azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

15 Mayıs 2009 Cuma

İRAN PREZİDENTLİYİNƏ AZƏRBAYCANLI NAMİZƏDİN XANIMI: “BÜTÜN SİYASİ MƏHBUSLAR DƏRHAL AZADLIĞA BURAXILMALIDIR”

Prezidentliyə namizəd, keçmiş baş nazir Mirhüseyn Musəviyə dəstək vermək üçün paytaxt Tehrana toplaşmış qadınlar mayın 14-də onun həyat yoldaşı Zəhra Rəhnəvərdlə görüşüb.

Mirhüseyn Musəvi azərbaycanlıdır. 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. İran İslam Respublikasının beşinci, eyni zamanda sonuncu baş naziridir.

“Media forum” saytının məlumatına görə, ölkənin müxtəlif bölgələrindən gəlmiş qadın hüquq fəalları hökumətin təhqiredici ayrı-seçkilik siyasətindən şikayətləniblər. Z.Rəhnəvərd deyib: “Mənim 3 qızım var. Onlar olmasaydı belə, yenə də sizin dediklərinizi bütün varlığımla dərk və hiss edərdim. Bu neçə ildə, xüsusən də son 4 ildə hökumətin qadın və gənclərlə bağlı səhv siyasəti dünyada ölkənin imicinə böyük xələl gətirib. Şəxsən Quranı tədqiq edən bir araşdırıcı kimi bildirirəm ki, islam qadın və gənclərlə belə bir tərzdə rəftar edilməsinə icazə vermir”.

Z.Rəhnəvərd küçələrdə gənc qadın və qızlara hicab məsələsi ilə bağlı kobudluq nümayiş etdirilməsini pisləyib: “Təhlükəsizlik qüvvələrinin küçələrdə qadınlara qəyyumluq etməsi və kobudluq nümayiş etdirməsi ən çirkin rəftar sayılır. Heç kimin haqqı olmamalıdır ki, hicab və geyiminə görə küçədə bir qızın qoluna qandal vurub həbsxanaya aparsın, onun şəxsiyyətinə toxunsun. Kişi və ya qadın olmasından asılı olmayaraq bütün siyasi məhbuslar, o cümlədən də məhbus tələbələr dərhal azadlığa buraxılmalıdır”.




«Media forum»

Hiç yorum yok: