18 Mayıs 2009 Pazartesi
ALMANİYA BUNDESTAQINDA ERMƏNİSTANI İŞĞALÇI ELAN EDİBLƏR
Mayın 14-də Almaniya Bundestaqında “Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın gücləndirilməsi” adlı qətnamə qəbul olunub. Qətnamədə qeyd olunur ki, Bundestaq hər üç Cənubi Qafqaz dövlətinin ərazi bütövlüyünü tanıyır və regiondakı münaqişələrin məhz bu dövlətlərin ərazi bütövlüyü, suverenliyi prinsipləri əsasında həllini dəstəkləyir. Qətnamədə münaqişələrin həlli məsələsində dövlətlərin razılığı olmadan sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi kimi beynəlxalq hüququn əsas prinsipi üstün tutulur. Bundestaq Almaniya hökumətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələr, eləcə də Avropa Şurası və ATƏT-in qərar və qətnamələrinin yerinə yetirilməsi üçün bütün səylərini səfərbər etməyə çağırır. Almaniya Bundestaqı hökumətdən eyni zamanda, Cənubi Qafqazdakı münaqişələrin həlli üçün göstərilən səylər çərçivəsində bütün qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtması da daxil olmaqla, bu məsələsinin həlli ilə bağlı fəallığı artırmağı tələb edir. Qətnamə ilə bağlı keçirilən parlament dinləmələrində Bundestaqda təmsil olunan bütün fraksiyalar birmənalı şəkildə Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasını pisləyiblər. Parlamentarlar Ermənistanın Azərbaycan ərazilərindən geri çəkilməsinin və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıblar. Dinləmələrdə işğal olunan ərazilərdə etnik təmizləmə aparılaraq əhalinin öz yurd-yuvalarından qovulması pislənib, qaçqın düşmüş insanların geriyə qaytarılmasının zəruriliyi qeyd olunub.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder