azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

13 Mayıs 2009 Çarşamba

Pakistandakı əməliyyətlar 800 min nəfəri evsiz qoyub

Mərdan şəhərindəki Şeyx Yasin düşərgəsində didərgin düşmüş minlərlə insan çadır, tibbi ləvazimat və qida paylarını almaq üçün növbəyə düzülüb
Pakistanın Svat əyalətində “Taliban” silahlılarına qarşı hərbi əməliyyatlar davam edir. Pakistan hökuməti vertolyotların da cəlb edildiyi əməliyyat nəticəsində 750-dən artıq döyüşçünün öldürüldüyünü bildirir. Əməliyyatlar zamanı 800 minə yaxın insan evlərini tərk etməli olub. Hökumət, taliblərin nəzarəti altında olan Svatın əsas şəhərində əməliyyata başlanacağını bildirib. Bu arada Mərdan şəhərindəki Şeyx Yasin düşərgəsində didərgin düşmüş minlərlə insan çadır, tibbi ləvazimat və qida paylarını almaq üçün növbəyə düzülüb. Düşərgəni ziyarət etmiş Pakistanın səhiyyə naziri bu çətin vaxtda beynəlxalq yardıma ehtiyaclarının olduğunu açıqlayıb. Birləşmiş Ştatlar qaçqınlara yardım üçün 4.9 milyon dollar ayırıb. BMT-nin hesablamalarına görə, son döyüşlərdən sonra çadır düşərgəsində məskunlaşmış qaçqınların sayı 360 minə çatıb. Qeyd edək ki, ötən ilin avqust əməliyyatları nəticəsində 500 min insan evindən didərgin düşmüşdü.

Bu arada BMT-nin qaçqınlar üzrə komissarlığı Pakistanda münaqişə zonansından köçürülmüş insanlara 12 ton humanitar yardım göndərib. Humanitar yardıma çadır şəraitində yaşamaq üçün vacib olan əsas əşyalar daxil edilib. Eyni zamanda, Buner rayonunun sakinləri elan olunmuş komendant saatından istifadə edərək ərazini tərk etməyə başlayıblar. İnsanlar maşınlar, traktorlar və ələ keçən istənilən vasitələrdən istifadə etməklə Pakistanın təhlükəsiz ərazilərinə doğru hərəkət edirlər. Əhalinin öz yerlərini tərk etməsi ilə eyni zamanda Pakistan ordusu “Taliban”a qarşı əməliyyatlara ara vermir. Ordu komandirinin verdiyi məlumata görə son 24 saatda “Taliban” yaraqlıları ağır itkilər verib. Ordu bölmələri Svatın Pioçar yüksəkliklərində talibanlara qarşı vuruşur. Rəsmilərin məlumatına görə bu yer dörd minlik “Taliban” yaraqlılarının məskunlaşdığı əsas sığınacaqlaradan biridir. Svat taliblərinin anlarının lideri Mövlanə Fəzlullahın burada gizləndiyi ehtimal olunur. /ANS PRESS/

Hiç yorum yok: