azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

11 Mayıs 2009 Pazartesi

İRAN SEÇKİLƏRİNDƏ VƏZİYYƏT QARIŞDI

İRAN SEÇKİLƏRİNDƏ VƏZİYYƏT QARIŞDI
Əhmədinejad ali dini liderin dəstəyini itirib və ciddi rəqiblərlə üzləşib

İranda iyunun 12-də keçiriləcək prezident seçkilərində namizədlərin qeydiyyata alınması prosesi bu gün yekunlaşır. Kampaniyanın sonuna az qalmış indiki prezident Mahmud Əhmədinejad ikinci dəfə namizədliyini rəsmən irəli sürüb. Namizədlərin qeydə alınması kampaniyası mayın 5-də başlamışdı. Bundan sonra namizədləri siyahısı İslam Keşikçiləri tərəfindən təsdiqlənərək yekunlaşdırılmalıdır.
İki gün əvvəl bu qurumun sabiq rəhbəri Möhsün Rezainin namizədliyi qeydiyyatdan keçirilib. Bəzi ekspertlər hesab edir ki, o, mühafizəkar düşərgəsində Əhmədinejaddan narazı olan elektoratın səslərini qazana bilər. Bunlarla yanaşı Əhmədinejad dövlət aparatı, mətbuat və hərbçilər arasında geniş nüfuza malikdir.
Ekspertlərə görə, bu seçkilərin debatları əsasən iqtisadi məsələlərlə əlaqəli olacaq. Ölkədə işsizlik artmaqdadır və Mərkəzi Bankın rəqəmləri göstərir ki, İranda sənaye istehsalı neft qiymətlərinin aşağı düşməsindən 6 ay əvvəl zəifləyib. M.Rezayi deyib ki, İran iqtisadiyyatının durumu acınacaqlıdır və buna görə məsuliyyəti Əhmədinejadın hökuməti daşıyır.
Məlumata görə, dini lider Ayətullah Əli Xamneyi də Əhmədinejaddan üz döndərib. Xamneyi ilk dəfə Əhmədinejadı açıq tənqid edib. Ekspertlərə görə, bu tənqid Əhmədinejadın seçkilərdə şanslarına öldürücü zərbə endirə bilər.
Lakin İran siyasətinə bələd olanlar deyir ki, dini liderin kimə dəstək verəcəyini demək üçün hələ tezdir. Bu seçkilərdə İran ətrafında beynəlxalq vəziyyət də fərqlidir. ABŞ əvvəlki kimi İranı hərbi əməliyyatlarla təhdid etmir, əksinə, Obama administrasiyası Tehranla birbaşa danışıqlara başlamaq yollarını axtarır. Ona görə də xarici təhlükə amili bu dəfə Əhmədinejadın işinə çox da yaramayacaq. Deməli, o, rəqibləri ilə iqtisadiyyat barədə asan olmayan debatlara girməlidir. Ən nüfuzlu namizədlər arasında keçmiş baş nazir Hüseyn Musəvi Xamneyi və parlamentin eks-spikeri Mehdi Karrubi də var. Onlar islahatçı qanadın təmsilçiləridir. Xamneyi hazırda Əhmədinejada ən güclü rəqib hesab edilir, lakin onun problemi budur ki, ali dini lider tərəfindən dəstəklənmir. Bu isə seçkilərdə ona qarşı ən ciddi maneədir. Bununla belə Xamneyi seçkilərdə mühafizəkarların səsinin parçalanmasına ümid edə bilər. Belə ki, M.Rezayi ilə Əhmədinejad arasında mühafizəkar elektrorat uğrunda gərgin mübarizə gedəcəyi gözlənilir. Yerli ekspertlərə görə, bu seçkilərdə ishalahtçı namizədin qalib gəlmək şansları zəif də olsa var. Əgər bu, baş versə, o zaman İranda bir sıra sosial-iqtisadi islahatlar gözləmək mümkündür. musavat

Hiç yorum yok: