azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

11 Mayıs 2009 Pazartesi

Neft yenə rekord vurur

Dünən dünya bazarlarında xam neftin bahalaşması davam edib. Nyu-York Əmtəə Birjasında (NYMEX) WTİ markalı neftin iyul füçersləri ilə alver zamanı bir barelin qiyməti $0,68 artaraq $57,39-a çatıb. London Qitələrarası Birjasında isə "Brent" markalı neftin bir bareli $0,32 yüksələrək $56,47-yə bərabər olub.
"Oil İnvestor" bildirir ki, birjalarda əməliyyat sessiyaları zamanı "qara qızıl"ın qiyməti hətta $58-ə də çatmışdı. Bu isə xam neftin qiymətlərində son 6 ayın rekordu sayıla bilər.
Analitiklərin dediklərinə görə, neft qiymətlərinin üç gündən bəri atmasının başlıca səbəbi dünyada ən böyük yanacaq istehlakçısı olan ABŞ-da enerjidaşıyıcılarına, xüsusilə də neftə olan tələbatın artmasıdı. Bundan başqa, ötən həftə ABŞ-da son vaxtlar ərzində ilk dəfə olaraq işsizliyə ilkin müraciətlərin sayının azalması baş verib. Belə ki, müraciətlərin sayı həftə ərzində 34 min azalaraq 601 minə çatıb, halbuki analitiklər bu göstəricinin 635-650 min səviyyəsində olacağını proqnozlaşdırırdılar.
Hüseyn

Hiç yorum yok: