GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən Mayın 18-də İngiltərənin paytaxtı London şəhərində Güney Azərbaycan Təşkilatının (SAA-UK) təşəbbüsü və təşkilatçılığıyla 22 may (1 Xurdad) hadisələrinin üçüncü ildönümüylə əlaqədar BBC-nin ofisi qarşısında etiraz aksiyası keçirilib.
piketdə Böyük Britaniyada yaşayan və fəaliyyət göstərən əslən güneyli olan azərbaycanlılar iştirak ediblər. Aksiya iştirakçıları üzərində “İran adlanan yer təkcə farslardan ibarət deyil!” sözləri yazılmış plakatlar qaldırıblar.
Plakatlardan birində “İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan 30 milyondan artıq azərbaycanlının fundamental hüquqları pozulur” sözləri yazılıb. Azərbaycan türkləri BBC kanalıyla fars dilində radio və televiziya yayımı aparılmasını qınayıblar.
Onlar qeyd ediblər ki, bu kanallar təkcə İran adlanan yerdəki milli azlıqların səsini dünyaya çatdırmasına mane olmur, həm də bununla bağlı xəbərləri özünəməxsus senzuraya məruz qoyur. Piketin sonunda BBC rəhbərliyinə bəyanat təqdim olunub.
Sənəddə bildirilir ki, İran adlanan yerdə azlıq deyil, çoxluqda olan azərbaycanlıların ən adi hüquqları pozulur, ölkədə nəinki Azərbaycan türkcəsində təhsil verən məktəb yoxdur, həmçinin məktəbdə doğma dillərində danışan azərbaycanlı uşaqlar təzyiqlərə məruz qalırlar.
Xatırladaq ki, 2006-cı il mayın 22-si Güney Azərbaycan Milli Hərəkatında yeni dönüş nöqtəsi başlayıb. Təbriz şəhərində “İran” adlanan qəzetdə təhqir xarakterli karikaturaya (Azərbaycan türkləri "tarakan"a bənzədilmişdi) etiraz olaraq milyonlarla soydaşımız küçələrə çıxıb və “Haray-haray mən türkəm!” deyib.
Sonradan aksiyaların kütləviləşdiyini və bütün Güney Azərbaycanı əhatə etdiyini görən fars şovinist rejimi əvvəlcədən icazə verdiyi mitinqi xüsusi qəddarlıqla yatırdıb. Nəticədə onlarla gənc və yaşlı həlak olub, yüzlərlə soydaşımız yaralanıb və minlərlə nümayişçi həbs olunub.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder