azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Mayıs 2009 Cumartesi

Türkiyə-Ermənistan təmasları Qarabağ ermənilərini narahat edir

Türkiyənin Hüriyyət qəzeti mayın 14-də özünün internet saytında, Dağlıq Qarabağ ermənilərinin Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına doğru səyləri narahatlıqla izlədiklərini yazır. Verican Ziflioğlunun yazdığı həmin məqalənin xülasəsini diqqətinizə təqdim edirik:
Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırlmasına yönəlmiş yol xəritəsi təkcə Azərbaycanda yox, həm də onun Dağlıq Qarabağ bölgəsindəki ermənilər arasında suallar yaradıb.
Burada Yerevanın atdığı bütün addımlar diqqətlə izlənilir.

Hüriyyətə əsasən, Stepanakert Mətbuat Klubunun rəhbəri və tanınmamış Dağlıq Qarabağın parlamentinin müstəqil deputatı Keqam Bağdasaryan separatçıların rəhbərliyinin Türkiyə və Ermənistan arasında barışıq prosesini dəstəklədiyini deyir. Lakin Xankəndi regionun maraqlarını nəzərə almayan hər hansı razılaşmaya qarşıdır. Bağdasaryanın sözlərinə görə, “son sözü Ermənistan yox, Dağlıq Qarabağ Respublikası deməlidir.”

“Qarabağ ictimaiyyəti Ermənistanla hərbi və strateji əməkdaşlığı davam etdirmək istəyir. Lakin biz hər hansı çözümdə əsas rol oynamalıyıq və dünya bunu bilməlidir,”deyir Bağdasaryan.

Ermənistan dəfələrlə deyib ki, Dağlıq Qarabağ məsələsində geri çəkilməyəcək. Lakin Bağdasaryan buna şübhə edir:

“Məncə, Türkiyə ilə Ermənistan arasındakı danışıqlarda Dağlıq Qarabağ əsas yer tutur. Amma unutmaq olmaz ki, Dağlıq Qarabağ bu zaman hansısa, öncədən masaya qoyulan şərtə çevrilməməlidir.”

Bağdasaryan hesab edir ki, Türkiyə həmişə Azərbaycanın dediyi ilə oturub-durmamalıdır. Öz maraqlarını əsas götürərək, lazım bildiyi, realistik addımlardan çəkinməməlidir.

Bağdasaryan Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll ediləcəyinə nikbin baxmır. O ATƏT-in cəhdlərini müsbət qiymətləndirsə də, müəyyən tənqidi baxışlar da səsləndirir:

“Öz müqəddəratını müəyyən etmək hüququna hörmət edilməlidir. Bu istiqamətdə də addımlar atılmalıdır. “

Keqam Bağdasaryan, Dağlıq Qarabağın Azərbaycandan müstəqil olmaq istəsə də, ATƏT-in əsas prinsplərdən birinin üzv dövlətlərin ərazi bütövlüyünə hörmət olduğunu da başa düşdüyünü bildirir.

Hiç yorum yok: