yerine yetirilmesini arzulamakdadır. Üç yıl önce, Mayıs ayının 22-de Güney Azebaycanın bütün yerleşim merkezlerinde, o cümleden kahraman Tebriz kentinde bir milyona yakın insanın “ haray haray ben türküm” şuarı ile sokaklara akını, önümüzde yeni kapılar açmışdır. O günün yıl dönümü halkımız tarafından her yıl kutlanmakdadır.
İran adı altında farsçılık siayseti yürütenler, iktidar muhaifet demeden sesimizin yayılması bir yana dursun, bizi boğmağa çalışarken TRT kimi kurumlarında susması anlaşılmazdır. Amerikanın sesi ( VOA) ve BBC kimi TV- ler ve haber ajansları, o demokratik devletlerin parası ile çalışsalar da, ülkede yaşıyan 30 milyon Türk insanın hak bağırtısını eşitmemesini kınasak da, sebebi bilinmekdedir. Fars rasizmini düşünce kapsamına almış bu cereyanların bizi, ve ona görede sizi, insan yerine koymaması anlaşılmakdadır.

Bu mektubla birge, geçen yıl, 22 mayıs hadiselerinin ikinci yıl dönümü ile bağli yazdığım yazıyı sancaklıyarak huzurlarıza takdim ediyorum. O yazıdakı gerçekleri TRT kırmızıhat programında Anadolu ve dünya Türklüyüne iletmeniz, başımıza gelenlerden haberdar etmeniz, milli-insani görev sayıla biler.

Artırmalıyam ki, bu yazı, o zaman, belli bir sitede yayılan varyantdakı hadise gününden çıkarılmış fotograflarla birlikde, olayın iç yüzünü göstermekdedir.

Mahmud Əhmədinejata dövlət büdcəsindən istifadə etmək qadağan edildi

Mahmud Əhmədinejata dövlət büdcəsindən istifadə etmək qadağan edildi İran prezidenti səfər və mitinqlərin xərcini özü ödəməli olacaq İran prezidenti Mahmud Əhmədinejad ölkə daxili səyahətləri zamanı dövlətin imkanlarından istifadə edə bilməyəcək. İranın Konstitusiyanı Müdafiə Şurası dövlət başçısının bundan sonra ölkə daxili səfər proqramlarının xərcinin dövlət xəzinəsi tərəfindən qarşılanmayacağını açıqlayıb. Əhmədinejatın 12 iyun prezident seçkisində namizəd olduğunu xatırladan qurum qeyd edib ki, digər namizədlər kimi prezident bundan sonra səfər və mitinqlərin xərcini özü ödəməli olacaq./ANS PRESS/

54 UNİVERSİTETİN TƏLƏBƏ TƏŞKİLATLARI BİRGƏ AÇIQ MƏKTUB YAYIB: “ƏHMƏDİNEJAD GETMƏLİDİR!

54 UNİVERSİTETİN TƏLƏBƏ TƏŞKİLATLARI BİRGƏ AÇIQ MƏKTUB YAYIB: “ƏHMƏDİNEJAD GETMƏLİDİR!

Mahmud Əhmədinejad

İranın 54 universitetinin İslam Birliyi adlı tələb təşkilatları birgə açıq məktub yayaraq prezident Mahmud Əhmədinejadın iyunun 12-də keçiriləcək prezident seçkisində yenidən seçilə bilməsi barədə xəbərdarlıq ediblər.

məktubda Əhmədinejadın 4 ildəki daxili və xarici siyasəti kəskin tənqid edilib, onun ölkəni tamamilə uçuruma apardığı vurğulanıb: “Bu gün artıq iradələrin gücünü göstərmək vaxtıdır. Tarixi yaddaşımız bizə deyir ki, inqilabdan sonra İran heç vaxt bugünkü kimi təhlükəli böhranlar uçurumuna yaxınlaşmamışdı. Xalqın mənafeyi heç vaxt bugünkü kimi təhlükəyə məruz qalmamışdı və ölkəyə hakim olan siyasətçilərin macəraçı siyasətləri nəticəsində milli qürurumuz dünyada bu qədər əzilməmiş, tapdanmamışdı”.

Açıq məktubda daha sonra deyilir: “Son 4 ildə ölkə universitetləri hökumətin hərtərəfli dəhşətli hücumuna məruz qalıb, tələbələr dəstə-dəstə inzibati komitələrə çağırılaraq təhdid edilib, dissident müəllimlər zorla işdən çıxarılıb və ya təqaüdə göndərilib, tələbələrin dinc fəaliyyətlərinin qarşısı alınıb, ölkədən xarici ölkələrə beyin axını sürətləndirilib və universitetlərdə əməlli-başlı polis rejimi hakim olub”.

Məktubda sivil azadlıqların məhdudlaşdırılması da pislənilir: “Əhmədinejad hökuməti fəaliyyətə başlayanda 70 milyon əhalinin mənafeyini təmsil edəcəyi vədi versə də, sonradan demokratiyanın 4-cü sütunu olan müstəqil medianın fəaliyyətinə qadağalar başladı, internet saytlarına, ədəbi əsərlərin çap və nəşrinə senzura qoyuldu qadınlar, fəhlələr və müəllimlər hərəkatı dağıdıldı etnik qrupların mənafeyi tapdandı”.

Tələbələr Əhmədinejadın xarici və iqtisadi siyasətini də tənqid ediblər: “Biz hesab edirik ki, Əhmədinejad yenidən prezident seçilsə, mövcud böhranlar şiddətlənərək ictimai çöküşə gətirib çıxaracaq. Biz fəryad qaldırıb uca səslə deyirik: “Əhmədinejada yox! Əhmədinejad getməlidir!

12 Mayıs 2009 Salı

İRAN'IN İNSAN HAKLARI DOSYASI Ahmedinejad'ın Ülkesinde "Farklı Olan" Herşey Tehdit Altında

Gözaltında ve hapisanede ölüm, çocuk yaştakilerin idamı, Farsi olmayanlara baskı ve ayrımcılık, onaylanmayan düşüncelerin cezalandırılması, giderek yaygınlaşıyor.
Sevda ZENJANLI


öldürülmeye (recm) mahkum edilen iki kız kardeşe verilen cezayı protesto eden tahranlı kadınlar

Bir hafta önce İran'da 23 yaşındaki Dilara Darabi'nin idam edildiği haberi, dünyanın dikkatinin yeniden ülkedeki insan hakları durumuna çevrilmesine neden oldu. Dilara Darabi, 17 yaşındayken işlemekle suçlandığı bir cinayet yüzünden idam cezasına çarptırılmış ve bu durum uluslararası insan hakları kuruluşlarının tepkisini çekmişti. Cinayeti işlediğine dair, daha sonra değiştirdiği kendi ifadesi dışında hiçbir kanıt bulunmayan Dilara için birkaç yıldır yürütülen kampanyalar, İran devlet yetkililerinin 19 Nisan Pazar günü bu idamı 2 ay için ertelediklerini ilan etmelerine neden olmuştu. Ancak İran yetkilileri, bu açıklamadan sadece 19 gün geçtikten sonra Darabi'yi avukatına bile haber vermeden idam ettiler.
Çocukların idamı

İran'ın da imzaladığı Birleşmiş Milletler Çocuk Hakları Bildirisi, suçun işlendiği tarihte 18 yaşından küçük olan çocuk suçlular için ölüm cezasını yasaklıyor. Buna rağmen Af Örgütü rakamlarına göre 8'i geçen yıl olmak üzere 1990'dan bu yana 42 İran vatandaşı, işlediği suçlardan ötürü reşit olmadan idam edildi. Başta Uluslararası Af Örgütü -Amnesty International- olmak üzere pek çok kuruluş cezanın bu şekilde infaz edilmesini kınadı. Dünyanın dört bir yanından insan hakları savunucuları bugünlerde Dilara'nın idamını İran konsolosluklarının önünde toplanarak protesto ediyorlar.
"Düşünce suçluları"na zulüm

Yine bundan kısa bir süre önce, biri internet günlüğü (blog) yazarı olan üç düşünce suçlusu İran Hapishanelerinde gözaltındayken hayatını kaybetmişti. 29 yaşındaki webblog yazarı Ümid Rıza Mirsayafi "Dini Lidere (Hamaney) Hakaret Etmek" suçlamasıyla tutuklanmış ve 18 Mart günü işkenceleriyle ünlü Evin Hapishanesinde ölmüştü. Bunun üzerine Sınır Tanımayan Gazeteciler örgütü başta olmak üzere birçok kuruluş İran devletinin bu ölümden sorumlu olduğunu açıkladı ve olayın aydınlanması için bir soruşturma komisyonu oluşturulması talep edildi. Mirsayafi, tutuklanmasının ardından internet günlüğünde yayınladığı yazıların çoğunun geleneksel Fars müziği ile ilgili olduğunu ve sadece kendi arkadaş çevresinin okuduğu özel bir alan olduğunu söylemişti.

İran'ın insan hakları ihlallerinin gündeme gelmesine neden olan bir diğer gelişme de ABD-İran çifte vatandaşı gazeteci Roxana Saberi'nin 8 yıl hapis cezasına çarptırılması oldu. Tutukluğu bulunduğu Evin Hapishanesinde açlık grevine başlayan Saberi önce sadece alkol satın almakla suçlanmış, ancak daha sonra casusluk suçlamasıyla mahkemeye çıkarılmıştı. Saberi'nin yargı sürecinin adaletsizce yürütüldüğünü savunan uluslararası kuruluşlardan Sınır Tanımayan Gazeteciler (RSF) örgütünden gönüllüler, gazeteciyi desteklemek için Mayıs ayının başından itibaren dönüşümlü açlık grevi başlattılar. Saberi'nin serbest bırakılması için yürütülen uluslararası imza kampanyasına katılım 27.000'i aştı.
Farsi olmayanlara ayrımcılık

İran'ın insan hakları ihlallerinden halkın her kesimi nasibini alıyor. Gündemde görünür olan bu vakalar bir yana, rejimin hak ihlallerinin bir de daha az bilinen boyutları var. Nüfusunun yarısından fazlası Fars olmayan etnik gruplardan oluşan İran'da Azerbaycanlı üniversite öğrencileri, gazeteciler ve aydınlar bu tavrın en büyük mağdurları.

İran Devleti, ülkenin sınır bölgelerinde yaşayan milletlere son yıllarda giderek artan bir kuşkuyla bakıyor ve bu toplumların huzursuzluğunu Batı'nın ve ABD'nin kışkırtması olarak yorumluyor. Azerbaycan kültürel kimliğini ve anadil haklarını savunanlar genellikle "Pan-Türkizm yayılmacılığı yaparak ülke güvenliğine karşı eylemlerde bulunmak" gibi ucu açık suçlamalarla karşılaşıyorlar.

İran Anayasasının 15. maddesine göre "İran halkının resmi ve ortak dili Farsçadır. Resmi yazışmalar, metinler ve senetler ve okullarda okutulan ders kitaplarının bu dilde olması gerekir. Fakat basında ve toplu iletişim araçlarında yerel ve etnik dillerin kullanılması ve okullarda Farsçanın yanında yerel edebiyatın okutulması (öğretilmesi) serbesttir".

Ancak İran Devleti, 30 yıldır kabul ettiği kendi Anayasasını uygulamıyor ve Farsça olmayan dillerin kullanımına büyük zorluklar çıkarılıyor. Örneğin 10 Aralık ve 2 Şubat tarihlerinde ülkenin kuzeyindeki Erdebil şehrinde, anadilde eğitim hakkıyla ilgili kültürel çalışmaları olan 6 aktiviste beşer yıl sürgünde hapis cezaları verildi. "Milli güvenlik aleyhine faaliyet etmek"le suçlanan bu kültürel aktivistlerin dördü üniversite öğrencisi, biri ise gazeteciydi. İran Anayasasına ve uluslararası hukuk kurallarına göre bir suça iki ayrı cezanın (hapis ve sürgün) verilmesi mümkün değil ancak mahkeme "tutukluların bulundukları eyaletin güvenliğini tehdit edebilecekleri" bahanesiyle aktivistleri İran'ın 6 ayrı eyaletinin hapishanelere gönderme kararını verdi. Temyiz başvurusunda bulunan Azerbaycanlı gençlerin geleceği belirsiz.

ADAPP (İran'da Azerbaycanlı Siyasi Tutukluları Savunma Birliği) kuruluşunun yıllık raporunda belirttiğine göre gözaltına alınan Azerbaycanlı kültürel aktivistlerin neredeyse tamamı işkence ve kötü muameleye maruz kalıyorlar.Yine İran'ın kendi Anayasasında maksimum gözaltı süresinin 48 saat olarak belirtilmesine rağmen aylar boyunca suçlamaları belirtilmeden gözaltında tutulanlar oluyor. İran Azerbaycanlısı gazeteci ve insan hakları aktivisti Said Metinpur, 2007 yılının Mayıs ayında gözaltına alınmış ve 278 (yaklaşık 9 ay) boyunca mahkemeye çıkarılmadan sorgulanmıştı. Gözaltına alınmasına gerekçe olarak "Türkiye'deki bir insan hakları konferansına katılımı" gösterilen Metinpur 9 ay süren gözaltından sonra tam 650 bin dolarlık kefalet karşılığında geçici olarak serbest bırakılmıştı. Azerbaycanlı gazeteci, mahkemede tıpkı Roksana Saberi gibi "İran'a karşı olan ülkelerle işbirliği yapmak"la suçlanıp 8 yıl hapis cezasına çarptırıldı.
Gözaltında ölüm

İran'ın gözaltındaki aktivistlere nasıl davrandığını gösteren çarpıcı bir örnek de Ferhad Mohseni'nin durumu... Ferhad,Mayıs 2008'de gözaltına alınmış ve 20 gün sonra işkence edilmiş cesedi Tebriz şehrindeki gölün kenarında bulunmuştu. Raporlara göre yetkililer, henüz 25 yaşındayken sorgu merkezinin hücresinde hayata gözlerini yuman Ferhad'ın ailesinin otopsi talebini reddettiler. Yurtdışından yayın yapan Farsça bir radyoya bu konuyla ilgili röportaj veren İranlı bir gazeteci de daha sonra gözaltına alındı.

İran İslam Cumhuriyeti, Uluslararası Medeni ve Siyasi Haklar Sözleşmesi'ni (ICCPR) imzalayan ülkelerden biri. Buna göre ülkede suçlaması ne olursa olsun gözaltındaki mahkumlara işkence etmek kesinlikle yasak. Ancak kendi anayasasının maddelerini çiğneyen devlet, imzaladığı uluslararası sözleşmeleri de hiçe sayıyor.

Devletin hukuksuz tavrı devam ettikçe İran halkının geleceğe yönelik tek umudu, insan haklarının evrenselliği doğrultusunda dünyanın bu ihlalleri her boyutuyla görmesi ve mağdur olan her kesime desteğini göstermesi oluyor. Zira İran'ın 80 yıldan uzun süredir içine hapsedildiği diktatörlük çemberini aşmanın tek yolu uluslararası dayanışmadan geçiyor. (SZ/EK)

İran adlanan yer neftinin Azərbaycan ərazisindən nəqlini istəyir

İran Azərbaycan ərazisindən neftin tranziti üçün xüsusi proqramlar hazırlayıb. Təkliflər paketi yaxın günlərdə müzakirə olunacaq.
--------------------------------------------------------
Vaşinqton və Moskva Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı vahid mövqe nümayiş etdirir

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bəyan edib ki, bir çox önəmli məsələlərdə fikri üst-üstə düşməyən Vaşinqton və Moskva Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı vahid mövqe nümayiş etdirir. Hər iki dövlətin rəsmiləri Cənubi Qafqazda davamlı sabitliyin bərqərar olmasında maraqlıdır. Qrupun rusiyalı həmsədri Yuri Merzlyakov isə deyib ki, Praqa görüşünü tamamilə nəticəsiz hesab etmək olmaz. Rusiyalı diplomatın sözlərinə görə, problemin özəyində dayanan əsas 4 məsələ barədə prezidentlər fikir mübadiləsi aparıb. Bu məsələlər Sankt-Peterburq görüşündə də masaya yatırılacaq.

İran dünyada daim gərginlik yaratmamalıdır – prezidentliyə namizəd

"Dövlət idarəetməsində zəif iradəli rəhbərlərə üstünlük verilir, lakin ölkədəki problemləri nəzərə alsaq, bu kimi şəxslər ölkəni idarə edə bilməzlər", - deyə İranın İslahatçılar düşərgəsindən olan sabiq Baş nazir Mir Hüseyn Müsəvi İran parlamentinin sabiq nümayəndələrinin iclasında çərşənbə axşamı çıxışı zamanı bildirib. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

İranın Məsləhət Şurasının üzvi Musəvi çıxışı zamanı İran prezidenti Mahmud Əhmədinejadı tənqid edib. "Hökumət tərəfindən 5.1 milyarddan 17 milyard dollara qədər məbləgin dövlət fonduna yatırılmaması ilə bağlı təəssüf ki, hələ heç bir ölçü götürülməyib, bu ciddi təhlükədir", - deyə Musəvi bildirib.

Musəfi İranın xarici siyasətində dəyişikliyin lazım olduğunu vurğulayıb. "Təəssüflər olsun ki, bu gün biz beynəlxalq aləmlə ziddiyyətli mövqeydəyik, bu məsələ bizim xalqımız, xüsusilə gənclərimiz üçün problemlər yaradıb. Xarici siyasətimizlə bağlı sanksiyalar, qətnamələr və gərginlik bizim xalqın pisxologiyasına təsir göstərir. Bütün toplantılarda gənclər ilk növbədə xarici siyasət barədə soruşurlar. Biz başa düşməliyik ki, yanlış xarici siyasətimizlə xalqımızı yormuşuq", - deyə Musəvi bildirib.

Musəvi əlavə edib ki, dünyada heç bir ölkə İran qədər tənha olmayıb. "Şüar səsləndirmək problemləri həll etmir, bizə düzgün proqram lazımdır. Təəssüflər olsun ki, bu gün öz qonşularımızın arasında da həqiqi dostumuz yoxdur. Dünyada daim gərginlik yaratmamalıyıq", - deyə Musəvi bildirib.

Musəvi İranın Şanxay Təşkilatına üzv olmadığından təəssüfləndiyini də bildirib. "İranın təbii haqqıdır ki, bu təşkilata üzv olsun, lakin təəssüflər olsun ki, biz bu təşkilata üzv ola bilmirik, çünki hamıya problem yaratmışıq", - deyə Musəvi bildirib.trend

İran topçusu, Türkiye topraklarına ateş açtı iddiası

Esendere merkezine yaklaşık 3 kilometre uzaklıkta bulunan 34 haneli mahallede oturanlar korku ve panik içerisinde beklerken, ilk havan mermisi atışından 3 saat sonra saat 12.30'da yine havan atışları oldu.

Sabah mermilerin düştüğü aynı bölgeye, öğle saatlerinde de 4-5 havan mermisi düştü. Bölgede geniş önlem alınırken, köye giriş ve çıkışlar da yasaklandı. Yörede oturanlar havan topu atışları nedeniyle büyük korku yaşadıklarını, evlerinde çatlakların meydana geldiğini savunurken, yetkililerden bir an önce soruna çözüm bulmasını istedi.

İRAN topçu birliklerinin Hakkari'nin Yüksekova İlçesi'nin sınır kesimine 15 dakika kadar topçu ateşi açtığı ileri sürüldü.
Yerel kaynaklardan alınan bilgiye göre Türkiye'nin İran'a açılan Hakkari'nin Yüksekova İlçesi'ne bağlı Esendere Sınır Kapısı yakınlarında bugün saat 09.30 sıralarında ateş açıldığı iddia edildi. İran sınırında bulunan Esendere'ye 3 kilometre uzaklıktaki Sarıyıldız Köyü'nün 500- 600 metre uzağına 7- 8 havan mermisi düştüğü bildirilirken, İran'ın beklenmeyen bu tutumu üzerine askeri ve sivil yetkililer harekete geçti. İran topçusunun kendi topraklarında sık sık terörist eylemlere girişen terör örgütü PKK'nın kolu PJAK'a üye teröristlere karşı ateş ateş açtığı sanılıyor.

VALİ: ARAŞTIRIYORUZ
İran sınırından Hakkari'nin Esendere Beldesi'nin Sarı Yıldız Köyü'ne atılan havan topuları ile ilgili Hakkari Valisi Muammer Türker, konunun araştırıldığını söyledi. Ankara'da bulunan Hakkari Valisi Türker, kendisine de köyün uzağına 5 havan topu mermisi düştüğü bilgisinin ulaştığını belirtti. Bilgilerin henüz çok yeni olduğunu belirten Vali Türker, jandarmanın bölgede kapsamlı soruşturma yaptığını söyledi.

Milliyet

İran-Ermənistan qaz kəməri həftəsonu işə başlayacaq

İran-Ermənistan qaz kəməri həftəsonu işə başlayacaq Təbriz zavodlarından ildə Ermənistana 81 milyard kubmetr təbii qaz tədarük ediləcək İran bu həftənin sonundan etibarən Ermənistana iki ölkəni birləşdirən boru kəməri ilə qaz göndərməyi planlaşdırır. Qaynar.info-nun "Tehran-Times"-a istinadən verdiyi məlumata görə, İranın Milli Qaz İxrac Kampaniyasının icraçı direktoru Seyyid Reza Kasaizadehin başçılığı ilə nümayəndə heyəti də Ermənistana səfər edəcək və qaz kəmərnin açılışıyla bağlı düzənlənən təntənəli mərasimə qatılacaqlar. Kasaizadeh İranın "Petroenergy" informasiya şəbəkəsinə verrdiyi açıqlamada bildirir ki, səfərin əsas məqsədlərdən biri Ermənistana qazın ixracatını yekunlaşdırmaqdır," Qeyd edək ki, İran-Ermənistan qaz kəməri vasitəsilə Təbrizdə İranın təmizləyici zavodlarından hər il 81 milyard kub metr təbii qaz Ermənistana göndəriləcək. Bu, təxminən indi Ermənistanın Gürcüstan yolu ilə Rusiyadan idxal etdiyi qazın həcmi ilə eynidir. Ermənistan hər kub metr qaza görə İrana 3 kilovat elektrik enerjisi verəcək.qaynar

11 Mayıs 2009 Pazartesi

İran adlanan yerdə prezident seçkisində iştirak etmək üçün 475 nəfər müraciət edib

İranda prezident seçkisində iştirak etmək üçün 475 nəfər müraciət edib

Necə nəfərin namizədliyinin qeydə alındığı mayın 20-21-də bəlli olacaq
İranda keçiriləcək prezident seçkisində iştirak etmək üçün 475 nəfər müraciət edib. Onlardan 42-i isə qadınlardır. Ərizə verənlərn namizədliyii islam ruhaniləri və hüquqşünaslardan ibarət komissiya araşdıracaq. Kimin namizədliyinin qeydə alınıb-alınmayacağı mayın 20-21-də bəlli olacaq.
Qeyd edək ki, İranda prezident seçkisi iyunun 12-də keçiriləcək. Seçkilərdə əsas rəqiblər İranını hazırki prezidenti Mahmud Əhmədnejat, parlamentin keçmiş spikeri Mahdi Karroubi, İslam inqilabi korpusunun keçmiş komandiri Mohsen Rezai və keçmiş baş nazir Mir Hüseyn Musavi hesab edilirlər. /ANS PRESS/

Araz Elsəs Bakıda konsert verəcək

Araz Elsəs Bakıda konsert verəcək

Güney Azərbaycanın tanınmış sənətçisi Araz Elsəs Bakıda konsert verəcək.Ozan bu barədə artıq Mədəniyyət və Turizm Nazirliyi ilə danışıb və nazirlik bu işdə ona yardım edəcəyini bildirib.

Araz Elsəs bildirib ki, Azərbaycanda konsert verməyi çox arzulayır və yaxın aylarda bu konsert baş tutacaq. Ozan qeyd edib ki, yeni disk üzərində işləyir və ozansevənlər satışdan həmin diskləri əldə edə biləcəklər. Qeyd edək ki, Araz Elsəs 1997-ci ildən Norveçdə yaşayır.gaip

İran'da Azerbaycanlı Siyasi Mahpuslarını Savunma Kuruluşunun ( ADAPP) Aylık Raporu - Nisan 2009

İran'da Azerbaycanlı Siyasi Mahpuslarını Savunma Kuruluşunun ( ADAPP) Aylık Raporu - Nisan 2009

İran dövlətinin azərbaycanlı mədəni fəallara qarşı təyziq və həbləri keçən ayda da davam etmişdir. Azərbaycanlı fəallar əsassız olaraq həbs edilməkdə, haqlarındakı ittihamlar açıqlanmadan və vəkil tutmaq hüquqları verilmədən işgəncə və pis rəftar görmək təhlükəsi altında saxlanılmaqdadırlar.

Saxlanılanlar:

Müxtəlif xəbər mənbələrindən alınan məlumatlara görə Təbrizdə azərbaycanlı yazar və mədəni fəal Neği Əhmədi Azər Müqəddəmin 16 aprel şənbə günü saxlanılaraq şəhərin Ettelaat (xüsusi xidmət orqanı) istintaq mərkəzinə aparılmışdır.

Müqədəmin ailəsinin yazarın həb edilmə səbəbilə əlaqədar məlumat ala bilmədikləri, ancaq bunun adı çəkilən fəalın yayımlanan kitabları ilə bağlı ola biləcəyini düşündükləri açıqlandı.

Azərbayan tarixi,dil və ədəbiyyatı sahəsində “Türk dili və Azərbaycan Tarixi”, “Məşrutiyyət Olayları”, “Sultan Məmməd və Təbriz Minyatur Məktəbi” kimi bir çox kitabın müəllifi və tərcüməçisi olan Əhmədi Azər Müqəddəm İran Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.

Məhbus Ramin Sadiqinin Səhhətilə əlaqədar narahatlıqlar

5 fevral 2009 tarixində Ərdəbildə atasının evində tutularaq şəhərin Ettelaat (xüsusi xidmət orqanı) istintaq mərkəzinə aparılan azərbaycanlı mədəni fəal Ramin Sadiqi 12 aprel 2009 tarixindən etibarən Ərdəbil həbxanasının ümumi kalonuna köçürülmşdür.

Tutulanın ailəsinin, özünün vəziyyəti və saxlanma səbəbini öyrənmək səbəbilə məhkəmə və həbsxana səlahiyyətlilərinə edikləri müraciətlər nətiəsiz qalmışdır. Ailəsi fəalın şiddətli işgəncə gördüyünə inandıqlarını və hal-hazırda vəziyyətinin yaxşı olmadığını bildirmişdir.

Bundan əvvəl də yerli əbər mənbələri adı çəkilən şəxsə saxlanılma zamanı əsassız cinayət senariləri qəbul etdirmək məqsədilə şiddətli fiziki və psioloji işgəncələr verdikləri bildirmişdi. Verilən məlumatlara görə Sadiqinin saxlanılma müddəti işgəncə altında verdiyi etirafları daha sonra inkar etməsi səbəbilə uzadılmışdı.

Adı çəkilən fəalın qardaşları olan İbrahim və Məmməd Sadiqi özü İlə eyni vaxda 20 gün nəzarətdə saxlanılan sonra 30 min dollar təminatı qarşılığında azad edilmişdi. İbrahim və Məmməd Sadiqinin saxlanıldıqları müddət boyunca işgəncə və pis rəftara məruz qaldıqları, vəkil tutma və ailələr ilə görşmə hüququndan məhrum edildikləri bildirildi.

Ramin Sadiqi daha əvvəl 21 fevral 2007 tarixində Dünya Ana dili tədbirlərində bildirişlər yaydığı üçün saxlanılmış və bir aydan sonra təminat qarşılığında azad edilmişdi. Beynəlxalq Əfv Təşkilatı bu mövzuda yayımladığı hesabatda Ramin Sadiqini vicdan məhbusu elan edərək dərhal azad edilməsinə çağırmışdı.

Verilən Həbs Cəzaları

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində 17 yaşındakı azərbaycanlı tələbə fəal İbrahim Nuri, beş il boyunca təxirə salınacaq 10 aylıq həbs cəzasına məhkum edildi.

İbrahim Nuri 6 aprel 2009-cu İl tarixində Əhər İnqilab Məhkəməsinin birinci şöbəsində vəkilsiz və bağlı olaraq keçirilən məkhəməə 2006-cı ilin may ayında İranda azərbaycanlıların dövlət qəzetində yayımlanan təhqir məzmunlu karikaturaya qarşı etiraz nümayişlərinə qatılmaq və “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edildi. İbrahim Nuri verilən qərarla əlaqədar appelyasiya məhkəməsinə müraciət etdi.

17 yaşındakı azərbaycanlı fəal daha əvvəl mədəni fəaliyyətləri səbəbilə dəfələrcə həbs edilibdir.

O, ilk dəfə 7 may 2007-ci ildə Əhər şəhərinin Ettelaat (xüsusi xidmət orqanı) mərkəzinə çağırılmış və 3 gün nəzarətdə saxlanıldıqdan sonra təminat qarşılığında azad edilmişdi. Həmin ilin 21 mayında isə “Qanundan kənar yığıncaqlara əvət bildirişlər yaymaq” ittihaı ilə təkrar həbs edilmiş və bir həftə sonra təminat qarşılığnda azad edilmişdi. Adı çəkilən fəal keçən il mədəni fəaliyyətləri əsas göstərilərək təhsil alığı lisseyin müdiri tərəfindən 3 gün ərzində məktəbdən kənar edilmişdi.

Azərbayanlı işçi fəal Məmməd Cərrahi Şərqi Azərbaycan Appelyasiya Məhkəməsinin 6-cı Şöbəsindən Hakim İmani tərəfindən 4 ay şərtli (təxirə salınma) həbs əzasına məhkum edildi.

Cərrahi 2006-cı ildə işçi hüquqları ilə əlaqədar bir jurnalın yayımı səbəbilə “rejim əleyhinə təbliğat aparmaq” itihamı ilə 4 ay –təxirsiz- həbs əzasına məhkum edilmişdi. Adı çəkilən fəal 20 sentyabr 2008 tarixində Təbrizdə saxlanılaraq şəhərin mərkəzi həbsxanasına aparıldı.

Göstərilən tarixdə məhkəmə qərarı fəala bildirilməmiş və appelyasiyaya müraciət emək hüququ əlindən alınmışdı.

Məmurların bu cəzasının dəqiq olduğunu demələri ilə fəalın vəkili appelyasiya məhkəməsinə müraciət etmiş və Cərrahi 20 gün saxlanılandan sonra Təbriz həbsxanasından azad edilmişdir. Vəkilin etirazından sonra ərrahinin ittiham işi Şərqi Azərbayan əyaləti Appelyasiya Məhkəməsinin 6-cı Şöbəsinə köçürülmüş və 2009-u ilin fevral ayında verilən hökmə görə 4 ay həbs cəzası iki il üçün təxirə salınmışdır. Fəal Məmməd Cərrahi həbs edilməsi səbəbilə 2008-ci ilin sentyabr ayında işdən qovulmuşdur.

Həbs edilənlər

Azərbaycanlı mədəni aktivist Əli Hüseyinnejad, 4 Aprel 2009 günü həbs olunaraq 8 aylıq həbs cəzasını çəkməsi üçün Maku həbsxanasına aparıldı. Bu aktivist xalqı 2006-cı ildə azərbaycanlıların İran qəzetinin təhqir məzmunlu karikaturasına qarşı etiraz nümayişlərinin 1-ci ildönümü nümayişlərinə dəvət etməsi səbəbiylə nəzarətə alınmışdı. "rejim əleyhinə təbliğat aparmaq" ittiham ilə mühakimə olunan aktivist 1 il həbs cəzasına məhkum edilmiş, bu cəza apelyasiya məhkəməsinin qərarıyla 8 aya endirilmişdi.

Əli Hüseyinnejad daha əvvəl 2006-cı ilin May ayında da nəzarətə alınmışdı. O bir ay boyunca nəzarətdə tutulduqdan sonra İnqilab Məhkəməsi tərəfindən 500 dollar pul cəzası kəsizlmişdir.

Azərbaycanlı Fəal Din Adamı Hüccetü'l-islam Əzmi Qədim azadlığa buraxıldı:

Azərbaycanlı fəal din adamı Hüccet'ül-İslam Əbdüləziz Əzmi Qədim, 16 Aprel 2009 ildə bir illik həbs cəzasının sona çatmasıyla Qum şəhərinin Lengrud Həbsxanasından azadlığa buraxıldı.

Əzmi Qədim, 2005-ci ilin Aprel ayında Din Adamları Xüsusi Məhkəməsi tərəfindən "Din adamlığı şərəfinə hərəkat" ittihamı ilə 10 il müddətinə din adamlığı paltarı geymək qadağan edilmiş, ancaq verilən hökmə əməl etməməsi səbəbiylə 2008-ci ilin May ayında eyni ittihamla mühakimə olunaraq Qum şəhərinin Din Adamları Məhkəməsi tərəfindən bir il həbs cəzasına məhkum edilmişdi. Əzmi Qədim, 2008 May 3 -də həbs olunaraq Qumun Lengrud Həbsxanasına aparılmışdı.

Əzmi Qədim keçdiyimiz illərdə dəfələrlə nəzarətə alınmış və həbsxanaya aparılmışdır. O, 5 Avqust 2005 tarixində Təbriz parkında Məşrutiyyət inqilabının ildönümü mərasimlərində iştirakı səbəbiylə nəzarətə alınmış və 3 ay sonra təminat qarşılığında sərbəst buraxılmışdı. Əzmi Qədim, çıxarıldığı məhkəmədə 18 ay həbs, Azərbaycan bölgəsindən 5 il sürgün və "din adamlığı şərəfinə təhqir" cinayətindən 10 il müddətlə din adamlığı paltarı geymək qadağası cəzalarına məhkum edilmişdi. Azərbaycanlı din adamı, 2006-cı ilin Mart ayında həbs cəzasını çəkmək üzrə Təbriz həbsxanasına göndərilmiş, ancaq 6 ay sonra şərtli əfv ilə çıxarılmışdı.

Beynəlxalq Əfv Təşkilatı, 24 Avqust 2005, 4 May 2006 və 27 Oktyabr 2006 tarixlərində Hüccet'ül-İslam Əbdüləziz Əzmi Qədimin vəziyyətiylə əlaqədar 3 ay bildiriş yayımlamışdır.

Azərbaycanlı Əhli Haqq (Şiə) Məhbuslar Aclıq Tətili Başlatdılar:

Yerli qaynaqlardan alınan xəbərlərə görə, İranın Yəzd həbsxanasında məhbus olan Azərbaycanlı Əhli Haqq (Şiə) məhbuslar Səhənd Əli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadullah Qasımzadə, həbsxana səlahiyyətlilərinin pis rəftarına məruz qalmaqdadırlar. Adı çəkilən məhbusluların, həbsxanadakı əlverişsiz vəziyyəti və əsas insan hüquqlarının tapdalanmasına etiraz etmək adına 21 Aprel 2008 Çərşənbə axşamı günündən etibarən aclıq tətilinə başladıqları bildirildi.

Məhbus yaxınlarının ifadə etdiklərinə görə, Yəzd Həbsxanasının səlahiyyətliləri, gecə vaxtı ibadət edən İbadullah Qasımzadəyə maneə törətməyə təşəbbüs göstərmiş ancaq məhbus, ibadətinə davam etməkdə israr edincə özünü döyərək həbsxananın hücrə hissəsinə aparmışlar. Qasımzadənin hücrədə ibadətinə davam etdiyini fərqinə varan vəzifəlilər hücrəyə girərək məhbusun üzünə bibər qazı sıxmış və özünü şiddətlə döymüşlər.

Bu hadisədən sonra, eyni həbsxanadakı digər Şiə məhbuslar olan Səhənd Əli və Baxşəli Məhəmmədi, həbsxana vəzifəlilərinin rəftarlarına və əsas insan hüquqlarının tapdalanmasına qarşı aclıq tətilinə başlamışlar. Hələ də həbsxana hücrəsində tutulan İbadullah Qasımzadənin vəziyyəti bilinməməkdədir.

Bu üç məhbus, Yunis Ağayan və Mehdi QasımzadƏ ilə birlikdə Əhli Haqq (Şiə) inancının Atəşbəyli təriqətinə mənsub olub Qərb Azərbaycan əyalətinin Qoşaçay (Miyandoab) əyalətində 4 il əvvəl asayiş keşikçiləri ilə Şiə kəndlilər arasında çıxan qarşıdurmada həbs olunmuşlardı. Məhkəmədə edam cəzasına məhkum edilən azərbaycanlı Şiələrin üçünün cəzası, apelyasiya məhkəməsinin qərarıyla Yəzd həbsxanasında 13 il həbs cəzasına çevrilmiş, ancaq Mehdi Qasımzadə və Yunis Ağayanın edam cəzaları ləvğ edilməmişdi. 27 yaşındakı Şiə məhbus Mehdi Qasımzadə 28 Fevral 2009 səhəri edam edildi, hələ də Urmiya həbsxanasında məhbus olan Yunis Ağayanın edam hökmünün nə vaxt həyata keçiriləcəyi isə bilinmir.

Beynəlxalq Əfv Təşkilatı, 27 Aprel Bazar ertəsi günü nəşr etdiyi təcili hərəkat çağırışında Yunis Ağayanın vəziyyətilə əlaqədar narahatlıqlarını bildirərək edam hökmünün ləvğ edilməsinə çağırdı.

Məhkəməyə Çıxarılanlar:

Azərbaycanlı mədəni aktivistlər Saleh Molla Abbasi və Məhərrəm Kamrani, 11 Aprel 2009 Şənbə günü Əhər şəhərinin İnqilab Məhkəməsində mühakimə olundular.

Molla Abbasi və Kamrani 2006-cı ilin Aprel ayında Əhər şəhərində nəzarətə alınmış və sırayla 45 və 20 gün nəzarət müddətindən sonra, təminat qarşılığında Əhər və Tebriz şəhərlərinin Ettelaat (kəşfiyyat və təhlükəsizlik təşkilatı) sorğu mərkəzindən sərbəst buraxılmışdılar.

Adı çəkilən aktivistlərə istiqamətli ittihamlar, "məlumat yayaraq rejim əleyhinə təbliğat etmək", "Pan-Türkizm təbliğatı" və "Qanunsuz yığıncaqlara qatılmaq" olaraq açıqlanmışdır.

Mühəndis Mollaabbasi, Təbriz Universiteti əkinçilik fakultəsindən məzun olub universitetdəki şagird hərəkatının köhnə fəallarındandır. Doktor Məhərrəm Kamrani isə Urmiya Universiteti baytarlıq fakultəsindən məzun olub, Şəhriyar Birliyinin idarə heyəti üzvü, bağlanılmış şagird jurnalı Oyanışın məsul müdiri və Azərbaycan Nəşrləri Birliyi üzvüdür.

Saleh Molla Abbasi daha əvvəl 2006-cı ilin May ayında Azərbaycanlıların dövlət qəzetindəki təhqir məzmunlu karikaturaya istiqamətli etiraz nümayişlərinin birinci il dönümündə nəzarətə alınmış və bir həftə sonra azadlığa buraxılmışdır.

Beynəlxalq Əfv Təşkilatı 2 və 3 May 2006 tarixlərində nəşr etdiyi iki bildirişdə Saleh Molla Abbasi və Məhərrəm Kamraninin nəzarətdə tutulmasını qınamış və sərbəst buraxılmaları çağırışını etmişdir.