azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

29 Ocak 2009 Perşembe

“Qobustan həbsxanasına və ABŞ səfirliyinə hücum planımız vardı”

“Qobustan həbsxanasına və ABŞ səfirliyinə hücum planımız vardı”

Bu haqda dini radikal qruplaşmanın üzvü istintaq ifadəsində deyib Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim İslam Nemanovun sədrliyi ilə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. ANS PRESS-in məlumatına görə, prosesdə təqsirləndirilənlər Fərid Cabbarov, Bəxtiyar Orucov və Kamran Əsədovun ibtidai istintaqda verdikləri ifadələrin videolenti nümayiş etdirilib. F. Cabbarov videolentdəki ifadəsində Penitensiar Xidmətin Qobustan həbsxanasına silahlı basqın etmək planlarının olduğunu deyib: “Məqsədimiz orada cəza çəkən İlkin Hüseynov və digər din qardaşlarımızı azad etmək idi. Qumbaraatanımız olmadığına görə, bu plandan vaz gecmişik, çünki ordan sağ çıxmayacaqdıq. ABŞ səfirliyinə hucum etmək planmız reallaşsaydı, oradan da sağ çıxmayacaqdıq, amma bu planı reallaşdımağa çalışırdıq”. Hər üç təqsirləndirilən şəxs videolentlərdəki ifadələrini təsdiqləyiblər. Proses davam etdirilir. Qeyd edək ki, məhkəmədə təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyevin cinayət işinə baxılır. Onlar dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.

Hiç yorum yok: