ƏRDOĞANA CXP-dən TƏNQİD, ANAP-dan DƏSTƏK
Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın BMT baş katibi Pan Gi Munun iştirakıyla keçirilən «Qəzza bölgəsi: Yaxın Şərqdə sülhə necə nail olmalı?» mövzulu müzakirələrdə İsrail prezidenti Şimon Peresə ittihamlar səsləndirib Davos forumunu tərk etməsinə Türkiyə siyasilərinin münasibəti fərqli olub.
Ana müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasını təmsil edən Onur Öymən Ərdoğanın bu davranışıyla Türkiyənin imicini zədələdiyini deyib: «Bir haqlı dava bu qədər pis şəkildə müdafiə oluna bilməz. Ərdoğan «Həmas»ın sözçüsü qismində çıxış edir, onun müdafiəsinə qalxır. Halbuki «Həmas» Avropa Birliyinin terror siyahısında PKK ilə birlikdə yer alıb».
Öymən Davos forumu iştirakçıları və mədəni dünya için Ərdoğanın bitdiyini söyləyib: «İsrailin hücumları insanlıqdan kənardır. Amma «bunu qınayacağam» deyərkən bir terror hörgütü sözçüsü kimi davranarsınızsa, dünyada beş qəpiklik etibarınız qalmaz. Diplomatiyada belə üsluba yer yoxdur. Türkiyə bundan sonra vasitəçi rolunu itirdi».
Ana Vətən Partiyasının sədr müavini Salih Uzun isə Ərdoğanı müdafiə edib, baş nazirə qarşı davranışı isə qəbuledilməz həqarət kimi dəyərləndirib. O, Ərdoğanın insani təpki verdiyini deyib: «Bu davranışdan islam ölkələrinin dərs çıxarması lazımdır».
30 Ocak 2009 Cuma
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder