azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Mayıs 2009 Pazartesi

İSRAİL VƏ ABŞ ARASINDA İRANA DAİR DANIŞIQLAR

Baş nazir Netanyahu Vaşinqtona səfər edib

İsrail baş naziri Benyamin Netanyahu Vaşinqtona səfər edib. İsrail mətbuatının yazdığına görə, onun prezident Barak Obama ilə aparacağı danışıqlar yaxın dörd ildə Amerika-İsrail münasibətlərinin taleyini müəyyən edəcək. Gözlənilirdi ki, danışıqlarda başlıca mövzular İran və Yaxın Şərq məsələsi olacaq. Netanyahunun Obama ilə görüşü bu günə planlaşdırılıb. Onların təkbətək görüşəcəyi bildirilir.
Ağ evdən açıqlanan məlumata görə, Obama Netanyahuya 1 saat 20 dəqiqə vaxt ayırıb. İsrail mətbuatı isə yazır ki, bu vaxtın 1 saatını Obama danışacaq, 20 dəqiqəsini isə Netanyahu istifadə edəcək. Danışıqlar ona görə maraqla izlənilir ki, İsrailin yeni hökuməti İrana qarşı qəfil aviazərbələr imkanını nəzərdən keçirir. Vaşinqtonda isə xəbərdarlıq edirlər ki, bu addımı atmaq olmaz. Çünki İranın cavab zərbələri Amerikanın bölgədəki hədəflərinə yönələcək və Birləşmiş Ştatlar istər-istəməz yeni münaqişəyə cəlb olunacaq. Bu günlərdə Obama Təl-Əvivə yüksək rütbəli nümayəndə göndərərək İrana qarşı qəfil aviazərbələrin təhlükəli olacağı haqda İsrail rəhbərliyini xəbərdar edib.
ABŞ-la İsrailin yeni hökuməti arasında problem yaradan digər məsələ isə Netanyahunun hökumətinin Fələstinlə danışıqlardan imtina etməsi və müstəqil Fələstin dövlətinin yaradılması planına dəstək verməməsidir. Mətbuatın yazdığına görə, səfərə yola düşməzdən əvvəl prezident Şimon Peres Netanyahunu xəbərdar edib ki, Obama ilə qarşıdurmaya heç cür getmək olmaz. İsrail baş nazirinin Vaşinqtonda Pentaqon rəhbərliyi və kəşfiyyat strukturlarının başçıları ilə də görüşləri gözlənilir. Onun səfəri ərəfəsində Barak Obama Amerika mətbuatına müsahibəsində deyib ki, İsrailin İranın nüvə proqramları ilə bağlı narahatlığını başa düşür. Çünki İranda İsraili xəritədən silmək niyyətini açıqlayan prezident var. Lakin Obama ABŞ-ın İsraili İrana qarşı hava zərbələrindən çəkindirmək niyyətini açıq ifadə etməyib. Onun sözlərinə görə, İsrail İran raketlərinin mənzilində yerləşir, ona görə də hansı müdafiə tədbirlərini seçmək İsrailin öz işidir.
F.Məmmədov
musavat

Hiç yorum yok: