azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

30 Ocak 2009 Cuma

31 yanvar - Məmməd Əmin Rəsulzadənin doğum günüdür


31 yanvar - Məmməd Əmin Rəsulzadənin doğum günüdür
By Ələkbər Raufoğlu
Vaşinqton
30/01/2009


Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri, Milli Şuraya rəhbərlik etmiş Məmməd Əmin Rəsulzadənin 50 ildən artıqdır ki, radiomuzun arxivində qorunub saxlanır.


Məmməd Əmin Rəsulzadə
1953-cü ilin 28 mayında Amerikanın səsi radiosu Azərbaycanın Cümhuriyyət qurucusunun müsahibəsini yayınlayanda, artıq Rəsulzadənin özü də, onun qurduğu Demokratik Cümhuriyyət də Bakıda siyasi zehnlərindən silinmişdi. Bu, o vaxtkı siyasi reallıqlarla əlaqədar idi.

Sabah isə, Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Azərbaycanda elm adamları və siyasi xadimlər Cümhuriyyət banisinin 125 illiyini yada salsalar da, onun yubileyi dövlət səviyyəsində qeyd olunmur.

Rəsmilər bunu belə əsaslandırırlar ki, Cümhuriyyət qurucularından yalnız Rəsulzadənin fərqləndirilməsi başqalarına qarşı ayrı-seçkilik olardı. Bu yanaşmanın əleyhdarları isə bəyan edirlər ki, dövlət gərək öz millətinin tarixinə yiyə çıxsın:

Professor, tarix elmləri doktoru Cəmil Həsənli isə Amerikanın səsinə müsahibəsində Azərbaycan xalqının və dövlətinin Rəsulzadənin real qiymətini verdiyini deyib. Bununla yanaşı o, milli xadimin 125 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmamasını mənfi hal sayır. Hərçənd, tarixçi-alim əlavə edir ki, Rəsulzadə yubileysiz də qəlblərdə yaşayır:

“Rəsulzadənin ən böyük xidməti odur ki, onun keçdiyi həyat yolu vətənə, millətə və dövlətə xidmət nümunəsidir. O, qeyd edirdi ki, müstəqilliyi olmayan millət azad ola bilməz. 1918-ci ilin may ayının 28-də Rəsulzadənin rəhbərliyi ilə İstiqlal Bəyannaməsinin elan olunması ilə, o zamana qədər coğrafi bir kəlmə olan Azərbaycana, Rəsulzadə siyasi məzmun verdi. Və o vaxtdan etibarən dünyanın siyasi xəritəsinə Azərbaycan adlı bir dövlət daxil oldu...

1990-ci illərdə Azərbaycan öz müstəqilliyinə yenidən qovuşduqdan sonra Rəsulzadənin keçdiyi həyat yolunun, siyasi mübarizəsinin və mühacirət dövrünün öyrənilməsi istiqamətində çox işlər görülüb. Beləliklə, tarixi müstəvidə Rəsulzadə ilə bağlı çox işlər görülüb. Siyasi müstəviyə gəldikdə, vaxtı ilə Rəsulzadənin qaldırdığı bayraq bu gün də Azərbaycan Respublikasının başı üzərində dalğalanırsa, bu, Rəsulzadə irsinin yaşamasıdır...

Rəsulzadənin anadan olmasının 125-ci doğum günü dövlət səviyyəsində qeyd edilməli idi. Çünki onun Azərbaycan millətinin taleyində və tarixində müstəsna rolu var. Dövlətin borcu idi ki, bunu etsin. Azərbaycan dövləti də, milləti də fəxr etməlidir ki, onun tarixində Rəsulzadə kimi adam olub.

Ancaq mən belə başa düşürəm ki, əsl heykəl insanların ürəyində olur. Mən əminliklə deyə bilərəm ki, azərbaycanlıların böyük bir hissəsinin ürəyində Rəsulzadənin möhtəşəm abidəsi var".

ŞİMON PERES: «TÜRKİYƏ İLƏ GƏRGİNLİK İSTƏMİRİK»

ŞİMON PERES: «TÜRKİYƏ İLƏ GƏRGİNLİK İSTƏMİRİK»

Israil prezidenti Şimon Peres Davosda Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanla aralarında yaranmış insidentə münasibət bildirib. O, yaranan gərginliyin Türkiyə-İsrail münasibətlərinə təsir göstərməyəcəyinə ümid etdiyini deyib: «Biz fələstinlilərlə ixtilafdayıq, Türkiyə ilə anlaşmazlıq istəmirik».

Şimon Peresin nümayəndələri isə Türkiyə mətbuatında yer alan «Peres Ərdoğandan üzr istədi» xəbərini təkzib ediblər. Onlar bildiriblər ki, Peres gərginlik yaranmasından üzgün olduğunu bildirib, üzr istəməyib. Ərdoğan isə moderatora qəzəbləndiyini söyləyib.

İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində baş tutan «Qəzza bölgəsi: Yaxın Şərqdə sülhə necə nail olmalı?» mövzulu müzakirələrdə qalmaqal Peresin yüksək səslə İsrailin Qəzzada apardığı son hərbi əməliyyatlara haqq qazandırmasından yaranıb. Buna və aparıcının müzakirə reqlamentini pozmasına etiraz edən Ərdoğan İsrail prezidentinə yönəlik sərt sözlərdən sonra «Mənim üçün Davos bitdi. Bir daha bura gəlmərəm» deyərək salonu tərk edib.

BMT baş katibi Pan Gi Munun iştirakıyla keçirilən müzakirədə Ərdoğan Peresə xitabən «Siz öldürməyi yaxşı bacarırsınız» deyə İsraili Fələstinə davamlı hərbi təcavüzdə günahlandırıb.




«Media forum»

Fars rejimi Azərbaycan türklərinin hüquqlarını pozur

Fars rejimi Azərbaycan türklərinin hüquqlarını pozur

"Yüzminlərlə soydaşımızın ana dilində tədris tələbini irəli sürməsi bu rejimin Azərbaycan türklərinə milli- mədəni hüquqlarını verməməsinin nəticəsidir"
Son günlərdə Güney Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Marağa, Xoy, Həmədan və başqa şəhərlərində ana dilində təhsil tələbilə imzatoplama kampaniyası həyata keçirilir. "Azərbaycan türkcəsində təhsil" kampaniyası bir müddət öncə Təbriz şəhərində başlanıb, bu kampaniyada Güney Azərbaycanın bütün təbəqələri iştirak edir. İmzalar bazarlarda, idarələrdə, dövlət və özəl iş yerlərində, zavod və fabriklərdə, məktəb və universitetlərdə əhalinin iştirakıyla həyata keçirilir. Artıq yüz mindən artıq soydaşımız İran Konstitusiyasının 15 və 19-cu maddələrində nəzərdə tutulan bütün müddəaların icrasını öz imzalarıyla tələb etdiklərini bildiriblər. İmzatoplama kampaniyası 21 fevral Ümumdünya Ana Dili Gününə qədər sürəcək. Toplanan imzalar İranın dövlət rəsmilərinə, parlamentə və beynəlxalq təşkilatlara göndəriləcək.

Tural

Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Güney Azərbaycanda soydaşlarımızın Azərbaycan türkcəsində təhsil tələb etməsi məsələsinin yeni olmadığını bildirdi. Onun sözlərinə görə, ümumilikdə, Güney məsələsi son vaxtlar daha da aktuallaşıb ki, imzatoplama kampaniyası da bu aktuallığın bir hissəsidir. KXCP Ali Məclisinin sədri Güney Azərbaycanda baş verən proseslərin kənar qüvvələrin müdaxiləsiylə əlaqəsi olmadığını da vurğuladı. Bu, millətin özünün ruhu və istiqlal eşqilə bağlı olan məsələdir. Yəni 19-cu əsrin əvvəllərində ikiyə bölünmüş Azərbaycanın birliyi uğrunda olan mübarizə hər zaman aktual olub. Bu mübarizələrdə dörd mühüm yüksəlik olub ki, hazırda beşincisinin ərəfəsindəyik və bu yüksəlişə keçidi yaşayırıq: "Hesab edirəm ki, millətin bu uzunmüddətli mübarizəsi təsadüfi deyil. Nətta üç-dörd nəsil dəyişməsinə baxmayaraq millətin yenə də istiqlal mübarizəsində olması onun ruhu ilə bağlıdır. Geosiyasi mənzərənin dəyişməsi, qloballaşma və beynəlxalq güc mərkəzlərinin toqquşmasının fonunda müəyyən zamanlarda Güney məsələsi üçün də münbit şərait yaranır. Eyni zamanda bu toqquşmalardan Güney Azərbaycanda yaşayan soydaşlarmız da əziyyət çəkir. Ən azı 21 Azər hərəkatını yada salsaq görərik ki, soydaşlarımız hansı bəlalara düçar olublar. Fars rejimi füpsətdən yararlanıb minlərlə Azərbaycan türkünü qətlə yetirib və istiqalal mübarizəsini müvəqqəti olaraq yatırdıb". Güneyli soydaşlarımızın yenə də meydanlarda olduğunu deyən Zəlimxan Məmmədli Azərbaycan türklərinin yalnız öz haqqını istədiyini vurğuladı: "Teokratik bir rejim olan və İslam pərdəsi altında millətləri istismar edərək allahsızlıq siyasəti yürüdən İran rəhbərləri 30 milyona yaxın Azərbaycan türkünün nəinki milli, hətta mədəni haqlarını da əlindən alır. Bu bir milləti sıxışdırıb sıradan çıxarmaq siyasətidir. Belə bir siyasətin cavabı kimi ortaya qoyulan istiqlal mübarizəsinin sonu da istiqlaliyyətlə nəticələnəcək".
Zəlimxan Məmmədlinin fikrincə, güneyli soydaşlarımızın öz dildə təhsil tələb etməsi təbiidir: "Nə qədər ki, teokratik fars rejimi var, Azərbaycan türkü xoş gün görməyəcək. Nə qədər ki, soydaşlarımızı asimlyasiya siyasətinə məruz qoymaq planları var, milli mübarizə də davam edəcək. Güney Azərbaycan türklərinin mübarizəsinin son mərhələsi isə Bütöv Azərbaycan idealının tam gündəmə gəlib, beynəlxalq subyektlərdə müzakirəsinə qədər davam etməsi olacaq: "Bu gün Yüz minlərlə insanımızını ana dilində təhsil tələbi ilə imza toplama kampaniyasına qoşulması İran rejiminin Azərbaycan türklərinə əsas milli- mədəni hüquqlarını verməməsinin nəticəsidir".
KXCP Ali Məclisinin sədri İran hakimiyyətinin beynəlxalq terrorizmi dəstəkləyən, narkoticarəti himayə edən qorxulu rejim kimi qəbul olunduğunu da vurğuladı. Onun fikrincə, İran rejimi nəinki region, bəşəriyyət üçün təhlükə doğurur. Belə rejimin çökməsi də təbii proses kimi ortaya çıxacaq: "Bu rejim çalışacaq ki, yenidən ayağa qalxan millətin istiqlal mübarizəsini boğsun. Amma hazırda həm İranın daxilində, həm də dünyada ictimai rəy rejimin əleyhinədir, bu da rejimin çöküşünü labüd edir. İranın indiki rejiminin iflasa uğramasını ən azı İsrail-Fələstin münaqişəsi zamanı da gördük. Bu rejimin saxtalığı zaman-zaman sübut olunub və onun çöküşü də baş verəcək: "Güneyli soydaşlarımız özlərinə və ruhlarına güvənməli, haqları uğrunda mübarizəni davam etdirməlidirlər. Azərbaycan türkləri nə qədər ciddi, sistemli mübarizə apaar bilsələr, bir o qədər də itkiləri az olacaq və istiqlala çatacaqlar".

AMERİKA YƏHUDİLƏRİNDƏN ƏRDOĞANA SƏRT ETİRAZ GƏLDİ

AMERİKA YƏHUDİLƏRİNDƏN ƏRDOĞANA SƏRT ETİRAZ GƏLDİ

Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın Davosda İsrail prezidenti Şimon Peresin və onun ölkəsinin ünvanına sərt ifadələr işlətməsi dünya yəhudi təşkilatlarının sərt etirazına səbəb olub. ABŞ-ın əsas yəhudi təşkilatlarından olan Amerika Yəhudi Konqresi Ərdoğanın çıxışını «İsrail və yəhudilərə qarşı yeni təpkilər doğura biləcək nadanlıq» adlandırıb.

«Media forum» xəbər verir ki, yəhudilərin gecə yaydığı açıqlamada Ərdoğanın Peresə sözlə hücum etdiyi vurğulanıb. Konqres rəhbəri David Harris yazılı açıqlamasında «Ərdoğanın qəzəb «tutma»sı yəhudi əleyhdarlığını artırır» deyib: «Ərdoğanın bu haqsız sözləri və İsrail prezidentinə sayğısızlığı İsraili tənqid etmənin tədricən öldürücü hala gəldiyinin bir göstəricisidir. Türkiyə ilə İsrail arasındakı əlaqələr həyati önəm daşıyır və Amerika yəhudiləri bunu hər zaman dəstəkləyir. Amma Türkiyədə yəhudi əleyhdarlığının artdığı bir dönəmdə İsrailə qarşı bu cür səhv davranışlar qarşısında səssiz qala bilmərik».

Məhz bu yəhudi təşkilatı 2004-cü ildə Ərdoğana «Cəsarət»medalı vermişdi. Ərdoğan bu medalı yəhudilərdən alan ilk müsəlmandır.

ABD İranla Doğrudan Görüşeceği İddiasını Yalanladı

ABD İranla Doğrudan Görüşeceği İddiasını Yalanladı


Amerika, Obama yönetiminin İran’la doğrudan temas kurmaya hazırlandığı yolunda, İngiliz basınında çıkan haberi yalanladı.

İngiliz Guardian gazetesi, Obama yönetiminin, Amerika- İran ilişkilerini yumuşatacak bir mektup üzerinde çalıştığını yazdı.

Beyaz Saray ve Dışişleri Bakanlığı sözcüleri, başkanın ve dışişleri bakanının, ne böyle bir mektubun yazılmasını istediklerini, ne de gördüklerini açıkladı. Ancak Dışişleri Bakanlığı sözcüsü, bakanlıktan birinin kendi hesabına böyle bir mektup kaleme almış olabileceğini de belirtti.

Haberde, mektubun İran Devlet Başkanı Mahmut Ahmedinejad’ın kutlama mesajına cevap niteliğinde olduğu öne sürülmüştü.

Başkan Obama, İran’ın mesajına uygun bir yanıtın verileceğini açıklamıştı.

Beyaz Saray Başkan Obama’nın İran’a karşı her türlü seçeneğe sahip olduğunu da bildirdi.voa

ƏRDOĞANA CXP-dən TƏNQİD, ANAP-dan DƏSTƏK

ƏRDOĞANA CXP-dən TƏNQİD, ANAP-dan DƏSTƏK

Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın BMT baş katibi Pan Gi Munun iştirakıyla keçirilən «Qəzza bölgəsi: Yaxın Şərqdə sülhə necə nail olmalı?» mövzulu müzakirələrdə İsrail prezidenti Şimon Peresə ittihamlar səsləndirib Davos forumunu tərk etməsinə Türkiyə siyasilərinin münasibəti fərqli olub.

Ana müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasını təmsil edən Onur Öymən Ərdoğanın bu davranışıyla Türkiyənin imicini zədələdiyini deyib: «Bir haqlı dava bu qədər pis şəkildə müdafiə oluna bilməz. Ərdoğan «Həmas»ın sözçüsü qismində çıxış edir, onun müdafiəsinə qalxır. Halbuki «Həmas» Avropa Birliyinin terror siyahısında PKK ilə birlikdə yer alıb».

Öymən Davos forumu iştirakçıları və mədəni dünya için Ərdoğanın bitdiyini söyləyib: «İsrailin hücumları insanlıqdan kənardır. Amma «bunu qınayacağam» deyərkən bir terror hörgütü sözçüsü kimi davranarsınızsa, dünyada beş qəpiklik etibarınız qalmaz. Diplomatiyada belə üsluba yer yoxdur. Türkiyə bundan sonra vasitəçi rolunu itirdi».

Ana Vətən Partiyasının sədr müavini Salih Uzun isə Ərdoğanı müdafiə edib, baş nazirə qarşı davranışı isə qəbuledilməz həqarət kimi dəyərləndirib. O, Ərdoğanın insani təpki verdiyini deyib: «Bu davranışdan islam ölkələrinin dərs çıxarması lazımdır».

Şahnaz Qulamini uzunmüddətli həbs cəzası gözləyir

Şahnaz Qulamini uzunmüddətli həbs cəzası gözləyir

Azərbaycanlı jurnalist Şahnaz Qulami keçən il Xordat ( May ) hadisələrinin iki illiyində iştirakına görə 23 gün həbsdə yatmışdır. O zaman jurnalist xanım hökümətə qarşı təbliğata görə 6 aylıq həbsə məhkum edilmişdir

Azadtribun-dan GAİP XƏBƏR mərkəzinə daxil olan məlumata görə 2009 - cu il 26 yanvarda jurnalistin vəkili Nağı bəy Mahmudi tərəfindən ona bildirilmişdir ki, əvvəlki 6 aylıq cəza hökmü təsdiqlənib. Bu, o, mənadadır ki, təqribən iki həftənin ərzində verilən cəzanı çəkmək üçün özünü Təbriz zindanına təslim etməlidir. Əlbəttə, Ş. Qulamiyə bundan əlavə, Şərqi Azərbaycanın polis rəisi ittiham vurub ki, Qadir Sədiqinin ölümü ilə bağlı yalan məlumat yayıb. Və bu ittihama görə də ona yenidən 6 ay həbs kəsilə bilər. Məlumat üçün qeyd edək ki, keçən il milli fəal Qadir Sədiqi motorskiletlə yol gedərkən ETTELAAT məmurlarının maşını ilə qəzaya salıb, ölümünə bais olmuşdurlar. Hadisədən dərhal sonra camaat, o cümlədən Şahnaz Qulami hadisə yerinə yetişirlər. Ş.Qulami hadisəni şərh edir və orda olanlardan bir nəfər hadisənin filmin çəkir. Qadir Sədiqinin müəmmalı ölümü ilə bağlı camaat şikayət yazır, imza toplanır, hökümət dairələrinə göndərilir və mətbuata yayılır. Buna baxmayaraq ki, o hadisə ilə bağlı çəkilmiş film var və müəyyən adamlar şikayətçi olublar, amma Şərqi Azərbaycan polis rəisi Şahnaz Qulamini yalan məlumat yaymaqla ittihamlayır. Bunlardan da əlavə, Ş.Qulamiyə ittiham vurulub ki, İranın Xalq Mücahidlər Təşkilatının orqanı olan "Huma" adlı xəbər agentliyi ilə əməkdaşlıq aparıb. Bu ittihamla da bağlı Ş.Qulamiyə bir neçə il həbs cəzası çəkilə bilər. Sonda bildiririk ki, bütün bu ittihamlar öz yerini taparsa, onda Ş. Qulamini uzunmüddətli həbs cəzası gözləyir.Qeyd etməliyik ki, jurnalist Şahnaz Qulami İranın Xalq Mücahidlər Təşkilatına heç bir müsbət münasibəti və ya simpatiyası olmadığını bildirib. Hətta bu təşkilatla bağlı müəyyən faktlar əsasında tənqidi fikirlərində yazıb. O, birinci dəfə 19 yaşında olarkən qardaşı və 3 nəfərlə birlikdə İranı qeyri - qanuni tərk etməyə cəhd edərkən tutulub və ölkədən qeyri - qanuni çıxmaq və İranın Xalq Mücahidlər Təşkilatı ilə əməkdaşlıq ittihamı ilə 5 il həbs cəzasına məhkum olunub. Onunla birlikdə ölkədən çıxmağa cəhd edən 3 nəfərin özü də yox, yaxın qohumları xalq mücahidi olduğu üçün onların beşinə də bu ittiham vurulmuşdu. Hal - hazırda da "Huma" adlı xəbər agentliyinin də nə olduğu heç kəsə məlum deyil. Milli fəalların nəzərinə görə, adı çəkilən xəbər agentliyini İran ETTELAAT - ı özü yaradıb və Ş.Qulamini də bu agentliklə əməkdaşlıqda şərləyib, bir neçə il həbsdə saxlamaq istəyir.

İran uşaqlarımızı "zəhərləməyə" hazırlaşır

İran uşaqlarımızı "zəhərləməyə" hazırlaşır
Bu ölkənin "Səhər" kanalı Azərbaycan uşaqları üçün yeni verilişlərin yayımına başlayacaq

Cəmaləddin

İranlı rejissor İbrahim Məhəmmədi balaca uşaqlar üçün "Günəbaxan" adlı verilişinin yeni versiyasını hazırlayıb və İranın "Səhər" kanalında yayımlanacaq. Bu barədə cümə axşamı İranın "Fars News" agentliyi məlumat yayıb. "Səhər" kanalının mətbuat xidmətinin məlumatına əsasən, "Günəbaxan" verilişinin üçüncü dövr efir çəkilişləri sona çatıb. Yeni veriliş hər biri 15 dəqiqə olmaqla 90 hissədən ibarətdir. Verilişin hazırda montaj işləri tamamlanmaqdadır və Novruz bayramından sonra efirə çıxacaq. Verilişin rejissoru Məhəmmədi bildirib ki, "Günəbaxan" verilişində uşaqların əylənməsi ilə yanaşı, onların təlim-tərbiyəsi ilə bağlı süjetlər də veriləcək. Verilişdə sadə, başa düşülən Azərbaycan dilində uşaqlara dini təlimlər də öyrədiləcək.
Onun sözlərinə görə, dini təlimlər müxtəlif əyləncələr, nağıllar, dini hekayələr və müxtəlif sual-cavab vasitələrilə Azərbaycanın yeniyetmə və körpələrinə çatdırılacaq.
Xatırladaq ki, İranın "Səhər" kanalı Azərbaycanın milli və dövlət maraqları əleyhinə təbliğat aparmaq, ölkəmizə qarşı ideoloji və informasiya savaşının həyata keçirilməsi üçün yaradılmış televiziya qurumudur. "Səhər" kanalı əsasən Azərbaycan Respublikasının İranla həmsərhədd ərazilərində yayımlanır. xalqcebhesi

Milli fəal Vəhid Şeyxbəylinin məhkəməsi keçirilib

Milli fəal Vəhid Şeyxbəylinin məhkəməsi keçirilib


Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan mühəndis Vəhid Şeyxbəylinin məhkəməsi davam edir. www.oyrenci.com xəbər saytına istinadən yaydığı məlumata görə, yanvarın 27-də keçirilən məhkəmə iclası günün sonuna qədər davam edib. Vəkilinin Vəhid Şeyxbəylinin azad olunması tələbinə məhəl qoyulmayıb. Qeyd edək ki, 35 gün bundan öncə “Ettelaat”ın həbs etdiyi Vəhid Şeyxbəyli qeyri-qanuni olaraq həbsdə saxlanılır. Onu pantürkizmdə, bölücülükdə suçlandırırlar.

29 Ocak 2009 Perşembe

ABŞ İran azərbaycanlılarına İraq kürdlərini verdiyi statusu vəd edir


29 -01 -2009 . Vaşinqton Güneylə bağlı siyasəti dəyişir


ABŞ İran azərbaycanlılarına İraq kürdlərini verdiyi statusu vəd edir

«Stratfor»un rəhbəri: «Biz azərbaycanlıları tapşırıqlarımızı yerinə yetirə biləcək qüvvə yox, müttəfiq və dost görməliyik»

ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı və uranın zənginləşdirilməsi istiqamətində apardığı işləri dayandırmaq niyyətindədir. Rəsmi Vaşinqton Tehrandakı mövcud rejimlə bağlı problemi hələlik dinc danışıqlar yolu ilə yoluna qoya biləcəyinə ümid edir.
«İran bizə əlini uzadarsa, o əli sıxmağa hazırıq» deyən Obama eyni zamanda Tehrana qarşı hərbi əməliyyatı da istisna etmir.
Birləşmiş Ştatların nüfuzlu «New Yorker» həftəliyi bildirir ki, Tehran rejiminin nüvə silahı əldə etməsinə yol verməmək üçün Pentaqon İrandakı bəzi obyektlərə taktiki nüvə bombaları ata bilər.
Müstəqil jurnalist təhqiqatlarıyla məşhurlaşmış Seymur Herş Müdafiə Nazirliyi ilə Ağ Ev administrasiyasındakı mənbələrə istinadən bildirib ki, ABŞ Hərbi-Hava Qüvvələrinin planlaşdırma qrupu İrandakı obyektlərin siyahısını hazırlayır. Pentaqon isə xüsusi təyinatlı «kommandos» dəstələrini kiçik qruplar halında İrana sızdıraraq buradakı etnik azlıqlarla əlaqələr qurulması əmri alıb.
Maraqlıdır ki, Birləşmiş Ştatların sabiq prezidenti Corc Buş administrasiyası da təxminən eyni planlara malikdi. Lakin İraqla bağlı situasiyadan kəskin fərqli məqamlar da var.
«Ağ Ev İrandakı məxfi fəaliyyəti xeyli genişləndirib və bu ölkədəki nüvə obyektlərinə ağır hava zərbələri vurmağa hazırlaşır. Eyni zamanda İrandakı milli azlıqlar, ən başlıcası azərbaycanlılar və kürdlərin Tehrandakı mövcud hakimiyyəti qəbul etməyən təşkilatlarıyla sıx əlaqələr qurulur, onlara hər cür yardımlar göstərilir. İşlər hələlik məxfi və qapalı şəraitdə aparılır. İraqda kürdlərdən istifadə edən ABŞ bu dəfə İranda əsas dəstəyi sayları 22 milyona çatan azərbaycanlılardan almaq istəyir», - «New Yorker» bildirib.

İranlı mühacirlərlə təmaslar intensivləşir

İrana qarşı nüvə zərbələri variantı Pentaqonda ciddi fikir ayrılığı və mübahisələrə səbəb olsa da, Ağ Ev mövqeyini dəyişməyib.
Bütün bunlarla yanaşı, Vaşinqton İrandakı azərbaycanlılar, kürdlər, bəluclar və ərəblərin mövcud hakimiyyətə qarşı çıxan müxalifət təşkilatları ilə əlaqələri daha da sıxlaşdırmaq, təmasları intensivləşdirməyə qərar verib.
Xatırladaq ki, Kanadadakı iranlı mühacirlərin «Peykan» saytı ötən ilin sonlarında bildirmişdi ki, Vaşinqton rəsmiləri İran azərbaycanlılarının Tehrana müxalif təşkilatlarının ABŞ, Kanada, Fransa, Britaniya, İspaniya, Hollandiya, Norveç, İtaliya, İsveç, Hollandiya, Türkiyə və Danimarkadakı rəhbərləriylə qapalı məsləhətləşmələr keçirməyə başlayıb. Görüşlərə İrandakı azərbaycanlıların ən tanınmış siyasətçisi, Güney Azərbaycanı Milli Oyanış Hərəkatının (GAMOH) lideri doktor Mahmudəli Çöhrəqanlının qatılıb-qatılmadığı barədə heç bir məlumat verilmirdi. Həmin müzakirələrdə Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun direktor müavini Patrik Klauson, Milli Savaş Kollecinin hərbi analitiki polkovnik Sem Qardiner, Müdafiə Elmləri Şurasının prezidenti, Reyqan dönəmində dövlət katibinin müavini olmuş Uilyam Şnayder, milli təhlükəsizlik məsələləri üzrə müşavir Stefen Hedli, dövlət katibinin təhlükəsizlik məsələləri üzrə müavini Stefen Kambon və dövlət katibinin milli təhlükəsizlik məsələləri üzrə müavini Robert Cozef də iştirak etmişdilər.
Görüş əsnasında amerikalılar Güney Azərbaycanının təmsilçilərinə hər cür təşkilati-siyasi dəstək və maliyyə yardımları vəd ediblər. Görüşlərdə İrana qarşı aparılacaq hərbi əməliyyatlardan sonra ölkənin taleyi də müzakirə olunub. Azərbaycanlılar İranın şimalında müstəqil Azərbaycanın qurulmasını istəsələr də, Ağ Ev və Pentaqon buna razılıq verməyib. ABŞ İranın parçalanmasında maraqlı deyil və azərbaycanlılara ən uzağı İraqda kürdlərə verilən kimi muxtariyyət verilə biləcəyini bildirib.
«Mucahiddine Azadi» isə bildirib ki, ABŞ İrandakı azərbaycanlılar və kürdlərə «stavka» etsə də, Xuzistan vilayətindəki ərəbləri yaddan çıxarmır: «İranın əsas neft yataqlarının tam əksəriyyəti burada, əhalisinin çoxu sünni ərəblər olan ostanda yerləşir. Ostanın baş şəhəri Əhvaz isə isə eynən Azərbaycanın Təbriz şəhəri kimi Tehran rejiminə daimi müqavimət məkanıdır. Birləşmiş Ştatlar ərəblərə də müxtəlif vədlər verərək, onları hakimiyyətin devrilməsi üçün intensiv fəaliyyətə başlamağa səsləyir».

Corc Fridman: «İranın şimalındakı azərbaycanlıların özlərinə yeni dövlət qurması ideyasının reallaşma şansı az deyil»

ABŞ-ın ən məşhur analitiklərindən biri, Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) çox yaxın olduğu üçün «kölgə MKİ adlandırılan «Stratfor» agentliyinin rəhbəri Corc Fridman isə hesab edir ki, Vaşinqtonun İrandakı azərbaycanlılarla əlaqələri onların milli mənafe və maraqlarının nəzərə alınması şərtilə inkişaf etdirilməlidir: «İrandakı azərbaycanlılar özlərini «türk» adlandırırlar və Tehrandakı klerikal rejim tərəfindən bir çox hüquqlarının, ələlxüsus da doğma dillərində təhsil haqlarının pozulduğunu deyirlər. Onlarla təmaslarda məhz bu ünsür nəzərə alınmalı, heç bir halda «böyük qardaş» tipli davranışlara yol verilməməlidir. Eyni zamanda unudulmamalıdır ki, İrandakı azərbaycanlılar öz milli-azadlıq hərəkatlarını ABŞ-dan alınan dəstəklə həyata keçirilən prosesə çevirmək istəmirlər. Biz planları həyata keçirərkən ehtiyatlı və incə siyasət yeritməli, azərbaycanlıları tapşırıqlarımızı yerinə yetirə biləcək qüvvə yox, müttəfiq və dost görməliyik».
C.Fridman «Önümüzdəki 100 il: 21-ci əsr üçün proqnozlar» adlı yeni kitabında bildirir ki, İranın şimalındakı azərbaycanlıların özlərinə yeni dövlət qurması ideyasının reallaşma şansı az deyil. İran azərbaycanlılarının minimal proqramları isə ölkə daxilində çox geniş miqyas və səlahiyyətlərə malik muxtariyyəti əldə etməkdir.

Çöhrəqanlı Dövlət Departamentinə dəvət edilə bilər

Güney Azərbaycanın Milli Mübarizə Hərəkatının sədri Aslan Türkoğlu hesab edir ki, Vaşinqtonun İrandakı soydaşlarımızla bağlı mövqelərindəki son dəyişikliklər diqqətəlayiqdir: «Biz bunları nəzərə almaya bilmərik və Vaşinqtonla münasibətlərimizi daha yaxşı qurmalıyıq. Lakin bu münasibətlər Güney Azərbaycanın milli-azadlıq mübarizəsinin kimlər tərəfindənsə idarə olunması demək deyil. Belə olmayıb və gələcəkdə də hadisələrin bu sayaq inkişaf məcrasına razılaşmayacağıq. Söhbət bir xalqın milli varlıq və mənliyinin müdafiəsindən gedir. ABŞ da bunu anlamalıdır və ümid edirəm ki, Barak Obamanın administrasiyası bəhs etdiyim məqamları bilir».
Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı ilə ABŞ-ın yeni prezident administrasiyasının mənsubları arasında hələlik danışıqlar və müzakirələr başlanmayıb. Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun yeni postunda işlərlə tanışlığı başa çatandan sonra cənab Çöhrəqanlının Dövlət Departamentinə dəvəti gözlənilir.

Hüseyn BAKUVİ

İRAN PARLAMENTİNDƏ DAHA BİR HÖKUMƏT RƏSMİSİNİN ALİ TƏHSİL SƏNƏDİNİ ŞÜBHƏ ALTINA ALIBLAR

İRAN PARLAMENTİNDƏ DAHA BİR HÖKUMƏT RƏSMİSİNİN ALİ TƏHSİL SƏNƏDİNİ ŞÜBHƏ ALTINA ALIBLAR

Məhəmmədrza Rəhimi


Ötən il daxili işlər naziri Əli Kürdanı saxta fəxri doktorluq dərəcəsindən istifadədə günahlandırıb istefaya göndərən İran parlamenti daha bir hökumət rəsmisini sorğu-suala tutmağa hazırlaşır. Parlamentin komissiya sədri Əli Abbaspur jurnalistlərlə söhbətində prezident Mahmud Əhmədinejadın parlament təmsilçisi Məhəmmədrza Rəhiminin ali təhsil sənədinin yoxlanacağını bildirib.

«Media forum» saytının məlumatına görə, Ə.Abbaspur M.Rəhiminin ali təhsil sənədi barədə sorğuya Təhsil Nazirliyindən qaneedici cavab ala bilmədiklərini vurğulayıb: «Biz Rəhiminin təhsil sənədin yoxlanması məsələsini qaldırmışıq və parlament araşdırma aparacaq».

M.Rəhimi jurnalistlərlə söhbətində deputatların onu ali təhsil sənədi ilə bağlı sorğu-suala tutmaq istəyini qanunsuzluq adlandırıb: «Məmləkətdə hər şey həllini tapdı, bircə qaldı mənim sənədim? Deptaların mənim ali təhsil sənədimlə bağlı sorğu-sualı qanunsuzluqdur».

DAK-IN UKRAYNA NÜMAYƏNDƏLIYI XARKOVDA INTERNAT EVINƏ YARDIM GÖSTƏRDI

DAK-IN UKRAYNA NÜMAYƏNDƏLIYI XARKOVDA INTERNAT EVINƏ YARDIM GÖSTƏRDI



DAK-ın Ukrayna nümayəndəliyi 26 Yanvar 2009-cu il tarixində Xarkov şəhər nümayəndəliyinin idarə heyətinin üzvü Arif Abdullayevin təşəbbüsü və malliyə yardımı ilə Xarkov vilayəti Şefçenko rayon uşaq internat evinə xeyriyyə məqsədilə yardımı göstərilib. Əqli cəhətdən qüsurlu olan 120 nəfərlik internat məktəbinə dərs ləvazimatları, ərzaq, meyvə və s. aparılıb.

DAK Ukrayna nümayəndəliyi adından Şefçenko adına uşaq internat məktəbinin direktoru Baribina Raisa Maksimovnaya diplom təqdim edilib. Uşaq internat məktəbinin direktoru özü və kollektivi adından DAK Ukrayna nümayəndəliyinin rəhbərliyinə minnətdarlıq olunmuşdur.

Tədbirdə DAK Ukrayna nümayəndəliyinin birinçi müavini akademik, general-polkovnik Mir Şahin İsmailov çixiş etmiş və 2009-cu ildə bu cür aksiyaların davam edəcəyini söyləyib.

Nəzərinizə catdıraq ki, 2008-ci ildə DAK Ukrayna nümayəndəliyi 4 dəfə xeyriyyə tədbiri keçirmişdir.dak

İRANDAN MİSİRƏ ETİRAZ

İRANDAN MİSİRƏ ETİRAZ

Tehranda Misirin hüquqlarını qoruyan ofisin rəhbəri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlikdə İranın Qəzza zolağına ərzaq və dava-dərman daşıyan yük gəmisinə Misir sahillərində yan almaq icazəsi verilməməsinə etiraz bildirilib.

«Media forum» saytının məlumatına görə, Qəzza zolağına 200 ton ərzaq və dava-dərman daşıyan İran yük gəmisini yanvarın 13-də İsrail dəniz qüvvələri saxlayıb və o, Misir sahilinə doğru istiqamət götürüb. Ancaq Misir də gəmiyə sahilə yan almaq icazəsi verməyib.

1981-ci ildə qatı islamçı Xalid Əl- İslambuli Misirin keçmiş prezidenti Ənvər Sədatı qətlə yetirəndən sonra Tehran küçələrinin birinə qatilin adı verilib. O zamandan iki ölkə arasında rəsmi diplomatik münasibətlər kəsilib.

SİLAH QALMAQALI MİLLİ MƏCLİSDƏ MÜZAKİRƏ OLUNACAQ

SİLAH QALMAQALI MİLLİ MƏCLİSDƏ MÜZAKİRƏ OLUNACAQ

Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah verməsi ilə bağlı məsələ Milli Məclisin (MM) yaz sessiyasının ilk iclasında müzakirə olunacaq. Bunu APA-ya MM mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirib. A.Nəsirov deyib ki, MM Qarabağla bağlı bütün məsələlərə həssas yanaşır, Rusiyanın Ermənistana silah verməsi ilə bağlı məsələyə də deputatlar tərəfindən münasibət bildiriləcək.
Artıq MM üzvləri tərəfindən Rusiyanın Ermənistana silah verməsinə etiraz əlaməti olaraq müraciət hazırlanır. Müraciət hazırda imzalanma mərhələsindədir. İndiyədək müraciətə 20-dək deputat imza atıb. Bu müraciətin də MM-in ilk iclasında səsləndiriləcəyi gözlənilir. Qeyd edək ki, yaz sessiyasının ilk iclası fevralın 2-də keçiriləcək.
Xəbər xidməti
musavat

Vəhid Şeyxbəylinin məhkəməsi davam edir

Vəhid Şeyxbəylinin məhkəməsi davam edir


Onu qanunsuz olaraq həbsdə saxlayırlar

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Mühəndis Vəhid Şeyxbəylinin məhkəməsi davam edir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, yanvarın 27-də keçirilən məhkəmə iclası günün sonuna qədər davam edib. Vəkilinin Vəhid bəyin azad olunması tələbinə məhəl qoyulmayıb. Qeyd edək ki, 35 gün bundan öncə ETTELAAT tərəfindən həbs edilmiş Vəhid Şeyxbəyli qeyri-qanuni olaraq həbsdə saxlanılır. Onu pantürkizmdə, bölücülükdə suçlandırırlar.


Güneyli fəallar məhkəməyə çağırıldı

Güney Azərbaycanda milli fəallara qarşı təqiblər davam edir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, Urmiya şəhərində 4 hərəkat fəalı məhkəməyə çağırılıb. Bunlar Səid Mahmud, Yavər Şərifi, Məhəmməd Şərifi və Əli Əkbəridir. Başqa bir urmiyalı hərəkatçı Puriya Həzrəti isə 104 saylı məhkəmədə mühakimə olunur.

Həsən Əsədi həbs edilib

30 yaşlı təbrizli Milli Hərəkat fəalı Həsən Əsədi ETTELAAT məmurları tərəfindən həbs edilib. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, onu 5 gün öncə həbs ediblər. 2006-cı ilin may hadisələri zamanı Təbrizdə yaxalanmış Həsən bəyin hazırda harada saxlandığı bəlli deyil.olaylar

“Qobustan həbsxanasına və ABŞ səfirliyinə hücum planımız vardı”

“Qobustan həbsxanasına və ABŞ səfirliyinə hücum planımız vardı”

Bu haqda dini radikal qruplaşmanın üzvü istintaq ifadəsində deyib Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim İslam Nemanovun sədrliyi ilə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. ANS PRESS-in məlumatına görə, prosesdə təqsirləndirilənlər Fərid Cabbarov, Bəxtiyar Orucov və Kamran Əsədovun ibtidai istintaqda verdikləri ifadələrin videolenti nümayiş etdirilib. F. Cabbarov videolentdəki ifadəsində Penitensiar Xidmətin Qobustan həbsxanasına silahlı basqın etmək planlarının olduğunu deyib: “Məqsədimiz orada cəza çəkən İlkin Hüseynov və digər din qardaşlarımızı azad etmək idi. Qumbaraatanımız olmadığına görə, bu plandan vaz gecmişik, çünki ordan sağ çıxmayacaqdıq. ABŞ səfirliyinə hucum etmək planmız reallaşsaydı, oradan da sağ çıxmayacaqdıq, amma bu planı reallaşdımağa çalışırdıq”. Hər üç təqsirləndirilən şəxs videolentlərdəki ifadələrini təsdiqləyiblər. Proses davam etdirilir. Qeyd edək ki, məhkəmədə təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyevin cinayət işinə baxılır. Onlar dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.

GÜNEY AZƏRBAYCANDA ki Türk lərin öz ana dilində təhsil almasi üçün minərlə imza tuplanip

GÜNEY AZƏRBAYCANDA ki Türk lərin öz ana dilində təhsil almasi üçün minərlə imza tuplanip

Son günlərdə Güney Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Marağa, Xoy, Həmədan və başqa şəhərlərində ana dilində təhsil tələbi ilə imza toplama kompaniyası keçirilir.

GAİP a daxil olan Məlumat əsasən, Türk dilində təhsil kompaniyası bir müddət öncə Təbriz şəhərində başlanıb, bu kompaniyada Güney Azərbaycanın bütün təbəqələri iştirak edir. İmzalar bazarlarda, idarələrdə, dövlət və özəl iş yerlərində, zavod və fabrikalarda, məktəb və universitetlərdə əhalinin canlı iştirakı ilə həyata keçirilir. Məlumata görə son günlərdə 100 min nəfərdən artıq İranın ana yasasının 15 və 19 maddələrində nəzərdə tutulan bütün qanunların icra olunmasını öz imzaları ilə tələb etdiklərini bildiriblər. İmza toplama 21 fevral-Beynəlxalq Ana Dili gününə qədər davam edəcək. Toplanan imzalar İranın dövlət rəsmilərinə, parlamentə və beynəlxalq təşkilatlara göndəriləcək.gaip

ABŞ İrana məktub göndərəcək

ABŞ İrana məktub göndərəcək


ABŞ, İrana göndəriləcək məktub üzərində işləyir. "Qaynar.info"-nun ingilis "The Guardian" qəzetinə istinadən verdiyi xəbərə görə, ABŞ Xarici İşlər Nazirliyi hal-hazırda göndəriləcək məktubun mətni üzərində işlərini davam etdirir.
İran dövlət başçısı Mahmud Əhmədinejad, Barak Obamanın noyabrın 4-də prezident seçilməsini noyabrın 6-da yazdığı uzun bir məktubla təbrik etmişdi. Qəzet, ABŞ Xarici İşlər Nazirliyinin göndəriləcək məktub üzərində həmin tarixdən etibarən işlədiyini yazıb.
Qəzet, 3 müxtəlif qaralama olduğunu bildirib. Qəzetə danışan diplomatlar Obamanın məktubunun, ABŞ hökumətindəki ton fərqinin ortaya qoyulacağı "simvolik bir jest" olacağı şərhini veriblər. Obamanın sələfi Corc Buş, İranı "şər oxu" içində elan etmişdi. Bundan başqa məktubla İran liderlərinin ABŞ-a qarşı olan şübhələrinin dağıdılması və Obama hökumətinin bilvasitə görüşlərdə iştirak etməsinin önünün açılması məqsədi güdülür.
Qəzet, məktubda, ABŞ hökumətinin Tehran hökumətini devirmək istəmədiyini, sadəcə davranışlarında dəyişiklik istədiyini bildirib. İran xalqına xitabən yazılan məktubun bilvasitə ruhani lider Ayətulla Əli Həmaneyiyə göndəriləcəyini ya da açıq məktub formasında yayımlanacağını qeyd edilib. //Rəşad Səfərov, QayNar

Rəsulzadənin şərəfinə "İlin Ən Yaxşı Tortu" müsabiqəsi

Rəsulzadənin şərəfinə "İlin Ən Yaxşı Tortu" müsabiqəsi


Londonda yaşayan soydaşlarımız Məmməd Əminin 125 illiyini orijinal şəkildə qeyd edəcəklər

Londonda yaşayan azərbaycanlıların toplaşdığı "Azərbaycan Evi"ndə 31 yanvarda - Məmməd Əmin Rəsulzadənin doğum günü qeyd olunacaq.
Qaynar.info-nun təşkilatın rəsmi saytına istinadən verdiyi xəbərə görə, tədbirdə məqsəd Azərbaycan Demokratik Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin 125 illik yubileyi münasibəti ilə tort hazırlayaraq onu Azərbaycan Evinə gətirmək və burada tədbir iştirakçıları ilə bölüşməkdir. Bu məqsədlə təşkilat "İlin Ən Yaxşı Tortu" müsabiqəsi elan edib.
Tədbir 31 yanvar, saat 18:00-da keçiriləcək. // Nigar Atakişiyeva, QayNar

28 Ocak 2009 Çarşamba

KİŞİLƏRLƏ OYUN KEÇİRƏN QADIN FUTBOL KOMANDASI BURAXILDI


«İstiqlal» klubunun qadın komandası


İranın məşhur «İstiqlal» klubunun yeniyetmə qız və oğlanlardan idarət iki komandası arasında keçirilən oyun klubun qadın komandasının buraxılması ilə nəticələnib.

«Media forum» saytı xəbər verir ki, klubun qadın və kişi komandaları arasında oyun bir həftə əvvəl Tehranın «Mərğubkar» stadionunda keçirilib və kişilərin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kişilərlə qadınların qarşılaşması öncə İdman Təşkilatı rəsmilərinin etirazına səbəb olub. Təşkilat sədrinin muavini Əbdulrza Savər jurnalistlərə acıqlamasında oyunu təşkil edənlərə qarşı cox kəskin və ciddi tədbirlər goruləcəyini bildirib. Təşkilatın digər rəsmiləri də klubun cəzalandırılmasını tələb ediblər.

Matçın keçirilməsindən xəbər tutan İran parlamentinin bir neçə deputatı da etiraz səslərini ucaldıblar.

«Media forum»un məlumatına görə, bu gün «İstiqlal»ın rəhbərliyi klubun inzibati komitəsinə çağırılıblar. Onlara bir də belə oyunlara icazə verilməməsi barədə xəbərdarlıq edilib. Klubun məşhur futbolçusu Əlirza Mənsuriyan isə 5 milyon tümən (5 min dollar) məbləğində cərimə olunub. İnzibati komitədə keçirilən iclasda klubun qadın komandasının buraxılması haqda da qərar çıxarılıb.

GÜNEY AZƏRBAYCANDA “TÜRK DILINDƏ MƏKTƏBLƏRDƏ TƏHSIL” TƏLƏBI ILƏ 100 MINLƏRLƏ IMZA TOPLANIR

GÜNEY AZƏRBAYCANDA “TÜRK DILINDƏ MƏKTƏBLƏRDƏ TƏHSIL” TƏLƏBI ILƏ 100 MINLƏRLƏ IMZA TOPLANIR

GÜNAZ.TV mətbuat mərkəzinin (www.dak.az) saytından aldıgı bilgiyə əsasən son günlərdə Güney Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Marağa, Xoy, Həmədan və başqa şəhərlərində ana dilində təhsil tələbi ilə imza toplama kompaniyası keçirilir. Məlumatda bildirilir ki, Türk dilində təhsil kompaniyası bir müddət öncə Təbriz şəhərində başlanıb, bu kompaniyada Güney Azərbaycanın bütün təbəqələri iştirak edir. İmzalar bazarlarda, idarələrdə, dövlət və özəl iş yerlərində, zavod və fabrikalarda, məktəb və universitetlərdə əhalinin canlı iştirakı ilə həyata keçirilir. Məlumata görə son günlərdə 100 min nəfərdən artıq İranın ana yasasının 15 və 19 maddələrində nəzərdə tutulan bütün qanunların icra olunmasını öz imzaları ilə tələb etdiklərini bildiriblər. İmza toplama 21 fevral-Beynəlxalq Ana Dili gününə qədər davam edəcək. Toplanan imzalar İranın dövlət rəsmilərinə, parlamentə və beynəlxalq təşkilatlara göndəriləcək.

ABŞ-ın BMT-dəki yeni səfiri Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı dərin narahatlığını qeyd edib

ABŞ-ın BMT-dəki yeni səfiri Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı dərin narahatlığını qeyd edib


ABŞ-ın BMT-də yeni səfiri Süzan Rays deyib ki, rəsmi Vaşinqton İranın nüvə proqramı ilə bağlı dərin narahatlıq hissi keçirir. O, məsələnin diplomatik həlli yollarının tapılması üzərində ciddi iş aparılacağını bildirib. Səfir Süzan Raysın sözlərinə görə, Birləşmiş Ştatların diplomatik səyləri həm birbaşa İranla, həm də BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya ilə birlikdə danışıqların davam etdirilməsindən ibarət ola bilər. Süzan Rays bu açıqlamaları öz etimadnaməsini BMT Baş katibi Ban Ki Muna təqdim edən zaman verib. O bildirib ki, İranla dailoq və diplomatiya Tehrana Təhlükəsizlik Şurasının müəyyən etdiyi təəhhüdlərə əməl etməli olduğuna dair çox sərt mesajla birlikdə göndərilməlidir. Onun sözlərinə görə, Tehranın bu təəhhüdlərə əməl etməməyə davam etməsi yalnız beynəlxalq təzyiqlərin güclənməsinə gətirib çıxaracaq.

Ərdoğanın ideyası məqbul sayılmadı

Ərdoğanın ideyası məqbul sayılmadı
Araz Əzimov:"Ermənistanla əməkdaşlığa yol açan heç bir platformanın həyata keçirilməsi mümkün deyil"

Xəbər verdiyimiz kimi, yanvarın 26-da İstanbulda Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın irəli sürdüyü Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması (QSƏP) müzakirə edilib. Mətbuata qapalı keçirilən müzakirələrdə Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin müavinləri iştirak ediblər.
AzərTAc-ın məlumatına görə, toplantıda çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov rəsmi Bakının QSƏP-ə münasibətini açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan ümumən bu təşəbbüsü dəstəkləyir:"Platformada iştirak edən beş ölkənin regionda təhlükəsizliyin yaranmasında maraqlı olması bu platformanın həyata keçirilməsi, inkişafı üçün vacibdir. Eyni zamanda, bu platforma çərçivəsində aparılacaq müzakirələri faydalı hesab edirik".
Bununla yanaşı, Əzimov bildirib ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla əməkdaşlığa yol açan heç bir platformanın həyata keçirilməsini mümkün saymır.

BAKIDA ATATÜRKÜN HEYKƏLİ OLACAQMI?

BAKIDA ATATÜRKÜN HEYKƏLİ OLACAQMI?

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç 2008-ci il dekabrın 26-da keçirdiyi mətbuat konfransında demişdi ki, 2009-cu ildə Bakıda Mustafa Kamal Atatürkün heykəli qoyulacaq. «Media forum» saytı bununla bağlı səfirliyə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Səfirlik heykəlin harda ucaldılacağı, məsələ ilə bağlı Azərbaycan hökumətinə müraciət edilib-edilmədiyi haqda sualların heç birini cavablandırmayıb. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən isə sayta deyiblər ki, Atatürkün heykəlinin qoyulması ilə əlaqədar onlara hər hansı rəsmi müraciət daxil olmayıb. Mustafa Kamal Atatürk (1881-1938) Türkiyə Respublikasının qurucusu və ilk prezidentidir.

Güney Azərbaycan milli hərəkatının tanınmış fəalı Həsən Əsədi Ettelaat tərəfindən yenidən həbs oldu

Güney Azərbaycan milli hərəkatının tanınmış fəalı Həsən Əsədi Ettelaat tərəfindən yenidən həbs oldu

Müvəqqəti azadlığa buraxılmış Güney Azərbaycan milli fəalı Həsən Əsədi yanvar ayının 19-da (dey ayının 30-da) məhkəməyə çağrılmış, lakin məhkəməyə qeyri-qanuni çağrılmasına və məhkəmənin ona qarşı irəli sürdüyü əsassız ittihamlara etiraz əlaməti olaraq o, məhkəməyə getməkdən imtina etmişdir. Həsən Əsədinin məhkəməyə getməməsi barədə məhkəmə tərəfindən heç bir xəbərdarlıq təqdim olunmadığı halda, yanvar ayının 20-də (bəhmən ayının 1-i) Ettilaat məmurları onu evinə basqın edib və Həsən Əsədini tutuqlayaraq aparıblar. Həsən Əsədi tutuqlanmasına etiraz edərək müqavimət gostərib. Şahidlərin dediklərinə görə, o bozqurd işarəsi tutaraq usa səslə “Rədd olsun işqalçi fars!”, “Yaşasın müstəqil Güney Azərbaycan!” şüarlarını söyləyib. Bu hadisəyə şahid olan insanlar Ettelaat tərəfindən təzyiq altında yoxlamaya məruz qalıblar və onların əl telefonları əllərindən alınıb. Hətta telefon vasitəsilə bu hadisəni çəkən iki nəfər tutularaq aparılıb və onların kimliyi, harada saxlandıqları və ya sərbəst buraxıldıqları haqda hələ də heç bir bilgi yoxdur. Xatırladaq ki, azərbaycanlı milli fəal H.Əsədi 2007-ci ilin fevral ayında milli fəal Abbas Lisaninin həbsinə etiraz olaraq Ərdəbil şəhər həbsxanasının qarşısında keçirilən aksiyada iştirak etdiyi üçün tutulub və 5 ay ETTELAAT-ın Ərdəbil və Təbriz şəhərlərindəki müvəqqəti istintaq təcridxanaları və həbsxanalarında işgəncəyə məruz qalıb. Bundan başqa May hadisələrinin ildönümü ərəfəsində o, yenidən tutulub və daha dəhşətli işkəncələrə məruz qalıb. Onun cinsi orqanından 2 kiloqram ağırlığında daş asıblar, sonra da xüsusi işgəncə aləti olan "press"in altına salıblar, dırnağını çəkiblər. İgəncələrin şiddətindən komaya düşən H.Əsədi komatoz vəziyyətdə Təbrizdəki "Ustad Alinəsəb" hospitalına aparılıb.
Həsən Əsədi Güney Azərbaycan İstiqlal Partiyasının üzvü olmaqda və "hakimiyyətə qarşı aktiv fəaliyyət"də suçlandırılır.gaip

İranın Hemofiliya Mərkəzinin rəhbəri həbs olunub

İranın Hemofiliya Mərkəzinin rəhbəri həbs olunub


“İranda hemofiliya xəstələrinin müalicəsi zəif aparılır” deməsi Əhməd Qəvidelinin başına oyun açıb

QayNar: İranın Hemofiliya Mərkəzinin vəkili bildirib ki, bu mərkəzin rəhbəri həbs olunub.
İranın Hemofiliya Mərkəzinin vəkili Əli Sabiri bildirib ki, İranın Səhiyyə Nazirliyinin şikayətinə əsasən Hemofiliya Mərkəzinin rəhbəri Əhməd Qəvideli yalan məlumatlar yaymaqda günahlandırılır. “Tehran şəhər Məhkəməsinin 6-cı şöbəsi Qəvideli haqda həbs qərarı qəbul edib. Qəvideli həbs edilərək Tehranın Fələstin xiyabanında yerləşən 48-ci bölməyə aparılıb”, - deyə Sabiri bildirib.
Sabiri, İranın Hemofiliya Mərkəzinin rəhbərinin bir neçə gün öncə mətbuata müsahibəsi zamanı “İranda hemofiliya xəstələrinin müalicəsi zəif aparılır” çıxışının, bəzi xəbər agentliklərində “İranda hemofiliya xəstələrinin müalicəsi dayandırılıb” kimi dərc olunmasını onun həbsinə səbəb kimi göstərib. //Trend

Güneyli soydaşımız Barak Obamaya məktub yazıb

Güneyli soydaşımız Barak Obamaya məktub yazıb


Sənəddə ABŞ prezidentindən Güney Azərbaycan məsələsini diqqətdə saxlamaq tələb olunur

Berlin şəhərində fəaliyyət göstərən Azərbaycan-Alman Akademik Cəmiyyətinin sədri, professor Əhməd Omid Yəzdani Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya məktub ünvanlayıb. sənəddə Barak Obamanı ABŞ dövlət başçısı münasibətilə təbrik edən müəllif Güney Azərbaycan problemindən söhbət açıb.

Məktubda bildirilir ki, İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan Azərbaycan türkləri mövcud fars şovinist rejiminin mədəni qətliam siyastinə məruz qalıb: "Bizim dil, kültür və milli kimliyimiz bu ölkədə qəddarcasına əzilir. Belə ki, 25 milyondan çox olan azərbaycanlıların ana dilində bir məktəbi belə yoxdur. İran adlanan yerin həbsxanalarında çoxlu azərbaycanlılar var. Onların da "cinayətləri" yalnız ana dili və kültürlərinin azadlığı üçün mədəni və sivil yollarla mübarizə aparmaqdır. Sizdən xahiş edirik ki, İran adlanan yerdəki mövcud fars şovinist rejiminin millətimizin ən ibtidai haqlarının əzilməsindən xəbərdar olasınız və Azərbaycan türklərinin dil və kültür azadlığı uğrunda apardığı mübarizəni himayə edəsiniz".

Güney Azərbaycan İstiqlal Partiyasının Dünya Ana Dili günü münasibətinə etiraz aksiyasına çağırışı!

Güney Azərbaycan İstiqlal Partiyasının Dünya Ana Dili günü münasibətinə etiraz aksiyasına çağırışı!

Dəyərli soydaşlar:
Dünya Ana Dili günü münasibətinə Güney Azərbaycan İstiqlal Partiyası İngiltərənin london şəhərində İngiltərə parlmentinin önündə Dünya Ana Dili gününü qutlayıb və İran adlanan ölkədə fars şövinizminin zorakılıqla ana dilimizi qadağan etdiyinə etiraz edərək aksiya keçirəcəkdir.

Millətimizin harayanı dünya ictimaiyyətinə çatdırmaq üçün İngiltərədə yaşayan soydaşlarımızı bu milli aksiyaya dəvət edərək, Avropanın başqa şəhərlərində də eyni aksiyaların keçirilməsini arzu edirik.

Tarix: 22 fevral bazar (yekşənbə) günü
Zamanı: 14:00 PM. - 16:00 PM.
Yer: Westminster Square (Ingiltərə parlementi qabağı)
yaxın underground (Metro) Westminster
Əlaqə telefon: 07517331782-07704626887 (Araz Yurdsevən)

Güney Azərbaycan İstiqlal Partiyası (İngiltərə) 27.01.2009

27 Ocak 2009 Salı

İranda kütləvi edamlar davam edir

İranda kütləvi edamlar davam edir

26/01/2009

Rəsmi mənbələr tərəfindən təsdiq olunan məlumatlara görə, İran zindanlarında 20 məhkum haqqında verilmiş edam cəzaları icra edilib. Edam qərarları əsasən Tehranın “Evin” eləcə də Yəzd və İsfahan həbsxanalarında həyata keçirilib. Yayılan məlumatlarda o da bildirilir ki, edam olunanlardan 10 nəfəri Tehran “Evin” Həbsxanasında kütləvi olaraq edam edilib. Daha 6 məhkum Yəzd şəhəri həbsxanası, 2 nəfər İsfahan həbsxanasında və daha 1 məhkum isə Kərəc şəhərinin “Qızıl Hasar” həbsxanasında dar ağacından asılmaqla edam ediliblər. İran mətbuatının rəsmi qaynaqlara istinadən yaydığı iddialara görə, edam olunanların hamısı, qətl, silahlı soyğun, qarət, zorlama və narkotik maddələrin qaçaqmalçılığı kimi maddələr üzrə təqsirli bilinən şəxslər olublar. Rəsmi mənbələr edam olunların kimliyi haqqında məlumat verməyib. İnsan haqları təşkilatları isə edam olunanlar arasında, Ərdəlan Naibi və Nasir Mehrani adlı 2 məhkumun olduğunu müəyyənləşdirdiyini bildirirlər.
İnsan haqları təşkilatlarının bildirdiyinə görə, edam olunanlar sayı üzrə İran Çindən sonra dünyada ikinci yeri tutur. Azyaşlıların edamı üzrə isə rəsmi Tehran “Birinciliyini” qoruyub saxlayır.

İsveçrədə Qarabağ danışıqları

İsveçrədə Qarabağ danışıqları

Vaşinqton
27/01/2009





İsveçrənin Sürix şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə görüş başlayıb. Nazirlər Dağlıq Qarabağ sülh prosesini müzakirə edirlər.


Zürix, İsveçrə
Bu görüşlər prezidentlərin görüşü ərəfəsində son hazırlıq tədbirlərindəndir. Sabah isə Davos beynəlxalq iqtisadi sammit çərçivəsində Ermənistan və Azərbaycanın dövlət başçıları arasında görüşün təşkil olunacağı gözlənilir.

İlham Əliyevlə Serj Sarkisyan sonuncu dəfə noyabr ayında Moskvada görüşüb bəyanat imzalayıblar. Rəsmi olaraq bu dəfəki görüşdə hər hansı sənədin qəbulu gözlənilmir.

Amma bu yaxınlarda Bakıya və Yerevana səfər etmiş həmsədrlər ümid ediblər ki, prezidentlər növbəti addımlarını müəyyənləşdirəcəklər. Onlar birgə bəyanatlarında deyiblər ki, belə addım məsələn, dövlət başçılarının xarici işlər nazirlərinə sülh sənədinin tərtibi ilə bağlı müvafiq göstərişlər verməsi ola bilər.

Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim Amerikanın Səsinə verdiyi müsahibədə deyib ki, prezidentlərin danışıqları barədə «bəribaşdan» proqnoz vermək çətindir. Amma onun sözlərinə görə, nazirlər ümumi kontekstdə müzakirə aparırlar:

"Bu, danışıqlar prosesin davamıdır və Azərbaycan bu görüşlərə öz mövqeyi ilə gedir. Mövqeyimiz dəyişməyib. Münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər...


Biz dəyişikliyi yalnız nəticə etibarı ilə deyə bilərik. Yalnız görüşdən sonra bəlli olacaq ki Ermənistan tərəfi konstruktiv mövqe tutur, yoxsa tutmur. Eyni zamanda təkid edirik ki, qarşı tərəf beynəlxalq aləmin tam hüquqlu üzvü kimi öhdəliklərini nəzərə alsın. Masa üzərində təkliflər var. Lakin biz tam razılığı gözləyirik".

Xəzər İbrahim deyir ki, son bir neçə ay ərzində tərəflər arasında qəbul olunmuş Moskva bəyannaməsi və eləcə də Türkiyənin vasitəçilik təşəbbüsləri danışıqlar üçün ümumi çərçivə yaradır. Təkbətək görüşlərdə isə tərəflər həmsədrlərin təklifləri üzərində işləyirlər.

Bu yaxınlarda Bakıda olarkən Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib ki, indi hər şey dövlət başçılarının əhval-ruhiyyəsindən asılı olacaq. Cənab Brayza yayadək tərəflər arasında çərçivə sazişinin imzalanacağını da ehtimal etmişdi. Xəzər İbrahim isə deyir ki Bakı vasitəçilərin nikbinliyini bölüşmək istərdi.

Bunu da qeyd edək ki, Azərbaycanın Qarabağla bağlı bütün təşəbbüslərində ərazi bütövlüyü prinsipi əsas götürülür. Ermənistan tərəfi isə Dağlıq Qarabağ ermənilərinin müqəddəratlarının təyini prinsipindən çıxış edir.


Bu arada, Azərbaycan rəsmiləri ötən gecə Dağlıq Qarabağla sərhəddə baş verən atışma zamanı 3 erməni əsgərinin öldürüldüyünü bildirirlər. Azərbaycanın Müdafiə Nazirliyinin açıqlamasına görə, atışma erməni hərbçilərinin Azərbaycanın Ağdam rayonundakı yoxlanış məntəqəsinə hücumundan sonra baş verib.


Dağlıq Qarabağın erməni rəsmiləri isə bu məsələ ilə bağlı heç bir açıqlama verməyiblər. Xatırladaq ki, 1988-ci il Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan bəri artıq 35 min insanın həyatına son qoyulub.

Rusiya-ABŞ arasında gərginlik azalır

Rusiya-ABŞ arasında gərginlik azalır


Ölkə başçıları yaxın zamanda görüşməklə bağlı da razılığa gəliblər

Rusiya və Amerika iki ölkə arasındakı gərgin münasibətləri yoluna qoymağa çalışacaqlar.
Dmitri Medvedev və Barak Obama bu barədə danışıblar. Rusiya prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Dmitri Medvedev ABŞ prezidentinə zəng vurub, onu səlahiyyətlərinin icrasına başlaması ilə bağlı təbrik edib. Ölkə başçıları yaxın zamanda görüşməklə bağlı da razılığa gəliblər.
Amerika ilə Rusiya arasındakı münasibətlər keçmiş prezident Corc Buşun dövründə Kremlin Ağ Evin siyasətini tənqid etməsi və ötən il Rusiya ilə Gürcüstan arasındakı münaqişədən sonra gərginləşib. //Azadlıq radiosu

Qarabağ məsələsi İstanbulda müzakirə edilib

Qarabağ məsələsi İstanbulda müzakirə edilib


İstanbulda Qafqaz Sabitlik və İşbirliyi Platformasının toplıntısı olub

İstanbulda Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan rəsmilərinin iştirakı ilə keçirilən Qafqaz Sabitlik və İşbirliyi Platformasının toplıntısında Qarabağ problemi də müzakirə edilib. Tərəflər münaqişənin nizamlanması və ölkələr arasında iqtisadi münasibətlərin dərinləşdirilməsini yolları barədə danışıblar.

Azərbaycandan toplantıya xarici işlər nazirinin müavini Araz Əzimov qatılıb.

Yığıncaqda Türkiyə-Ermənistan sərhədlərinin açılması, iki ölkə arasında diplomatik münasibətlərin qurulması, Rusiyanın Gürcüstana hərbi təcavüzündən sonra bölgədə yaranan durum da müzakirə edilən məsələlər sırasında olub.

Qafqaz Sabitlik və İşbirliyi Platforması yaradılmasını Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 2008-ci ilin avqustunda Moskvada Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra gündəmə gətirib. //Azadlıq radiosu

BARAK OBAMA MÜSƏLMANLARA MÜRACİƏT ETDİ

BARAK OBAMA MÜSƏLMANLARA MÜRACİƏT ETDİ


"Amerikalılar müsəlmanlara düşmən deyil"

QayNar: Amerika Prezidenti Barak Obama özünün ilk rəsmi televiziya müsahibəsində müsəlman dünyasına müraciət edib və bildirib ki, amerikalılar müsəlmanlara düşmən deyil.
Qaynar.info-nun BBC-yəistinadən verdiyi xəbərə görə, Dubayda yerləşən Əl-Ərəbiyyə telekanalına müsahibəsində cənab Obama deyib ki, İran əlinin sxılmasını istəyərsə, ABŞ da İrana öz dostluq əlini uzadacaq.
Bu arada isə cənab Obamanın Yaxın Şərq üzrə nümayəndəsi Corc Mitçel regiona səfər edir və yeni diplomatiya mesajlarını buraya gətirir.

O, Misir lideri ilə görüşərək Qəzzada atəşkəsi və sülh səylərini müzakirə edəcək.

Cənab Obama Əl-Ərəbiyyəyə müsahibəsində Amerikanın bəzən səhvlərə yol verdiyini deyib və bildirib ki, onun adminstrasiyası daha açıq diplomatik yanaşma yolunu tutacaq.
"Öz inaqurasiya çıxışımda dediyim kimi, İran kimi ölkələr əllərinin sıxılmasını istəyərlərsə, onda bizim uzanmış dostluq əlimizi görəcəklər" - deyib ABŞ Prezidenti.

Yaxın Şərq sülhü barədə danışarkən isə cənab Obama öz adminstrasiyasının İsrailə və onun təhlükəsizliyinə dəstəyini ifadə etsə də, eyni zamanda bildirib ki, israillilər bəzi sərt qərarlar verməli olacaqlar.

İSRAİL TÜRKİYƏYƏ EMBARQO QOYUR

İSRAİL TÜRKİYƏYƏ EMBARQO QOYUR




İsrail Türkiyəyə embarqo tətbiq edir, bu ölkənin terrorla mücadilədə böyük ehtiyacı olan “Heron” tipli pilotsuz təyyarələri Ankaraya vermək istəmir.

“Cumhuriyet” gəzetinin xəbərrinə görə, pilotsuz təyyarələri tədarük etmək barədə müraciət İsrailə Gəzzaya hücumdan əvvəl edilib. Bu günlərdə isə İsrailin əlaqədar rəsmiləri “ixracat izni verilməməsi” səbəbindən müraciətə rədd cavabı veriblər.
İsrailin bu davranışının baş nazir Rəcəp Tayyip Ərdoğanın Gəzza qırğınına görə Təl-Əvivin ünvanına sərt tənqidlər səsləndirməsindən qaynaqlandığı güman olunur.





musavat.com

KİŞİLƏRLƏ OYUN KEÇİRƏN QADIN FUTBOL KOMANDASI BURAXILDI

KİŞİLƏRLƏ OYUN KEÇİRƏN QADIN FUTBOL KOMANDASI BURAXILDI
2009-01-27 - 19:16:00


çap versiyası

«İstiqlal» klubunun qadın komandası


İranın məşhur «İstiqlal» klubunun yeniyetmə qız və oğlanlardan idarət iki komandası arasında keçirilən oyun klubun qadın komandasının buraxılması ilə nəticələnib.

«Media forum» saytı xəbər verir ki, klubun qadın və kişi komandaları arasında oyun bir həftə əvvəl Tehranın «Mərğubkar» stadionunda keçirilib və kişilərin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kişilərlə qadınların qarşılaşması öncə İdman Təşkilatı rəsmilərinin etirazına səbəb olub. Təşkilat sədrinin muavini Əbdulrza Savər jurnalistlərə acıqlamasında oyunu təşkil edənlərə qarşı cox kəskin və ciddi tədbirlər goruləcəyini bildirib. Təşkilatın digər rəsmiləri də klubun cəzalandırılmasını tələb ediblər.

Matçın keçirilməsindən xəbər tutan İran parlamentinin bir neçə deputatı da etiraz səslərini ucaldıblar.

«Media forum»un məlumatına görə, bu gün «İstiqlal»ın rəhbərliyi klubun inzibati komitəsinə çağırılıblar. Onlara bir də belə oyunlara icazə verilməməsi barədə xəbərdarlıq edilib. Klubun məşhur futbolçusu Əlirza Mənsuriyan isə 5 milyon tümən (5 min dollar) məbləğində cərimə olunub. İnzibati komitədə keçirilən iclasda klubun qadın komandasının buraxılması haqda da qərar çıxarılıb.




«Media forum»

Müdafiə Nazirliyi: 3 erməni əsgəri öldürülüb, bir neçəsi isə yaralıdır

Müdafiə Nazirliyi: 3 erməni əsgəri öldürülüb, bir neçəsi isə yaralıdır
16:00 27-01-09




“Yanvarın 26-da ermənilərin hücumunun qarşısı alınıb, düşmən üç itki, bir neçə yaralı verərək geri çəkilib”



“Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun postlarından birini ələ keçirmək, beləliklə də, öz mövqelərini möhkəmləndirmək məqsədi ilə yanvarın 26-da saat 19.00 radələrində Ağdam rayonunun Cəvahirli kəndi istiqamətindən irəliləməyə başlayıb. Düşmən ilk hərəkətindən nəzarətə götürülüb, onun hər addımı izlənilib. Azərbaycan əsgəri düşməni bir az da yaxına buraxdıqdan sonra atəşə başlayıb”.



Bu sözləri APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu yanvarın 26-da Ağdam cəbhəsində baş verən atışma ilə bağlı deyib.



E. Sabiroğlunun sözlərinə görə, bir saata yaxın gedən döyüşdə düşmək üç itki, bir neçə yaralı verərək geri çəkilib: “Hazırda düşmənin bir meyiti təmas xəttinin yaxınlığında nəzarət altındadır. Digər meyit və yaralılar isə erməni hərbçiləri tərəfindən aparılıb. Azərbaycan Ordusu heç bir itki verməyib”.

Obamadan İslam dünyasına mesaj

Obamadan İslam dünyasına mesaj
Mon, Jan 26th 2009


Obamadan İslam dünyasına mesaj




ABD Başkanı Barack Obama, dünya Müslümanlarına "Amerikalılar sizin düşmanınız değil" diyerek, ABD ile İslam dünyası arasında 20-30 yıl önce mevcut olan saygı ve ortaklığa dayalı ilişkilerinyeniden kurulmasını önerdi.

Obama, Dubaiden Arapça yayın yapan El Arabiye televizyonuna verdiği demeçte, "Müslüman dünyasına karşı görevim, Amerikalıların sizin düşmanınız olmadığını iletmek" dedi.


Barack Obama, "Bazen hatalar yapıyoruz, mükemmel değiliz, ancak bizim geçmişimize bakarsanız, AmerikanIn bir koloni olarak doğmadığını görürsünüz. Amerika ile Müslüman dünyası arasında sadece 20-30 yıl önce mevcut olan saygı ve ortaklığı yeniden oluşturamamamız için bir sebep yok" diye konuştu. Çocukluğunda birkaç yıl Endonezyada yaşadığını hatırlatan Obama, daha sonra gittiği Müslüman ülkelerde de insanların, inancı ne olursa olsun, orta kumutlar ve hayaller taşıdığını gözlediğini anlattı.




Obama, Müslümanlarla ilişkilerde bundan sonra onlarla daha çok konuşulacağını ve onları daha fazla dinleyeceklerini kaydetti. Barack Obama, Müslüman bir ülke başkentinden dünya Müslümanlarına hitapedeceği yönünde daha önce verdiği sözü de yinelerken, bunu nerede ve ne zaman yapabileceğini ilişkin ise bilgi vermedi.




Obama, terör örgütü El Kaidenin açıklamalarını da "İflas etmiş görüşler" diye nitelendirdi. Amerikan ABC televizyonu, Obamanın başkan olarak göreve başladıktan sonra ilk resmi demecini El Arabiyeye verdiğini duyurdu.Obama, İran yönetimine de bir mesaj göndererek, "İran gibi ülkeler,sıkılmış yumruklarını açmaya isteklilerse karşılarında bizim onlara uzanmış elimizi bulacaklar" dedi. Başkan Obama, gelecek birkaç ayda yaklaşımlarını gözden geçirerek belirleyeceklerini kaydederek, "Bizim İranla ilişkilerimizde, diplomasi dahil bütün güç araçlarını kullandığımızdan emin olmamız önemli" diye konuştu.




Obamadan önce ABDnin BMdeki yeni daimi temsilcisi Susan Rice da yeni yönetimin İran ile doğrudan diplomasiye girişeceğini duyurmuştu.Obama, Orta Doğu sorununa ilişkin olarak da İsraillilerin ve Filistinlilerin artık görüşme masasına dönmesinin zamanının geldiğini söyledi. ABDnin yeni Orta Doğu temsilcisi George Mitchell, gelecek günlerde bölgede ilk temaslarını yapacak. (Anadolu Ajansı)

26 Ocak 2009 Pazartesi

ETTELAAT Həmid Əkbərini oğurlayıb

ETTELAAT Həmid Əkbərini oğurlayıb


Xorasanlı hərəkatçının harada saxlandığı bəlli deyil
İranda türk siyasi fəallara qarşı təzyiqlər davam edir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a verilən məlumata görə, 10 gün bundan öncə, Xorasan türklərindən olan Həmid Əkbəri Məşhəd şəhərində həbs edilib. Bacısının verdiyi məlumata görə, ETTELAAT qüvvələri hərəkatçının evinə basqın edib. CD-ləri, kompüteri və kitabları müsadirə edilən Həmid bəyi naməlum istiqamətə aparıblar. Hazırda onun harada saxlandığı məlum deyil.olaylar

Türk dövlətləri Bakıya yığışacaqlar

Türkdilli Dövlətlərin Parlament Assambleyasının ikinci toplantısı 2009-cu ilin sentyabrında Bakı şəhərində keçiriləcək. Bu barədə məlumat verən millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Nizami Cəfərovun sözlərinə görə, toplantıda Özbəkistan və Türkmənistan da iştirak ödəcək: "Məlumdur ki, ilk toplantıda Türkmənistan və Özbəkistan iştirak etməyib. Düşünürəm ki, Azərbaycan, Türkiyə və Türkmənistan pezidentlərinin bu yaxınlarda keçirilən üçtərəfli görüşündə yəqin ki, bu məsələ həllini tapıb. Odur ki, şübhə etmirəm, Bakı toplantısında Türkmənistan iştirak edəcək. Hələ İstanbul toplantısında da Türkmənistanın iştirakı gözlənilirdi, amma son anda bundan imtina edildi". Millət vəkilinin bildirdiyinə görə, Özbəkistanla isə problemlər hələ ki, açıq qalır. Ola bilsin ki, Özbəkistan bu tədbirdə
ya iştirak etməsin, ya da lazımi səviyyədə iştirak etməcin.
Buna baxmayaraq belə bir assambleyanın fəaliyyətinə ehtiyac var. Bütün Türk dünyası etiraf edir ki, bu assambleyanın yaradılması hətta gecikmiş bir məsələdir.olaylar

Rusiyanın Ermənistana silah satması

Rusiyanın Ermənistana silah satması

Azərbaycanla dostluq daha önəmli deyilmi?



Ermənistanın silahlanması ilə bağlı məsələnin yenidən gündəmə gəlməsi təsadüfi deyil. Ermənilər son vaxtlar daha aqressiv davranırlar. Onlar dünyada geosiyasi durumun bir qədər ağırlaşmasından istifadə edərək işğal etdikləri Azərbaycan ərazilərində möhkəmlənməyə çalışırlar. Bunun üçün ermənilər yeni silahlar alır, vəziyyəti daha da gərginləşdirirlər. Rusiyanın Ermənistana silah satması Kremli də pis vəziyyətə salıb. Rəsmi olaraq Moskva bu alveri inkar edir, Azərbaycanla dostluğa önəm verdiyini bəyan edir. Ancaq informasiyanın yayılması və rəsmi İrəvanın hərəkətlərində konstruktivliyə doğru bir dəyişikliyin olmaması başqa məqamlardan xəbər verir. Belə ki, Ermənistanın Dağlıq Qarabağ məsələsində sülh yolu ilə həllə nail olmaq istəmədiyinə şübhə yoxdur. Çünki Ermənistan rəhbərliyi anlayır ki, bu yolla Azərbaycanın haqlı olduğu tam sübut olunacaq. Ona görə də o, silahlanır və eyni zamanda, süründürməçi mövqe tutur. Rusiya isə daha pis duruma düşür. Məsələ ondan ibarətdir ki, Moskva Ermənistanla Azərbaycan arasında sülh yolu ilə münaqişənin həll edilməsi ilə bağlı saziş imzaladıb. Bu sazişə əsasən Dağlıq Qarabağ problemi danışıqlar vasitəsi ilə həll edilməlidir. Avtomatik olaraq bu halda tərəflərin heç birinin vəziyyəti gərginləşdirən hərəkət etməməsi lazımdır. Tarazlığı pozmamalıdır. İndi isə belə çıxır ki, Rusiya tacavüzkarı silahlandıraraq onu üstün duruma çıxarırı və bununla da danışıqlar prosesini çıxılmaza salır. Təbii ki, belə olan halda Moskva bəyannaməsi adi kağıza çevrilir. Tərəflərin bundan sonra həmin sənədə inamı qala bilməz. Azərbaycan bu şərtini bildirib. Əgər Rusiyanın Ermənistana silah satması sənədlərlə tam təsdiqlənsə, rəsmi Bakı Moskva bəyannaməsi barədə mövqeyini dəyişə bilər. Bu halda bölgədə yenidən siyasi risq faktoru artmış olur. Moskva bəyannaməsinə əksəriyyət sabitliyin təminatçısı kimi baxırdı. Qəribəsi odur ki, Ermənistana yeni silahların verilməsi Rusiyanın öz maraqlarına ziyandır. Bu halda Rusiyanın situasiyaya təsir dərəcəsi azalır. O baxımdan Rusiyanın bu addımı atmasının mənası qaranlıqdır.



Rusiyanın Ermənistana silah verməsi ilə Moskva bəyannaməsinin nüfuzdan düşməsi Qərbə sərf edir. Hər şeydən öncə, Rusiyanın bölgədə nüfuzu azalır. Onun daha da aşağı düşməsi ilə Qərbin təsir imkanları artır. Bu fonda Qərbin şansları artmış olur. Bunu artıq Kremldə çox yaxşı bilirlər. Ona görə də Rusiya XİN-in Azərbaycan XİN başçısına verdiyi izahatda hər şey hansısa kənar qüvvələrin üstünə atılır. Guya o qüvvələr Azərbaycanla Rusiya arasında münasibətləri korlayır. Rusiya XİN Azərbaycanla strateji səviyyədə münasibət qurmaqda maraqlıdır. O baxımdan Rusiya istərdi ki, Azərbaycan silah alveri məsələsinə inanmasın. Maraqlıdır, Rusiya bu məqamlara diqqət edirsə, nəyə görə Azərbaycanın torpaqlarını işğal edənlərə silah verir? Bir neçə il öncə də Rusiya Ermənistana silah verdiyini inkar edirdi, sonda etiraf etməli oldu. Sən demə, silahları qeyri-qanuni olaraq Ermənistana satırlarmış. Lakin bizim diqqəti daha çox çəkən başqa amillərdir.



Azərbaycan Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır. Çünki Rusiya bizim ən böyük qonşumuzdur. Bir neçə əsr bir dövlət daxilində olmuşuq. Rusiyanın güclü iqtisadiyyatı və kültür mühiti vardır. Bütün hallarda Rusiya kimi qonşu ilə dostluq münasibətində olmaq Azərbaycana sərf edir. Azərbaycan rəhbərliyi də məhz bu istiqamətdə siyasət yeridir. Azərbaycanın siyasəti Rusiya ilə münasibətlərin bərabərhüquqlu və geniş müstəvidə inkişaf etdirilməsi üzərində qurulub. Rusiyaya da Azərbaycanla münasibətlərin yaxşı olması sərf edir. Ona görə ki, bizim ölkə bölgənin lider dövlətidir, ən zənginidir. Siyasi və geosiyasi olaraq da Rusiyaya Azərbaycanla əlaqələri inkişaf etdirmək sərf edir. Bunlara baxmayaraq birinci dəfə deyil ki, Rusiya məntiqsiz davranır. Bunun səbəbini Rusiyada izah edə bilən olsa, maraqlı olar. Hər bir halda Rusiyanın Ermənistana bu dərəcədə yaxınlıq etməsinin müasir şəraitə uyğun olmadığı tam aydındır. Bu həqiqət Rusiyanın Ermənistana silah verməsinin həm də özünün mövqeyinə zərbə olduğunu göstərir. Görünür, Rusiya rəhbərliyi öz içində dövlətin maraqlarına zidd fəaliyyət göstərənləri üzə çıxarmalıdır.




Orxan Güneyli

Avropa Birliyi İranın müxalifətdə olan “İran xalq mücahidləri” qruplaşmasını terror təşkilatları siyahısından çıxarıb.

Avropa Birliyi İranın müxalifətdə olan “İran xalq mücahidləri” qruplaşmasını terror təşkilatları siyahısından çıxarıb.

Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, AB ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə Lüksemburq məhkəməsinin bir ay əvvəl qəbul etdiyi qərar təsdiq edilib.

Məhkəmənin qərarında qeyd edilir ki, “İran xalq mücahidləri” qruplaşmasının vəsaitləri əsassız şəkildə dondurulub və təşkilatın adı əsassız olaraq terror siyahısına salınmaqla onun hüquqları pozulub.

“İran xalq mücahidləri” qruplaşması 1965-ci ildə yaradılıb. Təşkilatın əsas məqsədi şah rejiminin devrilməsi olub. İlk dövrlərdə hərbi təşkilat kimi yaradılan qruplaşma 2001-ci ildə silahlı mübarizədən imtina etmək qərarına gəlib. Hazırda qruplaşmanın əsas orqanı sayılan “Milli Müqavimət Şurası” Fransada yerləşir. Şuranın üzvləri özlərini sürgündə olan parlament üzvləri adlandırırlar və İranda demokratik koalisiya hökumətinin yaradılmasına çalışırlar.

AB-nin qərarı rəsmi Tehranın kəskin etirazına səbəb olub. İran paytaxtında keçirilən mitinq iştirakçıları Avropa Birliyini ikiüzlülükdə ittiham ediblər.

LENT.AZ



Xəbərin oxunma sayı: 58

TARİXİN ƏN BÖYÜK VƏ ƏN TƏHLÜKƏLİ YALANI

TARİXİN ƏN BÖYÜK VƏ ƏN TƏHLÜKƏLİ YALANI

Qələmə almaq nə qədər acı olsa da, erməni millətçiləri bəzən bəd niyyətlərinə nail ola bilirlər.
Azərbaycanın beynəlxalq aləmdəki böyük uğurlarından, dövlətimizin getdikcə güclənməsindən və ümumiyyətlə, türk dünyasının dirçəlişindən təşvişə düşən ermənilər uydurma "Böyük Ermənistan" təbliğatını daha da genişləndirmiş, həm də yeni müstəviyə keçirmişlər. Erməni təbliğat maşınının növbəti çirkin niyyəti türk dövlətləri və xalqları arasındakı tarixi qardaşlıq və dostluq əlaqələrinə zərbə vurmaq, mümkün olduqca onların yaxınlaşmasına yol verməməkdir. Qələmə almaq nə qədər acı olsa da, erməni millətçiləri bəzən bu bəd niyyətlərinə nail ola bilirlər. Məsələn, Qazaxıstan və Moskva alimlərinin birlikdə nəşr etdikləri və yenicə çapdan çıxmış "Turan" atlasında (Almatı-Moskva, 2008) olduğu kimi. Dünya türkləri üçün doğma olan Turan adını daşıyan bu atlas türk dünyasının tərkib hissəsi olan Azərbaycanın tarixinə olduqca ağır və gözlənilməz zərbə vurmuşdur. Başqa sözlə, "Turan" atlası Turana ağlasığmaz xəyanətdən başqa bir şey deyildir. Qazax qardaşlarımız 5000 illik dövlətçilik tarixi və Turanın tərkib hissəsi olan Azərbaycanın çoxsaylı qüdrətli dövlətlərinin heç birinə "Turan" atlasında yer tapmadıqları halda, "Böyük səxavətlə" və çox hallarda mətləbə heç dəxli olmadan, özü də tarixi xronologiyanı kobud şəkildə pozaraq uydurma "Böyük Ermənistan" xəritəsini təkrar-təkrar "Turan" atlasına daxil etmiş və bununla tarixi Azərbaycan torpaqlarını ermənilərə "bağışlamışlar". "Turan" atlasının hazırlanmasında Azərbaycana qarşı olan barmaqlar nə qədər güclü işləyibsə, hətta atlasın redaksiya heyəti və müəlliflərinin "minnətdarlıq" etdikləri çoxsaylı təşkilatların sırasında ölkəmizin heç bir elmi müəssisəsinin adı yoxdur, daha doğrusu, atlasın hazırlanmasında Azərbaycanın elmi müəssisələrindən heç birinə müraciət olunmamışdır. Yeri gəlmişkən, "Turan" atlasının hazırlanmasına görə qazax və Moskva alimləri ancaq İran İslam Respublikasının Qazaxıstandakı səfirliyinə minnətdarlıq bildiriblər. Belə çıxır ki, "Turan" atlasının müəllifləri üçün Turan məsələsi ancaq Qazaxıstan - Rusiya - İran məsələsidir?! "Turan" atlasının nəşri sübut edir ki, Turan xalqları öz tarixinin təbliğinə və tarixi haqqının qorunmasına Qərb ölkələrindən daha öncə Turan dünyasından başlamalıdırlar! "Böyük Ermənistan" uydurması barədə növbəti yazım olan bu məqaləni qələmə almağım da elə bununla bağlıdır. "Böyük Ermənistan" yaratmaq xülyasından əl çəkməyən və yalançı "erməni soyqırımı"nı sübuta yetirməyə çalışan erməni millətçiləri müasir qloballaşan dünyada xalqların və ölkələrin yaxınlaşması yolunda ciddi əngələ çevrilmişlər. Dünyanın hər yerinə səpələnmiş çoxsaylı erməni təşkilatlarının geniş maliyyə imkanları, Qriqorian kilsəsinin istiqamətverici və təşkilatçılıq rolu, ayrı-ayrı ölkələrin, o cümlədən böyük dövlətlərin müxtəlif strukturlarında mühüm mövqelər ələ keçirmiş ermənilərin dünya siyasətinə təsir göstərməsi sülh və əmin-amanlıq üçün, insanlığın gələcəyindən ötrü təhlükəli maneəyə çevrilmişdir. 200 ildən artıq bir müddət ərzində Azərbaycan və Türkiyə torpaqlarında qanlı terror əməlləri, soyqırımları həyata keçirmiş ermənilərin hazırda dünyada onlarla iri terrorçu təşkilatları və çoxsaylı terror qrupları fəaliyyət göstərir. Böyük dövlətlərin ikili standartlar siyasəti və "xristian təəssübkeşliyi" terrorçu-separatçı erməni qruplaşmalarının fəaliyyəti üçün əlverişli şərait yaradır. Özgə torpaqlarını işğal etmək üçün terroru, soyqırımlarını özlərinə peşə seçmiş erməni millətçiləri bu bəd niyyətlərini guya vaxtı ilə Aralıq dənizi-Qara dəniz-Xəzər dənizi arasındakı geniş torpaqları əhatə etmiş uydurma "Böyük Ermənistan" dövlətini dirçəltmək pərdəsi altında həyata keçirmək xülyasındadırlar. Terrorçu-işğalçı erməni qruplarının əsas hədəfi Azərbaycan və Türkiyədir. Müasir mərhələdə Dağlıq Qarabağla bağlı işğalçılıq niyyətlərini həyata keçirməyə çalışan ermənilər, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycana qarşı total hücuma keçmişlər. Erməni millətçiləri tarixi saxtalaşdırmaqda da yeni mərhələyə qədəm qoymuş, Azərbaycan tarix elminə hücumlarını daha da genişləndirmişlər. Təbriz və Ərdəbil də daxil olmaqla tarixi Azərbaycanın cənub torpaqlarını uydurma "Velikaya Armeniya"nın tərkib hissəsi hesab edən ermənilər indi daha da "dərinə" getməyə başlamışlar. Erməni millətçiləri hazırda Arazdan cənubda - qonşu İran İslam Respublikasının ərazisində öz ata-baba torpaqlarında yaşayan və özlərini bu gün də "türk" adlandıran azərbaycanlı qardaşlarımızı Şimali Azərbaycanda yaşayan azərbaycanlılardan ("gəlmə köçəri türklərdən") tamamilə fərqli olan bir xalq kimi qələmə verməyə başlamışlar. Onların iddiasına görə, Cənubda yaşayan azərbaycanlılar guya Şimalda yaşayan qardaşlarından fərqli olaraq vaxtı ilə İran dillərindən birində danışmış olan azərilər adlanmış xalqın nəsilləridir və sonradan, XV-XVI əsrlərdə, onların dilləri kütləvi surətdə zorla dəyişdirilib. Və bundan sonra onlar Azərbaycan-türk dilində danışmağa başlamışlar. Sən demə, Cənubda yaşayan soydaşlarımız - cənubi azərbaycanlılar "genetik baxımdan da bizə deyil, ermənilərə daha yaxın bir xalq" imiş. Yerevan Dövlət Universiteti İranistika kafedrasının müdiri professor Q.Asatryanın bununla əlaqədar verdiyi "açıqlamaya" görə ermənilərin bu istiqamətdə apardıqları tədqiqatların nəticələri, artıq indidən sübut edir ki, onların (yəni ermənilərin) Cənubi azərbaycanlılarla antropoloji parametrlərinin çoxu eynidir; "azərilər (Cənubi Azərbaycan türkləri nəzərdə tutulur - Y.M.) genetik baxımdan özlərinin Azərbaycan Respublikasındakı soydaşlarındansa ermənilərə daha yaxındırlar" (www.golos.am; 8 iyul 2006-cı il). Mətləb aydındır: erməni saxtakarları tarixi Azərbaycanın Arazdan cənubdakı torpaqlarını öz saxta "tədqiqatlarında" "özününküləşdirdikdən" sonra, indi də həmin ərazidə yaşayan Azərbaycan türklərinin mənşəyini saxtalaşdırmağa başlamışlar. Guya "Velikaya Armeniya"nın tərkib hissəsi olmuş Cənubi Azərbaycan torpaqlarının əhalisi də bizimlə, yəni Şimali Azərbaycan türkləri ilə deyil, ermənilərlə bir kökdən imiş!? Narahatçılıq doğuran budur ki, artıq Azərbaycan Respublikasında müxtəlif yollarla "Böyük Ermənistan"ın guya həqiqət olduğunu təsdiq edən xəritələr və kitablar da nəşr olunmağa başlamışdır. Eyni fikirlər burada da səslənir. Bundan əlavə, ölkəmizdə xristian missionerlərinin fəaliyyəti güclənmişdir. Azərbaycandan olan bəzi alimlərin yaxından köməyi ilə əcnəbilərə yazdırılmış və gizli şəkildə yayılan bəzi üzdəniraq "tədqiqatlarda" Azərbaycan bütünlüklə keçmiş xristian ölkəsi kimi qələmə verilir, xalqımız isə türk deyil, Dağıstan-nax qrupuna daxil olan bir etnos kimi təqdim olunur. Hələ bu, bir yana dursun, Azərbaycan xalqına "özünün xristian keçmişinə qayıtmaq" tövsiyə olunur, hətta Bakının adını dəyişdirmək "təşəbbüsləri" də baş qaldırmaqdadır. Minlərlə Azərbaycan abidələrini məhv etmiş ermənilər və erməni kapitalının nökərləri Azərbaycanda "erməni xaçı axtarışlarına" çıxmışlar. Üzdə xalqımızın yüksək tolerantlıq mədəniyyətini tərifləyən və bundan "razı qalan" əcnəbilər, necə deyərlər, "saman altdan su yeridərək", Azərbaycanın türk-islam mədəniyyətini dağıtmaq üçün əllərindən gələni edirlər. Xristian missionerləri, demək olar ki, ölkənin hər yerinə yayılmışlar. Bəzi qüvvələr Azərbaycanın Qafqaz Albaniyası dövrünə aid xristian abidələrinin siyahısını və şəkillərini internet vasitəsilə xaricə ötürürlər. Əcnəbilər, eyni zamanda, Azərbaycanın keçmiş xristian abidələrinin bərpasını diqqət mərkəzinə götürmüşlər. "Böyük Ermənistan" təbliğatçıları və onların arxasında duran qüvvələr bu işdə az rol oynamırlar. Bütün bunlar xalqın müxtəlif dairələrində ciddi narazılıq və narahatlıqla qarşılanır. Azərbaycanın beynəlxalq aləmdəki böyük uğurlarından, dövlətimizin getdikcə güclənməsindən və ümumiyyətlə, türk dünyasının dirçəlişindən təşvişə düşən ermənilər uydurma "Böyük Ermənistan" təbliğatını daha da genişləndirmiş, həm də yeni müstəviyə keçirmişlər. Erməni təbliğat maşınının növbəti çirkin niyyəti türk dövlətləri və xalqları arasındakı tarixi qardaşlıq və dostluq əlaqələrinə zərbə vurmaq, mümkün olduqca onların yaxınlaşmasına yol verməməkdir. Qələmə almaq nə qədər acı olsa da, erməni millətçiləri bəzən bu bəd niyyətlərinə nail ola bilirlər: Qazaxıstan və Moskva alimlərinin birlikdə nəşr etdikləri və yenicə çapdan çıxmış "Turan" atlasında (Almatı-Moskva, 2008) olduğu kimi. Dünya türkləri üçün doğma olan Turan adını daşıyan bu atlas Türk dünyasının tərkib hissəsi olan Azərbaycanın tarixinə olduqca ağır və gözlənilməz zərbə vurmuşdur. Başqa sözlə, "Turan" atlası Turana ağlasığmaz xəyanətdən başqa bir şey deyildir. Qazax qardaşlarımız 5000 illik dövlətçilik tarixi və Turanın tərkib hissəsi olan Azərbaycanın çoxsaylı qüdrətli dövlətlərinin heç birinə "Turan" atlasında yer tapmadıqları halda, "böyük səxavətlə" və çox hallarda mətləbə heç dəxli olmadan, özü də tarixi xronologiyanı kobud şəkildə pozaraq uydurma "Böyük Ermənistan" xəritəsini təkrar-təkrar "Turan" atlasına daxil etmiş və bununla tarixi Azərbaycan torpaqlarını ermənilərə "bağışlamışlar". "Turan" atlasının hazırlanmasında Azərbaycana qarşı olan barmaqlar nə qədər güclü işləyibsə, hətta atlasın redaksiya heyəti və müəlliflərinin "minnətdarlıq" etdikləri çoxsaylı təşkilatların sırasında ölkəmizin heç bir elmi müəssisəsinin adı yoxdur, daha doğrusu, atlasın hazırlanmasında Azərbaycanın elmi müəssisələrindən heç birinə müraciət olunmamışdır. Yeri gəlmişkən "Turan" atlasının hazırlanmasına görə qazax və Moskva alimləri ancaq İran İslam Respublikasının Qazaxıstandakı səfirliyinə minnətdarlıq bildiriblər. Belə çıxır ki, "Turan" atlasının müəllifləri üçün Turan məsələsi ancaq Qazaxıstan - Rusiya - İran məsələsidir?! "Turan" atlasının nəşri sübut edir ki, Turan xalqları öz tarixinin təbliğinə və tarixi haqqının qorunmasına Qərb ölkələrindən daha öncə Turan-türk dünyasından başlamalıdırlar! Oxuculara bəri başdan bildirmək istərdim ki, tarixdə heç zaman üç dəniz (Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi) arasındakı geniş əraziləri əhatə edən "Böyük Ermənistan" adlı dövlət olmayıb. Bu uydurmadır. Və bu uydurmanı elmə sırıyarkən erməni saxtakarları vaxtı ilə Fərat çayının yuxarılarından Van gölünə doğru ərazilərdə mövcud olmuş "Kiçik Ermənistan" və "Böyük ("Velikaya" yox, məhz "Bolşaya", yəni, "böyük" - Y.M.) Ermənistan" adlanan iki coğrafi vilayətdən birinin - sonuncunun adından istifadə etmişlər və coğrafi termini siyasiləşdirmişlər. Yeri, gəlmişkən qeyd edək ki, "Böyük Ermənistan" adlanan coğrafi vilayət həqiqətən də "böyük" olduğu üçün deyil, "Kiçik Ermənistan" vilayətinə nisbətən bir qədər "böyük" olduğu üçün belə adlandırılırdı. Yəni, bu "böyük" sözün həqiqi mənasındakı "böyük" deyildir! Yuxarıda qeyd olunduğu kimi, sadəcə olaraq biri kiçik, digəri isə bir qədər böyük olan iki vilayəti bir-birindən fərqləndirmək üçün işlədilmiş "kiçik" və "böyük" ifadələridir. Qeyd etmək lazımdır ki, heç bir ilk mənbə tarixdə "Böyük Ermənistan" adlanan dövlətin olduğunu təsdiq etmir. İndiyədək heç bir arxeoloji qazıntı zamanı "Böyük Ermənistan" adı həkk olunmuş pul tapılmayıb. Ermənilərin guya erməni hökmdarı olduğunu iddia etdikləri, əslində isə parfiyalı olan, II Tiqranın adından zərb olunmuş pullarda da onun hansısa "Böyük Ermənistan" adlı bir dövlətin hökmdarı olduğu təsdiqlənmir. Beləliklə, "Böyük Ermənistan" tarixi həqiqət deyil, yalnız və yalnız, tarixdə heç bir zaman öz sabit ərazisi olmayan köçəri ermənilər üçün özlərinə "Vətən" yaratmaqdan ötrü özgə torpaqlarını işğal etmək məqsədilə uydurduqları başabəla "milli ideologiyadır", mürtəce dini-ideoloji və terrorçu-işğalçılıq "doktrinasıdır". Bu işğalçı-terrorçu "doktrina" erməni millətçiləri tərəfindən özgə torpaqlarına yiyələnmək məqsədilə uydurulmuşdur. Və onun əsasında, artıq yuxarıda qeyd etdiyimiz kimi, guya vaxtilə "dənizdən-dənizə" geniş əraziləri əhatə etmiş olan uydurma "Böyük Ermənistan" dövlətini dirçəltmək ideyası durur."Böyük Ermənistan" "ideyası"nın saxtalığı ondan aydın olur ki, ilk mənbələrdə, yuxarıda qeyd etdiyimiz iki coğrafi vilayət istisna edilməklə, tarixdə nə vaxtsa "Böyük Ermənistan" adlı dövlətin mövcud olması barədə heç bir məlumat yoxdur. Və özlərini az qala regionun "ən qədim xalqı", "Nuh peyğəmbərin övladları" kimi qələmə verən erməni millətçilərinin uydurmalarının əksinə olaraq ermənilər, daha doğrusu, onların ulu babaları hesab olunan qəbilələr, ümumiyyətlə, Asiya qitəsinin yerli əhalisi deyillər, bu regiona köçüb gəlmədirlər. Antropoloji, o cümlədən somotoloji (bədən ölçüləri), kranioloji (kəllə ölçüləri), odontoloji (diş quruluşu), seroloji (qan qruplarının tədqiqi) araşdırmalar sübut edir ki, uydurma "armenoid irqi" və ermənilər nəinki Cənubi Qafqazın aborigen əhalisi - yerli sakinləri deyillər, ümumiyyətlə, Ön Asiyaya da sonradan gəlmişlər. Arxeoloji qazıntılar zamanı indiki Ermənistan Respublikası ərazisindən aşkar olunmuş qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın sübut edir. Göstərilən qədim insan qalıqlarının morfoloji quruluşu ilə sonradan həmin ərazilərdə məskunlaşan ermənilərin morfoloji quruluşu arasında heç bir oxşarlıq yoxdur. Eyni fikri son Tunc və Dəmir dövrünə aid tapıntılar da təsdiq edir (Bunak V.V., Crania Armenica, M., 1927, səh. 26). Bundan əlavə, kəllə quruluşuna görə aparılan antropoloji tədqiqatlar erməniləri qısabaşlılar və ya braxikranlar qrupuna aid edir. Antropoloqlar (böyük alman alimi Virxov və başqa məşhur alimlər) Qafqazın qədim qəbiristanlıqlarından tapılan kəllələrin ölçülməsinə əsasən müəyyənləşdirmişlər ki, bu diyarın aborigen əhalisi, yəni, ən qədim yerli sakinləri uzunbaşlılar və ya dolixokranlar qrupuna aiddirlər, yəni, ermənilərin mənsub olduğu qısabaşlılar və ya braxikranlar qrupuna aid deyillər! Bu da bir daha sübut edir ki, indiki ermənilər Qafqazın yerli əhalisi deyillər (Djavaxaşvili İ.A., İstoriə qruzinskoqo naroda, Tiflisğ, 1916, səh. 11-12). Tədqiqatçılar göstərirlər ki, müasir ermənilərin əcdadları olduğu güman edilən köçəri qəbilələr eramızdan əvvəl təxminən XII əsrdə Balkan yarımadasından hərəkətə başlayıb Kiçik Asiyaya keçmiş və Yuxarı Fərat vadisində (Van gölünə doğru ərazilərdə) məskən salmışlar. Ermənilərin əcdadlarının bu əraziyə gəlmə olduqları tarix elmində sübut edilmiş faktdır (Məsələn, bax: Dğəkonov İ.M., Predıstoriə armənskoqo naroda, Erevan, 1968). İ.M.Dyakonov həmin əsərində ermənilərin əcdadları olduğu ehtimal edilən qəbilələrin Yuxarı Fərat vadisinə gəlmə olduqlarını tutarlı linqvistik və arxeoloji mənbələrlə sübut edir. O, öz tədqiqatlarını daha da dərinləşdirərək sonralar yenidən bu mövzuya qayıtmış və yuxarıdakı konsepsiyasını təsdiqləyən əlavə dəlillər gətirmişdir (İ.M.Dğəkonov. Malaə Aziə i Armeniə okolo 600 q. do. n.g. i severnıe poxodı vavilonekix üarey "Vestnik drevney istorii", 1981, ¹2, s.34-63). İ.M.Dyakonovun bu məqaləsindəki bəzi fikirləri oxucuların diqqətinə olduğu kimi çatdırmağı lazım bilirəm: "Protoarməne poəvilisğ v basseyne verxneqo Evfrata v kaçestve prişloqo (a stalo bıtğ, neosedloqo skotovodçeskoqo) naroda v period qospodstva zdesğ luviyskoy i xurritsko-urartskoy üivilizaüiy ... ob avtoxtonnosti protoarmənskoqo net reçi" (s.54-55). "Sleduet uçitıvatğ, çto protoarmənskie prişelğüı, po-vidimomu, sostəli v menğşinstve po sravnenii s mestnım luviyskim i xurritskim naseleniem" (s.59). Yeri gəlmişkən, İ.M.Dyakonovun göstərdiyi yuxarı Fərat vadisində hökmranlıq edən yerli-aborigen hürrilər Azərbaycan xalqının ulu babalarından biridir. Başqa sözlə, elm çox aydın təsdiq edir ki, bu torpaqlarda, o cümlədən yuxarı Fərat vadisində məhz bizim - azərbaycanlıların ulu babalarından biri olan hürrilər yerli etnosdur, ermənilər isə köçüb gəlmədirlər! Ermənilərin Asiya qitəsinə, o cümlədən də Cənubi Qafqaza gəlmə etnos olduqlarını başqa tədqiqatlar da sübut edir. Məsələn, görkəmli antropoloq V.V.Bunak Göyçə (indiki Sevan) hövzəsində qədim kəllə sümüklərini araşdıraraq qəti qənaətə gəlmişdir ki, bunların sonradan həmin əraziyə köçüb gəlmiş ermənilərlə heç bir əlaqəsi yoxdur (Bax: Bunak V.V. "Çerepa jeleznoqo veka iz Sevanskoqo rayona Armenii - Russkiy atropoloqiçeskiy jurnal", 1928, tom XVII, vıp. 3-4). Odontologiya sahəsində aparılan tədqiqatlar da eyni nəticəni təsdiq edir: "etnik odontologiya erməni etnosunun "Qafqaz mənşəli olduğunu" təsdiq etmir" (Koçiev R.S. Zakavkazğe i Severnıy Kavkaz. - V kn.: Gtniçeskaə odontoloqiə SSSR. Moskva, 1970, s. 135, 141). Rus Qafqazşünası İ.Şopen isə daha konkret və birmənalı nəticəyə gəlmişdi: ermənilər gəlmədirlər; onlar frigiyalıların və ioniyalıların Qərbdən, yəni, Avropadan Anadolu dağlarının Şimal vadilərinə köçüb gəlmiş nəsilləridir (Şopen İ. Novıe zametki na drevnöö istoriö Kavkaza i eqo obitateley. S.-Peterburq, 1896, s.26). Bir sözlə, bütün yuxarıda göstərilənlər və digər axtarışlar "tarixin atası" Herodotun hələ eramızdan əvvəl V əsrdə yazdığı bir həqiqəti təsdiq edir: ermənilər Kiçik Asiyaya Qərbdən - Avropadan köçüb gəlmişlər; onlar frigiyalıların nəsilləridir (Qerodot. İstoriə v devəti kniqax. I: 180, 194; III: 93; V: 49, 52; VII: 73). Ermənilərin əcdadları güman edilən qəbilələrin köç saldıqları Yuxarı Fərat vadisi sonralar Urartu dövlətinin, Midiya (Mada) imperiyasının və İran-Əhəməni şahlığının tərkibinə daxil olmuşdur. Əhəməni şahlığının süqutundan sonra Balkan yarımadasından Kiçik Asiyaya köçüb gəlmiş və erməni tarixçilərinin "erməniləşdirdiyi", əslində isə ermənilərin əcdadları olduğu güman edilən (!) qəbilələrin yuxarı Fərat vadisində kiçik bir knyazlığı yarandı. Və zaman keçdikcə regiondakı siyasi hadisələrdən istifadə edərək tədriclə güclənən bu knyazlıq (tarixşünaslıqda "erməni çarlığı" da adlandırılır - müəllif) mənşəcə parfiyalı olan (yəni, erməni olmayan!) II Tiqranın (e.ə.95-55) hakimiyyətinin əvvəllərində qonşu ölkələrə (Kiçik Asiyanın qərbinə və Mesopotamiyaya doğru, yəni, Şərqə tərəf - Azərbaycana doğru yox!!!) işğalçı yürüşlər edərək, qısa bir müddət ərzində öz hakimiyyəti altında olan ərazini genişləndirə bildi. Lakin e.ə.66-cı ildə Roma sərkərdəsi Pompey II Tiqranın hərbi qüvvələrini darmadağın etdikdən sonra, Kiçik Asiyanın şərqində mövcud olmuş bu knyazlıq müstəqil dövlət kimi tarix səhnəsindən silinib getmişdir. Kiçik Asiyanın şərqində ermənilərin yenidən siyasi səhnəyə gəlməsi xristian dininin meydana gəlməsi və yayılması dövrünə təsadüf edir. Xristianlığı qəbul etdikdən bir müddət sonra vahid xristian kilsəsindən üz döndərən ermənilər təriqətçi monofizitlərin tərəfinə keçdilər və özlərinin əlahiddə Qriqorian kilsəsini yaratdılar. Qriqorian kilsəsi, artıq erməni dövlətinin mövcud olmadığı şəraitdə, pərakəndə erməni icmalarının təkcə dini deyil, eyni zamanda, siyasi himayəçisi funksiyasını da yerinə yetirməyə başladı. Qriqorian kilsəsinin idarə etdiyi ermənilər bu vaxtdan başlayaraq, öz mövqelərini qoruyub saxlamaq və təcavüzkar məqsədlərinə nail olmaq üçün şəraitin dəyişməsindən istifadə edərək, başqa sözlə "küləyin istiqamətindən" asılı olaraq həmişə daha güclü xarici qüvvəyə sığınmaq yolunu tutdular. Belə ki, ermənilər Xilafət işğalları zamanı Bizansa qarşı Ərəb xəlifələri ilə sövdələşməyə girdilər. Ərəb xəlifələri, bunun müqabilində, Bizansa qarşı təriqətçi-monofizit erməniləri müdafiə etdilər. Beləliklə, Qriqorian kilsəsi öz təsir dairəsini genişləndirmək və keçmiş erməni knyazlığını dirçəltmək üçün ilk dəfə ərəb işğalları dövründə fəallaşdı. Qonşularına xəyanət edərək ərəb xəlifələrinə sığınan və yadelli təcavüzkarlar tərəfindən müdafiə olunan Qriqorian kilsəsi öz missionerləri vasitəsilə qonşu ərazilərdə, o cümlədən Azərbaycan dövləti olan Qafqaz Albaniyasının qərb-dağlıq ərazilərində (indiki Dağlıq Qarabağda və indiki Ermənistan Respublikasının mövcud olduğu Qərbi Azərbaycan topraqlarında) yaşayan yerli alban-xristian əhali arasında qriqorianlığı yaymağa başladı. Zaman keçdikcə zorla qriqorianlaşdırılmış alban - Azərbaycan tayfalarının erməniləşdirilməsinə başlandı. Bununla da, Xilafət dövründə Qriqorian kilsəsinin dini təsir dairəsi Cənubi Qafqaza doğru genişlənməyə başladı. Qriqorian missionerlərinin gəlişi ilə Cənubi Qafqaz əvvəlcə dini toqquşmalar, bunun dalınca etnik qarşıdurmalar, daha sonralar isə soyqırımları dövrünə qədəm qoydu. Ərəb xilafəti zəiflədikdən sonra Qriqorian kilsəsi bu dəfə Azərbaycan türk dövlətlərinə - qaraqoyunlulara, ağqoyunlulara, səfəvilərə və nəhayət, Osmanlı imperiyasına sığındı. Azərbaycan Qaraqoyunlu dövlətinin başqa etnoslara, dinlərə dözümlü münasibətindən və himayəsindən istifadə edən Qriqorian kilsəsi 1441-ci ildə öz mərkəzini - erməni katolikosluğunu Azərbaycan torpağına (indiki Ermənistan Respublikasının ərazisinə) - Eçmiədzinə köçürdü. Sonralar Azərbaycan Ağqoyunlu və Səfəvi hökmdarları da qaraqoyunluların siyasətini davam etdirərək erməniləri və erməni katolikoslarını himayə etdilər. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarının icazəsi və köməyi ilə Qərbi Azərbaycan torpaqlarında (indiki Ermənistan Respublikasının ərazisində) yeni erməni kilsələri tikildi. Varlanmış erməni katalikosları azərbaycanlılara məxsus torpaqları satın alaraq öz mülklərini daha da genişləndirdilər. Lakin tarixi şəraitin dəyişməsindən asılı olaraq ermənilər sonralar hər üç Azərbaycan dövlətinə də xəyanət etdilər. Daha sonra Qriqorian kilsəsi və ermənilər Osmanlı sultanları tərəfindən himayə olundular. Zaman keçdikcə ermənilər onlar üçün türklərlə eyni şərait yaratmış Osmanlı imperiyasının maliyyə-iqtisadi və hərbi-siyasi həyatında mühüm mövqelər ələ keçirdilər. Qriqorian kilsəsi və ermənilər, eyni zamanda, Azərbaycan dövlətlərindən, o cümlədən Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarından da geniş imtiyazlar qopara bildilər. Osmanlı sultanları kimi, Azərbaycan hökmdarları da Qriqorian kilsəsinə sərbəstlik verdilər. Ölkənin müxtəlif yerlərində, o cümlədən indiki Ermənistan Respublikasının ərazisini əhatə edən Azərbaycan torpaqlarında erməni kilsələri tikildi. Yuxarıda qeyd edildiyi kimi, 1441-ci ildə erməni kilsəsinin mərkəzi Azərbaycan Qaraqoyunlu dövlətinin ərazisinə - indiki Eçmiədzinə köçürüldü. Ermənilər Səfəvi dövlətində, xüsusilə, Şah Abbas (1587-1629) dövründə daha mühüm mövqelər ələ keçirdilər. Beləliklə, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin, Osmanlı imperiyasının himayəsi sayəsində Azərbaycanda, Anadoluda, İran ərazisində, Jənubi Qafqazda Qriqorian kilsəsi və ermənilərin mövqeyi xeyli gücləndi. Tarixi "ənənələrinə" sadiq qalan ermənilər Qərb dövlətlərinin antitürkiyə siyasəti gücləndikcə Osmanlı dövlətinə də xəyanət etdilər. Beləliklə, vaxtı ilə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı dövlətlərinə xidmət edən ermənilər növbəti dəfə mövqelərini dəyişib Qərb hökmdarlarına "xidmət" göstərdilər və Osmanlı imperiyasına arxadan zərbə vurulmasında fəal iştirak etdilər. Bununla tarixdə ermənilərin Qərb dövlətlərinin əlində Azərbaycana və Osmanlı imperiyasına qarşı alətə çevrilməsi dövrü başlandı. Çar Rusiyası Cənubi Qafqazda işğalçılıq müharibələrinə başladıqda Qriqorian kilsəsi və ermənilər bu dəfə yeni təcavüzkarın tərəfinə keçdilər. Lakin budəfəki xəyanət adi xəyanət deyildi! Ermənilər bu dəfə silahlı dəstələr yaradaraq Rusiya qoşunlarının tərkibində Azərbaycan dövlətlərinə və Osmanlı imperiyasına qarşı hərbi əməliyyatlarda iştirak etməyə başladılar. Və bu yolla Azərbaycan və Anadolu türklərinə qarşı kütləvi qırğınlar həyata keçirdilər. Çar Rusiyasının ermənilərə arxa durması nəticəsində Azərbaycanın xristian alban əhalisinin zorla qriqorianlaşdırılması və müstəqil Alban kilsəsinin təqib olunması gücləndi. Bununla yanaşı, silahlı erməni quldur dəstələrinin Azərbaycanda və Şərqi Anadoluda dinc türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı. Çar Rusiyası ermənilərin və Qriqorian kilsəsinin bu "xidmətlərini" nəzərə alaraq Osmanlı imperiyası və Qacarlar İranı ərazisindən erməniləri kütləvi surətdə Şimali Azərbaycana, xüsusilə, İrəvan, Qarabağ, Şirvan, Bakı, Gəncə və Naxçıvan xanlıqlarının ərazilərinə köçürdü. Yeri gəlmişkən, çar hökuməti erməniləri Azərbaycan torpaqlarına Rusiya dövlətinin xüsusi nəzarəti altında və mütəşəkkil qaydada köçürür, onlara hər cür qayğı göstərilirdi. Məsələn, İran və Türkiyə ərazisindən hərəkətə başlayan erməni köçlərini bütün yol boyunca Rusiyanın mühafizə dəstələri müşayiət edir, onlara adambaşına pul və ərzaq paylanır, köç üçün nəqliyyat ayrılır, ən münbit Azərbaycan torpaqları onlara verilir və bütün vergilərdən azad olunurdular. Beləliklə, çar Rusiyası XIX əsrin əvvəllərindən başlayaraq 1873-cü ilədək Cənubi Qafqaza, əsasən, Şimali Azərbaycan torpaqlarına 334.242 nəfər erməni köçürdü. Sonralar Azərbaycan torpaqlarında xristianlaşdırma siyasəti daha da sürətləndirildi. Bunu arxiv sənədləri çox aydın təsdiq edir.Belə ki, Cənubi Qafqazda erməni köçkünlərinin sayı 1886-cı ildə 690.615 nəfərə, 1897-ci ildə 786.447 nəfərə, 1916-cı ildə isə 1.211.145 nəfərə çatdırıldı. Bu qanlı siyasəti rusların özləri də təsdiq edirlər. Məsələn N.N.Şavrov hələ 1911-ci ildə yazırdı: "Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyonu yerli deyildir. Və onlar bu vilayətə bizim tərəfimizdən köçürülüblər". Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin əsas təşkilatçılarından biri olan A.S.Qriboyedov isə Rusiya imperatoruna belə məsləhət verirdi: "Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verəsiniz. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır". Beləliklə, çar Rusiyası XIX əsrin əvvəllərindən başlayaraq Cənubi Qafqazın etnik tarixində zorla dəyişiklik əmələ gətirdi: Azərbaycan torpaqlarında yeni bir etnos - erməni etnosunu məskunlaşdırdı. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən, Azərbaycan torpaqları Rusiya ilə Qacarlar İranı arasında bölüşdürüldükdən və Azərbaycanın müstəqil dövlətləri - xanlıqlar aradan qaldırıldıqdan sonra çar Rusiyası Azərbaycan xalqına qarşı növbəti cinayətə əl atdı, ermənilərə isə növbəti "bəxşiş" verdi: Azərbaycan torpaqlarında (Naxçıvan və İrəvan xanlıqlarının əraziləri əsasında) "Erməni vilayəti" adlı qondarma inzibati idarə vahidi yaratdı. Yeri gəlmişkən, çar I Nikolay "Erməni vilayəti"nin yaradılması haqqındakı sərəncamı 1828-ci il martın 21-də - Azərbaycan xalqının Novruz bayramı günlərindən birində imzaladı. Məhz Novruz bayramı günlərində iki Azərbaycan xanlığının - Naxçıvan və İrəvan xanlıqlarının ləğv edilib, bu Azərbaycan torpaqlarında köçürülüb gətirilmiş ermənilər üçün xüsusi bir vilayət yaradılması xalqımız üçün həm də mənəvi təhqir idi. "Erməni vilayəti"nin nə qədər qondarma bir qurum olduğunu belə bir fakt da sübut edir ki, çar Rusiyası o zaman İran və Türkiyədən nə qədər erməni köçürüb gətirsə də, yenə də bu vilayətin əhalisinin 76,24 faizi azərbaycanlı idi. "Erməni vilayəti"ndə 1125 kənd vardı. Onlardan 1111 Azərbaycan kəndi idi və bu kəndlərdə ancaq azərbaycanlılar yaşayırdılar. Vilayətin qalan 14 kəndində isə azərbaycanlılarla qarışıq şəkildə köçürülüb gətirilmə ermənilər yaşayırdılar. Yeri gəlmişkən, həmin kəndlərin də bir çoxunun adları Azərbaycan-türk mənşəli idi. Bununla belə, "Erməni vilayəti"ni yaratmaqla çar Rusiyası yenicə işğal etdiyi Azərbaycan torpaqları ilə Osmanlı imperiyası arasında bir "xristian səddi" çəkdi. Eyni zamanda, tarixi Azərbaycan ərazisində gələcək erməni dövlətinin əsasını qoydu. Bunun ardınca, 1836-cı ildə erməni-Qriqorian kilsəsinin təhriki ilə çar Rusiyası müstəqil Azərbaycan-alban kilsəsini ləğv etdi. Rusiya imperiyası tərəfindən himayə və müdafiə olunan ermənilər bu vaxtdan etibarən Azərbaycanda və Anadoluda türk-müsəlman əhaliyə qarşı kütləvi qırğınlara başladılar. "Böyük Ermənistan" "doktrinası" ilə zəhərlənmiş erməni millətçiləri XIX əsrin sonlarında Qriqorian kilsəsinin "xeyir- duası" ilə daha mütəşəkkil fəaliyyətə başladılar. Bir-birinin ardınca millətçi-terrorçu erməni partiyaları ("Hnçak", "Daşnaksutyun" və s.), cəmiyyətləri və terrorçu qruplarının yaradılması dövrü başlandı. Məsələn, 1887-ci ildə yaradılmış "Hnçaq" adlı erməni-millətçi partiyası öz proqramında Osmanlı imperiyası ərazisində müstəqil erməni dövləti yaratmağı qarşısına başlıca məqsəd qoydu. Bu məqsədə nail olmaq üçün əsas vasitə terror aktlarının həyata keçirilməsi idi. Maraqlıdır ki, ermənilər ilk terror aktlarından birini onların "siyasətini" dəstəkləmədiyi üçün Qafqazın mülki işlər rəisi knyaz Qolitsına qarşı həyata keçirdilər (14 oktyabr, 1903-cü il). 1890-cı ildə yaradılmış digər millətçi-terrorçu erməni partiyası olan "Daşnaksutyun" da Türkiyə ərazisində müstəqil erməni dövləti yaratmağı özünün əsas vəzifəsi elan etmişdi. Bu planı həyata keçirmək üçün Osmanlı imperiyası ərazisində "Böyük Ermənistan" təbliğatı gücləndirilməli, silahlı terror dəstələri yaradılmalı, hökumət idarələrinin talan və qarət edilməsinə başlanılmalı idi. "Daşnaksutyun" partiyası, faktiki olaraq, hər biri 10 nəfər "döyüşçüdən" - terrorçudan təşkil olunmuş silahlı dəstələrdən ibarət idi. Başqa sözlə, "Daşnaksutyun" siyasi partiya deyil, silahlı terror təşkilatı idi. "Hnçaq" və "Daşnaksutyun" terrorçuları Şərqi Anadolu və Azərbaycan kəndlərini çapıb-talamaqda bir-biri ilə rəqabət aparır, "yarışırdılar". Rəsmi proqramlarında terroru qarşılarına vəzifə qoyan bu partiya və cəmiyyətlər "türkə ölüm" çağırışı ilə tarixin ən qanlı cinayətlərinə başladılar. Zaman keçdikcə "Böyük Ermənistan" xəstəliyinə tutulmuş erməni terrorçuları onların mənafeyini təmin etməyən qeyri-türk millətlərinin nümayəndələrinə qarşı da qəsdlər törətməyə başladılar. Birinci dünya müharibəsi (1914-18) dövründə Osmanlı imperiyasının aradan götürüləcəyinə ümid edən ermənilər vətəndaşları olduqları və hər zaman himayə və qayğı gördükləri Türkiyə dövlətinə xəyanət etdilər, Osmanlı imperiyasına qarşı vuruşan çar Rusiyası ilə, həmçinin digər böyük dövlətlərlə geniş əlaqə yaradaraq ümumdünya tarixinin ən qanlı cinayətlərini törətdilər. Çar Rusiyasının silahlandırdığı və digər böyük dövlətlər tərəfindən müdafiə olunan erməni-daşnak quldur dəstələri Şərqi Anadoluda və Azərbaycanda (həm şimalda, həm də cənubda) türk-müsəlman əhalini kütləvi surətdə qırmağa başladılar. Azərbaycanın Naxçıvan, İrəvan, Zəngəzur, Qarabağ, Urmiya, Salmas, Xoy, Maku və digər yaşayış məntəqələrində yüz minlərlə türk-müsəlman əhali, o cümlədən uşaqlar, qadınlar, qocalar məhv edildi. Bakıda hakimiyyəti ələ keçirən daşnak S.Şaumyan Birinci dünya müharibəsi cəbhələrindən qayıdan erməni zabit və əsgərlərini səfərbərliyə alaraq, 1918-ci ildə Azərbaycan xalqına qarşı tarixin ən dəhşətli soyqırımlarından birini törətdi. Şimali Azərbaycanın bütün bölgələrində, o cümlədən Bakı, Şamaxı, Göyçay, Kürdəmir, Quba, Salyan, Lənkəran və başqa yerlərdə türk-müsəlman əhali əvvəlcədən düşünülmüş plan əsasında kütləvi surətdə ucdantutma məhv edildi, xalqın min illər boyunca yaratdığı maddi və mənəvi sərvətlər məhv və talan olundu. Birinci dünya müharibəsi başa çatdı. Böyük Atatürk Türkiyəni xilas etdi. Bununla da, böyük dövlətlərin həmişə bir alət kimi istifadə etdikləri erməni millətçilərinin Şərqi Anadoluda "Böyük Ermənistan" yaratmaq niyyəti iflasa uğradı. Osmanlı dövlətinə xəyanət etmiş ermənilərin yeni dəstələri kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına axışıb gəldi. Qərbi Azəbaycanda (indiki Ermənistan Respublikasının ərazisində) ermənilərin sayı daha da artdı. Erməni-daşnak generallarının başçılığı ilə Azərbaycan xalqına qarşı soyqırımlarının yeni dalğası başlandı. Bununla belə, o zamankı mürəkkəb tarixi şəraitdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti xoş məram nümayiş etdirdi. 1918-ci il mayın 29-da Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş Azərbaycan dövlətlərindən olan İrəvan xanlığının paytaxtı olmuş İrəvan şəhərini ermənilərin "bir siyasi mərkəzləri olması" xatirinə onlara güzəştə getdi. Beləcə, ermənilərə 100 il bundan əvvəl öz torpağında yer verən Azərbaycan bu dəfə onlara paytaxt şəhəri də bağışladı. Beləliklə, tarixdə ilk dəfə olaraq, 1918-ci ildə Cənubi Qafqazda - tarixi Azərbaycan ərazisində erməni dövləti yaradıldı. Lakin daşnaklar bununla kifayətlənmədilər. Növbəti xəyanət və növbəti dəfə Azərbaycandan torpaq qoparmaq üçün məqam gözlədilər. Azərbaycana Denikinin hücum təhlükəsi yarandıqda, ermənilər dərhal onun tərəfinə keçdilər və ağqvardiyaçı generalı Azərbaycana dəvət etdilər. Bu "siyasət" iflasa uğradıqdan sonra da Azərbaycana və Türkiyəyə qarşı yeni-yeni ərazi iddiaları qaldırdılar. Sovet-bolşevik rejimi çar Rusiyasının ənənəvi siyasətinin davamı olaraq erməniləri daim himayə və müdafiə etdi. Ermənistan Sovet Sosialist Respublikasının yaradıldığı Qərbi Azərbaycan torpaqlarında bu torpaqların əsil sahibləri olan azərbaycanlılara qarşı növbəti təqiblər və zorakılıqlar dövrü başlandı. Azərbaycan torpaqları hesabına Ermənistan Sovet Sosialist Respublikasının ərazisi daha da genişləndirildi. Nəhayət, öz torpaqlarında ermənilərə yer vermiş azərbaycanlıların kütləvi surətdə doğma yurdlarından - Ermənistan ərazisindən deportasiyası həyata keçirildi. Ermənilər Qərbi Azərbaycan torpaqlarında daha da möhkəmləndilər. Sovet dövründə Azərbaycan torpaqları hesabına daim yeni-yeni ərazilər ələ keçirən ermənilər Türkiyə Cümhuriyyətinə qarşı da ərazi iddialarını davam etdirdilər. Xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatlarına qarşı terror aktları həyata keçirildi. Dünya sosializm birliyinin və Sovet İttifaqının dağılması ərəfəsində qarşılarına Azərbaycandan yeni ərazilər, o cümlədən Dağlıq Qarabağı qoparmaq məqsədini qoymuş erməni-daşnak millətçiləri və terrorçuları yenidən fəallaşdılar. Ermənilərin çirkin məqsədlərinə xidmət edən sovet rejiminin başçısı M.Qorbaçov Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi Sovet İttifaqının ali rəhbərliyindən - Siyasi Bürodan uzaqlaşdırdı. Azərbaycan xalqının qatili M.Qorbaçovu ələ alan erməni millətçilərinin təhriki ilə, 1918-20-ci illərdə olduğu kimi, Dağlıq Qarabağda sifarişlə separatçı-erməni terrorçularının qiyamı təşkil edildi. Eyni zamanda, Qərbi Azərbaycanın yerli sakinləri olan azərbaycanlıların tarixi vətənlərindən deportasiyası da başa çatdırıldı. Beləliklə, XIX yüzilliyin əvvəlində əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkü olan indiki Ermənistan Respublikasının ərazisində hazırda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Azərbaycanlılara məxsus olan bütün tarixi abidələr məhv edilmiş, yer adları dəyişdirilmişdir. Bütün bunlar müasir dünyanın gözləri qarşısında baş vermişdir! Qorbaçovu və Kreml rejimini öz əllərində oyuncağa çevirmiş erməni millətçiləri bütün Sovet imperiyasında azadlıq hərəkatının önündə gedən Bakıya iri qoşun kontingentinin yeridilməsinə və 20 Yanvar 1990-cı il qırğınının həyata keçirilməsinə nail oldular. 20 Yanvar qırğınında Kreml rejiminin azərbaycanlılara divan tutmaq məqsədilə qəsdən Şimali Qafqazdan səfərbərliyə aldıqları ehtiyatda olan erməni əsgər və zabitləri xüsusi "fəallıq" göstərdilər. Erməni millətçiləri və terrorçuları, eyni zamanda, 1990-93-cü illərdə Azərbaycanda baş alıb gedən hərc-mərclikdən və hakimiyyət çəkişmələrindən istifadə etdilər. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərini pozaraq, ölkəyə müdaxilə etmiş Ermənistan silahlı birləşmələri Rusiya hərbi qüvvələrinin bilavasitə yaxından köməyilə Dağlıq Qarabağı və ətraf rayonları, respublika ərazisinin 20 faizini işğal etdilər. Bir milyondan çox Azərbaycan vətəndaşı doğma yurd-yuvasından didərgin salındı, öz Vətənində qaçqına və məcburi köçkünə çevrildi. 1992-ci ilin 26 fevralında - 20-ci yüzilliyin sonuna yaxın bütün dünyanın gözləri qarşısında qəddarlığı ilə misli görünməmiş Xocalı soyqırımını törətdilər. İşğal aktını pərdələmək üçün Dağlıq Qarabağda oyuncaq "respublika" yaradıldı. Dağlıq Qarabağ separatçı-terrorçu qruplarının rəhbərləri (R.Köçəryan və b.) Ermənistanda da hakimiyyəti ələ keçirdilər. İkili standartlar və "xristian həmrəyliyi"nin beynəlxalq münasibətlərdə mühüm rol oynadığı müasir dövrdə, beynəlxalq hüquq normalarına açıq-aşkar zidd olaraq, Azərbaycan torpağı olan Dağlıq Qarabağ erməni separatçı-terrorçularının əlində qalmaqdadır. Erməni millətçiləri isə Türkiyə və Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməkdə davam edirlər. İkili standartlar dünyasında erməni terrorçularının Azərbaycan və Türkiyə ərazisində 200 ildən artıq bir müddət ərzində törətdikləri soyqırımları, deportasiyalar, vəhşiliklər, tarixi abidələrin, yaşayış məskənlərinin yerlə yeksan olunması faktları qulaqardına vurulur. "Xristian həmrəyliyi" nümayiş etdirilərək erməni yalanları, saxtakarlıqları həqiqət kimi qəbul olunur. Elə bunun nəticəsidir ki, xarici qüvvələr tərəfindən müdafiə olunan erməni separatçı-terrorçuları və beynəlxalq terroru dəstəkləyən Ermənistan Respublikası Cənubi Qafqazda təhlükəli gərginlik ocağına çevrilmişdir. Beynəlxalq terrorun ən yaşlı və ən "təcrübəli" dəstələri olan erməni terror təşkilatları himayə olunduqca "Böyük Ermənistan" doktrinası ilə zəhərlənmiş erməni-daşnak terror qrupları və təşkilatları beynəlxalq antiterror alyansının diqqətindən kənarda qaldıqca regionda və dünyada gərginlik də aradan qalxmayacaq, bəşəriyyət terror təhlükəsindən qurtulmayacaqdır. Müasir dünyanın görkəmli siyasi xadimi, Azərbaycan Prezidenti İlham Əliyev özünün bütün yüksək səviyyəli görüşlərində, nitq və çıxışlarında ermənilərin Cənubi Qafqaza gəlmə əhali olduğunu, onların bu ərazidə məskunlaşmasından sonra regionda gərginliyin artdığını, müasir Ermənistan Respublikasının və nəzarətdən kənarda qalmış oyuncaq Dağlıq Qarabağ rejiminin terror yuvalarına çevrildiyini xüsusi olaraq vurğulayır. Zəngin tarixi biliyə malik olan Azərbaycan Prezidenti indiki Ermənistan Respublikasının tarixi Azərbaycan torpağında - keçmiş İrəvan xanlığının ərazisində yarandığını bütün dünyaya bəyan edir. Ölkə başçısı bütün müvafiq strukturları erməni saxtakarlarına qarşı informasiya müharibəsində hücuma keçməyə çağırır. Erməni faşizmi üzərində qələbə çalmaq, doğma torpaqlarımızı azad etmək üçün öncə informasiya müharibəsində qalib gəlmək gərəkdir. Bütün xalqımız ölkə başçısının çağırışına cavab verməli, iqtisadi və hərbi cəhətdən qüdrətli Azərbaycan dövləti yaratmaq üçün onun ətrafında daha sıx birləşməlidir. Azərbaycan Prezidentinin ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün tutduğu yol yeganə düzgün yoldur: tarixi həqiqəti dünya ictimiyyətinin diqqətinə çatdırmaqla informasiya müharibəsində qələbə çalmaq və hərbi-iqtisadi cəhətdən daha qüdrətli Azərbaycan dövləti yaratmaq! Terror, soyqırımları törədən və zorla özgə torpaqlarına yiyələnməyə çalışan erməni faşizmini diz çökdürmək üçün başqa yol yoxdur!

Yaqub Mahmudov, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru