azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Temmuz 2008 Perşembe

ABŞ-İran Münasibətlərində Yeni Çalarlar Yaranır?

Son zamanlarda ABŞ siyasi dairələrində İranla diplomatk əlaqələrin yaranması mövzusu ciddi şəkildə müzakirə olunmaqdadır. Bu müzakirələr çərçivəsində ABŞ-ın İranda diplomatik nümayəndəliyinin açılmasının gündəmə gəlməsi və bu məsələyə İran rəsmilərinin münasibəti isə gözlənilməz oldu.



İranla münasibətlərin bərpasına söz verən prezidentliyə namizəd senator Barak Obama müharibə ehtimalından narahatlıq keçirən ABŞ ictimaiyyətinin əksəriyyətinin rəğbətini qazansa da İranın İsrailə qarşı hədələyici sözlərinin artmasının və İsraili hədəf ala biləcək raketlərin sınaqdan keçirilməsinin ardından, o belə İrana qarşı sərt tədbirlərin həyata keçirilməsini tələb edib. Ümumilikdə isə ABŞ rəsmiləri də məhdud səviyyədə də olsa İranla münasibətlərin bərpa olunmasında maraqlıdırlar. Vaşinqton Post qəzetinin yazdığına görə hələ iki il əvvəl ABŞ rəsmiləri Tehranda ABŞ-ın mənafeyini qorumaq və İran vətəndaşlarıyla birbaşa əlaqələrin yaranması məqsədi ilə nümayəndəliyin yaranmasını planlaşdırırdı. Belə bir nümayəndəliyin yaranması praktikada mümkün olan haldır. Baxmayaraq ki, ABŞ-ın Kuba hökuməti ilə heç bir siyasi münasibəti yoxdur bu ölkə 1977-ci ildə Havanada nümayəndəlik yarsatmışdı.

Hal hazırda ABŞ Tehranda İsveçrə krallığının səfirliyi vasitəsiylə təmsil olunur. Ancaq bir müddət əvvəl bu ölkənin İrandan təbii qaz alması ABŞ rəsmilərinin narazılığına səbəb olmuş və ABŞ-ı bu ölkənin onu Tehranda təmsil etməsi məsələsinə yenidən baxmağı qərəra almışdı.

Bir neçə gün əvvəl İranın rəsmi xəbər agentliyi İRNA xarici işlər nazirliyinin adı açıqlanmayan yetkilisinə istinadən bildirmişdir ki, ABŞ-dan belə bir təklif (ABŞ-ın hansısa səviyyədə nümayəndəlik aşması barədə) gələrsə xarici işlər nazirliyi onu araşdıracaq. Bu mövzuya münasibərt bildirən İran parlamentinin spikeri Əli Laricani belə bir mövzunun müzakirə edilməsi barədə məlumatı şayiə hesab edərək bildirmişdir ki, “Amerikalılar aldadıcı bəyanatlar verir. Onların belə bir istəkləri olsa idi, 2 il əvvəl İran rəsmiləri birbaşa təyyarə reyslərin bərpa olunması təklif edən zaman buna müsbət cavab verərdilər.” Amma “İran” prezidenti Mahmud Əhmədinejad İİR televiziyasındakı müsahibəsində də ABŞ-dan belə bir təklif gəldiyi təqdirdə onun araşdırılacağını bildirib.

İİR və ABŞ 1979-ci il inqilabından sonra siyasi münasibətləri dayandırımışdılar. Buna səbəb İranda Xomeyninin tərəfdarları olan fanatik tələbə qruplarının (Daneşcuyane peyro xətte emam) ABŞ-ın Tehrandakı səfirliyinin bütün diplomatlarını girov götürərək bir müddət saxlaması olmuşdu. Bu hadisədən sonra inqilab rəhbərləri İranda baş verən bütün xoşagəlməz hadisələrin səbəbini ABŞ=da axtarırdı. Hətta İran-İraq müharibəsində də Səddam Hüseynin İrana hücüm etməsini ABŞ-ın siyasəti kimi dəyərləndirirdilər. İki tərəfli siyasi münasibətlər həmin tarixdən etibarən təmamilə dayandırılmışdı.

ABŞ-ın belə bir addım atması və ikitərəfli münasibətlərə çalar qatmaq istəməsi mümkündür. ABŞ bunu ən azı iki səbəblə etmək istəyər. Əvvəla, ABŞ-İran münasibətlərində yaranmış siyasi diplomatik böhran və son zamanlarda ABŞ-ın İran əleyhinə səsləndirdiyi hədələyici bəyanatlar bəzi siyasi dairələrdə ABŞ rəhbərliyinin güc vasitəsinə üstünlük verməsi kimi dəyərləndirilirdi. ABŞ əgər dialoq qapısını açsa, bu istiqamətdəki mənfi fikirləri müəyyən qədər dəyişdirmə şansı əldə edəcək. Eyni zamanda ABŞ onun İranla münasibətlərinin pis olmasından faydalanmağa çalışan, ABŞ-ın İranla baölı istəklərinə qarşı ciddi tələblər irəıli sürən, belə demək mümkündürsə “öz müvqelərini baha satmağa çalışan” bölgə və qeyri-bölgə dövlətlərinə mesaj da verməyə çalışır. Hətta, İran ABŞ-ın bu təşəbbüsünə mənfi cavab versə belə, ABŞ beynəlxalq aləmdə ən azı haqlılığını artırmış olacaq. İranın cavabı müsbət olsa, bu dəfə oyun daha da mürəkkəbləşəcək.
http://www.araztm.az/?mod=actual&id=54

Hiç yorum yok: