azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

30 Ocak 2009 Cuma

AMERİKA YƏHUDİLƏRİNDƏN ƏRDOĞANA SƏRT ETİRAZ GƏLDİ

AMERİKA YƏHUDİLƏRİNDƏN ƏRDOĞANA SƏRT ETİRAZ GƏLDİ

Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın Davosda İsrail prezidenti Şimon Peresin və onun ölkəsinin ünvanına sərt ifadələr işlətməsi dünya yəhudi təşkilatlarının sərt etirazına səbəb olub. ABŞ-ın əsas yəhudi təşkilatlarından olan Amerika Yəhudi Konqresi Ərdoğanın çıxışını «İsrail və yəhudilərə qarşı yeni təpkilər doğura biləcək nadanlıq» adlandırıb.

«Media forum» xəbər verir ki, yəhudilərin gecə yaydığı açıqlamada Ərdoğanın Peresə sözlə hücum etdiyi vurğulanıb. Konqres rəhbəri David Harris yazılı açıqlamasında «Ərdoğanın qəzəb «tutma»sı yəhudi əleyhdarlığını artırır» deyib: «Ərdoğanın bu haqsız sözləri və İsrail prezidentinə sayğısızlığı İsraili tənqid etmənin tədricən öldürücü hala gəldiyinin bir göstəricisidir. Türkiyə ilə İsrail arasındakı əlaqələr həyati önəm daşıyır və Amerika yəhudiləri bunu hər zaman dəstəkləyir. Amma Türkiyədə yəhudi əleyhdarlığının artdığı bir dönəmdə İsrailə qarşı bu cür səhv davranışlar qarşısında səssiz qala bilmərik».

Məhz bu yəhudi təşkilatı 2004-cü ildə Ərdoğana «Cəsarət»medalı vermişdi. Ərdoğan bu medalı yəhudilərdən alan ilk müsəlmandır.

Hiç yorum yok: