Hadi Həmidi Şəfiq
İran adlanan yerin prezidentliyinə namizəd Mirhüseyn Musəvi Təbrizdəki seçki qərargahında, ona dəstək verən keçmiş prezident Məhəmməd Xatəminin tərəfdarlarının iştirakı ilə görüş keçirib.
Mayın 20-də keçirilən görüşdə bir qrup azərbaycanlı fəal M.Xatəminin internetdə yayılmış bir videosüjetində azərbaycanlılara lətifə qoşmasına etiraz edib. Bu, qərargah üzvlərinin xoşuna gəlməyib - onlar hücum çəkərək fəalları döyüblər.
Urmiya Universitetinin məzunu, təbrizli fəal Hadi Həmidi Şəfiq ağır xəsarət alıb. Hücum çəkənlər onun üz-gözünü qana boyayandan sonra iclasa qatılan digər fəallar etiraz əlaməti olaraq ayağa qalxıb “Yaşasın Azərbaycan”, “Ölüm olsun faşistə” və “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarlarını səsləndiriblər. Fəallar azərbaycanlıları təhqir etdikləri üçün M.Musəvinin seçki qərargahı üzvlərinin və M.Xatəminin üzr istəməsini tələb ediblər.
Döyülən fəalların sonradan həbs edilib-edilmədiyi barədə hər hansı məlumat yayılmayıb.
Qeyd edək ki, bu yaxınlarda internetdə M.Xatəminin bir ərdəbilli mərsiyəçini lağa qoyduğu yerdə çəkilmiş videyazısı yayılıb. Azərbaycanlı fəalların xoşuna gəlməyən odur ki, mərsiyəçini lağa qoyarkən M.Xatəmi ümumilikdə ərdəbillilərə istehza edib.mediaforum
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder