Qrup İranla bağlı məlumatların monitorinqi ilə məşğul olacaq
ABŞ prezidenti Barak Obama və İsrailin baş naziri Binyamin Netanyahu İran üzrə birgə işçi qrupu yaratmaq barədə razılığa gəliblər. Qrup Tehranın uranın zənginləşdirilməsindən imtina etməsi üçün İranla bağlı məlumatların monitorinqi ilə məşğul olacaq, eləcədə diplomatik və digər səylərin effektivliyini tədqiq edəcək. “Vesti”nin məlumatına görə, bunu ABŞ və İsrail rəsmiləri bildiriblər. Qrup eyni zamanda İranda hadisələrin inkişafına uyğun olaraq cavab planı da hazırlayacaq.
ABŞ tərəfini qrupda Obamanın milli təhlükəsizlik üzrə köməkçisi, general Jeyms Jonsun və ya Tomas Donilonun, İsraili isə milli təhlükəsizlik şurasının rəhbəri Uzi Aradın təmsil edəcəyi planlaşdırılır.
Rəsmi mənbələrin fikrincə, Netanyahu Obamanın Tehranla birbaşa dialoq qurmaq təşəbbüsünü dəstəkləsə də, baş nazir Vaşinqtondan proqramın bitəcəyi son günü təyin etməyi israr edir. Ağ evin rəhbəri isə Netanyahu ilə görüşdən sonra jurnalistlərə “süni müddət təyin etmək” istəmədiyini bildirib. “Amma biz sonsuz olaraq danışıqlar aparmaq fikrində deyilik”- deyə, prezident vurğulayıb. /ANS PRESS/
21 Mayıs 2009 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder