azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

30 Ocak 2009 Cuma

ŞİMON PERES: «TÜRKİYƏ İLƏ GƏRGİNLİK İSTƏMİRİK»

ŞİMON PERES: «TÜRKİYƏ İLƏ GƏRGİNLİK İSTƏMİRİK»

Israil prezidenti Şimon Peres Davosda Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanla aralarında yaranmış insidentə münasibət bildirib. O, yaranan gərginliyin Türkiyə-İsrail münasibətlərinə təsir göstərməyəcəyinə ümid etdiyini deyib: «Biz fələstinlilərlə ixtilafdayıq, Türkiyə ilə anlaşmazlıq istəmirik».

Şimon Peresin nümayəndələri isə Türkiyə mətbuatında yer alan «Peres Ərdoğandan üzr istədi» xəbərini təkzib ediblər. Onlar bildiriblər ki, Peres gərginlik yaranmasından üzgün olduğunu bildirib, üzr istəməyib. Ərdoğan isə moderatora qəzəbləndiyini söyləyib.

İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində baş tutan «Qəzza bölgəsi: Yaxın Şərqdə sülhə necə nail olmalı?» mövzulu müzakirələrdə qalmaqal Peresin yüksək səslə İsrailin Qəzzada apardığı son hərbi əməliyyatlara haqq qazandırmasından yaranıb. Buna və aparıcının müzakirə reqlamentini pozmasına etiraz edən Ərdoğan İsrail prezidentinə yönəlik sərt sözlərdən sonra «Mənim üçün Davos bitdi. Bir daha bura gəlmərəm» deyərək salonu tərk edib.

BMT baş katibi Pan Gi Munun iştirakıyla keçirilən müzakirədə Ərdoğan Peresə xitabən «Siz öldürməyi yaxşı bacarırsınız» deyə İsraili Fələstinə davamlı hərbi təcavüzdə günahlandırıb.




«Media forum»

Hiç yorum yok: