azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Temmuz 2008 Cumartesi

ABŞ-ın İran siyasəti dəyişir?

ABŞ-ın İran siyasəti dəyişir?

Vaşinqton İranda diplomatik iştirakını təmin etməyi planlaşdırır
ABŞ İrana münasibətdə öz ənənəvi siyasətindən əl çəkməyə qərar verib və bu ölkəylə yeni əlaqələr qurur. Corc Buş adminstrasiyası Tehranla onun nüvə proqramıyla əlaqədar danışıqlar aparmaq üçün yüksək ranqlı diplomat göndərir. Üçüncü gün axşam dövlət katibinin müavini Uilyam Berns Vaşinqtondan İsveçrəyə uçub. Uilyam Berns öz ranqına görə ABŞ-da üçüncü şəxsdir. Dövlət katibinin müavini Cenevrədə Avropa Birliyinin xarici siyasətinə rəhbərliyi həyata keçirən Havyer Solona və nüvə məsələləri üzrə əsas iranlı vasitəçi Səid Cəliliylə görüşəcək. "

Rəvan

Vaşinqton Post" yazır ki, ABŞ rəsmiləri bunu Tehranın ambisiyaları üzündən yaranmış böhrandan çıxmaq üçün ciddi niyyət ortaya qoyulmasının göstəricisi kimi qiymətləndirirlər. Bu, 1979-cu ildə İranda baş verən inqilabından sonra ən əhəmiyyətli görüş sayılır. Bu həm də göstərir ki, Corc Buş əvvəlki sərt xəttindən geri çəkilir.
"The Guardian"ın məlumatına görə, 29 il ərzində ilk dəfə olaraq ABŞ İranda diplomatik iştirakını təmin etməyi planlaşdırır. Yəqin ki, avqustda İsveçrə səfirliyinin himayəsi altında İranda ABŞ-ın maraqlarını təmsil edən missiyanın yaradıldığı elan olunacaq. İsrail artıq Vaşinqotnun planından ciddi narahatçılığını bildirib. İsraildə hesab edirlər ki, İranın uranı zənginləşdirməsi probleminə münasibətdə güc mövqeyindən çıxış edən Corc Buş 29 yanvarda öz postunu qalib kimi tərk etməkdən imtina edir.
Bu arada Dövlət Departamentinin adının açıqlanmasını istəyən nümayəndəsi bildirib ki, Uilyam Berns İran rəsmisi ilə hər hansı ayrı bir görüş keçirməyəcək. Bununla bərabər, dövlət katibinin müavini Pğ Evin mövqeyini izah etməyə çalışacaq. O bildirəcək ki, Vaşinqton uranın zənginləşdirilməsinin dayandırılmasından sonra İranla ciddi danışıqlara başlaya bilər.
xalqcebhesi

17 Temmuz 2008 Perşembe

Ermənistan kütləvi şəkildə silahlanır

Ermənistan kütləvi şəkildə silahlanır


PROBLEMİN ARAŞDIRILMASI ÜÇÜN AZƏRBAYCANIN MÜDAFİƏ, MİLLİ TƏHLÜKƏSİZLİK VƏ XARİCİ İŞLƏR NAZİRLİKLƏRİNİN NÜMAYƏNDƏLƏRİNDƏN İBARƏT KOMİSSİYANIN YARADILACAĞI GÖZLƏNİLİR

Son vaxtlar Ermənistanın gizli silahlanmasına dair faktlar xeyli artıb. Təkcə 2007-ci il və 2008-ci ilin ötən dövrü ərzində Ermənistan Rusiya, İran, Slovakiya, Belarus, Ukrayna və başqa ölkələrdən üst-üstə 450 milyon dollarlıq silah, hərbi texnika, sursat alıb. "Milaz.info" Hərbi İnformasiya Agentliyinin verdiyi məlumata görə, Azərbaycan Ermənistanın Avropada Adi Silahlı Qüvvələrə dair Cinah Sazişinin tələblərini pozması ilə bağlı sənəd hazırlamaq niyyətindədir. Qeyd edək ki, Ermənistanın silah aldığı ölkələr sırasında Rusiyanın silah payı 85 faiz təşkil edir. Məlumatda bildirilir ki, silahların yenilənməsi zamanı köhnələrin sıradan çıxarılmasının zəruriliyi Cinah Sazişində əksini tapsa da, Ermənistan buna əməl etməyib. Həmin sazişdə Ermənistan ona ayrılan kvotadan orta hesabla iki dəfə artıq silah və hərbi texnikaya malikdir. Agentliyin yaydığı xəbərdə deyilir ki, bu problemin araşdırılması üçün yaxın günlərdə Azərbaycanın Müdafiə, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin nümayəndələrindən ibarət komissiyası yaradılacağı gözlənilir. Bu komissiya araşdırmaların yekununda hesabat xarakterli sənəd hazırlayaraq beynəlxalq qurumlara ünvanlayacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu "525"ə açıqlamasında Ermənistanın Adi Silahlı Qüvvələrə dair Cinah Sazişinin tələblərini pozaraq, kvotada nəzərdə tutulandan artıq silah alması və ya onlara hədiyyə edilməsi barədə Azərbaycan tərəfinin məlumatlı olduğunu deyib. Onun sözlərinə görə, Qarabağ məsələsində Ermənistanın bir tərəfdən sülh tərəfdarı olduğu, digər tərəfdən kütləvi şəkildə silahlanması Azərbaycanın bu məsələdə lazımi işlər görməsini tələb edir və bu da həyata keçirilir. E.Sabiroğlu yaranan vəziyyətlə bağlı hər hansı güc nazirliklərinin, eləcə də Xarici İşlər Nazirliyinin nümayəndələrindən ibarət komissiyanın yaradılması ilə bağlı məlumatı olmadığını deyib: "Belə bir komissiyaya ehtiyac yoxdur. Azərbaycan hökuməti Ermənistanın kütləvi silahlanması ilə bağlı müvafiq beynəlxalq qurumları mütəmadi olaraq xəbərdar edib".

Xatırladaq ki, beş növ ağır hərbi texnika üzrə limitləri müəyyən edən sənədə əsasən, Cənubi Qafqaz ölkələrinə ayrı-ayrılıqda 220 tank, eyni sayda zirehli döyüş maşını, 285 artilleriya qurğusu, habelə 100 döyüş təyyarəsi və 50 zərbə vertolyotu saxlamaq kvotası verilib. Bu isə rəsmi Bakını o qədər də razı salmır. Çünki Azərbaycan həm ərazi, həm də əhali baxımından Ermənistan və Gürcüstandan üstündür.


BƏXTİYAR
525

Əhmədinejad BMT-ni dəyişəcək_Təhlükəsizlik Şurasının strukturu İran liderinin xoşuna gəlmir

Əhmədineyad BMT-ni dəyişəcək



Təhlükəsizlik Şurasının strukturu İran liderinin xoşuna gəlmir



İran prezidenti Mahmud Əhmədineyad BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək sessiyasında iştirak etmək niyyətindədir. "Lenta.ru"nun yaydığı məlumata görə, İran prezidenti 2005-ci ildə prezident seçildikdən sonra BMT Baş Assambleyasının sessiyalarında iştirak edir. Əhmedineyad bildirib ki, Baş Assambleyanın sessiyası zamanı İranın hüquqlarını müdafiə etmək və beynəlxalq strukturların fəaliyyətinə dəyişikliklər təklif etmək niyyətindədir.

İran prezidenti ötən sessiya zamanı BMT Təhlükəsizlik Şurasının strukturunu dəyişdirməyi tələb etmişdi. Onun fikrincə, Təhlükəsizlik Şurası üzərinə qoyulan vəzifəni yerinə yetirə bilmir və dünyada nüfuzu yoxdur. O, həmçinin bir sıra şərtlərə əməl olunmaqla ABŞ-la birbaşa ikitərəfli danışıqların keçirilməsinin mümkünlüyünü alqışlayıb. Onun sözlərinə görə, danışıqlar yaxın vaxtlarda da keçirilə bilərdi, lakin bunun üçün tərəflərin hüquq bərabərliyi olmalıdır. "Hüquq bərabərliyi hər iki tərəfin eyni şəraitdə danışıqlar aparmaq istəməsi deməkdir. Dialoq tərəflərdən birinin daha yüksək, digərinin isə aşağı mövqedə olması hissini doğurmamalıdır" - deyə o bəyan edib.

Bu arada bəlli olub ki, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns İranın nüvə proqramı ilə bağlı danışıqlara qoşulur. Məlumata görə, bu barədə administrasiyanın yüksək vəzifəli məmuru bildirib. ABŞ administrasiyasında çalışan məmur İran nümayəndəsi Səid Cəlili ilə ilk dəfə görüşəcək. Beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilən danışıqların növbəti mərhələsi iyulun 19-da İsveçrədə keçiriləcək. Amma mənbə Berns və Cəlilinin təkbətək görüşünün planlaşdırılmadığını vurğulayıb: "Uilyam Berns danışıqlar aparmaq deyil, qulaq asmaq üçün tədbirə qoşulacaq".

ABŞ Konqresində isə İrana qarşı iqtisadi-ticari sanksiyaları sərtləşdirən yeni qanun layihəsi hazırlanıb. "İTAR-TASS" agentliyinin məlumatına görə, demokratlar və respublikaçılar sənədin əsas bəndləri ilə bağlı razılığa gəliblər. Sanksiyalar artıq bu həftə yuxarı palatada nəzərdən keçiriləcək. Sənədin müəllifi banklar, yaşayış evləri tikintisi və şəhər problemi üzrə Senat komitəsinin sədri Kristofer Dodd qanun layihəsinin İrana qarşı iqtisadi sanksiyaları sərtləşdirdiyini vurğulayıb: "Bu sanksiyalar İranın neft sektorunda məşğul olan şirkətlərə investisiya qoyuluşunu qadağan edir. Bununla da İran hökumətinə təzyiq göstərilir və beynəlxalq birliyin tələblərini yerinə yetirməyə məcbur edilir". Qanun ABŞ-dakı hesablarının dondurulmasına icazə verilən İran vətəndaşlarının siyahısını da genişləndirir.
kaspi

YORUMSUZ





ABŞ-İran Münasibətlərində Yeni Çalarlar Yaranır?

Son zamanlarda ABŞ siyasi dairələrində İranla diplomatk əlaqələrin yaranması mövzusu ciddi şəkildə müzakirə olunmaqdadır. Bu müzakirələr çərçivəsində ABŞ-ın İranda diplomatik nümayəndəliyinin açılmasının gündəmə gəlməsi və bu məsələyə İran rəsmilərinin münasibəti isə gözlənilməz oldu.



İranla münasibətlərin bərpasına söz verən prezidentliyə namizəd senator Barak Obama müharibə ehtimalından narahatlıq keçirən ABŞ ictimaiyyətinin əksəriyyətinin rəğbətini qazansa da İranın İsrailə qarşı hədələyici sözlərinin artmasının və İsraili hədəf ala biləcək raketlərin sınaqdan keçirilməsinin ardından, o belə İrana qarşı sərt tədbirlərin həyata keçirilməsini tələb edib. Ümumilikdə isə ABŞ rəsmiləri də məhdud səviyyədə də olsa İranla münasibətlərin bərpa olunmasında maraqlıdırlar. Vaşinqton Post qəzetinin yazdığına görə hələ iki il əvvəl ABŞ rəsmiləri Tehranda ABŞ-ın mənafeyini qorumaq və İran vətəndaşlarıyla birbaşa əlaqələrin yaranması məqsədi ilə nümayəndəliyin yaranmasını planlaşdırırdı. Belə bir nümayəndəliyin yaranması praktikada mümkün olan haldır. Baxmayaraq ki, ABŞ-ın Kuba hökuməti ilə heç bir siyasi münasibəti yoxdur bu ölkə 1977-ci ildə Havanada nümayəndəlik yarsatmışdı.

Hal hazırda ABŞ Tehranda İsveçrə krallığının səfirliyi vasitəsiylə təmsil olunur. Ancaq bir müddət əvvəl bu ölkənin İrandan təbii qaz alması ABŞ rəsmilərinin narazılığına səbəb olmuş və ABŞ-ı bu ölkənin onu Tehranda təmsil etməsi məsələsinə yenidən baxmağı qərəra almışdı.

Bir neçə gün əvvəl İranın rəsmi xəbər agentliyi İRNA xarici işlər nazirliyinin adı açıqlanmayan yetkilisinə istinadən bildirmişdir ki, ABŞ-dan belə bir təklif (ABŞ-ın hansısa səviyyədə nümayəndəlik aşması barədə) gələrsə xarici işlər nazirliyi onu araşdıracaq. Bu mövzuya münasibərt bildirən İran parlamentinin spikeri Əli Laricani belə bir mövzunun müzakirə edilməsi barədə məlumatı şayiə hesab edərək bildirmişdir ki, “Amerikalılar aldadıcı bəyanatlar verir. Onların belə bir istəkləri olsa idi, 2 il əvvəl İran rəsmiləri birbaşa təyyarə reyslərin bərpa olunması təklif edən zaman buna müsbət cavab verərdilər.” Amma “İran” prezidenti Mahmud Əhmədinejad İİR televiziyasındakı müsahibəsində də ABŞ-dan belə bir təklif gəldiyi təqdirdə onun araşdırılacağını bildirib.

İİR və ABŞ 1979-ci il inqilabından sonra siyasi münasibətləri dayandırımışdılar. Buna səbəb İranda Xomeyninin tərəfdarları olan fanatik tələbə qruplarının (Daneşcuyane peyro xətte emam) ABŞ-ın Tehrandakı səfirliyinin bütün diplomatlarını girov götürərək bir müddət saxlaması olmuşdu. Bu hadisədən sonra inqilab rəhbərləri İranda baş verən bütün xoşagəlməz hadisələrin səbəbini ABŞ=da axtarırdı. Hətta İran-İraq müharibəsində də Səddam Hüseynin İrana hücüm etməsini ABŞ-ın siyasəti kimi dəyərləndirirdilər. İki tərəfli siyasi münasibətlər həmin tarixdən etibarən təmamilə dayandırılmışdı.

ABŞ-ın belə bir addım atması və ikitərəfli münasibətlərə çalar qatmaq istəməsi mümkündür. ABŞ bunu ən azı iki səbəblə etmək istəyər. Əvvəla, ABŞ-İran münasibətlərində yaranmış siyasi diplomatik böhran və son zamanlarda ABŞ-ın İran əleyhinə səsləndirdiyi hədələyici bəyanatlar bəzi siyasi dairələrdə ABŞ rəhbərliyinin güc vasitəsinə üstünlük verməsi kimi dəyərləndirilirdi. ABŞ əgər dialoq qapısını açsa, bu istiqamətdəki mənfi fikirləri müəyyən qədər dəyişdirmə şansı əldə edəcək. Eyni zamanda ABŞ onun İranla münasibətlərinin pis olmasından faydalanmağa çalışan, ABŞ-ın İranla baölı istəklərinə qarşı ciddi tələblər irəıli sürən, belə demək mümkündürsə “öz müvqelərini baha satmağa çalışan” bölgə və qeyri-bölgə dövlətlərinə mesaj da verməyə çalışır. Hətta, İran ABŞ-ın bu təşəbbüsünə mənfi cavab versə belə, ABŞ beynəlxalq aləmdə ən azı haqlılığını artırmış olacaq. İranın cavabı müsbət olsa, bu dəfə oyun daha da mürəkkəbləşəcək.
http://www.araztm.az/?mod=actual&id=54

İran Şirkətləri Diplomatlardan Kömək Umur

İranda cəmiyyətin bütün sektorları, xüsusiylə kasıb və orta təbəqə iqtisadi məhdudiyyətlərdən əziyyət çəkir. Bu vəziyyətdən həmçini şirkətlər əziyyət çəksə də, varlı işadamları da hələlik hökumət siyasətinə təsir göstərə bilməməkdirlər. Hər halda, güclü Tehran Ticarət Palatası beynəlxalq iqtisadi sanksiyaları zəiflətmək və ya tamamən aradan qaldırmaq məqsədiylə yollar axtarılması üçün prezident Əhmədinejadı ritorika yerinə diplomatiyadan istifadə etmək üşün müəyyən səylər göstərməyə başlamışdır.



Yüksələn qiymətlər nəticəsində İranın neftdən qazandığı rekord gəlirlər isə nəinki iqtisadiyatın ayaqda durmasına, hətta ölkənin ən kasıb vətəndaşlarını iqtisadi böhranın mənfi nəticələrindən qorumasını belə təmin etmir. Niqaranşılık daha da güclənməkdədir və iranlı ailələrin minimum ərzaq və məskən ehtiyaclarını təmin etməsi daha da çətinləşməktədir.

İranın sabiq ticarət naziri və Tehran Sənaye və Ticarət Palatasının başçısı Yəhya Ale Eshaq, aprelin lap əvvəlində açıqladığı “Iran iqitisadiyyatının zəif tərəflərinə qiymətləndirməsi” hesabatında ölkədədəki özəl şirkətlərin də vəziyyətini təhlil edilməkdədir. Hesabatda hökümətin İrana sanksiyaların yumşatmaq ya da qaldırmaq üçün ilə azaltmaq üçün beynəlxalq birliklə diplomatik danışıqlar aparması zərurəti vurğulanmaqdadır. Hesabatda maliyə və bank sektoruna tətbiq edələn sanksiyaların embarqonun zəiflədilməsinin iqtisadiyyat üçün həyati önəmə malik olduğu qeyd edilməkdədir. Ticarət palatasının sanksiyaların İran iqtisadiyyatına ciddi zərəri doğurduğu qənaəti isə heç vaxt Prezident Mahmud Əhmədi Necadın hökuməti tərəfindən etiraf edilməmişdir.

Hesabatda həmçinin prezidentin siyasətinin beynəlxalq sanksiyaların qarşısındakı uğursuzluğu vurqulanmaqdadır. Bu uğusuzluqlar arasında maliyyə bazarında valyutanın miqdarının küllü miqdarda böyüməsi, maliyyə intizamının çatışmazlığı və vətəndaşların pullarını xarici banklara qoyması nəticəsində ölkədən küllü miqdarda kapitalın çıxmasını saymaq olar. Bütün bu problemlərdə prezidentin birbaşa günahkar olduğu isə aşkardır.

İran rejiminin oturduğu sutunların dağılmaya başladığı mənzərəsi yaranmaqdadır. Hökümətin həyata keçirdiyi senzuranın məlumat axışını çox çətinləşdirməsinə baxçayaraq, ölkədə artan narahatlığın gücləndiyinə dair məlumatlar getdikcə çoxalmaqdadır. Normalda bir barrel neft qiymətin 120 dollardan baha olduöu bior şəraitdə qa və neft ehtiyatlarına görə dünya ikincisi olan İran çiçəklənməlidir. Ancaq tərsi bir vəziyyət var. Rəsmi iqtisadi məlumatlar iqtisadiyyatın bu acınacaqlı vəziyyətini göstərirkən, qeyri resmi məlumatlar daha pis bir mənzərə təsvir etməkdədirlər.

İranın iqtisadiyyatı əsasən neft ixracatından asılıdır və neft satışı ölkə milli gəlirini 85 faizini təşkil edir. BMT sanksiyaları və başqa beynəlxalq maliyyə təzyiqlər İran iqtisadiyyatında əhəmiyyətli mənfi təsirlər yaradır. Bu yaxınlarda açıqlanan Fransız hökuməti hesabatında İran iqtisadiyyatının dəhşətli vəziyyəti vurğulanmaqdadır. Ölkı iqtisadiyyatının xüsusən neft-qaz sektorunun yaşaması üçün həyati önəmə malik xarici investisiyanı çəkilməsi İranın önümüzdəki 15 il ərzində neft idxalatçısı olması ilə nəticələnəbilər!

Hələ 18 ay əvvəl İran Məclisin Xarici İşlər və Müdafiə Komissiyası tərəfindən hazırlalan hesabatda sanksiyaların İranın iqtisadiyyatında stabilliyi pozduğu, İran Rialının valyuta kursunu zəiflətdiyi və xarici investisiyaya qorxutduğu etiraf edilməktəydi. Hesabatın nəticə hissəsində İranın \\\" daxili milli siyasətini dəyişdirərək öz əsas resuslarını əhalinin vacib hissəsi üçün həyat səviyyəsinin pisləşməsinə səbəb olacaq sosial çevrilişin qabağını almağa həsr etmək məcburiyətində qalacağı” vurğulanmaqdadır.

BMT Uşaqlara Yardım Fondunun (UNICEF) bu yaxınlardakı keşirdiyi tədqiqatda, İranın əhalisinə 25 faizə yaxınını yoxsulluq həddinin altında yaşadığını bildirdi. Dögər bənzəri qurluşların statistikaları daha acınacaqlıdır. Məclis hesabatında “ komisyanın suallarına cavab verən hökümət üzvülərinin iqtisadi vəziyyətin istənilən pisləşməsinin milli təhlükəsizliyi pozacaq sosial həyəcanlara səsbəb olabiləcəyini dedikləri” məlumatı da yer almaqdadır.

Tehran ticarət palatası iqtisadi sanksiyaları zəiflətmək üçün hökümətə nüvə sənayesinin inkişaf etdirilməsi məsələsində beynəlxal ictimaiyyətlə münasibətlərinə daha məntiqli yanaşmasını təklif etdi. Tehran ticarətciləri uöur qazanacaqlar mi? Yaşayarıq görərik!

Ancaq sanksiyaların məhdudiyyətləri və hökumət tərəfininin səhvləri iqtisadi vəziyyəti pisləşdirməyə davam edir. Beləcə sanki bu məsəslənin prezidentdən başqa hamının problemi kimi olduğu mənzərəsi yaranır. Təxminən 1,5 il qabaq İran parlamenti prezidentə sanksiyaların qaldırılması ya da azaldılmasına nail olmalısına dair xəbərdar etdi. Son olaraq iki əsas Avropa neft şirkəti Şell və Repsolun may ayında İrana sərmayə qoymaqdan imtina etməsi parlamentin bu xəbərdarlığının nə qədər doğru olduğunu açıqca göstərdi.
http://www.araztm.az/?mod=researchs&id=58

Moskva və Tehranın

Moskva və Tehranın "enerji badalağı"

"Yaxın illərdə "Nabucco" layihəsinin gerçəkləşdirilməsi Rusiyanın ayağının Cənubi Qafqazdan kəsilməsi demək olacaq"
Son vaxtlar ABŞ, Avropa Birliyi ölkələrinin enerji məsələləri üzrə rəsmiləri Bakıda tez-tez görünməyə başlayıblar. ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qreyin son iki ayda ölkəmizə iki dəfə səfər etməsi isə rəsmi Bakının "Nabucco" kəmərinin perspektivinə münasibətdə əvvəlki qədər inamlı görünməməsilə əlaqələndirmək olar.

Tural Rasimoğlu

Mütəxəssisləri fikrincə, Azərbaycan layihənin həyata keçməsilə bağlı çətin duruma düşüb.
Politoloq Qabil Hüseynli bütün hallarda enerji danışıqlarında Azərbaycan dövlətinin maraqlarının güdülməsini vacib saydı: "Bu maraqlar da "Nabucco" layihəsinin gerçəkləşməsilə bağlı reallaşa bilər. Çünki belə layihə Azərbaycanın strateji əhəmiyyətini Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, İpək Yolu layihəsinə daxil olan dəmir və şosse yollarıyla birlikdə son dərəcə artıra bilər. Nəticədə Azərbaycan da dünya siyasətinin formalaşdırılmasında payı olan dövlətlərdən birinə çevrilə bilər. Qərb rəsmilərinin səfərlərinin intensivləşməsi Rusiyanın Azərbaycan qazına sahib çıxmağa can atmasıyla bağlıdır. Bu sarıdan Rusiyanın Azərbaycanın təbii qazıyla bağlı planları heç də ürəkaçan deyil. Düzdür, Bakı Moskva ilə Dağlıq Qarabağ məsələsində sövdələşsə, Rusiyaya da müəyyən miqdarda qaz verilə bilər. Amma bütövlükdə yaxın illərdə "Nabucco" layihəsinin gerçəkləşdirilməsi Rusiyanın ayağının Cənubi Qafqazdan kəsilməsi və Ermənistanın ən önəmli strateji müttəfiqinin sıradan çıxarılması demək olacaq. Buna görə də güman edirəm ki, Azərbaycan rəhbərliyi də bu strateji balansı gözləmək xətti tutacaq. Hər halda bunun əlamətlərini də görmək mümkündür. Bakı bu supergüclər arasında məharətlə diplomatik oyun qura biləcək". Rusiyanın imperialist niyyətlərinin hədsiz dərəcədə artdığını deyən ekspert Moskvanın karbohidrogen ehtiyatlarına yiyələnməklə dünyada nüvə silahından da təsirli bir vasitəni ələ keçirməyə çalışdığını bildirdi: "Kreml bunun vasitəsilə dünyaya öz siyasi iradəsindən doğan qayda-qanunları diqtə etməyə çalışır. Dünya isə dünən güclə ayaq üstə duran Rusiyanın birdən- birə belə ambisiyalara düşməsindən çox narahatdır. Amma Rusiyaya imkan verilməyəcək ki, öz planlarını həyata keçirsin. Ona görə də Moskvanın bu cəhdi imperiyanın son iniltiləridir. Əminəm ki, çox da uzaq olmayan bir zamanda Moskvanı yenə də əvvəlki statusuna qaytaracaqlar və bu ölkə uzağa getməyəcək".
İran və Rusiyanın "Nabucco" layihəsinin həyata keçməməsi üçün Azərbaycan badalaq gəlməyə çalışacaqlarını deyən Qabil Hüseynli bu ölkələrin layihənin reallaşmasına maneçilik törətməsinin də qeyri-mümkün olduğunu düşünür: "Nabucco"nun həyata keçirilməsinə qədər dünyada çox hadisələr olacaq və bu olaylar məkrli planları pozacaq. Artıq "Nabucco"nun reallaşdırılmasıyla bağlı Türkmənistanın mövqeyi xeyli güclənib və bu davam edir. Eyni sözləri Özbəkistan və Qazaxıstan haqqında da demək olar".
Siyasi şərhçi Aydın Quliyev "Nabucco" layihəsi ətrafında baş verənlərin maraqlı məcrada davam etdiyini, ABŞ rəsmisinin son iki ayda Bakıya iki dəfə gəlməsinin də diqqət çəkdiyini söylədi: "Bu layihə Azərbaycan və Mərkəzi Asiyanın qaz ehtiyatlarının Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə, yəni Rusiya ərazisindən kənarda Qərbə nəqlini nəzərdə tutan bir layihədir. Gələcəkdə İran, hətta Əlcəzair qazının bu kəmərə vurulmasıyla bağlı söhbətlər var. Amma "Nabucco"nun reallaşması üçün əsas mənbə rolunu Azərbaycan və Mərkəzi Asiyanın təbii qaz ehtiyatları oynayacaq. Hazırda bu təbii qazın Rusiyanın ərazisindən yan keçməklə Avropaya nəqlində Qərbin və Moskvanın mövqeləri ziddiyyətlidir".
Ekspert tərəflərin heç birinin Azərbaycan və Mərkəzi Asiyanın qazının razılığa gəlinmiş bir variantla nəqlini qəbul etmədiyini vurğuladı: "Hazırda mübahisənin əsas məzmunu da bundan ibarətdir ki, "Nabucco" layihəsi baş tutacaq ya yox? Elə buna görə də Qərbdən və Rusiyadan qaz məsələsilə bağlı nümayəndələrin səfərləri intensivləşib. Bu səfərlər seçkiyə qədər daha da çoxalacaq. Hətta bir həftə ərzində müxtəlif ölkələrdən olan qonaqları da Bakıda görə biləcəyik, çünki bu çox ciddi bir məsələdir".
xalqcebhesi

İsveçrədə diqqət Güney Azərbaycan məsələsinə çəkiləcək

İsveçrədə diqqət Güney Azərbaycan məsələsinə çəkiləcək


İyulun 18-dən etibarən İsveçrədə Güney Azərbaycan probleminə diqqəti cəlb etmək məqsədilə silsilə tədbirlər keçiriləcək. İsveçrə şəhərlərində yaşayan azərbaycanlıların iştirakı ilə keçiriləcək tədbirlərin birincisi Sürixdə baş tutacaq. Artıq şəhər polisindən tədbirin təşkili ilə bağlı razılıq alınıb. Daha sonra Güney Azərbaycan məsələsi Arbon, Bazel, Bern şəhərlərində müzakirəyə çıxarılacaq. ("OLAYLAR"İA)

-----------------------------------------------------------------------------------

Dinlərarası dialoq





Tədbir Bakıda baş tutacaq




Gələn il Bakıda Dinlərarası dialoqa dair sammit keçiriləcək. Hələlik sammitin vaxtı müəyyənləşdirilməsə də, tədbirə dəvət ediləcək qonaqların sayı bəllidir. Qeyd edək ki, bütün Rusiyanın patriarxı ikinci Aleksin təşəbbüsü ilə tədbirin Bakıda keçirilməsi təklifi təsadüfi deyil. Çünki Azərbaycanda digər dinlərə də bərabər şərait yaradılması beynəlxalq təşkilatldar tərəfindən müsbət qiymətləndirilib.


("OLAYLAR")

Qərb-İran danışıqları yeni mərhələdə



Qərb-İran danışıqları yeni mərhələdə


ABŞ yüksək diplomatik səviyyədə prosesə qoşulur?



ABŞ-la İran arasında qarşılıqlı ittihamların davam etməsinə baxmayaraq, danışıqların da yer aldığı özünü göstərir. İki ölkə arasındakı münasibətlərə son vaxtları Qərbdə və bölgədə baş verən bəzi olaylar ciddi təsir edir. Nə qədər paradoksal olsa da, ABŞ-la İranın ortaq dil tapması ehtiyacı artır. Bu baxımdan növbəti danışıqlara ümidlə baxırlar.


Danışıqların bu mərhələsində ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns də iştirak etməlidir. İran tərəfdən isə danışıqların rəhbəri Cəlilidir. Danışıqlarda AB-nin təmsilçisi Havyer Solana vardır. Havyer Solana BMT Təhlükəsizlik Şurası üzvlərini və Almaniyanı təmsil edən nümayəndə heyətinə başçılıq edir. "Altılar" hesab edirlər ki, İranı danışıqlar vasitəsi ilə nüvə proqramından imtina etməyə sövq edə biləcəklər. ABŞ-ın yüksək səviyyəli nümayəndəsi isə danışıqlarda "altılara" dəstək verdiyini nümayiş etdirmək üçün iştirak edir. Danışıqların intensivləşməsində məqsəd nədir ?


Məsələ əslində xeyli mürəkkəbdir. Çünki Qərbin özündə İran məsələsinə birmənalı mövqe yoxdur. İran Avropa ilə öncədən şərt qoymadan danışıqlara hazır olduğunu bəyan edib. Bu da Qərb cəbhəsində ABŞ-ın təklənməsinə gətirib çıxara bilər. ABŞ və İsrail İrana qarşı daha sərt sanksiyaların tətbiq edilməsini istəyirlər. AB isə, başda Fransa olmaqla fərqli mövqedədir. Fransanın patronajlığı ilə Aralıq Dənizi İttifaqının yaradılmasından sonra isə İran məsələsi bir qədər çoxparametrli problem olub. Təşəbbüsün Avropanın əlinə keçməsi ehtimalı artıb. Bu arada İraqda vəziyyət getdikcə normallaşır, Orta Şərqdəki bəzi dövlətlər arasındakı münasibətlərin yoluna qoyulması prosesi gedir. Belə ki, Parisdə Suriya və Livan barışdı, İsraillə Fələstinin də sülh sazişinə xeyli yaxınlaşdığı bəyan edildi. Bu məsələlər həllini tapsa, İranın da Orta Şərqi qarışdırmaq imkanları xeyli zəifləyir və dövlətlərarası ziddiyyətlərdən faydalanmaq şansı aşağı düşür. Üstəlik, Türkiyə çox intensiv surətdə daxili siyasi yapısını dəyişməklə yanaşı, aktiv bölgə siyasəti yeridir. Türkiyə artıq bölgənin lideri kimi İraq proseslərinə daha ciddi təsir edir. İki ölkə arsında terror, təhlükəsizlik və neft məsələsində strateji sazişin imzalanması tarixi bir olaydır. Bu, bölgədə İraqın təhlükəsizliyi üçün olduqca vacib bir işdir.


Bütün bunlar İranın bölgədəki ziddiyyətlərdən istifadə etmək imkanlarını məhdudlaşdırır. Qafqaz istiqamətində də İran bir qədər düşünməli olacaq. ABŞ-ın Gürcüstana nüfuzunun artması, NATO-nun ora daxil olmaqda olması vəziyyəti qəlizləşdirir. Bu o deməkdir ki, İran uzun müddət hərbi əzələ ilə dirəniş göstərə bilməz. Onu əhatə edən və dəstək verən qüvvələr də Amerikanın təzyiqi ilə geri çəkilir. O baxımdan İranın nüvə proqramı ilə bağlı uzun müddət tutduğu mövqe dəyişə bilər. Avropa da buna ümid edir. MAQATE-nin danışıqlarda israr etməsi kökündə də bu səbəblərin durması istisna deyil - dünya daha bir müharibə şokunu yaşamaq istəmir. Əgər İraqdan ABŞ əsgərləri 2010-cu ilə qədər çəkilsə, İranın vurulma ehtimalı artır.


Bütün bunlarla yanaşı, indi aparılan danışıqların real nəticə verməsinə elə də çox ehtimal vermirlər. Çünki Qərblə İran arasındakı ziddiyyətlərin kökündə birbaşa nüvə məsələsi yox, siyasi quruluş durur. Qərb qloballaşma prosesinin bu mərhələsində İranın qapalı cəmiyyət kimi mövcud olmasını uzun müddət qəbul edə bilməz. Dünyadakı proseslər avtomatik olaraq İranın da cəmiyyət kimi açılmasını tələb edir. Həm də ona görə ki, İran dünyanın iri neft istehsal edən ölkəsidir. OPEK-də onun təsiri çoxdur. Dünyada enerjinin qiymətinin bahalaşmasında rəsmi Tehranın yeritdiyi siyasətin rolu böyükdür. Deməli, problem təkcə nüvə ilə bağlı deyil. Ona görə də nüvə proqramına məhz həmin ziddiyyətin prizmasında baxmaq gərəkdir. Onda danışıqların uzanacağı və İranın cəmiyyət olaraq dəyişməsi başa çatanadək ziddiyyətlərin qalacağını düşünmək olar.


Hər bir halda Qərb İranla dialoqa başlayır. Bu prosesin necə sonuclanacağından bölgədəki durum böyük ölçüdə asılıdır. İran uranın zənginləşməsindən imtina etsə, ondan əl çəkəcəklərmiğ Buna əminlik yoxdur. Ona görə də rəsmi Tehranın nüvə proqramını davam etdirəcəyi daha çox inandırıcıdır. Zatən, ona başqa yol qoymayıblar. Eyni zamanda, İran da demokratikləşmədən kənarda qalmağın perspektivsiz olduğunu dərk etməlidir. Öz dövlətçiliyini saxlamaq naminə.


Şahin Məhəmmədoğlu


olaylar

Roma papası Bakıya gələcək

Roma papası Bakıya gələcək


Roma papası XVI Benedikt Bakıya dəvət ediləcək. Lent.az-ın “Kavkazskiy uzel” saytına istinadən verdiyi məlumata görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Müqəddəs Payızov bildirib.

M.Payızov sayta açıqlamasında qeyd edib ki, Roma papası 2009-cu ilin oktyabrında dünyanın dini liderlərinin Bakıda keçiriləcək İkinci sammitinin işində iştirak etmək üçün dəvət olunacaq. Sammit dinlərarası dialoq və tolerantlığa həsr ediləcək. M.Payızov tədbirdə buddistlərin iştirakının da nəzərdə tutulduğunu və bunun heç bir problem yaratmayacağını qeyd edib. Bundan əlavə, qonşu dövlətlərin dini liderlərinin də sammitə dəvət edilməsi planlaşdırılıb. M.Payızov hazırda BMT-nin yanında dini məsləhətçi orqanın yaradılması ilə bağlı müvafiq sənədlərin hazırlanması üzərində iş getdiyini də vurğulayıb.

LENT.AZ

Qubanın kütləvi məzarlığının söylədikləri

Qubanın kütləvi məzarlığının söylədikləri


Başlarına balta vurub öldürülən, хəncərlə başları üzülən, boğulan soyqırım qurbanlarının ruhu qisasa çağırır
Ermənilər tərəfindən 1918-ci il mayın 1-dən 10-na qədər Quba əhalisinə divan tutulması barədə kifayət qədər tariхi arхiv materialları mövcuddur. İndi Quba ərazisində tapılan kütləvi məzarlıq məhz həmin sənədlərin təsdiqinin təcəssümüdür.
Tariхi sənədlərdə göstərilir ki, ermənilər öz ənənəvi himayədarlarının köməyi ilə nəinki Qubada, hətta Azərbaycanın digər ərazilərində dinc əhalinin başına insanlığa sığmayan müsibətlər gətiriblər. Həmin sənədlərdə konkret olaraq göstərilir ki, Хalq Komissarları Sovetinin sədri Stepan Şaumyan və hərbi komissar Korqanovun tapşırığı əsasında erməni generalları Hamazasp Azərbaycanın şimalında, Lalayan isə mərkəzi və cənub rayonlarında sovet hakimiyyəti qurmaq adı altında insanların başına misli görünməmiş vəhşiliklər gətiriblər. Dövrün ictimai-siyasi vəziyyətindən məharətlə yararlanaraq amansız üsullarla kütləvi qırğın törətmiş erməni generalı Hamaza Şaumyana ünvanladığı məktubunda təkcə Quba qəzasında 10 mindən artıq müsəlmanı qırdıqları barədə hesabat verib. Əslində isə Hamazaspın başçılıq etdiyi hərbi dəstə Quba qəzasında 40 minə yaхın dinc əhaliyə divan tutub. Təkcə Quba şəhərində 1800 uşaq, 2000-ə yaхın qoca və yaşlı qadın qətlə yetirilib. Məhz həmin insanlardan 2 mini Qubanın şimal hissəsindəki Qudyalçay sahilində öldürülüb. Yeri gəlmişkən qeyd edək ki, bu fakt baş verənləri araşdırmaq məqsədilə yaradılan Fövqəladə Hallar Komissiyasının rus millətindən olan üzvü Noviokinin yazılarında da təsdiqini tapıb. Amma tariхi sənədlərdə Quba qəzasında 3 mindən artıq azərbaycanlının qətlə yetirilməsi barədə mənbələr var.

Qanlı Dərədə tökülən qanlar
2007-ci il iyulun 12-də Quba rayonundakı Qudyalçay sahilində aşkar edilən kütləvi məzarlığı ziyarət etmək məqsədilə Milli Məclisin mətbuat хidməti və Tərəfsiz (Parlament) Yurnalistlər Birliyi sözügedən əraziyə yurnalistlərdən ibarət qrupun məfərini təşkil edib. Milli Elmlər Akademiyasının Arхeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Quba soyqırımı arхeoloyi ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyir ki, arхeoloyi qazıntılar sübut edir ki, 500 kvadratmetr ərazidə tapılan insan sümükləri ermənilərin 1918-ci ildə Quba əhalisinə qarşı törətdikləri soyqırımın nəticələridir. Ermənilər tərəfindən Quba ərazisində törədilən kütləvi qırğının soyqırım faktı olmasının tariхi sənədlərlə yanaşı aparılan arхeoloyi qazıntıların nəticələri bir daha sübut edir: "Söhbət ermənilərin Qubada dinc əhaliyə divan tutmalarından gedir. Heç bir tariхi sənəddə Qudyalçay sahilindlə ermənilərlə qarşıdumanın olması barədə fakta rast gəlmək mümkün deyil. Toqquşma yalnız mayın 11-də Qanlı Dərə adlı ərazidə olub. Ermənilər Nuru paşanın başçılığı ilə türk qoşununun köməyə gəldiyini eşidərək qaçmağa başlayıblar. Onda ermənilərlə Qanlı Dərə deyilən yerdə toqquşma baş verib. Digər tərəfdən insanların хüsusi düşünülmüş üsullarla, хüsusi amansızlıq və vəhşiliklə qətlə yetirilməsi qırğının məhz soyqırım olmasından хəbər verir".

Danışan sümüklər
1997-ci il iyulun 13-dən aparılan tədqiqat işləri nəticəsində məlum olub ki, ərazidə qətlə yetirilmiş insanları basdırmaq, insanlıq əleyhinə həyata keçirdikləri cinayətlərin izini itirmək məqsədilə ermənilər tərəfindən dərinliyi 4 metr 70 santimetr, diametri 5 metr və dərinliyi 2 metr, diametri isə 2,5 metr olan iki quyu qazılıb. Təəssüf ki, ərazidə baş verən torpaq sürüşməsi nəticəsində ikinci quyunu olduğu kimi saхlamaq mümkün olmayıb. Hazırda quyularda elmi işlərin aparılması zərurəti yarandığından orada işlər müvəqqəti olaraq dayandırılıb, tədqiqat obyektinin şimal-şərq istiqamətində isə qazıntı işləri davam etdirilir. Məhz həmin qazıntılar nəticəsində məlum olub ki, ərazidə mənbələrini Qudyalçaydan götürməklə dəyirmana, digəri isə əkin sahəsinə aхan iki arх olub. Qətliam zamanı ermənilər yerli camaatı öldürdükdən sonra həmin arхlara doldurublar. Eyni zamanda ermənilər müхtəlif vasitələrlə qətlə yetirdikləri azərbaycanlıları həmin quyulara yığıblar. Qeyd edək ki, məzarlığa daхil olarkən "danışan" insan sümüklərinin yaratdığı acı mənzərəni gördükdə dəhşətə gəlməmək qeyri-mümkündür. Çünki məzarlığı gəzərkən heç bir bələdçinin şərhinə ehtiyac olmadan kəllə sümüklərinə baхmaqla qətliamın hansı vəhşiliklə törətdildiyinin şahidi olursan. Heç bir elmi əsası olmadan 5 metr hündürlüyündə pərakəndə halda tapılmış insan sümükləri təbii ki, hadisənin kütləvi qətliam olması və on minlərlə insanın bu quyuya doldurulmasından хəbər verir. "Danışan sümüklər" isə qətlə yetirilən insanların neçə yaşda olması, hansı cinsə və millətə mənsub olması, eləcə də qətlin hansı formada həyata keçirilməsindən hali edir. Ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyir ki, quyuda olan kəllə sümükləri ilə arхlardakı kəllə sümükləri arasında açıq şəkildə müşahidə olunan fərq var. Belə ki, quyulardakı kəllələrin əza sümükləri büzüşüb ki, bu da insanların boğularaq basdırıldığına dəlalət edir. Yerli əhalinin məlumatına görə, ermənilər insanları yaхınlıqdakı Çuхur Hamamda boğaraq gətirib quyulara doldurublar. Həmin insanların boğularaq öldürülməsi faktı sümüklər üzərində aparılan elmi analizlərin nəticəsində də təsdiqini tapıb. Hətta kənar ərazilərdə qətlə yetirilən insanlar bu quyulara doldurulduğundan proses bir həftə çəkib. Qəribə fakt ondan ibarətdir ki, məzarlığın yerləşdiyi sahə o vaхt pristavın şəхsi bağı olduğundan həmin əraziyə quş quşluğu ilə qona bilməyib. Eyni vəziyyət XX əsrin 50-ci illərinə qədər davam etsə də, ermənilər pristavla müsəlmanların məhz həmin ərazidə basdırılması barədə "razılığa gələ biliblər". Meyitlərin Qudyal çayın sahilində basdırılmasında məqsəd isə gələcəkdə ərazinin sel-suların yuması nəticəsində cinayətin izini itirmək olub. Хatırladaq ki, tariхən Quba rayonunda azərbaycanlılar kompakt halda yaşamalarına baхmayaraq ləzgi, avar, tat və yəhudi kimi etnik qruplar da çoхluq təşkil edib. Ermənilər isə qətliam törədən zaman bunun fərqinə baхmadan qarşılarına çıхan azərbaycanlıları öldürüblər. Baхmayaraq ki, onlara əzəri türklərinin yaşadıqları mənzillərin siyahısı verilib. Həmin siyahı üzrə mənzilə daхil olan ermənilər bir ailədən körpə nəvədən başlayaraq babaya qədər hamısını qırıblar. Buna baхmayaraq qətlə yetirilənlərin milli mənsubiyyətlərinin müхtəlif olması üzə çıхıb. Konkret olaraq məzarlıqda tapılan insan sümüklərinin əksəriyyəti öldürülənlərin 60 yaşdan yuхarı insanların və uşaqların olduğu bəlli olub.

Gicgahlarına mismar vurulan uşaqlar
Dəhşətli fakt ondan ibarətdir ki, insanlar qətlə yetirilən zaman elə hala salınıb ki, arхeoloyi qazıntılar zamanı bir dənə də olsun bütöv insan skeleti tapmaq mümkün olmayıb. Tapılan insan sümükləri üzərində isə qətiyyən güllə izi aşkar edilməyib. Öldürülənlərin hamısının küt alətlə vurulması kəllə sümüklərində açıq-aşkar müşahidə olunur. Qətl hadisəsi əsasən başın sağ hissəsinə baltanın ucu ilə vurulması, хəncərlə başı bədəndən ayırmaq və gicgah və beyin hissədən хüsusi metodla düzəldilmiş mismar vurmaqla həyata keçirilib. Bu faktları məzarlıqda tapılan kəllə sümükləri bir daha sübut edir. 15 gün əvvəl tapılmış kəllə sümüyünün beyin hissəsinin içərisində mismar aşkar edilib. İnsanların kənar yerlərdə qətlə yetirilərək bu quyulara daşınmasının tədqiqat zamanı bəzək əşyaları və pal-paltarın tapılmaması faktı sübuta yetirir. Bu fakt onu deyir ki, silahsız dinc sakinlər soyundurularaq ermənilər tərəfindən işgəncələr verilməklə qətlə yetiriliblər. Tədqiqat nəticəsində müəyyən edilib ki, 14 yaşlı qızın burnu, qulağı kəsildikdən sonra hər iki gicgahına mismar vurulub. Quba kütləvi məzarlığında ermənilər tərəfindən azərbaycanlılara qarşı dəhşətli soyqırım hadisəsinin törədilməsini təsdiq edən kifayət qədər faktların üzə çıхmasına baхmayaraq, etiraf etməliyik ki, bu faktın beynəlхalq ictimaiyyətə çatdırılması istiqamətində çoх az iş görülüb. Bu məsələdə iхtisaslaşdırılmış beynəlхalq təşkilatların fəaliyyətsizliyi müşahidə olunsa da bizim milli dövlət və ictimai qurumlarımızın məsələyə biganəliyi daha çoх narahatçılıq yaradır. Kütləvi məzarlığın aşkarlanmasından iki il ötməsinə baхmayaraq onun dünya ictimaiyyətinə təqdim edilməsi üçün ayrı-ayrı epizodlardan başqa elə bir tutarlı iş görülməyib. Ekspedisiyanın rəhbəri Q.Ağayev bildirir ki, beynəlхalq təşkilatların bu işə cəlb edilməsi məqsədilə müraciətlər edilməsinə baхmayaraq indiyə qədər müraciətə müsbət cavab verən olmayıb. Ancaq etiraf edilməlidir ki, müasir dünya şəraitində soyqırım kimi faktın beynəlхalq aləmə çatdırılması üçün hansısa elmi institutun müraciəti kifayət etmir. Bunun üçün siyasi, iqtisadi, şəхsi və hətta strateyi rıçaqlar işə salınmalıdır ki, XXI əsrdə dünyanın diqqətini soyqırım faktına cəlb etmək mümkün olsun. Necə ki, Ermənistan yalançı "soyqırım" məsələsini dünyanın aparıcı dövlətlərinin müzakirə predmetinə çevirməsinə nail olur. Qəhrəman müəllim deyir ki, ekspedisiyaya rəhbərlik etdiyi müddət ərzində faktın ictimailəşməsində yalnız yurnalistlərin müəyyən rolu olub: "Milli Məclisin sədri Oqtay Əsədov məzarlığa baş çəkdikdən sonra məsələyə ictimaiyyətin diqqəti artıb. Yurnalistlər daha çoх məsələ ilə maraqlanmağa başlayıblar. Bu tariхi abidə Ermənistanda olsaydı, indi bütün dünyaya car çəkmişdilər. Ancaq biz bu boyda faktı dünya ictimaiyyətinə lazımi qaydada çatdıra bilmirik. 6-8 yaşlı uşaqların işgəncələrlə qətlə yetirilməsi barədə dünya ictimaiyyətinə məlumat çatdırılması hadisənin soyqırım faktı olmasını bir daha təsdiq edir".

Biz niyə susuruq?
Kütləvi məzarlığın müşahidəsi, orada aparılan tədqiqat işləri və məzarlığın mühafizəsinin təşkili deməyə əsas verir ki, nə dövlət, nə qeyri-hökumət təşkilatları, nə də ictimaiyyətin ayrı-ayrı təbəqələri soyqırım faktını beynəlхalq ictimaiyyətə çatdırılması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməkdə maraqlı deyillər. Məsələn, kütləvi məzarlıqda arхeoloyi tədqiqat işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən 1 milyon manat vəsaitin ayrılması barədə qərar qəbul edilib. Ötən iki il müddətində həmin vəsaitdən bir qəpiyin də arхeoloyi tədqiqat komissiyasının hesabına köçürülməsi təmin edilməyib. Belə halda sadə vətəndaşların, yaхud diaspora təşkilatlarının bu məqsədlə хüsusi fond yaratmalarından isə danışmaq absurddur. Komissiya isə fəaliyyətini ezamiyyət pullarının hesabına davam etdirir. Tədqiqat aparılması üçün lazımi vəsait ayrılmadığından komissiya cəmi 3 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərir. Hansı ki, bütün aidiyyəti elm sahələrinin kütləvi şəkildə bu işə cəlb edilməsi müsbət nəticələrlə sonuclana bilər. Əldə etdiyimiz son məlumata görə, sozugedən 1 milyon manat təkcə Qubadakı kütləvi məzarlıqda deyil, bütövlükdə Azərbaycan ərazilərində ekspedisiya işlərinin aparılması üçün nəzərdə tutulub. Bunun nəticəsidir ki, məzarlıqda kəllə sümüklərinin yerləşdiyi torpaq sahəsinin sürüşməsinin qarşısını almaq məqsədilə adi taхta parçasından dirək vurulub. Bu dirəyin nə dərəcədə etibarlı olub-olmadığı isə heç kimi maraqlandırmır. Üstəlik Qudyalçayda suyun səviyyəsinin artması məzarlıqdan cəmi 50-70 metr aralıda iri yarıqlar əmələ gətirib ki, vaхtında tədbir görülməsə, ərazinin sürüşmə ehtimalı yüz faiz olaraq qalır. Ekspedisiya komissiyasının rəhbəri isə primitiv qaydada bıçaq, şotka və bellə tədqiqat işlərini aparır. Halbuki müasir dünyada arхeoloyi qazıntılar elm və teхnikanın son nailiyyətləri tətbiq olunmaqla aparılır. Düzdür, elm sahibləri arхeoloyi alətlərin bıçaq və şotkadan ibarət olduğunu əsas gətirməklə bu iradı yersiz hesab edə bilərlər, ancaq etiraf edilməlidir ki, artıq bütün dünyada sözügedən alətlərin müasir forması tətbiq edilir. Mütəхəssislərin fikrincə, belə kütləvi məzarlıqlar Quba rayonu da daхil olmaqla respublikanın digər ərazilərində də mövcuddur. Artıq Neftçala, Salyan kimi rayonlarda belə məzarlıqların mövcudluğunu təsdiq edən insan sümükləri aşkar edilib. Ancaq insanla sanki "canlı dialoqa girən" sümüklərin aşkar edildiyi kütləvi məzarlığa qarşı nümayiş etdirilən biganəlik digər məzarlıqların yaхın vaхtda üzə çıхarılacağı barədə ümidlərini qırır. Məhz millətin tariхinə belə biganə münasibətin nəticəsidir ki, zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım faktlarını dünya ictimaiyyətinə çatdıra bilməmişik. Əslində isə buna nail olmağın çoх sadə və elə də böyük maliyyə tutumu tələb etməyən yolları mövcuddur. Məsələn, Azərbaycanda 500-dən artıq kütləvi informasiya vasitəsi, bir o qədər qeyri-hökumət təşkilatı, onlarla dövlət qurumu, хarici ölkələrdə isə səfirlik və diplomatik nümayəndəliklərimiz fəaliyyət göstərir. Onların hər biri internet saytlarında Qubada aşkar edilən kütləvi məzarlıqla bağlı ümumiləşdirilmiş məlumat yerləşdirsələr, soyqırım faktının beynəlхalq aləmə çatdırılmasında öz töhfələrini vermiş olarlar.
Alim
Məqalə Tərəfsiz (Parlament) Yurnalistlər Birliyi və Milli Məclisin mətbuat хidməti tərəfindən elan edilən müsabiqəyə təqdim edilir.

olaylar

16 Temmuz 2008 Çarşamba

QƏRB KİV-i İRANIN CAVABINI AÇIQLAYIB

QƏRB KİV-i İRANIN CAVABINI AÇIQLAYIB



Qərb KİV-i İranın 5+1 qrupuna üzv ölkələrin, yəni BMT Təhlükəsizlik Şurasının üzvü olan ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransanın və Almaniyanın təkliflər paketinə verdiyi rəsmi cavabın mətnini açıqlayıb.

«Media forum» saytı xəbər verir ki, Qərb internet resurslarının yaydığı mətn İranın xarici işlər naziri Mənuçehr Mottakinin iyulun 4-də 5+1 qrupuna üzv ölkələrin xarici işlər nazirlərinə ünvanladığı məktubdan ibarətdir. Məktubda təkliflər paketinə cavab olaraq İranın bundan sonra qeyri-bərabər və ədalətsiz müzakirələrə qatılmayacağı bildirilir.


Həmin mətnə görə, M.Mottaki İranın uranı zənginləşdirməyi dayandırmayacağını vurğulayaraq ölkəsinin dünyadakı fövqəldövlətlərə etibar etmədiyini vurğulayıb: «Bizə yuxarıdan baxanlarla və ədalətsiz mövqedən çıxış edənlərlə müzakirə aparmaq dövrü artıq arxada qalıb».

5+1 qrupu İrana uranı zənginləşdirməyi dayandırmaq müqabilində bir sıra güzəştlər təklif etmişdi. Təkliflər paketini İran rəsmilərinə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə komissarı Havyer Solana bir ay əvvəl Tehrana səfəri zamanı çatdırmışdı.




«Media forum»

İran Azərbaycana xəbərdarlıq edib

İran Azərbaycana xəbərdarlıq edib


Əli Laricani Vasif Talıvbova «hegemon düşmənlər qarşılıqlı dost münasibətlərimizə xələl gətirə bilər» deyib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dünəndən İranda səfərdədir.
«Mediaforum» saytının məlumatına görə, iyulun 14-də V.Talıbov Tehranda İslami Şura Məclisinin sədri Əli Laricani və xarici işlər naziri Mənuçehr Mottaki ilə görüşlər keçirib.
Ə.Laricani ilə görüşdə onu parlament sədri seçilməsi münasibətilə təbrik edən V.Talıbov Azərbaycanla İranın əlaqələrinin genişləndirilməsinin vacib olduğunu vurğulayıb. Qarşılıqlı münasibətlərin genişləndirilməsinə yardım edə biləcək layihələrin dəstəklənəcəyini bildirən Ə.Laricani İranın qonşu ölkənin, eləcə də Naxçıvan diyarının ərazi bütövlüyünü himayə etdiyini deyib. İslami Şura Məclisinin sədri Azərbaycanın təhlükəsizliyinin İran üçün də böyük əhəmiyyət daşıdığını vurğulayaraq hegemon düşmənlərin qarşılıqlı dost münasibətlərə xələl gətirə biləcəyini söyləyib.
V.Talıbovun M.Mottaki ilə görüşündə isə iqtisadi, ticarət, energetika və kənd təsərrüfatı sahələrindəki münasibətlərin daha da genişləndirilməsi yollarından söz açılıb. M.Mottaki Tehranın Azərbaycan qazını İran körfəzinə çatdırmağa hazır olduğunu vurğulayıb. Görüşdə Culfa körpüsünün tikintisi, Ordubad Su Elektrik Stansiyası layihəsinin həyata keçirilməsi və azərbaycanlı tələbələrin İranda təhsil alması məsələləri də müzakirə edilib.
bizimyol

Qəbələdə 2000 il əvvələ aid ictimai binaların qalıqları aşkarlanıb

Qəbələdə 2000 il əvvələ aid ictimai binaların qalıqları aşkarlanıb

Qəbələdə antik dövr və orta əsrlər dövründəki şəhərin xarabalıqlarında bir ay müddətində aparılan arxeoloji qazıntılar yekunlaşıb. Bu barədə APA-ya açıqlamasında ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri İlyas Babayev məlumat verib. O, antik dövr şəhər xarabalıqlarında böyük ictimai binaların qalıqlarının aşkarlandığını deyib: “Bu binalar eramızın əvvəllərinə, yəni bizim eranın I əsrinin sonuna, 2000 il bundan əvvələ aiddir. Şəhərin lap alt qatlarında isə böyük taxıl anbarı, 30-dan çox yerə basdırılan küp tapılıb”. Tədqiqat zamanı Oğuz-Qəbələ-Bakı su kəmərinin Qəbələnin yanından keçən hissəsində torpaq qəbirləri aşkarlanıb: “Orta əsrlər dövründəki şəhərin xarabalıqlarında aparılan geniş qazıntılar nəticəsində şəhərin su təchizatı ilə əlaqədar materiallar, yerli və Çindən gətirilən qab-qacaqlar üzə çıxarılıb”.

İRAN HAVA QÜVVƏLƏRİ TƏLİMLƏRƏ HAZIRLAŞIR

İRAN HAVA QÜVVƏLƏRİ TƏLİMLƏRƏ HAZIRLAŞIR




Əhməd Miqani



İyulun 15-də İran Hava Qüvvələrinin komandanı general Əhməd Miqani jurnalistlərə açıqlamasında yaxın günlərdə təlimlər keçiriləcəyini deyib.

«Media forum» saytının məlumatına görə, Ə.Miqani İranın hərbi təyyarə istehsalında böyük nailiyyətlər əldə etdiyini vurğulayıb. Ə.Miqani ordunun tam hazır vəziyyətdə olduğunu bildirib: «Bizim Hava Qüvvələrimiz tam hazır vəziyyətdədir. Əgər düşmən bizə qarşı hücuma keçməyə cəsarət etsə, onun bu təcavüzünə tam qüdrətlə cavab verəcək və hər bir təcavüzkarın qolunu qıracağıq».




«Media forum»
--------------------------------------------------------------------

ÇEÇENİSTANDA PARTLAYIŞ BAŞ VERİB

Çeçenistanın Şali rayonunda silah anbarlarının birində partlayış baş verib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 9 hərbçi həlak olub, daha 4 nəfər isə yaralanıb. Partlayış mərmilərin avtomobilə yüklənməsi zamanı baş verib. İnsidentin terror aktı olub olmadığı müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır. /İctimai TV/

VASİF TALIBOV MAHMUD ƏHMƏDİNEJADLA GÖRÜŞÜB

VASİF TALIBOV MAHMUD ƏHMƏDİNEJADLA GÖRÜŞÜB


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun başçılığı ilə İran İslam Respublikasında səfərdə olan Azərbaycan nümayəndə heyəti iyulun 15-də İran prezidenti Mahmud Əhmədinejadla görüşüb.


M.Əhmədinejad İran-Azərbaycan münasibətlərinin inkişafından bəhs edib, iki ölkə xalqlarını birləşdirən tarixi tellərin qırılmaz olduğunu vurğulayıb. İranla Naxçıvan arasında sürətlə genişlənən əməkdaşlığın əhəmiyyətindən bəhs edən V.Talıbov bildirib ki, muxtar respublikanın və İranın aidiyyəti orqanları hazırda yeni iqtisadi layihələr barədə müzakirələr aparır.


AzərTAc xəbər verir ki, İran prezidenti Tehranın Azərbaycanla münasibətlərinin sürətli inkişafında maraqlı və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu deyib.


Nümayəndə heyəti adından İran prezidentinə Məhəmməd Füzulinin yubileyi münasibətilə buraxılmış qızıl nişan, Naxçıvanın tarixinə, mədəniyyətinə aid fotoalbom və kitabçalar hədiyyə edilib.





mediaforum

Əhmədinejat Amerikaya getməyə hazırlaşır

Əhmədinejat Amerikaya getməyə hazırlaşır



İran prezidenti Mahmud Əhmədinejat BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək sessiyasında iştirak etmək niyyətindədir.

Lent.az-ın “The Jerusalem Post” qəzetinə istinadən verdiyi məlumata görə, İran prezidenti 2005-ci ildə prezident seçildikdən sonra BMT Baş Assambleyasının sessiyalarında iştirak edir.
Ahmedinejat bildirib ki, Baş Assambleyanın sessiyası zamanı İranın hüquqlarını müdafiə etmək və beynəlxalq strukturların fəaliyyətinə dəyişikliklər təklif etmək niyyətindədir. Xatırladaq ki, İran prezidenti ötən sessiya zamanı BMT Təhlükəsizlik Şurasının strukturunu dəyişdirməyi tələb etmişdi. Onun fikrincə, Təhlükəsizlik Şurası üzərinə qoyulan vəzifəni yerinə yetirə bilmir və dünyada nüfuzu yoxdur.

LENT.AZ

Kə­fən­siz ya­tan­lar..._On­la­rı əzab­la - mis­mar, bal­ta, xən­cər­lə qət­lə ye­ti­rib­lər

Kə­fən­siz ya­tan­lar...
On­la­rı əzab­la - mis­mar, bal­ta, xən­cər­lə qət­lə ye­ti­rib­lər

Bun­dan be­lə Qu­ba­ya ürək açıq­lı­ğı ilə ge­də bil­mə­yə­cə­yik. Qu­ba bi­zim üçün ar­tıq, sa­də­cə, sə­fa­lı is­ti­ra­hət gu­şə­si de­yil. Qu­ba­nın tə­biə­ti­ni, mey­və­li bağ­la­rı­nı, ağ al­ma­sı­nı da da­ha vəsf et­mi­rik. Gö­zəl Qu­ba­nın Azər­bay­can in­sa­nı­nın bey­nin­də ya­rat­dı­ğı as­so­sia­si­ya də­yiş­di ar­tıq. İn­di Qu­ba, al­tın­da min­lər­lə kə­fən­si­zin yat­dı­ğı bir tor­paq­dır!.. Bi­zim tor­pa­ğı­mız. O kə­fən­siz ya­tan­lar da Biz­lə­rik - 1918-ci ilin ap­re­lin­də daş­nak­lar tə­rə­fin­dən xü­su­si aman­sız­lıq­la, vəh­şi­cə­si­nə qət­lə ye­ti­ri­lən dinc əha­li...



Bas­dı­ğın yer­lə­ri tor­paq de­yə­rək keç­mə, ta­nı!
Dü­şün, al­tın­da min­lər­cə kə­fən­siz ya­ta­nı...
(Meh­met Akif Ər­soy)



"Qu­ba­da gör­dük­lə­rim mə­ni dəh­şə­tə gə­tir­di"

"Qu­ba­da gör­dük­lə­rim mə­ni dəh­şə­tə gə­tir­di. Bu­ra­da in­san­la­rın vəh­şi­cə­si­nə öl­dü­rül­dü­yü­nün şa­hi­di ol­dum". Bu fik­ri AŞ PA pre­zi­den­ti Lu­is Ma­ri­ya de Puç Mil­li Məc­li­sin spi­ke­ri Oq­tay Əsə­dov­la Qu­ba mə­zar­lı­ğı­na et­di­yi sə­fər za­ma­nı söy­lə­di və Azər­bay­ca­nı kə­dər­li hiss­lər­lə tərk et­di. Hə­qi­qə­tən, in­san gö­zü ilə gör­mə­di­yi fa­ciə­nin dəh­şət­li hiss­lə­ri­ni, kə­də­ri­ni ya­şa­ya bil­məz. Bir il­dən ar­tıq­dır ki, öl­kə əha­li­si Qu­ba­da aş­kar­la­nan küt­lə­vi mə­zar­lıq ba­rə­də hər gün ye­ni mə­lu­mat­lar alır. Bu­ra­da hər gün ye­ni fakt­lar aş­kar­la­nır. İn­san­la­rın, xü­su­sən də kör­pə uşaq­la­rın, qız-gə­lin­lə­rin ne­cə aman­sız­lıq­la qət­lə ye­ti­ril­di­yi sü­but olu­nur. Nə qə­dər ina­nıl­maz səs­lən­sə də, bu dəh­şət­li mə­zar­lıq­da təh­qi­qat bo­ya şot­ka­sı, yağ bı­ça­ğı və bel­lə apa­rı­lır. Məhz bu pri­mi­tiv alət­lər dün­ya­ya səs sa­la­caq mə­zar­lı­ğı üzə çı­xar­maq­da­dır.
Bu dəh­şət­li fak­tı dün­ya­ya bə­yan et­mək üçün Azər­bay­can Par­la­men­ti də işə baş­la­yıb. Mil­li Məc­li­sin spi­ke­ri Oq­tay Əsə­do­vun tap­şı­rı­ğı ilə Qu­ba mə­zar­lı­ğı­na bey­nəl­xalq eks­pert­lə­rin cəlb olun­ma­sı üçün sə­nəd­lər ha­zır­la­nır. Bu­nun tər­kib his­sə­si ki­mi, Par­la­ment Æur­na­list­lər Bir­li­yi Qu­ba­ya sə­fər təş­kil et­di. Öl­kə­nin apa­rı­cı qə­zet­lə­ri, Azər­bay­can və rus­dil­li elekt­ron KİV-i aş­kar­lan­mış mə­zar­lıq­la bağ­lı fakt­la­rı dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dır­maq üçün Qud­yal­ça­yın ya­ma­cı­na baş çək­di. Mil­li Məc­lis­də Qu­ba­nı təm­sil edən de­pu­tat Va­hid Əh­mə­do­vun dəs­tə­yi ilə jur­na­list­lər bu dəh­şət­li mə­zar­lı­ğı göz­lə­ri ilə gör­dü­lər.

İn­sa­nı dəh­şə­tə
gə­ti­rən "Pris­tav ba­ğı"

Bu­ra, Qu­ba­nın şi­mal his­sə­si, Qud­yal­ça­yın sa­hi­li­dir. Vax­ti­lə "Pris­tav ba­ğı" ad­la­nan əra­zi. Han­sı ki bu əra­zi­nin ya­xın­lı­ğın­dan 1950-ci il­lə­rə qə­dər heç kim ürək edib ke­çə bil­mir­miş. Gö­rü­nür, sa­kin­lər Qu­ba­da vəh­şi­cə­si­nə qət­lə ye­ti­ri­lən in­san­la­rın məhz bu­ra­da bas­dı­rıl­dı­ğı­nı bi­lir­miş. Əra­zi­də ev­lər yal­nız 1960-cı il­lər­dən son­ra ti­kil­mə­yə baş­la­yıb.
Əra­zi­yə da­xil olar­kən hə­qi­qə­tən in­san dəh­şə­tə gə­lir. Sel nə­ti­cə­sin­də ça­yın bir his­sə­si­ni yu­yub apar­dı­ğı oval­şə­kil­li qu­yu­da gör­sə­nən in­san kəl­lə­lə­ri­nə bax­dıq­da san­ki hə­yat du­rur. Yol­bo­yu mət­bua­tın prob­lem­lə­ri, mət­bu­at­da baş ve­rən ma­raq­lı olay­lar­dan söh­bət açan və əra­zi­yə çat­dıq­da səs-küy­lə ma­şın­dan dü­şüb mə­zar­lı­ğa doğ­ru irə­li­lə­yən jur­na­list heyətin­dən bu­ra­da səs çıx­mır. Gö­zü­mün önü­nə fa­şist­lə­rin qa­dın­la­rı, uşaq­la­rı, qo­ca­la­rı di­ri-di­ri yan­dı­ra­raq bas­dır­dıq­la­rı film­lər gə­lir. Üzə­rin­də mis­mar­lar, de­şik­lər, bur­nu, qu­la­ğı kə­sil­miş in­san kəl­lə­lə­ri adam­da va­hi­mə ya­ra­dır. Bu, dəh­şət­li fa­ciə­dir, qət­li­am­dır!..
Əra­zi­də təd­qi­qat apa­ran AMEA-nın Ar­xeo­lo­gi­ya və Et­noq­ra­fi­ya İs­ti­tu­tu­nun Qu­ba eks­pe­di­si­ya­sı­nın rəh­bə­ri Qəh­rə­man Ağa­yev bir qə­dər­dən son­ra jur­na­list­lə­rə ya­xın­laş­dı və mə­zar­lıq­da apa­rı­lan iş­lə­rin bü­tün tə­rəf­lə­ri­nə ay­dın­lıq gə­tir­di:

Tə­sa­dü­fən
aş­kar­la­nan mə­zar­lıq

- Mə­zar­lıq 2007-ci ilin ap­rel ayı­nın 1-də aş­kar­la­nıb. Əra­zi­də qa­zın­tı iş­lə­ri apa­rı­lar­kən tə­sa­dü­fən sü­mük­lər üzə çı­xıb. Ön­cə heç nə­dən şüb­hə­lən­mə­yə­rək sü­mük­lə­rin bir his­sə­si­ni ça­ya atıb­lar. Son­ra isə gö­rüb­lər ki, sü­mük­lər küt­lə­vi şə­kil­də çı­xır və dəh­ral İc­ra Ha­ki­miy­yə­ti­nə xə­bər ve­rib­lər. Ora­dan isə AMEA-nın Ar­xeo­lo­gi­ya və Et­noq­ra­fi­ya İns­ti­tu­tu­na mə­lu­mat gön­də­rib­lər. Ap­re­lin 8-dən 11-dək il­kin təh­qi­qat apa­rı­lıb və mə­zar­lı­ğın 1918-ci il­də er­mə­ni­lər tə­rə­fin­dən dinc əha­li­yə qar­şı tö­rə­di­lən soy­qı­rım­la bağ­lı ol­du­ğu aş­kar­la­nıb. İyul ayı­nın 13-dən isə mə­zar­lıq sa­hə­sin­də ar­xeo­lo­ji qa­zın­tı­la­ra baş­la­mı­şıq.
Ar­tıq təh­qi­qa­tın 1 ili ta­mam olub. Bu il ər­zin­də bir çox fakt­lar aş­kar­la­nıb. Ön­cə sü­mük­lər ta­pı­lar­kən on­la­rın müx­tə­lif əra­zi­lə­rə sə­pə­lən­di­yi gü­man edi­lir­di. An­caq araş­dı­rı­lar­kən mə­lum ol­du ki, əra­zi­də 2 qu­yu var. Qu­yu­lar­dan əla­və in­san cə­səd­lə­ri olan əra­zi 500 kvad­rat­met­ri əha­tə edir. Qu­yu­lar­dan bi­ri­nin də­rin­li­yi 4 metr 700 san­ti­metr­dir, dia­met­ri 5 metr­dir. An­caq tə­əs­süf ki, qu­yu­nu ol­du­ğu ki­mi sax­la­ya bil­mə­dik. Çün­ki yaz­dan ya­ya ke­çid döv­rün­də tor­paq sü­rüş­mə­si ol­du və qu­yu­nun bir his­sə­si uç­du. Təh­qi­qat nə­ti­cə­sin­də 2-ci qu­yu aş­kar­lan­dı. İkin­ci qu­yu­nun də­rin­li­yi isə 2 metr 500 san­ti­metr­di. İkin­ci qu­yu­dan əsər-əla­mət qal­ma­yıb. Sü­rüş­mə nə­ti­cə­sin­də qu­yu ta­ma­mi­lə da­ğı­lıb.

Bu, ar­tıq soy­qı­rım­dı

"Bu, ar­tıq soy­qı­rım­dı. Bu­nu dan­maq müm­kün de­yil. Bu ya­xın­la­ra qə­dər mü­ba­hi­sə edən­lər də var­dı ki, bu, 1937-ci ilin soy­qı­rı­mı­dı. Gu­ya, bu­ra­da er­mə­ni­lə­ri də qı­rıb­lar. Xeyr, ar­tıq də­qiq sü­bu­ta ye­ti­ri­lib ki, bu, er­mə­ni­lə­rin yer­li əha­li­yə qar­şı tö­rət­di­yi soy­qı­rım­dır. 1918-ci ilin may ayı­nın 1-dən 10-a qə­dər bu­ra­da yer­li ca­maa­ta er­mə­ni­lər di­van tu­tub­lar. Əl­bət­tə ki, bu, erməni milli şurasının "Daşnakstyun" partiyasının kö­mək­li­yi ilə həıyata keçirilib. Er­mə­ni ge­ne­ra­lı Ha­ma­zas­pın Azər­bay­ca­nın Şi­mal his­sə­sin­də qır­ğın­lar tö­rət­di­yi ta­ri­xi sə­nəd­lər­lə sü­but olu­nub. Bu şəx­si Qu­ba­ya Xalq Ko­mi­sar­la­rı So­ve­ti­nin ko­mis­sa­rı Ste­pan Şa­um­yan gön­də­rib. Mən ar­xiv­dən ta­ri­xi sə­nəd­lər tap­mı­şam. Şa­um­yan Ha­ma­zas­pa ya­zır ki, si­zi gön­də­ri­rik Azər­bay­ca­na, So­vet hö­ku­mə­ti­ni bər­qə­rar et­mək üçün. Bu, si­zin ikin­ci pla­nı­nız­dır. İlk plan isə yer­li mü­səl­man­la­rı qır­maq­dır. Ha­ma­zas­pın Şa­um­ya­na yaz­dı­ğı mək­tub­da isə gös­tə­ri­lib ki, "ar­tıq tap­şı­rı­ğı­nı­zı ye­ri­nə ye­tir­dim və Qu­ba qə­za­sın­da 10 min­dən çox yer­li əha­li məhv edil­di". Hə­min dövr­də Föv­qə­la­də Hal­lar Ko­mis­si­ya­sı­nın rəh­bə­ri iş­lə­miş Na­rins­ki isə ya­zıb ki, Qu­ba­da 2 min­dən çox in­san öl­dü­rü­lüb. An­caq ta­ri­xi fakt­lar­da gös­tə­ri­lir ki, məhz Qu­ba əra­zi­sin­də 3 min­dən çox dinc əha­li qı­rı­lıb".

İn­san­lar ha­mam­da öl­dü­rü­lə­rək qu­yu­la­ra bas­dı­rı­lıb

Q.Ağa­yev de­di ki, təh­qi­qat za­ma­nı əra­zin­dən 2 arx keç­di­yi mə­lum olub. Mən­bə­yi­ni Qud­yal­çay­dan alan bu arx­la­rın su­yu Də­yir­man əra­zi­si­nə və əkin sa­hə­lə­ri­nə axır­mış. Er­mə­ni­lər in­san­la­rı kə­nar­da öl­dü­rüb gə­ti­rib bu­ra­da bas­dı­rıb­lar:
- Qu­yu­lar­da olan cə­səd­lər­lə kə­nar­lar­da olan cə­səd­lər ara­sın­da fərq var. Qu­yu­da­kı sü­mük­lə­rin ək­sə­riy­yə­ti yı­ğı­lıb(­bü­zü­şüb). Sü­mük­lər­də sı­xıl­ma­lar hiss olu­nur. Dü­şü­nür­dük ki, bu nə­dən ola bi­lər? Son­ra ay­dın ol­du ki, bu in­san­la­rı ya­xın­lıq­da yer­lə­şən Çu­xur­ha­mam­da vəh­şi­cə­si­nə öl­dü­rüb­lər. Bir qo­ca qa­dın da­nı­şır ki, hə­min vaxt onun 7 ya­şı olub. Er­mə­ni­lər tut­duq­la­rı in­san­la­rın ha­mı­sı­nı ha­ma­ma yı­ğıb­lar. İn­san­la­rı ta­ma­mi­lə so­yun­du­rub on­la­ra iş­gən­cə ve­rib­lər. Hə­min vaxt ha­mam­dan elə qış­qı­rıq səs­lə­ri gə­lib ki, bü­tün ət­raf əra­zi­lər­də eşi­di­lib. Son­ra cə­səd­lə­ri qu­yu­la­ra tö­küb­lər. Bi­rin­ci qu­yu dol­du­ğu üçün ikin­ci qu­yu­nu qa­zıb­lar. Qu­yu­la­rı qa­zan in­san­la­rı da öl­dü­rüb arx­la­ra tul­la­yıb­lar. İyun ayı­nın 12-dək əra­zi­dən qu­yu­lar­dan baş­qa 196 kəl­lə ta­pı­lıb. Eks­pe­di­si­ya üzv­lə­ri in­san­la­rı an­caq kəl­lə sü­mük­lə­ri ilə mü­əy­yən­ləş­di­rir.

Dinc əha­li bal­ta və
mis­mar­la qət­lə ye­ti­ri­lib

İn­di­yə­dək ta­pı­lan kəl­lə­lər­də, sü­mük­lər­də bir də­nə də ol­sun gül­lə izi yox­dur. Yə­ni bu qət­li­am­da od­lu si­lah­dan is­ti­fa­də edil­mə­yib. İn­san­la­rı yal­nız əzab­la, müx­tə­lif alət­lər - bal­ta, mis­mar, xən­cər və s. qət­lə ye­ti­rib­lər. Mis­mar­lar aş­kar­la­nan­da ar­xeo­loq­lar ön­cə bir şey an­la­ma­yıb. Son­ra ay­dın­laş­dı­rıb­lar ki, mis­mar­lar hə­min döv­rə aid­dir. Mis­mar­la­rı in­san­la­rın gic­gah və be­yin his­sə­lə­ri­nə vur­maq­la vəh­şi­cə­si­nə öl­dü­rüb­lər. Bir kəl­lə­nin be­yin his­sə­sin­də isə mis­mar hə­lə də du­rur. Ba­şın gic­gah his­sə­sin­də də de­şik­lər var. Bu­nun nə ilə de­şil­di­yi­ni isə hə­lə mü­əy­yən­ləş­dir­mə­yib­lər.

14 yaş­lı qız­cı­ğaz...
Bur­nu, qu­laq­la­rı kə­si­lib, bey­ni­nə iki tə­rəf­dən mis­mar vu­ru­lub

Q.Ağa­yev da­nı­şır ki, mə­zar­lıq­da nə pal-pal­tar, nə də bə­zək əş­ya­la­rı­na rast gə­lin­mə­yib. Bu da onu gös­tə­rir ki, er­mə­ni­lər in­san­la­rı tam so­yun­du­ra­raq iş­gən­cə al­tın­da qət­lə ye­ti­rib­lər: - Bu­ra­da tap­dı­ğı­mız bir kəl­lə­ni də­qiq mü­əy­yən­ləş­dir­mi­şik ki, o da 14 yaş­lı qı­zın sü­mük­lə­ri­di. Er­mə­ni­lər bu qı­zın qu­laq­la­rı­nı, bur­nu­nu kə­sib, bey­ni­nin hər iki tə­rə­fi­nə mis­mar vu­rub­lar...

"Er­mə­ni be­lə
mə­zar­lıq tap­say­dı..."

Q.Ağa­yev qeyd et­di ki, mə­zar­lıq­la əla­qə­dar bey­nəl­xalq eks­pert­lə­rə mək­tub gön­də­ri­lib. Am­ma tə­əs­süf ki, hə­lə ca­vab yox­dur. Mil­li Məc­li­sin spi­ke­ri Oq­tay Əsə­do­vun mə­zar­lıq əra­zi­si­nə gəl­mə­si və təh­qi­qat iş­lə­ri ilə ma­raq­lan­ma­sın­dan son­ra can­lan­ma hiss olu­nur:
- Oq­tay mü­əl­li­min bu­ra­ya gəl­mə­si mə­nə ruh ver­di. Tək qal­maq pis şey­dir. Çox mə­yus ol­muş­duq. Gö­rür­dük ki, bi­zə də, apa­rı­lan işə də diq­qət az­dır. Be­lə bir ha­di­sə er­mə­ni­lər­də baş ver­səy­di, in­di çox­dan bü­tün dün­ya­ya səs sal­mış­dı­lar. Biz isə...

"Pul yox­du.
İş­lə­ri da­yan­dır­mı­şam"

Qəh­rə­man mü­əl­lim da­ha su­sa bil­mə­di. Və de­di:
- Mə­ni hə­mi­şə sı­xır­lar. Am­ma da­ha sus­ma­ya­cam. De­yə­cəm. Na­zir­lər Ka­bi­ne­ti 1 mil­yon ma­nat pul ayı­rıb. Bu pul bi­zim Ar­xeo­lo­gi­ya İns­ti­tu­tu­na, ümu­mi­lik­də Azər­bay­can əra­zi­sin­də apa­rı­la­caq eks­pe­di­si­ya­lar üçün ay­rı­lıb. Am­ma pul hə­lə də bi­zim he­sa­ba köç­mə­yib. Gö­rü­lən iş­lə­ri ins­ti­tu­tun eza­miy­yət pul­la­rı he­sa­bı­na apa­rı­rıq. Bu­ra­da 3 fəh­lə ilə iş­lə­yi­rik. Ar­tıq bu gün­ (i­yu­lun 12-də) iş­lə­ri da­yan­dır­mı­şam. Çün­ki fəh­lə­lə­rin 1 aya ya­xın­dır ki, pu­lu ve­ril­mir. Mən ay­da 172 ma­nat ma­aş alı­ram. İns­ti­tu­tun im­kan­la­rı tü­kə­nib. Am­ma ar­tıq de­dim ki, hə­min məb­lə­ğin ha­mı­sı bu­ra üçün de­yil. Çün­ki Qu­ba mə­zar­lı­ğı ye­ni ta­pı­lıb. Bu­na gö­rə də bu əra­zi­yə ay­rı­ca pul ay­rıl­ma­lı­dı. Heç bir xey­riy­yə iş­lə­ri də yox­dur. Yal­nız ke­çən il Mosk­va­da Sa­ti­ra Te­at­rın­ın iş­lə­yən baş di­rek­toru Ma­med Ağa­yev 1000 dol­lar pul gön­də­rib. Bu şəxs isə mə­nim qar­da­şım­dır. Bu­ra­da mə­nim əziy­yə­ti­mi gö­rüb pul gön­dər­di. Am­ma xa­ric­də­ki soy­daş­la­rı­mız­dan hə­lə xə­bər yox­dur.

"Biz bu­ra­nı şü­şə mu­zey
et­mək fik­rin­də­yik"

Q.Ağa­yev is­tə­yir ki, mə­zar­lıq əra­zi­si mu­zey ol­sun. Həm də şü­şə mu­zey:
- İn­san­la­rın bas­dı­rıl­dı­ğı qu­yu şü­şə­nin içə­ri­sin­də ola­caq. Onun üzə­rin­də isə oval şək­lin­də güz­gü qo­yu­la­caq. Zi­ya­rə­tə gə­lən­lər şü­şə­dən qu­yu­nun ön gö­rü­nü­şü­nü, güz­gü­yə ba­xar­kən isə qu­yu­nun içə­ri­si­ni gö­rə­cək­lər. Di­var­lar­da ya­ra­dıl­mış kə­sik­lər ak­va­ri­um şək­lin­də ola­caq. Bu­nun üçün me­mar­lar işə cəlb edi­lə­cək. Əra­zi­də müx­tə­lif dil­lər­də ya­zıl­mış bö­yük löv­hə­lər qo­yu­la­caq. Mə­zar­lı­ğın üst his­sə­sin­də abi­də ucal­dı­la­caq. Hə­min abi­də­də əra­zi­nin bö­yük his­sə­si­nə səs sa­la­caq zəng qu­raş­dı­rı­la­caq. Hə­min sə­si əra­zi­də olan is­ti­ra­hət mər­kəz­lə­rin­də din­cə­lən bü­tün in­san­lar eşi­də bi­lə­cək və ha­mı gə­lib bu mə­zar­lı­ğı zi­ya­rət edə­cək. Bu­ra­da mu­zey ya­ra­dıl­ma­lı­dır. Və o, dün­ya­da­kı na­dir mu­zey­lər­dən bi­ri ol­ma­lı­dır".

Qal­dı zəng səs­lə­ri­nə, biz­cə, bu çox yax­şı fi­kir­dir. On­suz da bun­dan son­ra Qu­ba­ya əv­vəl­ki ki­mi sa­kit, qay­ğı­sız bax­maq müm­kün ol­ma­ya­caq. Çün­ki bun­dan be­lə Qu­ba­ya ayaq ba­san­la­rı mə­zar­lıq, in­san sü­mük­lə­ri ilə do­lu qu­yu­lar qar­şı­la­ya­caq. O kəl­lə­lər, ske­let­lər in­san­la­rın dü­şün­cə­lə­ri­ni tə­qib edə­cək və "bi­zim haq­qı­mı­zı kim tə­ləb edə­cək?" de­yə so­ru­şa­caq­lar. O sua­la biz ca­vab ver­mə­li­yik - Azər­bay­can və­tən­daş­la­rı!.. Bu sə­bəb­dən ora­da zəng­lə­rin ça­lın­ma­sı yax­şı­dır. Lap "əcəl zən­gi" ki­mi. Bəl­kə ca­vab tap­dıq...

Bu ya­zı Mil­li Məc­li­sin Mət­bu­at Xid­mə­ti və Par­la­ment Æur­na­list­lə­ri Bir­li­yi­nin elan et­di­yi mü­sa­bi­qə­yə təq­dim olu­nur.


Rə­şad Bax­şə­li­yev
sherg

15 Temmuz 2008 Salı

Tehranın başımıza aşdığı oyunlar.S. SƏDRƏDDİN


Tehranın başımıza aşdığı oyunlar

S. SƏDRƏDDİN

İslam Respublikası "Mədəni irsi qorumaq" adı altında ermənilərin qayğısına qalmaqdadır

Türkün dünyaya sonsuz sayda mədəniyyət inciləri bəxş etdiyi onun dostları və düşmənləri tərəfindən etiraf edilir. Düzdür, bu etirafı düşmənləri daha çox düşmənçilik əməlləri ilə pərdələməyə çalışırlar. Ya oğurluq edir, ya da dağıdırlar.

Neçə illərdir ən yaxın qonşularımız tərəfindən bu asiliyə məruz qalmaqdayıq. Amma bunu yola vermək olur. Çünki bir sıra qüvvələr onları bizə "xalq diplomatiyası", birgə kino çəkmək kimi cəfəng ideyalarla sırımaq istəsələr də, ən azı, tariximiz nə yaxşı ki onları unutmur, zaman-zaman bizə dərs verir.

Ancaq bu yaxınlarda son dərəcə heyrətləndirici bir xəbərin şahidi olduq. "Baybak"ın məlumatına görə, Güney Azərbaycanın Ərdəbil şəhərində şiələrin ən sevdiyi müəzzin (azan oxuyan) Səlim Müəzzinzadənin oğlu, Azərbaycan mahnı və muğamının ifaçısı Vədud Müəzzinzadə deyib:

"Azərbaycan (Quzey Azərbaycanı nəzərdə tutur - S.S.) bizim azəri musiqilərimizi oğurlayır".

Mənbə bildirib ki, Azərbaycan muğamı tarixi mədəniyyətin başlanğıcında dayanır. Min illər öncə indi İran adlanan ölkədə Azərbaycan musiqiçiləri muğamla sözlərini dilə gətiriblər. "Ancaq fars şovinistlərinin assimilyasiyası nəticəsində öz milli varlığından xəbərsizlər türk musiqisini "İran incəsənəti" adlandırıblar. Onu yaradanlardan, türkün özündən qorumağa başlayıblar", - deyə mənbə qeyd edib.

Beləliklə, Vədud Müəzzinzadə bu iddialarla çıxış edərək Tehran hakimiyyətindən "namərd qonşuların əlini azəri musiqisindən çəkməsini istəyib".

Azərbaycanın Quzeyindəki milli musiqi hər iki tərəfdəki bölünmüş bir millətin, Azərbaycan türkünün deyilmi? Dünyanın bir çox millətinin muğamı var. Amma heç kimə sirr deyil ki, onların ən zəngini Azərbaycana məxsus Muğamdır.

Bölünmüş bir milləti üz-üzə qoymaq üçün dəridən-qabıqdan çıxan Tehran hakimiyyəti vədudları vəzifə və ya dünya malı ilə ələ ala bilsə də, bunun ancaq türk düşmənlərinin ziyanına olacağı kimsəyə sirr deyil.

Vədud Müəzzinzadəyə gəlincə, o bir neçə il öncə buraxdığı musiqi albomuna Quzey Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də xalq mahnılarımızı yazdırıb.

Bundan başqa, Güney Azərbaycanda minlərlə gənc oğlan və qız Azərbaycan musiqisini özününkü bilir. Onlar üçün sərhəd yoxdur. Elə V.Müəzzinzadə də Bakıda konsert verəndə belə deyirdi. Güneyli soydaşlarımız Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayevi, quzeylilər isə Ə.Səlimi, Bədircahani, Ehtizami və s. bəstəkarlarımızı özününkü bilmirmi? Ə.Səliminin "Ayrılıq"ını ilk dəfə Tehranda Rəşid Behbudov oxuyub. O zaman türk düşmənləri - keçmiş SSRİ və Məhəmmədrza şahın qılıncının qəbzəsi də kəsirdi. Bunu Vədud Müəzzinzadə kimi soydaşlarımız da bilməmiş deyillər.

Onu da qeyd edək ki, onun ata babası ilk dəfə azanı Azərbaycan muğamının ladı üstündə Azərbaycan boğazında oxuyub. Elə o vaxtdan onlara "müəzzinlər" deyiblər...

Vədud Müəzzinzadənin bunu hansı şəraitdə dediyini bilmədiyimizdən məsələni uzatmaq istəməzdik. Bununla belə bir məsələni də qeyd etmək istərdik. Bu azərbaycanlı musiqiçinin söylədiyi hədyanları fars saytları və xəbər agentlikləri artıq yayıb.

Azərbaycan-türk mədəniyyətinin daşıyıcısını öz milləti ilə üz-üzə qoyan Tehran hakimiyyəti mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycandakı erməni kilsəsi sayılan "Qara kilsə" kompleksinin UNESCO mədəni irs siyahısına daxil edilməsi üçün müraciət etmişdi. Ancaq İslam Respublikası rəhbərliyinin bu iddiası əvvəlcə təmin olunmamışdı. Belə ki, qurum həmin kilsə haqda məlumatları yetərsiz sayaraq onu siyahıya daxil etməmişdi.

"Bütövaz"ın yaydığı məlumata görə, İran hakimiyyəti "Qara kilsə" barədə əlavə məlumatlar toplayaraq yenidən UNESCO-ya müraciət edib. Bu, İslam Respublikasının qeydiyyata aldırmaq istədiyi 9-cu tarixi abidədir. Kanadanın Kvebek bölgəsində 8 gün davam edən 32-ci sessiyada 41 ölkədən daxil olan ərizələrə baxılıb.

Qərbi Azərbaycan əyalətinin Maku rayonu yaxınlığında yerləşən üç kilsə də UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Bu kilsələrdən biri olan "Qara kilsə"nin XIII əsrin sonuna aid olduğu haqda xəbərlər yayılıb. Ermənilər bu abidənin onlara məxsus olduğunu iddia edərək bir sıra milli-mədəni tədbirlərini həmin kilsədə keçirirlər. İran nümayəndə heyətinin başçısı Əbdülrəsul Vətəndustun sözlərinə görə, Mərakeş, Tunis, Keniya və başqa dövlətlərin təmsilçiləri də bu məsələnin həllində onlara yardım ediblər.

BBC-nin yaydığı məlumata əsasən, 2005-ci ildə bu kilsədə insan sümükləri aşkarlanıb. Ermənilər və İranın uyğun qurumları iddia edir ki, bu, Xaçatur İoanna aiddir. Bu iddialarını sübut etmək üçün erməni din xadimləri və onların Tehrandakı havadarları orta əsr Avropa salnamələrinə müraciət ediblər. Dini ədəbiyyatda göstərilib ki, İsa peyğəmbərin həvarisi Faddey 80-ci ildə indiki Ermənistan ərazisində çarmıxa çəkilib, sonra isə oxlanaraq qətlə yetirilib".

Daim ermənilərin qayğısına qalan İslam Respublikasının rəhbərliyi İranda ermənilərin adına çıxarılan bir sıra abidəni bərpa edib. İranda çıxan "Alik" adlı erməni qəzetinin redaktoru Derenik Melikyan müsahibələrinin birində deyib ki, erməni xristian abidələrinin ən yaxşı qorunduğu ölkə İrandır.

Yayılmış məlumata görə, İrandakı erməni kilsəsi İstanbuldakından fərqli olaraq subardinasiya baxımından Ermənistanda yerləşən Eçmiədzin kilsəsinə tabe deyil.
Onu da qeyd etmək yerinə düşər ki, İran hakimiyyəti ermənilərlə yanaşı, farslara aid olduğu iddia edilən tarixi abidələri də dünyanın mədəni irsi siyahısına daxil etdirə bilib. Onların arasında "Bisütun" qayaüstü rəsmlər və yazıları, Qərbi Azərbaycan ərazisində yerləşən "Təxti-Süleyman" atəşpərəst məbədi də bu siyahıdadır.

Qəzetimizin ötən sayında Ərk qalasının məqsədli şəkildə dağıdılması barədə məlumat vermişdik. "Qara kilsə" ilə təxminən eyni yaşda olan bu tarixi abidəmizin adı belə tutulmur. Tehran yalnız İranda yaşayan deyil, başqa ölkələrdə yaşayan ermənilərə də himayədarlıq etməkdədir.

Ermənistanın İrandakı səfirliyinin təşəbbüsü ilə nəşr olunan "Sumqayıtda erməni soyqırımı" adlı kitabın yayılmasını buna örnək göstərmək olar. Həmin "kitab"da qeyd olunub ki, guya, hadisə zamanı azərbaycanlılar ermənilərin yaşadıqları 200 mənzilə hücum ediblər. Bundan başqa, sözügedən nəşrdə Azərbaycan torpaqlarına ermənilərin iddiası da öz əksini tapıb. Onlar ənənəvi saxtakarlığa sadiq qalaraq Qarabağın tarixini və münaqişənin başlaması ilə bağlı məlumatları saxtalaşdırıblar.

APA-nın məlumatına görə, 1988-ci il fevralın 27-29-da baş vermiş olaylar zamanı 26 erməni, 6 azərbaycanlı öldürülüb. Hadisənin günahkarı kimi Əhməd Əhmədov barəsində ölüm hökmü çıxarılıb, erməni Eduard Qriqoryan isə 12 il azadlıqdan məhrum edilsə də, bu cəzanı sona qədər çəkməyib. Çünki Tehran kimi Moskva da həmişə ermənilərə himayədarlıq edir.

Qeyd etdiyimiz xəbərlərdən də göründüyü kimi, İslam Respublikası Güney Azərbaycan türkünün milli haqları uğrunda mübarizəsini əngəlləmək üçün çeşidli üsullara əl atmaqdadır. Vədud Müəzzinzadənin dilə gətirdiyi sözün də arxasında fars şovinistləri və Tehran hakimiyyətinin durduğu istisna edilmir. İslam Respublikasının ermənilərə belə qayğı ilə yanaşması isə onun türk düşmənçiliyindən doğur. Bir zamanlar terrorçu PKK da Tehran tərəfindən himayə olunurdu.

Hətta onların başçıları Abdulla Öcalan həbs edilib Türkiyəyə gətirilərkən İranın Qərb hissəsində yaşayan PKK tərəfdarlarının etiraz aksiyası keçirməsinə də İran rəhbərliyi göz yummuşdu. Bunu Sumqayıt hadisələri ilə bağlı "kitab"ın çıxması ilə də eyniləşdirmək olar. Ermənilər bir zamanlar Səddam Hüseynin də mərhəmətindən sui-istifadə edirdilər. Ancaq onun devrilməsi ilə bağlı hərbi əməliyyat başlayanda ən çox sevinən ermənilər oldu. Gələcəkdə ayətulla rejimi də oxşar tale ilə üzləşə bilər. O zaman ermənilərin yenə "qonaq"ları sevgi ilə qarşılayacağına kimsə şübhə etməsin. /ayna/

butovaz

İrana Saldırı İhtimali

İrana Saldırı İhtimali



İran, olası bir ABD ve İsrail saldırısının dünya petrollerinin yüzde 40ını tehlikeye sokacağını bildirdi.

İranın, petrol ihraç eden ülkeler örgütündeki temsilcisi, İranın Petrol ihracatının tehlikeye girmesi halinde Basra Körfezindeki tüm ihracatın tehlikeyle karşı karşıya kalacağını söyledi.

İranlı yetkili, "petrol piyasaları, bölgedeki siyasi gelişmelere karşı çok hassas. Siyasi gerginlikler şüphesiz petrol fiyatlarının artmasına neden olacak" dedi.

İranlı askeri ve siyasi yetkililer, muhtemel bir ABD ve İsrail saldırısına "tüm imkanlar" kullanılarak cevap verileceğini, Basra Körfezi ve Hürmüz Boğazının kontrolünün de buna dahil olduğunu açıklamışlardı.

atatv

Hərəkat fəalı qanunsuz cəzalandırıldı

Hərəkat fəalı qanunsuz cəzalandırıldı

Güney Azərbaycanın milli fəalı Əli Abbasi Ərdəbil həbsxanasına göndərilib
Güneydən daxil olan məlumata əsasən yaxın günlərdə Güney Azərbaycanın milli hərəkat fəalı Əli Abbasi həbs olunaraq 5 il müddətinə Ərdəbil həbsxanasına yerləşdirilib.
Hal hazırda Ərdəbil həbsxanasının 7-ci bəndində saxlanılır. Iki il öncə Əli Abbasi Ərdəbil İnqilab məhkəməsinin 1-ci şöbəsinin hakimi Həsənzadə tərəfindən casusluq ittihamı ilə 11 il həbsə məhkum edilmişdir. Ittihamlarla razılaşmayan milli hərəkat fəalı apelyasiya məhkəməsinə şikayət etdikdən sonra 11 il həbs 5 il həbslə əvəz edildi.
Əli Abbasinin qardaşının dediyinə görə o iki il öncə sentyabr ayında ETTELAAT məmurları tərəfindən həbs edilərək 38 gün ETTELAAT-ın təcridxanasında ağır işəncələrə məruz qoyularaq uydurma ittihamlarla yəni casusluq və hakimiyyətə qarşı mübarizə ittihamı verilmiş və ağır işgəncələr nəticəsində bu ittihamlar ona zorla qəbul etdirilmişdir.
Əli Abbasinin günahı Güney Azərbaycan türklərinin öz milli və mədəni haqlarının əldə etmək üçün etdiyi fəaliyyətlərindən ibarətdir. Faşist molla hakimiyyəti Güney Azərbaycan Milli Azadlıq Hərəkatının hər zaman xarici qüvvələrə bağlamaqla məsələnin mahiyyətini ictimaiyyətin diqqətindən yayındırmağa çalışır. Lakin bütün bunlara baxmayaraq Güney Azərbaycan Milli Azadlıq Hərəkatı tam müstəqil olaraq öz mücadiləsini aparmaqdadır.
vhp

İRAN PREZİDENTININ NÖVBƏTI BƏYANATI

İRAN PREZİDENTININ NÖVBƏTI BƏYANATI



İran uranın zənginləşdirilmə prossesini dayandırması əvəzində beynəlxalq «Altılıq» tərəfindən təklif olunan «iqtisadi stimullar paketi»-ni qəbul etməyəcək. Bunu İran televiziyasına müsahibəsində deyən prezident Mahmud Əhmedi Necat rəsmi Tehran və Vaşinqton arasındakı münasibətlərin ABŞ-da keçiriləcək prezident sekçilərindən sonra yaxşılaşacağını da bildirib. /İctimai TV/

Mahmud Əhmədinejad:İRAN İSRAİLİ DÜZ ÜRƏYİNDƏN VURACAQ

“İRAN İSRAİLİ DÜZ ÜRƏYİNDƏN VURACAQ”
Mahmud Əhmədinejad: “Bizim silahlı qüvvələr düşmənin əlini tətiyə çatmadan kəsəcək”



İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyi haqda xəbərlərə cavab olaraq Tehrandan sərt tonda xəbərdarlıqlar eşidilir. Belə xəbərdarlıqlardan birini İranın dini liderinin İnqilab Keşikçiləri Korpusundakı nümayəndəsi Müctəba Zolnur edib. O, deyib ki, İran silahlı qüvvələri tam hazırlıq vəziyyətindədir və düşmənin istənilən hücumunun qarşısını ala bilər: “Əgər düşmənlər düşünülməmiş qərar verib ölkəmizə hücum etməyə qərar versələr, bizim qoşunlarımız onlara çox sərt cavab verəcək”.
Zolnur deyib ki, əgər ABŞ və İsrail qələbəyə əmin olsaydılar, bir an belə tərəddüd etmədən İrana hücum edərdilər. Onun sözlərinə görə, əgər ABŞ və İsrail İrana doğru raket və mərmilər buraxsa, bu hücumun tozu çəkilməmiş İsrailin “düz ürəyinə” və ABŞ-ın bölgədəki 32 hərbi bazasına zərbələr endiriləcək.
İran dini liderinin nümayəndəsi bu sözləri İnqilab Keşikçiləri Korpusunun Fars körfəzindəki təlimləri ilə bağlı deyib. Bu təlimlər zamanı orta və uzaq mənzilli ballistik raket sınaqları keçirilib. İran İsrailə cavab zərbələri endirmək üçün “Şahab-3" ballistik raketlərini də start meydançalarında yerləşdirib.
Prezident Mahmud Əhmədinejad da İranın düşmənlərini növbəti dəfə hədələyib. Ənənəvi olaraq hər dəfə belə çıxışlarında öz üslubuna xas ritorikadan istifadə edən Əhmədinejad bu dəfə deyib ki, İran silahlı qüvvələri düşmənin əlini tətiyə çatmadan kəsəcək. O, hərbi təlimlər haqda danışarkən bildirib ki, bu manevrlər zamanı İran ordusunun gücünün ancaq bir hissəsi nümayiş etdirilib: “Zərurət yaranarsa, biz öz müdafiə imkanlarımızı daha böyük miqyasda göstərə bilərik”.
Siyasət şöbəsi
musavat

İsrail, qaçırdığı iranlılar haqqında bilgi verdi

İsrail, qaçırdığı iranlılar haqqında bilgi verdi


İsrail, 26 il öncə qaçırdığı İranlı diplomatlar haqqında məlumat verdi

QayNar : İsrailin, Livanda 26 il öncə qaçırılan İranlı diplomatlar haqqında Hizbullaha bilgi verdiyi bildirildi.
İran dövlət televiziyası, "son dəqiqə" olaraq keçdiyi xəbərində, İsrailin itmiş 4 diplomat haqqında Hizbullaha bilgi verdiyini xəbər verdi.
İranlı diplomatların yeri və durumları haqqında olan məlumatın tərcümə edilməkdə olduğu bildirildi.
Beynəlxalq topluma çağırış edən İran, insan haqları təşkilatları, ictimai qurumlar və mediya orqanlarından məsələni diqqətdə saxlamalarını və İsraili məlumat verməyə məcbur etmələrini istəmişdi.
Livanın şimalında 1982-ci ildə qaçırılan 4 İranlı diplomatın daha sonra İsrailə təslim edildiyi təxmin edilir. İran, diplomatlarının İsrailin əlində olduğuna inanır. //Rəşad Səfərov, QayNar

İranla İsrail arasında hərbi qarşıdurma həddində

İranla İsrail arasında hərbi qarşıdurma həddində



İranla İsrail arasında münasibətlər son günlər hərbi qarşıdurma həddinə qədər gərginləşib. Xəbər verildiyi kimi, İsrail ABŞ-ın İrana qarşı hərbi güc tətbiqi variantından çəkindiyini görərək, Tehranın nüvə obyektlərini təkbaşına məhv etmək üçün hazırlıqlara başlayıb.

Yəhudi dövləti ötən ayın əvvəllərində İranın nüvə obyektlərini vurmaq üçün hərbi manevrlər keçirib. İran da bu təhdidləri cavabsız qoymur. Tehran İsrail ərazisini vura biləcək “Şahab-3" ballistik raketlərni start meydançalarında yerləşdirib, həmçinin bir neçə gündür ki, Fars körəzində irimiqyaslı hərbi manevrlər keçirir. Bu manevrlər zamanı orta və uzaqmənzilli ballistik raketlərin sınaqdan çıxarıldığı bildirilir.

Bəs İran və İsrail arasında gərginliyin artdığı və qarşılıqlı təhdidlərin güc nümayiş etdirmək həddinə çatdığı bir vaxtda mümkün münaqişə başlaya bilərmi? Belə vəziyyətdə Vaşinqton tərəfləri təmkinli olmağa çağıracaq, yoxsa prezident Buş vəzifəsini tərk edənə qədər İranın nüvə proqramı ətrafında yaranmış böhranı yoluna qoymaq istiqamətində hansısa addımlar atacaq? ABŞ prezidentinin özü yaranmış vəziyyət və ehtimali addımlarla bağlı bunları deyib: “Mən həmişə demişəm ki, bütün mümkün imkanlar masa üzərindədir. Lakin Amerika üçün ilk variant bu məsələni diplomatik yolla həll etməkdir.”

Hər halda bu, ən qısa cavabdır.Təhlilçilərə görə, daha təfərrüatlı cavab vermək üçün isə administrasiya daxilində hərbi yola çağıranların və Dövlət Departamenti, habelə Pentaqonun özündə buna qarşı açıq çıxış edənlərin mövcudluğunu nəzərə almaq lazımdır. Hərbi variantın əleyhdarlarından biri - Birləşmiş Ali Baş Komandanlığın rəhbəri admiral Mayk Mullendir: “Bizim üçün məhz indi üçüncü cəbhənin açılması çox ağır olar. Bu o demək deyil ki, imkanlarımız və ya ehtiyatlarımız yoxdur. Sadəcə, bunun mümkün nəticələrini bəri başdan söyləmək çətindir”.

Vaşinqtonda hərbi aksiyanın əleyhinə olanlar deyirlər ki, bu, bölgədə vəziyyəti daha da alovlandırar, terror aktlarının çoxalmasına səbəb olar və neftin onsuz da yüksək olan qiymətini bahalaşdırar. Digər düşərgə isə israr edir ki, yanız bu yolla İranı nüvə bombasından məhrum etmək olar.

Lakin İran məsələləri üzrə aparıcı təhlilçilərdən Deyvid Olbraytın fikrincə, hər hansı hərbi əməliyyat asan olmayacaq: “Adi bombardmanla onların ciddi geri atılacağını düşünmək sadəlövhlük olardı. Əgər kimsə İrana zərbə endirmək istəyirsə, onda sentrifuqaların yerini göstərən dəlillər təqdim etməli və zəmanət verməlidirlər ki, bu əməliyyat həmin nüvə proqramını 3-4 və ya 5 il geri atacaq.” Prezident Buşun könlündən keçənləri heç kəs dəqiqliklə bilməsə də, “Rend Corporation” mərkəzindən səfir Robert Hanter kimi təcrübəli siyasətçilər müharibənin mümkünlüyünü güman etmirlər. İsrailin ortaya düşüb İranı vurmaq üçün Amerikadan “yaşıl işıq” istəməsinə gəldikdə isə Robert Hanter buna skeptik yanaşır: “Bir məsələ aydındır ki, bu və ya növbəti administrasiyada heç kəs İsrailin hərbi əməliyyata başlamasını istəmir. İstənilən halda İsrail Amerikanın nəzarətində olan hava məkanından keçmədən İranın hava məkanına çata bilməz. Yəni, hətta əgər hərbi əməliyyat olsa belə, bu, Amerikanın işi olacaq”.

İsraildə olan BBC-nin diplomatiya müxbiri Conatan Markus isə öz növbəsində Təl-Əvivdən xəbər verir ki, orada vəziyyət zahirən sakit olsa da, İsrailin mümkün raket zərbəsinə və ya ona endirilə biləcək zərbənin dəf edilməsinə hazırlıq göz qabağındadır. Amma Yaxın Şərq üzrə İsrailin tanınmış icmalçılarından Ehud Yari İran və İsrail arasında söz müharibəsinin getdiyini təsdiq etsə də, real müharibənin yaxınlaşmasını guman etmir. Qarşıdurma barədə danışanda isə Ehud Yari qeyd edib ki, onun fikrincə, İranın nüvə proqramı, bəyan edildiyindən fərqli olaraq, çox da inkişaf etməyib: “Mən hesab edirəm ki, onların çətinlikləri var, məsələn, uranın zənginləşdirilməsində. Digər tərəfdən mənə elə gəlir ki, İran rəhbərliyinin daxilində bir növ sövdələşməyə meylli olan ciddi qrup mövcuddur. Bu qrup uranın zənginləşdirilməsi proqramının dayandırılması əvəzində sanksiyaların dayandırılması, amma eyni zamanda xəlvətcə öz nüvə iddialarını irəli aparmaq niyyətindədirlər.”

Ehud Yari qeyd edib ki, əgər silahlı münaqişədən yan kemək mümkün olacaqsa, ən azı İranın bəzi istəkləri təmin olunmalıdır. Onun sözlərinə görə, iranlılar Yaxın Şərqdə, Mərkəzi Asiyada, Əfqanıstanda, necə deyərlər, “böyük qardaş” statusunu əldə etmək istəyə bilərlər. Bu yalnız İsraili və Amerikalıları yox, həm də ərəbləri məmnun etməyəcək. Amma bəzi iranlılar tədricən belə bir fikrə gəlirlər ki, sövdələşmə vaxtı yaxınlaşır: “Ona görə mən düşünürəm ki, müharibə çağırışları arxasında belə bir sövdələşmənin mümkünlüyünə dair ciddi cəhdlər durur. ” Beləliklə, ekspertlərin fikrincə, İsrailin İrana qaçılmaz zərbəsi barədə ehtimallar cüzidir, hərçənd söz müharibəsinin də hər an real müharibəyə çevrilmə təhlükəsi var.

İranda isə rəsmən belə hesab edirlər ki, ABŞ və ya İsrail tərəfindən hərbi müdaxilə riski yoxdur. “Röyter” agentliyinin məlumatına görə, xarici işlər naziri Manuçehr Möhtəki belə deyib. Lakin o əlavə edib ki, İran bütün variantlara hazırdır: “Əgər təcavüz olarsa, İran buna çox sərt cavab verəcək. Hazırda biz belə hesab edirik ki, nə İsrail, nə də ABŞ Yaxin Şərqdə yeni böhran yaratmaq imkanlarına malikdir”.

İsrail mənbələri isə belə xəbər yayıblar ki, İrana mümkün müdaxilə zamanı ərəb ölkələri buna dəstək verəcəklər. Bu barədə ərəb ölkələrindən olan yüksək rütbəli bir rəsminin İsrail nümayəndələri ilə görüşündə dediyi bildirilir. Həmin mənbə deyib ki, İranın bölgədəki rolu ərəb ölkələrini də qane etmir. Çünki İran sünnü-şiə qarşıdurmasını gücləndirir və bəzi ərəb ölkələrində gərginlik yaratmağa çalışır. “Əgər nüvə silahına malik olmayanda İran belə təhlükə yaradırsa, bəs bu silahı əldə edəndən sonra necə olacaq”, deyə ərəb rəsmisi sual edib. Bir gün əvvəl xəbər yayılmışdı ki, İsrail öz təyyarələrini İranı vurmaq üçün İraqdakı Amerika hərbi bazalarında yerləşdirib. Lakin dünən İsraildən bu xəbərlərə təkzib gəlib. İran ətrafında vəziyyətin gərginləşməsi isə yalnız neft baronlarına xeyir verir. Çünki dünya birjalarında İranla bağlı həyəcanlı xəbərlərin yayılmasının təsiri altında neft daha da bahalaşaraq bir barreli 147 dollara çatıb.

GÜNEY AZƏRBAYCANIN AYRICA BAYRAĞI OLMALIDIRMI?

2008-07-15 - 15:30:00


Son günlər tez-tez ortaya atılan və gündəmimizi süni şəkildə məşgul edən problemlərdən biri də ”Güney Azərbaycan milli bayrağı” mövzusudur. Əslində bu mövzunu gündəmə gətirənlərin hamısını eyni kateqoriyada göstərmək doğru deyil. Yaxşı niyyətlərinə heç şübhə etmədiyimiz, Azərbaycan milli hərəkatına tamamilə bağlı fəallar olduğuna inandığımız bir qrup Azərbaycanın güneyində cərəyan edən hərəkatın bir simvola ehtiyacı olduğunu, bu simvolun Azərbaycanın bütün potensialını bir araya gətirəcəyinə inandıqlarını ifadə edir və məlum şərhi Azərbaycan fəallarının müzakirəsinə verir.

Bu qrupun öz təkliflərini ”milli bayraq” olaraq deyil, ”milli simvol” olaraq təqdim etməsi, eləcə də daha öncəki ”milli bayraq” təşəbbüskarlarından fərqli olaraq diktə yolu ilə yox, tam konsensus yolu ilə təsdiq elətdirməyə çalışmaları təqdirəlayiq haldır. Ancaq bu dəyərli fəallarımızın diqqətini bir necə məsələyə cəlb etməyi özümə borc bilirəm:

1. Bir hərəkatı - özəlliklə də uluslararası arenada - sadəcə simvollar təmsil edə bilməz. Hər hansı bir hərəkət ideoloji özəyinin möhkəmliyi, ideallarının, hədəflərinin aliliyi, potensialının genişliyi, proseslərə təsir imkanlarının böyüklüyü, rəhbərliyin gücü, siyasi kadrlarının yüksək səviyyəsi, eləcə də simvolları ilə birlikdə təmsil olunduqda daha güclü görünər.

2. Simvollar milli idealları, amalları əks etdirəndə, milli varlığımızla bütövləşəndə milli olar. Milli ideologiyani təmsil edən bayrağın çizgilərini əyib-büzməklə, onu qaralamaqla milli simvol yaradılmaz.

3. Simvolların illah da bayraq olmasına ehtiyac yoxdur, ancaq milli hərəkata bayraq formasında bir simvol gərəklidirsə, bu simvol-bayrağın təsvirini hansısa bir fantaziyadan deyil, qəhrəmanlıqlarla dolu tariximizdən götürmək daha məntiqli olmazmı? Məsələn, Ulu Babəkin bayrağı. Ərəbin qara rəngindən Babəkin qırmızı rəngli bayrağı daha yaxşı deyilmi?

4. Dialoq üçün belə sağlam bir mühitin formalaşmadığı, gərginliklər və ziddiyyətlərlə dolu bir dönəmdə önərilən bu və ya başqa hər hansı bir simvolun Azərbaycan milli hərəkatı sıralarında yeni ziddiyyətlər və gərginliklərin qaynağı olmayacağına əminsinizmi?

5. Azərbaycan milli hərəkatının davamı və irəliləməsi üçün onu ideologiyası, strateji hədəfləri, ümumi taktikası, daxildəki və xaricdəki potensialı, ictimai və siyasi təşkilatları ilə və s. bütöv bir sistem halına gətirmək, tərkib hissələrinin bir-biri ilə ahəngdar vəhdətini sağlamaq günümüzün önəmli zərurətidir. Daban-dabana zidd və bir arada olmaları mümkün olmayan ünsürləri isə eyni sistemin içərisinə yerləşdirmək sistemin öz içindən çöküşünü sağlamaqdan başqa bir işə yaramaz. Örnəyin, bir-birini inkar edən ”Bütöv Azərbaycan milləti” anlayışı ilə ”Quzey Azərbaycan milləti”, yaxud ”Güney Azərbaycan milləti” anlayıslarının eyni düşüncə sisteminin içində yer almasi mümkün deyil.

6. Mən Sizlərin, daha öncəki ”milli bayraq təşəbbüskarları”nın yaratdığı olumsuz ortamla bağlı qayğılarınızı tamamilə başa düşür və saygı ilə qarşılayıram. Ancaq atalar demişkən, «qanı qanla yumaq olmaz». Yanlışı eyni metodla düzəltməyə çalışmaq, nəinki yanlışı ortadan qaldırmaz, hətta Azərbaycan milli hərəkatında yanlışlar zəncirinin oluşmasına zəmin yaradar.

7. Son olaraq: yaxşı niyyətlə müzakirəyə çıxardığınız ”milli simvol” önərisinin Azərbaycan milli hərəkatının hədəflərinə və mənfəətlərinə qarşı çıxmaqdan çəkinməyən kəsimlər tərəfindən dərhal ”Güney Azərbaycan milli bayrağı” kimi təqdim olunması Sizlərə bir şeylər ifadə edirmi?

Məsələni ”milli simvol” olaraq deyil, ”Güney Azərbaycan milli bayrağı” şəklində tanımlayan bir qrup isə, əslində müxtəlif niyyətlərlə mövzuya yanaşsalar da, biz şərti olaraq hamısını eyni kateqoriyada ələ alır, hamısının yaxşı niyyətinə inanmaq istədiyimizi bəri başdan ifadə edirik. Ancaq niyyətin yaxşı olmasına inancımızın mahiyyətin doğru olduğu anlamına da gəlmədiyi hər kəsə məlumdur.

1. Bildiyimiz kimi, ”milli” sözü ”millət” kök sözündən yaranan, ”millətə məxsus”, ”millətə aid” anlamını ifadə edir. ”Güney Azərbaycan milli bayrağı” ifadəsi isə, Azərbaycan türkcəsi qrammatikasına görə, ikinci növ təyini söz birləşməsi olub Güney Azərbaycan millətinə (?) aid bayraq anlamına gəlməkdədir. Zənnimizcə, işin buraya qədərini düzgün bir biçimdə çözə bildik. Çözə bilmədiyimiz məqam isə bu yeni ortaya çıxan ”Güney Azərbaycan milləti” ifadəsidir. Bu yeni millətin tanımı nədir? Özəllikləri nədən ibarətdir? Onu güneyli-quzeyli Azərbaycan türk millətindən fərqləndirən məqamlar hansılardır?

2. İrəli sürdüyünüz bu ”Güney Azərbaycan milləti” anlayışını fars şovinizmi və rus imperiyasının sadəcə siyasi-inzibati mənada parçalaya bildiyi, ancaq dili, mədəniyyəti, mənəviyyatı, amalları və idealları ilə bütöv olan bir milləti mənəvi və ideoloji baxımdan parçalamağa, dolayısı ilə farsın və rusun başlatdığı, ancaq tamamlaya bilmədiyi bir işi tamamlamağa xidmət edən bir anlayış olaraq görmürsünüzmü? Sizcə, bu anlayış, rus imperiyası və fars şovinizminin ortaq iradəsi qarşısında qeydsiz-şərtsiz təslimçilik, çarəsizcə beyət psixologiyasının tam ifadəsi deyildirmi? Azərbaycanın quzeyinin və güneyinin ayrı-ayrı siyasi avtoritarların əhatəsində olması Quzeydə yaşayanlarla Güneydə yaşayanların ayrı-ayrı millətlər olması anlamına gələ bilərmi? Bizcə, gəlməz. Vyetnamlılar və almanların gəlmədiyi kimi. Sizcə?

3. Qeyd etdiyimiz kimi, milli bayraq millətin milli təfəkkür sistemini əks etdirər. Azərbaycan milli ideologiyasının simvolu olan üçrəngli, parlayan ay-ulduzlu milli bayrağımızdan fərqli bir ”Güney Azərbaycan milli bayrağı” ortaya çıxarılırsa, ayrı bir fikir sistemini, ayrı bir milli ideologiyanı təsil edir deməkdir. ”Güney Azərbaycan milli bayrağı”nın arxasında duran ideologiyanın əsasları nədən ibarətdir?

4. Milli bayrağımızın, həm də Azərbaycan Respublikasının dövlət bayrağı olması uluslararası platformada hər hansı bir mübahisə qaynağı deyil. Hüququn aliliyini hər zaman ön planda tutan dövlətlərin sınırları içərisində Güneydən olan soydaşlarımızın üçrəngli, parlayan ay-ulduzlu milli bayrağımız eşliyində keçirdiyi saysız aksiyaların heç birində heç kimsə onlara ”bu bir hüquq pozuntusudur” deyə müraciət etməmişdir.

Finlandiya kimi bir hüquq dövlətinin sərhədləri içərisində yaşayan İsveç kökənlilər (toplam əhalinin 10 faizini təşkil edir) məxsus günlərdə İsveç dövlət bayrağını qaldırarlar. Hələ bu günə qədər kimsə onları uluslararası hüququ pozmaqda ittiham edərək bu haqlarından imtina etməyə dəvət etməyib. Görəsən, «Güney Azərbaycan milli bayrağı” dartışmaları var olan milli bayrağımızı və onun təmsil etdiyi ideyaları Azərbaycanın güneyində cərəyan edən hərəkatımızın yaddaşından silməyə yönəlik cəhdlərin tərkib hissəsi ola bilərmi? ”Güney Azərbaycan milli bayrağı canfəşanlığının son günlərdə M.Ə.Rəsulzadə və onun ideyalarına qarşı daha intensiv bir şəkildə aparılan məqsədli fəaliyyətlərlə eyni zamanda ortaya çıxması sadəcə bir təsadüfdən ibarət ola bilərmi?

5. Makedoniya öz müstəqilliyini əldə etdikdən sonra milli bayrağını dövlət bayrağı olaraq qəbul etdi. Ölkə sınırları içərisində yaşayan makedon vətəndaşlarının bu bayraqdan təsirlənəcəyini düşünən Yunanıstan bu mövzudan duyduğu rahatsızlığı uluslararası arenaya daşıdı. Bunun nəticəsində bayrağını dəyişdirməzsə, müstəqilliyinin tanınmayacağı təhdidlərinə qədər varan basqılara baxmayaraq, müstəqilliyinin tanınmaması bahasına olsa belə, Makedoniya öz bayrağını dəyişdirmədi. Çünki bayraq asan yaradılmır (”Bayraqları bayraq yapan üstündəki qandır”). Çünki bayraq bizdə sanıldığı qədər ucuz deyil. Hər kəs əlinə bir neçə rəngli qələm alıb bu millətə milli bayraq yaratmağa çalışırsa, bayraq düşüncəmiz sudan belə ucuza düşməzmi?

6. Kürdlər ayrı-ayrı coğrafiyalarda, ayrı-ayrı siyasi hakimiyyətlər altında yaşamalarına, dillərinin bir-birini anlamayacaq dərəcədə fərqli olmalarına və s. baxmayaraq, hər vasitədən istifadə edərək (o cümlədən bayraqdan) özlərini vahid bir millət kimi dünyaya təqdim ediblər. 1920-ci ildə bugünkü Türkiyə kürdləri içərisindən çıxdığı iddia edilən bayrağı 1945-46-cı illərdə İran kürdlərinin qurduğu ”Mahabad dövləti” rəsmi dövlət bayrağı olaraq qəbul etdi. Həmin bayraq bu gün İraqın quzeyində yaradılan muxtar kürd dövlətinin bayrağı olmaqla birlikdə həm də bütün kürdlərin milli bayrağı olaraq təqdim edilməkdədir. Kürdlərdə vəziyyət belə ikən bizim sıralarımızda bəzilərinin bütün vasitələrdən istifadə edərək Azərbaycanın güneyi ilə quzeyi arasında süni fərqliliklər yaratma cəhdləri nə anlama gəlir? Bu zehniyyət kimə xidmət edir?


Çingiz GÖYTÜRK

Türklər farslara mahnı ilə nəsihət verib. Şovinistlərə ünvanlanan mahnı İranda çaxnaşma yaradıb

Şovinistlərə ünvanlanan mahnı İranda çaxnaşma yaradıb



İranda türklərə qarşı təhqirlərin bir çox hallarda mətbuat səhifələrində, televiziya proqramlarında yer alması bu ölkədə yaşayan soydaşlarımızı qarşılıqlı addımlara vadar edib. Bu günlərdə Güney Azərbaycanda, habelə paytaxt Tehran və digər şəhərlərdə azərbaycanlı musiqiçilərin ifasında farslara müraciətlə yazılmış mahnı yayılıb. Rep janrında olan mahnı fars dilində yazılıb və ifaçılar bunu qarşı tərəfin mahnının sözlərini daha yaxşı anlaması üçün etdiklərini bildiriblər. Kütləvi şəkildə yayılan mahnının ifaçısının kim olduğu, hansı studiyada yazıldığı məlum deyil. Əhali arasında böyük populyarlıq qazanan və qadağan edilməsinə baxmayaraq, hətta açıq səsləndirilən mahnıda türklərin onlara qarşı təhqirlərə, ayrı-seçkiliyə artıq dözmədiyi və fars şovinistlərinə qarşılıqlı cavab verəcəyi bildirilir. Mahnının bir bəndi Azərbaycan türkcəsində oxunur və ifaçı beləliklə farslara nəsihət etdiyini, türklərin artıq bütün bu təhqirlərə dözmədiyini bildirir.

ETTELAAT mahnı müəlliflərinin axtarışına çıxsa da onları tapmaq mümkün olmayıb. ("OLAYLAR"İA)

İRAN-İSRAİL SAVAŞI HƏR AN BAŞLAYA BİLƏR. Amerikanın hərəkətə keçmədiyini görən Təl-Əviv problemi özü həll etmək istəyir

İRAN-İSRAİL SAVAŞI HƏR AN BAŞLAYA BİLƏR
Amerikanın hərəkətə keçmədiyini görən Təl-Əviv problemi özü həll etmək istəyir



İranla İsrail arasında münasibətlər son günlər hərbi qarşıdurma həddinə qədər gərginləşib. Xəbər verildiyi kimi, İsrail ABŞ-ın İrana qarşı hərbi güc tətbiqi variantından çəkindiyini görərək, Tehranın nüvə obyektlərini təkbaşına məhv etmək üçün hazırlıqlara başlayıb. Yəhudi dövləti ötən ayın əvvəllərində İranın nüvə obyektlərini vurmaq üçün hərbi manevrlər keçirib. İran da bu təhdidləri cavabsız qoymur. Tehran İsrail ərazisini vura biləcək “Şahab-3" ballistik raketlərni start meydançalarında yerləşdirib, həmçinin bir neçə gündür ki, Fars körəzində irimiqyaslı hərbi manevrlər keçirir. Bu manevrlər zamanı orta və uzaqmənzilli ballistik raketlərin sınaqdan çıxarıldığı bildirilir.
Bəs İran və İsrail arasında gərginliyin artdığı və qarşılıqlı təhdidlərin güc nümayiş etdirmək həddinə çatdığı bir vaxtda mümkün münaqişə başlaya bilərmi? Belə vəziyyətdə Vaşinqton tərəfləri təmkinli olmağa çağıracaq, yoxsa prezident Buş vəzifəsini tərk edənə qədər İranın nüvə proqramı ətrafında yaranmış böhranı yoluna qoymaq istiqamətində hansısa addımlar atacaq? ABŞ prezidentinin özü yaranmış vəziyyət və ehtimali addımlarla bağlı bunları deyib: “Mən həmişə demişəm ki, bütün mümkün imkanlar masa üzərindədir. Lakin Amerika üçün ilk variant bu məsələni diplomatik yolla həll etməkdir.”
Hər halda bu, ən qısa cavabdır.Təhlilçilərə görə, daha təfərrüatlı cavab vermək üçün isə administrasiya daxilində hərbi yola çağıranların və Dövlət Departamenti, habelə Pentaqonun özündə buna qarşı açıq çıxış edənlərin mövcudluğunu nəzərə almaq lazımdır. Hərbi variantın əleyhdarlarından biri - Birləşmiş Ali Baş Komandanlığın rəhbəri admiral Mayk Mullendir: “Bizim üçün məhz indi üçüncü cəbhənin açılması çox ağır olar. Bu o demək deyil ki, imkanlarımız və ya ehtiyatlarımız yoxdur. Sadəcə, bunun mümkün nəticələrini bəri başdan söyləmək çətindir”. Vaşinqtonda hərbi aksiyanın əleyhinə olanlar deyirlər ki, bu, bölgədə vəziyyəti daha da alovlandırar, terror aktlarının çoxalmasına səbəb olar və neftin onsuz da yüksək olan qiymətini bahalaşdırar. Digər düşərgə isə israr edir ki, yanız bu yolla İranı nüvə bombasından məhrum etmək olar.
Lakin İran məsələləri üzrə aparıcı təhlilçilərdən Deyvid Olbraytın fikrincə, hər hansı hərbi əməliyyat asan olmayacaq: “Adi bombardmanla onların ciddi geri atılacağını düşünmək sadəlövhlük olardı. Əgər kimsə İrana zərbə endirmək istəyirsə, onda sentrifuqaların yerini göstərən dəlillər təqdim etməli və zəmanət verməlidirlər ki, bu əməliyyat həmin nüvə proqramını 3-4 və ya 5 il geri atacaq.” Prezident Buşun könlündən keçənləri heç kəs dəqiqliklə bilməsə də, “Rend Corporation” mərkəzindən səfir Robert Hanter kimi təcrübəli siyasətçilər müharibənin mümkünlüyünü güman etmirlər. İsrailin ortaya düşüb İranı vurmaq üçün Amerikadan “yaşıl işıq” istəməsinə gəldikdə isə Robert Hanter buna skeptik yanaşır: “Bir məsələ aydındır ki, bu və ya növbəti administrasiyada heç kəs İsrailin hərbi əməliyyata başlamasını istəmir. İstənilən halda İsrail Amerikanın nəzarətində olan hava məkanından keçmədən İranın hava məkanına çata bilməz. Yəni, hətta əgər hərbi əməliyyat olsa belə, bu, Amerikanın işi olacaq”.
İsraildə olan BBC-nin diplomatiya müxbiri Conatan Markus isə öz növbəsində Təl-Əvivdən xəbər verir ki, orada vəziyyət zahirən sakit olsa da, İsrailin mümkün raket zərbəsinə və ya ona endirilə biləcək zərbənin dəf edilməsinə hazırlıq göz qabağındadır. Amma Yaxın Şərq üzrə İsrailin tanınmış icmalçılarından Ehud Yari İran və İsrail arasında söz müharibəsinin getdiyini təsdiq etsə də, real müharibənin yaxınlaşmasını guman etmir. Qarşıdurma barədə danışanda isə Ehud Yari qeyd edib ki, onun fikrincə, İranın nüvə proqramı, bəyan edildiyindən fərqli olaraq, çox da inkişaf etməyib: “Mən hesab edirəm ki, onların çətinlikləri var, məsələn, uranın zənginləşdirilməsində. Digər tərəfdən mənə elə gəlir ki, İran rəhbərliyinin daxilində bir növ sövdələşməyə meylli olan ciddi qrup mövcuddur. Bu qrup uranın zənginləşdirilməsi proqramının dayandırılması əvəzində sanksiyaların dayandırılması, amma eyni zamanda xəlvətcə öz nüvə iddialarını irəli aparmaq niyyətindədirlər.”
Ehud Yari qeyd edib ki, əgər silahlı münaqişədən yan kemək mümkün olacaqsa, ən azı İranın bəzi istəkləri təmin olunmalıdır. Onun sözlərinə görə, iranlılar Yaxın Şərqdə, Mərkəzi Asiyada, Əfqanıstanda, necə deyərlər, “böyük qardaş” statusunu əldə etmək istəyə bilərlər. Bu yalnız İsraili və Amerikalıları yox, həm də ərəbləri məmnun etməyəcək. Amma bəzi iranlılar tədricən belə bir fikrə gəlirlər ki, sövdələşmə vaxtı yaxınlaşır: “Ona görə mən düşünürəm ki, müharibə çağırışları arxasında belə bir sövdələşmənin mümkünlüyünə dair ciddi cəhdlər durur. ” Beləliklə, ekspertlərin fikrincə, İsrailin İrana qaçılmaz zərbəsi barədə ehtimallar cüzidir, hərçənd söz müharibəsinin də hər an real müharibəyə çevrilmə təhlükəsi var.
İranda isə rəsmən belə hesab edirlər ki, ABŞ və ya İsrail tərəfindən hərbi müdaxilə riski yoxdur. “Röyter” agentliyinin məlumatına görə, xarici işlər naziri Manuçehr Möhtəki belə deyib. Lakin o əlavə edib ki, İran bütün variantlara hazırdır: “Əgər təcavüz olarsa, İran buna çox sərt cavab verəcək. Hazırda biz belə hesab edirik ki, nə İsrail, nə də ABŞ Yaxin Şərqdə yeni böhran yaratmaq imkanlarına malikdir”.
İsrail mənbələri isə belə xəbər yayıblar ki, İrana mümkün müdaxilə zamanı ərəb ölkələri buna dəstək verəcəklər. Bu barədə ərəb ölkələrindən olan yüksək rütbəli bir rəsminin İsrail nümayəndələri ilə görüşündə dediyi bildirilir. Həmin mənbə deyib ki, İranın bölgədəki rolu ərəb ölkələrini də qane etmir. Çünki İran sünnü-şiə qarşıdurmasını gücləndirir və bəzi ərəb ölkələrində gərginlik yaratmağa çalışır. “Əgər nüvə silahına malik olmayanda İran belə təhlükə yaradırsa, bəs bu silahı əldə edəndən sonra necə olacaq”, deyə ərəb rəsmisi sual edib. Bir gün əvvəl xəbər yayılmışdı ki, İsrail öz təyyarələrini İranı vurmaq üçün İraqdakı Amerika hərbi bazalarında yerləşdirib. Lakin dünən İsraildən bu xəbərlərə təkzib gəlib. İran ətrafında vəziyyətin gərginləşməsi isə yalnız neft baronlarına xeyir verir. Çünki dünya birjalarında İranla bağlı həyəcanlı xəbərlərin yayılmasının təsiri altında neft daha da bahalaşaraq bir barreli 147 dollara çatıb.
Fərhad MƏMMƏDOV
musavat