Azərbaycana narkotik vasitələri gətirən İran vətəndaşları saxlanılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı Zamini Rəhman Muxtar oğlu və Əmiri Ahəngər Behzad Əkbər oğlu Nərimanov rayonunun ərazisində saxlanılıblar. Onlardan satış məqsədi ilə respublikamıza gətirdikləri 26 kiloqram 147,1 qram heroin, 13 kiloqram 935,9 qram həşiş, 5,013 qram kokain və 1,26 qram tiryək aşkar edilərək götürülüb.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder