Politoloqlar hesab edir ki, bu səfər ikitərəfli münasibətlərə müsbət təsir edəcək
İyunun sonu, iyulun əvvəllərində MDB-nin müsəlman ölkələrinə turnesi çərçivəsində İsrail prezidenti Şimon Peres Azərbaycana gələcək. İndiyə kimi ikitərəfli münasibətlər tarixində İsrail və Azərbaycan arasında prezidentlər səviyyəsində rəsmi səfər olmayıb.
Yalnız 1997-ci ildə İsrailin o zamankı baş naziri Benyamin Netanyahu Azərbaycana yolüstü səfər edib. "Media forum" saytına açıqlamasında Politoloq Vəfa Quluzadə və Mübariz Əhmədoğlu səfərin ikitərəfli münasibətlərdə dönüş nöqtəsi olacağını bildirirlər.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Ş.Peresin səfəri Azərbaycanın İsraildə səfirliyinin açılmasına səbəb ola bilər: "Bu səfər Azərbaycanla müsəlman ölkələri arasında heç bir problem yaratmayacaq. Çünki İsraillə münasibətlərin genişləndirilməsi onların əleyhinə yönəlməyib. Hətta Özbəkistan, Türkmənistan kimi MDB dövlətlərinin səfirlik səviyyəsində rəsmi Təl-Əvivlə münasibətləri var. İnciyən tərəf yalnız İran ola bilər. Amma haqqı yoxdur. İran Ermənistanla yaxın dost olduğundan bu səfəri normal qəbul etməlidir. Əgər İsrail prezidenti burada yüksək səviyyədə qəbul edilirsə, İ.Əliyevin də İsrailə səfərini gözləmək lazımdır. Güman edirəm, bu səfərdən sonra Azərbaycanın da İsraildə səfirliyi açılacaq".
Mübariz Əhmədoğlu isə İsrail prezidentinin Azərbaycana səfərini müsəlman ölkələrinə bir mesaj kimi dəyərləndirir: "İsrail Azərbaycana xoş niyyətini göstərmək istəyir. Bu səfər iki ölkə arasında münasibətlərə müsbət təsir edəcək. İsrail dövləti bu səfərlə islam ölkələri ilə soyuqluğu da aradan qaldırmaq istəyir. Mən belə hesab edirəm ki, Şimon Peres bizim ölkəyə gəlməklə ərəb dövlətlərinə xoş bir mesaj göndərmək istəyir. Bu baxımdan buna sınaq səfəri kimi baxmaq olar və heç kəs Azərbaycandan inciməyəcək. İranı çıxmaq şərti ilə hər kəsə öz mövqeyimizi izah edə biləcəyik. İran onsuz da BMT-nin iclasında Qarabağla bağlı müzakirələrdə bizim mövqeyimizi dəstəkləmədi".
İyunun sonu, iyulun əvvəllərində MDB-nin müsəlman ölkələrinə turnesi çərçivəsində İsrail prezidenti Şimon Peres Azərbaycana gələcək. İndiyə kimi ikitərəfli münasibətlər tarixində İsrail və Azərbaycan arasında prezidentlər səviyyəsində rəsmi səfər olmayıb.Yalnız 1997-ci ildə İsrailin o zamankı baş naziri Benyamin Netanyahu Azərbaycana yolüstü səfər edib. "Media forum" saytına açıqlamasında Politoloq Vəfa Quluzadə və Mübariz Əhmədoğlu səfərin ikitərəfli münasibətlərdə dönüş nöqtəsi olacağını bildirirlər.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Ş.Peresin səfəri Azərbaycanın İsraildə səfirliyinin açılmasına səbəb ola bilər: "Bu səfər Azərbaycanla müsəlman ölkələri arasında heç bir problem yaratmayacaq. Çünki İsraillə münasibətlərin genişləndirilməsi onların əleyhinə yönəlməyib. Hətta Özbəkistan, Türkmənistan kimi MDB dövlətlərinin səfirlik səviyyəsində rəsmi Təl-Əvivlə münasibətləri var. İnciyən tərəf yalnız İran ola bilər. Amma haqqı yoxdur. İran Ermənistanla yaxın dost olduğundan bu səfəri normal qəbul etməlidir. Əgər İsrail prezidenti burada yüksək səviyyədə qəbul edilirsə, İ.Əliyevin də İsrailə səfərini gözləmək lazımdır. Güman edirəm, bu səfərdən sonra Azərbaycanın da İsraildə səfirliyi açılacaq".
Mübariz Əhmədoğlu isə İsrail prezidentinin Azərbaycana səfərini müsəlman ölkələrinə bir mesaj kimi dəyərləndirir: "İsrail Azərbaycana xoş niyyətini göstərmək istəyir. Bu səfər iki ölkə arasında münasibətlərə müsbət təsir edəcək. İsrail dövləti bu səfərlə islam ölkələri ilə soyuqluğu da aradan qaldırmaq istəyir. Mən belə hesab edirəm ki, Şimon Peres bizim ölkəyə gəlməklə ərəb dövlətlərinə xoş bir mesaj göndərmək istəyir. Bu baxımdan buna sınaq səfəri kimi baxmaq olar və heç kəs Azərbaycandan inciməyəcək. İranı çıxmaq şərti ilə hər kəsə öz mövqeyimizi izah edə biləcəyik. İran onsuz da BMT-nin iclasında Qarabağla bağlı müzakirələrdə bizim mövqeyimizi dəstəkləmədi".
14 Mayıs 2009 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder