azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

26 Ocak 2009 Pazartesi

İran adlanan ölkənin parlamenti “Xalq Mücahidləri” təşkilatına üzv şəxslərin mühakiməsi layihəsini müzakirə edəcək

İran parlamenti “Xalq Mücahidləri” təşkilatına üzv şəxslərin mühakiməsi layihəsini müzakirə edəcək

Iran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyası “Xalq Mücahidləri” təşkilatı üzvlərinin mühakiməsi layihəsini hazırlayır.

İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyası yanvarın 25-də keçirdiyi iclasda “Xalq Mücahidləri” təşkilatına üzv şəxlərin İran hökuməti və Ədliyyə Nazirliyi tərəfindən mühakiməsini nəzərdə tutan fövqəladə layihəni müzakirə edib.

“Komissiya hazırda fövqəladə bir layihənin üzərində iş aparır. Layihə yanvarın 27-də parlamentdə müzakirəyə çıxarılacaq. Münafiqlər elə bir vasitədir ki, bəzi dövlətlər onlardan siyasi və hərbi məqsədləri üçün istifadə edir”, - deyə İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Kazim Cəlali bildirib.

Cəlali əlavə edib ki, bəzi dövlətlərin siyasi çıxışları, bu təşkilatın keçmişdə terrorist əməllər törətdiyini unutdurmamalıdır. “Münafiqlərdən (xalq mücahidlərindən) əlləri iranlıların qanına bulaşmayanların ölkəyə qayıtmasına icazə veriləcək, lakin digərləri mühakimə olunmalıdır”, - deyə Cəlali bildirib.

Cəlali əlavə edib ki, əgər münafiqlər barədə ölkə daxilində məhkəmə hökmü çıxarılarsa, onların ekstradisiya edilməsi ilə bağlı digər ölkələrə və beynəlxalq polisə müraciət ediləcək.trend

Hiç yorum yok: