azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

22 Mayıs 2009 Cuma

Təbrizdə etirazlar. Həbslər və xəsarət alanlar var

Xədicə İsmayılova
Mayın 22-də Təbrizin mərkəzində hökumətin təşkil etdiyi gəzinti etiraz nümayişləri ilə müşahidə olununb.

İranın 3-cü kanalı gəzintidə 300 min nəfərə yaxın təbrizlinin iştirak etdiyini bildirib. Tədbirə qatılan milli hüquqlar uğrunda fəallar gəzintidə etirazlarını nümayiş etdiriblər. Onlar «Türk dilində mədrəsə» kimi şüarlar səsləndiriblər.

İranın hüquq-mühafizə orqanları etirazçılara təzyiq göstərib. Azı dörd nəfər həbs edilib, xəsarət alanlar var. Həbs olunanların arasında Təbriz Universitetinin professoru Əlirza Fərşi də var.

İranda Azərbaycanlı Məhbusları Müdafiə Komitəsinin yaydığı məlumatlara görə, Paşa Qarabaği, Əli İslami, Əsgər Çəməni, Bayram Xaleqzadeh də həbs olunanlar arasındadır.

Təbrizdəki mənbələr «Azadlıq» radiosuna hələlik yalnız Əlirza Fərşinin həbsini təsdiqləyiblər.

Etirazçılar «Azadlıq» radiosuna bildirib ki, aksiyada məqsəd 2006-cı ilin may nümayişlərini anmaq və bu günlərdə «youtube» portalında yayılan video ilə bağlı etirazlarını bildirmək olub. Videoda prezidentliyə islahatçı namizəd Musəvinin silahdaşı, keçmiş prezident Məhəmməd Xatəminin türklər barədə zarafat etməsi əksini tapır. İranın bir neçə universitetinin tələbə fəalları həmin zarafatların türkləri təhqir etdiyini bildirib və Xatəmidən üzr istəməyi tələb ediblər.

Mayın 20-də isə İranda islahatçı qanadın prezidentliyə namizədi Musəvinin nümayəndəsi Ənsarinin Təbrizin Şəhriyar hotelində keçirdiyi görüş etirazlarla müşayiət olunub. Təbriz sakinləri Xatəminin türklərdən üzr istəməsini tələb ediblər. ASMEK-in yaydığı və Təbrizdəki mənbələrin təsdiqlədiyi məlumata görə, mühafizə qüvvələri ilə iğtişaşçılar arasındakı toqquşmada Təbrizli fəal Hadi Hamidi Şəfiq yaralanıb.

İranda azərbaycanlılar ana dilində tədrisin olmamasına və milli zəmində diskriminasiyaya məruz qalmalarına etiraz edirlər. 2006-cı il mayın 21-22-də İranın bir neçə şəhərində azərbaycanlılar rəsmi «İran» qəzetində dərc olunan karikaturaya etiraz etmişdilər. Karikaturada tarakanın azərbaycanca danışdığını göstərilir və şəkli müşayiət edən mətndə tarakanlardan xilas olmağın yolları öyrədilirdi.

Beynəlxalq təşkilatlar İranı qeyri-fars millətləri diskriminasiyaya məruz qoymaqda günahlandırır. İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 20-35 milyon arasında ehtimal edilən azərbaycanlıların öz dilində məktəbi yoxdur.

Hiç yorum yok: