“Azərbaycanla Ermənistan arasındakı problem istər-istəməz bizə də təsir göstərən bir məsələdir”.
“Türkiyə-Ermənistan əlaqələri heç bir amillə bağlılığı olmayan əlaqələr deyil. Bölgə ilə əlaqəli məsələlər var. Bunları yox saymaq mümkün deyil. Azərbaycanla Ermənistan arasındakı problem istər-istəməz bizə də təsir göstərən bir məsələdir”.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Polşaya səfəri zamanı Varşavada tələbələrlə görüşündə deyib. O bildirib ki, hazırda Türkiyənin Ermənistandan əsas tələbi bu ölkənin öz qoşunlarını Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkməsidir: “Bunun qərarını biz verməmişik, BMT verib. Bu qərara əsasən Ermənistan orada işğalçı olduğunu qəbul edib. Bunu qəbul etmisənsə, oradan çəkil. Oralar işğal edildiyi üçün Türkiyə Ermənistanla sərhəd qapısını bağlayıb. Səbəb-nəticə əlaqəsi var. Səbəb aradan qalxanda qapı da açılacaq”.
R. T. Ərdoğan Türkiyədə 40 min Ermənistan vətəndaşının qeyri-leqal yaşayıb-işlədiyini də xatırladıb: “Niyə bunlar bizim ölkəmizə gəliblər? Çünki Ermənistanda böyük səfalət var. Onlar hazırda bizim ölkəmizdə özlərini dolandırmaq üçün çalışırlar. Lazım gəlsə, geri göndərərik, amma bunu insani baxımdan düzgün saymırıq”.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder