Vəhid Şeyxbəylinin məhkəməsi davam edir
Onu qanunsuz olaraq həbsdə saxlayırlar
Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Mühəndis Vəhid Şeyxbəylinin məhkəməsi davam edir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, yanvarın 27-də keçirilən məhkəmə iclası günün sonuna qədər davam edib. Vəkilinin Vəhid bəyin azad olunması tələbinə məhəl qoyulmayıb. Qeyd edək ki, 35 gün bundan öncə ETTELAAT tərəfindən həbs edilmiş Vəhid Şeyxbəyli qeyri-qanuni olaraq həbsdə saxlanılır. Onu pantürkizmdə, bölücülükdə suçlandırırlar.
Güneyli fəallar məhkəməyə çağırıldı
Güney Azərbaycanda milli fəallara qarşı təqiblər davam edir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, Urmiya şəhərində 4 hərəkat fəalı məhkəməyə çağırılıb. Bunlar Səid Mahmud, Yavər Şərifi, Məhəmməd Şərifi və Əli Əkbəridir. Başqa bir urmiyalı hərəkatçı Puriya Həzrəti isə 104 saylı məhkəmədə mühakimə olunur.
Həsən Əsədi həbs edilib
30 yaşlı təbrizli Milli Hərəkat fəalı Həsən Əsədi ETTELAAT məmurları tərəfindən həbs edilib. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, onu 5 gün öncə həbs ediblər. 2006-cı ilin may hadisələri zamanı Təbrizdə yaxalanmış Həsən bəyin hazırda harada saxlandığı bəlli deyil.olaylar
29 Ocak 2009 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder