Ter–Petrosyan Praqa danışıqlarının «sirrini» açdı
«Ermənistan prezidenti Serc Sarkisyan Praqada İlham Əliyevlə danışıqları ona görə pozub ki, onu Türkiyə ilə sərhədlərin açılması məsələsində aldadıblar. Bu bəyanatla Yerevanda mitinq zamanı Ermənistanın eks-prezidenti və müxalifət lideri Levon Ter-Petrosyan çıxış edib.
«Mayın 7-də Praqada Azərbaycanla danışıqlar zamanı Ermənistan prezidenti Qarabağ münaqişəsi ilə bağlı mövqeyini sərtləşdirib. Mənim sözlərimi Fransanın xarici işlər naziri Bernar Kuşnerin Praqa danışıqlarının yekununa dair bəyanatı sübut edir», deyə Ter-Petrosyan bildirib.
«Müvafiq olaraq, Sarkisyanın mövqeyinin sərtləşməsi Qarabağ münaqişəsinin həllində maraqlı olan dünya ictimaiyyəti tərəfdən cavab reaksiyasına səbəb olmaya bilməzdi. Artıq belə addım atılıb, xüsusən, Ermənistan məsələsi yenidən AŞPA gündəliyinə düşüb, ABŞ isə Ermənistana yardımı 40 faiz azaldıb. Bundan başqa, Türkiyəli baş nazir Erdoğan BMT TŞ-də Ermənistanın işğalçı ölkə kimi tanınması üçün əlindən gələni edəcəyi ilə hədələyib», deyə o qeyd edib.
«Ermənistana qarşı bu tədbirlərin ölkə xalqı üçün ağır nəticələri olacaq. Ermənistan heç vaxt belə ağır vəziyyətdə olmayıb», Ter Petrosyan belə hesab edir.
18 Mayıs 2009 Pazartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder