azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

21 Mayıs 2009 Perşembe

Tehran mətbuatı Azərbaycanı hədəf alıb

«Aftab» qəzeti: «Azərbaycanla Naxçıvan arasındakı hava və quru əlaqələri əngəllənsin”

Iran hökumətinə bağlı qəzet və saytlar Israil prezidentinin Bakıya gözlənilən səfərinə cavab tədbirləri təklif edir

Rəsmi Tehranın nəzarətində olan mətbu orqanlar hər zaman Azərbaycan Respublikasına qarşı qərəzli çıxışları və düçmənçilik mövqeləri ilə seçiliblər. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyin bərpa etdiyi gündən indiyə kimi fars dilli mətbuatı izləyənlərin Azərbaycanla bağlı hər hansı obyektiv və tərəfsiz bir yazı və çıxışa rast gəlmələri demək olar, imkansızdır.
Həmin mətbu orqanlar təkcə Azərbaycan hökumətinə qarşı deyil, Azərbaycan dövlətçiliyinin maraqları yönündən çıxış edən demokratik müxalifət partiyalarına qarşı da eyni mövqeyi sərgiləməkdədirlər. Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Milli Istiqlal partiyaları Tehran mətbuatının daimi hədəfindədirlər və “sionizmə bağlı pantürkist” qurumlar kimi təqdim edililər.
Bu günlərdə isə Israil prezidenti Şimon Presin yayda Bakıya səfər edəcəyi haqda məlumatın yayılması rəsmi Tehranın məlum mətbu orqanlarının əlinə Azərbaycana qarşı yeni təbliqat kampaniyasına başlamaq üçün bəhanə verib. Birbaşa və ya dolayısıyla Tehran rejiminin nəzarətində olan, bir neçəsi isə Tehran xüsusi xidmət orqanlarının qeyri-rəsmi orqanı kimi fəaliyyət göstərən qəzet və saytlar əsas məqalə və şərhlərini Azərbaycan-Israil münasibətlərinə həsr ediblər.
Bunlardan “Aftab”, “Keyhan”, “Ittilaat”, “Etimadi milli” qəzetləri, habelə “Tabnak” və “Aftab” saytları bu yöndəki fəaliyyətləri ilə başqalarından daha çox fərqlənirlər. Bu arada “Səhər” kanalının da öz yeri var.
Bu qəzet və saytlar Azərbaycan-Israil münasibətlərini şərh edərkən öz köhnə adətlərinə sadiq qalaraq Azərbaycan Respublikasını bölgədə “Sionizmin ikinci təhlükəli yuvası” adlandırıb, Tehranı buna qarşı daha ciddi addımlar atmamaqda günahlandırırlar.
Ötən həftə yuxarıda adlarını çəkdiyimiz mətbuat orqanlarının səhifələri Tehran rejiminin Azərbaycana qarşı təzyiq imkanlarının araşdırılması, bu təzyiq vasitələrindən necə istifadə edilməsi yönündəki “məsləhət” və “təklif”lərlə zənginləşdirilib.
“Aftab” qəzeti Israilin Bakıda səfirliyinin fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanın Israildə səfirliyinin açılmamasını rəsmi Bakının Irandan çəkinməsi ilə əlaqələndirir. Bunu uğurlu siyasət adlandıran qəzet təklif edir ki, Iran Bakı-Tələviv əlaqələrini məhdudlaşdırmaq üçün Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındakı hava və quru əlaqələrini əngəlləsin. Bunu təsirli təzyiq vasitələrindən biri kimi vurğulayan qəzet, bu vasitə ilə həm də Naxcivan əhalisinin hökumətə qarşı ciddi etirazlarına nail olunacağını önə sürür.
Islam Inqilabı Keşikçiləri korpusunun keçmiş komandiri, 10-cu dövr prezident seçkisinə namzədliyin irəli sürmüş Möhsün Rzayinin rəhbərlik etdiyi “Tabnak” saytı isə daha irəlilərə gedir. Həmin saytda məsələ ilə bağlı verilən təhlil və məqalələrdə Azərbaycan-Israil əlaqələrinin genişləndirilməsi qarşılığında Iran-Ermənistan əlaqələrinin daha da möhkəmləndirilməsi təklif olunur. Bununla yanaşı Dağlıq Qarabağ münaqişəsindən rəsmi Tehranın öz maraqları adına və Bakıya təsir vasitəsi kimi istifadə olunması məsləhət görülür. Tehran-Irəvan münasibətlərinin hansı səviyyədə olduğunu nəzərə alsaq, bu təklif ancaq iki ölkənin birləşərək konfederasiya qurmaları anlamına gələ bilər. “Tabnak” Azərbaycana qarşı tədbirlərdə Rusiya ilə əməkdaşlıq imkanlarını yenidən araşdırmağı da təklif edir. Bu mətbu orqan sonda özünün əsl hədəfini ortaya qoyur: Azərbaycanda yaşayan “dindar kəsim” hərtərəfli himayə edilməlidir. Sayt indiyə kimi bu yöndəki fəaliyyətin qənaətbəxş olmadığından narahatlığını bildirir.
Cavidan Elbars

Hiç yorum yok: