azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Mayıs 2009 Perşembe

İranda prezident olmaq istəyənlər azalıb

Ötən seçkilərdə 1014 nəfər qeydə alınmışdısa, bu dəfə namizədlərin sayı 475-ə düşüb

İranda prezident seçkilərinə bir ay qalmış Daxili İşlər Nazirliyi 475 namizədin qeydə alındığını açıqlayıb. Bunların arasında 40 qadın da var. Qeydə alınanların yaşları 19-86 arasındadır. Lakin mühafizəkar mollalardan və vəkillərdən ibarət Nəzarət Şurası onlardan əksəriyyətinin namizədliyini ləğv edərək meydanda bir ovuc adamı saxlayacaq.
"Nyu York Tayms" qəzetinin yazdığına görə, bu il qeydə alınan namizədlərin sayı ötən seçkilərlə müqayisədə ikiqat azdır. O vaxt qeydə alınan 1014 namizəddən yalnız 6-ı seçkilərə buraxılmışdı. Mayın 22-də namizədlərin islamçı baxışlarını və keçmiş fəaliyyətlərini nəzərdən keçirəcək Nəzarət Şurasının ixtisar edilmiş namizədlər siyahısını açıqlayacağı gözlənilir. Güman ki, siyasi və sosial baxımdan islahata meyilli şəxslərin namizədliyi ləğv olunacaq. Hazırda ictimaiyyət prezident Mahmud Əhmədineyadı ölkənin üzləşdiyi iqtisadi böhrana görə qınayır. Real namizədlərin 3 şəxs olduğu deyilir ki, bunlar sabiq baş nazir Mir Hüseyn Musəvi, sabiq parlament spikeri Mehdi Kərrubi və İnqilabi Qvardiyanın sabiq rəhbəri Möhsen Rezayi olacaq. Kampaniyanın ən təəccüb doğuran məqamı bu namizədlərin Əhmədineyada ünvanladıqları sərt tənqid olub. Ötən həftə keçmişdə siyasi və sosial açıqlığa qarşı çıxan Rezayi prezidenti ölkəni uçuruma doğru sürükləməkdə ittiham edərək onun xarici siyasətini "təxribat xarakterli" adlandırıb. O biri tərəfdən Kərrubi Əhmədineyadın Holokostu inkar etməsini pisləyərək bu növ hərəkətlərin İranı beynəlxalq ictimaiyyətdən təcrid etdiyini dilə gətirib. Əhmədineyada ən ciddi rəqib sayılan Musəvi isə küçədə qadınların geyiminə nəzarət edən patrulları tənqid edib.
Bununla belə, Əhmədineyadın seçilmə şansları hələ də qalır. Belə ki, ölkə boyu səfərlərində təvazökarlıq nümayiş etdirən prezident səxavətinə və bürokratik əngəllərə qarşı mübarizəsinə görə tanınır. "Xalq Oğlu" adlı kitabın müəllifi kimi Əhmədineyad evinin qarşısında kiçik bostan yetişdirir və onun yenicə evlənmiş qızı kiçik mənzildə yaşayır. Bu növ xüsusiyyətlər isə ictimaiyyətin bəzi guşələrində Əhmədineyada rəğbət hissini yaşadır.
Xarici siyasətə gəldikdə İran beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Belə ki, İran məhkəməsi 32 yaşlı amerikalı yurnalist Roksana Saberini casusluq ittihamı ilə məhkum etdikdən 3 həftə sonra appelyasiya məhkəməsi əvvəlki hökmü ləğv edərək Saberini azadlığa buraxdı. "Vaşinqton Post"un yazdığına görə, Tehranın Evin həbsxanası qarşısında qızlarını qarşılayan valideynlər çox xoşbəxt idilər. Bu qərar ABŞ-la İran arasında münasibətlərin istiləşməsinə bir işarə ola bilər. İran prezidentinin mətbuat üzrə müşaviri Əli Əkbər Cavanfəxr də Saberinin azadlığa buraxılmasının müsbət yozulmasına etiraz etmədiyini bildirib: "İnsanlar özləri nəticə çıxara bilərlər. Ola bilər, biz elə insanların bu hadisəni yozmasını istəyirik".
İranın ali dini rəhbəri Ayətulla Xameneyi isə prezident Əhmədineyadın təkrar bu vəzifəyə seçilməsini dəstəklədiyi barədə güclü işarə verib. Xameneyi bu barədə seçkilərə bir ay qalmış regionlara etdiyi səfər əsnasında danışıb. BBC-nin eksperti Con Leyn Tehrandan xəbər verir ki, bu vaxtadək ali dini rəhbərlə prezident arasında ciddi fikir ayrılıqlarının olması barədə şayiələr dolaşırdı. Ayətulla Xameneyi Əhmədineyadın adını çəkməsə də, deyib ki, iranlılar elə bir adama səs verməlidirlər ki, tanınmış olsun, sadə həyat tərzi keçirsin və xalqın ağrısını öz ağrısı kimi çəksin. İranlıların çoxu bu adamın məhz Əhmədineyad olduğuna inanır. Ayətulla, həmçinin hökumətin regionlara gedib adamların həyatı ilə maraqlanmasını və bütövlükdə hökumətin işini tərifləməsi də, məhz Əhmədineyada dəstək kimi başa düşülür. Ayətulla deyib ki, ölkə iqtisadiyyatı bəzilərinin dediyi kimi heç də pis vəziyyətdə deyil. Aralarında fikir ixtilafının olması barədə söz-söhbətdən sonra ayətullanın bu bəyanatları Əhmədineyada aydın dəstək kimi qiymətləndirilə bilər. Dini liderin dəstəyi mühümdür, lakin ekspert vurğulayıb ki, bu, Əhmədineyadın əksinə də işləyə bilər. Ayətullanın özünü İran daxilində çox da populyar olmayan hökumətlə bu cür güclü əlaqədə göstərməsi elə onun üçün də ziyanlı bir iş ola bilər.
Bu arada isə bəlli olub ki, İran prezidenti ölkədaxili səyahətləri zamanı dövlətin imkanlarından istifadə edə bilməyəcək. İranın Konstitusiyanı Müdafiə Şurası dövlət başçısının bundan sonra ölkədaxili səfər proqramlarının xərcinin dövlət xəzinəsi tərəfindən qarşılanmayacağını açıqlayıb. Əhmədineyatın 12 iyun prezident seçkisində namizəd olduğunu xatırladan qurum qeyd edib ki, digər namizədlər kimi prezident bundan sonra səfər və mitinqlərin xərcini özü ödəməli olacaq.

Hiç yorum yok: