azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Mayıs 2009 Perşembe

İranda seçkilər start götürdü

İranda prezident seçkilərinə bir ay vaxt qalır. Artıq bu rəqabətdə yarışacaq namizədlərin qeydə alınması sona çatdı. Qeyri rəsmi məlumatlara əsasən 300 nəfər bu seçkidə namizəd olmaq məqsədi ilə ad yazdırıb. Onlar arasında tanınmış liderlərdən indiki prezident Mahmud Əhmədinejad, İslam İnqilabının Mühavizləri Korpusunun keçmiş komandiri Möhsün Rizayi, İranın sonuncu Baş Naziri Mir Hüseyn Musəvi, keçmiş spiker Mehdi Kərrubi də var. Bundan əvvəlki parlamentdə Təbrizi təmsil edən və siyasi fəallığı ilə diqqəti cəlb edən millətvəkili Əkbər Ələmi də bu yarışda yer almağa çalışır.



İndiki mərhələdə “Şurayi Nəgəhban” (Konstitusiyanı Qoruma Şurası) bu namizədlərin vəzyyətlərini araşdıraraq münasib gördüyü bir neçə nəfəri prezidentliyə namizəd kimi təsdiq edəcək. Namizədlikləri qəbul olmayan vətəndaşlar “Şurayi Nəgəhban”–ın qərarına etiraz edə bilər. Amma bu tanınmış namizədlərdən Əkbər Ələmi istisna olmaqla digər namizədlərin prezident seçkilərində iştirakına icazə verilməsi problem kimi görünmür. Yalnız Ələminin son parlament seçkilərində namizədliyinə icazə verilməməsi nəzərə alınıraq, onun daha mühüm əhəmiyyətə malik bu seçkilərdə də namizəd kimi qəbul edilmə ehtimalınin az olduğu güman edilməkədir.

Digər tərəfdən namizədlər arasında rəqabətin gərgin olacağı da indidən açıqca ortaya çıxmaqdadır. Belə ki, prezidentliyə namizədlər İrandakı siyasi mübarizədə əsas iki qrup olan “Mühafizəkar” və “İslahatçı” qrupları təmsil etsələr də, hər bir qrupun öz daxilində də fikir ayrılıqları az deyil. Artıq bir-birini tənqid etmə və ittihamlarla çıxış etmə halları başlayıb, bu isə rejimə əhalini seşki qutularına çəkib aparmaq üçün əlverişli vəziyyət hesab olunur. Belə ki, son 5-6 ildə İran əhalisi hakimiyyətin yalan vədlərindən küskün olduğundan seçkilərə verdiyi önəm də azalıb. Bu isə əhalinin seçki fəallığının ciddi şəkildə aşağı düşməsi ilə nəticələnib. Son prezident seçkilərinin bu önəm və faəllığının gücləndirilməsi rolunu da oynayacağı gözlənilməkdədir.

Hiç yorum yok: