azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

22 Mayıs 2009 Cuma

Iran Azərbaycana hədələrini davam etdirir

Fuad Qəhrəmanlı: «Azərbaycanın Iranın təhdidlərinə layiqli cavab verməməsi gələcəkdə bu istiqamətlərdə müəyyən problemlər yarada bilər» Israil prezidenti Şimon Peresin Bakıya gözlənilən səfəri Iranın ciddi narahatlığına səbəb olub. Iran prezidentinin hərbi və təhlükəsizlik məsələləri üzrə müşaviri “Fələstini işğal etmiş Israilin” dövlət başçısının Bakıya dəvət olunmasını “qonşu müsəlman dövlətlərinə hörmətsizlik” kimi qiymətləndirməsindən sonra yerli mətbuatda sərt mesajlar səslənib. Birbaşa və ya dolayısıyla Tehran rejiminin nəzarətində olan, bir neçəsi isə Tehran xüsusi xidmət orqanlarının qeyri-rəsmi orqanı kimi fəaliyyət göstərən qəzet və saytlar əsas məqalə və şərhlərini Azərbaycan-Israil münasibətlərinə həsr ediblər. Bunlardan “Aftab”, “Keyhan”, “Ittilaat”, “Etimadi milli” qəzetləri, habelə “Tabnak” və “Aftab” saytları bu yöndəki fəaliyyətləri ilə başqalarından daha çox fərqlənirlər. Bu arada “Səhər” kanalını mövzuya toxunaraq baş verənləri özünəməxsus formada şərh edib. Səslənən əsas fikir isə Iran hökumətinə Naxçıvanla əlaqələrin kəsilməsi və Ermənistanla daha sıx əməkdaşlıq edilməsindən ibarət olub. Iranla-Israil arasında olduqca gərgin münasibətlərin olduğunu deyən AXCP Rəyasət Heyətinin üzvü, Fuad Qəhrəmanlı bildirdi ki, hətta bu münasibətlərin gələcəkdə hərbi münaqişə səviyyəsinə qalxacağı istisna edilmir: “Iranın son raket təlimlərindən sonra Israil rəsmiləri bəyan etdilər ki, ABŞ Irana qarşı hərbi əməliyyata başlamayacağı təqdirdə, Israil bunu təkbaşına da edə bilər. Təbii ki, belə kritik məqamda Israil prezidentinin Azərbaycana səfəri Iranın narahatçılığına səbəb olmaya bilməz”. Iranla Azərbaycan arasında sıx qonşuluq münasibətlərinin olduğunu vurğulayan F.Qəhrəmanlı əlavə etdi ki, Iranda yaşayan 30 milyonluq azərbaycanlı faktorunu da kənara qoymaq lazım deyil. Iranın Ş.Peresin Bakıya səfəri zamanı Azərbaycanla Tehranın əleyhinə müəyyən müqavilələr imzalamasından narahatlıq keçirdiyini deyən politoloq qeyd etdi ki, ona görə Iran sərt açıqlamalarıyla baş verənələrə öz mövqeyini nümayiş etdirməyə çalışır. Amma Azərbaycanın baş verənlərə sükutla yanaşmasının düzgün siyasət olmadığını vurğulayan AXCP yetkilisi söylədi ki, rəsmi Bakının bu mövqeyi mənfi peresident yarada bilər: “Azərbaycanın Iranın təhdidlərinə layiqi cavab verməməsi gələcəkdə bu istiqamətlərdə müəyyən problemlər yarada bilər. Azərbaycan hökuməti o qədər ikili siyasət aparıb ki, onun fəsadları baş verən zaman sükuta qərq olur. Eyni zamanda NATO və Rsuiya ilə, Israil və Iranla sıx əməkdaşlıq etmək olmaz. Azərbaycan Israil prezidentinin Bakıya səfərinin hansı fəsadlar doğura biləcəyini qabaqcadan proqnozlaşdıraraq müəyyən addımlar atmalı idi. Digər tərəfdən Iran müsəlman təəssübkeşliyini yalnız özünə lazım olanda yada salır. Məsələn, Fələstinlə bağlı baş verənlərdə Türkiyə Irandan daha sərt mövqedən çıxış etmişdi. Bütün bunların müqabilində isə Iran Azərbaycan torpaqlarını işğal edən bir dövlətlə sıx əməkdaşlıq edir”. Xəyal

Hiç yorum yok: