azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

30 Ocak 2009 Cuma

Fars rejimi Azərbaycan türklərinin hüquqlarını pozur

Fars rejimi Azərbaycan türklərinin hüquqlarını pozur

"Yüzminlərlə soydaşımızın ana dilində tədris tələbini irəli sürməsi bu rejimin Azərbaycan türklərinə milli- mədəni hüquqlarını verməməsinin nəticəsidir"
Son günlərdə Güney Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Marağa, Xoy, Həmədan və başqa şəhərlərində ana dilində təhsil tələbilə imzatoplama kampaniyası həyata keçirilir. "Azərbaycan türkcəsində təhsil" kampaniyası bir müddət öncə Təbriz şəhərində başlanıb, bu kampaniyada Güney Azərbaycanın bütün təbəqələri iştirak edir. İmzalar bazarlarda, idarələrdə, dövlət və özəl iş yerlərində, zavod və fabriklərdə, məktəb və universitetlərdə əhalinin iştirakıyla həyata keçirilir. Artıq yüz mindən artıq soydaşımız İran Konstitusiyasının 15 və 19-cu maddələrində nəzərdə tutulan bütün müddəaların icrasını öz imzalarıyla tələb etdiklərini bildiriblər. İmzatoplama kampaniyası 21 fevral Ümumdünya Ana Dili Gününə qədər sürəcək. Toplanan imzalar İranın dövlət rəsmilərinə, parlamentə və beynəlxalq təşkilatlara göndəriləcək.

Tural

Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Güney Azərbaycanda soydaşlarımızın Azərbaycan türkcəsində təhsil tələb etməsi məsələsinin yeni olmadığını bildirdi. Onun sözlərinə görə, ümumilikdə, Güney məsələsi son vaxtlar daha da aktuallaşıb ki, imzatoplama kampaniyası da bu aktuallığın bir hissəsidir. KXCP Ali Məclisinin sədri Güney Azərbaycanda baş verən proseslərin kənar qüvvələrin müdaxiləsiylə əlaqəsi olmadığını da vurğuladı. Bu, millətin özünün ruhu və istiqlal eşqilə bağlı olan məsələdir. Yəni 19-cu əsrin əvvəllərində ikiyə bölünmüş Azərbaycanın birliyi uğrunda olan mübarizə hər zaman aktual olub. Bu mübarizələrdə dörd mühüm yüksəlik olub ki, hazırda beşincisinin ərəfəsindəyik və bu yüksəlişə keçidi yaşayırıq: "Hesab edirəm ki, millətin bu uzunmüddətli mübarizəsi təsadüfi deyil. Nətta üç-dörd nəsil dəyişməsinə baxmayaraq millətin yenə də istiqlal mübarizəsində olması onun ruhu ilə bağlıdır. Geosiyasi mənzərənin dəyişməsi, qloballaşma və beynəlxalq güc mərkəzlərinin toqquşmasının fonunda müəyyən zamanlarda Güney məsələsi üçün də münbit şərait yaranır. Eyni zamanda bu toqquşmalardan Güney Azərbaycanda yaşayan soydaşlarmız da əziyyət çəkir. Ən azı 21 Azər hərəkatını yada salsaq görərik ki, soydaşlarımız hansı bəlalara düçar olublar. Fars rejimi füpsətdən yararlanıb minlərlə Azərbaycan türkünü qətlə yetirib və istiqalal mübarizəsini müvəqqəti olaraq yatırdıb". Güneyli soydaşlarımızın yenə də meydanlarda olduğunu deyən Zəlimxan Məmmədli Azərbaycan türklərinin yalnız öz haqqını istədiyini vurğuladı: "Teokratik bir rejim olan və İslam pərdəsi altında millətləri istismar edərək allahsızlıq siyasəti yürüdən İran rəhbərləri 30 milyona yaxın Azərbaycan türkünün nəinki milli, hətta mədəni haqlarını da əlindən alır. Bu bir milləti sıxışdırıb sıradan çıxarmaq siyasətidir. Belə bir siyasətin cavabı kimi ortaya qoyulan istiqlal mübarizəsinin sonu da istiqlaliyyətlə nəticələnəcək".
Zəlimxan Məmmədlinin fikrincə, güneyli soydaşlarımızın öz dildə təhsil tələb etməsi təbiidir: "Nə qədər ki, teokratik fars rejimi var, Azərbaycan türkü xoş gün görməyəcək. Nə qədər ki, soydaşlarımızı asimlyasiya siyasətinə məruz qoymaq planları var, milli mübarizə də davam edəcək. Güney Azərbaycan türklərinin mübarizəsinin son mərhələsi isə Bütöv Azərbaycan idealının tam gündəmə gəlib, beynəlxalq subyektlərdə müzakirəsinə qədər davam etməsi olacaq: "Bu gün Yüz minlərlə insanımızını ana dilində təhsil tələbi ilə imza toplama kampaniyasına qoşulması İran rejiminin Azərbaycan türklərinə əsas milli- mədəni hüquqlarını verməməsinin nəticəsidir".
KXCP Ali Məclisinin sədri İran hakimiyyətinin beynəlxalq terrorizmi dəstəkləyən, narkoticarəti himayə edən qorxulu rejim kimi qəbul olunduğunu da vurğuladı. Onun fikrincə, İran rejimi nəinki region, bəşəriyyət üçün təhlükə doğurur. Belə rejimin çökməsi də təbii proses kimi ortaya çıxacaq: "Bu rejim çalışacaq ki, yenidən ayağa qalxan millətin istiqlal mübarizəsini boğsun. Amma hazırda həm İranın daxilində, həm də dünyada ictimai rəy rejimin əleyhinədir, bu da rejimin çöküşünü labüd edir. İranın indiki rejiminin iflasa uğramasını ən azı İsrail-Fələstin münaqişəsi zamanı da gördük. Bu rejimin saxtalığı zaman-zaman sübut olunub və onun çöküşü də baş verəcək: "Güneyli soydaşlarımız özlərinə və ruhlarına güvənməli, haqları uğrunda mübarizəni davam etdirməlidirlər. Azərbaycan türkləri nə qədər ciddi, sistemli mübarizə apaar bilsələr, bir o qədər də itkiləri az olacaq və istiqlala çatacaqlar".

Hiç yorum yok: