azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

13 Mayıs 2009 Çarşamba

Ermənistan üçün iki bəd xəbər

ق Bölgədə böyük güclər ortaq nəticəyə gələ bilərlər

Ermənilər son vaxtlar bir-birinin ardınca bəd xəbərlər eşidirlər. Onlara bu günə qədər yardım edənlər mövqelərini dəyişirlər. Öncə Amerika Ermənistanı və disaporu məyus etdi. KİV-də “hər şeyə qadir güc” kimi təbliğ edilən erməni diasporu ABŞ-ın yardımları azaltmaq qərarından cücəyə döndü. Ermənilər bunun Ermənistana çox pis təsir edəcəyini dedilər. Lakin rəsmi Vaşinqton NATO-nun təlimlərindən imtina edən süni bir dövlətə münasibətini dəyişməyi lazım bilməkdədir. Bunun ardınca Rusiya hökumətinin başçısı Vladimir Putin keçmiş SSRİ pespublikalarına yardımı dayandırdıqlarını deyib. O, Rusiyanın artıq bazar iqtisadiyyatı sisteminə keçdiyini söyləyib. Ermənistan üçün bunun nə demək olduğunu təsəvvür edə bilərik. Üstəlik, “Nabukko”dan imtina edən Orta Asiya dövlətləri üçün də uyğunsuz durum yaranıb. Onlar bazar iqtisadiyyatı qanunlarına görə, bu layihəyə qoşulmalı idilər. Ancaq Kremlin qəzəbli baxışları onları geri çəkilməyə və milyardlarla gəliri itirməyə məcbur etdi. Bunun əvəzində Rusiyanın onlara nə verə biləcəyi bəlli deyil.

Ən pis vəziyyətə düşəni Ermənistandır. İndi onun durumuna nəzər salaq. Rusiyanın subsidiyaları kəsməsi Ermənistana veriləcək qazın qiymətinin yüksəlməsi deməkdir. Ermənistanın bunu necə ödəyəcəyi məlum deyil. Artıq onun rusa satmağa obyekti də qalmadı. Digər tərəfdən, Gürcüstandakı durum göstərir ki, Ermənistanın Rusiyanın köməyinə bel bağlaması da real görünmür. İki ölkə arasında quru sərhədi yoxdur. Qalır Azərbaycan və Türkiyə variantı. Bununla da Ermənistanı Rusiya türk dövlətlərinin ağuşuna atmış olur. Maraqlıdır ki, Amerikanın da davranışı bunu göstərir. Yardımları azaltmaqla o, Ermənistandan siyasətini bölgədə elə qurmağı tələb edir ki, qonşularla əməkdaşlıq edə bilsin. Bu da rəsmi İrəvanın istər-istəməz türk dövlətlərinin yanına gəlməsi deməkdir. Nə üçün ermənilərin ağaları belə edirlər? Onları növbəti dəfə keçi qiymətindən də ucuz satmırlar ki? Bizcə, elə deyil. Bu addımların arxasında müasir dünyanın geosiyasi-iqtisadi və siyasi tələbləri durur. Bu dəyərlər indi dünyanın mövcud olmasını şərtləndirirlər. Dünyanın mahiyyəti praqmatizm tələb edir. Ona görə də Ermənistan Güney Qafqazda pislik, aqressiya, dağıdıcılıq məkanı kimi əbədi qala bilməz. Qloballaşan dünyaya o, həmişə əngəl ola bilməz. Bunlara baxmayaraq, qarşı-qarşıya gəlmiş ABŞ və Rusiyanın bu məsələdə maraqlarının üst-üstə düşməsi düşündürücü məsələdir. Hər bir halda indi Ermənistan geosiyasi oriyentasiyası məlum olmayan və kortəbii olaraq hadisələrin təlatümlərinin təsiri altında ora-bura atılan sınıq gəmiyə bənzəyir. Onun seçim etməli olduğu barədə çoxdan yazılır, lakin indi deyəsən, manevr imkanları tam tükənib. Rusiya hökumətinin Ermənistanla bazar iqtisadiyyatı sisteminə keçməsi ilə iki ölkə arasında soyuqluğun yaranacağını düşünmək yanlışlıqdır. Ermənistan bu şərtlə Rusiya ilə dostluq etməyə məcburdur. Kreml çoxdandır ki, dostluğu pul qopartmaq kimi başa düşənlərlə yol getməyə son qoyulmalı olduğundan danışır. Hətta “kosmosun dəlisi” V.Jirinovski bundan dəm vurur. Bununla da Güney Qafqazda tamamilə yeni əsaslarda dövlətlərarası müansibətlərin formalaşacağını demək olar.

Ermənistan üçün məsələnin başqa tərəfi tamamilə türk dövlətlərinin təsiri altına düşməkdən qorxmasına bağlıdır. Ermənistan türklərdən asılı olmaqdansa, Rusiyadan asılı olmağa hər zaman üstünlük verəcək. Görünür, Kremlin hesabında bu məqam az rol oynamır. Bu faktora görə Ermənistan Rusiya ilə təhlükəsizlik məsələsində strateji tərəfdaşlığı saxlayacaq. Nəticədə Rusiya faktiki olaraq heç nə itirmir, əvəzində Ermənistanı saxlayır, üstəlik Azərbaycan və Türkiyə ilə daha yüksək səviyyədə əməkdaşlıq imkanı qazanır. Deməli, Rusiya strateji aspektdə istənilən variantda udur. O, Ermənistana havayı pul xərcləməkdən azad olmaqla yanaşı, Qafqaz istiqamətində güclü tərəfdaşlar qazanır. İranla münasibətlərdə Rusiyanın mövqeyi aydın olduğundan faktiki olaraq bölgədə geosiyasi statusunu qaldırmış olur. Bu xətti Kremlin uğuru adlandırmaq olar.

Bəs ABŞ nə qazanır? Amerika Türkiyə və Azərbaycan kimi müttəfiqlərinin Qafqazda söz sahibi olmasına nail olur. Türkiyə artıq Yaxın və Orta Şərqdə aparıcı mövqeyə çıxır. Bu da dolayısı ilə ABŞ-ın maraqlarına uyğundur. Üstəlik, Türkiyə və Azərbaycanın hesabına Qafqazda Rusiya ilə maraqlarını balanslaşdıra bilir. Bundan sonrası isə gələcəyin işidir.

Şahin Məhəmmədoğlu

Hiç yorum yok: